Hamamda və qəbristanlıqda namaz qılmaq olarmı?
Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Qəbristan və hamamdan başqa yer üzünün hamısı məsciddir."
-------------------------------
İzahı:
Bu hədisi:
• Şafi;
• Əhməd;
• əbu Davud;
• ibn Hibban;
• ibn Xuzeymə; və
• Tirmizi
də rəvayət etmişlərdir.
Hədisin: "məsciddir..." kəliməsi, 2 mənada açıqlana bilər:
1. Məsciddən məqsəd:
İbadətə təxsis edilmiş (xas qılınmış) olan bina və bənzəri müəyyən yerdir. Bu təqdirdə, kəlimədə təşbih vardır. Yəni:
İstisna edilən yerlər xaric, yer üzünün hər tərəfi məsciddir. Hər yerdə namaz qılına bilər.
2. Məscid kəliməsi:
Məkan ismi olub, burda lüğət mənası muraddır. Namaz qılınan hər hansı bir yer deməkdir. Bu təqdirdə, kəlimədə təşbih yoxdur. Məna da belədir:
İstisna edilən yerlər xaric, yer üzünün hər yerində namaz qılına bilər.
Hər 2 izahda da, hədis, bu ümmətə verilən İlahi bir neməti xəbər verməkdədir. Çünki keçmiş ümmətlər, namazlarını, ancaq məbədlərində qıla bilirdilər. Məbədləri xaricində ibadət edə bilməzdilər.
Allah Taala, Muhamməd ümmətinə böyük asanlıq ehsan edərək, məbədləri xaricində namaz qılmalarına, ruxsat vermişdir. Ancaq, nəcasət və bənzəri əngəllər dolayısı ilə:
• qəbristan;
• hamam;
• zibillik; və
bənzəri yerlərdə namaz qılmağı qadağan etmişdir.
İmam Sindi (əl-Hənəfi) belə deyir:
"Bu hədisdən sonra gələn ibn Ömər və Ömər b. əl-Xattab (radiyallahu anhum) hədislərində, namaz qılmağın qadağan olduğu yerlər 7 ikən, burda 2 yer zikr edilmişdir. Bu 2 yerə bənzəyən digər yerlər də, onun hökmündə olduqları üçün, bu hədisdə, yalnız 2 yerin istisna edilməsi, bir beis təşkil etməz."
Hədisə görə, qəbristan və hamamda namaz qılmaq, qadağandır.
----------------------------
Qəbristanda namaz qılmaq haqqında alimlərin görüşləri:
1. Süfyan əs-Sevri, Əvzai və əbu Hənifəyə görə, qəbristanda namaz qılmaq, məkruhdur.
Eşilib (ölülərin) sümük və digər hissələri yer üzünə çıxarılmış olsun və ya olmasın, hökm, eynidir.
--------------------
2. Şafilərə görə, qəbrlər eşilib yer üzü torpağında, qanı, irini və s. şeyləri qarışmışdırsa, orda namaz qılmaq, caiz deyildir. Çünki orda nəcasət vardır.
Əgər oranın təmiz yerində namaz qılarsa, namazı səhihdir. Lakin kərahət vardır. Əgər qəbrlər eşilməmişdirsə, orda qılınan namaz səhih olmaqla bərabər, məkruhdur. Bir qəbristanın eşilib eşilmədiyində tərəddüd edilərsə, ən qüvvətli qövlə görə, məkruh olmaqla bərabər, qılınan namaz, səhihdir.
-----------------------
3. Malikilərə görə, qəbristanda namaz qılmaq, səhihdir. Kərahət də yoxdur.
Maliki məzhəbinin şimali Afrikaya yayılmasında əhəmiyyətli rol oynamış və zəkası və güclü qavrayışı səbəbilə kəskin görüşlü bir quşun adı olan "Sahnun" ləqəbilə məşhur:
əbu Səid Abdu's-Səlam b. Səid b. Həbib ət-Tənuxi (rahmətullahi aleyh), Maliki fiqhinə dair yazdığı "əl-Müdəvvənətu'l-Kubra" əsərində, belə deyir:
"İbnu'l-Qasıma:
'Qarşısında qəbir mövcud olduğu halda namaz qılan bir kimsəyə, o qəbrin sütrə olmasını, imam Malik caiz görərdimi?' deyə soruşdum.
O, belə cavab verdi:
'Malik, məzarlıqlarda namaz qılmaqda bir beis görməzdi. Hətta özü, məzarlıqda namaz qıldığı zaman, qarşısında, arxasında, sağında və solunda, qəbrlər var idi."
Yenə ibnu'l-Qasim belə deyir:
"Malik belə dedi:
"Məzarlıqlarda namaz qılmaqda, bir beis yoxdur. Mənə çatdığına görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrindən bəziləri, məzarlıqda namaz qılarlardı."
