Rafizi kimdir?
~ Lüğətdə: "tərk etmək, buraxmaq, ayrılmaq" mənasındakı "rafd" kökündən meydana gələn "rafida" : "bir fikir və ya bir qrupdan ayrılan şəxs, yaxud topluluq" deməkdir. Kəlimənin cəm halı, "ravafid" olmaqla bərabər, bəzən, "topluluq" mənasında da istifadə edilir. ("Lisanu'l-Arab", "rfd" maddəsi)
~ Termin olaraq isə:
• Zeyd b. Əli'nin, Əməvilər'ə qarşı başlatdığı üsyan əsnasında, əbu Bəkr və Öməri məşru xəlifə qəbul etdiyi səbəbilə, onu tərk edən ilk İmamiyyə'ni; ardından
• ilk 3 xəlifənin xilafətini rədd etdikləri üçün, bütün şiə qrupları; daha sonra da,
• şiə ünsürləri daşıyan bəzi batini qrupları ifadə edir.
----------------------------
Birinci fəsil: Ravafid/Rafizilər:
Bu babın fəsillərindən birincisi, Rafizi firqələrinin görüşlərinin bəyanı haqqındadır.
Daha əvvəl də zikr etdiyimiz kimi, bundan (yəni, rafizilərdən):
~ Zeydiyyə - 3;
~ Keysaniyyə - 2;
~ İmamiyyə də - 15
firqədir. Bunları, Allah (azzə və cəllə)'nin iznilə,
~ (l) Zeydiyyə;
~ (ll) İmamiyyə; sonra da
~ (lll) Keysaniyyə
sırası ilə ələ alacağıq. (Belə ki):
---------------------------------------
I. Zeydiyyə:
1. Carudiyyə:
Zeydiyyə firqəsindən, əl-Carudiyyə haqqında: Hər şeydən əvvəl, bunlar, əbu'l-Carud deyə bilinən bir şəxsə ittiba edənlər/tabe olanlardır. Onlar, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Əli'ni, isim olaraq deyil; vəsfləri ilə imamətə təyin etdiyini iddia etdilər. Eyni zamanda, onlar, Əliyə beyəti tərk etməklə, səhabənin də küfrə girmiş olduqlarını iddia etdilər. Yenə dedilər ki: "əl-Həsən b. Əli, Əlidən sonra imam idi. Sonra qardaşı Hüseyn də, Həsəndən sonra imam idi."
Carudiyyə, bu tərtib/sıralama səbəbindən, 2 firqəyə ayrılmışdır. (Belə ki, onlardan):
~ Bir firqə, belə dedi: Həqiqət budur ki, Əli, imam olaraq, oğlu Həsəni; Həsən də, Özündən sonra Hüseyni təyin etmişdir. Həsən və Hüseyndən sonra imamət, Həsən və Hüseynin oğulları arasında bir şura mövzusu olmuş; beləcə, onlardan alim və arif olmaq şərtilə, qılıncını çəkib yoluna dəvətlə ortaya çıxan şəxs, imam olar.
~ İkinci firqə isə: "Əlidən sonra Həsəni; Həsəndən sonra Hüseyni imamətə təyin edən, şəxsən Nəbi (sallallahu aleyhi və səlləm)'dir." deyə iddia etdilər.
Bundan sonra, Carudiyyə, "əl-imamu'l-müntəzər/gözlənilən imam" haqqında da, fərqli firqələrə ayrıldılar. (Belə ki):
a. Onlardan biri: "əl-intizar/gözləmək" ilə bağlı (məsələdə), bir şəxs təyin etməyənlərdir. Onlar dedilər: "Həsən və Hüseynin oğullarından qılınc çəkən və yoluna çağıran hər kəs, imam olar."
b. Onlardan bir digəri də: Muhamməd b. Abdullah b. əl-Həsən b. əl-Həsən b. əbi Talib'i gözləyən; Onun, nə öldürüldüyünü, nə də ölümünü qəbul edən firqədir. Bunlar, Onun, xuruc edərək dünyaya sahib olacaq "əl-Mehdiyyu'l-Müntəzər" olduğunu irəli sürürlər. Bunların bu mövzudakı görüşləri, İmamiyyə'dən Muhammədiyyə firqəsinin Muhamməd b. Abdullah b. əl-Həsən b. əl-Həsən b. Əli'ni gözləyişləri haqqındakı görüşləri kimidir.
c. Onlardan bir firqə də: Taliqan (Xorasanda bir bölgə)'nin ağası Muhamməd b. Qasımı gözləyən və ölümünü qəbul etməyənlərdir.
d. Onlardan bir firqə də: Kufədə xuruc edən Muhamməd b. Öməri gözləyən və onun, nə öldürüldüyünü, nə də ölümünü qəbul edənlərdir.
Bax bunlar, Carudiyyə'nin görüşləridir. Onların, -Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrini təkfir etdiklərindən dolayı- təkfir edilmələri, vacibdir!
---------------------------------------------
2. Süleymaniyyə -və ya- Cəririyyə:
Zeydiyyə'dən, Süleymaniyyə və ya Cəririyyə haqqında: Bunlar, Süleyman b. Cərir əz-Zeydi'yə tabe olanlardır. O, "İmamət, bir şura məsələsidir və ümmətin iləri gələnlərindən 2 nəfərin əqdi/razılaşması ilə reallaşa bilər." deyirdi. O, məfdul/daha üstün olanın imamətini uyğun görmüş və beləcə, əbu Bəkr və Ömərin imamətlərini qəbul etmişdir. İddiasına görə, ümmət, bu İkisinə beyət etməklə, əsləhi/ən yaxşını, ən doğrunu tərk etmişdir. Çünki Əli, imamətə, Onlardan daha layiq idi. Ancaq, ümmətin əbu Bəkr və Ömərə beyətlərindəki xəta, nə küfrü, nə də fasiqliyi gərəkdirir. Süleyman b. Cərir, (Osmanı), -intiqam alanların, özündən qisaslarını aldıqları bidətlərindən dolayı-, təkfir edirdi. Əhl-i Sünnət də, Süleyman b. Cəriri, Osman (radiyallahu anh)'ı təkfir etdiyi üçün, təkfir edir.
----------------------------------------------
3. Butriyyə (Bətriyyə = Əbtəriyyə):
Zeydiyyə'dən Butriyyə haqqında: Bunlar, bu 2 nəfərə tabe olanlardır:
1. əl-Həsən b. Salih əl-Hayy;
2. "əl-Əbtər" ləqəbilə tanınan Kəsiru'n-Nəvə.
Onların imamət mövzusundakı görüşləri, nə pisləmək, nə də mədh etmədən, Osman haqqında susmaları xaricində; Süleyman b. Cərir'in görüşü ilə eynidir. Bunlar, Əhl-i Sünnət qatında, Süleyman b. Cərir'in adamlarından daha çox qəbul görməkdədirlər. Muslim b. Haccac, "əs-Səhih" adlı müsnədində, əl-Həsən b. Salih b. Hayy'dan hədis rəvayət etmişdir. Muhamməd b. İsmayıl əl-Buxari isə, "əs-Səhih"ində, onun hədisini nəql etmiş; ancaq, "ət-Tarixu'l-Kəbir" adlı kitabında, belə demişdir: "əl-Həsən b. Salih b. Hayy əl-Kufi, Səmmək b. Harb'dan nəqllər etmiş və 167/783-cü ildə vəfat etmişdir. O, Həmədan surlarındandır və künyəsi də, əbu Abdullah'dır."
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi, deyir:
Zeydiyyə'dən bu Butriyyə və Süleymaniyyə firqələrinin hamısı da, yenə Zeydiyyə'dən olan Carudiyyə'ni, -əbu Bəkr və Öməri təkfir etdikləri üçün-, təkfir edərlər.
Şeyximiz əbu'l-Həsən əl-Əşari, "Məqalət"ında, Zeydiyyə'dən, -özlərinə Yaqub adlı bir nəfərin tərəfdarı olduqları üçün, Yaqubiyyə deyilən bir topluluğun-, əbu Bəkr və Öməri mənimsədiklərindən (təvəlli etdiklərindən) və lakin bu ikisindən uzaqlaşanlardan (təbərri etdiklərindən) uzaqlaşmadıqlarından bəhs edir.
(Müəllifimiz) Abdu'l-Qahir deyir:
Zeydiyyə'nin zikr etdiyimiz bu 3 firqəsi, bu görüşdə birləşirlər: Ümmətdən böyük günah sahibi olanlar, əbədiyyən cəhənnəmdə qalacaqlar.
Bu xüsusda, onlar:
...وَلَا تَا۟يْـَٔسُوا۟ مِن رَّوْحِ ٱللَّهِ ۖ إِنَّهُۥ لَا يَا۟يْـَٔسُ مِن رَّوْحِ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْكَـٰفِرُونَ
"...Allahın mərhəmətindən ümidinizi üzməyin. Çünki, Allahın mərhəmətindən, ancaq kafir adamlar ümidlərini kəsər." (Yusuf/87) buyurulduğu halda, günahlarından dolayı günahkarları ümidsizliyə sövq edən xaricilərə bənzəyirlər.
Bu 3 firqəyə və mənsublarına, -həyatı boyunca, Zeyd b. Əli b. Hüseyn b. əbi Talib'in; Zeyd'dən sonra da, oğlu Yəhya b. Zeyd'in imamətini iləri sürdükləri üçün- "Zeydiyyə" deyilmişdir.
Zeyd b. Əli'yə, Kufəlilərdən 15.000 nəfər beyət etmişdi. Zeyd, onlarla birlikdə, Hişam b. Abdu'l-Məlik'in İraqeyn (Əməvilər dövründə, Basra və Kufə şəhərlərinə verilən müştərək isim) üzərindəki amili olan İraq valisi Yusuf b. Ömər əs-Səqafi'yə xuruc etmişdi. Onunla Yusuf b. Ömər əs-Səqafi arasındakı döyüş davam edərkən, tərəfdarları, ona:
"Şübhəsiz ki, biz, sənin düşmənlərinə qarşı, sənə, sən, atan Əli b. əbi Talib'ə haqsızlıq edən əbu Bəkr və Ömər haqqındakı görüşünü söylədikdən sonra, kömək edəcəyik." dedilər.
Bunun üzərinə, Zeyd: "Bu ikisi haqqında, xeyrdən başqa bir şey söyləyə bilmərəm və Atamın da, Onlar haqqında, xeyrdən başqa bir şey söylədiyini eşitmədim. Mən, Atam Hüseyni öldürən və Harra günündə Mədinəyə hücum edən; sonra da Allahın evi olan Kəbəni mancınıqla daşa tutub atəşə verən Umeyyə oğullarına qarşı xuruc etdim." dedi.
