Rəcm
İbn Abbas'dan belə rəvayət edilir:
Mühacirlərdən bəzi kimsələrə Quran öyrədirdim. Onlardan biri, Abdur'r-Rahmən b. Avf idi. Ömərin etdiyi son həcc ziyarətində, Minada, Abdu'r-Rahmən b. Avf'ın evində ikən, özü (Abdu'r-Rahmən), Ömərin yanında idi. Abdu'r-Rahmən, mənim yanıma geri qayıtdı və belə dedi:
"Kaş ki, bu gün möminlərin əmiri Ömərin yanına gələn adamı, bir görsəydin. Adam, belə dedi:
'Ey möminlərin əmiri! Filan şəxs haqqında, nə düşünürsən? O adam, belə deyir:
'Əgər Ömər ölərsə, mən, şübhəsiz, filan şəxsə beyət edəcəm. Allaha and olsun, əbu Bəkrə edilən beyət, anidən/birdən-birə oldu, tamamlandı.' dedi."
Ömər, (bu sözə) çox qəzəbləndi. Sonra O, belə dedi:
"İnşallah, axşam üstü, insanlarla danışacam və insanların/xalqın işlərini/idarəsini qəsb etmək istəyənlərə qarşı, onlara xəbərdarlıq edəcəm."
Abdu'r-Rahmən belə davam etdi:
Mən:
"(Ey möminlərin əmiri)! Belə etmə! (Çünki) bu (həcc) mövsümü, şərli şəxsləri və onların bağırıb-çağırmalarını toplayan bir mövsümdür. İnsanlarla danışacağın zaman, onlar, sənə ən yaxın olan adamları öz ətrafına çəkərlər. Qorxuram ki, sən insanlarla danışarsan, söz daşıyanlar, bunu səndən götürüb ətrafa uçurar, onu anlamaz və sənin söylədiklərini, sənin qəsd etdiyindən fərqli şəkildə başa düşərlər. (Bu səbəbdən dolayı) tələsmə! Mədinəyə qayıdana qədər, səbr et. Çünki Mədinə, hicrət və sünnət yurdudur. Orda fəqihlər və insanların iləri gələnlərilə bir araya gəlib sağlam/qüvvətli bir şəkildə demək istədiklərini deyərsən. Sənin dediklərini, elm əhli olanlar, tamamilə fəhm edərlər. Və söylədiyin şeylərdə, sənin qəsd etdiklərini, olduğu kimi başa düşərlər."
(Bunun üzərinə) Ömər, belə dedi:
"Allaha and olsun ki, inşallah, Mədinədə danışacağım ilk söhbətdə, bu dediyini mütləq edəcəm."
İbn Abbas (davam edərək) deyir:
Zilhiccə'nin sonunda, Mədinəyə çatdıq. Cümə günündə, günəş təpədən bir az meyl etdiyi vaxt, məscidə getmək üçün tələsik davrandıq. Ta ki, Səid b. Zeyd'in minbərin küncündə oturduğunu görüncəyə qədər. Və onun yanında oturdum. Dizim, onun dizinə dəyirdi. Aradan çox vaxt keçmədən, Ömər gəldi. Onun bizə doğru gəlməkdə olduğunu görüncə, Səidə dedim:
"Ömər xəlifə olduğundan bəri etmədiyi söhbəti, bu axşam edəcək."
Səid mənim dediklərimə (bir anlıq) inanmadı və:
"Ömərin indiyə qədər, bundan əvvəl söyləmədiyi bir şeyə, necə ehtimal verirsən? (Yəni bunu hardan çıxarırsan?)" deyə soruşdu.
Ömər, minbərə oturdu, müəzzinlər azanları oxuyub bitirdikləri vaxt, ayağa qalxdı. Allaha həmd və səna etdikdən sonra:
"Əmmə bə'd/bundan sonra" deyib belə dedi:
"Sizlərə, Allahın təqdir etmiş olduğu bir söhbət edəcəm. Bilmirəm, bəlkə də əcəlim, bu söhbətimdən əvvəldir. Bunu əql edən və yaxşıca başa düşən kimsə, hara gedərsə getsin, bunu (başqalarına da) bildirsin. Əql edə bilməyəcək şəxsə gəlincə də, mənim haqqımda yalan söyləməsini, (ona) halal etmirəm.
Şübhəsiz ki, Allah, Muhammədi, haqq peyğəmbər olaraq göndərdi və Ona, Kitabı endirdi. Allahın endirdiyi şeylər arasında, rəcm ayəti də vardı. (Bizlər, o ayəti) oxuduq, əql etdik və yaxşıca başa düşdük. (Bu ayətdən dolayı) Allah rəsulu (sallallahu aleyhi və səlləm) rəcm etdi, biz də (zina edənləri) rəcm etdik.
Mən, uzun zaman keçdikdən sonra, birinin çıxıb:
'Vallahi, biz, Allahın kitabında, rəcm ayətini tapa bilmirik.' deməsindən və Allahın endirdiyi bir fərzi tərk etmək surətilə, insanların (haqdan) azmalarından qorxuram.
Rəcm, Allahın kitabında haqdır. Kim ki, kişilərdən və ya qadınlardan evli olub zina edər və o xüsusda bir bəyyinə gətirilər və ya bir hamiləlik halı olar və ya (bu/zina) etiraf edilərsə, rəcm cəzası tətbiq edilər.
Sonra bizlər, Allahın kitabında oxumaqda olduğumuz şeylər içində:
"Atalarınızdan üz çevirməyin. Çünki sizin onlardan üz çevirməyiniz, nankorluqdur - və ya sizin atalarınızdan üz çevirməyiniz, şübhəsiz, sizin üçün bir küfrdür." sözləri də vardı.
Diqqət edin! Sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu da buyurmuşdur:
"Sizlər Məni, Məryəm oğlu İsanın tərifləndiyi kimi, tərifləməyin. Mənim üçün, Allahın qulu və rəsulu deyin."
Sonra mənim qulağıma, aranızdan birinin:
"Allaha and olsun, Ömər ölərsə, mən, filan şəxsə beyət edəcəm." sözü çatdı. Əsla, heç bir kimsə, onun:
"Əbu Bəkrə edilən beyət, ancaq anidən/birdən-birə oldu və tamamlandı." deməsinə aldanmasın.
Diqqət edin! Şübhəsiz ki, o iş, belə olmuşdur. Və lakin Allah, o işin şərrindən (ümməti) qorudu. Və içinizdən heç kim, özünə boyunların uzadılmasına, əbu Bəkrdan daha layiq deyildir.
Müsəlmanlarla məşvərətin xaricində kim bir adama beyət edərsə, nə ona, nə də beyət etdiyinə, beyət edilməz. Və bu diqqətsizlikləri üzündən, hər ikisi də öldürülərlər (və ya öldürülə bilərlər).
Şübhəsiz ki, Allah, peyğəmbərini vəfat etdirdiyi vaxt, bizə:
~ Ənsarın bizə müxalifət etdiyi; və
~ Hamısının Səidə oğulları kölgəliyində toplandıqları
xəbəri çatdı. Əli və Zubeyr və onların bərabərində olanlar da, bizə müxalifət etdilər. Mühacirlər, əbu Bəkrin yanında toplandılar. Və (mən, əbu Bəkrə) dedim ki:
"Ey əbu Bəkr! Bizimlə bərabər, Ənsardan olan qardaşlarının yanına gedək!"
Və onlara doğru yola çıxdıq. Onlara yaxınlaşdığımızda, yolda, onlardan 2 saleh şəxslə qarşılaşdıq. Və (bu 2 şəxs) orda toplananların, üzərində ittifaq etdikləri şeyləri söylədilər. Və dedilər ki:
"Ey Mühacirlər topluluğu! Hara getmək istəyirsiniz?"
(Biz də onlara):
"Biz, Ənsardan olan qardaşlarımızın yanına getmək istəyirik." dedik.
O ikisi, bizə belə dedilər:
"Onlara (Ənsara) yaxınlaşmayın. Öz işinizin hökmünü, özünüz verin."
(Mən/Ömər də onlara):
"Allaha and olsun ki, bizlər, onların yanına gedəcəyik." dedim və yola çıxdıq.
Nəhayət Səidə oğulları kölgəliyi altında, onlara (Ənsara) vardıq. Bir də nə görək? Örtüyə bürünmüş bir adam var!
~ Mən (Ömər):
"Bu kimdir?" dedim.
~ (Onlar/Ənsar) dedilər:
"Bu, Sə'd b. Ubadə'dir."
~ Mən (Ömər): "Ona nə olub?" deyə soruşdum.
~ Onlar (Ənsar) dedilər: "Onun qızdırması var."
Bir az oturduqdan sonra, onların xatibi şəhadət kəlimələrini söylədi və Allahı, layiq olduğu şəkildə mədh etdi.
"Əmmə bə'd"/Bundan sonra dedikdən sonra, belə davam etdi:
"Biz, Allahın ənsarıyıq və İslamın böyük ordusuyuq. Və siz, ey Mühacirlər topluluğu! (Məkkədəki) Qövmünüzdən bizə gəlmiş az bir topluluqsunuz. Və (hal belə ikən), Onlar bizi əslimizdən qoparmaq və bizi işlərdən (xəlifəlik işlərindən) uzaq tutmaq istəyirlər."
(Ömər) deyir:
(Ənsarın xatibi) susduğunda, mən danışmaq istədim. Və daha əvvəl bəyəndiyim və əbu Bəkrin qarşısında etmək istədiyim bir söhbət/məqalə hazırlamışdım. Ona (əbu Bəkrə) gələn qəzəbin bir qismini söndürməyə çalışırdım. Mən, danışmaq istədiyim vaxt, əbu Bəkr mənə:
"Yavaş ol." dedi.
Onu (əbu Bəkri) qəzəbləndirmək istəmədim. Və əbu Bəkr, özü danışmağa başladı.
O, məndən daha həlim və ciddiyyət sahibi idi. And olsun Allaha, əbu Bəkr, mənim hazırladığım və bəyəndiyim məqalədən/söhbətdən bir tək kəlimə belə buraxmayıb eynisini və ya daha yaxşısını söylədi. Nəhayət söhbətini bitirdi və (belə) dedi:
"Sizin zikr etdiyiniz və sizdə olan xeyirlərə, siz layiqsiniz. Bu iş (xəlifəlik), sadəcə Qureyşdən olan və mühacirlərin xaricində kimsəyə verilə bilməz. Onlar, nəsəb və yurd olaraq, ərəblərin ən vasatıdır."
