Göy 7 qatdırmı?

 

      ilâ âhir ...تُسَبِّحُ لَهُ السَّمٰوَاتُ السَّبْعُ وَاْلاَرْضُ وَمَنْ فِيهِنَّ

ثُمَّ اسْتَوٰۤى اِلَى السَّمَۤاءِ فَسَوّٰيهُنَّ سَبْعَ سَمٰوَاتٍ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Şu âyet-i kerime gibi müteaddit âyetler, semâvâtı, yedi semâ olarak beyan ediyor. İşârâtü'l-İ'câz tefsirinde, eski Harb-i Umumînin birinci senesinde cephe-i harpte ihtisar mecburiyetiyle gayet mücmel beyan ettiğimiz o meselenin yalnız bir hülâsasını yazmak, münasiptir. Şöyle ki:

Eski hikmet, semâvâtı dokuz tasavvur edip, lisan-ı şer'îde, Arş ve Kürs'ü, yedi semâvât ile beraber kabul edip, acip bir suretle semâvâtı tasvir etmiştiler. O eski hikmetin dâhi hükemasının şâşaalı ifadeleri, nev-i beşeri, çok asırlar müddetince tahakkümleri altında tutmuşlar. Hattâ, çok ehl-i tefsir, âyâtın zâhirlerini, onların mezhebine göre tevfik etmeye mecbur kalmışlar. O suretle, Kur'ân-ı Hakîmin i'câzına bir derece perde çekilmişti.

Ve hikmet-i cedide namı verilen yeni felsefe ise, eski felsefenin mürur ve ubûra ve hark ve iltiyâma kabil olmayan, semâvât hakkındaki ifratına mukabil tefrit edip, semâvâtın vücudunu adeta inkâr ediyorlar. Evvelkiler ifrat, sonrakiler tefrit edip, hakikati tamamıyla gösterememişler."

Yəni:

~ "7 göy və yer və içindəkilər, Onu (Allahı) təsbih edirlər..." (İsra/44);

~ "...sonra səmaya istiva edib (yönəlib) onu 7 qat tənzim etdi. O, hər şeyi biləndir." (Bəqərə/29)

Bu ayət kimi bir çox ayətlər, səmaları, 7 qat səma olaraq bəyan edir. "İşaratu'l-İ'caz" təfsirimdə (bax: Bəqərə/29 təfsirində), birinci dünya müharibəsinin birinci ilində, hərb cəbhəsində, ixtisar məcburiyyətilə çox mücməl bəyan etdiyim o məsələnin yalnız bir xülasəsini yazmaq, münasibdir. Belə ki:

Köhnə fəlsəfə, səmaları 9 təsəvvür edib, şəri terminologiyadakı ərş və kürsini 7 səma ilə bərabər qəbul edib, səmaları, əcaib bir şəkildə təsvir etmişdir. O köhnə fəlsəfənin filosoflarının dəbdəbəli ifadələri də, insanlığa, çox əsrlər müddətincə hökm etmiş, təsir altında saxlamışdır. Hətta bir çox müfəssir, ayətin zahir/açıq mənalarını, onların fəlsəfi görüşlərinə uyğun bir şəkildə uzlaşdırmağa, məcbur qalmışlardır. Beləcə, hikmətli Quran'ın i'cazına (möcüzəliliyinə), bir dərəcə pərdə çəkilmişdi.

Köhnə fəlsəfənin, səmaları:

~ birindən o birinə keçilə;

~ deşilə (cırıla); və

~ təmir edilə

bilməyən (şəklindəki) ifratlarına müqabil,

Yeni hikmət adı verilən yeni fəlsəfə isə, təfritə düşüb səmaların varlığını inkar edirlər.

Əvvəlkilər, ifrat; sonrakılar, təfrit edib, (bu məsələnin) həqiqətini tamamilə göstərə bilməmişlərdir.

--------------------------------------

İzahı:

Ərzurumlu İbrahim Haqqı, "Mərifətnamə" əsərində, köhnə fəlsəfənin səmalar haqqındakı görüşlərini, belə təsvir etməkdədir:

• 9-cu fələk (səma): Atlas fələyi (səması)'dır. Buna, ən yüksək fələk də deyilməkdədir. Bir-birinə paralel 2 kürəvi səth arasında, ulduz və planetlərdən uzaq olduğu üçün, buna, Atlas fələyi də deyilməkdədir. Bütün cisimləri çevrələmiş olduğundan, cisimlər aləmi özündə sonlanıb, həqiqi yüksəklik və yönlərin sonu olmuşdur. Göylərin fövqündə boşluq və ya doluluq imkansız fərz olunduğu üçün, Atlas fələyinin qabarıq səthi, bir şeyə təmas etməz. Büllur kimi saf və bəsit (mürəkkəb olmayan) cisimdir.

• 8-ci fələk (səma): Buna, bürclər və sabit ulduzlar fələyi (səması) da deyilir. Saysız-hesabsız sabit ulduzlarla bəzənmiş, xəyallarda şəkillənən 12 bürc ilə naxışlanmış və rənglənmişdir. Bunlara sabit ulduzlar deyilməsinin səbəbi, bu ulduzların, bir-birilərinə olan uzaqlıqlarının heç dəyişməməsi, azalıb-çoxalmamasıdır. Sabit ulduzların sayı, sonra gələn filosoflara görə, 1212 olub hamısı da işıqlıdır.

• 7-ci fələk (səma) və içindəki Zühal (Saturn) planeti.;

• 6-cı fələk (səma) və burda hakim olan Müştəri (Yupiter) planeti;

• 5-ci fələk (səma) və bu səmada hakim olan Merih (Mars) planeti;

• 4-cü fələk (səma) və burda hakim olan Günəş;

• 3-cü fələk (səma) və burda hökm edən Zührə (Venera);

• 2-ci fələk (səma) və burda hakim olan Utarid (Merkuri);

• 1-ci fələk (dünya səması) və onda hakim olan Ay.

Köhnə fəlsəfənin bu görüşündən təsirlənən bir qrup müfəssir də, 7 qat səma ayətini, 7 qat səma + ərş və kürsi şəklində başa düşmüşlərdir. 

Ərzurumlu İbrahim Haqqı, adı keçən əsərdə, 7 qat səmanın adlarını, bu şəkildə zikr etməkdədir:

• 7-ci qat səma: Rəngli nurdan və ya bir rəvayətə görə qırmızı yaqutdandır. Adı, "Ariba"dır.

• 6-cı qat səma: Əl dəyməmiş incidəndir. Adı, "Raq'a"dır.

• 5-ci qat səma: Qırmızı qızıldandır. Adı, "Dinəqa"dır.

• 4-cü qat səma: Ağ gümüşdəndir. Adı, "Ərqalun"dur.

• 3-cü qat səma: Sarı yaqutdandır. Adı, "Maun"dur.

• 2-ci qat səma: Qırmızı yaqutdandır. Adı, "Qaydum"dur.

• 1-ci qat səma: Yaşıl zəbərcəd'dəndir. Adı, "Bərqia"dır.

Bu nəqllər, müxtəsər şəkildə verilmişdir.

Bir qrup müfəssir də, buna, ərş və kürsini də əlavə edib, səmaların 9 olduğunu zənn etmişdirlər. Necə ki, İmam Beydavi, "Ənvaru't-Tənzil və Əsraru't-Tə'vil" adlı təfsirində, 7 qat səma haqqında danışarkən, belə deyir:

"Əgər: 'Astronomiyaçılar, 9 fələk təsbit ediblər.' deyilərsə, buna belə cavab verərəm:

Onların dedikləri, şübhəlidir. Əgər doğru belə olsa, ayət, bundan artığını rədd etmiş deyildir. Qaldı ki, ərş və kürsi də əlavə edilərsə, ixtilaf qalmaz." (Yəni, beləcə, səmalar, doqquza tamamlanar.)

Cövhəri isə, belə deyir:

"...Yunan fəlsəfəsi, Farabi və ibn Sina'nın əlilə, ərəbcəyə nəql edildi və fələklərin 9 olduğu qərarlaşdırıldı. Buna istinad edən (bəzi) İslam alimləri, onların görüşlərini incələdikdən sonra, dedilər ki, bu 9 fələkdən 7-si göy; 2-si də, ərş və kürsi'dir. Kürsi isə, sabit ulduzların olduğu fələkdir (8-ci səma). Ərş, digər fələklərin günlük hərəkətlərini əhatə edən fələkdir (yəni, atlas fələyidir), dedilər..."

Yeni fəlsəfə isə, "Ulduzlar, boşluqdadırlar. Yəni, mütləq fəza vardır. Göy təbəqələri deyə bir şey yoxdur." deməkdədir. Beləcə, səma təbəqələrini inkar edib təfritə düşmüşlərdir.

Xülasə: köhnə fəlsəfə səmaları 9 təbəqə qəbul edərək, ifrat etmiş; yeni fəlsəfə isə, səma təbəqələrini tamamilə inkar edərək, təfrit etmişdir. Beləcə, hər 2 fəlsəfə də, istiqaməti tapa bilməmişlərdir.

----------------------------

"Kur'ân-ı Hakîmin hikmet-i kudsiyesi ise, o ifrat ve tefriti bırakıp, hadd-i vasatı ihtiyar edip der ki:

Sâni-i Zülcelâl, yedi kat semâvâtı halk etmiştir. Hareket eden yıldızlar ise, balıklar gibi semâ içinde gezerler ve tesbih ederler. Hadiste

اَلسَّمَۤاءُ مَوْجٌ مَكْفُوفٌ denilmiş. Yani, "Semâ, emvâcı karardâde olmuş bir denizdir."

Yəni:

Hikmətli Quranın müqəddəs hikməti isə, o ifrat və təfriti tərk edib, orta yolu ixtiyar edib, deyir:

"Cəlal sahibi sənətkar olan Allah, 7 qat səma xəlq etmişdir. Hərəkət halında olan ulduzlar isə, balıqlar kimi səma içində gəzərlər və Allahı təsbih edərlər."

