Ömər və ümmü Gülsümün evliliyi haqqında şiə qaynaqlarında rəvayətlər vardırmı?
Hədis:
Əbu Abdullahdan "əri ölən qadın iddət zamanı nə etməlidir? O, iddət dövrünü ərinin evində keçirməlidir yaxud istədiyi başqa bir yerdə keçirməlidir?" - deyə soruşdular.
O da:
"Bəli, istədiyi yerdə keçirə bilər."
Sonra yenə:
"Ömər öldüyü zaman Əli qızı Ümm Gülsümü öz evinə gətirdi."
Küleyni, "Kafi", Vl, 115, h:1; "Kafi", "Dar-əl Ədva" nəşriyyatı, Beyrut, 117.
----------------------------------------------------------------------------
Hədisin Ravilərinin Səhhəti:
Məhəmməd ibn Yəhya əl’Attar əl-Qummi-“siqa" (Məscid ər Ruvat, cild 2, səhifə 213)
Əhməd ibn Məhəmməd ibn Isa əl-Qummi-“Qum əhlinin şeyxi, və onlarin mübahisəsiz lideri və fəqihi – (Məscid ər Ruvat, cild 1, səhifə 69),
Əbu Cəfər Ət-Tusi dedi ki, etibarlıdır (Ər-rical, səhifə 366), Əllamə əl Hilli dedi ki, "siqadir" (əl Xulasə, səhifə 13)
Əl-Huseyn ibn Səid-siqa (Məscid ər Ruvat, cild 1, səhifə 241)
Ən-Nadr ibn Süveyd-“Kufi, Siqa, səhihül-hədis”-Səhih hədislər köçürən, etibarlı, Kufəli (Məscid ər Ruvat, cild 2, səhifə 292)
Hişam İbni Salim-Siqətun Siqa (2 qat Etibarlı) – (Məscid ər Ruvat, cild 2, səhifə 215)
Süleyman İbni Xalid-siqa (Məscid ər Ruvat, cild 1, səhifə 378)
-------------------------------------------------
Hədisin Səhhəti:
1. Əl-Məclisi dedi ki, Hədis Muvəssəqdir (etibarlı)
Mirat əl Uqul, dəri. 21, səh. 197
Müvəssəq — Şiə hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır.
2. Əl Məclisinin atası dedi ki, Səhihdir
Rövzəül-Mutaqqin, dəri. 9, səh. 89
3. Əl Milani dedi ki, Hədisin sənədi səhihdir
Seyid Əli əl-Milani, “risalə fi xəbər təzvic Ümmü Gülsüm min Umar, səhifə. 28
- İmam Şafinin əbu Hənifə ilə təbərrük etməsi
- əbu Hənifə haqqında alimlərin görüşləri nələrdir?
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- İmam Cəfər Sadiqin əbu Bəkr və Ömər haqqındakı görüşləri
- Peyğəmbər, Əli Məndən sonra bütün möminlərin vəlisidir deyibmi?
- Allahın sevdiyi xislətlər haqqında məlumat verərsinizmi?
- "Əməllər niyyətlərə görədir." hədisini izah edərsinizmi?
- İmam Şafinin zahidliyi
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- Namazda əlləri göbək altında bağlamağın dəlilləri-2