Hud surəsi 114-cü ayətin təfsirini verə bilərsinizmi?

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَ‌ٰلِكَ ذِكْرَىٰ لِلذَّ‌ٰكِرِينَ

"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır." (Hud/114)

-------------------------

Təfsiri:

5 vaxt namazı gərəkdiyi şəkildə qılmaq, günahlardan uzaq durmağı və onlardan təmizlənməyi gərəkdirir. Şübhəsiz, 5 vaxt namaz, hər gün içində 5 dəfə yuyan bir çay kimidir. Eyni zamanda, günahların səbəb olduğu yanğını soyutmağı və söndürməyi gərəkdirir.

Taberani, ibn Məs'ud'dan mərfu olaraq bu hədisi rəvayət edir:

"İşlədiyiniz günahın atəşilə yandıqca yanarsınız. Sabah namazını qıldığınızda, o atəşi söndürər. Sonra işlədiyiniz günahların atəşilə yandıqca yanarsınız. Zöhr namazını qıldığınızda, bu namaz, o atəşi söndürər. Sonra işlədiyiniz günahların atəşilə yandıqca yanarsınız. Əsr namazını qıldığınızda, bu namaz, o atəşi söndürər. Sonra işlədiyiniz günahların atəşilə yandıqca yanarsınız. Məğrib namazını qıldığınızda, bu namaz, o atəşi söndürər. Sonra işlədiyiniz günahların atəşilə yandıqca yanarsınız. İşa namazını qıldığınızda, bu namaz, o atəşi söndürər, günahlarınızı bağışladar. (Taberani, "əl-Mucəmu'l-Əvsat", 2224; "Mucəmu's-Sağir", 1/47)

Hədis, məvquf olaraq rəvayət edilmişdir.

Yenə Taberani, Ənəs (radiyallahu anh)'dan mərfu olaraq, bu hədisi rəvayət edir:

"Şübhəsiz, Allahın hər namaz vaxtında:

'Ey Adəm oğlu! Özünüzü yandırmaq üçün alovlandırdığınız atəşi söndürmək üçün, qalxıb namaz qılın.'

deyə səslənən bir mələyi vardır." (Taberani, "əl-Mucəmu'l-Əvsat", 9452)

Əl-İsmaili, Ömər b. Xattab (radiyallahu anh)'dan mərfu olaraq bu hədisi rəvayət edir:

"Yanacaqsınız. Ancaq sabah namazını qıldığınızda, bu namaz, əvvəlki günahların hamısını yuyar."

Bu şəkildə, bütün namazlardan bəhs edildi.

Namaz:

• qul ilə Rəbbi arasında bir bağ olduğundan; və

• namaz qılan, Rəbbinə yalvarıb Ona yaxınlaşdığından,

zahiri və batini cəhətdən təmiz olmadıqca, namaza başlaması uyğun olmaz. Bunun üçün namaz qılanın su ilə təmizlənməsi, günahlarını dəstəmaz ilə təmizləyib sonra məscidə getməsi, gedərkən günahlarının bağışlanmasını istəməsi gərəkdir. Əgər günahlarından hər hansı bir şey qalarsa, qıldığı namaz, o günahlara kəffarət olacaqdır.

Salman əl-Farisi (radiyallahu anh) belə deyir:

"Dəstəmaz, kiçik günahları silər. Məscidə doğru yerimək, bundan daha artığını, namaz da ondan daha artığını silər." (əl-Mərvəzi, "Tə'zim-u Qadru's-Salat", 99)

Namaz qılacaq kimsə, namazda Rəbbinin hüzurunda durub, Ona yalvarmağa başladığında, Rəbbindən ilk istəyəcəyi şey, günahlarını özündən uzaqlaşdırması və onlardan təmizləməsidir. Bax o vaxt, Allaha yaxınlaşması və yalvarması, doğru bir hal alar. Beləcə mərifət, ünsiyyət, məhəbbət və huşu kimi namazın faydaları və nəticələri reallaşmış olar. Artıq namazı, onu əxlaqsızlıqdan və pis şeylərdən uzaq tutar ki, bax faydalı olan namaz da budur. (İbn Rəcəb əl-Hənbəli, "Fəthu'l-Bari alə Sahihi'l-Buxari", 4/343-345)

--------------

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Hər pisliyin arxasından, onu siləcək bir yaxşılıq et."

sözünə gəlincə:

Qul, gizli və açıq hallarda, təqvalı olmaqla əmr olunmuşdur. Ancaq ya əmr edilənlərin bir qismini tərk etmək və ya qadağalardan bir qismini işləmək şəklində, bəzi zamanlarda təqvada qüsurlu davrana bilər. Bu mövzuda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əmr etdiyi, bu pisliyi siləcək bir şeyin işlənməsidir ki, o da, pislikdən sonra bir yaxşılığın edilməsidir. Əziz və Uca olan Allah belə buyurur:

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَ‌ٰلِكَ ذِكْرَىٰ لِلذَّ‌ٰكِرِينَ

"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır." (Hud/114)

Buxari və Muslimdə, ibn Məsud (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:

Bir adam, bir qadını öpmüşdü. Adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldi və etdiyini Ona bildirdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) susdu, nəhayət bu ayət nazil oldu. Allah rəsulu (sallallahu aleyhi və səlləm), adamı çağırdı və ayəti ona oxudu. Bunun üzərinə adam:

"Bu, sadəcə mənim üçündürmü?" deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əksinə, bütün insanlar üçündür." buyurdu. (Buxari, "Məvaqitu's-Salah": 526; Muslim, Tövbə: 2765)

Allah, Kitabında, müttəqiləri, eynilə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu tövsiyəsində vəsf etdiyi kimi vəsf edərək, belə buyurmuşdur:

وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَـٰوَ‌ٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ • ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَـٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ • وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ • أُو۟لَـٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ

"Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Al-i İmran/133-136)

Müttəqilərin insanlara qarşı davranışları:

• İnfaq;

• Qəzəbi boğmaq;

• İnsanları bağışlamaq

kimi ehsan ilə vəsflənmişdir.

Yenə onlar, comərd olmaq, əziyyətləri qarşı dayanmaq kimi xislətlərə də sahibdirlər. Bax bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Muaz'a tövsiyyə etdiyi gözəl əxlaqın zirvəsidir.

Sonra Allah, onları belə vəsf edir:

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ

"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Al-i İmran/135)

Onlar, günahlarında israr etməzlər. Bu ayət, müttəqilərin bəzən böyük günah işləyə biləcəklərinə işarət edir ki, bunlar, bəzi ədəbsizliklərdir. Yenə kiçik günah da işləyə bilərlər, bunlar da nəfsə edilən zülümlərdir. Ancaq onlar, bu günahlarda israr etməzlər. Tam əksinə, bir günah işlədikdən sonra, Allahı xatırlayar, Ondan bağışlanma diləyər və tövbə edərlər. Zatən tövbə, israrı tərk etməkdir.

Ayətdə keçən: "Allahı xatırlayarlar..." ifadəsinin mənası budur:

"Onlar, Allahın əzəmətini, şiddətli intiqam almasını, günaha qarşı vəd etdiyi əzabı xatırlayarlar. Bu da, onların yerindəcə geri dönmələrinə, istiğfar etmələrinə və israrı tərk etmələlərinə səbəb olar. Allah Taala belə buyurur:

إِنَّ ٱلَّذِينَ ٱتَّقَوْا۟ إِذَا مَسَّهُمْ طَـٰٓئِفٌ مِّنَ ٱلشَّيْطَـٰنِ تَذَكَّرُوا۟ فَإِذَا هُم مُّبْصِرُونَ

"Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər." (Əraf/201)

Buxari və Muslimdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğu rəvayət edilir:

"Bir qul, günah işlədi və:

'Rəbbim, bir günah işlədim. Məni bağışla!' dedi. Bunun üzərinə Allah belə buyurdu:

'Qulum, günahları bağışlayan və günahdan dolayı hesaba çəkən bir Rəbbi olduğunu bildi. Mən də qulumu bağışladım.'

Sonra o qul, başqa bir günah işləyər. -Nəhayət dördüncüdə- Allah belə buyurar:

'Dilədiyini etsin.' (Buxari, Tövhid: 7507; Muslim, Tövbə: 2760)

Yəni bu halda, hər günah işlədiyində, ondan bağışlanmaq istədiyi müddətcə.

Tirmizi, əbu Bəkr əs-Siddiq (radiyallahu anh)'dan rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Gündə 70 dəfə (işlədiyi günaha) geri dönsə də, istiğfar edən kimsə, (günahda) israr etmiş sayılmaz." (Tirmizi, Daavat: 3559)

Hakim, Uqbə b. Amir'dən belə dediyini rəvayət edir:

Bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gəldi və:

"Ey Allahın rəsulu! Bizdən biri günah işlədiyində, nə olur (və ya baş verir)?"

deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əleyhinə günah olaraq yazılır."

buyurdu. Adam:

"Bəs yaxşı, ondan istiğfar edərsə, necə?"

deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bağışlanar və tövbəsi qəbul edilər."

buyurdu. Adam:

"Sonra dönüb təkrar günah işləyərsə, necə?"

dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Əleyhinə günah olaraq yazılar."

buyurdu. Adam:

"Sonra ondan bağışlanma diləyər və tövbə edərsə, necə?"

deyə soruşduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Bağışlanar və tövbəsi qəbul edilər. Siz (tövbə və istiğfar etməkdən) bezmədikcə, Allah (əfv etməkdən) bezməz." (Hakim, 1/59; Taberani, "əl-Mucəmu'l-Əvsat", 8689)

Taberani, zəif bir isnadla, Aişə (radiyallahu anha)'dan belə dediyini rəvayət edir:

Həbib b. Haris, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldi və:

"Ey Allahın rəsulu! Mən çox günah işləyən biriyəm" dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"(Günah işlədiyində) əziz və uca olan Allaha tövbə et."

buyurdu. Həbib:

"Tövbə edir, sonra təkrar günaha dönürəm."

dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Hər günah işlədiyində tövbə et."

buyurdu. Həbib:

"Ey Allahın rəsulu! O vaxt günahlarım çoxalır."

dedi. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Ey Həbib b. Haris, Allahın əfvi, sənin günahlarından daha çoxdur." (Taberani, "əl-Mucəmu'l-Əvsat", 4854, 5257)

Yenə isnadı ilə Abdullah b. Amr b. As'dan belə dediyi rəvayət edilir:

"Hər kim işlədiyi bir günahı xatırlayar və ondan dolayı qəlbi ürpərər, Allahdan bağışlanma diləyərsə, ondan geriyə bir şey qalmaz. Allah onu silər."

İbn əbu'd-Dünya, isnadı ilə, Əli (radiyallahu anh)'dan belə dediyini nəql edir:

"Ən xeyirliniz, hər günaha düşdüyündə, çoxca tövbə edəndir."

Ona:

"Bəs təkrar günaha dönərsə necə?" deyə soruşulduğunda belə cavab verir:

"Allahdan bağışlanma diləyər və tövbə edər."

Yenə:

"Ya təkrar dönərsə necə?" deyə soruşuldu. Əli:

"Allahdan bağışlanma diləyər və tövbə edər." dedi.

Yenə:

"Bəs təkrar dönərsə necə?" deyə soruşuldu. Əli:

"Allahdan bağışlanma diləyər və tövbə edər." dedi.

"Nə vaxta qədər belə davam edər?" deyə soruşulduğunda, Əli:

"Yorulub ümidini kəsən şeytan oluncaya qədər." cavabını verdi.

İbn Macə, ibn Məsud'dan mərfu olaraq belə dediyini rəvayət edir:

"Günahına tövbə edən kimsə, günahı olmayan kimsə kimidir." (İbn Macə, Sünən, hədis no: 4250)

Hasan əl-Basri'yə:

"Bizdən biri, Rəbbindən həya etməzmi? Günahlarından istiğfar edir, sonra geri dönür. Sonra istiğfar edir, sonra geri dönür?!" deyildi. Hasan əl-Basri belə dedi:

"Şeytan, sizdən birinə, bu şəkildə üstün olmaq istəyər. Siz istiğfar etməkdən bezməyin!"

Yenə onun belə dediyi rəvayət edilir:

"Bunun, sadəcə möminlərin əxlaqından olduğunu düşünürəm."

Yəni mömin, hər günah işlədiyində tövbə edər. Necə ki, hədisdə belə buyurulur:

"Mömin günahla imtahan edilib çoxca tövbə edəndir." (Abdullah b. Əhməd, "Zəvaidu'l-Musnəd", 1/80)

Cabirdən zəif bir isnadla mərfu olaraq belə dediyi rəvayət edilir:

"Mömin, günah işləyib tövbə edəndir. Bəxtiyar kimsə, tövbə etmiş olduğu halda ölən kimsədir." (Taberani, "əl-Mucəmu's-Sağir", 172)

Ömər b. Əbdü'l-Əziz, bir xütbəsində belə deyirdi:

"Sizdən kim yaxşılıq edərsə, Allaha həmd etsin. Kim də pislik edərsə, Allahdan bağışlanma diləsin. Çünki hər cəmiyyətdə, Allahın, boyunlarına işləyəcəkləri əməlləri yazdığı kimsələr vardır və o əməllər, onların əməl dəftərlərinə yazılacaqdır."

Digər bir rəvayətdə onun belə dediyi nəql edilir:

"Ey insanlar, kim günah işləyərsə, Allahdan bağışlanma diləsin və tövbə etsin. Əgər yenə günah işləyərsə, yenə Allahdan bağışlanma diləsin və tövbə etsin. Əgər yenə günah işləyərsə, yenə Allahdan bağışlanma diləsin və tövbə etsin. Günahlar, insanların boyunlarına taxılmış xalqalar kimidir; ən böyük fəlakətə uğrayan, günahda israr edən kimsədir."

Bu, qulun, özü üçün təqdir edilən günahları, mütləq işləyəcəyi mənasına gəlir. Necə ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Adəm oğluna zinadan payı yazılmışdır, bunu mütləq işləyəcəkdir." (Buxari, İsti'zan: 6243; Muslim, Qədər: 2658)

Ancaq Allah, qul üçün işlədiyi günahlardan çıxış yolu göstərməkdə və bu günahı tövbə və istiğfarla silməkdədir. Əgər tövbə və istiğfar edərsə, günahın pisliyindən qurtular. Əgər günahda israr edərsə, həlak olar.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Hər pisliyin arxasından, onu siləcək bir yaxşılıq et."

sözü ilə, o pislikdən tövbə etmək qəsd edilmişdir. Bu, açıq bir şəkildə, ibn əbu'd-Dünya'nın, Muhamməd b. Cubeyr'dən rəvayət etdiyi mürsəllər içindəki bir hədisdə bildirilmişdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Muaz b. Cəbəl'i, Yəmənə göndərərkən, belə buyurur:

"Ey Muaz! Gücün çatdığı qədər, Allahdan qorx! Sənə verilən güc ilə, gücün çatdığı qədər, əziz və uca olan Allah üçün əməl işlə! Hər ağacın və daşın yanında, əziz və uca olan Allahı an! Bir günah işlədiyində, o an ondan tövbə et. Əgər (günah) gizlidirsə, (tövbəni də) gizli, əgər açıqdırsa, (tövbəni də) açıqdan et.

Bu mənadakı bir hədisi, əbu Nuaym, başqa bir təriqdən zəif bir isnadla Muaz'dan rəvayət etmişdir. (Əbu Nuaym, "Hilyətu'l-Əvliya", 1/240-241)

Qatadə'dən rəvayət edildiyinə görə, Salman (radiyallahu anh) belə demişdir:

"Gizlicə bir günah işlədiyində, gizlicə bir yaxşılıq et. Açıqdan bir günah işlədiyində isə, açıqdan bir yaxşılıq et ki, etdiyin yaxşılıq, günahın yerini tutsun."

Salmanın, yaxşılıq ilə tövbəni və ya tövbədən daha ümumi bir şeyi qəsd etmiş olması, möhtəməldir.

Allah, Kitabında, günahından tövbə edən kimsənin günahını bağışlayacağını və ya tövbəsini qəbul edəcəyini bir çox yerdə açıqlamışdır. Məsələn, Allah belə buyurur:

إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُو۟لَـٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

"Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir." (Nisa/17)

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَـٰلَةٍ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَ‌ٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

"Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək." (Nəhl/119)

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًا صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَـٰتٍ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

"Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!" (Furqan/70)

وَإِنِّى لَغَفَّارٌ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا ثُمَّ ٱهْتَدَىٰ

"Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram." (Taha/82)

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًٔا

"Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar." (Məryəm/60)

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ • أُو۟لَـٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَـٰمِلِينَ

"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və ağacları altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!" (Al-i İmran/135-136)

• Abdurrəzzaq deyir:

Bizə Cəfər b. Süleyman, Sabit'dən, o da Ənəsdən belə dediyini rəvayət edir:

"Mənə çatdığına görə:

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ...

"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər..." (Al-i İmran/135)

ayəti endiyində, İblis ağladı.

• İbn Məsud'dan belə dediyi rəvayət edilir:

"Bu ayət, günahkarlar üçün, dünya və içindəkilərdən daha xeyirlidir."

• İbn Sirin belə deyir:

"Allah, İsrail oğullarının günahlarına kəffarət olacaq şeylərin yerinə bizə bu ayəti verdi."

• Əbu Cəfər ər-Razi, Rəbi'nin Ənəsdən, o da əbu'l-Aliyə'dən belə dediyini rəvayət edir (bunu ibn Kəsir öz təfsirində, 1/219 zikr etmişdir):

Bir adam:

"Ey Allahın rəsulu! Kaş ki, bizim kəffarətlərimiz də, İsrail oğullarının günahlara kəffarəti kimi olsa!" dedi. Bunun üzərinə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Allahım, biz, onu istəmirik. -Bunu 3 dəfə təkrarladı.-

Allahın sizə verdiyi, İsrail oğullarına verdiyindən daha xeyirlidir. İsrail oğullarından biri, bir günah işlədiyində, bu günahı və kəffarətini, qapısına yazılmış görərdi. Əgər kəffarətini yerinə gətirsə, o, özü üçün dünyada zillət olardı. Əgər kəffarətini yerinı gətirməzsə, o, özü üçün axirətdə zillət olardı.

Allahın sizə verdiyi, İsrail oğullarına verdiyindən daha xeyirlidir.

وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًا رَّحِيمًا

"Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər." (Nisa/110)"

İbn Abbas:

...هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَ‌ٰهِيمَ...

"...O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (Həcc/78)

ayəti haqqında belə deyir:

"Burda bəhs mövzusu olan, İslamın genişliyi və Allahın, Muhamməd ümmətinə ehsan etdiyi tövbə və kəffarət imkanıdır."

Bütün bu nasların zahiri, doğru bir şəkildə müsəlman olduğunda, kafir kimsənin müsəlmanlığının qətiliklə qəbul ediləcəyi kimi, Allahın səmimi bir tövbə ilə tövbə edən, tövbənin bütün şərtlərini yerinə gətirən kimsənin tövbəsinin də, Allah tərəfindən qətiliklə qəbul ediləcəyinə işarət edər. Bu, cumhurun görüşüdür. İbn Abdi'l-Bərr'in sözləri, bu mövzuda icma olduğunu göstərir.

İnsanlardan bəziləri belə deyir:

Tövbənin qəbulu qəti deyildir, ancaq qəbul edilməsi umulur. Günahkar kimsə, tövbə etmiş olsa da, Allahın iradəsi altındadır. Bu görüşdə olanlar, bu ayəti dəlil olaraq göstərirlər:

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَ‌ٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur." (Nisa/48)

Beləcə Allah, bütün günahların Öz iradəsi altında olduğunu bildirir. Yenə onlar, bu ayəti də dəlil olaraq göstərirlər:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ تُوبُوٓا۟ إِلَى ٱللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ يَوْمَ لَا يُخْزِى ٱللَّهُ ٱلنَّبِىَّ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ...

"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin..." (Təhrim/8)

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ

"Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun." (Qasas/67)

...وَتُوبُوٓا۟ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

"...Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız." (Nur/31)

وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًا صَـٰلِحًا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

"Digərləri isə günahlarını etiraf etdilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (Tövbə/102)

Açıq olan budur ki, bunun, tövbə edən kimsə haqqında olmasıdır. Çünki etiraf, peşmanlığı gərəkdirir. Aişə'nin rəvayət etdiyi hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Qul, günahını etiraf edib sonra tövbə edərsə, Allah onun tövbəsini qəbul edər." (Buxari, Şəhadət: 2661)

Doğru olan, əksəriyyətin görüşüdür.

Bu ayətlər, tövbənin qəti olaraq qəbul edilməyəcəyinə işarət etməz. Çünki comərd olan, ümid verdiyində, ümid verdiyi kimsənin ümidini boşa çıxarmaz. Bax bundan dolayıdır ki, ibn Abbas belə demişdir:

"'Umulur ki' kəliməsi, Allah haqqında gərəklilik ifadə edir."

Bunu Əli b. əbu Talha, ibn Abbas'dan nəql etmişdir.

İman və saleh əməlin qarşılığı da, 'umulur ki' kəliməsilə ifadə edilmişdir. Ancaq bu, iman və saleh əməl qarşılığında vəd edilənlərin qəti olmadığına işarət etməz. Necə ki, ayətdə belə buyurulur:

إِنَّمَا يَعْمُرُ مَسَـٰجِدَ ٱللَّهِ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمْ يَخْشَ إِلَّا ٱللَّهَ ۖ فَعَسَىٰٓ أُو۟لَـٰٓئِكَ أَن يَكُونُوا۟ مِنَ ٱلْمُهْتَدِينَ

"Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar." (Tövbə/18)

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَ‌ٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur." (Nisa/48)

ayətinə gəlincə, tövbə edən kimsələr, Allahın, Kitabı'nın bir çox yerində bildirdiyi kimi, bağışlamağı istədiyi kimsələrdəndir.

Muaz (radiyallahu anh)'ın rəvayət etdiyi hədisdə, bu ayətin enməsinə səbəb olan kimsəyə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), dəstəmaz alıb namaz qılmasını əmr etdiyi bildirilir.

İmam Əhməd, əbu Davud, Tirmizi, Nəsai və ibn Macə, əbu Bəkr Siddiq (radiyallahu anh)'dsn rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Hər hansı bir kimsə, bir günah işləyər, sonra qalxıb dəstəmaz alar, ardından namaz qılar və Allahdan bağışlanma diləyərsə, Allah onu mütləq bağışlayar."

Ardından Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu ayəti oxudu:

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَـٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ

"O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər." (Al-i İmran/135)

Buxari və Muslimdə, Osman (radiyallahu anh)'ın dəstəmaz aldıqdan sonra, belə dediyi rəvayət edilmişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), mənim bu dəstəmazım kimi dəstəmaz aldığını, ardından da belə buyurduğunu gördüm:

'Hər kim, Mənim bu dəstəmaz kimi dəstəmaz alar, sonra bunu nəfsinə bəhs etməzsə (yəni qürurlanmaz, lovğalanmazsa), keçmiş günahları bağışlanar." (Buxari, Savm: 1934)

İmam Əhməd, Müsnəd'ində, əbu Dərda (radiyallahu anh)'dan belə dediyini rəvayət edir:

Allah rəsuılu (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu eşitdim:

"Kim gözəl bir şəkildə dəstəmaz alar, sonra qalxar 2 ya da 4 rükət namaz qılar, rüku və huşusunu gözəl edər və Allahdan bağışlanma diləyərsə, günahları bağışlanar." (Əhməd, "Müsnəd", 26997)

Yenə Buxari və Muslimdə, Ənəs (radiyallahu anh)'dan belə dediyi rəvayət edilir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında idim. Bir adam gəldi və:

"Ey Allahın rəsulu, mən, hədd gərəkdirən bir günah işlədim. Mənə hədd cəzasını tətbiq et!" dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), adama nə etdiyini soruşmadı. Namaz vaxtı gəldi və adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər namaz qıldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), namazı bitirdiyində, adam qalxıb yanına getdi və:

"Ey Allahın rəsulu! Mən hədd gərəkdirən bir günah işlədim. Allahın kitabını (yəni hökmünü) tətbiq et!" dedi.

Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bizimlə bərabər namaz qılmadınmı?" deyə soruşdu. Adam:

"Bəli." deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Şübhəsiz, Allah, sənin günahını -və ya cəzanı- bağışladı." (Buxari, Muharibin: 6823)

Muslim, eyni mənadakı bu hədisi, əbu Umamə'dən rəvayət etmişdir. (Muslim, 2767)

İbn Cərir ət-Təbəri, hədisi, başqa bir təriqlə, əbu Umamə'dən rəvayət etmişdir. Bu rəvayətdə bu ifadə yer alır:

""Şübhəsiz sən, işlədiyin xətalar cəhətindən, anandan doğduğun kimisən (günahsızsan), bir daha (günahlara) dönmə." Ardından Allah bu ayəti endirdi:

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَـٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَ‌ٰلِكَ ذِكْرَىٰ لِلذَّ‌ٰكِرِينَ

"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır." (Hud/114)

Buxari və Muslim, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Nə deyirsiniz, sizdən birinin qapısının önündə bir çay axsa, bu çayda hər gün 5 dəfə yuyunsa, üzərində heç kir qalarmı?"

Orda olanlar:

"Onun kirlərindən heç bir şey buraxmaz." dedilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"5 vaxt namaz da belədir. Allah, onlar səbəbilə xətaları silər."

Muslimdə, Osmandan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim gözəlcə dəstəmaz alarsa, xətaları bədənindən, hətta dırnaqlarının altından tökülüb çıxar." (Muslim, Təharət: 247)

Yenə Muslim, əbu Hureyrə'dən rəvayət etdiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allahın, özü ilə xətaları silməyə və dərəcələri yüksəltməyə vəsilə qıldığı şeyləri sizə söyləyimmi?"

Orda olanlar:

"Bəli, ey Allahın rəsulu (söylə)!" dedilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Xoşa gəlməyən şeylərə (soyuq və başqa) rəğmən, dəstəmazı tam almaq, məscidə çox addım atmaq və bir namazdan sonra digər namazı gözləmək. Bax bu, sizin ribatınızdır (sərhəddə növbətçilik etməyiniz), bax bu, sizin ribatınızdır, bax bu, sizin ribatınızdır." (Muslim, Təharət: 253)

Read 57 times
In order to make a comment, please login or register