Hədisdə də, "Səma, dalğaları qərar qılmış bir dəniz kimidir." (Tirmizi, hədis no: 3298) buyurulmuşdur.

--------------------------------------

İzahı:

Köhnə və yeni "hikmət" (fəlsəfə)'dən fərqli olaraq isə, şanı uca olan Quran'ın hikmətinin səmalar haqqındakı bəyanı, belədir:

Quran, bir çox ayətin (Bəqərə/29; İsra/44; Mu'minun/17, 86; Fussilət/12; Nuh/15; Talaq/12) sarih/açıq ifadəsilə, səmaların 7 qat olduğunu xəbər verməkdədir. Və Haqq Taala, ulduzları yaratmaq surətilə də, səmaları, onlarla şənləndirdiyini xəbər verir. O ulduzların, balıqlar kimi, səma aləmində rahatca gəzdiklərini; hər birisinin özünə məxsus orbitində intizamlı döndüklərini bəyan edir.

------------------------------

"İşte bu hakikat-i Kur'âniyeyi, yedi kaide ve yedi vecih mânâ ile, gayet muhtasar bir surette ispat edeceğiz."

Yəni:

Bax bu Quran həqiqətini, 7 qayda və 7 məna yönü ilə isbat edəcəyik.

------------------------------

• "Birinci kaide: Fennen ve hikmeten sabittir ki, bu haddi yok feza-yı âlem, nihayetsiz bir boşluk değil, belki "esir" dedikleri madde ile doludur."

Yəni:

Birinci qayda: Fənn və hikmətcə sabitdir ki, ucu-bucağı olmayan bu fəza aləmi, sonsuz bir boşluq deyil; əksinə, "esir" dedikləri maddə ilə doludur.

-----------------------------

• "İkincisi: Fennen ve aklen, belki müşahedeten sabittir ki, ecrâm-ı ulviyenin câzibe ve dâfia gibi kanunlarının rabıtası ve ziya ve hararet ve elektrik gibi maddelerdeki kuvvetlerin nâşiri ve nâkili, o fezayı dolduran bir madde mevcuttur."

Yəni:

İkinci qayda: Fənn və ağılca, bəlkə müşahidə olaraq sabitdir ki, böyük göy cisimlərinin cazibə və itələmə kimi qanunlarının rabitəsi; və ziya və hərarət və elektrik kimi maddələrdəki qüvvətləri yayan və nəql edən, o fəzanı dolduran bir maddə mövcuddur.

-------------------------------------

• "Üçüncüsü: Madde-i esiriye, esir kalmakla beraber, sair maddeler gibi muhtelif teşekkülâta ve ayrı-ayrı suretlerde bulunduğu, tecrübeten sabittir. Evet, nasıl ki, buhar, su, buz gibi havâî, mâyi, câmid üç nevi eşya, aynı maddeden oluyor. Öyle de, madde-i esiriyeden dahi yedi nevi tabakat olmasına, hiçbir mâni-i aklî olmadığı gibi, hiçbir itiraza medar olmaz."

Yəni:

Üçüncü qayda: Esir maddəsinin, esir qalmaqla bərabər, sair maddələr kimi, müxtəlif təbəqələri və ayrı-ayrı surətləri olduğu, təcrübə ilə sabitdir. Bəli, necə ki, buxar, su, buz kimi olan qaz, maye və qatı olan 3 növ şey, eyni maddədən meydana gəlir. Eynilə də, esir maddəsindən də 7 təbəqə olmasına, əqli heç bir maneə olmadığı kimi, heç bir etiraza da yer yoxdur.

---------------------

İzahı:

Aləmi dolduran esir maddəsi, öz mahiyyətini mühafizə etməklə bərabər, çox təbəqələrə, ayrı-ayrı şəkillərə girə bilər. Sair mövcudatda olduğu kimi, onda da təşəkkül başlayınca, müxtəlif təbəqələrə ayrıla bilər. Necə ki, su, bir maddə ikən, müxtəlif hallarda ola, ayrı-ayrı surətlərə girə bilir. Məsələn, su, qaynayınca, buxar olur. Şiddətli soyuqda, buza çevrilir. Normal halda isə, su olaraq mahiyyətini mühafizə edir.

Bax bunun kimi, aləm fəzası, esir maddəsilə dolu olduğu halda, bir tək təbəqədən ibarət deyildir. Elə isə, esir maddəsindən də, bu etibarla, 7 təbəqə səma ola bilər. Yəni, esirin müxtəlif təşəkkülləri vardır. Bu dəyişikliklər nəticəsində, esir maddəsi, mahiyyətini mühafizə etməklə bərabər, ayrı-ayrı təbəqələrə ayrılır. Bax, Quranın ifadə etdiyi dil ilə desək, "O təbəqələr, yeddidir."

---------------------------------

• "Dördüncüsü: Ecrâm-ı ulviyeye dikkat edilse, görünüyor ki, o ulvî âlemlerin tabakatında muhalefet var. Meselâ, Nehrüssemâ ve Kehkeşan namıyla maruf, Türkçe Samanyolu tabir olunan, bulut şeklindeki daire-i azîmenin bulunduğu tabaka, elbette, sevâbit yıldızların tabakasına benzemiyor. Güya tabaka-i sevâbit yıldızları, yaz meyveleri gibi yetişmiş, ermişler. Ve o Kehkeşandaki bulut şeklinde görülen hadsiz yıldızlar ise, yeniden-yeniye çıkıp ermeye başlıyorlar. Tabaka-i sevâbit dahi, sadık bir hads ile, manzume-i şemsiyenin tabakasına muhalefeti görünüyor. Ve hâkezâ, yedi manzumat ve yedi tabaka birbirine muhalif bulunması, his ve hads ile derk olunur."

Yəni:

Dördüncü qayda: Böyük göy cisimlərinə diqqət edilsə görüləcəkdir ki, o uca aləmlərin təbəqələrində, fərqliliklər var. Məsələn, "nəhru's-səma / səma dənizi" "kəhkəşan" adı ilə bilinən, türkcə "Samanyolu" (Süd yolu qalaktikası) deyə təbir edilən bulud şəklindəki böyük dairənin yer aldığı təbəqə, əlbəttə, sabit (görünən) ulduzlar təbəqəsinə bənzəmir. Sanki sabit (görünən) ulduzlar təbəqəsi, yay meyvələri kimi yetişmiş, dəymişlər. Və o "kəhkəşan" (Süd yolu qalaktikasın)'dakı bulud şəklində görülən saysız-hesabsız ulduzlar isə, yeni çıxıb yetişməyə başlayırlar.

Sabit (görünən) təbəqə də, doğru bir sezgi ilə, günəş sisteminin təbəqəsindən fərqli görünür.

Və bunun kimi, 7 sistem və 7 təbəqənin bir-birindən fərqli olduğu, hiss və sezgilə idrak olunur.

-------------------------------------

İzahı:

Böyük göy cisimlərinə, yəni, göylərdəki ulduzlara, sistemlərə diqqətlə baxılsa, görüləcəkdir ki, o sistemlər, müxtəlif təbəqələrdə, ayrı-ayrı surətlərdə görünməkdədirlər.

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bu həqiqəti isbat üçün, belə misal gətirir:

"Nəhru's-səma" deyə adlandırılan "kəhkəşan" (süd yolu qalaktikası, gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası), az bir bəyaz bulud surətində görülməkdədir. Bu ulduz topası, ancaq milyonlarla ulduzun bir araya gəlib təşəkkül etməsilə meydana gəlmişdir.

Bax bu, yəni, "Süd yolu qalaktikası"nın təşəkkül etdiyi esirin surətilə sabit (görünən) ulduzlar təbəqələrinin təşəkkül etdiyi, meydana gəldiyi esir maddəsinin bu təbəqədəki surəti, bir-birinə müxalifdir. Haqq Taalanın iznilə, müxtəlif təbəqələr surətində təşəkkül etmişdir. "Sabit ulduz"lardan murad olunan, heç hərəkət etməyən, yerində sabit qalan demək deyildir. Əksinə, sürətli hərəkət edən digər ulduz topalarına nisbətən, daha yavaş hərəkət edən ulduzlar deməkdir.

Bəli, Allah Taalanın iznilə, milyonlarla ulduzlar, daim bir araya toplanıb "dəymiş, yetişmiş meyvələr kimi" özlərini göstərirlər (meydana gəlirlər).

Bununla bərabər, bu sabit (görünən) ulduzların özündən təşəkkül etdiyi esirin surəti və təbəqəsilə, günəş sisteminin özündən meydana gəldiyi esir maddəsinin surəti və təbəqəsinin, doğru bir sezgilə, ayrı-ayrı təbəqələr halında və surətində olduğu başa düşülür. Və beləcə, bu şəkildə, müxtəlif 7 günəş sistemi vardır.

Demək, hər ulduz topasının, hər sistemin, içində yer aldığı esirin təbəqəsi, surəti, eyni deyildir, ayrı-ayrıdır. Esirin hər bir təbəqəsi, digərinə müxalifdir.

Bax, beləcə, Quranın, "7 qat səma" haqqındakı hökmü, haqdır.

Xülasə: 7 qat səmanın bir mənası da, "Ayrı-ayrı ulduz təbəqələri vardır." deməkdir. "Süd yolu qalaktikası", sabit (görünən) ulduzlar topası kimi və s.

------------------------------------------

• "Beşincisi: Hadsen ve hissen ve istikrâen ve tecrübeten sabit olmuştur ki, bir maddede tanzim ve teşkil düşse ve o maddeden başka masnuat yapılsa, elbette, muhtelif tabaka ve şekillerde olur. Meselâ,

~ Elmas madeninde teşkilât başladığı vakit, o maddeden hem ramad, yani hem kül, hem kömür, hem elmas nevileri tevellüt ediyor.

~ Hem meselâ, ateş teşekküle başladığı vakit, hem alev, hem duman, hem kor tabakalarına ayrılıyor.

~ Hem meselâ, müvellidülmâ, müvellidülhumuza ile mezc edildiği vakit, o mezcden, hem su, hem buz, hem buhar gibi tabakalar teşekkül ediyor.

Demek anlaşılıyor ki, bir madde-i vâhidde teşkilât düşse, tabakata ayrılıyor. Öyleyse, madde-i esiriyede kudret-i fâtıra teşkilâta başladığı için, elbette ayrı-ayrı tabaka olarak

فَسَوّٰيهُنَّ سَبْعَ سَمٰوَاتٍ sırrıyla, yedi nevi semâvâtı ondan halk etmiştir."

Yəni:

• Beşinci qayda: Sezgi, hiss, induktiv metod və təcrübə ilə sabitdir ki, bir maddədə tənzim (nizamlama), təşkil başlasa və o maddədən başqa bir varlıq düzəldilsə, (o varlıq) əlbəttə, müxtəlif təbəqə və şəkillərdə olur. Məsələn:

~ Almaz mədənində bir təşkilat (iş, fəaliyyət) başladığı vaxt, o maddədən, həm kül, həm kömür, həm də almaz növləri meydana gəlir.

~ Həm məsələn, atəş təşəkkülə başladığı vaxt, həm od, həm duman, həm də köz təbəqələrinə ayrılır.

~ Həm məsələn, hidrogen ilə oksigen birləşdirildiyi vaxt, bu birləşmədən, həm su, həm buz, həm buxar kimi təbəqələr təşəkkül edir.

Demək, bir tək maddədə təşkilat başladığında, bu maddənin təbəqələrə ayrıldığı başa düşülür.

Elə isə, Allahın yaradıcı qüdrəti esir maddəsində də təşkilata başladığı üçün, əlbəttə, ayrı-ayrı təbəqə olaraq,

-"...7 qat səma düzəltdi..." ayətinin ifadəsilə-

7 qat səmanı, ondan (esir maddəsindən) yaratmışdır.

-----------------------------------------

• "Altıncısı: Şu mezkûr emâreler, bizzarure, semâvâtın hem vücuduna, hem taaddüdüne delâlet ederler. Madem kat'iyen semâvat, müteaddittir. Ve Muhbir-i Sadık, Kur'ân-ı Mu'cizü'l-Beyânın lisanıyla yedidir der. Elbette, yedidir."

Yəni:

Altıncı qayda: Yuxarıda zikr etdiyimiz bütün əmarələr (dəlillər), zəruri olaraq, səmaların həm varlığına; həm də birdən çox təbəqədən meydana gəldiyinə dəlalət edirlər.

Madam ki, səmalar, qəti olaraq birdən çox təbəqədən meydana gəlirlər; və doğru xəbər verən (Muhamməd sallallahu aleyhi və səlləm), bəyanı möcüzə olan Quranın dililə, "O təbəqələr, 7'dir." deyir. Əlbəttə ki, yeddidir.

----------------------------------------

• "Yedincisi: Yedi, yetmiş, yedi yüz gibi tabirat, üslûb-u Arabîde kesreti ifade ettiği için, o küllî yedi tabaka, çok kesretli tabakaları hâvi olabilir."

Yəni:

Yeddinci qayda: 7, 70, 700 kimi təbirlər, ərəb üslubunda, çoxluğu ifadə etdiyi üçün, o külli 7 təbəqə, daha çox təbəqələri ehtiva edə bilər.

------------------------------------------------------------

"Elhasıl: Kadîr-i Zülcelâl, esir maddesinden yedi kat semâvâtı halk edip tesviye ederek, gayet dakik ve acip bir nizamla tanzim etmiş ve yıldızları içinde zer' edip ekmiştir."

Yəni:

Xülasə: cəlal sahibi qüdrətli Allah, esir maddəsindən, 7 qat səma xəlq edib düzəldərək, çox incə və heyrət verici bir nizamla bu səmaları tənzim etmiş və ulduzları içinə əkmişdir (yerləşdirmişdir).

-------------------------------------

1-ci qaydada: Boşluğun olmadığı, əksinə kainatın esir maddəsi ilə dolu olduğundan bəhs edildi;

2-ci qaydada: Bu maddənin isbatı üçün, hər şeyin arasında mövcud olan rabitəyə diqqət çəkildi;

3-cü qaydada: Esirin də, -suyun, öz əslini qorumaqla, buxar, qaz və maye kimi növləri olduğu kimi- çox növləri ola biləcəyindən bəhs açıldı;

4-cü qaydada: Esirin çox növləri ola biləcəyinə, sabit ulduzlarla günəş sisteminin bir-birindən fərqli olduğu nümunə verilərək izah gətirildi;

5-ci qaydada: Esirin çox növləri ola biləcəyi, -maddələr üzərində təşkilat başladığında, onların fərqli şeylərə çevrilməsi- misal verilərək izah edildi;

6-cı qaydada: Nəqli dəlillərə keçərək, Nəbi (sallallahu aleyhi və səlləm) və Quranın səma təbəqələrini 7 olaraq zikr etməsinin, səma təbəqələrinin fərqli olduğunun qəti dəlili olması göstərildi. 

7-ci qaydada isə: 7, 70, 700 kimi ifadələrin, çoxluqdan kinayə olaraq istifadə edildiyi bildirildi. 

---------------------------------------------------

Ustad Nursi, bura qədər, səma qatlarının olmadığını (yəni, səmanın bir tək qatdan ibarət olduğunu) iddia edənlərə, 7 qayda zikr edərək cavab verdi.

Bunda sonra gələn 7 məna ilə də, səmaların 9 oduğunu iddia edən filosoflara və onlardan təsirlənən və sanki, ayətin bu 9-dan başqa mənası yoxmuş kimi ayəti başa düşənlərə cavab verəcəkdir. Belə ki, O, deyir:

"Madem Kur'ân-ı Mu'cizü'l-Beyan, umum ins ve cinnin umum tabakalarına karşı konuşan bir hutbe-i ezeliyedir. Elbette, nev-i beşerin herbir tabakası, herbir âyât-ı Kur'âniyeden hissesini alacak ve âyât-ı Kur'âniye, her tabakanın fehmini tatmin edecek surette, ayrı-ayrı ve müteaddit mânâları, zımnen ve işareten bulunacaktır."

Yəni:

Madam ki, bəyanı möcüzə olan Quran, ümum insan və cinlərin ümum təbəqələrinə qarşı danışan əzəli bir xütbədir. (Elə isə) Əlbəttə ki, insan növünün hər bir təbəqəsi, hər bir Quran ayətindən hissəsini alacaq; və hər bir Quran ayətinin, hər bir təbəqənin fəhmini tətmin edəcək (doyuracaq) bir surətdə, dolaylı bir şəkildə və işarətlərlə, ayrı-ayrı və fərqli mənaları olacaqdır.

--------------------------------------

"Evet, hitâbât-ı Kur'âniyenin vüs'ati ve maânî ve işârâtındaki genişliği ve en âmî bir avamdan en has bir havassa kadar derecât-ı fehimlerini mürâât ve mümâşât etmesi gösterir ki, herbir âyetin herbir tabakaya bir veçhi var, bakıyor. İşte bu sırra binaen, "yedi semâvât" mânâ-yı küllîsinde, yedi tabaka-i beşeriye, muhtelif yedi kat mânâyı fehmetmişler."

Yəni:

Bəli, Quranın xitabındakı və məna və işarətlərindəki genişliyi; və ən avam təbəqədəki ən avam bir insandan ən xass (seçkin) təbəqənin ən xasslarına qədər fəhm (anlayış) dərəcələrinə riayət etməsi və uyğun olması göstərir ki, hər bir ayətin, hər bir təbəqəyə baxan bir yönü var.

Bax bu sirrdən dolayı, insanlığın 7 təbəqəsi, "7 qat səma"nın külli mənasından, müxtəlif 7 məna başa düşmüşlərdir.

------------------------------------

Şöyle ki:

فَسَوّٰيهُنَّ سَبْعَ سَمٰوَاتٍ âyetinde,

1. "Kısa nazarlı ve dar fikirli bir tabaka-i insaniye, havâ-yı nesîmînin tabakatını fehmeder."

Yəni:

Belə ki:

"...7 qat səma düzəltdi..." ayətində:

1. Qısa nəzərli və dar fikirli bir insan təbəqəsi, "nəfəsimizə yarayan hava" (atmosferin) 7 təbəqəsini fəhm edir.

------------------------------------------------------------------

İzahı:

Atmosferin təbəqələri:

1. Troposfer: İçində yerləşdiyimiz ən alt atmosfer təbəqəsidir. O, bölgələrə bağlı olaraq, hərarət və nəm nisbəti cəhətindən fərqlilik ərz edir. Bunun qalınlığı, 0 ilə 16 km arasında dəyişir.

2. Stratosfer: Atmosferin ikinci əhəmiyyətli təbəqəsini təşkil edir və troposferin üzərindədir. 11 ilə 50 km arasında yer alır. Burda, hərarət 0 ilə [-55] dərəcədir. Stratosferdə heç bir külək olmadığı kimi; bunun nəticəsi olan bulud da, yoxdur.

3. Kemosfer: 80 km'lik yüksəkliyə çatır və stratosferin üzərindədir. Qaz molekulları, burda, atomik qaza və ya tərsinə çevrilir.

4. Mezosfer: Atmosferin orta qismini təşkil edir.

5. İonosfer: Mezosferin üzərində, 400 km'ə qədər uzanır. Bu qatda, hava, elektriklə yüklüdür. Səbəbi də, havaya vücud verən qazların atomları elektronlarını itirmiş və ya qazanmış olmalarıdır. Elektriklə yüklü atomları, yəni ionları ehtiva etməsi səbəbilə, bu təbəqəyə ionosfer deyilməkdədir.

İonosfer, elektriklə yüklü parçacıqları və radio dalğalarını əks etdirməkdədir. Yoxsa, dünyanın bir digər tərəfindəki radio stansiyasının yayımını eşidə bilməzdik. İonosferin alt qisimləri, adi radio dalğalarını; üst qisimləri isə, qısa dalğası olan radio dalğalarını əks etdirir.

