Hansı şəkildə yatmaq dəstəmazı pozur?
106. ibn Abbas (radiyallahu anh)'ın nəqlinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Uzanıb yatmadıqca, səcdədə ikən yatana, dəstəmaz yoxdur. Çünki, (insan), uzanıb yatdığında, məfsəlləri yumşalar."
Hədisi:
~ Əhməd b. Hənbəl ("Müsnəd", l, 256); və
~ əbu Yə'lə ("Müsnəd", lV, 369)
rəvayət etmişlərdir. Raviləri, siqadır. (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 101)
---------------------------
---------------------------
107. Əli (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Arxa (yəni, yumşaq nahiyə)'nin bağı, gözlərdir. Bundan dolayı, yatan kimsə, dəstəmaz alsın."
Hədisi, əbu Davud ("Təharət"/79, hədis no: 203) rəvayət etmiş; Munziri, ibnu's-Salah və Nəvəvi də, həsən olduğunu söyləmişlərdir. (haşiyə)
-------------------------
(Haşiyə:
Hədisi, eyni zamanda:
~ Əhməd b. Hənbəl ("Müsnəd", lV, 97); və
~ ibn Macə ("Sünən", Təharət/62)
də rəvayət etmişlərdir.)
--------------------------
--------------------------
108. Yezid b. Qasit'in nəqlinə görə, əbu Hureyrə (radiyallahu anh), belə demişdir:
"~ Oturaraq;
~ Ayaqda ikən; və ya
~ Səcdə edərkən
yatana, dəstəmaz yoxdur.
Dəstəmaz, ancaq, uzanaraq yatana vacibdir."
Beyhaqi ("əs-Sünənu'l-Kubra", l, 122) rəvayət etmişdir. İsnadı, ceyyiddir. (Ancaq), məvquf'dur. (Asqalani, "Təlxisu'l-Habir", l, 44)
------------------------
------------------------
(106 no-lu) ibn Abbas (radiyallahu anh) hədisinin mövzuya dəlaləti, açıqdır.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), dəstəmazın pozulmasının illətini (haşiyə), uzanmaq halında məfsəllərin yumşalmasına bağlamışdır. Elə isə, əsl olan, məfsəllərin yumşalmasıdır. Bunun nəticəsi də ---> məfsəllərin yumşalması nəticəsini meydana gətirəcək şəkildə yatmağın dəstəmazı pozacağıdır.
------------------------
(Haşiyə:
İllət nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ill%C9%99t-n%C9%99dir)
-------------------------
Zikr edilən digər hədislərin də mövzuya dəlalətləri, açıqdır.
"ət-Təlxisu'l-Habir"də zikr edildiyinə görə, (107 no-lu) ikinci hədisin isnadı haqqında, kəlam edilmişdir (yəni, tənqid görmüşdür). Ancaq bu, əhəmiyyətli deyildir. (Çünki), nəcis (yəni, ağır tualet), sidik və yuxunun dəstəmazı pozduğuna dair Afvan b. Assal rəvayəti, mövzunun başında keçmişdi. (haşiyə)
-----------------------
(Haşiyə:
89. Safvan b. Assal (radiyallahu anh), belə deyir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bizə, səfəri olduğumuz vaxt, nəcis (böyük tualet), sidik və yuxu olsa da, məstlərimizi, 3 gün-3 gecə çıxarmamağımızı əmr edərdi. O, bu müddət içində, məstlərimizi, sadəcə qüslsuzluq səbəbilə çıxarmağımızı əmr edərdi.
Hədisi:
~ Nəsai ("Təharət", 98);
~ Tirmizi ("Təharət", 71);
~ ibn Xuzeymə ("Səhih", l, 99)
rəvayət etmişlərdir.
Burdakı ləfzlər, Tirmizi'yə aiddir. Tirmizi və ibn Xuzeymə, hədisin səhih olduğunu söyləmişlərdir.)