Bunun üzərinə, onlar, ayrıldılar.
O da, onlara: "Rafadtumuni = Məni tərk etdiniz (Məndən ayrıldınız)." dedi. O gündən sonra, onlara, "rafida" deyildi.
Onunla birlikdə, Nadr b. Xazimə əl-Ansi və Muaviyə b. İshaq b. Yezid b. Harisə ilə, 200-ə yaxın insan qaldı və bunlar da, son nəfəslərinə qədər, Yusuf b. Ömər əs-Səqafi'nin ordusu ilə döyüşdülər. Zeyd öldürüldü. Sonra qəbrindən çıxarıldı və edam edildi. Bundan sonra da, cəsədi yandırıldı.
Oğlu Yəhya b. Zeyd isə, Xorasana qaçdı və Cüzcan nahiyələrində, Xorasan valisi Nasr b. Səyyar'a qarşı xuruc etdi. Bunun üzərinə, Nasr b. Səyyar, Səlm b. Əhuz əl-Məzini'ni, 3000 nəfərlik qüvvətlə, Onun üstünə göndərdi və onlar da, Yəhya b. Zeyd'i öldürdülər. Onun Cüzcan'dakı məşhədi (türbəsi), məşhurdur.
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi, deyir:
Kufə rafiziləri, vəfasızlıq və paxıllıqla vəsfləndirilmişlərdir. O qədər ki, bu iki xüsusla bağlı olaraq, onlar haqqında, "Kufəlidən daha paxıl; Kufəlidən daha xain və vəfasız" sözü, söylənmişdir. Onların vəfasızlıq və xainliklərinin bu 3 nümunəsi, çox məşhurdur. (Belə ki):
a. Onlar, Əli (radiyallahu anh)'ın şəhid edilməsindən sonra, oğlu Həsənə beyət etdilər. Lakin O, Müaviyə'yə qarşı döyüşə çıxınca, Ona, Mədain yolunda xəyanət etdilər və Sinən əl-Cufi, onun böyründən vuraraq atından saldı. Bu hadisə, Onun, Müaviyə ilə razılaşmasının səbəblərindən biridir.
b. Onlar Hüseyn b. Əli (radiyallahu anh)'a məktub yazdılar və Onu, yezid b. Müaviyə'yə qarşı, Özünə yardım etmək üzərə, Kufə'yə çağırdılar. Beləcə, O, onlar tərəfindən aldadıldı. Onlara getmək üzərə yola çıxdı. Ancaq, Kərbəlaya çatınca, onlar, Hüseynə xəyanət etdilər və Hüseyn ilə ailəsinin əksəriyyəti, Kərbəlada şəhid edilincəyə qədər, Ona qarşı, Ubeydullah b. Ziyad ilə əl birliyi halında oldular.
c. Onlar, Yezid b. Əli b. Hüseyn b. Əli b. əbi Talib'in səfində, Yusuf b. Ömər üzərinə yürüyüşə keçdikdən sonra, ona xəyanət etdilər. Sonra, ona etdikləri beyəti pozdular və onu, döyüşün ən qızğın anında, ölümə tərk etdilər. Bax onun başına gələn şey də, bu idi.
--------------------------------
--------------------------------
Il. Keysaniyyə:
Rafizilərdən əl-Keysaniyyə haqqında: Bunlar, əl-Muxtar b. əbi Ubeyd əs-Səqafi'yə tabe olanlardır. Muxtar, Hüseyn b. Əli b. əbi Talib'in qisasını almaq üzərə xuruc etdi və Kərbəlada Hüseyni şəhid edənlərin bir çoxunu öldürdü. Adı, əl-Muxtar olmaqla bərabər; Keysan da deyilirdi. Yenə deyildiyinə görə, o, öz görüşlərini, Əli (radiyallahu anh)'ın azad etdiyi nökərlərdən olan Keysan'dan götürmüşdü.
Keysaniyyə, 2 xüsusda birləşən bir çox firqəyə ayrılmışlardır. (Belə ki):
a. Bunlardan birincisi: Muhamməd b. əl-Hənəfiyyə'nin imaməti haqqındakı görüşləridir. Necə ki, Muxtar b. əbi Ubeyd də, insanları Ona çağırırdı.
b. İkincisi də: Allah (azzə və cəllə)'yə bəda (Allahın, fikrini dəyişdirməsi; yeni bir görüş ortaya qoyması)'nı uyğun görmək haqqındakı görüşləridir. Bu bidətlərindən dolayı, Allah subhənəhuya bədanı uyğun görməyən hər kəs, onların təkfir edilmələrini qəbul etdilər.
Keysaniyyə, Muhamməd b. əl-Hənəfiyyə'nin imamət səbəbi haqqında, fikir ayrılığına düşdülər. (Belə ki):
~ Onlardan bir qismi, onun, atası Əli b. əbi Talib (radiyallahu anh)'dan sonra imam olduğunu iləri sürər və buna, Əlinin, Cəməl döyüşündə sancağı ona verdiyini və belə dediyini dəlil gətirərlər:
"Atan kimi hücum et ki, ucaldılasan;
Çoxalmadıqca, döyüşdə bir xeyir yoxdur."
~ Onlardan digərləri isə, belə deyirlər: Əlidən sonra imamət, Həsənin idi. Həsəndən sonra imamət, Yezid b. Müaviyəyə beyət etməsi istənildiyindən, Mədinədən Məkkəyə qaçdığı vaxt, qardaşı Hüseynin vəsiyyəti üzərə, Muhamməd b. əl-Hənəfiyyə'yə keçmişdir.
Muhamməd b. əl-Hənəfiyyə'nin imamətini iləri sürənlər də, ixtilaf etdilər. (Belə ki):
~ Onlardan, özlərinə "əl-Kərbiyyə" deyilən əbu Kərb əd-Darir'in tərəfdarları, belə iddia edirdilər: "Muhamməd b. əl-Hənəfiyyə, sağdır, ölməmişdir. O, Radva dağındadır və yanında yeməklərini özlərilə təmin etdiyi su və bal bulaqları vardır. Sağında, bir şir; solunda da, bir pələng, ortaya çıxacağı (yəni, xuruc edəcəyi) vaxta qədər, Onu, düşmənlərindən qorumaqdadırlar. O, 'əl-Mehdiyyu'l-Müntəzər'dir."
~ Keysaniyyə'nin digər qismi isə, Muhamməd b. əl-Hənəfiyyə'nin öldüyünə inanmış və Ondan sonrakı imam xüsusunda ixtilaf etmişlərdir. Beləcə, onlar arasında, imamətin, ondan sonra, qardaşı oğlu Əli b. əl-Hüseyn Zeynə'l-abidinə keçdiyini iddia edənlər olmuşdur.
~ Yenə, onlar arasında, imamətin, ondan sonra, əbu Haşim Abdullah b. Muhamməd əl-Hənəfiyyə'yə keçdiyini söyləyənlər vardır. Bunlar, əbu Haşim'dən sonrakı imam xüsusunda ixfilaf etmişlərdir. Bir qismi, imamətin, əbu Haşim'in vəsiyyətilə, Muhamməd b. Əli b. Abdullah b. Abbas b. Abdi'l-Muttalib'ə keçdiyini söyləmişdir. Bu görüş, ər-Ravəndiyyə'nindir. Bir qismi də, imamətin, əbu Haşim'dən sonra, Bəyan b. Səman'a aid olduğunu iddia etmiş və belə demişlərdir: "Allah Taala'nın ruhu, əbu Haşimdə idi. Sonra ondan, Bəyana keçmişdir." Onlardan bir qismi də, bu ruhun, əbu Haşim'dən Abdullah b. Amr b. Harb'a keçdiyini iləri sürmüşdür. Bu firqə, Abdullah b. Amr b. Harb'ın ilahlığını iddia etmişdir.
Bəyaniyyə və Harbiyyə firqələrinin ikisi də, Ğulat firqələrindəndir. Bunları, ğulat firqələr haqqındakı babda zikr edəcəyik.
Şair Kuseyyir, Muhamməd b. əl-Hənəfiyyə'nin ölümün qəbul etməyərək sağ olduğunu iddia edən Keysaniyyə məzhəbinə mənsub idi. Necə ki, o, bir qəsidəsində, belə deyir:
Not: Burda müəllif Bağdadi, Kuseyyir'in bir qəsidəsinə və daha sonra, qəsidə ilə ona cavabına yer verir. Əsərin 48-ci səhifəsinə baxıla bilər.
əs-Seyyid əl-Himyəri adı ilə bilinən şair də, Muhamməd b. əl-Hənəfiyyə'ni gözləyən və onun təkrar ortaya çıxmasına icazə veriləcəyi günə qədər, Radva dağında həbs edildiyini iləri sürən Keysaniyyə məzhəbindən idi. Bu səbəbdən, o, bir şeirində belə deməkdədir:
"Və lakin, dünyada hər kəs, fanedir;
Bu, imamları Yaradan'ın hökmüdür."