Bax, bu xüsusiyyət səbəbilə, qısa dalğadan, dəniz üzərindəki ölkələrin radiolarını asanlıqla dinləyə bilirik. Televiziya naqilinin dalğaları isə, burdan əks etdirilməməkdə və bu təbəqəni kəsib keçməkdədir.

6. Ekzosfer: İonosferin üzərində, havanın qatılığının çox azaldığı qatdır. Burda, hava qatılığı çox az olduğundan, sürtünmə də, ehmal ediləcək qədər azdır. Dolayısı ilə, insanların düzəltdiyi süni peyklər, bu qatda dünya ətrafında dolaşır.

7. Maqnitosfer: Fəzanın sonsuzluqlarını doldurur. Atmosferin, yəni havanın yer almadığı ucsuz-bucaqsız bir məkandır. Qismən ekzosferi ehtiva etməkdə, 64.000 km və fövqündəki fəza məkanını əhatə etməkdədir.

----------------------------------

2. "Kozmoğrafya ile sersemleşmiş diğer bir tabaka-i insaniye dahi, elsine-i enâmda, "seb'a-i seyyare" ile meşhur yıldızları ve medarlarını fehmeder."

Yəni:

(Kainatı bir bütün olaraq ələ alıb incələyən astronomiya elminin bir qolu olan) Kosmoqrafiya ilə "ağlı başından getmiş" bir başqa insan təbəqəsi də, dillərdə "7 planet" deyə bilinən məşhur ulduzları (yəni, planetləri) və onların orbitlərini fəhm edir.

------------------------------------

3. "Daha bir kısım insanlar, küremize benzer zevi'l-hayatın makarrı olmuş semavî yedi küre-i âheri fehmeder."

Yəni:

Bir qisim insanlar, yer kürəmizə bənzəyən, canlıların məkanı olmuş (yəni, canlılara ev sahibliyi etməyə əlverişli olan) 7 başqa kürə fəhm edir.

-----------------------------------

4. "Diğer bir taife-i beşeriye, manzume-i şemsiyenin yedi tabakaya ayrılmasını, hem manzume-i şemsiyemizle beraber yedi manzumat-ı şümusiyeyi fehmeder.”

Yəni:

Digər bir insan qrupu, günəş sisteminin 7 təbəqəyə ayrılmasını və onunla (günəş sistemilə) bərabər 6 başqa günəş sisteminin olmasını fəhm edir.

----------------------------------

5. "Daha diğer bir taife-i beşeriye, madde-i esîriyenin teşekkülatı yedi tabakaya ayrılmasını fehmeder."

Yəni:

Daha başqa bir insan təbəqəsi, esir maddəsinin təşəkkülata başlaması ilə 7 təbəqəyə ayrılmasını fəhm edir. (Yuxarıda bu haqda danışıldı.)

---------------------------------

6. “Daha geniş fikirli bir tabaka-i beşeriye, yıldızlarla yaldızlanıp bütün görünen gökleri bir sema sayıp, onu bu dünyanın semasıdır diyerek, bundan başka altı tabaka-i semavat var olduğunu fehmeder.”

Yəni:

Daha geniş fikirli bir insan təbəqəsi, ulduzlarla qızıllanan bütün görünən göyləri 1 səma sayıb, ona, 'Bu dünaynın səmasıdır.' deyərək, başqa 6 səma təbəqəsinin olduğunu fəhm edir.

--------------------------------

7. "Ve nev-i beşerin yedinci tabakası ve en yüksek taifesi ise, semavat-ı seb'ayı, âlem-i şehadete münhasır görmüyor. Belki avâlim-i uhreviye ve gaybiye ve dünyeviye ve misaliyenin birer muhit zarfı ve ihatalı birer sakfı olan yedi semavatın var olduğunu fehmeder."

Yəni:

İnsanlığın 7-ci təbəqəsi və ən yüksək qrupu, 7 qat səmanı, yalnız şəhadət (görünən) aləmlə məhdudlaşmış görmür. Əksinə, uxrəvi (axirətə aid), qeybi (qeybə aid), dünyəvi və misali aləmlərin hər birinin muhit (əhatə edən) bir "zərf"i və əhatəli bir damı olan 7 səmanın var olduğunu fəhm edir (yəni, dünyanında da, axirət aləmlərinin hər birinin özünə məxsus səmaları vardır).

------------------------------------

"Ve hâkezâ, bu âyetin külliyetinde, mezkûr yedi kat tabakanın yedi kat mânâları gibi daha çok cüz'î mânâları vardır. Herkes fehmine göre hissesini alır ve o mâide-i semâviyeden herkes rızkını bulur."

Yəni:

Və beləcə, bu ayətin külliyyətində, məzkur (yuxarıda zikr edilən) 7 qat təbəqənin 7 qat mənası kimi, çox cüzi mənaları daha vardır. Hər kəs, fəhminə görə hissəsini alır və o "səmavi süfrə"dən hər kəs ruzisini tapır.

--------------------------------

"Madem o âyetin böyle pek çok sadık mâsadakları var. Şimdiki akılsız feylesofların ve serseri kozmoğrafyalarının, inkâr-ı semâvât bahanesiyle, böyle âyete taarruz etmesi, haylâz ahmak çocukların semâvâttaki yıldızlara bir yıldızı düşürmek niyetiyle taş atmasına benzer. Çünkü âyetin mânâ-yı küllîsinden birtek mâsadak sadıksa, o küllî mânâ sadık ve hak olur. Hattâ vâkide bulunmayan, fakat umumun lisanında mütedâvil bulunan bir ferdi, umumun efkârını mürâât için o küllîde dahil olabilir. Halbuki, hak ve hakikî çok efradını gördük."

Yəni:

Madam ki, o ayətin, belə çox doğru məna fərdləri vardır. İndiki ağılsız filosofların və axmaq kosmoqrafiyaçıların, səmaları inkar (yəni "biz, 7 qat səma görmürük") bəhanəsilə, ayətə belə hücum etmələri, yaramaz axmaq uşaqların, bir ulduzu salmaq niyyətilə, səmaya daş atmasına bənzəyir (yəni, ulduz kimi olan ayətə atılan "etiraz daşları", ulduza çata bilməyəcəyindən dolayı, ulduza zərər verməz, əksinə, atdığı daş qayıdaraq öz başına zərər verər.) Çünki ayətin külli mənalarından bir tək məna fərdi, doğrudursa; o külli məna, sadiq və haqq olar. Hətta vaqedə (əslində) var olmayan, lakin ümumun dilində dolaşan bir məna, ümumun fikirlərinə riayət etmək üçün, o külli (mənaya) daxil ola bilər. Halbuki (ayətin) haqq və həqiqi çox (məna) fərdlərini (yuxarıda) gördük.

Külli məna: Ayətin bəhs etdiyi xüsusdakı möhtəməl bütün mənaları ehtiva etməsidir. Məsələn, ayət, səmadan bəhs edirsə, səma haqqında (bizim başa düşdüyümüz) möhtəməl nə qədər məna vardırsa, ayət, bunlara işarət edə bilər.

Masadaq isə: "bir sözü və ya hökmü təsdiq edən xüsus" deməkdir. "Deyildiyi kimi, doğru, sadiq, olduğu kimi, müvafiqdir" kimi mənalara gəlir.

Bir tək masadaq: möhtəməl mənalardan birinin doğru və müvafiq olmasıdır.

Ustad Nursi'nin qəsdi, budur:

Ayətin bir xüsusdakı bəyanının bir çox mənalarından birinin və ya bir neçəsinin doğru və müvafiq olması halında, ayət, haqq və doğru olmuş olur. Məsələn, "7 qat səma"dan bəhs edən ayətin, möhtəməl 100 mənasından sadəcə 1-i doğru və müvafiq çıxsa, o ayət, sadiq və haqq olmuş olur. Bu səbəbdən, bizim başa düşdüyümüz möhtəməl mənalardan biri, ya da bir neçəsi yalnış və xətalı olsa -haşa- ayətə yalnış və xətalı deyilməz və deyilməməlidir.

Hətta əslində olmayan, ancaq insanların örfündə doğru bilinib doğru deyə zənn edilən bir şeyi, Quran, sırf insanları irşad məqamında bu yalnışa işarət etsə, bu, ayətin doğruluğuna bir xələl verməz.

-------------------------------------------------------------------------------

"Ve şimdi, bu insafsız ve haksız coğrafyaya ve sersem ve sermest ve sarhoş kozmoğrafyaya bak: Nasıl bu iki fen hata ederek, hak ve hakikat ve sadık olan küllî mânâdan gözlerini yumup ve çok sadık olan mâsadakları görmeyerek, hayalî bir acip ferdi, mânâ-yı âyet tevehhüm ederek, âyete taş attılar, kendi başlarını kırdılar, imanlarını uçurdular!"

Yəni:

Və indi, bu insafsız və haqsız coğrafiya (yəni, bu fənlə məşğul olan bir qrupun danışdıqlarına); və axmaq, başını itirmiş və sərxoş olan kosmoqrafiya (yəni, bu fənlə məşğul olan bir qrupun danışdıqlarına) bax:

Necə bu 2 fənn (ilə məşğul olan bir qrup), xəta edərək, haqq və həqiqət və doğru olan külli mənalara gözlərini yumub və çox doğru olan məna fərdlərini görməyərək, xəyali əcaib bir fərdi (səmaları 9 qat təsəvvürünü), ayətin mənası zənn edərək, ayətə daş atdılar, öz başlarını qırdılar, imanlarını uçurdular.

----------------------------------------------------------------------------

"Elhasıl: Kıraat-ı seb'a, vücuh-u seb'a ve mucizât-ı seb'a ve hakaik-i seb'a ve erkân-ı seb'a üzerine nâzil olan Kur'ân semâsının o yedişer tabakalarına cin ve şeyâtîn hükmündeki itikadsız maddî fikirler çıkamadıklarından, âyâtın nücumunda ne var, ne yok bilmeyip, yalan ve yanlış haber verirler. Ve onların başlarına o âyâtın nücumundan mezkûr tahkikat gibi şahaplar inerler ve onları yakarlar.