--------------------------
--------------------------
Mövzu ilə bağlı bəhsi keçən hədislərə müxalif rəvayətlər də mövcuddur. Bunlardan:
• Biri: ibn Həcər'in, "Büluğu'l-Məram"da zikr etdiyi, Ənəs b. Malik (radiyallahu anh) hədisidir. O, belə xəbər verir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ın əshabı, başları önə düşəcək qədər (yataraq) işa namazını gözləyərlərdi. Daha sonra, dəstəmaz almadan, namaz qılarlardı."
Hədisi, əbu Davud ("Təharət"/79, hədis no: 200) rəvayət etmiş; Daraqutni ("Sünən", l, 131) isə, səhih olduğunu söyləmişdir. Hədisin əsli, Muslim'də də mövcuddur.
• (Digəri): "Məcmau'z-Zəvaid"də (l, 248) zikr edilən başqa bir rəvayətə görə, Ənəs b. Malik (radiyallahu anh), belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabı, yanları üzərinə uzanarlardı. Daha sonra, namaz qılmaq üçün, bəziləri, dəstəmaz alar; bəziləri isə, dəstəmaz almadan namazlarını qılardı."
Xəbəri, Bəzzar rəvayət etmişdir. İsnadı, "Səhih"in ravilərindən meydana gəlməkdədir.
• (Bir başqa rəvayət): əbu Yə'lə'nin ("Müsnəd", V, 467), Ənəs b. Malik (radiyallahu anh) vasitəsilə bəzi səhabələrdən nəqlinə görə:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabı, arxa tərəfləri üzərinə yatır və yuxulayırlardı. Daha sonra, namaz qılmaq üçün, bir qismi, dəstəmaz alır; bir qismi isə, dəstəmaz almadan namazlarını qılırlardı."
İsnadı, səhih hədis ravilərindən meydana gəlməkdədir.
Birinci hədis, "Nasbu'r-Rayə"də mücməl şəkildə zikr edilməkdə; və əbu Davud tərəfindən rəvayət edildiyi; və Nəvəvi'nin, isnadının səhih olduğu söylədiyi ifadə edilməkdədir.
• (Digər bir rəvayət): Daraqutni'nin,
Abdullah b. Muhamməd b. Əbdü'l-Əziz ---> Muhamməd b. Humeyd ---> Abdullah b. Mübarək ---> Ma'mər ---> Qatadə
isnadı ilə nəqlinə görə, Ənəs b. Malik (radiyallahu anh), belə demişdir:
"İçlərindən birinin xorlamasını eşidəcək şəkildə yatmaqda olan əshabın, namaza oyandıqlarını gördüm. Onlar, namazlarını qılır; (ancaq) dəstəmaz almırlardı."
Abdullah b. Mübarək: "Bizdəki rəvayət, oturaraq yatmaqda olduqları' şəklindədir." demişdir.
Daraqutni, hədisin, bu şəklilə səhih olduğunu söyləmişdir. (Daraqutni, "Sünən", l, 130)
------------------------
------------------------
Bu 3 rəvayətlə bağlı veriləcək cavab, belədir:
• 1-ci rəvayət, "səhabənin, işanı, oturaraq gözlədikləri" şəklində başa düşülə bilər. Necə ki, Zeylai, başın önə düşməsini, oturaraq yatan kimsə üçün bəhs mövzusu ola biləcəyini bildirmişdir. ("Nasbu'r-Rayə", l, 66)
• 2-ci və 3-cü rəvayətlər, yaxşıca yuxuya gedilincə, dəstəmaz alınacağı; əks halda, dəstəmaza ehtiyac olmadığı şəklində başa düşülə bilər.
• 4-cü rəvayət isə, -birinci hədisdə olduğu kimi- xəfif yuxulama şəklində başa düşülə bilər.
-Şeyximin xəlifələrindən olan həkim Məvləvi əs-Sufi Muhamməd Yusuf əl-Bəcnuri və həkim Muhamməd Haşim ət-Təhanəvi'nin də təcrübələrinə istinad edərək ifadə etdikləri kimi- xorlama, xəfif və oturaraq yatmaq halında da ola bilər; və həmişə də, yuxunun dərinliyinə əlamət sayılmaz.
Şeyxim, qadına toxunacaq şəkildə qucaq-qucağa olmağın dəstəmazı pozmasının da, bu hədislə dəstəkləndiyini söyləmişdir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), yuxunun, dəstəmazı pozmasının illətinin, yatıldığında, məfsəllərin yumşalması olduğunu; gözlərin isə, arxa nahiyəsinin bağı məsabəsində olduğunu açıqlamışdır. Necə ki, başqa bir hədisdə də, dəstəmazı pozan əslin, qaz çıxarmaq olduğu, açıqca bildirilmişdir. Beləcə, hədisdə, həqiqi illət yerinə, dəstəmazın pozulmasına vəsilə olan məfsəllərin yumşalması zikr edilmişdir. Qadına sarılmaq da, buna qiyas edilə bilər. Necə ki, belə bir halda, dəstəmazı pozan əslin, məzinin gəlməsidir. Çünki, qadına sarılmaq nəticəsində, əksəriyyətlə məzi gəlir. Burda da, qadına sarılma, məzinin gəlməsinə səbəb olmaqdadır. Beləcə, həqiqi illət yerinə, dəstəmazın pozulmasına səbəb olan qadına sarılmaq zikr edilməkdədir.
Burda, belə deyilə bilər:
"Birincisi, yuxu ilə qucaq-qucağa olmaq arasında, fərq vardır. Çünki yuxu, vücuddan çıxanın nə olduğunu bilməməyi gərəkli qılır. Halbuki, qucaqlamada, insan, oyaq olduğu üçün, vücudundan nəyin çıxıb-çıxmadığını bilir. Bu halda, bu ikisi, bir-birinə necə qiyas edilə bilər?"
Bu tərəddüd, belə qaldırıla bilər:
Vücuddan çıxanı bilməmək halı, yuxuya məxsus deyildir. Vücuddan çıxanın, az və gözdən uzaq olması və bədənə bulaşması ehtimalına da bağlıdır. Bu səbəbdən, ehtiyata riayət əsası, bu halda, dəstəmazı yenidən almağı gərəkli qılar.
(Təhanəvi, "İ'lau's-Sünən")
-------------------
-------------------
-------------------
Not: Dəyərli oxuyucu! Bura qədər zikr edilənlər, Hənəfi məzhəbinin dəlilləri idi. İndi isə, biz, 4 məzhəbin bu məsələdəki hökmünə yer verəcəyik. Belə ki:
✓ Hənəfilər dedilər:
Şafii və Hənbəli'lərə müxalifət edərək dedilər:
Səhih olan görüşə görə, yuxu, dəstəmazı pozmaz. Ancaq bu 3 halda dəstəmazı pozar:
1. Yan tərəfə uzanaraq yatmaq;
2. Arxası üstə uzanaraq yatmaq;
3. (Beldən aşağıdakı) arxa nahiyəsindən bir qismi üzərində duraraq yatmaq.
Çünki, bu şəkildə oturan şəxsin məfsəlləri yumşalar; dolayısı ilə də, arxasını zəbt edə bilməz. Ancaq oturaraq yatsa, arxasını da bir yerə söykəyərək yaxşıca yerləşdirsə, əsahh (ən doğru) olan qövlə görə, dəstəmazı pozulmaz. Bu halda, yastıq və bənzəri bir şeyə söykənər; bu yastıq da başqası tərəfindən çəkildiyi təqdirdə yatan şəxs yıxılar; və arxası da söykəndiyi yerdən ayrılarsa, dəstəmazı pozular. Ancaq, oturuşunda bir dəyişiklik meydana gəlməsə, dəstəmazı pozulmaz.
Ayaq üstdə və ya -namazın rukusu kimi- tam ruku halında yatan şəxsin, dəstəmazı pozulmaz. Çünki, bu hallarda, insanın vücudundakı orqanlar, bir-birinə bağlı olurlar. Yanında danışanların səsini eşidə biləcək qədər xəfif bir yuxuda olan şəxsin, uzanmış olmasına baxmayaraq, dəstəmazı, yenə pozulmaz. Ancaq, danışanların səslərini eşidə bilməcəyək qədər ağır bir yuxuda olsa, dəstəmazı pozular.
Yuxunun, ancaq uzanaraq vaqe olması halında dəstəmazı pozacağına dair dəlil, bu hədisdir:
"Dəstəmaz, ancaq, uzanaraq yatan kimsəyə vacibdir. Çünki uzanmaq (halında), məfsəllər yumşalar." (əbu Davud, "Təharət", 79)
Hənəfilər, kürəyi üzərinə yatanla, yumşaq nahiyəsindən bir qismi üzərinə ağırlıq verərək yatan şəxsləri də, uzanaraq yatan kimsələrə qiyaslamışlardır. Çünki, uzanaraq yatanın dəstəmazının pozulmasındakı illət, məfsəllərin yumşalmasıdır. Bu illət, kürəyi üstə yatan ilə, yumşaq nahiyəsindən bir qismi üzərinə yatan kimsədə də mövcuddur. Özündə qaz çıxarmaq və ya sidik axıntısı olan üzrlü kimsələrin dəstəmazları isə, yatmaqla pozulmaz. Çünki, oyaq ikən ön və arxalarından çıxan bu şeylər, dəstəmazlarını pozmadıqlarına görə, yuxu halında heç pozmazlar.
✓ Şafii'lər dedilər:
İnsan, oturaraq və ya bir miniyə minərək, yumşaq yerini oturduğu yerə söykəyib arada boşluq qoymadan yatsa, dəstəmazı pozulmaz. Ancaq, kürəyi üstə və ya yan tərəfi üstə yatsa, yumşaq yeri ilə oturduğu yer arasında vücudu zəif olması səbəbilə arada bir boşluq da qalarsa, yatmaqla dəstəmazı pozulmuş olar.
Mürgüləmək isə, dəstəmazı pozmaz. Mürgüləmə, yuxulamaqdan ayrı olub, beyində meydana gələn bir ağırlıqdır. Ki, mürgüləyən şəxs, yanında danışılanları başa düşməsə belə, danışanların səsini eşidir.
✓ Hənbəli'lər dedilər:
Hər nə cür olursa olsun, yuxu, dəstəmazı pozar. Ancaq, örfə görə az sayılan oturma və ayaqda dayanma halındakı xəfif yuxu, dəstəmazı pozmaz.
✓ Maliki'lər dedilər:
Yuxu ağır olduqdan sonra, qısa çəksin, uzun çəksin; insan, uzanmış olsun və ya olmasın; səcdə halında olsun, ayaqda dayansın, dəstəmazı pozar. Bununla bərabər, qısa da çəksə, uzun də çəksə, xəfif yuxu, dəstəmazı pozmaz. Ancaq, uzun çəkən xəfif yuxudan sonra dəstəmaz almaq, məndubdur.
~ Qısa müddətli ağır yuxu: yatan şəxs, əgər bir bez büküb, yumşaq yeri arasına qoyub yumşaq yerini tıxamaz və üzərinə oturmaz və yatdıqdan sonra tıxacsız olaraq oyanarsa, dəstəmazı pozar.
~ Uzun müddətli ağır yuxu: yatan şəxs, yumşaq yerini tıxamış olsa belə, qətiliklə dəstəmazı pozar. Yatmaqda olan şəxs, ətrafındakı səsləri eşitməzsə, yumşaq yeri üzərinə oturub dizlərini yan-yana gətirərək 2 əlilə dizlərini tutar, əllərinin açıldığını hiss etməz; əlindəki bir şeyin yerə düşdüyünün fərqinə varmaz, ağzından su axdığını hiss etməzsə, demək ki, ağır yuxudadır.
(Abdu'r-Rahmən əl-Cəziri, "Kitabu'l-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa", s. 78 və davamı)