Muhamməd b. əl-Hənəfiyyə'nin imaməti haqqındakı Keysaniyyə'nin ilk çağırışını edən, əl-Muxtar b. əbi Ubeyd əs-Səqafi'dir. Bunun səbəbi, bu idi:
Ubeydullah b. Ziyad, Muslim b. Aqil və Hüseyn'i şəhid edincə, ona, Muslim b. Aqil ilə xuruc edən və sonra gizlənən şəxsin, əl-Muxtar b. əbi Ubeyd əs-Səqafi olduğu söyləndi. Bunun üzərinə, Ubeydullah, onun, öz hüzuruna gətirilməsini əmr etdi. Muxtar, Ubeydullahın hüzuruna girincə, əlindəki çomağını ona doğru atdı və beləcə, onun gözünü yaraladı. Bunun üzərinə, Ubeydullah, Muxtarı həbs etdi. Daha sonra, xalqdan bir qismin, özündən, Muxtara şəfaət etməsini istəmələri üzərinə, onu, həbsdən çıxardı və: "Sənə, 3 gün möhlət verirəm. Bu müddət içərisində, Kufədən çıxıb getsən, nə gözəl. Əks halda, boynunu vuracam." dedi. Bunun üzərinə, Muxtar, Kufə'dən Məkkə'yə qaçdı və Abdullah b. Zubeyr'ə beyət etdi. Muxtar, ibnu'z-Zubeyr'in, Yezid b. Muaviyə'nin Hüseyn b. Numeyr əs-Səkuni komandirliyi altındakı ordusu ilə döyüşməsinə qədər, onunla qaldı. Muxtar'ın Şam əhlini qəzəbləndirməsi (və ya onları narahat etməsi), döyüşləri şiddətləndirdi. Sonra, Yezid b. Müaviyə öldü və Şam ordusu, Şama qayıtdı. Hicaz, Yəmən, İraq və İranın idarəsi, ibnu'z-Zubeyr'ə qalmış oldu. Muxtar, ibnu'z-Zubeyr'in sərt davranışları ilə qarşılaşdığından, Kufəyə qaçdı. O vaxt, Kufə valisi, Abdullah b. Zubeyr'in əmri altında olan Abdullah b. Yezid əl-Ənsari idi. Muxtar, Kufəyə çatdığında, Kufə və Mədain'ə qədər uzanan bölgələrdəki tərəfdarlara (yəni, Kufə şiələrinə), elçilərini göndərdi. Onları, Hüseyn b. Əli (radiyallahu anh)'ın qisasını almaq üzərə xuruc edəcəyinə dair söz verərək, özünə beyət etməyə çağırdı. Ayrıca, onları, Muhamməd b. əl-Hənəfiyyə'ni tanımağa çağırdı və ibnu'l-Hənəfiyyə'nin, özünü xəlifə olaraq seçdiyini və yenə, ibnu'l-Hənəfiyyə'nin, onlara, özünə (yəni Muxtara) itaət etmələrini əmr etdiyini iləri sürdü. Bax bu vaxtlarda da, ibnu'z-Zubeyr, Abdullah b. Yezid əl-Ənsari'ni, Kufə valiliyindən əzl etmiş (uzaqlaşdırmış) və yerinə, Abdullah b. Muti əl-Adəvi'ni təyin etmişdi. Muxtara gizlincə beyət edənlər, onun ətrafında toplandılar və sayları da, 17.000 nəfər idi. Muxtarın beyətinə, dövründə, ondan daha cəsur biri olmayan Abdullah b. Hirr ilə; Kufə şiələri arasında, ondan daha yaraşıqlı və daha çox tərəfdarı olmayan İbrahim b. Malik əl-Əştər də girmişlərdi. Muxtar, bu qüvvətlə, o vaxt, 20.000 nəfərə komandirlik edən Kufə valisi Abdullah b. Muti'yə qarşı çıxdı. Aralarındakı döyüş, günlərlə davam etdi. Nəticədə, Zubeyrilər məğlub edildilər və Muxtar da, Kufə və Kufə nahiyələrini, öz hakimiyyəti altına almış oldu. Bununla bərabər, o, Kərbəlada, Hüseyn b. Əli'yə qarşı döyüşmüş olan Kufədəki hər kəsi öldürdü. Sonra xalqa xitab etdi və belə dedi:
"Dostlarına, kömək; düşmənlərinə də məğlubiyyət vəd edən və hər ikisini də, zamanın sonuna qədər qəti bir təqdir və mütləq olacaq bir sözlə bağlayan Allaha həmd olsun!
Ey insanlar! Biz, Dəvətçi'nin çağırışını eşitdik. (Ancaq şüurlu olaraq da), üsyankar qadın, kişi və ölülər vardır. (Yəni, bizim qəbul etdiyimiz dəvəti qəbul etməyən).
Ey Allahın qulları! Doğru yolda olanın beyətinə və düşmənlərilə döyüşməsinə tələsin. Şübhəsiz ki, mən, sözlərindən dönənlərə musəllət olacam və Peyğəmbərlərin sonuncusunun qızının oğlunun haqqını axtaracağam."
Sonra minbərdən endi, mühafizə komandirinə, Ömər b. Sə'd'in evinə gedərək, başını gətirmək əmrini verdi. Sonra, onun oğlu Cəfər b. Ömər'in başını kəsdi ki, bu şəxs, Muxtarın bacısı oğlu idi. Bunun üzərinə, "Bu, Hüseynin, bu da Hüseynin böyük oğlunun başı üçündür." dedi. Sonra, İbrahim b. Malik əl-Əştəri, 6000 nəfər ilə, o vaxt Abdu'l-Məlik b. Mərvan'ın üzərlərinə vali olaraq təyin etdiyi, 80.000 nəfərlik Suriya ordusunun başında Mosulda olan Ubeydullah b. Ziyada qarşı döyüşə göndərdi. İki ordu, Mosul qapısında qarşılaşdıqlarında, Şam ordusu məğlubiyyətə uğradı və onlardan 70.000 nəfər, döyüş meydanında öldürüldü. Ubeydullah b. Ziyad və Hüseyn b. Numeyr əs-Səkuni də öldürüldü. İbrahim b. əl-Əştər, onların başlarını, Muxtara göndərdi. Muxtar, Kufə, əl-Cəzirə və Ermənistan sərhədlərinə qədər İraqeyn'in idarəsini əlinə keçirincə, kahinliyə başladı və kahinlərin qafiyəli sözləri kimi, qafiyəli sözlər söyləməyə başladı. Bununla bərabər, onun, özünə vəhy gəldiyini iddia etdiyi də rəvayət edilir.
Onun qafiyəli sözlərindən biri, belədir:
"Əmmə və'l-ləzi ənzələ'l-Quran; və bəyyənə'l-Furqan; və şəraə'l-ədyan; və kərihə'l-isyan;
Lə əqtulənnə'l-bəğatə min Əzd-i Uman; və Məzhic və Həmdan; və Nəhd və Xəvlan; və Bəkr və Həzzan; və Sual və Nəbhan; və Abs və Zubyan; və Qays və Ğaylan."
Yəni:
Quranı endirən, Furqanı açıqlayan, dinləri qoyan və üsyanı bəyənməyən Allaha həmd olsun ki, Əzd və Uman'ın, Məzhic və Həmədan'ın, Nəhd və Xəvlan'ın, Bəkr və Həzzan'ın, Sual və Nəbhan'ın, Abs və Zubyan'ın, Qays və Ğaylan'ın asilərini/üsyankarlarını öldürəcəm.
Sonra belə dedi:
"Və haqqu's-səmiu'l-alim, əl-Aliyyu'l-Azim, əl-Əzizu'l-Hakim, ər-Rahmənu'r-Rahim,
Lə ə'rakənnə arkə'l-ədim, əşrəfə bəni Təmim."
Yəni:
Eşidən, bilən, Aliyy/uca, Əzim, Hakim/hikmət sahibi, Rahmən və Rahim olan Allaha and olsun ki, Təmim oğullarının şərəflilərini, başdan sona yerlə bir edəcəm.
Sonra, Muxtar'ın xəbərləri, ibnu'l-Hənəfiyyə'yə çatdı. Bu halda, O, dini bir fitnədən qorxdu. Və beləcə imamətinə inananların, öz ətrafında toplanmalarını təmin etmək üçün, İraqa getmək istədi. Muxtar da, bunu eşitdi və riyasət/rəislik və vəlayəti əlindən çıxacağı üçün, onun, İraqa gəlməsindən qorxdu və əskərlərinə belə dedi:
"Şübhəsiz ki, biz, Mehdiyə beyət etmişik. Ancaq, Mehdinin, əlaməti vardır. Belə ki, Ona, qılıncla vurular. Əgər qılınc dərisini kəsməzsə, o, Mehdidir."
Onun bu sözü, ibnu'l-Hənəfiyyə'yə çatdırıldı. Bunun üzərinə, O, Muxtarın Özünü Kufədə öldürəcəyindən qorxaraq, Məkkədə qaldı.
Sonra Muxtar, Rafizilərin ğulatından olan Səbəiyyə tərəfindən aldadıldı. Bunlar ona: "Sən, bu dövrün hüccətisən." dedilər və ona, nübüvvət iddiası yüklədilər. Bunun üzərinə, o da, xüsusi dostları yanında, bu iddianı iləri sürdü və özünə, vəhy gəldiyini iddia etdi. Sonra da, qafiyəli şəkildə, belə dedi:
"Axan buludlara; şiddətli əzaba; tez veriləcək hesaba; Əziz və Vəhhab'a; Qadir və Qalib olan Allaha and olsun ki, müftəri (böhtan atan), yalançı, günahkar, şübhəli ibn Şihab'ın qəbrini açıb, ölüsünü çıxardacam. Sonra, aləmlərin və əmin diyar (Məkkə və Mədinə)'nin Rəbbinə and olsun ki, batil şeylər ətrafında toplanan və mənə qarşı sözlər uyduran alçaq şairi, Mariqlərin şairini, kafirlərin dostlarını, zalımların köməkçilərini, şeytanın qardaşlarını öldürəcəm. Xitabım, gözəl əxlaq, yaxşı işlər, xeyir görüşlər və xoşbəxt nəfs (sahib)'ləri üçün deyildir."
Bundan sonra, təkrar danışdı və xütbəsində, belə dedi:
"Məni, görə bilən qılan, qəlbimi işıqlandıraraq nurlandıran Allaha həmd olsun...Allaha and olsun ki, bu diyarda bütün oturulan yerləri yandıracam; qəbrləri deşəcək; və o yerlərdəki qəlblərə şəfa verəcəm. Yol göstərən və köməkçi olaraq, Allah yetər."
Sonra and içdi və belə dedi:
"Haram'ın Rəbbinə, Məhrəm Evə, Mükərrəm Rükn'ə, Muəzzəm Məscidə və Qələm Sahibi'nin haqqına and olsun ki, mənim üçün, burdan İzama (Mədinə xaricindəki geniş vadi), sonra da Zu-Sələm (Hicazda bir vadi)'nin kənarlarına qədər, bir aləm yüksəldiləcəkdir."
Sonra dedi:
"Şübhəsiz, göylərin Rəbbinə and olsun ki, göydən atəş endiriləcək və o, Əsma'nın evini yandıracaqdır."
Bu söz, Əsma b. Xaricə'yə çatdı. Bunun üzərinə, o: "əbu İshaq, mənim üçün, qafiyəli sözlər söylədi və şübhəsiz ki, o, evimi də yandıracaqdır." dedi və evindən qaçdı. Muxtar, gecə, onun evinə, yandırması üçün birini göndərdi və yanındakılara da, atəşin səmadan endiyini və evi yandırdığını göstərmək istədi.
Sonra Kufəlilər, bəzi şeylərdə kahinlik etməsi üçün, Muxtara çıxdılar. Səbəiyyə, Kufə xalqının nökərləri ilə bərabər, onun ətrafında toplandılar. Çünki o, onlara, ağalarının mallarından verməyə söz vermişdi. Necə ki, o, onlarla bərabər, özünə qarşı çıxanlarla döyüşmüş və onları məğlub edərək bir çoxunu öldürmüş və bir çoxunu da əsir almışdı. Əsir edilənlər arasında, Suraqa b. Mirdas əl-Bəriqi deyilən bir adam var idi. Bu adam, Muxtar'ın hüzuruna gətirildi. Bəriqi, Muxtarın özünün öldürülməsini əmr etməsindən qorxaraq, özünü əsir edən və Muxtarın hüzuruna gətirənlərə xitabən, belə dedi:
"Bizi əsir edənlər, nə sizlərsiniz, nə də sizlər, bizi, öz gücünüzlə məğlub etdiniz. Bizi məğlubiyyətə uğradanlar, əskərlərinizin üstündə, xallı atlar üzərində gördüyümüz mələklərdir."
Onun bu sözü, Muxtarı heyrətə saldı və onu, sərbəst buraxdı. Bunun üzərinə, o, Basrada, Musab b. Zubeyrə sığındı və ordan, Muxtara bu beytləri yazıb göndərdi:
"Doğrusu, əbu İshaqa, susmuş xallı atları gördüyümü bildirin. Gözlərimə, görmədikləri şeyləri göstərər və hər iki gözüm də, bunun bir uydurma olduğunu bilər. Sənin vəhyini inkar edirəm və ölümə qədər, sənin öldürülmə işini, özümə nəzr etdim."
Bəhsini etdiyimiz bu şeydə, Muxtarın kəhanət səbəbinin və özünə vəhy gəldiyi iddiası görülə bilər.
Onun, əziz və cəlil olan Allaha bədanı caiz görməsinin səbəbinə gəlincə:
Bu, belə olmuşdu:
İbrahim b. əl-Əştər'ə, Muxtar'ın kahinlik etdiyi və özünə vəhy gəldiyi xəbəri çatınca, Muxtara kömək etmək fikrindən daşındı və əl-Cəzirə ölkələrini, öz adına idarə etməyə başladı. Musab b. Zubeyr də, İbrahim b. əl-Əştər'in, artıq, Muxtara kömək etməyəcəyini öyrənincə, Muxtarı öldürmək istədi. Ubeydullah b. əl-Hirr əl-Cufi, Muhamməd b. əl-Əşas əl-Kindi ilə mallarını və nökərlərini ələ keçirdiyi üçün Muxtara qarşı kinlə dolu olan Kufənin böyük şəxslərindən bir çoxu, ona qoşuldular. Beləcə, Musab, öz yanındakı 7.000 nəfərdən başqa Kufəli böyüklərdən özünə qoşulanlarla bərabər, Basra'dan yola çıxdı. Musab, ordusunun iləri qoluna, Əzd'li tərəfdarları ilə bərabər, əl-Mühəlləb b. əbu Sufra'nı təyin etdi. Süvarilərin komandirliyini, Ubeydullah b. Ma'mər ət-Təmimi'yə verdi. Əhnəf b. Qays'ı da, Təmimli atlıların başına keçirtdi. Bunların hərəkət xəbərləri Muxtara çatınca, komandiri Əhməd b. Şumayt'ı, seçmə əskərlərindən meydana gələn 3.000 nəfər ilə Musabı öldürmək üzərə göndərdi və onlara, zəfərin onlarla olacağını bildirdi; özünə də, bu yolda vəhy gəldiyini iddia etdi. İki ordu, Mədain'də qarşılaşdı və Muxtar'ın tərəfdarları məğlubiyyətə uğradılar və liderləri ibn Şumayt ilə Muxtarın komandirlərinin bir çoxu öldürüldülər. Geridə qalanlar, Muxtarın yanına qayıtdılar və ona:
"Düşmənlərimiz üzərinə, bizə, nə üçün zəfər vəd etdin?" deyə soruşdular.
- Muxtar da: "Allah Taala, mənə, elə söz vermişdi. Ancaq, bəda etdi (yəni, sonra bu fikrini dəyişdirdi)." deyə cavab verdi və əziz və cəlil olan Allahın bu sözünü, dəlil olaraq gətirdi:
"Allah, istədiyini məhv edər; istədiyini də sabit saxlayar." (Ra'd/39)
Keysaniyyə'nin bəda haqqındakı görüşünün səbəbi, bax bu idi.
Sonra Muxtar, Kufə nahiyələrindən biri olan Mizar'da, Musab b. Zubeyri öldürmə işini, şəxsən öz üzərinə götürdü. Bu hadisədə, Muhamməd b. əl-Əşas əl-Kindi, öldürüldü. Bunun üzərinə, Muxtar:
"Hüseyni öldürmüş olanlardan, ondan başqası qalmamış olduğundan, onun ölümü, məni sevindirdi. Artıq, bundan sonra, ölümə əhəmiyyət vermərəm." dedi.
Sonra Muxtar və tərəfdarlarının məğlubiyyəti baş verdi və onlar, Kufədə, imamət evinə qaçdılar və Musab, onu, bu yerdə 400 nəfər tərəfdarı ilə bərabər, yeməkləri bitənə qədər 3 gün mühasirədə saxladı. Sonra, dördüncü gündə, öldürülmə istəyilə, xuruc etdilər. Beləcə, onlar öldürüldülər. Muxtar da, onlarla birlikdə öldürüldü. Onu, özünə Tarif deyilən 2 qardaş öldürdü. Bu iki qardaş, bəni Hənifə'dən Abdullah b. Dəcacə'nin oğulları idilər. Ə'şə Həmdan, bu mövzuda belə deyir:
"Mən, xəbər verdim və xəbərlər də, əl-Mizarda keçən faciələrdən dolayı böyüyər;
Azğın bir yolda olduqları üçün vaqe olmuşsa da, qövmümün həlak edilməsi, məni sevindirmədi.
Ancaq mən, əbu İshaq'ın cəzasını və eyibini çəkmiş olmasından dolayı sevindim."
Bax bu, Keysaniyyə'nin, Allah (azzə və cəllə)'yə bəda isnad etmələrinin səbəbinin açıqlanmasıdır.
Muhamməd b. əl-Hənəfiyyə'ni gözləyən və onun xuruc etməsinin icazə veriləcəyinə qədər Radva dağında sağ və məhbus olduğunu iddia edən Keysaniyyə, Muhamməd'in burda həbs edilməsinin səbəbilə bağlı olaraq, aşağıdakı iddiaları səbəbilə ixtilaf etdilər:
~ Onlardan bir qismi: "Allahın işləri, gizlidir. Onları, Ondan başqası bilə bilməz. Bu səbəbdən, həbsinin də səbəbi bilinə bilməz." dedilər.
~ Onlardan bir qismi də, belə deyirdilər: "Şübhəsiz ki, Allah Taala, Muhamməd b. əl-Hənəfiyyə'ni, Hüseyn b. Əlinin şəhid edilməsindən sonra, Yezid b. Müaviyəyə getdiyi, ondan aman dilədiyi və köməklərini qəbul etdiyi; sonra da, ibnu'z-Zubeyr məsələsi üzərinə, Məkkə'dən, ibnu'z-Zubeyr'dən qaçaraq, Abdu'l-Məlik b. Mərvana sığındığı üçün, cəzalandırmışdır."
Bunların iddiasına görə, dostlarından Amir b. Vasilə əl-Kinani, onun hüzuruna girmiş və bununla bağlı olaraq, onun tərəfdarlarına belə demişdi:
"Ey qardaşlarım, ey tərəfdarlarım! Uzaqlaşmayın və Mehdiyə kömək edin ki, hidayət ediləsiniz.
Comərd Muhamməd, ey Muhamməd! Təmiz və doğru imam, sənsən,
Dinsiz olan ibnu'z-Zubeyr əs-Samiri, bizim özünə yönəldiyimiz biri deyil..."
Bunlar dedilər:
Şübhəsiz ki, onun ibnu'z-Zubeyr ilə döyüşməsi və qaçmaması lazım idi. Onunla döyüşmədiyi üçün, Rəbbinə asi oldu. Yenə eyni şəkildə, o, Abdu'l-Məlik b. Mərvana yönəlməklə də, Ona qarşı çıxdı. Lakin bundan da əvvəl, o, Yezid b. Müaviyə'yə yönəlməklə, zatən Ona üsyan etmişdi. Bundan sonradır ki, o, yolundan Taifə, ibn Mərvana qayıtdı. İbn Abbas, orda vəfat etmiş və onu da, Taifdə, ibnu'l-Hənəfiyyə dəfn etmişdi. Sonda ordan, Zərr (Xorasanda, Buxara yaxınlarında bir yer)'ə keçdi. Lakin Radva keçidincə çatınca, burda, (nə olduğu haqqında) ixtilafa düşdülər. Onun ölümünə inananlar, orda öldüyünü iləri sürdülər. Onu gözləyənlər isə, Allahın, onu, orda həbs etdiyini və təkrar ortaya çıxmasına icazə veriləcəyi günə qədər, ona yüklədikləri günahlar səbəbindən bir cəza olmaq üzərə, xalqın gözlərindən uzaq tutduğunu və onun əl-Mehdiyyu'l-Müntəzər olduğunu iddia etdilər. (haşiyə)
-----------------------------------
(Haşiyə:
Muxtar əs-Səqəfi:
https://suallarlaislam.com/sual/quran-i-k%C9%99rimd%C9%99-ogurluq-ed%C9%...)
-----------------------------------
-----------------------------------
Ill. İmamiyyə:
Rafizilərdən əl-İmamiyyə haqqındadır.
Zeydiyyə, Keysaniyyə və Ğulata müxalif olan İmamiyyə, 15 firqədir:
1. Kamiliyyə;
2. Muhammədiyyə;
3. Baqiriyyə;
4. Navusiyyə;
5. Şumeytiyyə;
6. Ammariyyə;
7. İsmailiyyə;
8. Mübarəkiyyə;
9. Musəviyyə;
10. Qat'iyyə;
11. İsna Aşəriyyə;
12. Hişamiyyə;
13. Zurariyyə;
14. Yunusiyyə;
15. Şeytaniyyə.
-------------------------
1. Kamiliyyə:
Onlardan əl-Kamiliyyə haqqında: Bunlar, Rafizilərdən əbu Kamil adı ilə bilinən bir adama tabe olanlardır. O, Əliyə beyəti tərk etdikləri üçün, səhabənin küfrə düşdüklərini; Əlinin də, onlarla döyüşmədiyindən dolayı, kafir olduğunu; onun, Siffin xalqı ilə döyüşməsinin lazım olduğu kimi, onlarla da döyüşməsinin gərəkli olduğunu iddia edirlərdi.