(Ömər belə davam edir):
O (əbu Bəkr), ikimizin arasında oturduğu vaxt, mənim və əbu Ubeydə b. Cərrahın əlini tutdu. Bu sözdən başqa xoşuma gəlməyən başqa bir sözü olmadı. And olsun ki, iləri keçirilib boynumun -hər hansı bir günahdan dolayı deyil- vurulması, mənə, aralarında əbu Bəkrin olduğu bir qövmə əmr verməkdən daha sevimlidir.
Ey Allahım! Ölüm anında, nəfsimin bəzi şeyləri mənə bəzəyib gözəl göstərməsi halı xaric, bu an elə bir hal, (vicdanımda) yoxdur (yəni hiss etmirəm."
Sonra Ənsardan biri (Hubab b. əl-Munzir) belə dedi:
"Mən, eynilə, dəvənin qaşınaraq şəfa tapdığı sap/paya kimiyəm. (yəni onun qəsdi: dəvə, sapa sürtünərək qaşınmaqdan şəfa tapdığı kimi; insanlar, mənim görüşüm, rəyim ilə doğru yolu tapırlar).
Mən, eynilə, xurma ağacında böyük bir budaq kimiyəm (yəni: sanki mən, ənsarın dahisiyəm. Bu izahı, imam Malikdən, İshaq b. ət-Tabba nəql etmişdir.) Bir əmir bizdən, bir əmir də sizdən olsun, ey Qureyş topluluğu!"
(Bunun üzərinə) qarışıq sözlər çoxaldı və səslər yüksəldi. Hətta mən (Ömər), ixtilaf çıxmasından qorxdum və dərhal:
"Uzat əlini, ey əbu Bəkr!" dedim. O da, dərhal əlini uzatdı və ona dərhal beyət etdim. Mühacirlər də dərhal ona beyət etdilər və sonra da Ənsar. Biz, tez davranıb Sə'd b. Ubadə'yə qələbə çaldıq.
Onlardan (Ənsardan) biri, belə dedi:
"Sizlər, Sə'd b. Ubadəni öldürdünüz (yəni məğlubiyyətə uğratdınız)."
Və mən (Ömər) dedim ki:
"Sə'd b. Ubadəni, Allah öldürdü." (Yəni: onun məğlubiyyətə uğraması, Allahın təqdiri oldu.)
Bundan sonra, Ömər dedi:
"Şübhəsiz, Allaha and olsun ki, əbu Bəkrə beyətdən daha quvvətli bir iş görmədik. Ənsar topluluğundan ayrıldığımızda, beyət olmadığı üçün, onların bizdən sonra özlərindən bir şəxsə beyət etmələrindən qorxduq. Bu təqdirdə:
~ Ya bizlər, razı olmamağımıza baxmayaraq onlara beyət edəcək;
~ Ya da onlara müxalifət edəcəkdik.
Və beləcə, fəsad meydana gələcək idi. Kim, müsəlmanlarla istişarə xaricində birinə beyət edərsə, ona və ya ona beyət edənə, öldürülmə təhlükəsindən dolayı, tabe olunmaz."
(ibn Həcər Asqalani, "Fəthu'l-Bari Şərh Sahih əl-Buxari", 86-cı kitab: "Kitabu'l-Hudud/Hədlər, şəri cəzalar kitabı", 31-ci bab: "Muhsan olub zinadan hamilə qalan qadının rəcm edilməsi babı", hədis no: 6830)
---------------------------------------
İzahı:
Buxari'nin açdığı bu başlıqdakı "muhsan olub..." ifadəsi: "evli isə" deməkdir.
İsmaili, belə deyir:
"İmam Buxari, açdığı bu başlıqla, qadının evli ikən zinadan hamilə qalıb, sonra uşağını doğmasını qəsd etməkdədir. Buna müqabil olaraq, qadın hamilədirsə, uşağını dünyaya gətirənə qədər, rəcm EDİLMƏZ."
İbn Battal, belə deyir:
"Bu başlığın mənası: zinadan hamilə qalmış bir qadına rəcm cəzası tətbiq etmək, gərəklidirmi, yoxsa deyildirmi? deməkdir."
Alimlər arasında, hamilə qadının uşağını dünyaya gətirincəyə qədər rəcm EDİLMƏYƏCƏYİ'ndə, icma hasil olmuşdur.
Nəvəvi, belə deyir:
"Hamilə qadının cəzası, şallaqdırsa da, hökm, belədir. Uşağını dünyaya gətirənə qədər, bu cəza tətbiq edilməz. Qisas edilməsi gərəkli olan hamilə bir qadının da, halı belədir. Yəni o da, uşağını dünyaya gətirincəyə qədər, ona qisas tətbiq edilməz. Bütün bunlarda, alimlərin icması vardır."
Ömər (radiyallahu anh), hamilə olan qadını rəcm etmək istəyincə, Muaz ona:
"Qarnındakını dünyaya gətirənə qədər, ona toxuna (yəni rəcm edə) bilməzsən." Hədisi, ibn əbi Şeybə rəvayət etmişdir, raviləri siqadır. (bax: "əl-Musannəf", V, 543)
Qadının, uşağı doğmasından sonra nə ediləcəyi mövzusunda, alimlər arasında ixtilaf vardır:
~ İmam Malik:
"Uşağı doğduğunda, rəcm edilər; uşağını böyüdüncəyə qədər gözlənilməz." demişdir.
~ Kufə fəqihləri isə:
"Uşağını dünyaya gətirdiyində, ona/uşağa baxacaq birini tapana qədər, rəcm edilməz." qənaətini mənimsəmişlərdir.
~ İmam Şafi'nin də görüşü, bu yöndədir. İmam Malikdən də, bu görüşə bənzər bir görüş nəql edilmişdir. İmam Şafi, bu hökmü də əlavə etmişdir:
"Qadın, doğuşun ardından gələn südü vermədikcə, rəcm edilə BİLMƏZ."
Muslim'in nəqlinə görə, Bureydə belə deyir:
"Ğamid qəbiləsindən qadının biri gələrək, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə:
'Ey Allahın rəsulu! Məni, təmizlə.' dedi. (Qadın, zinadan hamilə qaldığını söyləmişdi.)
Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona:
'Doğana qədər gözlə.' buyurdu.
Qadın doğandan sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
'Onu rəcm edib uşağını kiçik yaşda əmizdirəcək biri tapılmayacaq halda buraxa bilmərik.' buyurdu.
(Bunun üzərinə) Adamın biri ayağa qalxdı və:
'Ey Allahın rəsulu! Onun əmzirilməsi, mənə aid olsun.' dedi.
(Bunun üzərinə) Peyğəmbər (sallallahu aleyhi və səlləm), qadını rəcm etdirdi. (bax: Muslim, "Hudud"/22)
Bureydə'nin bir başqa rəvayətinə görə, bu hadisə, belə cərəyan etmişdir:
"Qadın, uşaq süddən kəsilincəyə qədər, onu əmizdirdi. Sonra onu, müsəlmanlardan birinə təslim etdi və Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu rəcm etdirdi."
Bureydə'nin bu 2 rəvayətini, bu şəkildə cəm və təlif etmək/aralarını birləşdirmək olar:
İkinci rəvayətdə, birincidə olmayan bir əlavə vardır. Dolayısı ilə, birinci rəvayətdə yer alan "iləyyə irdauhu" = "onun əmzirilməsi, mənə aid olsun" cümləsini, "ona baxmaq mənə aid olsun" şəklində təvil etmək, mümkündür.
------------------------------------------
İbnu't-Tin'in nəqlinə görə, Davudi belə deyir:
İbn Abbas'ın: "...kuntu uqriu ricələn..." cümləsinin mənası: "...mən, bəzi kimsələrdən Quran öyrənirdim..." deməkdir. Çünki ibn Abbas, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdiyində, Muhacir və Ənsar'dan sadəcə müfəssəl surələri (haşiyə) əzbərləmişdi.
---------------------------------
(Haşiyə:
Müfəssəl surələr: lüğətdə "təfsil edilmiş" mənasına gələn bu söz, Quranın sonundakı qısa surələrə deyilir.
Bu surələr, 49-cu surədən başlayır və 3 qismə ayrılır:
1. Tivəl-i müfəssəl: Hucurat surəsindən 86-ci surə olan Buruc surəsinə qədər 36 surəyə, bu isim verilmişdir.
2. Əvsat-i müfəssəl: Buruc surəsindən 92-ci surə olan Leyl surəsinə qədər olan 7 surəyə, bu isim verilmişdir.
3. Qisar-ı müfəssəl: Leyl surəsindən Nas surəsinə qədər olan 22 surəyə, bu isim verilmişdir.)
---------------------------
İbnu't-Tin, belə deyir:
"Davudi'nin bu ifadəsi, ibn Abbasın cümləsinin zahirinə çıxmaq, hətta ifadədən uzaqlaşmaqdır. Çünki "...uqriu"/"öyrədirəm" mənasındadır."
İbn İshaq'ın, Abdullah b. əbu Bəkr vasitəsilə Zühri'dən nəql etdiyi bu rəvayət də, bu tənqidi dəstəkləməkdədir:
"Minada, Ömərlə birlikdə olduğumuz vaxt, ara-sıra, Abdu'r-Rahmən b. Avf'ın yanına gəlib ona Quran öyrədirdim."
Bu xəbəri, ibn əbi Şeybə nəql etmişdir. (bax: "əl-Musannəf", Vll, 431)
İbn Abbas, zəkalı və sürətli əzbərləmək qabiliyyətinə sahib biri idi. Bir çox səhabə, cihadla məşğul olduqları üçün, Quranı əzbərləyə bilməmişlərdi. Nəsibi olanlar, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından, Mədinədə yerləşəndən sonra, bu nöqsanlarını ortadan qaldırdılar.
--------------------------------
"...filan kimsəyə..."
Yəni: "Talha b. Ubeydullah'a beyət etdim."
--------------------------------
"...Allahın qulu deyin..."
İmam Malik'in rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Mən, ancaq Allahın quluyam. Mənim üçün, Allahın qulu və rəsulu deyin." buyurmuşdur.
Əbu'l-Fərəc ibnu'l-Cevzi, belə deyir:
"Bir şeyin qadağan edilməsindən, o şeyin (qadağadan əvvəl) vaqe olması/baş verməsi, nəticəsi çıxmaz. Çünki, biz, Peyğəmbərimiz haqqında, xristiyanların İsa (əleyhissəlam) haqqındakı iddiaları kimi iddiada olduğunu bilmirik. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gətirdiyi qadağa, elə başa düşülür ki, Muaz b. Cəbəl hədisində bildirilən hadisədən dolayıdır. Çünki o, səcdə etmək üçün icazə istəyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bundan çəkinmiş və ona qadağa gətirmişdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), sanki başqasının, Özünün (yəni Peyğəmbərin) də fövqündə mübaliğə edəcəyi (yəni hər hansı bir şəxsin, başqalarının özünə səcdədə daha iləri gedəcəyi) narahatlığını hiss etmiş və əmri təyid/qüvvətləndirmək, dəstəkləmək üçün, dərhal qadağa gətirmişdir."
İbnu't-Tin, belə deyir:
"Lə tutrini', yəni: "Məni (Məryəm oğlu İsanın tərifləndiyi kimi) tərifləməyin. Çünki:
~ Onların bir qismi: onun haqqında iləri gedib, özünü, Allahın yanında bir ilah qəbul etdilər;
~ Bəziləri isə: onun, Allah olduğunu iddia edərkən;
~ Bir qismi də: "Allahın oğludur." dedilər.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), gətirdiyi qadağanın ardından:
"Mən, Allahın quluyam." dedi."
İbnu't-Tin, belə davam edir:
Ömərin, bu hadisəni burda zikr etməsinin arxasında yatan incəlik, özünün, Müsəlmanların ifrata düşmə narahatlığını hiss etməsindəndir. Yəni Ömər (radiyallahu anh), anlayış qabiliyyəti olmayan bir kimsənin, yalnış bir zənnə qapılacağından və hər hansı bir şəxsin xəlifəliyə layiq olduğunu və layiq olmadığı halda bu vəzifəni üstlənməyə qalxacağını düşünməsindən qorxmuşdur. Yalnış zənnə qapılan şəxs isə, onda olmayan şeylərlə özünü tərifləyib, hədisdə gətirilən qadağalıq muhtəvasına düşə bilər.
Ömərin bu hadisəni nəql etməsinin səbəbi, bu da ola bilər:
Əbu Bəkri mədh edən şəxsin ağzından çıxanlar, qadağan edilmiş təriflər növündən deyildir. Bundan dolayı, Ömər: "..içinizdən heç kim...əbu Bəkrdən daha layiq deyildir..." demişdir.
Ömərin, rəcm hadisəsini (zikr etməsilə); (ardından da) ana və atalardan üz çevirməyi qadağan etməsi, söhbət etməsinə səbəb olan hadisədən dolayıdır. Bu hadisə, insanlar arasından birinin:
"Əgər Ömər ölərsə, mən, şübhəsiz filan şəxsə beyət edəcəm." şəklindəki ifadəsidir.
Ömər, rəcm hadisəsilə:
"Şəri əhkam/hökmlər mövzusunda, ancaq Quranda tapdığım şeylərlə əməl edərəm. Quranda isə, xəlifə öldüyündə, istişarə şərti, açıqca gətirilməmişdir. Tam əksinə, bu hökm, sünnətdən alınmışdır. Necə ki, rəcm də, oxunan Quranda mövcud deyildir. Bu hökm, sünnətdən alınmışdır."
deyən şəxsin, bundan vaz keçirilməsi gərəkdiyinə işarət etmişdir.
Ata və analardan üz çevirməyin qadağasına gəlincə, Ömər, sanki cəmiyyət cəhətindən ata məsabəsində olduğuna işarət etməkdədir. Dolayısı ilə, cəmiyyətin xəlifəni tərk edib başqa birini istəmə haqqı yoxdur. Tam əksinə, ataya itaət etmək necə gərəklidirsə, xəlifəyə itaət də -şərtlərini daşıması şərtilə- elə gərəklidir. Ömərin toxunduğu mövzuların bir-birilə münasibəti, bizim başa düşdüyümüz qədərilə, bunlardan ibarətdir. Həqiqi elm, uca Allahın qatındadır.
---------------------------------------
"...Diqqət edin! Həqiqətən o iş..."
Yəni əbu Bəkrə edilən beyət, deməkdir.
---------------------------------------
"...Lakin Allah, o işin şərrindən (ümməti) qorumuşdur..."
Yəni uca Allah, ümumiyyətlə tez gələ biləcək pislikdən, onları qorumuşdur. Çünki anidən etdiyi işdəki hikməti bilməyən bir şəxsin, ümumiyyətlə ondan razı qalmaması, normal bir haldır. Ömər, əbu Bəkrə beyətdə tələsilməsinin səbəbini, Ənsarın, Sə'd b. Ubadəyə beyət etmələrindən qorxması şəklində açıqlamışdır.
Əbu Ubeyd:
"Əbu Bəkrə beyətdə tələsik davrandılar. Çünki bu məsələ yayılar və layiq olmayan kimsələr bu işə qarışar və pislik meydana gələr deyə, qorxdular." demişdir.
Davudi'nin bu mövzudakı görüşü, belədir:
Ömərin:
"Əbu Bəkrə edilən beyət, birdən-birə olmuş və tamamlanmışdır." sözünün mənası:
"Bu beyət görüşünü almaq, lazım olan hər kəs mövcud olduğu halda, heç kimlə danışılmadan edilmişdir, deməkdir."
İmam Şafi'nin tələbəsi Kərabisi, bu açıqlamaya etiraz etmiş və belə demişdir:
"Tam əksinə, məqsəd, əbu Bəkr və bərabərində olanların Ənsara getməkdə müxalif davranmaları və onların hüzurunda əbu Bəkrə beyət etmələridir. Halbuki Ənsarın arasında, əbu Bəkrə beyət etməsi gərəkdiyini bilməyən kimsələr də vardı. Bunlar:
'Biz Ənsar topluluğundan bir əmr, sizlərdən də bir əmr olsun, ey Qureyş!' demişlərdir."
----------------------------------
"...və içinizdən elə bir kimsə yoxdur ki, eynilə əbu Bəkr üçün edildiyi kimi, onun üçün boyunlar kəsilsin..."
Xattabi'yə görə, Ömərin demək istədiyi, budur:
İçinizdən fəzilət cəhətindən özünə çatıla bilməyəcək dərəcədə yol almış biri belə, əbu Bəkrin dərəcəsinə çata bilməz. Heç kim əbu Bəkrin çatdığı dərəcəyə çatacağını ummasın. Əbu Bəkr, əvvəl dar çərçivədə bu beyəti almış, sonra insanlar ona beyət etməkdə ittifaq etmişlər və özü haqqında ixtilafa düşməmişlərdir. Çünki onun xəlifəliyə layiq olduğunu başa düşmüş və onun xəlifəliyi mövzusunda düşünməyə, söhbətlərdə iştirak etməyə, ehtiyac DUYMAMIŞLARDIR. Ondan başqası, bu mövqedə deyildir.
Ömərin bu sözü, əbu Bəkrin xəlifəliyində edildiyi kimi, bir mövzuda tələsik davranmaqdan çəkinmək gərəkdiyinə işarət etməkdədir. Çünki ortada əbu Bəkr kimi bir namizəd yoxdur. Çünki əbu Bəkr, bir çox özəllikləri özündə toplamış bir şəxsdir. O:
~ Allahın əmrinə tabe olan;
~ Müsəlmanlara alçaq könüllü davranan;
~ Gözəl əxlaq sahibi;
~ Siyasəti bilən; və
~ Tam bir təqvaya sahib olan
şəxsdir. Başqa heç bir şəxs, ondakı bu özəllikləri (onun qədər) daşımamaqdadır. Dolayısı ilə, onun xaricində bir şəxsə, istişarə edilmədən beyət edildiyində, pislik qaynağı ola ixtilafın doğmayacağından heç kim əmin ola bilməz.
------------------------------------------
"Yuəqu", yəni: "Ona və'q gəlir." "Və'q" də: "titrəmə ilə birlikdə yüksək hərarət/qızdırma"dır. Zatən bundan dolayı örtüyə bürünmüşdür.
-------------------------------------
"...onların (ənsarın) xatibi, şəhadət kəlimələrini söylədi..."
Onların xatiblərinin ismini bilə bilmədim. Sabit b. Qays b. Şəmmas, Ənsarın xatibi olaraq çağırılırdı. Elə başa düşülür ki, Ənsarın xatibi, Sabit idi.
-----------------------------------
"Kətibətu'l-İslam" = "İslamın böyük ordusu" deməkdir.
Hədisdə keçən "kətibə"nin cəm halı, "kətəib"dir. Bu: "bir araya toplanmış, böyük bir ordudur."
Ömərin onlara bu şəkildə xitab etməsi, mübaliğə üçündür. Ömər, onlara, sanki: "Sizlər, İslam toplumusunuz." demiş olmaqdadır.
-----------------------------------
"Fələmmə səkətə"
Yəni: "Ənsarın xatibi susunca" deməkdir. Onun ifadəsindən başa düşülən, budur:
Ənsarın xatibi, Mühacirlərdən bu qrupun, Ənsara, özlərinin daha layiq olduqlarına inandıqları bir vəzifə mövzusunda əngəl olmaq istədiklərini xəbər vermişdir. Və beləcə, üstü qapalı olaraq, əbu Bəkr, Ömər və onlarla bərabər gələnləri qəsd etmişdir.
----------------------------------
"Fə qalə qailu'l-Ənsari" = "Bu vaxt, Ənsardan biri, belə dedi":
Süfyan, Bəzzarda yer alan rəvayətində, bu xatibin adını: Hubab b. əl-Munzir olaraq verməkdədir.
İbn Şihab, belə deyir:
"Səid b. əl-Müsəyyəb, mənə, "ənə cuzəyluhə'l-muhəqqəqu" deyən şəxsin, Hubab b. əl-Munzir olduğunu xəbər verdi."
Daha əvvəl, Aişə (radiyallahu anha) hədisində, məvsul olaraq belə keçmişdi:
"Əbu Bəkr: 'Bizlər əmirlərik, sizlər vəzirlərsiniz.' dedi. Bunun üzərinə, Hubab b. əl-Munzir, belə cavab verdi:
'Xeyr! Allaha and olsun ki, bunu edə bilmərik. Bir əmir sizdən, biri də bizdən olsun.' dedi."
...Xattabi, belə deyir:
"Bir əmir bizdən, bir əmir sizdən olsun." deyən şəxsi buna sövq edən, ərəblərin anlayışıdır. Onlara görə, bir topluluğun başına keçib lider olacaq şəxs, ancaq özlərindən olar. Bu sözü söyləyən şəxs, İslamın dövlət başçılığı mövzusundakı hökmünü və bu vəzifənin Qureyşə aid olduğunu eşitməmiş kimidir. Ancaq bundan xəbərdar olunca, söhbətini saxlamış, özü və qövmü də, əbu Bəkrə beyət etmişdir.
---------------------------------------
Hədisdən çıxan nəticələr:
1. Elmi verənin yaşı, elmi alandan daha kiçik, cəmiyyət içindəki mərtəbəsi ondan daha aşağı olsa belə, yenə də onu/elmi, əhlindən almaq lazımdır.
2. Elm, əhli olmayan kimsələrə verilməz və onu qavramayacaq şəxsə (elm) açılmaz.
3. Anlayışı az olan bir şəxsə, qaldıra bilməyəcəyi şey, söylənməz.
4. Cəmiyyəti/topluluğu fəsada sürükləyəcək fəaliyyətindən narahatlıq duyulan bir şəxsin danışdığı şeyləri dövlət başçısına xəbər vermək, caizdir. Və bu, qınanmış olan söz daşımaqdan (nəmimədən) sayılmaz. Ancaq 2 maslahatı təmin etmək və (xəbəri verəni) qorumaq üçün, xəbərdarlığın üstü örtülü edilməsi lazımdır. Hər halda, bu hadisədə, həqiqətən də belə idi. Ömər, bundan çəkindirməklə kifayətlənmiş və o görüşü dilə gətirəni cəzalandırmadığı kimi, söylədiyi iddia edilən şəxsi də, cəzalandırmamışdır.
5. Bir cəmiyyətin öndəri haqqında mübah olan elə şeylərə qatlaşıla/səbr göstərilə bilər ki, bunlara, başqaları haqqında əsla qatlaşılmaz/səbr göstərilməz. Çünki Ömər:
"...Və içinizdən heç kim, özünə boyunların uzadılmasına, əbu Bəkrdan daha layiq deyildir..." demişdir. Ümumi bir məşvərət olmadan, əbu Bəkrə beyət edilməsinə səbr göstərilməsindən/qatlaşılmasından dolayı, onun sifətlərini daşımayan hər kəs üçün, bunun (istişarə edilmədən xəlifə seçməyin) mübah olduğu nəticəsi ÇIXARILA BİLMƏZ.
6. Bir qadın, əri və ağası olmadığı halda hamilə olduğu təqdirdə, özünə hədd cəzası tətbiq edilə bilər. Ancaq hamiləliyinə bir dəlil gətirər və ya zorlandığını isbat edərsə, cəzadan qurtular.
İbn Abdi'l-Bərr, belə deyir:
"Ömərin, bir çox (özünə gətirilən) iddiada (yəni məhkəməlik olan işlərdə) hədd cəzasını qaldırdığına dair xəbərlər gəlməkdədir."
İbn Abdi'l-Bərr bundan sonra, Şu'bə, Əbdü'l-Məlik b. Meysərə isnadı ilə, ən-Nəzzal b. Səbrə'nin bu ifadəsini nəql edir:
"Mina'da, Ömərlə birlikdə idik. Birdən qarnı burnuna dəyən hamilə bir qadın, ağlayaraq yanımıza gəldi. Ömər qadından bunun səbəbini soruşduğunda, qadın belə cavab verdi:
'Mən, yuxusu ağır bir qadınam. Bir gecə, namaza qalxmışdım. Sonra təkrar yatdım. Oyandığımda, adamın biri üstümə çıxmış, məni zorlayırdı. Sonra işini bitirincə, çıxıb getdi. Kim olduğunu bilmirəm.'
Bu ifadənin ardından, Ömər, qadından hədd cəzasını qaldırdı."
Bəzi alimlər:
"Dövlət başçısı, qadının, zorlandığı iddiasında doğru söylədiyinə dair əlamətlər görərsə, bunu qəbul edər." demişlərdir. Ancaq (yaşadığı yerdə) dindarlığı və doğru sözlülüyü ilə məşhur olmamış, zorlandığına dair əlində bir qərinəsi (ip ucu) olmayan qadının zorlandığı iddiası -xüsusilə də qadın şübhəlidirsə- qəbul edilməz.
İbn Abdi'l-Bərr, Mədinə xalqının, Abdu'r-Rahmən b. Avf və Ömər'in bu mövzuda ittifaqları səbəbilə, elm və anlayış sahibi kimsələr olduqlarını, bu xəbərdən çıxarmışdır.
İbn Battal'ın nəql və qəbul etdiyi üzərə, Mühəlləb də belə söyləmişdir. Bu hökm, o dövrün insanları haqqında, isabətlidir. Bu mövzuda onlara bənzəyənlər də, özləri kateqoriyasındadırlar (yəni elə dəyərləndirilirlər). Bundan, bəhs mövzusu halın, hər əsrdə, hətta hər şəxsdə bu şəkildə davam edib gələcəyi nəticəsi çıxarıla bilməz.
7. Elm öyrənib anlamaq/qavramaq qabiliyyəti olan şəxsə, onu təbliğ etməli; anlamayana isə, bildirilməməlidir. Ancaq insan, eşitdiyi xəbəri eynilə nəql edə bilir və üzərində hər hansı bir dəyişiklik etmirsə, ona da elmi təbliğ etməkdə, hər hansı bir beis yoxdur.
Mühəlləb, Ömərin:
~ "Atalarınızdan üz çevirməyin." hədisi ilə;
~ Rəcm hədisinə (bərabər) yer verməsi arasında belə bir münasibətə işarət etməkdədir:
Ömər, bununla:
• heç kimin, əlində Quran və ya hədisdən nass mövcud olmayan bir mövzuda, qəti danışmasının isabətli olmayacağını; və
• heç kimin, öz görüşünə baş vurmaq surətilə, nəfsinin özünə xoş göstərdiyi şeyi söyləyib, (belə) etməsinin uyğun olmayacağına işarət etmişdir.
Necə ki:
"Ömər ölərsə, filan şəxsə beyət edəcəm." deyən şəxs, bax belə qəti danışmışdır. Çünki o şəxs, xəlifəliyə əlverişli olan kimsənin, özündə daşıması lazım gələn şərtin, Quranda yazılı olduğunu görməmişdir və xəlifə olmasını istədiyi şəxsi, əbu Bəkrin xəlifə seçilməsi hadisəsinə qiyaslamış, arada fərq olduğu üçün, qiyasında yanılmışdır. Halbuki etməsi lazım gələn şey, elm əhli kimsələrdən, Kitab və sünnətin hökmünü soruşması və onların göstərdiyi şəkildə hərəkət etməsi idi.
Ömər (radiyallahu anh), rəcm hadisəsi ilə, ana və atalardan üz çevirməyin qadağalığı hadisəsinə yer vermişdir. Halbuki bu 2 hadisə, -hər nə qədər uca Allahın haqqında hökm endirdiyi, hökmünün davam etdiyi və oxunmasının nəsx edildiyi şeylərdən olsa da- oxuduğumuz Quranda, ayət olaraq mövcud DEYİLDİR. Ancaq bu hökmü başa düşmək, bəhs mövzusu həqiqəti başa düşə biləcək səviyyədəki elm əhli kimsələrə məxsusdur.
8. Bir topluluğun fitnəyə düşəcəyi və həqiqəti qəbul etməyəcəyi narahatlığı daşıyan bir kimsənin onlara getməsi, özlərilə mübahisə etməsi və onlara lazımi dəlil gətirməsi, gərəklidir.
Nəsai'nin nəqlinə görə, Salim b. Ubeydullah, belə demişdir:
"Mühacirlər, xəlifəlik mövzusunu danışmaq üzərə bir araya gəldilər və sonra:
'Ənsar qardaşlarımıza gedək.' dedilər.
Ora varınca, Ənsara:
'Bizdən bir əmir, sizdən də bir əmir olsun.' dedilər." ("Sünənü'l-Kubra", lV, 263)
Bunun üzərinə, Ömər belə dedi:
"Bir əmir sizdən, bir əmir də bizdən olarsa, bu, 1 qında, 2 qılınc deməkdir. Bu da, münasib olmaz."
Sonda Ömər, əbu Bəkrin əlini tutaraq:
"...onlardan biri öz yoldaşına: “Qəm yemə, Allah bizimlədir!” (Tövbə/40) deyərkən, üçüncüləri Allah olan kim idi? Onlar mağarada ikən, onun dostu kim idi? Kim idi o 2 dost?"
Ömər, bundan sonra, əbu Bəkrə beyət etdi. Ardından insanlar da, ona ən gözəl bir beyətlə beyət etdilər.
9. Mərtəbəsi yüksək bir şəxs:
~ ədəbli olmaq; və
~ öz nəfsini təmizə çıxarmaqdan çəkinmək
məqsədilə, öz səviyyəsindən daha aşağı olan birinə alçaq könüllü davranıb, onu özünə tərcih edə bilər. Necə ki, Ömərin: "Uzat əlini!" dediyində, əbu Bəkrin bundan çəkinməməsi, bu həqiqəti göstərməkdədir.
10. Müsəlmanların birdən çox dövlət başçılarının olması, mümkün deyildir.
11. Fitnəyə davam edəcəyi narahatlığı bəhs mövzusu olan kimsəyə bəd dua etmək, caizdir.
12. Dövlət başçısının hüzurunda bir başqa şəxsə böhtan atan şəxs haqqında (böhtandan dolayı zərər çəkən şəxs) şikayət tələb etmədikcə, dövlət başçısının böhtan cəzası tətbiq etməsi lazım gəlməz. Çünki böhtana uğrayan şəxs, bunu əfv edə və ya onun bu günahının örtülməsini istəyə bilər.
13. Dövlət başçısı, bir topluluğun qadağan olan bir feli işləmə narahatlığı daşıyırsa:
~ onlara getməsi;
~ nəsihət etməsi; və
~ o feli işləməkdən əvvəl özlərinə xəbərdarlıq etməsi
lazımdır.
- İmam Cəfər Sadiqin əbu Bəkr və Ömər haqqındakı görüşləri
- Dövlət başçısı necə təyin edililir?
- Ömər Əlinin qızı yoxsa əbu Bəkrin qızı ümmü Gülsüm ilə evlənib?
- Əli digər səhabələrdən fərqli olaraq ayrıca bir mushaf yazıbmı?
- Osmanın Uhud və Bədr döyüşlərindən qaçması və ağac altında beyət etməməsi doğrudurmu?
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- Kəramət- 2
- Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.
- Ömər və təyəmmüm
- İmam Şafinin əbu Hənifə ilə təbərrük etməsi