Evet, cin fikirli feylesofların felsefesiyle o semâvât-ı Kur'âniyeye çıkılmaz. Belki, âyâtın yıldızlarına, hikmet-i hakikiyenin miracıyla ve iman ve İslâmiyetin kanatlarıyla çıkılabilir."

Yəni:

Xülasə: 7 qiraət, 7 cəhət (Haşiyə - 1); və 7 möcüzə (Haşiyə - 2); 7 həqiqət və 7 rükn (Haşiyə - 3) üzərinə nazil olan "Quran səması"nın o 7 təbəqələrinə, cin və şeytanlar hökmündəki etiqadsız maddi fikirlər çıxa bilmədiklərindən dolayı, "ayət ulduzları"nda nə var-nə yox bilməyib, yalan və yalnış xəbər verərlər. Və onların başlarına, o "ayət ulduzları"ndan məzkur təhqiqlər (yəni, yuxarıda zikr etdiyimiz mənalar) kimi şahablar enərlər və onları yandırarlar.

Bəli, cin fikirli filosofların fəlsəfəsilə, o "Quran səması"na çıxılmaz. Əksinə, "ayət ulduzları"na, həqiqi hikmətin (yəni Quranın hikmətinin) meracı ilə və iman və islamın qanadları ilə çıxıla bilər.

(Said Nursi, "Ləmalar", 12-ci Ləma, "İkinci mühim məsələ", s. 67-70)

--------------------------------------------------------------------

(Haşiyə - 1:

Quranın 7 qiraət cəhətinin izahı üçün, bax:

https://suallarlaislam.com/.../quranin-7-h%C9%99rf-uz%C9...

-------------------------------------------------------------------

(Haşiyə - 2: Quranın 7 möcüzəsi:

Ustad Said Nursi (rahmətullahi aleyh)'in əsərlərini oxuyanlar görməkdədirlər ki, Ustad Nursi, Quranın i'caz yönlərini zikr edərkən:

~ bir çox yerdə, bu cəhətlərin - 7;

~ başqa bir neçə yerdə - 40;

~ bəzi ifadələrində, bu sayın - 200;

~ bəzən də, saysız-hesabsız olduğunu söyləməkdədir.

O halda, bu saylardan, Ustadın tam olaraq qəsdi nədir? Görəsən bu, i'caz cəhətlərini müəyyənləşdirməkdə bir tərəddüdmüdür? Yoxsa əvvəl bir sayı doğru görüb, daha sonra bu qənaətini dəyişdirib başqa bir sayamı keçmişdir? Və ya bu sayları uzlaşdırmağın müəyyən bir yolu vardırmı?

Bu problemi həll etmək üçün, bunların zikr edildiyi ibarələrə, tək-tək baxaq. Belə ki:

✓ 7 i'caz yönünün keçdiyi yerlər:

~ O, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz"da (s. 50), belə deməkdədir:

"Onüç asırdan beri, yedi vecihle i'câzı tasdik edilen Kur'ân-ı Mu'cizü'l-Beyânın Haşir hakkındaki beyanatı, saadet-i ebediyenin geleceğine kâfi bir delil değil mi­dir? Başka bir delile ihtiyaç var mıdır?"

Yəni:

13 əsrdən bəri, 7 vəch (cəhət) ilə i'cazı təsdiq edilən bəyanı möcüzə olan Quranın, haşr haqqındakı bəyanları, əbədi səadətin gələcəyinə dair kifayət edici bir dəlil deyildirmi? Başqa bir dəlilə ehtiyacmı vardır?

~ “Sözlər" əsərinin 25-ci Sözü olan "Mu'cat-ı Quraniyyə" risaləsi'nin "Zeyl"ində  (s. 436), müəllif belə deməkdədir:

"...Kur'ân'ın i'câzından yedi büyük vechi varken , yalnız bir tek vechi olan be­lağatının -tek bir süresinin- mislini getirmekten istinkâfları..."

Yəni:

...Quranın i'cazından 7 böyük cəhəti var ikən, yalnız bir tək cəhəti olan bəlağatının -tək bir surəsinin belə- mislini gətirməkdən çəkinmələri...

------------------------------------------------------------------------------

✓ 40 i'caz yönünün keçdiyi yerlər:

~ "Mu'cizat-ı Quraniyyə" risaləsinin “Emirdağ çiçəyi”ndə (s. 443), belə deməkdədir:

"Risâle-i Nûr'da ve bilhassa Kur'ân'ın kırk vech-i i'câzını icmâlen isbat eden Yirmibeşinci Söz, zeyilleriyle beraber ve Kur'ân'ın nazmındaki vech-i i'câzı harika bir tarzda isbat eden Arabî Risale-i Nûr'dan İşârâtü'l-İ'câz tefsiri bilfiil göstermiş­ler ki..."

Yəni:

Risale-i Nur'da və xüsusilə Quranın 40 i'caz cəhətini icmal olaraq isbat edən "25-ci Söz", zeyl'lərilə bərabər və Quranın nəzmindəki i'caz cəhətini qeyr-i adi bir tərzdə isbat edən ərəbcə yazılmış "İşaratu'l-İ'caz" təfsiri, felən göstərmişlər...

~ "Məktubat" adlı əsərinin "29-cu Mektub"unun "Üçüncü Risalə Olan Üçüncü Qisim"ində (s. 390), belə deməkdədir:

"Kur'ân-ı Azîmuşşân'ın enva-ı i'câzı kırka bâliğ olduğu, İ'câz-ı Kur'ân namındaki Yirmibeşinci Sözde bürhanlariyle isbat edilmiş. Bazı envâ'ı tafsilen, bir kısmı icmâ­len muannidlere karşı dahi gösterilmiş."

Yəni:

Şanı əzəmətli olan Quranın i'caz növlərinin 40-a çatmış olduğu, "İ'caz-ı Quran" adındakı "25-ci Söz"də, dəlillərilə isbat edilmişdir. (Bu i'cazın) bəzi növləri, təfsilən; bir qismi də, icmalən, inad edənlərə qarşı belə, göstərilmişdir.

~ Yenə eyni adlı əsərdə (s. 391), belə deməkdədir:

"Şimdi o tabakanın fehmini ve zevkini teshil etmek için; kırk vücûh-u i'câzdan göz ile görülen bir vechini, bir Kur'ân'ı yazdırdık ki, o yüzü göstersin."

Yəni:

İndi, o təbəqənin (ayəti) fəhmini və (ayətdən) zövq almasını asanlaşdırmaq üçün, 40 i'caz yönündən göz ilə görünən bir yönünü göstərən bir Quran yazdırdıq.

~ "Məktubat" adlı əsərinin "19-cu Məktub"unda (s. 172) isə, belə deməkdədir:

"Resûl-i Ekrem (a.s.m)'in en büyük ve ebedî ve yüzer delâil-i nübüvveti câmi' ve kırk vecihle i'câzı isbat edilmiş bir mu'cizesi dahi Kur'ân-ı Hakîmdir."

Yəni:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ən böyük və əbədi və 100-lərlə nübüvvət dəlilini cəm edən və 40 cəhətlə i'cazı isbat edilmiş bir möcüzəsi də, hikmətli Quran'dır.

~ Yenə "Məktubat" adlı əsərində (s. 206), belə deməkdədir:

"(Hz. Peygamber'in) Elinde bu kaînat sahibinin bir fermanı bulunduğu... ve o fermanı, her asırda üçyüz milyondan ziyade insanların onu kabul ve tasdik ettik­leri... ve o ferman olan Kur'ân-ı Azimuşşanın yedi vecihle harika olmasıdır.

Ve bu Kur'ân'ın kırk vecihle mu'cize olduğunu... ve kâinat Halıkının sözü bulunduğunu kuvvetli delilleriyle beraber, Yirmibeşinci Söz-Mu'cizât-ı Kur'âniye-namında ve Risâle-i Nûr'un bir güneşi olan meşhur bir risalede beyan edilmesinden..."

Yəni:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əlində, bu kainat Sahibi'nin bir fərmanı olduğu...və o fərmanı, hər əsrdə 300 milyondan çox insanın onu qəbul və təsdiq etdikləri...və o fərman olan şanı uca olan Quranın, 7 cəhətlə qeyr-i adi olmasıdır.

Və bu Quranın 40 cəhətlə möcüzə olduğunu...və kainat Xaliq'inin sözü olduğunu qüvvətli dəlillərilə bərabər, "25-ci Söz: Mu'cizat-ı Quraniyyə" adında və Risale-i Nur'un bir günəşi olan məşhur bir risalədə bəyan edilməsindən...

-------------------------------------------------------------------------

✓ 200 i'caz yönünün keçdiyi yer:

~ "Məktubat" adlı əsərinin "29-cu Məktub"unda (s. 390), belə deməkdədir:

"Kur'ân-ı Mu'cizü'l-Beyânın ikiyüz aksam-ı i'câziyesinden nakşî bir kısmını gös­terecek bir tarzda, Kur'ân-ı Azîmüşşânı Hafız Osman hattiyle taayyün eden ve âyet-imüdâyene mikyas tutulan sahifeleri..."

Yəni:

Bəyanı möcüzə olan Quranın 200 i'caz yönündən naxışvari bir qismini göstərəcək bir tərzdə, şanı əzəmətli Quranı, Hafiz Osman xəttilə təəyyün edən və müdayanə ayəti (Bəqərə/282) miqyas tutulan səhifələri...

--------------------------------------------------------------------------

✓ Saysız-hesabsız i'caz yönünün keçdiyi yer:

~ "Ləmalar" adlı əsərinin "7-ci Ləma"sında (s. 36), belə deməkdədir:

"İşte, Kur'ân'ın enva-ı i'câzından olan ihbar-ı gayb nev'inin lemeat-ı i'câziyesi âyât-ı Kur'âniyede o kadar çoktur ki, hasra gelmez. Ehl-i zâhirin kırk elli âyete hasretmeleri, nazar-ı zâhirî iledir. Hakikatte ise binden geçer. Bazen bir âyette dört beş vecihle ihbâr-ı gaybî bulunur."