Kor bir şair olan Bəşşar b. Burd, bu məzhəbdən idi. Birinin, ona belə dediyi rəvayət edilir:
"Səhabə haqqında, nə deyirsən?"
- O: "Küfrə girdilər." dedi.
- Ona: "Bəs yaxşı, Əli haqqında nə deyirsən?" deyə soruşulduğunda,
- O, şairin bu sözünü misal olaraq çəkdi: "Üçünün (yəni, 3 xəlifənin), bizimlə sabahlamayan (yəni, dostluq etməyən) sənin dostuna qaşrı pislikləri nədir, ey ummu Amr?"
Məqalət (yəni, tarix kitabları) sahiblərinin Bəşşar'dan nəql etdiklərinə görə, o, səhabə və Əlini təkfir xüsusundakı dəlalətlərinə, bu 2 dəlaləti də əlavə etmişlərdir:
a. Bunlardan birincisi: Rafizilərdən ricat tərəfdarlarının inandığı kimi; qiyamətdən əvvəl dünyaya gələcəyi haqqındakı görüşüdür.
b. İkincisi də: İblisin, atəşi torpağa üstün tutmasını uyğun görməsidir.
Not: Müəllifimiz Bağdadi, burda, bu xüsusla bağlı, onların uzun bir şeirinə yer verməkdədir. İstəyən, əsərin 57-58-ci səhifələrinə baxa bilər.
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi, deyir:
Mən, bu Kamiliyyə'ni, 2 səbəblə təkfir edirəm:
a. Birincisi: Hər hansı bir təxsisə (xas qılmağa) getmədən, bütün səhabələri təkfir etmələrindən;
b. İkincisi də: Atəşi, torpaqdan üstün görmələrindən dolayı.
Bəşşar b. Burd'un azğınlıqlarından bir qismini zikr etdik. Allah da, ona, haqqı olanı vermişdir. Səbəbi də budur: O, Mehdini (Abbasilərin 3-cü xəlifəsini) hicv etmişdi. Bunun üzərinə, o da, onun, Dicləyə atılaraq boğulmasını əmr etdi. Bu isə, onun üçün, dünyadakı bir cəza; bu dəlalətlərinə tabe olanlar üçün də, axirətdəki acı bir əzabdır.
------------------------------
2. Muhammədiyyə:
əl-Muhammədiyyə haqqındadır: Bunlar, Muhamməd b. Abdullah b. Həsən b. Həsən b. əbi Talib'i gözləyər və onun, nə öldürüldüyünə, nə də ölümünə inanarlar. İddialarına görə, o, xurucunun əmr ediləcəyi vaxta qədər, Nəcd nahiyəsindəki Həcr dağındadır. Muğirə b. Səid əl-İcli, təşbih haqqındakı dəlalətlərilə bağlı olaraq, əshabına belə deyərdi:
"Şübhəsiz ki, gözlənən Mehdi, Muhamməd b. Abdullah b. Həsən b. Həsən b. Əli'dir."
Buna dəlil olaraq da, onun adının, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in adı kimi Muhamməd; atasının adının da, Allah rəsulunun atasının adı kimi Abdullah olduğunu iləri sürürdü. O, Nəbi (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən Mehdi haqqındakı Nəbi'nin sözünü, belə nəql edir:
"Şübhəsiz ki, Onun adı, Mənim adıma; atasının adı da, atamın adına uyğundur."
Muhamməd b. Abdullah b. Həsən b. Həsən b. Əli, Mədinədə xalqı özünə çağırmağa başladığı vaxt, Məkkə və Mədinəni ələ keçirmiş; qardaşı İbrahim b. Abdullah, Basranı istila etmiş; və üçüncü qardaşları olan İdris b. Abdullah, Məğrib ölkələrindən bir qismini zəbt etmişdi. Bu işlər, xəlifə əbu Cəfər əl-Mənsur'un zamanında olmuşdu. Mənsur, İsa b. Musanı, böyük bir ordu ilə Muhamməd b. Abdullah b. Həsən b. Həsənə qarşı döyüşmək üzərə göndərdi. Bu ordu, Muhamməd ilə, Mədinədə döyüşdü və onu, döyüş meydanında öldürdü. Sonra Mənsur, yenə İsa b. Musanı, ordusu ilə, İbrahim b. Abdullah b. Həsən b. Həsən b. Əliyə qarşı döyüşməyə göndərdi. Onlar, İbrahimi, Kufədən 16 fərsəx uzaqlıqdakı Himrin Qapısında öldürdülər. İdris b. Abdullah b. Həsən də, bu fitnə sırasında, Məğrib torpaqlarında öldü. İdrisin, orda, zəhərləndiyi də deyilmişdir. Bu üç qardaşın ataları Abdullah b. Həsən b. Həsən də, Mənsurun həbsxanasında ölmüşdür. Qəbri, Qadisiyyə'dədir. Və bura, məşhur bir ziyarət yeridir.
Muhamməd b. Abdullah b. Həsən b. Həsən, Mədinədə öldürülüncə, əl-Muğiriyyə, onun haqqında, 2 firqəyə ayrıldı:
a. Bir firqə, onun öldürülməsini qəbul etmiş və Muğirə b. Səid əl-İcli'dən təbərri etmişlərdir. Bunlar, "Muğirə, Muhamməd b. Abdullah b. Həsən b. Həsənin, dünyaya hakim olacaq Mehdi olduğu; ancaq öldürüldüyü üçün, dünyaya hakim ola bilməyəcəyi şəklindəki görüşü ilə, yalan söyləmişdir." deyirlər.
b. Onlardan bir firqə də: Muğirə b. Səid əl-İcli'yə bağlı qalmaqda davam etmiş və belə demişlərdir: "O, mehdinin, Muhamməd b. Abdullah olduğu; onun öldürülmədiyi; ancaq insanların gözündən gizləndiyi və təkrar xuruc etməsinin əmr ediləcəyi günə qədər Nəcd nahiyəsindəki Həcr dağında oturmaqda olduğu şəklindəki görüşündə, doğrudur. Muhamməd, təkrar xuruc edəcək; dünyaya hakim olacaq; ona, Məkkədə, ər-Rukn və Məqam arasında beyət ediləcək və onun üçün, hər birinə ismu'l-əzəm (Allahın ən böyük isminin) hərflərindən birinin veriləcəyi 17 ölü kimsə dirildiləcək; bunlar da, orduları məğlub edəcəklərdir." Bunların iddiasına görə, İsa b. Musanın Mədinədə öldürdüyü kimsə, Muhamməd b. Abdullah b. Həsən deyildi.
Bax bu firqəyə, Muhamməd b. Abdullah əl-Həsəni gözlədiklərindən dolayı, "əl-Muhammədiyyə" deyilir.
Cabir b. Yezid əl-Cufi, bu məzhəbdən idi və ölülərin, qiyamətdən əvvəl dünyaya dönəcəklərini (ricat) söyləyirdi. Bu mövzuda, bu məzhəbdən olan bir şair, bir şeirində belə deyirdi:
"İnsanların, hesabdan əvvəl, dünyaya qayıdacaqları günə qədər..."
Əshabımız, bu firqə haqqında, belə demişlərdir:
"Əgər siz, Mədinədə öldürülənin Muhamməd b. Abdullah b. Həsən'dən başqası və orda öldürülənin, insan olaraq Muhamməd b. Abdullah b. Həsən'in şəklinə bürünmüş şeytan olduğunu qəbul edirsənizsə, o halda, Kərbəlada öldürülənlərin də, Hüseyn və dostlarından başqası və onların, Hüseyn və dostlarının şəklinə bürünmüş şeytanlar olduğuna inanın. Və beləcə, Muhamməd b. Abdullah b. Həsəni gözlədiyiniz kimi, Hüseyni də gözləyin; və ya sizlərdən, Əlinin, buludlarda olduğunu və Abdu'r-Rahmən b. Mülcəmin öldürdüyü kimsənin, Əlinin şəklinə bürünmüş insan qiyafətindəki şeytan olduğunu iddia edərək onu gözləyən Səbəiyyə kimi, siz də, Əlini gözləyin."
Bu, onlarla bu firqə arasındakı bir fərqlilik olmadığını göstərir. Bundan dolayı, Allaha həmd olsun.
------------------------------
3. Baqiriyyə:
Onlardan (yəni, rafizilərdən) Baqiriyyə haqqındadır: Bu qövm/topluluq, imaməti, Əli b. əbi Talib (radiyallahu anh)'dan sonra, oğulları yolu ilə, əl-Baqir ləqəbilə tanınan Muhamməd b. Əliyə götürür və belə deyirlər: "Şübhəsiz ki, Əli, imamətə, oğlu Həsəni təyin etmişdir. Həsən də imamətə, qardaşı Hüseyni; Hüseyn isə, oğlu Əli b. Hüseyn Zeynə'l-Abidini; Zeynə'l-Abidin də, əl-Baqir olaraq tanınan Muhamməd b. Əlini təyin etmişdir. Bunlar, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Cabir b. Abdullah əl-Ənsari'yə: "Şübhəsiz, sən, onunla görüşəcəksən. O vaxt, ona, Mənim salamımı söylə." şəklindəki rəvayətinə söykənərək, onun, Mehdiyyu'l-Müntəzər olduğunu iddia edirlər.
Cabir, Mədinədə vəfat edən səhabələrdən sonuncusu idi və ömrünün son günlərində, gözləri görmürdü. Mədinədə gəzir və: "Ey Baqir! Ey Baqir! Səninlə, nə vaxt qarşılaşacam?" deyərdi. Bir gün, Mədinə küçələrinin birindən keçərkən, bir cariyə, ona, öz otağında, kiçik bir uşağın olduğunu xəbər verdi. Cabir, ondan: "Bu, kimdir?" deyə soruşdu. Qadın: "Bu, Muhamməd b. Əli b. Hüseyn b. Əlidir." dedi. Bunun üzərinə, o, uşağı bağrına basdı; başını və əllərini öpdü; sonra da: "Ey oğlum! Allahın rəsulu olan Baban, sənə salam söyləyir." dedi. Sonra, Cabir: "Sən, mənə, ölüm xəbərimi gətirdin." dedi və o gecə, öldü.
Onların bu mövzudakı dəlilləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ona salam söyləyən birini göndərmiş olmasıdır. Bunu, onun, gözlənən Mehdi olduğuna dəlil göstərirlər. Halbuki, biz deyirik ki, Allah rəsulu, Ömər və Əliyə, belə buyurmuşdur:
"Uveys (əl-Qarni)'yə, Məndən salam söyləyin."
