Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq

Son zamanlarda, "əl-Əzhər" jurnalında və daha başqa yerlərdə, bu mövzuda bir xeyli yazı nəşr edildi. Hətta Rəbiü'l-Əvvəl 1366/1946 tarixli "əl-Əzhər" jurnalında,

✓ Muslim'in Cabir (radiyallahu anh)'dan rəvayət etdiyi:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm):

~ qəbrin suvaqlanmasından;

~ qəbir üzərinə oturmaqdan; və

~ qəbir üzərinə bina tikməkdən

çəkindirdi."

hədisi ilə; yenə

✓ Muslim'in əbu'l-Həyyac (radiyallahu anh)'dan rəvayət etdiyi:

"...tanınmayacaq hala gətirmədiyin heç bir heykəl və yerlə bir etmədiyin/yerlə bir səviyyəyə gətirmədiyin heç bir yüksək qəbir buraxma..." (Muslim, Cənaiz/93)

hədisi nəql edildikdən sonra, belə deyilirdi:

"Bu 2 hədis, qəbir üzərinə bina tikməyin, mütləq surətdə caiz olmadığına dəlalət etməkdədir. Bu qəbrin:

• bina tikənin mülkü olması; və ya

• ölülərin dəfn edilməsi üçün vəqf edilmiş bir yer olması; ya da

• -dövlət başçısı tərəfindən, ölülərin basdırılması üçün təxsis edilmiş (xas qılınmış) yerlər kimi- kimsənin mülkü olmayan bir ərazidə olması,

heç bir şey dəyişdirməz. Çünki bu 2 hədisdə istifadə edilən ifadə, hər hansı bir ərazi ilə məhdud olmayıb, mütləqdir. Bu halda, bu mövzunun, xüsusi mülk olan bir yerdə caiz olduğunu və lakin ölülərin basdırılması işinə təxsis edilmiş və ya vəqf edilmiş bir ərazidə caiz olmadığını söyləmək, Quran, sünnət, icma və qiyasdan dəlili olmayan bir görüş iləri sürməkdir."

Daha sonra, yazı sahibi, bu fətvaya, ibnu'l-Qayyim'in "İğasətu'l-Ləhfan fi Məsayədi'ş-Şeytan" (l, 210) adlı əsərindəki bu sözlərindən istinad almağa çalışırdı:

"Qəbirlər üzərində olan türbələrin halı da, belədir. Bunların da bütünü ilə sökülməsi gərəkdir. Çünki bunlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə qarşı gəlinərək bina edilmişlərdir (tikilmişlərdir). Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), qəbirlər üzərinə bina tikməyi qadağan etmişdir.

Bu halda, Ona qarşı gəlib müxalifət edərək tikilmiş olan bir bina, hörməti olmayan bir tikilidir və bu binanın yıxılması, başqasına aid ərazini qəsb edib üzərinə bina tikən kimsənin tikdiyi binanın sökülməsindən daha əvladır. Peyğəmbər (sallallahu aleyhi və səlləm), yüksək qəbirlərin sökülməsini əmr etmişdir.

Dolayısı ilə, qəbirlər üzərinə tikilmiş olan türbələrin, bina və məscidlərin sökülməsi, daha doğru və əvla bir davranışdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), qəbirlərin üzərinə məscid tikənləri lənətləmiş və bu yerlər üzərinə məscid tikməyi qadağan etmişdir.

Bu etibarla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, failini lənətlədiyi, özünü də qadağan etdiyi bir tikilini sökməkdə tələsmək və vaxt itirməmək lazımdır. Əlbəttə uca Allah, dininə və Rəsulunun sünnətinə kömək edib onları müdafiə edəcək kimsələri ortaya çıxaracaqdır.

Eyni şəkildə, qəbirlər üzərindəki mumların/işıqların da söndürülüb ortadan qaldırılması lazımdır..."

Bəhsini etdiyimiz yazının sahibinin bu görüşünə görə, İslam diyarlarındakı idarəçilərin,

- ümmət tərəfindən sələfdən xələfə (tam əksinə) miras olaraq gəldiyi halda, səhabənin, dində imam olanların və saleh insanların, şərqdən qərbə yer üzünün dörd bir yanında mövcud olan türbələrini, bunlara bitişik olan məscidləri və İslam hökmdar və idarəçiləri ilə digər insanların bütün ölkələrdəki türbələrini

yıxmaqları üçün kürəklərə, çəkiclərə sarılmaları gərəkdir!

Halbuki alim birinin, "ümum bəlva" (haşiyə) olan bu mövzuda, sıxıntıları ortadan qaldırmaq üçün, bütün təbəqələrdəki alimlərin görüşlərini, gərəyi kimi araşdırıb incələməsi lazımdır...

-------------------------

(Haşiyə:

Ümum bəlva: "özündən çəkinilməsi böyük bir çətinliyə yol açan", yaxud "yayğınlığı səbəbilə bilinməməsi mümkün olmayan hadisələr" mənasında istifadə edilən fiqhi terminidir.)

-------------------------

Əbu Abdilləh Muhamməd əl-Ubbi əl-Maliki, Muslim'in Səhih'inə yazdığı şərhdə ("İkmal-u İkmali'l-Mu'lim bi fəvaidi Muslim", ll, 234), belə deyir:

"Şafiilərdən bəziləri belə demişlərdir:

'Yəhudilər və xristiyanlar, peyğəmbərlərin qəbirlərinə səcdə edər və bu yerləri, səcdə edərkən özünə yönəldikləri qiblə edərlərdi. Dolayısı ilə, bu yerləri, özlərinə büt qılmışdılar.

Müsəlmanlar isə, belə etmək özlərinə qadağan edilmək surətilə, bundan əngəllənmişlərdir. Saleh bir şəxsin mənəvi təsirilə təbərrük etmək və duasına icabət edilməsi məqsədilə, belə bir şəxsin qəbrinin yaxın ətrafını məscid qılan və ya o şəxsin türbəsində namaz qılan kimsənin bu əməlinə gəlincə, bunda bir günah YOXDUR.'

Bəhs mövzusu Şafii alim, bu görüşə, İsmayıl (əleyhissəlam)'ın qəbrinin, Məscidu'l-Haram'da Xatim'in (haşiyə) yanında olmasını dəlil göstərmişdir. Üstəlik bu yer, içində namaz qılmaq üçün ən əfdal məkandır."

---------------------------

(Haşiyə:

Xatim: Məkkənin şimal-qərb divarı qarşısında olan və 1 metr yüksəkliyində, 1.5 metr genişliyində olan yarım dairə şəklindəki xarici divardır. Bu divar ilə Kəbə arasında qalan qismə "hicr" və ya "İsmayıl məqamı" deyilir. Tavaf edilərkən, Xatimin ətrafından dolaşılır.)

----------------------------

Əbdü'l-Ğani ən-Nəblusi (əl-Hənəfi), "əl-Hadiqatu'n-Nədiyyə"də (ll, 631) belə deyir:

"Saleh bir şəxsin qəbri ətrafını məscid qılan və ya qəbrinin yanından namaz qılan, bununla da o kimsəyə təzim və təvəccüh deyil, onun üzü hörmətinə kömək istəyən, ya da o şəxsin həyatda ikən etdiyi ibadətin təsirindən özünə də bir şey çatmasını qəsd edən şəxsin bu davranışında, bir məhzur (həzər ediləcək bir hal) YOXDUR. Çünki İsmayıl (əleyhissəlam)'ın qəbri, Məscidu'l-Haramda, Xatimin yanındadır. Bundan da əlavə, bu məkan, içində namaz qılmaq üçün, ən əfdal yerdir. "Şərhu'l-Məsabih"də bu şəkildə bildirilmişdir..."

İsmayıl ən-Nəblusi'nin "Şərhu'd-Dürər"ində də belə deyilməkdədir:

"Əgər məzarlıqda, namaz qılmaq üçün hazırlanmış olan və içində QƏBİR OLMAYAN, nəcasət də olmayan bir yer olarsa, orda namaz qılmaqda bir beis YOXDUR.

"əl-Haniyyə"də də belədir. "əl-Havi"də keçdiyinə görə, qəbirlər, namaz qılanın arxasında qalırsa, məkruh olmaz..."

Yenə Əbdü'l-Ğani ən-Nəblusi, zikr etdiyimiz əsərdə (ll, 630), qəbirlər üzərinə mum qoymaq mövzusunu işləyərkən, belə deyir:

"...bütün bu söylədiklərimiz, edilən işdə hər hansı bir fayda olmaması halı ilə məhduddur. Ancaq əgər qəbirlərin olduğu yer, məscid və ya yol üzəridirsə, orda oturan biri varsa, ya da o qəbir, vəlilərdən bir vəlinin və ya mühəqqiqlərdən bir alimin qəbridirsə, günəşin yer üzünü aydınlatdığı kimi, cəsədinin toprağını aydınladan ruhuna təzim məqsədilə, eyni zamanda -özü ilə təbərrük edilmələri və dualarına icabət edilsin deyə onun qəbrinin yanında dua etmələri üçün- insanlara onun bir vəli olduğunu bildirmək məqsədilə, qəbrində mum yandırmaq, caiz bir işdir, buna əngəl olan bir şey yoxdur. Çünki əməllər, niyyətlərə görədir..." (Haşiyə)

-----------------------------------

(Haşiyə:

İbn Mani, Kəvsəri'nin verdiyi bu nəqlin ardından (s. 200) belə deyir:

"İnsan, bundan əngəllənər. Bunu edəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm), lənətləmişdir."

Onun (ibn Mani'nin) qəsd etdiyi, Aişə (radiyallahu anha)'nın nəql etdiyi:

"Allah, yəhudi və xristiyanlara lənət etsin. Onlar, peyğəmbərlərinin qəbirlərini, məscid qıldılar." hədisidir. (Buxari, "Məsəcid"/16, 22)

İbn Abdi'l-Bərr:

"Allah, yəhudiləri öldürsün, peyğəmbərlərin qəbirlərini məscid etdilər..."

hədisini şərh edərkən ("ət-Təmhid li mə fi'l-Muvatta minə'l-məani və'l-əsənid", Vl, 383 və davamı) belə deyir:

"Bir qrup, qəbristanda və qəbirlərə doğru namaz qılmağın məkruhluğuna, bu hədisdə dəlil olduğunu iddia etmişdir. Mənə görə, bu hədisdə, bu görüşə dəlil yoxdur..."

Yenə ibn Abdi'l-Bərr (eyni əsərin V, 227 və davamı), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, müşriklərin qəbristanını təsviyə edərək/yerlə bir edərək, yerlə eyni səviyyəyə gətirərək, üzərinə Məscid-i Nəbəvi'ni inşa etdiyini (bax: Buxari, "Fədailu's-Səhabə"/75) və Taif məscidinin, bütlərin olduğu yerə tikilməsini əmr etdiyini nəql edir (bax: əbu Davud, "Salat"/12) və belə deyir:

"Alimlər, yerə, təmiz bir libas sərdikdən sonra, kilsələrdə namaz qılmağa cəvaz vermişlərdir. Allah Taala'nın qəzəbinin endiyi məkan olmağa, qəbristandansa, kilsələrin daha layiq olduğu, məlumdur. Çünki kilsə, Allah Taalaya üsyan edilən, küfr felinin işləndiyi bir məkandır. Qəbristanlar isə, belə deyildirlər. Kilsə və sinaqoqları məscid qılmağı mübah qılan sünnət/hədis varid olmuşdur. Buxari, ibn Abbas (radiyallahu anh)'ın, içində heykəl yoxdursa, sinaqoqda namaz qıldığını rəvayət etmişdir. (Buxarinin, muallaq/sənədi zikr edilmədən nəql etdiyi bu rəvayəti (Məsəcid/22), ibnu'l-Ca'd, "əl-Müsnəd"ində (873) sənədli olaraq rəvayət etmişdir.)..."

"...Gərək Ömər (radiyallahu anh), gərəksə də, ibn Abbas, kilsədə namaz qılmağı, başqa bir səbəblə deyil, içində rəsm/heykəl mövcud olduğu səbəbilə kərih görmüşlərdir."