Yəni:

Bax, Quranın i'caz növlərindən olan "qeybdən xəbər vermək" növünün i'caz parıltıları, Quran ayətlərində o qədər çoxdur ki, (müəyyən bir sayla) məhdudlaşdırıla bilməz. Zahir elmlərilə məşğul olan alimlərin, bunu 40-50 ayətə həsr etmələri (yəni, bununla məhdudlaşdırmaları), zahiri (ayətlərin zahirindən anlaşılan) nəzərləri etibarı ilədir. Həqiqətdə isə, 1000-dən keçər. Bəzən bir ayət, 4-5 cəhətlə, qeybdən xəbər verir.

Risale-i Nur külliyyatında yer alan bu ibarələri beləcə qeyd etdikdən sonra,

~ Quranın "saysız-hesabsız i'caz yönləri" olduğunu zikr edən ifadənin, bir tək i'caz cəhətinin, yəni, Quranın "qeybdən xəbər vermək cəhəti" ilə möcüzə olması qisminə girdiyini görürük.

~ İ'caz cəhətlərinin 200 olduğunu söyləyən ifadədə yer alan bu i'caz cəhətlərinin, ümumi i'caz cəhətləri muhtəvasına girən fər'i (təfərrüata aid) qisimlər olduğu başa düşülür.

Geriyə, bu cəhətlərin, 7 və 40 olduğunu bildirən ifadələr qalır.

Bu ifadələr üzərində diqqətlicə düşündüyümüzdə görürük ki, Ustad Nursi, bu 40 cəhətin təfsilini, "Mu'cizat-ı Quraniyyə" risaləsinə həvalə edir, ki, həqiqətən, bu risalədə, bu cəhətlər, zikr və təfsil edilmişdir.

"Mu'cizat-ı Quraniyyə" risaləsini mütaliə edənlər görəcəklərdir ki, Ustad Nursi, Quranın i'caz cəhətlərindən birini əvvəl icmal olaraq zikr edir; ardınca isə, bu cəhətin muhtəvasına girən cüziyyatı təfsilatlı bir şəkildə açıqlayır.

Bundan başa düşülür ki, Ustadın, i'cazın:

~ 7 cəhətindən məqsədi: ümumi cəhətlər;

~ 40 cəhətindən məqsədi isə: bu 7 cəhətin təfsili və ya bu ümumi 7 cəhət muhtəvasına girən fəri olanlardır.

Burdan, Ustad Nursi'nin, Quranın i'caz cəhətlərinin sayı haqqındakı məqsədi ortaya çıxır.

Biz, burda, Quranın i'caz cəhətlərindən 7 böyük və ya ümumi cəhətini göstərməyə çalışacağıq. Necə ki, Ustad, bu 7 cəhəti zikr etmiş, ancaq bunların nələr olduğunu açıq olaraq bildirməmişdir. Bununla bərabər, burda, bunlar arasındakı tədaxül (bir-birinə içə girmə) və təkrarı da ortadan qaldırmağa çalışacağıq.

Bunu də nəzərdən qaçırmamaq lazımdır ki, Ustadın i'caz cəhətləri olaraq zikr etdiyi bəzi cəhətlər vardır ki, bunlar, həqiqətdə, izah və isbatı keçən cəhətlərin, nəticə və meyvələri məsabəsindədirlər.

7 i'caz yönündən:

√ 1. Quranın "nəzm"indən doğan i'cazıdır.

Nəzm: "hərflərinin, kəlimələrinin, surələrinin, bir-birilə bütünlük ərz etməsi, onda yer alan hər şeyin, mövcud olduğu yerə tam uyğun yerləşdirilməsi"dir.

Ustad Said Nursi (rahmətullahi aleyh), nəzm'in, Quranın i'caz yönlərinin ən birincisi və ən açığı olduğu görüşündədir. Bu i'caz cəhətini açıqlamaq məqsədilə, çox dəyərli əsəri olan "İşaratu'l-İ'caz fi məzanni'l-icaz" adlı təfsirini qələmə almışdır. O, bu əsərində, təfsir etdiyi ayətləri (Fatihədən Bəqərə surəsi 33-cü ayətə qədər), Quranın, bu i'caz cəhətini (yəni, Quranın, nəzmi etibarı ilə möcüzə olması cəhətini) göstərəcək bir şəkildə ələ almışdır. Müəllif, bu əsərində, belə bir metod izləmişdir:

Təfsir edəcəyi ayət və ayətlərdən əvvəl, bir müqəddiməyə yer verir (bəzən, bunu tərk etmişdir), sonra ayətlərin təfsirini verir. Bundan sonra isə, təfsir etdiyi ayətin, əvvəlki və sonrakı ayətlərlə olan nəzm və münasibətini açıqlayır. Arxasınca da, ayətin cümlələrinin və cümlələrdəki kəlimə və hərflərin bir-birilə olan münasibətlərini bəyan edir. Necə ki, O, bu metoduna, dəfələrlə işarət etməkdədir. Bu işarətlərdən biri, budur:

"Şu İşârâtü'l-İ'câz adlı eserden maksadımız; Kur'ân'ın nazmına, lafzına ve ibaresine ait i'câz işaretlerini ve remizlerini beyan et­mektir. Çünkü i'câzın mühim bir vechi, nazmından tecelli eder. Ve en parlak i'câz Kur'ân'ın nazmındaki nakışlardan ibarettir."

Yəni:

Bu "İşaratu'l-İ'caz" adlı əsərdən məqsədimiz, Quranın nəzminə, ləfzinə və ibarəsinə aid i'caz (möcüzəlilik) işarətlərini və rəmzlərini bəyan etməkdir. Çünki i'cazın mühim bir cəhəti, nəzmindən doğur. Və ən parlaq i'caz, Quranın nəzmindəki naxışlardan ibarətdir.

Bu sözü də, buna başqa bir nümunədir:

"Bil ki, Kur'ân-ı Kerimin i'câzının esası, nazmının belağatıdır. Nazmın belağatı da, iki kısım­dır. Bir kısmı, ziynet gibi, bir kısmı da elbise gibidir."

Yəni:

Bil ki, Quran-i Kərimin i'cazının əsası, nəzminin bəlağatıdır. Nəzminin bəlağatı da, 2 qisimdir:

~ Bir qismi, zinət kimi;

~ Bir qismi də, libas kimidir.

Ustad Nursi, eyni əsərdə, belə də deməkdədir:

"Kur'ân-ı Kerim i'câzının en dakik vechi, nazmının belağatında­dır."

Yəni:

Quran-i Kərimin i'cazının ən incə cəhəti, nəzminin bəlağatındadır.

Bu səbəbdəndir ki, professor doktor Muhsin Əbdü'l-Həmid, "İşaratu'l-İ'caz"ın ərəbcə nəşrinin təhqiqli təqdimində, belə deməkdədir:

"Belə görürəm ki, Ustad Nursi, bu nəzm nəzəriyyəsini, gözəl və sağlam bir şəkildə incələmiş, sonra da özündən əvvəl təfsir yazan Zəmaxşəri, Razi və əbu's-Suud kimi şəxslərin, bu nəzəriyyəni tam bir sistem olaraq və sırasına görə Quranın bütün surə, ayət və ləfzlərinə tək-tək şamil olacaq şəkildə təfsilatlı olaraq tətbiq etməyə çalışmadıqlarını görmüş və bu böyük müfəssirləri nümunə alaraq, -lakin onlardan fərqli olaraq- tam, təfsilatlı bir şəkildə tətbiq edəcəyi bir təfsir yazmaq istəmişdir. Bu təfsirində, bəhs mövzusu nəzm nəzəriyyəsini, cümlələrin həm ləfz və həm də mənalarına, lüğəvi, külli və cüzi, əqli və zövqi maarif cəhətindən də tətbiq etmişdir. Quranın nəzminin incəliklərini kəşf etmək üçün, bu nəzəriyyəyə söykənmiş, Quranın möcüzəliliyini bununla göstərmiş və Quran üslubunun incə xüsusiyyətlərini ortaya çıxarmışdır. Quranın bu üslub xüsusiyyətləri, ki, özündən əvvəlki bəliğləri heyrətdə qoymuş, fasihlərin dilini kəsmiş və beləcə, ta ki qiyamətə qədər, onlara meydan oxuduğunu isbat etmişdir."

Həqiqətən də, "İşaratu'l-İ'caz", Quranın nəzmindəki möcüzəliliyini isbat sahəsində, çox dəyərli bir çalışma sayılmaqdadır. Bu mövzunu, bir çox ayəti nümunə göstərərək tətbiqi bir şəkildə isbat edir. Bədiü'z-zaman'ın, bu əsərini çox çətin şərtlərdə, 1-ci Dünya Müharibə'sində, döyüş cəbhəsində qələmə aldığı da nəzərə alındığında, dəyəri bir qat daha artır. Bu əsər, üslubu və yazıldığı şərtlər etibarı ilə, müstəsna bir xüsusiyyət daşıyır.

--------------------------------------------------------------------------------------------------

√ 2. Quranın "icaz" (az sözlə çox məna ifadə etməsi)'ndən doğan i'cazı

Ustad Said Nursi, icaz'ın, nəzmdən sonra Quranın i'caz cəhətləri arasında ikinci sırada yer aldığı görüşündədir. Bu görüşünü, bir neçə yerdə dilə gətirmişdir. Nümunə qəbilindən olaraq, Onun bu sözlərinə yer verək:

O, "Məktubat" adlı əsərinin 26-cı Məktub'unda (s. 302-304), belə deməkdədir:

"Kur'ân-ı Mu'cizü'l-Beyânın esas-ı i'câ­zının-en mühimlerinden-belağatından sonra îcâzdır. İcâz, i'câz-ı Kur'ân'ın en me­tin ve en mühim bir esasıdır. Kur'ân-ı Hakîm'de şu mu'cizane îcâz, o kadar çoktur ve o kadar güzeldir ki; ehl-i tahkik, karşısında hayrettedirler."