(Sahnun, "əl-Müdəvvənətu'l-Kubra", l, s. 90, (Əhməd Abdu's-Səlam zəbt və təshihi ilə, Daru'l-Kutubi'l-İlmiyyə), Beyrut/1415/1951)
-----------------------
4. Hənbəlilərə görə:
Qəbrləri eşilmiş olsun və ya olmasın, cənamaz kimi təmiz bir şey sərmək surətilə də olsa, qəbristanda namaz qılmaq, haramdır. Və qılınan namaz, səhih deyildir. İstər ölülərin dəfn edildiyi sahədə qılsın, istərsə də, bu sahədən ayrılaraq ev kimi bir hala gətirilmiş olan yerdə qılsın, fərq etməz.
Zahiriyyə məzhəbinə mənsub alimlər də, bu görüşdədirlər.
İbn Hazm belə deyir:
"Səhabələrdən:
• Ömər;
• Əli;
• əbu Hureyrə;
• Ənəs; və
• ibn Abbas (radiyallahu anhum)'un,
məzarlıqda namaz qılmaqdan nəhy etdikləri rəvayət edilmişdir. Biz, bu səhabələrə müxalif qalan hər hansı bir səhabə bilmirik. Səhabələrdən sonra gələn tabiindən:
• İbrahim ən-Nəxai;
• Nafi b. Cubeyr b. Mutim;
• Davud;
• Amr b. Dinar;
• Heysəmə;
və başqaları da, eyni hökmü vermişlərdir."
İbn Hazm: "Məzkur (yuxarıda adı zikr edilən) səhabələrə müxalifət edən bir səhabə bilmirik."
deyərkən, bu haqda öz bildiklərini ifadə edir. Çünki Xattabi (rahiməhullah), Abdullah b. Ömər (radiyallahu anh)'ın, qəbristanda namaz qılmağa ruxsat verdiyini rəvayət etmişdir. Bununla bərabər, əl-Həsən'in, qəbristanda namaz qıldığı rəvayət edilmişdir.
-----------------------------
Hamamda namaz qılmaq haqqında alimlərin görüşləri:
"əl-Mənhəl Azbi'l-Məvrud şərh-u Sünən-i əbu Davud" müəllifi: Mahmud Muhamməd Xattab əs-Subqi:
"Namaz qılmağın caiz olmadığı yerlər babı"nda, qəbristanlıqlarda namaz qılmaqla bağlı, alimlərin yuxarıda bildirilən görüşlərini nəql etdikdən sonra, hamamda namaz qılmaq haqqında alimlər tərəfindən verilən hökmləri, icmal olaraq belə bildirir:
1. Əhməd b. Hənbəl, əbu Səid əl-Xudri hədisinin zahirini əsas tutaraq, hamamda namaz qılmağın səhih olmadığını söyləmişdir.
Əbu Səvr və Zahiriyyə məzhəbinin alimləri də, bununla hökm etmişlərdir.
İbn Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, O, belə demişdir:
"Nə hamamda, nə də tualetə doğru durularaq, namaz qılınmasın."
İbn Hazm belə deyir:
"Bu hökmündə, səhabələrdən, ibn Abbas (radiyallahu anh)'a müxalif qalan heç bir səhabə bilmirik. Bu görüş:
• Nafi b. Cubeyr;
• İbrahim ən-Nəxai;
• Heysəmə; və
• əl-Ala b. Ziyad'dan
da rəvayət edilmişdir."
Yenə ibn Hazm, belə deyir:
"Hamamın heç bir yerində namaz qılmaq caiz deyildir. Bu xüsusda, hamamın giriş yeri, digər yerləri, damı, üstü, divarlarının üzəri, eyni hökmü daşıyır. Hətta dağılmış halda da olsa, ona hamam adı verildiyi müddətcə, hökm, eynidir.
Əgər dağılıb hamam deyilməyəcək bir hala gələrsə, onun arasında namaz qılmaq, caizdir."
-----------------------------
2. Malikilərə görə:
Hamamda namaz qılmaq, səhihdir. Kərahət də yoxdur.
----------------------------
3. Cumhura görə:
Nəcasətdən əmin olunduğu təqdirdə, məkruh olmaqla bərabər, hamamda qılınan namaz, səhihdir. Əgər nəcasətdən əmin olunmazsa, qılınan namaz, səhih deyildir.
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Məsəcid, "Namaz qılmağın məkruh olduğu yerlər babı", hədis no: 745)
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- Camaatla qılınan namaz 25 dəfə üstündürmü?
- Kilsədə namaz qılmaq olarmı?
- Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?
- Cümənin şərtləri
- Təvəssül- 1
- Etikaf, Etikafın Dəlilləri,Etikafın Şərtləri, Etikafın Növləri, Etikafın Ədəbləri, Etikafı Pozan Şeylər
- "Kim qədr gecəsini o gecəyə isabət edərək-zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?
- Qədr gecəsi
- Camaatla qılınan namaz 27 dərəcə üstünmüdür?