İbn Abdi'l-Bərr'in sözü burda bitir.

Bu nəqllər bizə, yəhudi və xristiyanların lənətlənmə səbəbləri üzərində durarkən, son dərəcə diqqətli olmaq gərəkdiyini xatırlatmaqdadır. Bu lənətin səbəbi, sadəcə ibadət əsnasında qəbrə yönəlmiş olmaq, ya da qəbirlərin olduğu yeri ibadət məhəlli halına gətirmək deyildir. Çünki məlumdur ki, Məscid-i Nəbəvi genişləndirildiyində, Peyğəmbərin qəbri ilə əbu Bəkr və Ömərin qəbirləri, Məscid-İ Nəbəvi'nin içində qalmışdır. Yenə -aşağıda nəql edəcəyimiz kimi- səhabə dövründə bir çox qəbrin üzərinə məscid tikilmişdir.

Bəhs mövzusu lənətin səbəbi, qəbri və içindəkini -təəbbüd qəsdilə- qiblə etmək və şəxsən qəbrin içindəkini səcdə edilməyə layiq varlıq olaraq görüb o niyyətlə qəbrə yönəlmək, bunu bir "ibadət" olaraq qəbul etməkdir.

Belə bir niyyət yoxdursa, bir möminin, sırf qəbrə qarşı namaz qıldı və ya qəbrin olduğu yerə məscid tikdi deyə lənətləndiyini söyləmək, əlbəttə ölçüsüzlükdür!

Bu səbəblə, Ömər (radiyallahu anh), qəbrə doğru namaz qıldığını gördüyü Ənəs (radiyallahu anh)'a:

"Qəbir! Qəbir!" deyərək xəbərdarlıq etmiş, bununla birlikdə, namazını təzədən qəza etməsini də istəməmişdir. (Abdu'r-Rəzzaq əs-Sanani, "əl-Musannəf", l, 404-405; ibn Battal, "Şərh-u Sahihi'l-Buxari", ll, 82)

Musab b. Umeyr və Abdullah b. Cahş (radiyallahu anhuma) vəfat etdiklərində, Həmzə (radiyallahu anh)'ın qəbri üzərinə tikilmiş olan məscidin içinə dəfn edilmələri də (bax: ibn Şəbbə, "Tarixu'l-Mədinə", l, 126), bu xüsusu dəstəkləməkdədir.

Digər yandan, imam Kəvsəri'nin də toxunduğu kimi, əbu'l-Həyyac hədisi üzərində də, lazımı qədər durulduğu görülməməkdədir. Hədisin mətnində:

"qəbrlərin yerlə bir edilməsi və heykəllərin tamamən (sökülərək) tanınmaz hala gətirilməsi"

əmr edilməkdədir. Bu əmrin,

SƏHABƏ QƏBRİSTANLIĞINI HƏDƏFLƏMƏDİYİ AÇIQDIR. ÇÜNKİ ORDA "HEYKƏL"İN MÖVCUD OLMASI, BƏHS MÖVZUSU OLA BİLMƏZ.

DOLAYISI İLƏ, MÖHTƏMƏLDİR Kİ, BU ƏMR, YENİ MÜSƏLMAN OLMUŞ, HƏLƏ TÖVHİDLƏ ŞİRK ARASINDAKI QƏTİ FƏRQİ İDRAK EDƏ BİLMƏMİŞ BİR QİSM QƏBİLƏLƏRƏ AİDDİR...

"İhyau'l-Məqbur" adlı əsərində, bu mövzunu ola bildiyi qədər təfsilatlı bir şəkildə incələmiş olan Əhməd b. Muhamməd b. Siddiq əl-Ğumari'nin ələ aldığı xüsusları, burda qısaca zikr etməkdə fayda görürük:

~ Əshab-ı Kəhf'in məzarlarının üzərinə məscid tikilmişdir;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbri üzərində məscid tikilməsi, uca Allahın muradıdır;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özünün mövcud bir tikilinin içinə dəfn edilməyini əmr etmişdir. Bu əmrinin yol açacağı nəticələrin, əlbəttə ki, fərqindədir;

~ Qəbrinin, məscidin içində olacağını xəbər vermişdir;

~ Səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in evinə dəfn olunmasında, icma etmişdir;

~ Tabiun və daha sonrakılar da, bu mövzuda icma etmişlərdir;

~ Səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatda ikən, qəbr üzərində məscid tikmişlərdir. Əbu Basir (radiyallahu anh)'ın qəbri üzərində tikilən məscid, bunun isbatıdır;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), Beytu'l-Maqdis'in fəthini xəbər vermiş, ancaq ordakı peyğəmbər qəbirləri üzərində daha əvvəl tikilmiş binaların yıxılmasını əmr etməmişdir;

~ Səhabə, İraq, Şam kimi fəth etdikləri yerlərdə, peyğəmbər qəbirləri üzərinə tikilmiş olan binaları yıxmamışlardır;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), Nuh, Hud, Saleh, Şuayb, İsmayıl (əleyhimu's-səlam)'ın, Məscidu'l-Haramda dəfn olunduğunu xəbər vermiş, bunu bilə-bilə onları ordan başqa bir yerə nəql etməmişdir.

"Qəbrlərin yüksəldilməsi" üzərində də durmaq istəyirik:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) və səhabə dövründə, yerdən hər hansı bir miqdar yüksək qəbirlərin varlığı, bir həqiqətdir. Oğlu İbrahim vəfat etdiyində, Peyğəmbər (sallallahu aleyhi və səlləm), qəbrini yerdən bir qarış qədər yüksəltmiş, qəbrin başına da, qəbri bəlli edəcək bir əlamət qoymuşdur. (əl-İsami, "Səmtu'n-Nucumi'l-Avali", l, 497; Beyhaqi, "əs-Sünənü'l-Kubra", lll, 576; Beyhaqi, "əl-Mə'rifə", V, 313)

Fatimə (radiyallahu anha), Həmzə (radiyallahu anh)'ın qəbrini ziyarət edər, qəbrin sağını-solunu düzəldər, yanında namaz qılar, dua edər və ağlayardı. Qəbrin başına da, tanınması üçün bir də daş qoymuşdu. (İbn Şəbbə, "Tarixu'l-Mədinə", l, 106-7, 32)

----------------------------

Maliki məzhəbinin şimali Afrikaya yayılmasında əhəmiyyətli rol oynamış və zəkası və güclü qavrayışı səbəbilə kəskin görüşlü bir quşun adı olan "Sahnun" ləqəbilə məşhur: əbu Səid Abdu's-Səlam b. Səid b. Həbib ət-Tənuxi (rahmətullahi aleyh), Maliki fiqhinə dair yazdığı "əl-Müdəvvənətu'l-Kubra" əsərində, belə deyir:

"İbnu'l-Qasıma:

'Qarşısında qəbir mövcud olduğu halda namaz qılan bir kimsəyə, o qəbrin sütrə olmasını, imam Malik caiz görərdimi?' deyə soruşdum.

O, belə cavab verdi:

'Malik, məzarlıqlarda namaz qılmaqda bir beis görməzdi. Hətta özü, məzarlıqda namaz qıldığı zaman, qarşısında, arxasında, sağında və solunda, qəbrlər var idi."

Yenə ibnu'l-Qasim belə deyir:

"Malik belə dedi:

"Məzarlıqlarda namaz qılmaqda, bir beis yoxdur. Mənə çatdığına görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrindən bəziləri, məzarlıqda namaz qılarlardı." (Sahnun, "əl-Müdəvvənətu'l-Kubra", l, s. 182, (Əhməd Abdu's-Səlam zəbt və təshihi ilə, Daru'l-Kutubi'l-İlmiyyə), Beyrut/1415/1951)

Yenə imam Malik (rahmətullahi aleyh), "əl-Müdəvvənə"də (l, 189) bildirildiyinə görə, belə demişdir:

~Qəbirlərin suvaqlanmasını;

~ Üzərlərinə bina tikilməsini;

ÇİRKİN GÖRÜRƏM."

İmam Şafi də, "əl-Umm"da (ll, 631) belə deyir:

"Qəbrin üzərinə bina tikilməməsi və qəbrin suvaqlanmaması, xoşuma gəlir. Çünki bunların edilməsi, bəzədilmək və təkəbbürlənməyə bənzəyir. Ölüm isə, bunlardan heç birinin yeri deyildir. Mən, nə Muhacirun'un, nə də Ənsar'ın qəbirlərini suvaqlanmış olaraq gördüm.

Tavus'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), qəbirlərin üzərinə bina tikilməsini və qəbirlərin suvaqlanmasını qadağan etmişdir.

Şafi deyir:

Məkkədə qəbirlər üzərinə tikilən binaları sökən valilər gördüm. Ancaq fəqihlərin onları qüsurlu gördüyünü görmədim.

Əgər o yer, ölülərin həyatda ikən və ya varislərinin onlardan sonra mülk etdikləri bir torpaqdırsa və üzərinə qəbir qoyulmuşsa, bu qəbir SÖKÜLMƏZ.

Əgər söküləcəksə, ancaq heç kimin mülkü olmayan (cəmiyyətə aid) bir yerdə olan qəbir sökülər. Bunun da sökülməsinin səbəbi:

Qəbrin olduğu yerin, insanların istifadə etdiyi bir sahəni işğal etmiş olmasıdır. Bu halda, belə bir yerə, heç kim dəfn edilməz. Çünki bu, insanlara sıxıntı və çətinlik verir."

İbn Hazm da, "əl-Muhalla"da (V, 133) bunları deyir:

"Qəbrin üstünə ev və ya yüksək bir bina tikilərsə, bu, məkruh olmaz. Eyni şəkildə, ölünün adı məzar daşına nəqş edilərsə, bunu da məkruh görmərik... Peyğəmbər (sallallahu aleyhi və səlləm):

'Qəbrimlə minbərimin arası, cənnət baxçalarından bir baxçadır.' (Muslim, "Həcc"/500) (haşiyə) buyuraraq, qəbrinin yerinə diqqət çəkmiş və beləcə, qəbrinin, Öz evində olacağını bildirmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), qəbrin evdə olmasını çirkin görmədiyi kimi, mövcud bir binanın içində məzar olmasını da qadağan etməmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm'in qadağan etdiyi, sadəcə qəbir üstünə "qübbə"/türbə tikilməsidir..."

Bax bu zahiri belə, ölünün bir binaya dəfn edilməsilə ölü dəfn edildikdən sonra qəbrin üzərinə qübbə/türbə tikilməsinin arasını bu şəkildə ayırır!

Müctəhidin baxış sahəsi, bu mövzuda varid olmuş hədislər haqqında, olduqca genişdir.

-----------------------------------

(Haşiyə:

Muslimdəki ləfz: "Evimlə minbərim arası..." şəklindədir. İmam Əhmədin "əl-Müsnəd"i (lll, 64); Nəsai'nin "əs-Sünənü'l-Kubra"sı (ll, 489) kimi qaynaqlarda isə: "Qəbrimlə minbərim arası" şəklindədir.)

-----------------------------------

Təfsir əhli, əshab-ı kəhf haqqında:

"...O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər." (Kəhf/21)

ayəti haqqında belə demişlərdir:

"Bu sözü söyləyənlər, müsəlmanlar ilə müsəlman olan hökmdardır. Çünki əshab-ı kəhfin olduğu yerin üzərinə, içində müsəlmanların namaz qıldığı və onların mövcud olduğu məkan ilə təbərrük etdiyi bir məscid tikmişlərdir. Əshab-ı kəhf, belə bir qarşılığa və türbələrin qorunması üçün onların olduqları yerin üzərinə bina tikilməsinə, əvləviyyətlə layiq idilər."

Necə ki, Nisaburi və daha başqaları, belə zikr etmişlərdir.

Nəvəvi, "əl-Məcmu"da (V, 266):

~ məzarların suvaqlanmasının;

~ məzar daşına ad yazılmasının; və

~ bina tikilməsinin

məkruh olduğu görüşünü, əksəriyyəti təşkil edən alimlərdən nəql etdikdən sonra, bunun məkruh olmadığı görüşünü, İMAM ƏBU HƏNİFƏ'YƏ NİSBƏT ETMİŞDİR.

İmam Malik ilə Şafi'nin (yuxarıda nəql edilən) görüşləri harda, ibnu'l-Qayyim'in sözləri harda?! (Haşiyə)

---------------------------

(Haşiyə:

Kəvsəri, ibnu'l-Qayyim'in, bəhs mövzusu qəbirlərin sökülməsi gərəkdiyini ifadə edən sözlərilə, burda adı keçən imamların bəhs mövzusu qəbirlər haqqında sadəcə "kərahət" ifadə edən sözləri arasındakı fərqə diqqət çəkməkdədir.)

--------------------------

Əbu'l-Həyyac (radiyallahu anh) hədisinin (haşiyə-1) isnadında ixtilaf vardır. Üstəlik sənədindəki Həbib b. əbi Sabit, rəvayətində ənənə etmişdir (haşiyə-2) və təsviyə/qəbrin yerlə bir səviyyəyə gətirilməsi, əsrlərdir özü ilə əməl EDİLMƏYƏN bir tətbiqatdır.

--------------------------------

(✓ Haşiyə-1:

Qəsd edilən, Əli (radiyallahu anh)'ın, əbu'l-Həyyaca söylədiyi bu sözdür:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məni vəzifələndirdiyi bir mövzuda, mən də səni vəzifələndirirəm:

yerlə bir etmədiyin heç bir qəbir və yerlə bir etmədiyin heç bir heykəl buraxma!" (Rəvayət üçün bax: Əhməd b. Hənbəl, "əl-Müsnəd", l, 145; əbu Davud ət-Tayalisi, "əl-Müsnəd", l, 131)

✓ Haşiyə-2:

Ənənə etmək:

Bir hədisi nəql edən ravinin, isnadında səma (eşitmək), ixbar (xəbər vermək) və təhdisə (bildirməyə) dəlalət edən "həddəsənə, əxbəranə" və bənzəri ləfzlər istifadə etməyib, sadəcə "ən fulənin" deyərək hədis rəvayət etməsinə deyilir. Ənənə yolu ilə rəvayət edilən hədisə isə, "mu'an'an" adı verilir.

Ənənə, ravi ilə şeyxinin bir araya gəldiyinə qətiyyətlə dəlalət etmir. Bu etibarla, "an fulənin" deyərək, birindən hədis rəvayət edən ravi, əslində o hədisi ondan almadığı kimi, onunla heç görüşməmiş də ola bilər. Buna görə, ya rəvayətin isnadı qopuqdur, ya da ravi, tədlis edir.

Bu səbəblə, ənənə ilə rəvayət, daha çox qopuq sayılmışdır. Bununla birlikdə, hər ənənə yolu ilə rəvayət, münqatı/qopuq deyildir. Bəzi şərtlərin bəhs mövzusu olması halında, ənənə ilə rəvayət, müttəsil/bitişik sayılır.)

-----------------------------------

Yenə bu mövzudakı Cabir (radiyallahu anh) hədisində (haşiyə-1) də, ravi əbu'z-Zübeyr'in (haşiyə-2) ənənəsi mövcuddur. Bu hədisin bəzi rəvayətlərinə, "məzar daşlarına yazı yazılmasının qadağan edildiyi" xüsusu əlavə edilmişdir.

Hakim, "əl-Müstədrək"də (l, 369) belə deyir:

"Bu isnadlar, səhihdir. Ancaq ÖZLƏRİLƏ ƏMƏL EDİLMƏMƏKDƏDİR. Çünki şərqdən qərbə doğru müsəlmanların imamlarının qəbirlərinin üzəri yazılıdır və bu, xələfin sələfdən aldığı bir tətbiqatdır." (haşiyə-3)

-------------------------------

(Haşiyə-1:

~ "Qəbrlərin suvaqlanması nəhy edildi."; və ya

~ "Allah rəsulu (sallallahu aleyhi və səlləm), qəbrlərin suvaqlanmasını qadağan etdi."; və ya

~ "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrin üzərinə oturulmasını, qəbrin suvaqlanmasını və üzərinə bina tikilməsini qadağan etdiyini eşitdim."; və ya

~ "Peyğəmbər (sallallahu aleyhi və səlləm), qəbrlərin suvaqlanmasını, üzərinə yazı yazılmasını, bina tikilməsini və üzərinə ayaq basılmasını qadağan etdi."

ləfzlərilə nəql edilən rəvayətlər üçün bax: Muslim, Cənaiz/95; əbu Davud, Cənaiz/76; Nəsai, Cihad/97; Tirmizi, Cənaiz/59

Kəvsəri'nin yuxarıdakı tənqidləri, bu variantların hamısı üçün məqbuldur. Çünki sənəd eynidir.