Yəni:

Bəyanı möcüzə olan Quranın möcüzəlilik əsasının -ən mühimlərindən biri- bəlağatından sonra icaz'ıdır. İcaz, Quranın möcüzə olmasının ən sağlam və ən mühim bir əsasıdır. Hikmətli Quranda, bu möcüzəvari icaz, o qədər çox və o qədər gözəldir ki, təhqiq əhli, (onun) qarşısında heyrətdədirlər.

Bundan sonra, O, Hud surəsi 44; Şəms/11-15; Ənbiya/87; Yusuf/45-46 ayətlərinin icaz cəhətlərinə diqqət çəkir.

------------------------------------------------------------------------------

3. Quran fəsahət və camiyyət (cəm ediciliyi)'ndən doğan i'cazı:

Fəsahət, lüğətdə, "açıq olmaq; havanın açıq və parlaq olması; südün üzünü örtən köpükdən təmizlənib saf və xalis olması" mənasına gəlir.

Burdan yola çıxaraq, "sözün qüsurlardan sıyrılmış olması"na - fəsahət; belə sözə və ya onu söyləyənə də, fasih deyilmişdir.

Fəsahət, ilk əvvəllər, bəlağat, bəyan və bəraat kəlimələrilə sinonim olaraq, "gözəl və təsirli söz" mənasında istifadə edilərkən; daha sonra, ləfz gözəlliyinə - fəsahət; məna gözəlliyinə də - bəlağat, bəraət və bəyan deyilməyə başlanılmışdır.

Bir sözün fasih sayıla bilməsi üçün, fəsahətə əngəl olan qüsurlar daşımaması lazımdır. Bu qüsurlar, ləfzə və mənaya aid olmaq üzərə, ikiyə ayrılır:

Ləfzə aid qüsurlar, başlıca olaraq bunlardır:

a. Tənafur: "bir kəlimə və ya cümlənin, çətin tələffüz edilməsi"dir. Yəni, kəliməni meydana gətirən hərflərin məxrəclərinin eyni və ya yaxın olması səbəbilə, rahat bir şəkildə deyilə bilməməsinə, "tənafuru'l-huruf" deyilir. Tək başına deyildiyində, tələffüzü asan olan bir kəlimənin, məxrəc birliyi və ya yaxınlığı səbəbilə, cümlə içində digər kəlimələrlə birlikdə çətin tələffüz edilməsinə, "tənafuru'l-kəlimət" adı verilir. Məsələn:

"Və qabru harbin bi-məkənin qafru / və ləysə qurbə qabri harbin qabru": yəni, "Hərbin qəbri, kimsəsiz bir yerdədir; onun qəbrinin yanında heç bir qəbir yoxdur." beytində, tək başına deyildiklərində, dilə çətin gəlməyən "qabr", "qafr", "qurb", "harb" kəlimələri, ard-arda istifadə edildiyində, cümlənin tələffüzü çətinləşməkdədir.

b. Kəlimənin morfoloji quruluşunun, qayda xarici olması.

Buna, qiyasa müxalifət də deyilir. Məsələn:

Şair Mütənəbbi'nin, "İnnə bəniyyə lə-li'əmun zəhədəh / mə liyə sudurihim min məvdədəh": yəni, "Oğullarım, məni tərk edən alçaqlardır. Qəlblərində, mənə aid heç bir sevgi yoxdur." beytindəki "məvdədə" kəliməsinin doğru şəkli, "məvəddə"dir. Şeirdə zərurət dolayısı ilə və ifrat olmamaq qeydilə, imalə (qısa bir hecanı uzun oxumaq) və zihaf (uzun olan bir hecanı qısaldaraq oxumaq) kimi qayda xarici istifadələr xoş görülmüşdürsə də, bunlar, yenə də qüsur sayılır. Ərəb dilində, şəddəli bir hərfi, şəddəsiz oxumaq; fəthəni kəsrəyə çevirmək; kəlimədən hərf atmaq ya da əlavə etmək kimi xüsuslar, xoş görülməmişdir.

c. Ləfzi tə'qid.

"Əqd" kökündən meydana gələn "tə'qid", "bağlamaq, düyünləmək" deməkdir. Bir ibarəni meydana gətirən kəlimələrin, məqsədin başa düşülməsini çətinləşdirəcək şəkildə sıralanmasıdır. Ləfzi tə'qid, kəlimələrin həqiqi yerlərindən daha əvvələ və ya sonraya alınması, yaxud ard-arda gəlməsi lazım gələn kəlimələrin arasına, başqa kəlimələrin əlavə edilməsi surətilə olur.

Cümlələrin, bir bütün halında qavrana bilməyəcək dərəcədə uzun və ya bir çox bağlayıcı ilə bir-birinə bağlanmış olması, köməkçi cümlənin əsas cümləni kölgələyəcək qədər ön plana çıxarılması da, ləfzi tə'qidə səbəb olur. Məsələn:

"Cəfəhət və hum lə yəcfəhunə bihə bihim / Şiyəmun alə'l-həsəbi'l-əğarri dələilu" beytində, təqdim (əvvələ almaq) və təxir (sonraya almaq) səbəbilə, ləfzi tə'qid vardır.

Bu beytin düzgün bir cümlə halına gətirilmiş şəkli, belədir:

"Cəfəhət bihim şiyəmun və hum lə yəcfəhunə bihə alə'l-həsəbi'l-əğarri dələilu": yəni, "Üstünlük əlaməti vəsflər, onlarla qürurlandı; halbuki onlar, bunlara heç də əhəmiyyət verməməkdədirlər."

d. Kəlimənin və ya cümlənin, qulağa, ahəngli gəlməməsi.

Bəzi kəlimələrin tələffüzü asan olmasına baxmayaraq, çıxardıqları səslər, ahəngli olmaya bilər.

Məsələn, "təkə'kə'tum": yəni, "toplandınız" sözü.

e. Hərf və ya hecaların çoxluğu səbəbilə, kəlimənin uzun olması.

Məsələn, "suveydəvət", "mustəşzirat" kimi.

f. Cümləni meydana gətirən kəlimələrin sıralanmasının, söz düzülüşü qaydalarına müxalif olması.

Məsələn, ərəb dilində, (ismi cümlədə) ibarədə ilk əvvəl isim gəlir; sonra da, ona işarət edən damir (şəxs əvəzliyi) zikr edilir. İlk əvvəl, damiri; sonra da ismi zikr etmək, bir sintaksis yalnışlığıdır. Bu qüsur, vəzn və qafiyə zərurəti səbəbilə, xüsusilə şeirlərdə, çoxca görülməkdədir.

g. Lazımsız təkrarlar.

Cümlədə, hər hansı bir kəlimənin, xoşa gəlməyəcək və yeni bir məna qatmayacaq şəkildə təkrarlanması, cümlənin fasih sayılmasına əngəl olur.

h. Tətəbu'ul-idafə (ard-arda gələn izafə).

Məsələn, "Yusif'in söylədiklərinin doğruluq dərəcələrinin araşdırılması..."

Ustad Nursi, ləfzdəki fəsahata nümunə olaraq, Al-i İmran/154 ayətini nümunə olaraq zikr etməkdədir. (bax: "Sözlər", 25-ci Söz: "Mu'cizat-ı Quraniyyə", s. 369-370)

Quranın cəm edicilikdə möcüzə olmasını isə, Ustad Nursi, 5 qismə ayırmaqdadır. Belə ki:

a. Ləfzindəki cəm edicilik;

b. Mənasındakı cəm edicilik;

c. Elmindəki cəm edicilik;

d. Mövzularındakı cəm edicilik;

e. Üslub və icazındakı cəm edicilik. (bax: "Sözlər", 25-ci Söz, 1-ci Şölə, 2-ci Şua, s. 381-393)

------------------------------------------------------------------------

4. Üslubundakı bədilik (bənzərsizlik)

Ustad Said Nursi, Quranın üslubundakı bənzərsizliyin, möcüzəlilik cəhətlərindən biri olduğuna işarət etməkdədir. Ona görə:

"Kur'ân'ın üslubları, hem garibdir, hem bedi'dir, hem acibdir, hem mukni'dir. Hiçbir şeyi hiçbir kimseyi taklid etmemiş. Hiç kimse de onu taklid edemiyor. Nasıl gelmiş, öyle o üsluplar tarave­tini, gençliğini, garabetini daima muhafaza etmiş ve ediyor." ("Sözlər", 25-ci Söz: "Mucizat-ı Quraniyyə", s. 364-368)

Yəni:

Quranın üslubları, həm qeyr-i adi; həm bənzərsiz; həm heyrət verici; həm də ağla qəbul etdirəcək şəkildə qənaət vericidir. Heç kimsə, Onu təqlid edə bilmir. Necə gəlmişdirsə, o üslublar, eləcə, öz təravətini, gəncliyini, qeyr-i adiliyini, daim qorumuş və qorumaqdadır.

Ustad, daha sonra, Qurandakı kəsik hərfləri (əlif, lam, mim kimi); Nəbə surəsini; Al-i İmran /26 ayətini; İnşiqaq/1-5 ayətlərini; Hud/44 ayətini; Yasin/38-39 ayətlərini; Nuh/16 ayətini nümunə olaraq zikr etməkdədir. (Haşiyə)

(Haşiyə:

Kəsik hərflər (hurufu'l-muqattaa) üçün, aşağıdakı linkə daxil ol:

https://archive.org/details/huruful-muqattaa-4)

-----------------------------------------------------------------------

5. Bəyanındakı bəraət. Yəni, bəyanındakı üstünlük, mətinlik və ehtişamdır.

Müəllifimiz Nursi, 25-ci Söz olan: "Mucizat-ı Quraniyyə" risaləsində (bax: 1-ci Şölə, 1-ci Şua, 5-ci Nöqtə, s. 370-381), belə deməkdədir:

"Tergib ve terhib, medih ve zem, ispat ve irşad, ifham ve ifhâm gibi bütün aksâm-ı kelâmiyede ve tabakat-ı hitabiyede beyânât-ı Kur'âniye en yüksek mertebededir."