Bu, onun, heç bir vaxt, gözlənən Mehdi olmasını gərəkdirməmişdir. Baqir (əleyhissəlam)'ın ölümü haqqındakı rəvayətlər, Uveys əl-Qarni'nin, Siffində şəhid edilməsi ilə bağlı xəbərlər kimi, bir-birini izləməkdədir. Bu cəhətdən, onlardan birini, ölümündən sonra gözləmək, doğru deyildir.
-----------------------------
4. Navusiyyə:
ən-Navusiyyə haqqında: Bunlar, Basralı bir adamın tərəfdarları olub, Basrada, Navusa intisab edirlərdi. Onlar, imaməti, əl-Baqir'in təyini yolu ilə, Cəfər əs-Sadiqə götürürlər. İddialarına görə, o, ölməmişdir və gözlənən Mehdidir. Onlardan bir qrupu, insanlara görünən şəxsin, Cəfər olmadığını; ancaq onun, insanlar üçün o surətdə göründüyünü iləri sürmüşlərdir. Səbəiyyə'dən bir topluluq da, bu firqəyə qatılmış və toplu şəkildə, Cəfərin, əqli və şər'i bütün dini elmləri bildiyini iləri sürmüşlərdir. Necə ki, onlardan birindən: "Quran və ya ruyət və ya bundan başqa dinin əsli və ya füru ilə bağlı şeylər haqqında, nə deyirsən?" deyə soruşulduğunda, bu cavabı verərdi: "Bu mövzularda, ancaq, Cəfər əs-Sadiq'in söylədiyini söyləyərəm." Yəni, Onu təqlid edərlər.
---------------------------------
5. Şumeytiyyə:
əş-Şumeytiyyə haqqında: Bunlar, Yəhya b. Şumeyt'ə mənsubdurlar. İmaməti, təyin yolu ilə, Cəfərdən, oğlu Muhamməd b. Cəfərə keçirmiş və Cəfərin ölümünə inanmamışlardır. Onlar Cəfərin, imaməti, oğlu Muhammədə vəsiyyət etdiyini iddia etmiş; sonra da, imaməti, Muhamməd b. Cəfərin oğullarına keçirmişlərdir. İddialarına görə, gözlənən Mehdi, onun oğullarından biri olacaqdır.
-----------------------------------
6. Ammariyyə:
əl-Ammariyyə haqqında: Bunlar, öz aralarından, Ammar adında bir iddiaçıya mənsubdurlar. İmaməti, Cəfər əs-Sadiqə keçirirlər. Ondan sonra imamın, onun oğlu Abdullah olduğunu iddia etdilər. Abdullah, onun böyük oğlu idi və "əftahu'r-ricleyn/dabanı düz" idi. Bu səbəbdən, ona tabe olanlara, "əl-Əftahiyyə" deyilir.
-----------------------------
7. İsmailiyyə:
əl-İsmailiyyə haqqında: Bunlar, imaməti, Cəfərə sövq etmiş (götürmüş); və ondan sonra, imamın, oğlu İsmayıl olduğunu iddia etmişlərdir. Bunlar, iki firqəyə ayrılmışlardır:
a. Bunlardan bir firqə: -tarixçilərin, İsmayılın, atasının sağlığında ölmüş oluduğunu qəbul etmələrinə baxmayaraq- İsmayıl b. Cəfəri gözləməkdədirlər.
b. Digər bir firqə də: "Cəfərdən sonrakı imam, nəvəsi Muhamməd b. İsmayıl b. Cəfər'dir." demişlərdir. Cəfər, oğlu İsmayılı, özündən sonra imamətə təyin etmişdir. Ancaq İsmayıl, atasının sağlığında vəfat edincə, onun, oğlunu (İsmayılı), yalnız oğlu Muhamməd b. İsmayılın imamətinə dəlil olmaq üzərə təyin etmiş olduğunu öyrənirik. Batiniyyə'nin İsmailiyyə firqəsi, bax bu görüşə meyl etmişdir. Onları, ğulat firqələr haqqında danışarkən zikr edəcəyik.
-------------------------------
8. Musəviyyə:
Onlardan əl-Musəviyyə haqqında: Bunlar, imaməti, Cəfərə sövq edənlərdir. Cəfərdən sonra, imamın, oğlu Musa b. Cəfər olduğunu iləri sürmüşlərdir. İddialarına görə, Musa b. Cəfər sağdır, ölməmişdir və o, gözlənən Mehdi'dir. Dedilər: "O, ər-Rəşid (yəni, Harun ər-Rəşidin) evinə girmiş; ancaq ordan çıxmamışdır. Biz, onun imamətini gözləyir və ölümündən şübhə edirik. Bu səbəbdən, qəti bir dəlil olmadıqca, onun ölümünə hökm etmərik."
Bu Musəviyyə firqəsinə deyilər ki: "Əgər onun həyatı və ölümündən şübhə edirsinizsə, imamətindən də şübhə edin və onun əbədi və gözlənən mehdi olduğu haqqındakı görüşə, qəti gözlə baxmayın. Üstəlik, siz də bilirsiniz ki, Musa b. Cəfərin türbəsi, Bağdadın qərbində, məşhur bir ziyarət yeridir."
Bu firqəyə, Musa b. Cəfəri gözlədiklərindən dolayı, "Musəviyyə" deyilir. Bu firqəyə, "əl-Məmtura / yağışa tutulmuş" da deyilir. Çünki, Yunus b. Abdu'r-Rahmən əl-Qummi, Qat'iyyə'dən idi və Musəviyyədən bəzilərilə münazirə etdi və sözlərinin bir qismində, belə dedi:
"Sizlər, mənim gözümdə, yağışa tutulmuş itlərdən daha zərərsizsiniz."
--------------------------------
9. Mübarəkiyyə:
əl-Mübarəkiyyə haqqında: Bunlar, imamətin, Batinilərin bu mövzudakı iddiaları istiqamətində, Muhamməd b. İsmayıl b. Cəfər'in oğullarından olmasını istəyər; lakin, əshabu'l-ənsab / avto bioqrafiya alimləri, kitablarında, Muhamməd b. İsmayıl b. Cəfərin, bir uşağı olmadan öldüyünü söyləyərlər.
-------------------------------
10. Qat'iyyə:
Onlardan əl-Qat'iyyə haqqında: Bunlar, imaməti, Cəfər əs-Sadiqdən oğlu Musaya götürər və Musanın ölümünə, qətiliklə inanarlar. İddialarına görə, ondan sonra imam, Əli b. Musa ər-Riza'nın nəvəsi olan Muhamməd b. Həsənin nəvəsidir. Onlara, əl-imamu'l-müntəzər'in, Əli b. əbi Talib (radiyallahu anh)'dan gələn yolla 12-ci şəxs olduğu şəklindəki iddialarından dolayı, "əl-İsna Aşəriyyə" də deyilir. Ancaq onlar, bu 12-ci şəxsin ölümü sırasındakı yaşı haqqında ixtilaf etmişlərdir. Onlardan, onun, 4 yaşında bir uşaq olduğunu söyləyənlər vardır. Yenə onlardan, onun, 8 yaşında bir uşaq olduğunu söyləyənlər vardır. Bununla bərabər, onun, o zamankı hökmü haqqında da ixtilaf etmişlərdir. Onlardan, onun, o vaxt, imamın bilməsi lazım gələn hər şeyi bilən bir imam və bu səbəbdən də, xalqın ona itaətinin şərt olduğunu iddia edənlər vardır. Yenə onlardan, onun, o vaxt, ondan başqası imam ola bilməyəcəyi üçün, mənən imam olduğunu və o büluğ yaşına çatıncaya qədər, o vaxtki hökmlərin məzhəbinin alimlərincə təmin ediləcəyini və ona itaətin gərəkdiyini və onun, bu anda qeybdə olsa belə, itaət edilməsi lazım gələn imam olduğunu söyləyənlər də vardır.
------------------------------
11. Hişamiyyə:
Onlardan əl-Hişamiyyə haqqında: Bunlar, iki firqədir:
a. Bir firqə: özlərini, Hişam b. əl-Həkəm ər-Rafizi'yə nisbət edirlər.
b. İkinci firqə isə: özlərini, Hişam b. Salim əl-Cəvəliqi'yə nisbət edirlər.
Bu 2 firqə də, imamət haqqındakı heyrətlərinə, təcsim xüsusundakı dəlalətlərilə təşbih xüsusundakı bidətlərini də əlavə etmişlərdir.
Hişam b. əl-Həkəm'in görüşləri haqqında:
Hişam b. əl-Həkəm, Mə'bud'u (ibadət etdiyi şey) haqqında, belə iddia etmişdir:
"O, həddi və sonu olan bir cisimdir. Uzunluğu, genişliyi və dərinliyi vardır. Uzunluq və genişlik, yalnız uzun və geniş olaraq sabit qalarkən, Onun uzunluğu, genişliyinin; genişliyi də, dərinliyinin eynisidir."
Yenə, o, belə demişdir:
"Onun uzunluğu cəhətindən boyu, genişliyi cəhətindən boyundan çox deyildir."
Yenə o, Onun, gümüşdən düzəlmiş saf bir zəncir və hər yanı yuvarlaq bir inci kimi işıq saçan parlaq bir nur olduğunu iləri sürmüşdür. İddiasına görə, Onun, rəngi, dadı, qoxusu və toxunması vardır. Rəngi, dadı; dadı, qoxusu; qoxusu da, toxunmasıdır. O (yəni, Hişam), rəng və dadın, Onun zatının xaricində şeylər olduğunu söyləmirdi; əksinə, Onun (yəni, Allahın), rəng və dad olduğunu iddia edirdi. Sonra, belə deyirdi:
"Məkan yox ikən, Allah vardı. Sonra O, hərəkət edərək məkanı yaratdı. Beləcə, Onun hərəkətilə məkan meydana gəldi və O, onun içində oldu. Onun məkanı da, ərşdır."
Bəzilərinin Hişam'dan nəql etdiklərinə görə, o, Məbudu haqqında belə demişdir:
"O, öz qarışı ilə 7 qarışdır."
Sanki Hişam belə etməklə, bu işi, insanla qiyaslamışdır. Çünki, hər insan, böyük əksəriyyətlə, öz qarışı ilə 7 qarış gəlir.
(Mötəzilə şeyxlərindən biri olan) əbu'l-Huzeyl, kitablarının birində, Hişam b. əl-Həkəm ilə Məkkədə, əbu Qubeys dağı yaxınlarında qarşılaşdığını və ondan belə bir sual soruşduğunu zikr edir:
"Sənin Məbudunmu, yoxsa bu dağmı böyükdür?"
- O, əlilə işarət edərək, belə cavab verdi: "Şübhəsiz ki, Allah Taala, onun (yəni dağın) üzərində yüksələr. Dağ, Ondan daha böyükdür."
ibnu'r-Ravəndi, kitablarından birində, Hişamın belə dediyini nəql edir:
"Allah ilə hiss edilə bilən cisimlər arasında, bəzi cəhətlərdən bənzərliklər vardır. Belə olmasaydı, Ona dəlalət etməzlərdi."
(Mötəzilə alimlərindən biri olan) əl-Cahiz, kitablarından birində, Hişamın belə dediyini zikr edir:
"Şübhəsiz ki, Allah (azzə və cəllə), torpağın altındakı şeyləri, Özünə bağlı olan və torpağın dərinliklərinə nüfuz edən bir şüa ilə bilir."
Dedilər: "Onun şüası, gizli olan cisimlərin fövqünə təmas etməsəydi, onların arxasındakı şeyləri görə və bilə bilməzdi."
əbu İsa əl-Vərraq, kitabında, Hişamın əshabından bir qisminin, ona, Allah (azzə və cəllə)'nin, ərşinə təmas etdiyini; ancaq, nə Onun ərşindən, nə də ərşin Ondan ayrıldığı şəklində cavab verdiklərini zikr edir.
Hişamın, tövhid xüsusundakı dəlalətinə əlavə olaraq, Allahın sifətləri haqqında da dəlalətə düşdüyü və: "Allah, əşyanı əzəldən bilir." şəklindəki fikrin, muhal/imkansız olduğu görüşündə olduğu rəvayət edilir.
Onun iddiasına görə, Allah, əşyanı, bir elm ilə bilmədən bilir və elm, Onun eynisi, qeyrisi və bir parçası deyil, sifətidir.
Yenə o, dedi: "Onun elminə, nə qədim, nə də muhdəs/sonradan yaradılan, məxluq deyilə bilər. Çünki, o, bir sifətdir."
Onun iddiasına görə, sifət, vəsf edilə bilməz.
Yenə o, Allahın qüdrəti, eşitməsi, görməsi, həyatı və iradəsi haqqında, bunları söyləmişdir:
"Bunlar, nə qədimdir, nə də muhdəsdir. Çünki sifət, vəsf edilə bilməz."
Bu xüsusda, o demişdir: "Bunlar, nə Odur, nə də Onun xaricində bir şeydirlər."
O, bunları da söyləmişdir: "Əgər O, məlumatlarla alim olmasaydı, məlumatlar, əzəli olardı. Çünki, bir bilinən olmadıqca, birinin alim olması doğru deyil."
Bu görüşü ilə, sanki o, elmin gerçəkləşməsini, məduma (var olmayana) bağlamış olmaqdadır.
Yenə o demişdir ki: "Əgər Allah, qullarının etdiyi işləri, onları etmədən əvvəl bilsəydi, qulların ixtiyarları (yəni, 2 şeydən birini seçmək) və mükəlləfiyyətləri olmazdı."
Hişam, Quran haqqında da, belə deyirdi:
"Şübhəsiz ki, O, nə Xaliqdir, nə də məxluq. Quran üçün, yaradılmamışdır da deyilə bilməz. Çünki o, bir sifətdir."
Ona görə, sifət, vəsfləndirilə bilməz.
Qulların felləri haqqında ondan nəql edilən rəvayətlər də, bir-birindən fərqlidir. Ondan nəql edilən bir rəvayətə görə, qulların felləri, Allah (azzə və cəllə)'nin yaratdığı şeylərdir. Başqa bir rəvayətə görə də, onlar, mənalar olub, nə şey, nə də cisimdir. Çünki, ona görə, şey, ancaq bir cisim ola bilər.
Hişam, imamların məsum (günahlardan qorunmuş) olduqlarını söylədiyi halda; peyğəmbərlərin (Allaha) asiliyini caiz görürdü. İddiasına görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Bədr əsirlərindən fidyə alarkən, Allah (azzə və cəllə)'yə qarşı gəlmiş; ancaq Allah, onu bağışlamışdı. Bu xüsusda, O, Allah Taala'nın bu ayətini təvil etmişdi:
لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ...
"Allah, sənin, əvvəlki və sonrakı günahlarını bağışlasın..." (Fəth/2)
Bu şəkildə, o, bu mövzuda, nəbi ilə imamın arasını ayırmışdır. Belə ki, nəbi, asi olduğu təqdirdə, özünə, yalnışlarına diqqət çəkmək üçün vəhy gələr; imama isə, vəhy gəlməz. Bu səbəbdən, imamın, məsum (günahdan qorunmuş) olması lazımdır. (haşiyə)
---------------------------
(Haşiyə:
Peyğəmbərlər, günah işləmişlərdirmi?
https://suallarlaislam.com/.../peyg%C9%99mb%C9%99rl%C9...)
----------------------------
Hişam, imamət mövzusunda, İmamiyyə'nin digər qolları, özünü, nəbilərin günah işləməsini caiz gördüyü üçün təkfir etmələrinə baxmayaraq, İmamiyyə məzhəbinə bağlı idi.
Hişam, cismin parçalarının sonu olmadığını iləri sürmüşdü. Nazzam, daha kiçik parçalara ayrılmayan cismin (cuz'un lə yətəcəzzə) olmadığı görüşünü, ondan götürmüşdü.
Zurqan, məqaləsində, onun, cisimlərdən bəzisinin digər bəzisinə keçə bildiyini söylədiyini nəql etməkdədir. Necə ki, Nazzam da, iki lətif cismin, eyni yer və zamanda bir arada ola biləcəklərini uyğun görmüşdür. Ayrıca, Zurqan, onun, belə dediyini nəql etməkdədir:
"İnsan, bədən və ruh olmaq üzərə, iki şeydən ibarətdir. Bədən, ölüdür. Ruh isə, hiss edən, idrak edən və işləyən bir şeydir və o, nurlardan bir nurdur."
Hişam, zəlzələnin meydana gəliş şəkli haqqında da, belə demişdir:
"Şübhəsiz ki, dünya, bir digərinə sıx şəkildə yapışmış fərqli təbiətlərdən meydana gəlmişdir. Əgər təbiətlərdən biri, zəif düşər, digəri də qüvvətlənərsə, zəlzələ olar. Əgər təbiətin zəifliyi daha da artarsa, ay tutular."
Zurqan'ın nəql etdiyinə görə, o, peyğəmbər olmayan birinin, su üzərində yeriməsini, mümkün görmüşdür. Bununla bərabər, o, peyğəmbər olmayan birinin möcüzə göstərməsinin caiz olmadığını söyləmişdir. (haşiyə)
------------------------------
(Haşiyə:
Kəramət nədir?
https://suallarlaislam.com/m%C9%99qal.../k%C9%99ram%C9%99t-1)
------------------------------
Hişam b. Salim əl-Cəvəliqi'nin (görüşləri) haqqında:
O, imamiyyə məzhəbindəki inkarları ilə bərabər, təcsim və təşbih xüsusunda da, müfritdir. Çünki, iddiasına görə, Məbudu, insan şəklindədir. Ancaq O, ət və qandan ibarət olmayıb yüksəklərdə parlayan ağ bir nurdur. Bununla bərabər, Onun, insanın hisləri kimi 5 hissi olduğunu; əlləri, ayaqları, gözləri, qulağı, burnu və ağzının olduğunu; gördüyü şeydən başqa bir şeylə eşitdiyini; digər hislərinin də, eyni şəkildə, fərqli olduqlarını və Onun, üst yarısının, boş; alt yarısının da, dolu olduğunu iddia etmişdir.
əbu İsa əl-Vərraq'ın nəql etdiyinə görə, o, Məbudunun qara bir nurdan qara saçları olduğunu və Onun geri qalan qisminin ağ nur olduğunu iddia etmişdir.
Şeyximiz əbu'l-Həsən əl-Əşari, "Məqalət"ində, belə deyir:
"Hişam b. Salim, Allah Taala'nın iradəsi xüsusunda, Hişam b. əl-Həkəm ilə eyni görüşü iləri sürmüşdür. Buna görə, Onun iradəsi, bir hərəkətdir və bu iradə, mənəvi cəhətdən olub nə Allahdır, nə də Ondan başqa bir şeydir. Allah Taala, bir şeyi istədiyində, hərəkət edər və beləcə, istədiyi olar."
O (imam Əşari) deyir:
"Rafizilərin iləri gələnlərindən biri olan əbu Malik əl-Hadrami ilə Əli b. Heysəm, Allah Taala'nın iradəsinin hərəkət olduğu görüşündədirlər. Ancaq onlar, Allah Taala'nın iradəsi, Onun qeyrisidir, demişlərdir."
əl-Cəvəliqi'nin, qulların felləri haqqında da, belə dediyi nəql edilmişdir:
"Qulların felləri, cisimdir. Çünki aləmdə, cisimlərdən başqa bir şey yoxdur."
Beləcə, o, qulların cisimləri edə biləcəyinə (yəni, yaratmasına) cəvaz vermişdir. Bənzəri bir görüş, Şeytanu't-Taq'dan da rəvayət edilmişdir.
------------------------------
12. Zurariyyə:
Onlardan əz-Zurariyyə haqqında: Bunlar, Zurarə b. Ə'yun'a tabe olanlardır. Zurarə, Abdullah b. Cəfər'in imamətinə inanan Əftahiyyə məzhəbinə bağlı idi. Sonra, Musəviyyə firqəsinə keçdi. Ona nisbət edilən bidət, budur:
"Allah (azzə və cəllə), Özü üçün, həyat, qüdrət, elm, iradə, eşitmə və görmə yaradıncaya qədər, həyat sahibi, qüdrətli, eşidən, görən, bilən və iradə edən olmamışdır. O, ancaq, bu sifətləri Özü üçün yaratdıqdan sonra, həyat sahibi, qüdrətli, alim, iradə edən, eşidən və görən olmuşdur."
Basra qədəriləri, Allahın kəlamının hadis olması (sonradan yaradılması) haqqındakı görüşlərini, bu bidət fikrdən götürmüşlərdir. (haşiyə)
-----------------------------
(Haşiyə:
Qədəriyyə kimdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-v%C9%99-q%C9%99d...
Quran, məxluqdurmu?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quran-m%C9%99xluqdurmu
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/k%C9%99lam-sif%C9%99ti-1
-----------------------------
13. Yunusiyyə:
Onlardan əl-Yunusiyyə haqqında: Bunlar, Yunus b. Abdu'r-Rahmən əl-Qummi'yə tabe olanlardır. Yunus, imamət xüsusunda, Musa b. Cəfərin ölümünə qətiliklə inanan əl-Qat'iyyə məzhəbinə bağlı idi. Bu Yunus, təşbih xüsusunda, ola bildiyi qədər ifrata vararaq, belə iddia etmişdi:
"Bir durna quşunun, iki ayağından daha qüvvətli olmasına baxmayaraq, iki ayağı tərəfindən daşınması kimi; Allah (azzə və cəllə) də, onlardan daha qüvvətli olduğu halda, ərşinin daşıyıcıları tərəfindən daşınar."
Allahın daşındığına dəlil olaraq da, bu ayəti nəql edir:
...وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ
"...O gün, sənin Rəbbinin Ərşini, səkkiz mələk daşıyacaqdır." (Haqqa/17)
Əshabımız (yəni, Əşarilər), bu ayətin, Rəbb Taala xaricində, ərşin daşındığına işarət etməkdə olduğunu söyləyərlər.
------------------------------
14. Şeytaniyyə:
Onlardan əş-Şeytaniyyə haqqında: Bunlar, Şeytanu't-Taq ləqəbilə bilinən Muhamməd b. Numan ər-Rafizi'yə tabe olanlardır. O, Cəfər əs-Sadiq zamanında yaşamışdır. Ondan sonra, bir müddət daha yaşamışdır. İmaməti, Onun oğlu Musaya sövq etmiş; Musanın ölümünə qəti gözü ilə baxmış; və Onun nəvələrindən bəzilərini gözləmişdir.
Qulların fellərinin cisim olduğu və qulun cismi edə biləcəyi iddialarında, Hişam b. Salim əl-Cəvəliqi'yə qatılmışdır. Hişam b. əl-Həkəmə də qatılmış və: "Allah Taala, əşyanı, təqdir və iradə etdiyi təqdirə bilə bilər. Əşyanı təqdirdən əvvəl bilə bilməz. Əks təqdirdə, qulların mükəlləfiyyəti doğru olmaz." iddiasında olmuşdur.
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi deyir:
Bu fəsldə, Rafizilərdən, Zeydiyyə, Keysaniyyə və İnamiyyə firqələrini zikr etdik. Bu gün, bunlardan, Keysaniyyə, Zeydiyyə və İmamiyyə qarışımının qaranlıqları içində bilinməz haldadır. Zeydiyyə və İmamiyyə arasındakı düşmənliklər də, bir-birini bidətlə ittiham etmək surətilə davam edib getməkdədir. Necə ki, İmamiyyə şairlərindən biri, Zeydiyyə'ni belə hicv etməkdədir:
"Ey faydasız Zeydiyyə! İmamınız, bir kənara sovrulub atılmış talehsiz biridir.
Ey havanın leş yeyənləri, sizlər, suya daldınız və bizə, ordan daşlar çıxardınız."
Bir Zeydi şair də, buna, belə cavab verir:
"İmamımız təyin olunmuş və açıqda dayanmaqdadır. O, tapmaca həll edilər kimi, axtarılaraq tapılan biri kimi deyildir.
Açıqca görünməyən hər imam, bizim qatımızda, xardal dənəsinə belə bərabər deyildir."
Abdu'l-Qahir deyir:
Bu 2 firqənin şeirlərinə, bu sözlərimizlə cavab verdik:
"Ey batil edilmiş Rafizi! İddialarınız, əslindən batil edilmişdir.
Əgər imamınız, qaranlıqlarda itmişdirsə, itəni bir şölə ilə tapmağa çalışın.
Və ya kinlərinizlə hörülmüşdürsə, hörülü olanı, ələklə ələyib ortaya çıxarın.
Lakin, həqiqi imam, bizə görə, sünnət və ya endirilmiş ayətlərdir,
Və özünə hidayət edilmiş olan üçün, bu ikisi də, inandırıcıdır. Bu ikisi də, bizə endirilmiş şeylər olaraq kifayət edər."
(Abdu'l-Qahir əl-Bağdadi, "əl-Fərq beynə'l-Firaq"، s. 41-71)
----------------------------------------
----------------------------------------
Əlavələr:
• Şiənin imamət əqidəsi:
https://archive.org/details/imamet-behsi-rev-4-1
• Əhl-i Sünnətə görə imamət:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam%C9%99t-m%C9%99s%C9%99l%...
• 12 imam etiqadı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/12-imam-etiqadi-n%C9%99dir
• İmamsız ölən, cahiliyyə üzərəmə öləcəklərdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imamsiz-ol%C9%99n-cahiliyy%C...
• Şiə məzhəbinin təkamülü:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/si%C9%99-m%C9%99zh%C9%99bini...
• Şiədə məzhəb ixtilafları:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/si%C9%99d%C9%99-m%C9%99zh%C9...
• Şiəyə görə Əhl-i Sünnətin hökmü:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/si%C9%99y%C9%99-gor%C9%99-%C...
• Əhl-i Beytin kimlər olduğu:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99hli-beyt-n%C9%99-dem%C...
• Qədirxum hədisi:
https://archive.org/details/qadirxum-hedisi-kitabi_202509
• Mövla hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/movla-h%C9%99disi
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r-%C9%99li...
• "Əlini sevmək, iman; Ona düşmənçilik etmək, nifaq əlamətidir." hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99lini-sevm%C9%99k-iman-...
• Əli, digər səhabələrdən fərqli olaraq, ayrı bir Mushaf yazıbmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99li-dig%C9%99r-s%C9%99h...
• Əlinin, əbu Cəhlin qızı ilə evlənmək istəməsi məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam-%C9%99linin%C2%A0%C9%99...
• Həsən və Hüseynin fəziləti:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99s%C9%99n-v%C9%99-huse...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99zr%C9%99ti-huseynin-f...
• İmam Cəfər Sadiq:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam-c%C9%99f%C9%99r-sadiq
• İmam Cəfər Sadiqin, əbu Bəkr və Ömər haqqındakı görüşləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam-c%C9%99f%C9%99r-sadiqin...
• Zeynəlabidinin, Ömər və əbu Bəkr haqqında əhl-i sünnətin inancı üzərinə olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam-zeynalabidinin-om%C9%99...
--------------------------------------
--------------------------------------
• Səhabələrin fəzilətinin Tövrat və İncildə zikr edilməsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/f%C9%99th-sur%C9%99si-27-28-...
• Səhabə söyməyin hökmü:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hab%C9%99y%C9%99-soym...
• Səhabələrə yetişməyin mümkün olmadığı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hab%C9%99l%C9%99r%C9%...
• Səhabələr, ədalətlidirlərmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hab%C9%99l%C9%99r-%C9...
• "əs-salətu xayrun minən-nəvm" və Ömər məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99s-sal%C9%99tu-xayrun-m...
• Ömər və təyəmmüm:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/om%C9%99r-v%C9%99-t%C9%99y%C...
• Talha, Peyğəmbərin xanımları ilə evlənmək fikrinə düşmüşdümü?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/talha-peyg%C9%99mb%C9%99rin-...
• Ömər və ümmü Gülsüm evliliyi (şiə mənbələrində)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/om%C9%99r-v%C9%99-ummu-gulsu...
• Kağız və qələm hədisi:
https://archive.org/details/kagiz-v-qlm-hdisi-uzrin-dyrlndirm-mohammad-aras
• Müaviyə b. əbi Süfyan:
https://archive.org/details/hz.-muaviyy-ibn-bu-sufyan-r.a-mohammad-aras-2
• Osman, Peyğəmbərin sürgün etdiyi əl-Həkəmi vəzifəyə gətirmişdirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/osman-peyg%C9%99mb%C9%99rin-...
• Osmanı xəlifə məqamına Ömərmi təyin etmişdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/osmani-x%C9%99lif%C9%99-m%C9...
• Osmanın Uhud və Bədr döyüşündən qaçması və ağac altında beyət etməməsi məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/osmanin-uhud-v%C9%99-b%C9%99...
• Ammarı kim öldürmüşdü?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ammari-kim-oldurmusdu#overla...
• "Hüseyn, Öz Babasının qılıncı ilə öldürülüb." sözü, əhl-i sünnət tərəfdən deyilmişdirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/huseyn-oz-babasinin-qilinci-...
-----------------------------------------
-----------------------------------------
• Bəqərə surəsi 124-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99zi-c%C9%99f%C9%99ril%...
• Nisa surəsi 59-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/icma-n%C9%99dir
• Maidə surəsi 54-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-54-cu...
• Tövbə surəsi 40-cı ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovb%C9%99-sur%C9%99si-40-ci...
• Tövbə surəsi 119-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovb%C9%99-sur%C9%99si-119-c...
• Hicr surəsi 9-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hicr-sur%C9%99si-9-cu-ay%C9%...
• İsra surəsi 71-ci ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-71-ci-ay%C9...
• Əhzab surəsi 33-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99hzab-sur%C9%99si-33-cu...
• Saffat surəsi 83-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/saffat-sur%C9%99si-83-cu-ay%...
----------------------------------------
-----------------------------------------
• əbu Hənifə, Hüseynin nəvəsi Zeyd b. Əlinin hakimiyyətə gəlməsi üçün siyasi və maddi dəstək göstərmişdirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99bu-h%C9%99nif%C9%99-hz...
• imam Cəfər, əbu Hənifənin müəllimidirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/imam-c%C9%99f%C9%99r-sadiq-%...
• əbu Hənifənin donuz ətini yeməyi halal görməsi yalanı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99bu-h%C9%99nif%C9%99nin...
• əbu Hənifənin "Məhrəmi ilə evlənənə hədd yoxdur." sözü:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99bu-h%C9%99nif%C9%99nin...
--------------------------------------------
--------------------------------------------
• Aişə, Peyğəmbər üçün yas saxlamışdırmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ais%C9%99-peyg%C9%99mb%C9%99...
• Hüseynə ağlamaq məsələsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/huseyn%C9%99-aglamaq-sunni-m...
• Rafizinin, özlərindəki Quranın təhrifi görüşünə, Sünni mənbələrdən gətirməyə çalışdığı "dəlil":
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99cm
• Axirətdə Allahın görüləcəyi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mominl%C9%99r-c%C9%99nn%C9%9...
• Şiə mənbələrində Aşurə orucu:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/asur%C9%99-orucu-si%C9%99-m%...
• Şubənin gizli hədisi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sub%C9%99nin-gizli-h%C9%99disi