Haşiyə-2:

Bu şəxs, müdəllisdir (tədlis: ravinin görüşmədiyi, ya da görüşdüyü halda, özündən hədis eşitmədiyi şeyxindən eşitdiyi zənnini oyandıracaq bir şəkildə rəvayət etməsidir. Müdəllis də, tədlis edən şəxsə deyilir) və müdəllisin (özündən hədis nəql etdiyi şəxsdən şəxsən eşitdiyini açıqlamadan, 'filan kimsədən..' demək surətilə) ənənə yolu ilə etdiyi rəvayət, mərduddur (rədd olunandır). Hafiz ibn Həcər və ibnu'l-Əcəmi, bu zatı müdəllislərin arasında zikr etmiş və:

'Bu şəxs, tədlis etməklə məşhurdur.' demişlərdir.

Haşiyə-3:

İmam Nəvəvi, "əl-Məcmu"da (V, 265), qəbrin başına, üzərində ölünün kim olduğunun yazılı olduğu daş və ya taxta kimi bir şey qoymağın sünnət olduğunu söyləyir və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Osman b. Mə'zun'un qəbrinin başına, yeri bəlli olsun deyə daş qoyulmasını dəlil olaraq zikr edir. Hədis üçün bax: əbu Davud, Cənaiz/63; ibn Macə, Cənaiz/42.

Əbu Davudun rəvayətində, məzarın başına qoyulan daşın, bir şəxsin qaldıra bilməyəcəyi qədər böyük olduğu bildirilməkdədir.)

------------------------------------

Bir hədislə əməlin əsrlər boyu tərk edilmiş olması, hədis tənqidçilərinin çoxuna görə, qadih/sihhəti ortadan qaldıran bir illətdir.

Dolayısı ilə:

• qəbrin üzərinə bina tikmək mövzusundakı nəhy, "nəhy-i tənzihi" olmağa həml edildiyi; və

• əbu'l-Həyyac hədisindəki təsviyə də, cəmiyyətə təxsis edilmiş bir məzarlıq üzərindəki bir binaya (binanın sökülməsinə) həml edildiyi vaxt,

məsələ asanlaşar, bu mövzudakı sözlər, bir-birinə müvafiq olar və qəbr üzərindəki binanı sökmə hökmü:

"Zalım kök (sahibi) üçün, haqq yoxdur." (Əhməd b. Hənbəl, "əl-Müsnəd", V, 327; Tirmizi, Əhkam/38)

hədisilə uyğunluq ərz edər. (haşiyə)

Beləcə, ümmətin dəlalətdə olduğunu söyləməkdəki aşırılıq və mübaliğə də zail olar, sıxıntı ortadan qalxar.

----------------------------------------

(Haşiyə:

Hədis, bir kimsənin:

~ başqasına aid bir əraziyə, sahibinin icazəsi alınmadan ağaç və s. əkməsi; və ya

~ başqasının ihya etdiyi bir ərazini, ondan icazə almadan istifadə etməsi

halında, hər hansı bir haqq iddia edə bilməyəcəyini bildirməkdə, belə bir təsərrüf edən şəxsi də, "zalım kök (sahibi)" olaraq zikr etməkdədir.)

------------------------------

Dəlilləri qarşılaşdırma xüsusunda kəlam etmək ehtiyacı doğarsa, bu məsələyə inşallah təkrar dönərik. Doğru yola hidayət edən, uca Allah'dır.

(Zahid əl-Kəvsəri, "Məqalətu'l-Kəvsəri)

Read 2 times
In order to make a comment, please login or register