Yəni:

~ Tərğib (bir şeyə rəğbət oyandırmaq) və tərhib (bir şeydən çəkindirmək);

~ Mədh (tərif) və zəmm (pisləmək);

~ İsbat (bir şeyin doğruluğunu ortaya qoymaq) və irşad (bir şeyə yönləndirmək);

~ İfhəm (bir şeyi başa düşülə bilən qılmaq) və ifham (muxatabı susdurmaq)

kimi bütün kəlam qisimlərində və xitab təbəqələrində, Quranın bəyanatı, ən yüksək mərtəbədədir.

Daha sonra, O, Quranın:

~ Tərğib'də üstünlüyünə, İnsan/1 ayətini;

~ Tərhib'də üstünlüyünə, Ğaşiyə/1 ayətini;

~ Mədh'də üstünlüyünə, ilk ayəti "əlhəmdulilləh" olan 5 ayəti (Fatihə, Ənam, Kəhf, Səbə və Fatir);

~ Zəmm'də üstünlüyünə, Hucurat/12 ayətini;

~ İsbat'da üstünlüyünə, Rum/50; Qaf/1-11; Yasin/2-3; Yasin/78-79 ayətlərini;

~ İrşad'da üstünlüyünə, Bəqərə/74 ayətini;

~ İfham'da (muxatabı susdurmaqdakı) üstünlüyünə, Bəqərə/23 ayətini;

~ İfhəm'də (bir şeyi başa düşülə bilən qılmaqdakı) üstünlüyünə, Tur/29-43 ayətləri,

nümunə olaraq zikr etməkdədir.

-----------------------------------------------------------------------------------------------------

6. Mənasındakı bəlağat (ritorika)

"Bəlağat": "bir fikrin, söz və ya yazı olaraq, yerində, kifayət qədər və zamanında ifadə edilməsi" deməkdir.

Ustad, bu cəhəti bəyan edərkən, çox təfsilat verməmişdir. Sadəcə, bunun i'caz cəhətlərindən biri olduğunu qəti olaraq ifadə edən, bir neçə qısa işarətlə kifayətlənmişdir.

25-ci Söz'də, Quranın mənasındakı bəlağata, Hədid/1; İsra/44; Rahmən/33-36; Mülk/5 ayətlərini nümunə olaraq zikr etmişdir. (bax: 25-ci Söz, 1-ci Şölə, 2-ci Surət, 2-ci Nöqtə, s. 363-364)

~ İsra/44 ayətinin təfsirini, "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "əl-Ayətə'l-Kubra" adlı əsərində;

~ Mülk/5 və Rahmən/33-35 ayətlərinin təfsirlərini, "Sözlər" adlı əsərinin 15-ci Sözündə vermişdir.

-----------------------------------------------------------------------------

7. Quranda zikr edilən elmlər

Bu cəhətin muhtəvasına, bir çox xüsus girməkdədir. Quranın i'caz cəhətlərindən biri də, insanlığın ilərləməsilə, hələ yeni-yeni kəşf edilən elmi həqiqətlərlə münasibəti olan bəzi işarətləri ehtiva etməsidir.

Ustad Nursi, Quranda zikr edilən peyğəmbər möcüzələrindən, bəşəri, bənzərlərinə çatmaq üçün çalışmağa təşviq edən işarətlərin alına biləcəyinə diqqət çəkir. Belə ki, O, deyir:

"Sanki Kur'ân-ı Kerim, enbiyanın kıssa ve hikayeleriyle terakkiyatın esasla­rına, temellerine parmakla işaret ederek: ‘Ey beşer! Şu gördüğün mu'cizeler, bir takım örnek ve nümunelerdir. Telâhuk-u efkârınızla, çalışmalarınızla şu örneklerin emsalini yapacaksınız.' diye ihtar etmiştir. Evet mazî istikbalin ayinesidir; istik­balde vücuda gelecek icâdlar, mazide kurulan esas ve temeller üzerine bina edi­lir."

Yəni:

Quran-i Kərim, sanki, peyğəmbərlərin qissə və hekayələrilə, tərəqqinin əsaslarına, barmaqla işarət edərək:

'Ey bəşər! Bu gördüyün möcüzələr, bəzi nümunələrdir. Fikirlərinizin bir-birinə əlavə edilməsilə, çalışmalarınızla, bu nümunələrin misillərini edəcəksiniz.' deyə ixtar etmişdir.

Bəli, keçmiş, gələcəyin aynasıdır; gələcəkdə meydana çıxacaq icadlar, keçmişdə qurulan əsaslar üzərinə bina edilir.

"Sözlər" risaləsinin 20-ci Sözündə, 6 Peyğəmbərin Qurandakı möcüzələri zikr edilərək, iləridə çıxacaq kəşflərə işarət etdiyi göstərilmişdir. İstəyən, məzkur risaləyə müraciət edə bilər.

Bu i'caz cəhətinin muhtəvasına girən bir xüsus da, Quranın qeybdən xəbər verməsidir. Necə ki, biz, Quranın, insanların insan olaraq çata bilmələri mümkün olmayan bir çox qeybi xüsusları bizə bildirən ayətlərinin mövcud olduğunu görürük. Bu qeyblərdən:

~ biri - keçmiş zamanla bağlı;

~ biri - gələcək zamanla bağlı;

~ biri də - əşyanın həqiqəti və axirətdəki mövzularla bağlıdır. (bax: 25-ci Söz, 3-cü Şüa, s. 394-396)

Haşiyə - 2, burda bitir.

--------------------------------------------------------------------------------

Haşiyə - 3: 7 həqiqət və 7 rükn üzərinə nazil olan Quran

İmanın 6 əsası vardır. Bunlar:

1. Allah’ın varlığına və birliyinə inanmaq.

2. Mələklərinə inanmaq.

3. Kitablarına inanmaq.

4. Peyğəmbərlərinə inanmaq.

5. Axirət gününə inanmaq.

6. Qədərə (yəni, xeyrin də, şərrin də, Allahın təqdir etdiyinə) inanmaq.

İslam, bu 6 təməl üzərinə qurulmuş və bu iman həqiqətlərinin 7-cisi hökmündədir. Necə ki, Quran, bizə, "iman""saleh əməl" kimi 2 əhəmiyyətli vəzifə yükləmişdir.

Bunlardan iman, 6 sütunlu bir təməldir. Saleh əməl isə, bu sütunlar üzərinə yüksələn İslam binasıdır. İman sütunlarının 6-sı, bir bütündür, bölünə bilməz. Bu sütunlardan biri əskik olarsa, İslam binası zədələnər.

İslam binasının da, saleh əməl cəhətindən 5 əsası vardır. Bunlar:

1. Kəlime-i şəhadət;

2. Namaz;

3. Ramazan orucu;

4. Zəkat;

5. Həcc ziyarəti.

Bu saleh əməl sütunları, binanı tamamladığından dolayı, imanın 6 əsasının 7-cisi hökmündə sayılırlar.

Ustad Nursi, bu həqiqəti, “Kastamonu Lahikası" adlı əsərində (bax: s. 185)'də belə ifadə etməkdədir:

"...hakikat-i İslâmiyetin (İslam həqiqətlərinin) yedi esasını parlak bir surette ispat edildiği cümlesine dair soruyor ki:

'Erkân-ı İslâmiyeyi (İslam rüknlərini), beş biliyoruz. Hem vücub-u zekât (zəkatın fərz olması) rüknü, risalelerde ne suretle izah edildiğini' soruyor.

Elcevap: İslâmın rükünleri, başkadır; hakikat-i İslâmiyetin esasları, yine başkadır. Hakikat-i İslâmiyetin esasları, altı erkân-ı imaniyeyle (iman rüknü ilə) ve esas-ı ubudiyet (qulluq əsasları) ki, İslâmın beş rüknü olan savm (oruc), salât (namaz), hac, zekât, kelime-i şehadet, mecmuunun hülâsasıdır (bu 5 şeyin cəmindən hasil olan xülasədir)..."

---------------------------------------------------------------------------------------------

NOT:

Göy təbəqələrinin 7 olduğu haqqında keçən digər ayətlər: Muminun 17, 86, Fussilət 12,Talaq 12, Mulk 3, Nuh 15, Nəbə 12 ayətləridir.

Ayətlərə bütünü ilə baxıldığında, 7 ifadəsinin nə üçün istifadə edildiyini görə bilirik: Allahın sonsuz elmi və sonsuz qüdrətini başa düşmək. 

Ərəblərin o günki bilikləri çox məhdud olmaqla bərabər, bu biliklərin başında, göylər və yer haqqındakı bilikləri gəlirdi. Quranın məqsədi isə, tövhid dərsi vermək olduğuna görə, Onun kainatdan bəhs etməsinin əsl məqsədi də, bu tövhid inancını qüvvətləndirməkdir. Səmanı, gözlə görülən şəklilə 1 tək səma və ya köhnə yunan fəlsəfəsinə görə 9 qat olaraq başa düşənlərin bu yalnışlarını düzəltmək və həqiqətli olan orta yolu göstərmək üçün, ayətlərdə 7 səma təbəqəsi ifadəsi, dəfələrlə təkrarlanmışdır.

Bu kimi ayətlərdə, məqsəd, səmaların yaradılış keyfiyyətini isbat deyildir. Məqsəd, rububiyyət və vahdaniyyətə dəlil gətirərək bir hökmə varmaqdır. Müəllifin də dediyi kimi,

"Kur'ân-ı Kerim tarih, coğrafya muallimi değildir. Ancak, âlemin nizam ve intizamından bahisle Sâniin marifet ve azametini cumhur-u nâsa ders veren mürşid bir kitaptır." (İşaratul-İcaz, Bəqərə 29 təfsiri)

Yəni:

Quran-i Kərim, tarix, coğrafya (dərsi verən) müəllim deyildir. Ancaq, aləmin nizam və intizamından bəhs etməklə, Sani (sənətkar olan) Allahın mərifət və əzəmətini əksər insanlara dərs verən mürşid bir kitabdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Read 192 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR