Tövbə surəsi 119-cu ayə

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَكُونُوا۟ مَعَ ٱلصَّـٰدِقِينَ

Yə əyyuhəlləzinə əmənu! İttəqullah və kunu məa's-sadiqin.

Yəni:

"Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə bərabər olun." (Tövbə/119)

--------------------------

Təfsiri:

Bil ki, Allah Taala, bu 3 nəfərin tövbəsini qəbul etdiyini bildirincə (bax: Tövbə/118), bəhsi keçən şeyi, yəni, cihadda, Peyğəmbər (sallalahu aleyhi və səlləm)'dən geri qalmağı əngəlləmək sədədində bir ifadə zikr edərək,

"Ey iman edənlər! Peyğəmbər (sallalahu aleyhi və səlləm)'in əmrinə müxalif etmə xüsusunda, Allahdan qorxun və döyüşlərdə, sadiq/doğru olanlarla, yəni, Peyğəmbər və əshabı ilə bərabər olun. Əsla, döyüşdən geri qalanlardan və münafiqlərlə bərabər evlərində oturub qalanlardan olmayın." buyurmuşdur.

Ayə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ: (Ayənin, icma'ya dəlil olması)

Allah Taala, möminlərlə, sadiqlərlə bərabər olmağı əmr etmişdir. Sadiqlərlə bərabər olmaq vacib olduğuna görə, hər zaman və hər dövrdə, sadiqlərin var olması lazım gəlir. Bu da ---> hər kəsin, batil üzərində ittifaq etməsinə manedir. Hər kəsin batil üzərində ittifaq etməsi imkansız olduğuna görə, yenə hər kəs, bir şey üzərində ittifaq etdiklərində, ---> haqqı tapmış olmaları lazım gəlir.

Bax bu da, ümmətin icmasının bir hüccət olduğuna dəlalət edir.

(Şiə'nin məsum imam iddiasının rəddi):

İndi, əgər biri çıxıb:

"Haqq Taala'nın: 'Sadiqlərlə bərabər olun.' ayəsilə: 'Sadiqlərin yolu üzərə olun.' mənası da qəsd edilmiş ola bilər. Bu, eynilə, bir kimsənin, öz uşağına: 'Salehlərlə bərabər ol!' dediyində, onun qayəsi, bu mənanı (yəni, sadiqlərin yolu üzərinə olmaq mənasını) ifadə etməkdədir.'

Biz, bunu qəbul edirik. Ancaq deyirik ki:

'Bu əmr, sadəcə Peyğəmbər (sallalahu aleyhi və səlləm) zamanında var idi. Bundan dolayı, bu, Peyğəmbər (sallalahu aleyhi və səlləm) ilə bərabər olmaq xüsusunda, bir əmrdir. Bu səbəblə də, bu ifadə, digər zamanlarda da bir sadiqin (yəni, peyğəmbərin) mövcud olacağına dəlalət etmiş olmaz.

Deyək ki, biz, bunu da qəbul etdik.

O halda, Şiə'nin də dediyi kimi, ayədəki 'sadiq'in, mükəlləfiyyət zamanının (yəni, dünya həyatının), onsuz olması imkansız olan 'məsum imam' mənasında olması, nə üçün caiz olmasın?"

deyilərsə, birinciyə belə cavab verərik:

"Sadiqlərlə bərabər olun." əmri, sadiqlərə tabe olmaq xüsusunda, bir əmr; onlara müxalifət etmək xüsusunda da, bir nəhydir. Bu isə, hər zaman sadiqlərin mövcud olması şərtinə bağlıdır. Halbuki, vacibin, ancaq özü ilə tamamlanacağı şey də, vacibdir. (haşiyə) Bundan dolayı, bu ayə, sadiqlərin hər zaman mövcud olacağına dəlalət etmiş olur.

-------------------------

(Haşiyə:

Vacib nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/vacib-n%C9%99dir

-------------------------

Bu sualı soruşanın, "Ayə, 'Sadiqlərin yolu üzərə olun.' mənasındadır." şəklindəki sözünə gəlincə, biz, deyirik ki:

"Bu, ayənin zahiri mənasını, bir dəlil və səbəb yox ikən tərk etməkdir."

Onun: "Bu əmr, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanına dair bir əmrdir." şəklindəki sözünə gəlincə, biz, deyirik ki:

Bu da, bu səbəblərdən dolayı yalnışdır:

1. Quranda zikr edilən mükəlləfiyyətlərin, qiyamətə qədər mükəlləflərə dair olduğu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dinində, açıq bir təvatürlə sabitdir. Bundan dolayı, bu mükəlləfiyyət (yəni, sadiqlərlə bərabər olmaq) da, belədir (yəni, qiyamətə qədərdir).

2. Bu siğa (sözün bu formada gətirilməsi), bütün vaxtları əhatə edir. Necə ki, bu ifadədən istisna edilə bilməsi də, bunun dəlilidir. (Yəni, "Bu əmr, o vaxta məxsus idi." şəklində bir iddia gətirə bilməyiniz, bu əmrin, bütün zamanlara şamil olmasına dəlildir.)

3. Ayətin ləfzində, müəyyən bir zaman zikr edilmədiyi üçün, ayəni, zamanların bir qisminə həml etmək, digər zamanlara həml etməkdən daha əvla olmaz. Bunu, bəzi zamanlara həml etmək, tə'tilə (ayəni, muattal/hökmsüz, funksiyasız buraxmağa) aparır ki, bu, batildir. Ayəni bütün zamanlara həml etməyə gəlincə, bax əldə etmək istədiyimiz nəticə də, budur.

4. Haqq Taala'nın "Ey iman edənlər! Allahdan qorxun!" ifadəsi, onlara, təqvanı əmr edən bir ifadədir. Bu əmr, müttəqi olmayacaq olanları da əhatə edir. Bu da, ancaq, o kimsənin xəta etmə ehtimalı olduğunda mümkün olur. Bundan dolayı, ayə, xəta edə biləcək olanların, ismətləri (xəta etməmələri) vacib olan Kimsələrə tabe olmaları gərəkdiyinə dəlalət etmiş olur. İsmətləri vacib olanlar da, Allahın, özləri üçün "sadiqlər" hökmünü verdiyi kimsələrdir. Bundan dolayı, bu ayə, xətadan məsum olanın, xəta edə biləcək kimsələrin xətalarına mane ola bilməsi üçün, xəta edə biləcək kimsələrin, xətadan məsum olanlarla bərabər olmaları gərəkdiyinə dəlalət edir. Bax bu, hər zaman üçün bəhs mövzusudur. Bundan dolayı, bunun, hər zaman mövcud olması lazımdır.

Sual soruşanın, "Bundan muradın, mömin kimsənin, hər zaman mövcud olan məsum ilə bərabər olması mənası, nə üçün caiz olmasın?" şəklindəki sözünə gəlincə, biz, deyirik ki:

Biz də, mütləq, hər zaman, bir məsumun olmasını qəbul edirik. Lakin biz, bu məsumun, "Muhamməd ümmətinin topluluğu" olduğunu söyləyirik. Siz isə, bu məsumun, ümmətdən biri olduğunu iddia edirsiniz. Bu səbəblə, biz, bu ikincisinin yalnış olduğunu deyirik. Çünki, Allah Taala, möminlərdən hər birinə, sadiqlərlə bərabər olmağı vacib qılmışdır. Bu isə, mömin üçün, ancaq, o sadiqin kim olduğunu bilməsi halında mümkün olur. Bu, o sadiqin kim olduğunu bilməyən üçün, mümkün deyildir. Bundan dolayı, sadiqin kim olduğunu bilməyən də, sadiqlərlə bərabər olmaqla əmr olunmuş olsaydı, bu, "təklif-u mə lə yutaq" (haşiyə) olardı. Bu isə, caiz deyildir. Lakin biz, ismət sifətini daşıyan müəyyən bir insan tanımırıq. Bizim, belə (yəni, məsum) bir insanı bilə bilməyəcəyimizi bilməyimiz, zəruri və qətidir. Elə isə, Haqq Taala'nın "Sadiqlərlə bərabər olun!" əmri, müəyyən bir şəxslə bərabər olma xüsusunda bir əmr olmamış olur. Bu, yalnış olunca, geriyə, bu ifadədən muradın, "ümmətin topluluğu ilə bərabər olma" ehtimalı qalır. Bu da, ümmətin ümumunun görüşünün, haqq və doğru olduğuna dəlalət edir. Bizim, "İcma, bir dəlildir." sözümüzün mənası da, bax budur.

--------------------------

(Haşiyə:

Təklif-u mə lə yutaq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/guc-catdirila-bilm%C9%99y%C9...)

--------------------------

✓ İkinci məsələ:

Ayə, sidqin (sadiqlik, doğruluğun) fəzilətinə və dərəcəsinin ucalığına dəlalət etməkdədir. Bunun belə olduğunu, bunlar da dəstəkləməkdədir:

a. Rəvayət edildiyinə görə, bir adam, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlir və: "Mən, Sənə iman etmək istəyən bir adamam. Ancaq, içki içməyi, zina etməyi, oğurluq etməyi və yalan danışmağı da sevirəm. İnsanlar isə, Sənin, bütün bunları haram qıldığını deyirlər. Mən isə, bunların hamısını tərk etməyə, taqət gətirə bilmərəm. Əgər Sən, bunlardan sadəcə 1-indən dönməyimi kifayət görərsənsə, Sənə iman edərəm." deyir.

- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Yalanı tərk et!" buyurur.

Adam da bunu qəbul edir və müsəlman olur.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanından ayrılınca, bəzi adamlar, buna, içki təklif edirlər. O da, (öz-özünə): "Əgər içsəm, Peyğəmbər də məndən içib-içmədiyimi soruşsa və mən də yalan danışsam, verdiyim sözdə durmamış olacam. Yox əgər doğru danışaramsa, o vaxt da, içki üçün hədd cəzası tətbiq edər." deyə düşünür və içkini tərk edir. Sonra, ona, bəzi adamlar, zina təklifi edirlər. Eyni düşüncə xatirincə gəlincə, ona da yaxın durmur. Oğurluq məsələsində də, belə olur. Bunun üzərinə, bu şəxs, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, "Etdiyin, nə qədər gözəl oldu. Sən, məni yalandan uzaq tutunca, bütün pislik qapılarını mənə bağlamış oldun." deyir və hər şeydən tövbə edir.

...c. Haqq Taala'nın, Quranda, iblisdən nəql etdiyi

• قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ • إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ

"İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” (Saf/82-83) ifadəsi haqqında, belə deyilmişdir:

İblis, belə bir istisna etmişdir. Çünki əgər o, bu istisnanı etməmiş olsaydı, bütün insanları yoldan çıxarmaq iddiasında, yalançı olmuş olardı. Beləcə o, yalandan çəkinərək bu istisnanı etmişdir. Bundan dolayı, yalan, iblisin belə çəkindiyi bir şey olduğuna görə, Müsəlmanın ondan çəkinməsi, əvləviyyətlə şərt olur.

d. İmanın, digər itaətlərdən deyil sadiqlikdən sayılması, sidqin fəzilətinə; küfrün də, digər günahlardan deyil yalandan sayılması da, yalanın pisliyinə dəlalət edər.

Alimlər, yalanın qəbih (pis, çirkin) olmasını gərəkdirən şeyin nə olduğu xüsusunda, ixtilaf etmişlərdir. (Əhl-i Sünnət) alimlərimiz, onun qəbih olmasını gərəkdirən şeyin, yalanın, həm aləmin, həm də insanın işlərini pozması olduğunu söyləmişlərdir.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

Read 46 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR