İmamət məsələsi (əhli sünnətə görə)
Bil ki, imamət üzərində dayanmaq, əhəmiyyətli mövzulardan, ya da ağılla bilinən xüsuslardan deyil; fiqhi məsələlərdəndir.
Sonra, bu məsələ, təəssüblərin ortaya çıxdığı bir yerdir. Bu mövzuda dərinləşməkdən uzaq dayanan şəxs, buna səy göstərəndən daha salamatdadır. Bu şəxsin halı, isabət etdiyində belədirsə, xəta etdiyində görəsən necə olar?!
Ancaq, etiqadi məsələlərin rəsmi (yəni, ümumi planı), bu məsələ ilə bitirildiyindən, biz də, adət halına gələn bu metodu izləmək istədik. Çünki, qəlblər, alışdıqları minhac (metod)'a zidd olan metodlardan şiddətlə çəkinməkdədir. Ancaq, məsələni xülasə edərək, belə deyirik:
Bu mövzudakı nəzər (incələmə), 3 şey ətrafında dövr edir. Bunlardan:
✓ Birinci cəhət: "imamı (başçını) təyin etməyin vacib olması"dır.
Bu vacibliyin ağıl yolu ilə əldə edildiyini düşünmək lazım gəlməz. Daha əvvəl, vacibliyin, şəriətdən qaynaqlandığını açıqlamışdıq. Ancaq ağıl, özündə fayda olan, ya da tərkində çox az zərər olan "vacib" (məfhumunun nə demək olduğunu) açıqlamaqdadır. Bu halda, dünya həyatında, zərərli olan şeyləri uzaqlaşdırmaq və fərqli faydaları əldə etmək üçün, imamı (başçını) təyin etməyin vacib olduğu, inkar edilə bilməz.
Ancaq bunun vacib olduğuna dair şər'i qəti bir dəlil ortaya qoyacağıq. Burda, sadəcə İslam ümmətinin (toplumun) bu xüsusda icma etməsilə kifayətlənməyəcək və bu icmanın istinadına diqqət çəkəcəyik.
Deyirik ki:
Şübhəsiz, din işlərinin nizamlı şəkildə davam etməsi, şəriətin sahibi olan Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in məqsədidir. Bu, özündə mübahisə olmayan qəti bir müqəddimədir. Biz, buna, başqa bir müqəddimə də əlavə edirik ki, o da: dini nizamın, ancaq, itaət edilən bir imam (başçı) ilə gerçəkləşməsidir.
Bu 2 müqəddimədən iddiamızın doğruluğu ortaya çıxır ki, o da: imam (başçı) təyin etməyin, vacib olmasıdır.
Əgər: "Dini nizam, ancaq bir imam ilə gerçəkləşə bilər.' şəklindəki sonuncu müqəddimə, qəbul edilə bilməz." deyilərsə, biz də belə deyərik:
Bunun dəlili: dini nizamın, ancaq dünyəvi bir nizam ilə; dünyəvi nizamın isə, ancaq itaət edilən bir imam (dövlət başçısı) ilə gerçəkləşməsidir. O halda, çəkişmə, bu 2 müqəddimənin hansındadır?
Əgər: "Nə üçün dini nizamın, ancaq dünyəvi nizam ilə gerçəkləşəcəyini söylədiniz? Əksinə, dini nizam, dünyanın xarab olması ilə meydana gəlir. Çünki, din və dünya, bir-birinə ziddir. Bunlardan birini imar etməyə çalışmaq, digərini xarab etməkdir." deyilsə, belə deyərik:
Bu söz, bu an, dünya ilə nəyi qəsd etdiyimizi başa düşməyən birinin sözüdür. Çünki dünya, müştərək bir ləfz olub, ifrat tənaum (nemət içində olmaq), faydalanmaq, ehtiyac və zərurətlərin artması mənasında istifadə edildiyi kimi; ölümdən əvvəl ehtiyac duyulan şeylərin hamısı haqqında da istifadə edilir. Bunlardan biri, dinə zidd ikən; digəri, dinin şərtidir.
Bax, müştərək mənaları ayırmayan kimsə, belə xəta edər.
Deyirik:
Dini nizam, mərifət və ibadətdir. Bu ikisinə də:
~ bədənin sağlam olması;
~ həyatın davam etməsi;
~ geyim;
~ məskən;
~ yemək-içmək; və
~ ən böyük çətinlik olan əmin-amanlığın ehtiyac miqdarı qarşılanması
ilə çatılır.
Həyatıma and olsun ki, öz yuvasında əmin-amanlıqda olan; bədəni sağlam olan; günlük yeməyi olan bir kimsəyə, dünya, sanki bütün içindəkilərlə bəxş edilmiş kimidir. İnsanın ruhu, bədəni, malı, məskəni və yeməyi haqqında əmin-amanlıqda olması isə, bəzi hallarda mümkündür. Bu zəruri və əhəmiyyətli işlər üzərində əmin-amanlıq gerçəkləşmədikcə, din də nizamlı olmaz. Əks halda, bütün vaxtını, özünü, zalımların qılınclarından qorumaqla keçirən və qaliblərin qarşısında ruzi tələb edən bir kəs, axirət səadətinin vəsilələri olan elm və əmələ, nə vaxt zaman ayıra bilər?! O halda, dünyəvi nizamın, -ehtiyac miqdarlarını qəsd edirəm- dini nizamın şərti olduğu ortaya çıxır.
İkinci müqəddimə isə, budur: Dünya həyatı və insanların can və mal güvənliyi, ancaq, itaət edilən bir suıtan sayəsində nizamlı bir şəkildə cərəyan edər. Bu səbəblə, sultanların və imamların (dövlət başçılarının) vəfatı ilə bərabər, fitnə dövrlərinin görüldüyünə şahid olarsan. Hal, belə davam edər və itaət edilən bir sultan təyin edərək tədbir görülməzsə, xaos davam edər, şiddət yayğınlaşar, ortalığı qıtlıq bürüyər, canlılar həlak olar və sənətlər ortadan qalxar. Bu halda, qalib gələn hər kəs, (digərinin malını) qəsb edər və əgər həyatda qalan olarsa, heç kim elm və ibadətə vaxt ayırmaz. Bir çox kimsə, beləcə, qılıncların kölgəsi altında həlak olub gedər. Bu səbəblə, "Din və sultan, əkiz qardaşlardır." deyilmişdir. Yenə, eyni səbəblə, "Din, əsasdır; sultan isə, mühafizdir." deyilmişdir. Əsası olmayan bir (bina) düşdüyü kimi; mühafizəçisi olmayan mal da, itər.
Xülasə etmək lazım gələrsə:
Ağlını istifadə edən bir kimsə, fərqli təbəqələrə ayrılan, arzuları fərqli, görüşləri bir-birindən ayrı olan insanların, öz başlarına tərk edildiklərində, bütün bu fərqlilikləri bir araya gətirən və itaət edilən bir görüş sahibi olmadığında, tamamilə yox olacaqları xüsusunda, bizimlə mübahisə etməz. Bu xəstəliyin tək dərmanı, bütün bu fərqlilikləri birləşdirən, qahir (güclü), itaət edilən bir sultandır. Beləcə, dünya nizamının təmin edilməsi üçün sultanın varlığının zəruri olduğu, açıqlanmış oldu.
Dünya nizamı, din işlərinin nizamı üçün zəruridir. Dini nizam isə, axirət səadətini qazanmaq üçün zəruridir ki, şübhəsiz, Peyğəmbərlərin məqsədi də, budur. Bu səbəblə, imamın vacib olması, şəriətin, tərki mümkün olmayan (prinsiplərindən)'dir.
----------------------
✓ İkinci cəhət: "İmamı təyin etməsi üçün, kimin daha uyğun olduğu"nun bəyanı haqqındadır.
Deyirik ki: Birini, öz istəklərimizə görə imam təyin edə bilmyəcəyimiz, açıqdır. Çünki, onu, digər insanlardan ayırd edən bir xüsusiyyətin mövcud olması lazımdır. Bu xüsusiyyət, onun özündə var olan bir xüsusiyyət olduğu kimi; eyni zamanda, başqasına nisbətlə qazandığı bir xüsusiyyətdir də.
İmamda mövcud olması lazım gələn xüsusiyyətlər:
~ insanların işlərini idarə etməyə; və
~ onları doğru yola sövq etməyə
əhliyyətli olmasıdır. Bu isə, ancaq:
~ qüdrət, elm və vəra ilə olur.
Bununla bərabər, idarəçilərin xüsusiyyətlərindən biri də, bütün bunlara əlavə olaraq:
~ Qureyş nəslindən gəlmələrinin şərt olmasıdır.
Bu 4-cü şərt, nəqli dəlil ilə də bilinir. Nəbi (sallallahu aleyhi və səlləm): "İmamlar, Qureyşdəndir." buyurmuşdur.
İmamı insanların əksəriyyətindən ayırd edən xüsusiyyət də, məhz budur. Qureyş qəbiləsində bu sifətlərə (yəni, yuxarıdakı 3 sifətə) sahib bir qrup insanın mövcud olması, mümkündür. O halda, imamı ayırd edən başqa bir xüsusiyyət olmalıdır ki, o da: bir başqası tərəfindən təvliyyə edilib vəzifələndirilməsidir. Bu təvliyyə, başqası haqqında deyil, xüsusilə onun haqqında var olduğunda, o da, imam olaraq təyin edilmiş olar.
İndi, geriyə, imamı təvliyyə edən (mütəvəlli)'nin xüsusiyyətinə baxmaq qalır. Bu iş, hər kəsin görə biləcəyi bir iş deyildir. Çünki, bunun üçün, müəyyən xüsusiyyətlər lazımdır. Bu işi, 3 nəfərdən biri yerinə yetirə bilər:
Bu təyin edilmə:
~ ya Nəbi (sallallahu aleyhi və səlləm) tərəfindən edilər;
~ ya dövrün imamı (başçısı)'nın, övladlarından müəyyən bir şəxsi; ya da Qureyşdən birini vəliəhd təyin etməsi surətilə gerçəkləşər;
~ ya da itaət edildiyi və vəzifə verildiyi təqdirdə, digər insanların tabe olacağı və biət edəcəyi güclü bir adama vəzifə verməklə yerinə gətirilər. Bəzi dövrlərdə, bu vəzifə, hörmətli, tabe olunmasında fayda olan və hər kəsdən üstün bir şəxsə də verilə bilər.
Bu halda, sadəcə onun (yəni, hörmətli və üstün şəxsin) biət etməsi və ona (yəni, seçdiyi imama) vəzifə verməsi, digərlərinin də (bu yeni seçiləni) vəzifələndirməsi üçün, kifayət edir. Çünki məqsəd, fərqli görüşlərin, itaət edilən bir şəxs ətrafında birləşməsidir. İmam, itaət edilən bu şəxsin biətilə bərabər, itaət edilən şəxs olar.
Bəzən, bu vəzifənin (yəni, imam təyin etməyin) tək 1 şəxsə verilməsi, doğru olmaz; 2 ya da 3 şəxsə, ya da bir qrupa verilməsi lazımdır. Bu halda, (imama) itaətin gerçəkləşməsi üçün, bu qrupun toplanması; (eyni şəxsə) biət etməsi; və vəzifələndirmə xüsusunda ortaq bir fikrə gəlinməsi lazımdır. Hətta deyirəm ki:
Mövcud imamın vəfatından sonra, itaət edilən və tabe olunan tək bir Qureyşli qalsa; (bu şəxs) idarəni ələ alsa; (insanları) idarə etməyə başlasa və bu işlə məşğul olsa; bütün insanları, öz gücünə və qüdrətinə boyun əydirsə; (bu şəxs) eyni zamanda imamların (başçıların) vəsflərilə vəsflənsə, onun imaməti, tamamlanmış (yəni, məqbuldur) və ona itaət etmək, vacibdir. Çünki o, öz gücü və qüdrətilə bu vəzifəyə gəlmişdir və bu halda olan bir imama qarşı çıxmaq, fitnələri ayağa qaldırmaqdır. Şübhəsiz, bu kimsə, əhlu'l-hall və'l-aqd (dövrün səlahiyyət sahibləri)'nin dəstəyini alacaqdır. Bu səbəblə, adətdə, biət və vəzifələndirmə olmadan, bu, doğru olmaz.
Əgər: "Əgər (imamdan) qəsd edilən:
~ görüş ayrılıqlarını birləşdirən;
~ insanların müharibə və döyüşməsinə əngəl olan;
~ onları, dünyəvi və uxrəvi (axirətə aid) maslahatlara sövq edən;
~ itaət edilən bir görüş sahibinin
olmasıdırsa, elm sifəti xaricindəki şərtlərin hamısını özündə ehtiva edən bir şəxs, bu işə cəhd edər; ancaq alimlərə müraciət edər; onların görüşlərilə əməl edərsə, onun (imamlığı) haqqında nə deyirsən? Bu şəxsi vəzifədən almaq və ona qarşı çıxmaqmı, yoxsa ona itaət etməkmi lazımdır?" deyilərsə, belə deyərik:
Əgər fitnə oyandırmadan və müharibəni hərəkətə keçirmədən, bütün imamlıq şərtlərini özündə cəm edən bir kimsəni onun yerinə keçirmək mümkündürsə, bu şəxsin, qətiliklə vəzifədən əzl edilməsinin gərəkdiyini deyirik. Bu, ancaq döyüşü tətikləyərək mümkün olarsa, ona və idarəsinin hökmünə itaət etmək, vacibdir. Çünki iş, aqibətini tam olaraq bilə bilmədiyimiz bir fitnənin hərəkətə keçməsinə doğru getdiyində, onun şəxsən alim olması, ya da başqasından fətva alaraq hərəkət etməsindən dönməklə əldə edəcəyimiz itki, başqasını təqlid edərək hərəkət etməsindən əldə edəcəyimiz itkidən daha azdır. Çünki bunun (yəni, bu fitnənin), mal və həyatın həlak olmasına səbəbiyyət verməsi bəhs mövzusudur. (İmamət şərtlərinə) elm sifətinin də əlavə edilməsi, bir məziyyətdir və tamamlayıcıdır. Ancaq, məziyyətlərə və tamamlayıcı xüsusiyyətlərə şövq duyaraq ən əhəmiyyətli maslahatı ehmal etmək, caiz deyildir. Bunlar, fiqhi məsələlər olduğundan, imkansızlığı ortada olan bu mövzudakı müxalifətində ölçülü olması və ifratdan çəkinməsi lazımdır. Çünki məsələ, onun düşündüyündən daha əhəmiyyətsizdir. Biz, bu xüsusiyyətin incələnməsinə, Batiniyyə'ni rədd üçün yazdığımız "əl-Mustəzhiri" adlı kitabda geniş yer verdik.
Əgər: "Elm vəsfində musamaha (xoş görü) göstərdiyinizdə, ədalət və digər vəsflərdə də musamaha göstərməyiniz lazımdır." deyilərsə, belə deyərik:
Bu, (şəxsi) tərcihə bağlı bir musamaha deyildir. Ancaq zərurətlər, məhzurları (həzər ediləcək şeyləri), mübah qılar. Ölü əti yeməyin, məhzurlu olduğunu; ancaq ölümün, bundan daha pis olduğunu bilirik.
Kaş ki, buna qarşı çıxaraq, şərtləri yerinə gətirmədiyi üçün, əsrimizdə imamətin (başçılığın) batil olduğuna hökm edən kimsəni, bir başa düşə bilsəydim! Bu kimsə, imamlığa keçəcək olanı bu vəzifəyə gətirməkdən aciz olduğu kimi; bunun şərtlərini yerinə gətirən kimsəni də tapa bilməz. Bu halda, onun, hansı halı daha doğru olar?
~ "Qadılar, vəzifədən alınmışlardır; vəlayətlər (valiliklər), batildir; nikahlar, hökmsüzdür; dünyanın hər tərəfindəki idarəçilərin bütün təsərrüfləri, qeyr-i nafiz (nüfuz etməyən, təsirli olmayan)'dır; və bütün insanlar, harama yönəlmişlərdir." deməkmi?
Yoxsa:
~ "Dövrün şərtlərinin və zərurətinin bir gərəyi olaraq, imamət (başçılı)'ğın hökmü davam etməkdədir; təsərrüflər və hökümətlər, nafizdir." deməkmi?
Bu şəxs, bu 3 xüsusdan 1-ini seçmək məcburiyyətindədir:
1. Ya insanları nikahlanmaqdan və qadılarla bağlı təsərrüflərdən əngəlləyəcəkdir ki, bu, imkansız olduğu kimi; həyatın, bütünü ilə dayanmasına; görüş fərqliliklərinin artmasına; xalqın yox olmasına; avamın hərəkətə keçməsinə aparır;
2. Ya da, belə deməlidir: "İnsanlar, nikahlanmağa və işlərinə davam edərlər. Lakin, haram fellərini etməyi də davam etdirərlər. Ancaq, hallarındakı zərurətdən dolayı, onların fasiq və günahkar olduqlarına hökm edilə bilməz."
Biz də, belə deyərik:
Halın zərurəti olaraq, şərtləri yerinə gəlmədiyi halda, imamətin səhih olduğuna hökm edilər. Uzaq olanın, ən uzaq olandan daha yaxın olduğu; və 2 şərdən ən xəfifinin, digərinə nisbətlə daha xeyirli olduğu, bilinməkdədir. Bu səbəblə, ağlını istifadə edən bir kimsənin, birini tərcih etməsi lazımdır.
Bu fəslin təhqiqi, bundan ibarət olub, bəsirət sahibi kimsə üçün sözü uzatmağa ehtiyac yoxdur. Ancaq, bir şeyin həqiqətini və illətini (səbəbini) qavraya bilməyən kimsə, uzun müddət eşidərək anlamağa alışdığından, təbiətinə müxalif olandan uzaqlaşmağa davam edər. Çünki, zəif təbiətli kimsələri, alışdıqları şeydən uzaqlaşdırmaq, olduqca çətindir. Nəbilərin belə edə bilmədiyi halda, bir başqası bunu necə bacara bilər?!
Əgər: "İmamiyyə (şiələri)'ndən bəzilərinin vacib olduğunu iddia etdiyi kimi; ixtilafların ardını kəsmək üçün, Nəbi (sallallahu aleyhi və səlləm)'in, ya da xəlifənin, (özündən sonrakı kimsəni) təyin etməsinin vacib olduğunu qəbul edirsinizmi?" deyilərsə, biz də belə deyərik:
Əgər bu, vacib olsaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu edər və Öz yerinə kimin keçəcəyini təyin edərdi. Halbuki, O, belə etmədiyi kimi; Ömər də bunu etməmişdir. Əksinə, əbu Bəkr, Ömər, Osman və Əli (radiyallahu anhum)'un imamətləri, təfviz (vəzifələndirmə) yolu ilə gerçəkləşmişdir. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, mübahisələri ortadan qaldırmaq üçün Əlinin imamətini açıqca təyin etdiyini; ancaq səhabənin buna qarşı gələrək onu gizlədiklərini iddia edən kimsənin, bu cahilcə sözünə baxılmaz. Belə sözlərə, bənzərlərilə qarşılıq verilər və belə deyilər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, əbu Bəkri təyin etdiyini söyləyən kimsəni, nəyə istinad edərək inkar edirsiniz? Səhabə, dinin nasslarına tabe olmaq və onu yerinə yetirmək üzərində, icma etmişdir. Bu isə, onların, nassa qarşı gəldiklərini və onu gizlədiklərini düşünməkdən, daha doğrudur. Sonra, bu, (təyinin) zəruri olduğu; anlaşılmazlıqları ortadan qaldırmaq imkansız olduğunda düşünülə bilər. Halbuki, bu, mümkündür. Çünki, biət etmək, üzərində anlaşılmazlıq olan mövzunu, ortadan qaldırar. Bunun dəlili isə, biət ilə təyin edilən Osman və əbu Bəkr (radiyallahu anhuma) dövrlərində, anlaşılmazlığın olmamasıdır. İxtilafların çoxu isə, Əli (radiyallahu anh) zamanındadır. İmamiyyə isə, Onun (yəni, Əlinin), nass ilə təyin edildiyinə inanmaqdadır.
--------------------------------
✓ Üçüncü cəhət: "Əhl-i Sünnətin, səhabə və rəşidi xəlifələr (radiyallahu anhum) haqqındakı etiqadı"nı açıqlamaq xüsusundadır.
Bil ki: insanlar, səhabə və rəşidi xəlifələr xüsusunda, bəzi cəhətlərdən iləri getmişlərdir. (Belə ki):
~ Bəziləri: onları ifrat tərifləyərək, imamların ismətini (günahsızlığını) iddia etmiş;
~ Bəziləri də: səhabəni zəmm etmək (pisləmək) xüsusunda dilini sərbəst buraxıb, tənqidə qalxmışdır.
Sən, əsla bu 2 qrupdan olma və etiqadda iqtisadı (orta yolu) izləyənlərin yoluna gir!
Bil ki, Allahın kitabında, mühacir və ənsar haqqında, təriflər yer almaqdadır. Nəbi (sallallahu aleyhi və səlləm)'in, onları, fərqli ifadələrlə təriflədiyinə dair xəbərlər, təvatür dərəcəsinə çatmışdır. Onun:
~ "Səhabələrim, ulduzlar kimidirlər. Hansına tabe olsanız, qurtularsınız." (Beyhaqi, "əl-Mədxəl", s. 162-163);
~ "İnsanların ən xeyirlisi, Mənim əsrimdə yaşayanlardır. Sonra da, onları izləyənlərdir." (Buxari, "Fədailu's-Səhabə", 1)
sözləri, bunlardandır.
Səhabənin hər biri haqqında, xüsusi təriflər vardır ki, bunları burda nəql etmək, uzun gedər. Bu səbəblə, onlar haqqında bu etiqadı daşımağın; və hüsn-ü zənnə müxalif olan hadisələrin nəql edilməsindən dolayı, su-i zənn etməməyin lazımdır. Bu (hüsn-ü zənnə müxalif olan) rəvayətlərin çoxu, təəssüb səbəbilə uydurulmuşdur və əsli də yoxdur. Nəql ilə gələnlərin təvili isə, mümkündür. Onların, ağlın almadığı bir mövzuda xəta etdiklərini və yanıldıqlarını mümkün görmək və fellərini -hər nə qədər isabətli olmasa da- xeyrə niyyətlənmələri xaricində açıqlamaq, mümkün deyildir. Bunlar içində ən məşhur olanı, Müaviyə ilə Əli (radiyallahu anh) arasındakı döyüş; və Aişə (radiyallahu anha)'nın, Basra'ya getməsidir.
~ Bu hadisədə, Aişə (radiyallahu anha)'nın, fitnəni söndürmək istədiyini; ancaq işin (nəticə etibarı ilə) idarə edilə bilməz bir şəkil aldığını düşünmək lazımdır. Çünki, işlərin aqibətinin, başlanğıcda arzu edildiyi kimi gerçəkləşməməsi və idarə edilə bilməz bir nöqtəyə çatması, mümkündür.
~ Muaviyyə haqqındakı zənn isə, təvildən və onun, idarə etdiyi (və ya üstləndiyi) işlərdən qaynaqlanmaqdadır.
Bunun xaricində hekayə edilənlər isə, əhəd rəvayətlərdir və bunların doğrusu ilə yalnışı, qarışmışdır. İxtilafların çoxu, bu işlərlə məşğul olan, rafizilərin (şiələrin), xaricilərin və lazımsız işlərə girənlərin uydurmalarından qaynaqlanır. O halda, doğruluğu isbatlanmayan xəbərlərin hamısını inkar etmək; sabit olanların isə, təvili yolunu axtarmaq lazımdır. Bunu etmədiyində isə, "Möhtəmələn, (bu rəvayətin), mənim bilmədiyim bir təvili və açıqlaması vardır. Ancaq mən, (hal-hazırda), bunu bilmirəm." deməlisən!
Bil ki, bu an, sən, müsəlman biri haqqında su-i zənn etmək, onu tənqid etmək və bundan dolayı yalançı halına düşmək ilə; bir müsəlman haqqında hüsn-ü zənn etmək və dilini tənqidlərdən uzaq tutmaq arasındasan. Məsələn, bundan dolayı xəta etdiyini düşünsək də, müsəlmanlar haqqında hüsn-ü zənndə xəta etmək; onları pisləməkdə isabət etməkdən daha salamatdır. Məsələn, bir kimsə, ömrü boyunca, iblisə, əbu cəhilə, əbu ləhəbə, ya da pis insanlardan birinə lənət etməkdən çəkinsə, bunun, ona bir zərəri olmaz. Ancaq bu kimsə, Allah Taala qatında günahsız olduğu bir xüsusda bir müsəlmanı pisləyərək xəta etsə, həlaka məruz qalar. Əksinə, insanlar haqqında bilinən şeylərin çoxunu söyləmək, doğru deyildir. Çünki şəriət, qiybət edilən kimsə haqqında, -doğru olsa belə- qiybəti qadağan etmişdir ki, buna riayət etmək lazımdır. Hər kim, bu mövzuları başa düşsə və onun təbiətində lazımsız işlərə meyl etmə xüsusiyyəti yoxdursa, susmağı, bütün müsəlmanlar haqqında hüsn-ü zənn etməyi və sələf-i salehin'in hamısı haqqında tərif ilə danışmağı tərcih etməsi lazımdır. Səhabənin hamısı haqqındakı hökm də, bax budur.
Rəşidi xəlifələrə gəlincə, onlar da, digər insanlardan fəzilətlidir. Əhl-i sünnətə görə, onların fəzilət sıraları, imamətdəki sıraları kimidir. (Onların) bu yeri: "Filan kimsə, filankəsdən daha fəzilətlidir." sözümüzdür və mənası, axirətdə Allah qatındakı yerlərinin uca olmasıdır. Bu isə, sadəcə Allah Taala'nın bildiyi və Rəsulunun da Onun bildirməsilə vaqif olduğu qeybi bir xüsusdur. Şəriətin sahibi olan Peyğəmbərdən, (aralarındakı) fəzilətin bu sıraya görə olduğuna dair qəti bir nass'ın mütəvatir olaraq gəldiyini, iddia edə bilmərik. Əksinə, rəvayətlər, səhabənin hamısı haqqında tərif ifadə etməkdədir. Peyğəmbərin onları tərifləməsinin incəliklərindən yola çıxaraq, fəzilət xüsusunda bir tərcih ortaya qoymaq isə, cahilcə bir işə cəhd etmək və Allahın istəmədiyi bir şeyi etməkdir. Ayrıca, zahiri əməllərə baxaraq, bir insanın Allah qatındakı fəzilətini öyrənmək də, eyni şəkildə, çətindir və bunun məqsədi, qaranlığa daş atmaqdır. Neçə-neçə insanlar vardır ki, xarici görünüşləri etibarı ilə, haram işləməkdədirlər; ancaq Allah qatında elə bir yerdədirlər ki, qəlblərində, Ondan başqası yer almaz. (Onların, əsl) xarakterləri, batinlərində gizlidir. Bunun kimi, zahiri ibadətlərlə bəzənmiş neçə-neçə insanlar da vardır ki, içlərində gizlənən pislikdən dolayı, Allahın qəzəbini qazanmışlardır. İnsanların batinlərindəki sirləri, Allah Taala'dan başqası bilə bilməz. Fəzilətin, vəhy; peyğəmbərdən gələn xəbərlərin isə, eşidilərək bilindiyi qəbul edildiyində; səhabənin fəzilət xüsusundakı fərqliliyinə işarət edən (xəbərləri) eşitməsi ən uyğun olan insanların, mütəmadi Peyğəmbərlə bərabər olan şəxslər olduğu da başa düşülür. əbu Bəkr (radiyallahu anh)'ın xilafətdə təqəddüm etdiyi (iləri keçdiyi) xüsusunda, onlar icma etmişlərdir. Sonra, əbu Bəkr, Ömər (radiyallahu anh)'ı təyin etmiş; Ondan sonra gələn də, Osman (radiyallahu anh) ilə ardından, Əli (radiyallahu anh) üzərində icma edilmişdir. Allah, hamısından razı olsun. Onlardan hər hansı birinin, hər hansı bir məqsədlə, Allahın dininə xəyanət etməsi, düşünülə bilməz. (Səhabənin) bu mövzudakı icmaları, fəzilətdəki dərəcələrini göstərən ən gözəl dəlildir. Bu səbəblə, əhl-i sünnət, bu fəzilət sıralamasına inanmış və ardınca, bu xüsusdakı rəvayətləri araşdırmış; səhabənin və icma sahiblərinin bu sıralamaya istinad etməsini bilmələrini təmin edən dəlilləri tapmışlardır.
Bax, imamətin hökmləri xüsusunda qısaca bildirmək istədiyimiz xüsuslar, bunlardan ibarətdir. Allah, ən doğrusunu bilir...
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-İqtisad fi'l-İ'tiqad")
----------------------
Əlavələr:
Dövlət başçısı necə təyin edilir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/dovl%C9%99t-bascisi-nec%C9%9...
Rafizi kimdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rafizi-kimdir
