İcma nədir?
Qüvvət və hüccət olmaq cəhətindən, nass'lardan sonra icma gəlir. Bu dəlil də, əslində, nass'lara söykənir.
Şafi, şər'i dəlillərdən istinbat edilən hökmləri, 2 qismə ayırmaqdadır:
1. Zahirdə və batində həqiqətə uyğun olan hökmlər. Ki, bunlar, Quran və mütəvatir sünnət nass'larından götürülmüşlərdir.
2. Zahirdə həqiqətə uyğun olan hökmlər. Ki, bunlar da, əhəd xəbər, icma və qiyas ilə sabitdirlər.
Bu mövzuda, Şafi, belə deyir:
"Kitab və ixtilafa düşmədən üzərində icma edilən sünnət ilə hökm verilər. Bu təqdirdə, 'Zahir və batində haqq ilə hökm etdik.' deyərik. Əhəd xəbər olan və üzərində icma edilməyən sünnət ilə də hökm verilər. Bu təqdirdə də, 'Zahirdə, haqq ilə hökm etdik.' deyərik. Çünki, belə bir hədisi rəvayət edən, yanılmış ola bilər. İcma ilə, sonra da qiyas ilə hökm verərik. Bu (sonuncusu), əhəd xəbərdən daha zəifdir. Çünki, xəbər mövcud ikən, qiyas caiz olmaz." ("ər-Risalə", s. 599)
"İcma": "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sonrakı dövrdə, əməli bir məsələnin şər'i hökmü üzərində, İslam müctəhidlərinin birləşməsi"dir. İslam alimləri, bu icmanın hüccət olmasında, ittifaq etmişlərdir.
Ancaq, icma edəcək müctəhidlərin kimlər olacağı mövzusunda, alimlər ixtilaf etmişlərdir. Şiələr, öz müctəhid və imamlarının icmasını hüccət olaraq qəbul etmiş; müsəlmanların böyük əksəriyyəti də, alimlərin cumhurunun icmasını hüccət saymışdır.
İslam fiqhində, icma fikrinin ortaya çıxması, səhabələr əsrində başlayıb müctəhid imamlar əsrinə qədər tədrici olaraq gəlmişdir. Bu inkişaf, 3 dövr təşkil edir:
1. Səhabələr, qarşılaşdıqları yeni məsələlər üzərində ictihad edərlərdi. Ömər (radiyallahu anh), onları bir araya toplayar, özlərilə istişarə və fikir alış-verişi edərdi. Səhabələr bir məsələ üzərində icma edərlərsə, dövlət işlərini, ona görə idarə edərlərdi. İxtilafa düşərlərsə, məsələni araşdırmağa başlayar və aralarındakı fəqihlərin icma etdiyi bir nəticəyə gələrlərsə, bu da ittifaqla qəbul edilərdi. Bu nəticə, əlbəttə, fərdi görüşlərdən qüvvətli olardı. Ancaq onlar, haqqında nass olan bir məsələ üzərində icma edərlərdi.
2. İctihad dövründə, hər imam ictihad edərkən, diyarlarındakı fəqihlərin görüşlərinə müxalif bir şey söyləməmək üçün diqqət edər və beləcə, öz görüşlərində, tək qalmaq istəməzdilər. Məsələn, əbu Hənifə, özündən əvvəl yaşamış olan Kufə alimlərinin icma etdikləri xüsuslara tabe olmaq üçün çox ciddiyyət göstərərdi. İmam Malik də, Mədinə əhlinin icmasını hüccət sayardı.
3. Fəqihlər, tabe olmaq üçün, səhabələrin icma etdikləri mövzuları öyrənmə xüsusunda çox səy göstərərlərdi. Hər müctəhid, səhabələrin icma etdikləri şeylərin xaricinə çıxmamağa çalışardı. Hətta, səhabələrin ixtilaf etdiyi xüsuslarda da, tamamilə onların görüşləri xaricinə çıxmamaq üçün səy göstərərdi.
Bax, səhabə və əvvəlki müctəhidlərə tabe olmaq yönündəki bu inkişaf ilə icma, ictihadda əhəmiyyətli bir yerə sahib olmuşdur. İcma üçün sənəd təşkil edən hədislər də vardır:
Peyğəmbər (sallallahu aleyhi və səlləm):
~ "Müsəlmanların gözəl gördüyü şey, Allah qatında da gözəldir." ("Müsnəd", 1-ci cild, s. 379);
~ "Ümmətim, dəlalət üzərə birləşməz." (ibn Macə, "Fitən", 8)
buyurmuşdur.
İmam Şafi də, Ömər (radiyallahu anh)'dan belə rəvayət etmişdir:
"Kimi cənnətin ortası sevindirirsə, o, camaatdan ayrılmasın. Çünki şeytan, tək qalan kimsə ilə bərabər; 2 nəfərdən isə, uzaqdır." ("ər-Risalə", s. 474)
---------------------------
İcma'nın imkanı (mümkün olması):
Alimlər, icmanın imkanı, vaqe olması və hüccət olması mövzusunda ixtilaf etmişlərdir. Bəzi alimlərə görə, bir əsrdə, müctəhidlərin hər hansı bir hökm üzərində birləşməsi, imkansızdır. Çünki, müctəhidlər, (İslam) diyarının hər tərəfinə yayılmış; beləcə, hər hansı bir mövzuda birləşmələri imkansızlaşmış; bu qədər uzaq ölkələrdəki insanların ittifaq etmələri, imkan xaricinə çıxmışdır. Ancaq icma, qəti bir nass'la əlaqəli olarsa, mümkün olar. Məsələn:
~ 5 vaxt namaz;
~ namaz qılınarkən, qibləyə dönülməsi;
~ oruc, zəkat və həccin
fərz olması üzərində, icma edilə bilər. Bunlar kimi qəti və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən təvatür yolu ilə sabit olan digər məsələlər üzərində də icma edilə bilər. Bu halda isə, əsasən, qəti nass, hüccət sayılar; icmanın isə, bir faydası olmaz. Çünki, icmanın əsas olaraq qəbul edilməsindəki əsas məqsəd, zənni bir dəlili, qətilik mərtəbəsinə yüksəltməkdir. Halbuki, yuxarıda verilən misalların hökmü, zatən qətidir.
Sonra, "Kimlərin icma səlahiyyəti vardır? İcma edəcək olanlar, 1 əsrdə yaşayan bütün müsəlmanlarmı, yoxsa onların alimləridirmi? İcma səlahiyyəti olan müctəhidlərin tərifi, nədir?"
Bütün bunlar, ixtilaf mövzusu olmuşdur. Şafi (radiyallahu anh), bütün bu sualları ələ alır və "Ciməu'l-İlm" adlı kitabında belə deyir:
- Şafi: "İcmaları hüccət olacaq elm əhli, kimlərdir?"
- Özü ilə münaqişə edən: "Onlar, bir diyar xalqının fəqih olaraq tanıdığı; hökm və görüşlərini qəbul etdiyi kimsələrdir.”
- Şafi, bu görüş haqqında da münaqişə edir və bunu, belə rədd edir: "Heç bir diyar yoxdur ki, onların bu sifətləri daşıyanları, özləri kimi olan digər kimsələri, fiqh bilməməklə ittiham etməsin; və onun, cahil olduğunu söyləməsin; və ya onun, fətva vermə səlahiyyəti olmadığını və onun görüşünə heç kimsənin tabe olmaması gərəkdiyini iləri sürməsin. Hər diyar xalqının öz aralarında ayrılığa düşdüyünü; sonra, hər diyarın digər diyarlarla ixtilaf halında olduğunu da bilirsən..." ("əl-Umm", 7-ci cild, s. 256-257)
İmam Şafi, alimlər arasındakı münaqişələri və eyni diyar alimlərinin bir-birini cərh etdiyi haqqında danışdıqdan sonra: "Bunlar, bir görüş üzərində, necə birləşəcəklər?" deyə soruşur. Bundan sonra, kəlam alimlərinin də müctəhidlər səfinə girib-girmədiyini ələ alır və mənfi bir üslubla: "Bunlar, icma səlahiyyəti olan alimlər arasında sayılırlarmı, sayılmırlarmı?" sualını iləri sürür.
Bunlardan başa düşülür ki, imam Şafi, icmanın imkanına, bu 4 cəhətdə etiraz etməkdədir:
1. Diyarların bir-birindən ayrı olması və fəqihlərin bir-birilə görüşə bilməməsi;
2. Hər böyük İslam şəhərindəki fəqihlər arasında, ixtilafın mövcud olması;
3. İcma edəcək kimsələrin təyin edilə bilməməsi;
4. Fəqih və görüş sahibi olan alimlərin vəsfləri üzərində ittifaq edilə bilməmiş olması.
İmam Şafi'nin münazirələrində, belə fikirlər iləri sürməsi səbəbilə, bir çoxu, Onun, icmanın imkanını qəbul etmədiyini zənn edir. Hətta bir adam, Ondan: "Hər hansı bir icma vardırmı?" deyə soruşmuş; O da, belə cavab vermişdir: "Bəli. Allaha həmd olsun, hər kəsin bildiyi fərzlərdə, icma çoxdur. Əgər: 'İnsanlar, bunlar üzərində icma etmişlərdir.' deyərsənsə, ətrafında, sənə müxalifət edən heç kim tapa bilməzsən. Bax, icmanın mövcudluğunu iddia edənlər, bu cəhətdən haqlıdırlar." ("əl-Umm", 7-ci cild, s. 257)
Buna görə, Şafi, fərzlər üzərində icmanın varlığını qəbul etməkdədir. Hərçənd, burda, fərzlərin istinad etdiyi hüccət, icma deyil, qəti dəlalətə sahib olan Quran və mütəvatir sünnət nass'larıdır, deyə düşünə bilərik.
İmam Şafi, icmanın imkanı xüsusunda, belə etirazları iləri sürməklə bərabər, icmanın hüccət olduğunu, "ər-Risalə" adlı əsərində qəbul etməkdədir. Hərçənd, O, münazirələrində, haqqında icma edilmiş olduğu iləri sürülən heç bir məsələni də, təslim etmir. Ondan əvvəl, əbu Yusuf'un da, belə dediyini bilirik. Məsələn, O, Əvzai'nin "Siyər"inə yazdığı rəddiyyədə, belə deyir:
"Əvzai'nin, 'Keçmişdəki müsəlmanların imamları, bunun üzərində birləşmişlərdir.' sözü, eynilə, Hicaz əhlinin qövlünə; və ya gözəl dəstəmaz ala bilməyən, təşəhhüddə otura bilməyən və fiqh üsulunu bilməyən Şam şeyxlərinin bəzilərinin görüşünə bənzəməkdədir." (əbu Yusuf, "ər-Rəddu alə Siyəri'l-Əvzai", s. 21)
Fəqihlərin cumhuruna görə, icma, həm mümkün, həm də vaqe olmuşdur. (Belə ki):
~ Səhabələr dövründə, nənə'nin, 1/6 miras hissəsi alacağına dair, icma hasil olmuşdur. Nənə, təkdirsə, 1/6-i özü alar; ikidirsə, 1/6 hissəni, öz aralarında paylaşarlar.
~ Yenə, səhabələr dövründə, bir qadının üzərinə, xalası və ya bibisinin nikahlana bilməyəcəyi xüsusunda da icma hasil olmuşdur.
~ Səhabələr, ata bir bacı və qardaşların, (ana bir) bacı-qardaşlar (da) olmadıqları təqdirdə, onların yerinə (yəni, bacı-qardaşlar yerinə) keçmələri üzərində, icma etmişlərdir.
~ Yenə, səhabələr, müsəlman qadının, qeyr-i müsəlman kişilə əqd etmiş olduqları nikahların batil olduğunda, icma etmişlərdir.
Səhabələrin icma etdikləri məsələlər, sayıla bilməyəcək qədər çoxdur.
~ Yenə, fəth edilən ərazinin fəth edənlərə paylaşdırılmaması haqqında da icma vardır.
Diyarların ayrılığı, müctəhidlərin təyin edilə bilməməsi və icma edəcək alimlərin sifətlərinin müəyyən olmaması kimi etirazlar, səhabələrin icmasına təsir etməz. "Qəti dəlillər üzərində, icma vardır. Zənni dəlillər üzərində icma edilə bilməz." şəklindəki etiraz da, səhabələr dövrü üçün varid olmamışdır. Çünki, səhabələr dövründəki icma mövzularının dəlilləri, ya qəti idi, ya da Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən əhəd xəbər üzərində idi ki, bu icmalar da, əhəd xəbəri zənnilikdən qətilik mərtəbəsinə yüksəltmişdir.
Mənə (əbu Zəhra'ya) görə, hüccət olan icma, səhabələrin icmasıdır. Onlar, (o dövrdə) digər diyarlara tamamilə yayılmamışlardı və o dövrdə, icma mümkün idi. Tabiun dövründə, icma mümkün idisə də, vaqe olmamışdır. Çünki, tabiun, (İslam xilafətinin) hər tərəfinə yayılmışdılar. Bu səbəbdəndir ki, fəqihlər, demək olar ki, səhabələrdən sonra, haqqında icma edildiyi iləri sürülən hər məsələ üzərində ixtilaf etmişlərdir. Bəziləri, bir şey üzərində icma olduğunu iddia edərkən; bəziləri də, bunu inkar etmişlərdir. Yuxarıda işarət etdiyimiz kimi, Şafi, münaqişə etdiyi kimsə qarşısında, belə davranmışdı. əbu Yusuf da, Əvzai'nin iləri sürdüyü icmaların varid olmadığını söyləmişdir. "Xilaf" ilə bağlı fiqh kitablarında, haqqında icma olduğu iləri sürülən məsələlər üzərində, alimlərin bir çox münaqişələrinə şahid olmaqdayıq.
Bu etibarla, "Səhabələrdən başqalarının icmasını bilmirik." deyənlərin sözündə, həqiqət payı vardır. Əhməd b. Hənbəl, üzərində icma olduğu iddia edilən məsələ haqqında: "Bu mövzudakı ixtilafı bilmirik." deməklə kifayətlənərdi.
---------------------------
İcmanın hüccət olması:
İcmanın hüccət olduğunu söyləyən fəqihlərin cumhuru, bu 2 dəlil ilə istidlal edirlər:
1. Ümmətin dəlalət üzərində birləşməyəcəyini və müsəlmanların gözəl gördüyü hər şeyi, Allahın da gözəl görəcəyini xəbər verən hədislər.
Bununla bərabər, səhabələrin icma etdikləri şeylərə qarşı olan felləri də, burda zikr edilə bilər.
Əli b. əbi Talib (radiyallahu anh)'ın belə dediyi rəvayət edilir:
"Mənim və Ömərin rəyi, ümmü'l-vələd olan cariyələrin (yəni, ağasından hamilə olub uşaq doğan cariyələrin) satılmayacağı üzərində ictima etmişdi (birləşmişdi). İndi isə, Mən, bunların satıla biləcəyini caiz görürəm."
Bunun üzərinə, Ona: "Ömərlə birləşən tək görüşün, tək başına olan görüşündən, daha üstündür." deyildi.
Şafi, icma mövzusunda, Ömər b. əl-Xattab'ın, Şam'ın Cabiyə kəndində etdiyi bir söhbətində, belə dediyini rəvayət edir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), -mənim, sizin aranızda etdiyim kimi- aramızda ayağa qalxdı və belə buyurdu: 'Səhabələrimə, sonra onların ardınca gələnlərə, sonra da onların ardınca gələnlərə hörmət edin. Daha sonra, yalan ortaya çıxar; hətta (bir şəxs), təklif edilmədiyi halda, and içər; istənmədiyi halda, şahidlik edər. Kimi, cənnətin ortası sevindirirsə, o, camaatdan ayrılmasın. Çünki, şeytan, tək qalan kimsə ilə bərabər olub 2 adamdan uzaqdır. Bir kişi, bir qadınla, təklikdə qalmasın. Çünki, üçüncüsü, şeytan olar. Bir kimsəni yaxşılığı sevindirir, pisliyi də kədərləndirirsə, bax o, mömindir." ("ər-Risalə", s. 474)
Burdakı "camaatdan ayrılmamaq": "camaatın üzərində ittifaq etdikləri şeylərə tabe olmaq" deməkdir.
2. Quranda, belə buyurulur:
وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxarsa və möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora, nə pis dönüş yeridir." (Nisa/115)
Bu nass göstərir ki, möminlərin yolundan başqasına tabe olmaq, haramdır. Çünki, belə edənlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən ayrılmış olub; Allah Taala, onları cəhənnəmdə yandıracaqdır. Ora isə, çox pis yerdir. Möminlərin yolundan başqasına tabe olmaq, haram olunca; onların yoluna tabe olmaq vacib olur. Bir kimsə, möminlərdən ayrılar və onların görüşlərinin ziddini iləri sürərsə, əlbəttə, onların yollarına tabe olmamış olar. Məsələn, möminlər camaatı, "Bu, halaldır." deyərsə, eyni şey üçün "Bu, haramdır." deyənlər, onların yollarına tabe olmamış olarlar. Bax bu, icmaya tabe olmaq gərəkdiyini göstərir. Buna görə, icma, istinbat mövzusunda bir dəlil və hüccət təşkil edir.
Şafi, icmaya tabe olmağı gərəkdirən belə bir dəlilə işarət edir:
"Müctəhidlərin, bir nassa istinad edərək bir məsələ üzərində icma etmələri, onların, bundan başqa bir nass və ya o məsələ haqqında hökm vermək üçün başqa bir qaynaq bilmədiklərini göstərir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hər hansı bir sünnətini, bəziləri bilməyə bilər. Ancaq, onu, hamısının bilməməsi, imkansızdır."
Şafi, bu xüsusda, eynilə belə deyir:
"Bilirik ki, onların hamısı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətlərini bilirlər. Bəzisi isə, bunların hamısını bilməyə bilərlər. Yenə bilirik ki, onların hamısı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətinə müxalif olan bir şey və ya xəta üzərində birləşməzlər, inşaAllah." ("ər-Risalə", s. 472)
Üstəlik, bəzi müctəhidlərdə, xətaya sürükləyən qəflət, ola bilər. Lakin bu, müctəhidlərin hamısında olmaz.
Şafi, bu xüsusda da, belə deyir:
"Qəflət, ancaq ayrılıqda ola bilər. Hamısının, birdən, Kitab, sünnət və qiyasın mənası üzərində qəflətə düşməsi, inşaAllah mümkün olmaz." ("ər-Risalə", s. 476)
Bir məsələnin hökmü üzərində icma sabit olarsa, bu hökm, artıq qətilik qazanır. Bəzən, bu icmanın sənədi, zənni ola bilər. Məsələn:
~ Fəqihlər, bir-birinə məhrəm olan 2 qadının 1 nikah altında birləşdirilə bilməyəcəyi haqqında, icma etmişlərdir. Bax, bu hökm, qətidir və bunda, başqa bir ehtimala yer yoxdur. Lakin, bu icmanın sənədi, zənnidir. O da: "Qadın, xalası və bibisi üzərinə nikahlana bilməz." (Buxari, "Nikah", 27) hədisidir.
~ Yenə, nənə'nin miras haqqını göstərən icma da, beləcə qətilik ifadə edir. Bunun sənədi də, əhəd xəbər olduğu üçün, zənnidir. Bu xəbər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, nənəyə 1/6 hissə verdiyinə dair, Muğirə b. Şu'bə'dən rəvayət edilən hədisdən ibarətdir.
~ Yenə, ata bir bacı və qardaşların, doğma qardaş-bacılar olmadıqları halda, onların (yəni, bacı və qardaş məqamına) yerinə keçəcəyi də, icma ilə sabitdir və bunun sənədi də, zənnidir.
İcmanın rolu, sənədi, zənnilikdən qətilik mərtəbəsinə yüksəltməkdir. Çünki, icmadan, eyni mövzuya müxalif başqa bir hədis mövcud olmadığı başa düşülür. Beləcə, icma, bir sənədə isnad etmək məcburiyyətindədir. O da, nass və ya qiyasdır. O halda, "Hüccət olan, icma deyil; sənəddir." deyə edilən etiraz, yersizdir.
Bizcə də, icma, sənəd cəhətindən qüvvətli bir hüccətdir. O, zənni olan sənədi, qətilik mərtəbəsinə yüksəldir. Məsələn, sənəd, əhəd bir hədisdirsə, icma sayəsində dəlil olma cəhətindən qətilik qazanmış olur.
----------------------------
İcmanın mərtəbələri:
İcmanın mərtəbələri, bunlardır:
1. Sarih icma:
Bu: "hər müctəhidin, icma mövzusu olan görüşü qəbul etdiyini açıqca söyləmiş olduğu icma"dır.
Şafi, bunu belə açıqlayır: "Mən və elm əhlindən bir kimsə: 'Bunun üzərində icma vardır.' demişiksə, mütləq, qarşılaşacağınız hər alim, onu söyləmişdir." ("ər-Risalə", s. 534)
Bu cür icma, fəqihlərin cumhurunun ittifaqı ilə, şər'i bir hüccətdir. İstər belə bir icmanın hər əsrdə, istərsə ancaq səhabələr əsrində vaqe olacağını qəbul etsinlər.
2. Sükuti icma:
"Hər hansı bir əsrdə, ictihad səlahiyyəti olan bir alim, müəyyən bir görüşə çatar və bunu elan edərsə; və özünü tənqid edən çıxmazsa", buna, sükuti icma deyilir.
İmam Şafi və bir çox alim, bu cür icmanın hüccət olduğunu qəbul etməzlər. Bəziləri, bunun icma olduğunu, lakin sarih icmadan zəif olduğunu söyləmişlərdir. Bəziləri də, icma olmamaqla bərabər, bunun bir hüccət olacağını iləri sürmüşlərdir.
✓ Sükuti icmanın şər'i bir hüccət olmadığını söyləyənlər, bu dəlillərə isnad edirlər:
a. Susan, tənqid etməyən bir kəsə, hər hansı bir söz nisbət edilə bilməz; və heç bir müctəhidə, açıqca söyləmədiyi bir görüş, isnad oluna bilməz. Sükut etməyi, icmaya qatılmaq saysaq, susmaqda olan kimsəyə, bəlkə də razı qalmayacağı bir söz nisbət etmiş olarıq.
b. Susmaq, müvafiq olmaq demək deyildir. Çünki bu:
~ ya müvafiqlik üçün ola bilər;
~ və ya mövzunu araşdırmamış olmaqdan iləri gələ bilər;
~ ya da müctəhid onu araşdırmış və qəti bir ictihada çatmamış olduğu üçün susa bilər;
~ Yaxud da, bir nəticəyə varmış, lakin tətmin olmaq üçün bir az da gözləməyi tərcih etmiş ola bilər.
Yenə,
~ Bir müctəhid, mövzu üzərində qəti bir qənaət sahibi olduğu halda, "Hər müctəhid, öz görüşündə haqlıdır." düşüncəsilə, başqasına müxalifət etməyə bilər. Çünki, məsələ, araşdırma işidir.
~ Bəzi müctəhidlər də, iləri sürülən görüşün tam əksinə bir hökmə qəti olaraq çatmış olduğu halda, qorxusundan susmuş ola bilər.
Bütün bu ehtimallar qarşısında, sükutun icmaya dəlalət etməsinin imkansız olduğu; belə sükutla qarşılanan bir görüşün hüccət olmayacağı; dolayısı ilə, sükuti icmanın şər'i bir hüccət təşkil etməyəcəyi, açıqca görülməkdədir.
✓ Sükuti icmanı hüccət sayanların dəlilləri də, bunlardır:
a. Əslində, düşünüb araşdırmadan və düşünüb araşdırma üçün lazımi olan zaman keçmədən əvvəlki sükut, əlbəttə hüccət ola bilməz. Bunlardan sonrakı sükut isə, bəyan deməkdir. Çünki, danışmaq lazım gələn yerdə sükut etmək, iqrar demək olur.
b. Fətva vermə səlahiyyəti olan hər şəxsin danışması, imkansızdır. Hər əsrdə adət edilən şey, böyüklərin fətva verməsi və digərlərinin də onlara tabe olmasıdır.
c. Düşünüb araşdırmaqdan sonra iləri sürülən ictihadın əksini qəbul edən müctəhid üçün sükut etmək, haramdır. Doğrunu söyləməyin zəruri olması, onun sükutunun, razılıq olduğunu göstərir. Əks təqdirdə, haqq olaraq gördüyü şeyi söyləməyən bir müctəhid, günahkar olar. Sükutun, müxalifətdən iləri gəlməsi ehtimalı, bir dəlilə isnad etməməkdə olub, iltifata layiq deyildir və qətiliyi ortadan qaldırmaz. İstidlala əngəl olan ehtimal, dəlilə isnad edən ehtimaldır.
✓ Sükuti icmanın hüccət olduğunu; lakin buna icma deyilməməsini iləri sürənlər də, belə deyirlər:
Hər alim, öz görüşünü açıqlamadığı üçün, buna, icma deyilə bilməz. Lakin, sükutun, müvafiqlik mənasında olması, müxalifət mənasında olmasından daha üstün olduğundan, o, bir hüccət təşkil edir.
3. İcma'nın üçüncü mərtəbəsi də, budur:
Bir məsələ üzərində, eyni əsrdəki fəqihlər, ümum olaraq ixtilaf etsələr; və hər hansı bir müctəhid digərlərinin görüşünə hər cəhətdən zidd bir ictihad etməsə, bu halda, aralarında ixtilaf olmaqla bərabər, bir cəhətdə birlik (icma) olur. Məsələn:
Səhabələr, ölənin qardaşları ilə bir arada babasının miras haqqının miqdarı üzərində razılaşa bilməmişlərdir. Onlardan bəziləri, babanın, bu halda, 1/3-dən az olmamaq üzərə mirasçı olacağını; bəziləri də, mirasın tamamilə babaya qalacağını söyləmişlərdir.
Görülməkdədir ki, səhabələr, bu mövzuda ixtilaf etməklə bərabər, hamısı da, babanın, tək başına və ya ölənin qardaşları ilə bərabər mirasçı olacağında ittifaq etmişlərdir.
Burda, heç bir fəqih, babanın, əsla mirasçı olmayacağını deyə bilməz. Çünki, bu, icmaya müxalifdir.
Bəzi fəqihlərlə Hənəfi'lərdən bəzi fəqihlər, bu cür icmanı da, sükuti icmadan sayırlar.
-------------------------------
İcma səlahiyyəti olanlar:
Bir məsələ haqqında icma səlahiyyətinə sahib olanlar, əlbəttə müctəhidlərdir.
İndi, görəsən, xaricilər, rafizilər, qədərilər və cəhmilər (haşiyə) də, bu işə daxildirlərmi?
---------------------
(Haşiyə:
Bu firqələr üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/73-firq%C9%99-h%C9%99disi
----------------------
Cumhura görə, bunlar, bidətlərinə dəvət edirlərsə, icma edəcək olan müctəhidlər arasına daxil ola bilməzlər. Əgər öz görüşlərinin yayılması üçün çalışmırlarsa, icma əhli arasına girərlər.
Bəzi fəqihlərə görə, şüzuzları (qayda-qanun xarici iş, söz və s.) ilə tanınan alimlər və qiyası rədd edənlər, icma əhlinə daxil olmazlar.
Yaxşı bir müctəhid, fiqhi məsələləri, bunların dəlillərini və istinbat (hökm çıxarma) yollarını bilməlidir. Bunun üçündür ki, Şəvkani, "İrşadu'l-Fuhul" adlı əsərində (s. 78), belə deyir:
"Elmdə mötəbər bir icma, bu elmi bilənlərin icmasıdır; digərlərinin icması isə, deyildir. Fiqhi məsələlərdə mötəbər olan icma, bütün fəqihlərin icmasıdır... İcma üçün səlahiyyətli olan bir kimsə müxalifət edərsə, icma edilmiş olmaz. Bu müxalifət edən, şazz'dır da deyilə bilməz. Çünki, icma əhlinə daxil olan kimsə, müxalifət etdiyi üçün, şazz sayılmaz."
Bəzi fəqihlərə görə, icmanın tam olması üçün, icmaya qatılan müctəhidlərin ölmüş olması, şərtdir. Dolayısı ilə, icmaya qatılan müctəhidlərdən biri həyatda olarsa, icma gerçəkləşmiş olmaz. Bu şərt, müctəhidin, icmadan dönə biləcəyini; dönərsə də, icmanın pozulacağını göstərir.
Demək ki, icma, xalqı ilzam edir, (ancaq) icma edən alimləri isə, yox. Əgər belə deyilsə, müctəhidin ölmüş olması şərtinə, nə ehtiyac qalır?!
Əksəriyyətə görə, belə bir şərt yoxdur. Dolayısı ilə, icma, həm xalqı, həm də icma edənləri ilzam edər! Bu da, məqul bir şeydir. Çünki, icma, məsələni incələyib, görüşlər arasında müqayisələr edən alimləri ilzam etməzsə, başqalarını heç ilzam etməz!
Bəzi alimlərə görə də, sükuti icma, ancaq bir dövrdə yaşamış alimlərin ölümü ilə tamamlanır. Çünki, sükut edən müctəhidlərin əks bir fikir iləri sürmədikləri, bu sayədə anlaşılmış olur. Beləcə, icma, sükut mərtəbəsindən, sarahat (açıqlıq) mərtəbəsinə yüksəlmiş olur. Əgər icma sarihdirsə, müctəhidlərin ölümünə ehtiyac yoxdur.
Burda, bunu da qeyd etməyimiz lazımdır:
İmam Malik, Mədinə'lilərin icmasını da hüccət saymaqdadır. Malikilər də, ancaq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən öyrənilməsi mümkün olan xüsuslarda Mədinə'lilərin icmasını ittifaqla hüccət sayırlar. Lakin, incələmə və ictihad mövzusu olan şeylər üzərindəki Mədinə'lilərin icmasında, Malikilər ixtilaf edirlər. İmam Malik'dən, belə xüsuslarda da Mədinəlilərin icmasının hüccət olduğu rəvayət edilir.
---------------------------
İcmanın sənədi:
İcma üçün, əlbəttə bir sənəd lazımdır. Çünki, icma əhli, özlərindən hökm qoya bilməzlər. Bəzi qərbli müəlliflər, sənədsiz icma edildiyini zənn etməklə, vəhmə qapılmışlardır. Çünki, İslam şəriətində, hökm qoymaq haqqı, Allaha və Onun vəhyinə mazhar (bir şeyin zahir olduğu yer) olan Peyğəmbərə aiddir. Bu etibarla, icmanın da, İslam fiqhinin ümumi əsaslarından birinə isnad etməsi, yəni, bir sənədi olması lazımdır. Səhabələr də, üzərində icma etdikləri məsələlərdə, görüşlərini isnad edəcək bir sənəd axtararlardı. Məsələn, onlar,
~ nənənin alacağı miras haqqında icma edərkən, Muğirə b. Şu'bə'nin rəvayət etdiyi hədisə;
~ bir-birinə məhrəm olan qadınların bir nikah altında birləşməyəcəyində icma edərkən, əbu Hureyrə'nin rəvayət etdiyi hədisə;
~ ata bir bacı-qardaşların, (ana bir) qardaşlar olmadıqları halda, onların yerinə keçəcəyində birləşərkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təfsirinə və ata bir qardaşların da, "qardaşlar" təbirinin şamilliyinə girəcəyini iləri sürən görüşə isnad etmişlərdir.
Alimlərin ittifaqına görə, icmanın sənədi, Kitab və ya yuxarıdakı misallarda olduğu kimi, sünnət ola bilər. İndi, görəsən, sənədi, qiyas və ya maslahat olan bir icma, insanları ilzam edə bilərmi?
Bu xüsusda, fəqihlərin görüşlərini, 3 qisimdə xülasə etmək olar. (Belə ki):
1. Qiyas, icma üçün, sənəd ola bilməz. Çünki qiyas anlayışı, fərqlidir. Hərçənd, qiyas, hökm üçün münasib olan və hökmün varlığına təsir edən bəzi vəsflərə isnad edirsə də, insanların bu vəsflər üzərindəki görüşləri, çox fərqlidir. Dolayısı ilə, qiyas üzərində, icma edilə bilməz. Digər tərəfdən, qiyasın hüccət olması, icma ilə qəbul edilmiş bir xüsus da deyil. Elə isə, bu, icma üçün necə sənəd ola bilər?! Səhabələrin də, Kitab və sünnətin xaricində bir şeyə isnad edən hər hansı bir hökm üzərində icma etdikləri, varid olmamışdır. Səhabələr, nənə və ata bir qardaşların mirasçı ola biləcəyi üzərində icma edərkən, nassa isnad etmişlərdir. Fəth edilən ərazilərin mücahidlərə paylanılmaması üzərində icma edərkən də, onlar, qiyas və ya maslahata deyil, Quran nassına isnad etmişlərdir. Bu nass, bu ayədir:
مَّآ أَفَآءَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ مِنْ أَهْلِ ٱلْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ كَىْ لَا يَكُونَ دُولَةًۢ بَيْنَ ٱلْأَغْنِيَآءِ مِنكُمْ ۚ
وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
"Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah, şiddətli cəza verəndir." (Haşr/7)
Elə başa düşülür ki, Ömər, maslahatı nəzərə alaraq, fəth edilən ərazini qazilərə paylamamaq üçün, səhabələrlə 2 gün münaqişə etmişsə də, onlarda qənaət yarada bilməmişdir. Nəhayət, bu ayəni zikr edincə, onlar, qənaət gətirmiş və ittifaq etmişlərdir. (ibnu'l-Cevzi, "Mənaqibu'l-imam Ömər b. əl-Xattab")
əbu Bəkr (radiyallahu anh)'ın xəlifə seçilməsi və Quranın cəmi üzərindəki icmaları, səhabələrin, nassa isnad etmədən icma etdiklərinə dəlil ola bilməz. Çünki bunlar, təşri'i bir hökm üzərində edilmiş bir icma sayılmaz. Bunlar, ancaq, əməli bir xüsusu tətbiq etmək üzərə çatılan bir ittifaqdır. Riddə əhli ilə döyüşülməsi; İran və Suriyaya ordu sövqü; divanların təşkili kimi xüsuslardakı ittifaqlar da, belədir. Bütün bunlar, təşri'i bir hökm üzərindəki icma deyil, sadəcə əməli xüsusları tətbiqdir. Bu ikisi arasında, belə bir fərq vardır:
Təşri'i hökmün təsiri, gələcək nəsillərdə də davam edir. Onların da bunu tətbiq etmələri lazımdır. Yuxarıda keçən mirasla bağlı icmalar ilə bir-birinə məhrəm olan qadınların bir nikah altında birləşməsinin qadağan olması üzərində icma, belədir. Əməli xüsusların infazı (tətbiqi) isə, dövlət idarəsilə bağlı olub, səhabələrin öz əsrinə məxsusdur. Demək ki, maddi bir hadisə üzərində səhabələrin etdikləri ittifaq, təşri'i bir hökm üzərində edilmiş icma adını almaz. Hərçənd, onların, bir işin edilməsinə dair çatmış olduqları ittifaq, o işin haram olmadığını, dolaylı olaraq göstərir.
2. Qiyas, bütün növlərilə icma üçün sənəd ola bilər. Çünki qiyas, nasslara isnad edən şər'i bir hüccətdir. Qiyas, nass üzərinə həml olunaraq edildiyinə görə, nassdan ayrı sayıla bilməz. Qiyas, öz başına bir hüccətdir. Elə isə, ona isnad edilərək edilən icma da, şər'i bir hüccətdir. İcmaya qatılanlar tərəfindən şər'i bir hökm qoymaq deyildir.
3. Əgər qiyasın illəti haqqında nass varsa və ya bu illət zahir olub araşdırılmağa ehtiyacı yoxdursa, ona isnad edilərək edilən icma, yerində olur. Əgər qiyasın illəti qapalıdırsa, yəni, bu illəti haqqında bir nass yoxdursa, ona isnad edilərək, icma edilə bilməz.
Bu görüş, açıqdır. Çünki, illəti nass ilə sabit olan bir qiyasda etimad edilən əsl şey, qiyas deyil; onun illətini bəyan edən nass'dır və bu halda, icmanın sənədi, nassdır, deməkdir. Zahir olan illət də, nass kimidir.
Bu mövzuda, bizə görə, həqiqət belə olmalıdır:
Səhabələrin şər'i hökmlər üzərindəki icmalarını araşdırmalıyıq. Əgər onlar, qiyasa isnad edərək icma etmişlərdirsə, məsələ yoxdur. Qiyasa isnad edərək icma etməmişlərsə, məsələ tamamilə nəzəri olub, əməli heç bir fayda təmin etməz.
İddiaya görə, bəzi məsələlərdə qiyasa isnad edilərək icma edilmişdir. Məsələn:
Qiyasa isnad edilərək, içki üçün cəza təyin edilmiş və bu cəzanın, 80 şallaq olması qərarlaşdırılmışdır. Mövzunu incələyərsək, görərik ki, burdakı icma iddiası, doğru deyildir. Çünki Ömər, bu cəzanın 40 şallaq olmasını; Əli isə, qazf (zina böhtanı atmaq) cəzası kimi 80 şallaq olmasını iləri sürmüşdür. Üstəlik, bu mövzuda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, içki içən birinə, 40 şallaq vurduğu; sonra da, adamı buraxdığı; orda olanlardan birinin, bu adama xitabən: "Allah, səni rəzil etdi." dediyi; Peyğəmbərin də: "Onun əleyhinə, şeytana kömək etməyin." (Buxari, "Hudud", 4) buyurduğu rəvayət edilir.
-------------------------
İcmanın nəsxi:
Nəsx (haşiyə), ancaq nasslarla sabit olan hökmlərdə cərəyan edər və o, sadəcə Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə vaqe olar; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra isə, nəsx olmaz. Bunun üçündür ki, rəy ilə ortaya qoyulan hökmlərdə, nəsxdən söz edilməz. İstərsə, bu rəy, nassların dairəsindən çıxmamış olsun. Burda bəhs mövzusu olan, icma ilə sabit olan bir hökmə müxalif başqa bir icma edilib-edilməyəcəyidir. Bax belə bir icma edilərsə, əvvəlki icmanı nəsx edərmi-etməzmi?
-----------------------
(Haşiyə:
Nəsx nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99sx-n%C9%99dir
------------------------
Bəzi fəqihlərə görə, 1 əsrdə icma edən müctəhidlər, başqa bir icma ilə əvvəlki icmalarını qaldıra bilərlər. Bu görüş, icmanın gerçəkləşməsi üçün, icmaya qatılan müctəhidlərin ölmüş olmasını şərt qoşanların görüşünə uyğundur.
Üsul alimlərinin cumhuruna görə isə, icma edilmiş olan əsrdən sonra, təkrar eyni məsələ üzərində ikinci bir icma edilərsə, bu ikincisinə etibar edilməz. Çünki ikinci icma, birincisinin nəsxi sayılır ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, nəsx yoxdur.
Haqq olan budur ki, cumhur, icmadan sonra təkrar bir icma edilməsini, doğru görmürlər. Çünki, bu, birinci icma ilə bir ziddiyyət meydana gətirməkdədir. Birinci icma hüccət təşkil etdiyinə görə, bunun xilafına icma etmək bir tərəfə, müxalif davranış belə yersiz olar.
-----------------------------
İcmanın sübutu (sabit olması):
Fəqihlər, səhabələrin icmasından başqa icma üzərində ittifaq edə bilməmişlərdir. Səhabələrin şər'i hökmlər üzərindəki icmaları, təvatürlə sabit olmuşdur. Bunun üçündür ki, Onların icmalarına, kimsə müxalifət edə bilməmişdir. Hətta, icmanın imkansız olduğunu iləri sürənlər də, səhabələrin icmalarını qəbul etmişlərdir. İndi, görəsən, başqalarının icması da səhabələrin icması kimi təvatürlə sabitdirmi?
İcma, qəti bir hüccət olduğuna görə, bunun nəqli də mütəvatir olmalıdır ki, icma edənlərə nisbəti və hökmü, qətilik qazanmış olsun. Bu etibarla, Fəxrəddin ər-Razi və bir çoxları, belə deyirlər:
Əhəd xəbərlərlə nəql edilən bir icma, hüccət sayılmaz. Çünki, icmanın hüccət olması, onun icmaya qatılanlara nisbət edilməsindəki qətiliyə bağlıdır. Zənni bir sənəd olan əhəd xəbərə isnad edən bir nəql ilə, bu nisbətin qətiliyi ortadan qalxarsa, icmanın qazandığı məna da, ortadan qalxar və hökm, icmadan əvvəlki halına qayıtmış olar. Yəni, daha əvvəl məsələ, hökm cəhətindən nəyə isnad edirsə, yenə o şər'i dəlilə görə dəyərləndirilər.
Bəzi üsul alimləri, icmanın əhəd xəbər ilə nəqlini caiz görürlər.
Həqiqətdə isə, səhabələrin icmasından başqa heç bir icma, təvatür yolu ilə sabit olmamışdır. Bu səbəbdən, fəqihlər, bir-birinin iləri sürdüyü icmaları tanımamışlardır. Xilaf kitabları, bu mövzulardakı çəkişmələrlə doludur. Fəqihlər, səhabələrin icmaları xaricində qalan heç bir icma üzərində, demək olar ki birləşməmişlərdir.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
-----------------------------
-----------------------------
Not:
Dəyərli oxuyucu! İcmanın Qurandan dəlilləri, bunlardır:
1. "Beləliklə Biz sizi vasat (orta) bir ümmət etdik ki, siz, insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun." (Bəqərə/143)
İmam əbu Mansur əl-Maturidi, bu ayətin icmaya dəlil olmasını, belə açıqlayır:
"Ayədə keçən 'vasat', 'adil' mənasındadır. Əziz və cəlil olan Allah, bu ümməti, 'adil' vəsfinə sahib qıldığını xəbər verməkdədir. Adil: 'şahidlik etmək haqqına sahib olan və şahidliyi qəbul edilən' deməkdir. Bu İlahi bəyanda, Muhamməd ümmətinin icmasının, bir dəlil mövqeyində olduğunun isbatı vardır. Çünki, Allah, ümməti, 'adil' sifətilə vəsf etmiş; və onu, şahidliyi qəbul edilənlər sinfindən saymışdır. Ümmət bir şey üzərində ittifaq edib şahidlik etdiklərində, bunun qəbul edilməsi və gərəyinə görə hökm verilməsi lazımdır. Ümmətin burdakı şahidliyi, verdikləri hökmün, özlərinə Allahdan gəldiyi cəhətinədir." (İmam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
Səmərqəndi, imam əbu Mansur'un bu görüşlərini zikr etdikdən sonra, belə deyir:
"Ayə bu şəkildə başa düşüldüyündə, səhabə icmasının hüccət olduğuna dəlil təşkil edər. Onlardan sonra gələnlərin buna qarşı çıxması, caiz olmaz. Çünki, onların görüşü hüccət olmasaydı və şahidliklərini qəbul etmək lazım gəlməsəydi, uca Allahın onları şahid qılmasının bir mənası qalmazdı." (Səmərqəndi, "Şərh-u't-Tə'vilat")
İmam Fəxrəddin ər-Razi isə, bu ayətin icmaya dəlil olmasını, belə açıqlayır:
Gərək biz (yəni, əhl-i sünnət) və gərəksə də mötəzilədən bir çoxları, ümmətin icmasının bir dəlil olduğuna (bu ayə ilə) istidlal edərək, belə demişlərdir:
Allah Taala, bu ümmətin, adil və xeyirli olduğunu xəbər vermişdir. Buna görə, əgər onlar məhzurlu və qadağan bir şey üzərində olsalardı, ədalət və yaxşılıqla vəsfləndirilməzlərdi. Muhamməd ümmətinin, məhzurlu olan hər hansı bir şeyə yönəlməyəcəkləri qətilik qazanınca, onların görüşlərinin də bir hüccət olması, vacib olur. (Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
2. İcmanın Qurandan bir başqa dəlili: Al-i İmran surəsi 110-cu ayədir.
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ
Kuntum xayra ümmətin uxricət linnəsi, tə'murunə bi'l-mə'rufi və tənhəvnə ani'l-munkəri və tu'minunə billəhi.
Yəni:
"Siz, insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz." (Al-i İmran/110)
Alimlərimiz, ümmətin icmasının bir dəlil olduğuna, bu ayəni dəlil gətirmişlərdir. Bu, 2 şəkildə izah edilir:
a. Haqq Taala,
"Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər." (Əraf/159) buyurmuş;
Daha sonra da, bu ayədə (yəni, Al-i İmran/110'da) da: "Siz, insanlar arasından üzə çıxarılmış ən xeyirli ümmətsiniz." demişdir.
Bundan dolayı, bu ayətin hökmü gərəyincə, bu ümmətin, Musa'nın qövmündən haqqa yönəldən o camaatdan, daha üstün olması lazımdır. Bu ümmət, onlardan daha üstün olunca, bu ümmətin, ancaq haqq ilə hökm etmələri lazımdır. Çünki, bu ümmət haqqında, haqq olmayan şeyə hökm etmələri caiz olsaydı, bu ümmətin haqqa yönəldən o ümmətdən daha üstün olması, imkansız olardı. Çünki, batilə hökm edənin, haqqa hökm edəndən daha xeyirli olması, imkansızdır. Beləcə, bu ümmətin, ancaq haqq ilə hökm etdiyi sabit olur. Belə olunca da, onların icmaları, bir hüccət və dəlil olmuş olur.
b. Ayədə keçən əl-mə'ruf və əl-munkər kəlimələrinin başındakı əlif-lam, istiğraq (ümumiləşdirmə) ifadə etməkdədir. Bu da, onların, məruf olan şeyləri əmr edib münkər olan hər şeydən çəkindirmələrini gərəkdirir. Onlar, bu şəkildə olduqları müddətcə, şübhəsiz, onların icmaları da haqq olur. Bundan dolayı, onların icmaları, hüccət olur. (Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
3. İcmanın Qurandan bir başqa dəlili: Nisa surəsi 59-cu ayədir:
"Ey iman gətirənlər! Allaha itaət edin. Rəsula və sizdən olan əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün). Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha gözəldir."
Təfsiri və geniş izahları üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nisa-sur%C9%99si-59-cu-ay%C9...
4. İcmanın Qurandan bir başqa dəlili: Nisa surəsi 115-ci ayədir:
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxarsa və möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir." (Nisa/115)
Rəvayət edildiyinə görə, imam Şafi'dən, Quranda icmanın dəlil olduğunu göstərən bir ayə soruşulduğunda, o, Quranı 300 dəfə oxumuş, nəhayət, bu ayəni tapmışdır. Şafi'nin bu ayəni dəlil gətirməsi, belə izah edilir:
Möminlərin yolunun xaricində bir yola tabe olmaq, haramdır. Bundan dolayı, möminlərin yoluna tabe olmamağın, vacib olması lazımdır. Birinci müqəddimənin izahı, budur:
Allah Taala, "Peyğəmbərə müxalifət edib, möminlərin yolundan başqasına tabe olanlar üçün, İlahi bir təhdidin bəhs mövzusu olduğunu" bildirmişdir. Halbuki, sadəcə Peyğəmbərə müxalifət etmək də, belə bir təhdidi gərəkdirir. Bundan dolayı, əgər möminlərin yolundan başqa bir yola tabe olmaq belə bir təhdidi gərəkdirmiş olmasaydı, o vaxt, bu, təhdiddə hər hansı bir təsiri olmayan şeyi (yəni, möminlərin yoluna tabe olmağı), bu təhdidi tək başına gərəkdirən bir şeyə (yəni, Peyğəmbərə müxalifət etməyə) qatmaq olardı ki, belə bir şey də, caiz deyildir. Bundan dolayı, möminlərin yolundan başqa bir yola tabe olmağın, haram olduğu sabit olur. Bu sabit olunca da, möminlərin yoluna tabe olmağın, vacib olması lazım gəlir. Çünki, "möminlərin yoluna tabe olmamaq" ifadəsi, "möminlərin yolundan başqasına tabe olmaq" mənasını göstərir. Bu səbəblə, möminlərin yolundan başqasına tabe olmaq haram olunca, möminlərin yoluna tabe olmamağın da haram olması lazım gəlir. Möminlərin yoluna tabe olmamaq haram olunca, onların yoluna tabe olmaq, vacib demək olur. Çünki, bu 2 zidd tərəfin (yəni, ehtimalın) xaricinə çıxıla bilməz.
İndi, əgər, "Biz, möminlərin yoluna tabe olmamağın, möminlərin yolundan başqasına tabe olmaq mənasında olduğunu qəbul etmirik. Çünki, nə möminlərin yoluna, nə də onların yolundan başqasına tabe olmamaq, imkansız deyildir." deyilərsə, buna belə cavab verərik:
"Tabe olmaq, başqasının etdiyinin bənzərini etmək" deməkdir. Mömin olmayanların işi, möminlərin yoluna tabe olmamaq olunca; möminlərin yoluna tabe olmayan hər kəs, mömin olmayanların etdiyini etmiş olar. Bundan dolayı, bu insanın, onlara tabe olması lazımdır.
Belə deyilə bilər: "Tabe olmaq, başqasının etdiyinin bənzərini etmək" demək deyildir. Əks halda, belə deyilməsi lazımdır: "Peyğəmbər və mələklər, ümmətin hər fərdi, Allahın birliyinə inandığı kimi; Allahın birliyini qəbul etmələri cəhətindən, insanların bəzilərinə tabe olmuşlardır. Halbuki, belə deyilə bilməyəcəyi, hər kəsin məlumudur." (imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
5. İcmanın Qurandan bir başqa dəlili də: Əraf surəsi 181-ci ayədir.
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirində, belə deyir:
وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ
"Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər." (Əraf/181)
Bil ki, Allah Taala, Musa qissəsində, "Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər." (Əraf/159) buyurub, burda da eyni ifadəni təkrarlayınca, müfəssirlərdən bir çoxu, burdakı ifadəni, "Bununla, Muhammədin qövmü murad edilmişdir." mənasına həml etmişlərdir...
~ Qatadə və ibn Cureyc'in, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdikləri hədisə görə, Peyğəmbər: "Bu ayədə bəhs edilənlər, Muhamməd ümmətidir." buyurmuşdur.
~ Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in: "Bu ayə, Muhamməd ümməti haqqındadır. Allah Taala, bunun bir bənzərini də, Musanın qövmünə vermişdir." dediyi də rəvayət edilmişdir.
~ Yenə, Rəbi b. Ənəs'dən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bu ayəni oxuyaraq: "Məryəm oğlu İsa enincəyə qədər, ümmətimdən haqq üzərə olan bir topluluq şübhəsiz var olacaqdır." buyurduğu da rəvayət edilmişdir.
~ ibn Abbas: "Haqq Taala, bu ayə ilə, Muhamməd ümmətini, mühacirləri və ənsarı qəsd etmişdir." demişdir.
~ Cübbai isə, belə deyir:
Bu ayə, hər zaman, haqqı iqamə edən, ona görə əməl edən, haqqa yönəldən; heç hir zaman, hər hansı bir şey xüsusunda batildə ittifaq etməyən kimsələrin mövcud olacağına dəlalət etməkdədir. Çünki, bu ifadə ilə:
~ ya Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yaşadığı dövr qəsd edilmişdir, ki, bu, içində bu ayətin enmiş olduğu zamandır;
~ yaxud, bununla, özündə, bəhs edilən sifətlərlə vəsf edilmiş bir topluluğun mövcud olacağı hər hansı zaman;
~ yaxud da, bizim də bəhs etdiyimiz kimi, daim, belə sifətlərlə vəsflənmiş bir topluluğun mövcud olacağı
qəsd edilmişdir.
Birinci ehtimal, batildir. Çünki, hər kəs, Peyğəmbər (sallallahu aleyhi və səlləm) və əshabının, haqq üzərə olduğunu bilməkdədir. Bundan dolayı, ayəti bu mənaya həml etmək, onu faydasız buraxar.
İkincisi də, batildir. Çünki, hər kəs, zəruri olaraq, keçmiş zamanda, haqq üzərə olan kimsələrdən bir topluluğun mövcud olduğu bir zamanın gerçəkləşmiş, keçmiş olduğunu bilir. Bundan dolayı,
Geriyə, sadəcə üçüncü qisim qalır ki, bu, hər zaman, haqq üzərə olan bir topluluğun mövcud olduğuna və onların icmalarımın dəlil olduğuna, daha çox dəlalət edər...Belə olması halında, bu, digər ümmətlərin də icmasının bir hüccət, bir dəlil olduğuna dəlalət edər.
6. İcmanın Qurandan bir başqa dəlili: Tövbə surəsi 119-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovb%C9%99-sur%C9%99si-119-c...
7. İcmanın Qurandan bir digər dəlili isə: Şura surəsi 10-cu ayətdir.
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ
"İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək, ancaq Allaha aiddir."
Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali əl-Əşari, "əl-Mustasfa" adlı əsərində belə deyir:
"Bu ayətin məfhumundan, 'Haqqında ittifaq etdiyiniz şeylər, doğrudur.' mənası çıxır.
-----------------------------
-----------------------------
Lüğətdə, "ya bir şeydə qərarlılıq göstərmək və ya ittifaq etmək, söz birliyi etmək" deməkdir. Məsələn: "filankəs filan işə icma etdi" demək, "qərarlılıq göstərdi" deməkdir. Beləliklə ayətdə:"Siz də, şəriklərinizlə bərabər icma edin." (Yunus/71) buyurulmuşdur. Yəni "qərar verin" deməkdir, "Cəmiyyət, filan işdə icma etdi." demək də, "ittifaq etdi" deməkdir.
Üsul alimlərinə görə, icmanın tərifi isə:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, hər hansı bir əsrdə, onun ümmətindən müctəhidlərin dini bir hökm üzərində ittifaq etmələri" şəklindədir.
Yəni icmada mütləq bu ünsürlər olmalıdır:
1. Hər hansı bir iş üzərində ittifaq olmalıdır.
2. Bu ittifaq, ictihad əhliyyətinə sahib şəxslər tərəfindən olmalıdır. Dolayısıyla, avamın və dini hökmlərin dəlillərindən çıxarılmaları mövzusunda, əhliyyəti olmayanların sözlərinə etibar edilməz.
3. Mövcud bütün müctəhidlərin ittifaqı olmalıdır. Buna görə, əksər müctəhidlərin ittifaqı, bağlayıcı bir icma sayılmaz. Nə sadəcə Mədinə alimlərinin, nə sadəcə Məkkə və Mədinə alimlərinin, nə sadəcə Bəsrə və Kufə alimlərinin, nə Əbu Bəkr və Ömərin, nə 4 xəlifənin, nə də əhli-beytin (Əli, Fatimə və oğulları Həsən və Hüseynin) ittifaqı icma sayılır.
4. Müctəhidlər, Muhamməd ümmətindən olmalıdır. Digər dinlərdən olan insanların ittifaqı, şəri bir icma sayılmaz. Çünki şər'i dəlillərdəki icma, xətadan məsum olduğu sabit olan Muhamməd ümmətinə məxsusdur.
5. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra olmalıdır. O, həyatda ikən, icmadan danışıla bilməz. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm), icma edənlərə müvafiq olarsa, o hökm, icma ilə deyil, sünnətlə sabit olur.
6. İcma; vacib, haram, səhih, fasid kimi dini bir hökm üzərində olmalıdır. Buna görə "fə hərfi təqib üçündür" (haşiyə) kimi əqli hökmlərlə əlaqəli və ya mükəlləfin felləri ilə əlaqəsi olmayan dünya işləriylə əlaqəli mövzulardakı ittifaqlar, dini mənada icma deyildir.
----------------------------
(Haşiyə:
جاء علي فأحمد.
جاء علي وأحمد.
Əli və Əhməd gəldi. Bundan anlaşılan ikisinin bərabər gəldiyidir. Ancaq "Əli gəldi, arxasınca Əhməd gəldi" desək, burdakı "fə", cümləyə təqib (izləmək) mənası qatır. Yəni burdakı əqli hökm, "fə"nin təqib mənası ifadə etməsidir.
Müəllifin qəsdi budur ki, fiqhdəki icma, ancaq dini hökmlərdə olan icmadır. Yuxarıdakı misalda olduğu kimi, əqli hökmlərdə olan icma, icma sayılmaz.)
----------------------------
İcmanın rüknü və şərtləri:
İcmanın, rüknün mənasını tam qarşılayacaq bir tək rüknü vardır, o da müctəhidlərin ittifaqıdır. Onların arasında ittifaq olmazsa, icma meydana gəlməz.
Bir ittifaqın icma olması üçün, 6 şərt vardır:
1. İcmaya qatılan müctəhidlər, çox olmalıdır, bir müctəhidlə icma olmaz. Çünki ittifaq, ancaq bir neçə şəxs arasında düşünülə bilər. Bir əsrdə, sadəcə bir və ya iki müctəhid mövcud olarsa, bunların ittifaqı ilə dini mənada bir icma meydana gəlməz.
2. O şər'i hökm üzərində, müctəhidlərin hamısının ittifaqı olmalıdır. Müxalif olanların sayı nə qədər az olarsa olsun, əksəriyyətin ittifaqı, icma sayılmaz. Çünki icma üçün, mütləq bütün İslam diyarlarındakı müctəhidlərin ittifaqı gərəkdir. Müctəhid olmayanların sözünə etibar edilməz.
3. Cavabı axtarılan məsələ ortaya çıxdığı sırada, İslam torpaqlarında yaşayan İslam müctəhidlərinin hamısının ittifaqı olmalıdır. Dolayısıyla Hicaz, Məkkə, Mədinə, Misir və İraq kimi müəyyən bir bölgənin müctəhidlərinin ittifaqı icma olmadığı kimi, sadəcə əhli-beytin ittifaqı ilə də icma olmaz.
4. O məsələ haqqında hər müctəhid, görüşünü açıqca ortaya qoymalıdır. Bu, sözlə və ya fellə, ayrı-ayrı və ya topluca ola bilər.
5. İttifaqın, ədalət sifətinə sahib, bidətdən uzaq duran müctəhidlər tərəfindən edilmiş olması lazımdır. Çünki icmanın hüccət olduğunu göstərən dəlillərdən, bu anlaşılmaqdadır. Müctəhidlərin ədalətli olması, cumhura görə şərtdir. Çünki icmanın hökmü, yəni bağlayıcı olması, ancaq məhkəmədə şahidlik etmə səlahiyyətinə sahib şəxslər tərəfindən ortaya qoyulmuşsa, mövzu müzakirəyə açıq ola bilər. Quranın:
"Sizdən iki ədalətli şəxs də şahid tutun." (Talaq/2) ayətində açıq şəkildə ifadə edildiyi kimi, şahidlik səlahiyyəti də ədalətlə olur.
"Bidətlərdən uzaq olması" şərtinə gəlincə:
Əgər bidət küfrə aparacaq dərəcədədirsə, o bidətçi, müsəlman deyildir. Küfrə aparmır, ancaq şəxs, o bidəti yaymağa çalışırsa, bu batil təəssübünüdən dolayı ədaləti düşür və ümmətin icmasında onun sözü götürülmür. Buna görə, əbu Bəkr və Ömərin xəlifəliyi mövzusunda rafiziləri; Əlinin xəlifəliyi mövzusunda da xaricilərin müxalifəti nəzərə alınmaz.
6. İcma edənlər, icmalarında bir nass və ya qiyas kimi şəri bir dəlilə istinad etməlidirlər. Çünki məsnədsiz, dəlilsiz fətva, xətadır; və din haqqında biliksiz danışmaqdır. Bu da, qadağandır. Allah (cəllə cələluhu): "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə..." (İsra/36) buyurmaqdadır. Çünki müctəhidlərin, sadəcə ağıllarına istinad edərək şəri hökm ortaya qoyma səlahiyyətləri yoxdur.
--------------------------
İcmanın müstənədi:
İcmanın müstənədi, müctəhidlərin icma etdikləri mövzuda istinad etdikləri dəlildir. Daha əvvəl də deyildiyi kimi, belə bir dəlil, mütləq olmalıdır. ("Şərhu'l-Muhalla alə Cəm'il-Cəvami", 2/168) Dəlilsiz icma, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən sonra din ortaya qoymaqdır ki, bu da, batildir.
Sonra ittifaqı gərəktirəcək və görüşləri birləşdirəcək bir səbəb olmadıqca, müctəhidlər arasında ittifaq meydana gəlməsi, zatən uzaq bir ehtimaldır. Müstənəd, o görüşləri birləşdirəcək və dinin sərhədlərinin pozulmasına mane olacaq bir şeydir ki, bu da, ya nass olur, ya qiyas və ya istihsən, istishab, örf və sədd-i zərai (haşiyə) kimi şər'i dəlillər olur.
----------------------------------------
(Haşiyə:
• Qiyas: "Şəri hökmü haqqında nass olmayan bir şeyi -hökmün illətində ortaq olduqları üçün- hökmü haqqında nass olana ilhaq etmək"dir (qatmaqdır). İlhaq etmək, yenidən hökm qoymaq deyil, zatən var olan hökmü ortaya qoymaqdır. Çünki hökm, əslində, din tərəfindən qoyulmuşdur. Ancaq müctəhid, illətə baxaraq, onu ortaya qoyuncaya qədər ortaya çıxması ertələnmişdir. Elə isə, qiyas, olmayan bir hökm qoymaz, var olanı ortaya çıxarar. İllət, hökmün əsasıdır. Müctəhidin etdiyi, hökmün illətindəki bənzərlikdən dolayı, əsldə var olan hökmün, fərdə də varlığını ortaya qoymaqdır.
• İstihsan: "Bir dəlilə istinad edərək, xafi (gizli) qiyası, cəli (açıq) qiyasa tərcih etmək" deməkdir. Əlavə məlumat üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/istihs%C9%99n-n%C9%99dir
Başqa bir tərifə görə, istihsan: "xüsusi bir dəlilə istinad edərək, cüzi bir hökmü, külli bir əsldən və ya ümumi bir qaydadan istisna etməkdir".
Məsələn, əti yeyilməyən heyvanların artıq suları, nəcisdir. Buna görə, qarğa və s. bənzəri quşlar kimi yırtıcı və əti yeyilməyən quşların artığı da, nəcisdir. Qiyas, budur. Ancaq quşlar, havadan enərək su içdikləri və dimdikləri sümük olduğundan təmiz sayıldığı üçün, onların artığı təmiz sayılır. Bu da, istihsandır.
• İstishab: "Bir şeyin keçmişdəki varlığına və ya yoxluğuna istinad edərək, dəyişdiyinə dair bir dəlil olmadıqca, indi də var və ya yox olduğuna hökm etmək"dir. Var olduğu bilinən bir şeyin yox olduğunda şübhə edilərsə, varlığının davam etdiyinə hökm edilir. Olmadığı bilinən bir şeyin varlığında şübhə edilərsə, yoxluğuna hökm edilir. Bu əsasdan hərəkətlə, bir əqdin və ya təsərrüfün hökmünü öyrənmək istəsək, hökmünə dair bir dəlil yoxdursa, "Əşyada əsl olan, mübahlıqdır." qaydasına istinad edərək, halal olduğuna hökm edirik. Bir canlının, bitkinin, yeməyin, içkinin və ya bir işin hökmünü öyrənmək istəsək, naslarda bunun hökmünə dair bir dəlil yoxdursa, halal olduğuna hökm edirik, çünki halallıq əsldir.
• Örf: "İnsanların davam etdikləri yayğın hər cür fel və ya xüsusi bir mənada istifadə etdiyi; və eşidildiyində başqa məna anlaşılmayan söz"dür.
Bu tərif, həm feli, həm də qövli (sözlü) örfü ehtiva edir.
• Sədd-i Zərai: "İçində məfsədət (pislik, fəsad) və ya məzərrət (zərər) olduğu üçün, haram olan şeyə götürən hər cür vasitəni qadağan etmək"dir. Necə ki, fərzə götürən şey fərzdirsə, harama götürən şey də haramdır. Məsələn, zina haramdırsa, ona sövq etdiyi üçün qadınlara baxmaq da haramdır.
--------------------------------------------
İlham, dində dəlil olmaz. Çünki din, peyğəmbərdən alınır. Peyğəmbər belə vəhy gəlmədən din haqqında özündən bir şey söyləmədiyinə görə, ümmətinin, əsla dəlilsiz danışmaması lazımdır. Dolayısıyla, məsnədsiz və ya kefinə və öz ağlına görə hökm vermək, bidət və dəlalət sahiblərinin işidir.
Alimlərin əksəriyyətinə görə, müstənəd, ya qəti dəlil olur- ki, o da, ayət və mütəvatir sünnətdir- Bu təqdirdə, icma onu dəstəkləmiş olur. Və ya zənni dəlil olur- ki, o da, xəbər-i vahid və qiyasdır.- O təqdirdə, o hökm, icma səbəbiylə, zənn mərtəbəsindən qətiyyət və yəqin mərtəbəsinə yüksəlir.
Mürsəl maslahat (haşiyə) da, icmaya müstənəd ola bilər. Bu təqdirdə maslahat dəyişərsə, icmaya müxalifət edib yeni maslahata uyğun yeni bir hökm vermək, caiz olur. Belə ki, səhabə zamanında "Təs'ir" ( qiymət məhdudlaşdırması ) caiz görülməzkən, daha sonra Mədinədə yeddi fəqih, bunun cəvazına fətva verdilər.
Eyni şəkildə əsl olan Haşim oğullarına zəkat halal deyil ikən, beyt-ul malın vəziyyəti dəyişdikdə, əbu Hənifə və imam Malik, Haşimilərə zəkat verilə biləcəyinə fətva verdilər. Və yenə ər-arvadın, ata-oğulun birbiriləri lehindəki şahidlikləri, səhabə dövründə caiz ikən, məzhəb imamları, insanların haqqlarını qorumaq üçün, buna cəvaz vermədilər.
-------------------------
(Haşiyə:
Mürsəl Maslahat: "Dinin təsərrüflərinə və qayələrinə uyğun olan, lakin dində mötəbər olub-olmadığına dair müəyyən bir dəlil olmayan və hökm buna istinad edildiyində, insanlara bir fayda (maslahat) təmin edən və ya bir zərəri (məfsədəti) dəf edən vəsf"dir.
"Mürsəl" deyilməsi, haqqında dəlil olmamasından dolayıdır. Səhabənin, Quranı bir mushafda toplayarkən, həbsxana açarkən, fəth etdikləri əkinə əlverişləri əraziləri, sahiblərinin əlində buraxaraq ərazi vergisi qoyarkən əsas aldıqları vəsf, maslahatdır (yəni bunda bir fayda görmələridir).
-----------------------------------
Müstənədi, mürsəl maslahat olan icmaya, bu misalı da göstərə bilərik:
Ömər (radiyallahu anh) dövründə, müharibə yolu ilə fəthedilən torpaqların təqsim edilməməsi (qisimlərə ayrılmaması) və o torpaqlara xərac (torpaq vergisi) qoyulması mövzusunda icma etdilər. Düşündükləri maslahat da, bu idi:
Beytu'l mal'a davamlı bir gəlir qaynağı təmini, bu gəlirin hərbi ehtiyaclar, körpü tikintisi və suvarma xidmətləri, vali, qadı və kasıblar üçün ümumi xidmətlərə xərclənməsi və bunun bir qrupun deyil, bütün müsəlmanlar üçün bir haqq olaraq qalması.
Yenə səhabə icmalarından bəziləri bunlardır:
~ Quran-i Kərimin bir mushafda toplanması;
~ Osmanın zamanında, xüsusilə uzaqdakı insanların cümə namazını qaçırmamaları üçün ilk oxunan azanın əlavə edilməsi.
Onların bu mövzuda müstənədi, maslahat və hal, Peyğəmbər (sallallahu aleyhi və səlləm), əbu Bəkr və Ömər zamanında olduğu kimi davam edərsə, meydana gələcək məfsədəti dəf etməkdir.
İcma, sadəcə ortaya çıxan bir halın hökmü üzərində olmaz. Məsələn, bir nassın təvili və ya təfsiri və ya o nəssin ifadə etdiyi hökmün illəti kimi xüsuslar üzərində də icma mümkündür.
-----------------------------------
İcmanın hüccət olması:
Yuxarıda qeyd olunan şərtlər çərçivəsində, yəni bir məsələnin hökmü üzərində bütün müctəhidlərin görüşlərinin ittifaq etməsi şəklində icma meydana gəldiyində, o hökm, bağlayıcı olur və buna tabe olunması, vacibdir. Ona zidd davranmaq, caiz olmaz və sonrakı əsrlərdəki alimlərin onu pozmaq hüququ yoxdur. Çünki artıq bu dini hökm, qəti bir hökmdür. Nə müxalifətinə, nə da nəsxinə imkan vardır. Quran və Sünnət kimi bir yəqinliklə, o icma ilə hökm, sabit olmuşdur.
Ancaq icmanın:
~ dəlili (müstənədi), qətidirsə, o icma, müstəqil bir hüccət deyil, əksinə o dəlili qüvvətləndirici;
~ dəlili zənnidirsə, o təqdirdə, müstəqil bir dəlil olur. Yəni artıq o icmanın müstənədi olan dəlilə baxılmaz. Bu, icma öz başına hökm qoyur demək deyildir. Çünki əsl hökm qaynağı dindir.
Alimlərin əksəriyyətinə görə, icma, qəti bir hüccətdir. Belə ki, bizə:
~ təvatür yoluyla nəql edilibsə, ona müxalif davranan kafir olur və ya dəlalətdədir və ya bidət əhli sayılır. (bax: "Fəvatihu'r-Rahamut", 2/213)
Amma bizə:
~ əhəd yolu ilə gəlmişdirsə və ya sükuti icmadırsa, o hökm (üzərində icma edilən şey) haqqında zənn ifadə edər, qətiyyət ifadə etməz.
Amidi, Cüveyni, İsəvi və ibn Hacib kimi bəzi alimlərə görə, icmanı inkar edən kafir olmaz. Ancaq 5 vaxt namaz, Allahın birliyi, peyğəmbərlik kimi dinin zəruriyyətindən olub hərkəscə bilinən bir icmanı inkar edərsə və ya icmanın varlığını və icma edənlərin doğruluğunu qəbul etdikdən sonra icma edilən şeyi (hökmü) inkar edərsə, küfrə girər. Çünki bu inkar və təkzib, dini inkara götürür, dini inkar da, küfrdür.
• Quran-i Kərimdə icmanın hüccət olduğuna dəlil olabiləcək ayətlərdən bəziləri bunlardır:
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxarsa və möminlərin yolundan başqa bir yolla gedərsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir." (Nisa/115)
Burada Allah (cəllə cələluhu), möminlərin yolundan başqa yol tutmağı, Allah (cəllə cələluhu) və Rəsulu (sallallahu aleyhi və səlləm)'ə düşmənlik etmək kimi saymışdır. Hər ikisini də, cəhənnəmə atmaq cəzası verməsindən başa düşülən, budur.
Bu halda Allah (cəllə cələluhu) və Rəsuluna qarşı çıxmaq haramdırsa, möminlərin yolundan getməmək də haramdır. Onların yolundan getməmək haramdırsa, onların yolunu izləmək, vacibdir. Bu da zəruri olaraq, icmanın hüccət olmasını gərəktirir. Çünki şəxsin yolu, onun öz istəyi ilə seçdiyi söz və ya hərəkət və ya inancdır.
• Digər bir ayət də, Nisa surəsinin 59-cu ayətidir.
"Ey iman gətirənlər! Allaha itaət edin. Rəsula və sizdən olan əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün). Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha gözəldir."
Allah, Özünə və Rəsuluna itaəti əmr etdiyi kimi, "ulu'l-əmr"ə itaəti də əmr etdi. Ulu'l-əmr:
~ dövlət işlərində idarəçilər;
~ dini mövzulardakı ictihad; və
~ fətvada müctəhid alimlərdir.
İctihad əhli olaraq onlar, bir hökmdə ittifaq etdikləri zaman ona uymaq və o hökmü tətbiq etmək gərəkdir. Quran-i Kərimdə belə buyurulur:
".....Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə götürsə idilər, onların içindən onun mahiyyətini anlayan kimsələr, (onun nə olduğunu) bilərdilər..." (Nisa/83)
------------------------------------
Sünnətdən dəlilə gəlincə:
Müctəhidlərin üzərində ittifaq etdiyi şey, ümmətin hökmü deməkdir. Çünki alimlər, bu mövzuda ümmətin təmsilçiləridir. Rəsulullahdan, bu ümmətin xətadan qorunmuş olduğunu göstərən bir çox hədis gəlmişdir. Bunlar, hər nə qədər ləfzləriylə və ayrı-ayrı baxıldığında təvatür səviyyəsində olmasalar da, aralarındakı ortaq məna, mütəvatirdir ki, o da, bu ümmətin xətadan qorunmuşluğudur. Mənəvi təvatür dedikləri də budur. Mənəvi təvatür, "bilik" ifadə etməsi mövzusunda, ləfzi mütəvatir kimidir.
Ümmətin xətadan qorunduğunu göstərən hədislərdən bəziləri belədir:
~ "Mənim ümmətim xəta üzərində birləşməz.";
~ "Allah (cəllə cələluhu), ümmətimi dəlalət üzərində toplamaz.";
~ "Allahın əli, camaatla bərabərdir.";
~ "Ümmətimdən bir topluluq qiyamətə qədər haqq üzərə ona yardıma davam edəcəkdir, onlara müxalifət edən, onlara zərər verə bilməz."
~ "Camaatdan bir qarış ayrılan, o halda ölərsə, ancaq cahiliyyə ölümü üzrə ölər.";
~ "Şeytan bir nəfər ilə bərabər, iki nəfərdən uzaqdır.";
~ İbn Məsud: "Müsəlmanların gözəl gördüyü şey, Allahın qatında da gözəldir." demişdir.
Bütün bunlar, müctəhidlərin ittifaqının haqq və doğru üzərində olacağına, açıq dəlildir. Belə olmasaydı, görüşləri, yaşadıqları mühit, qabiliyyətləri və elmi qüdrətləri fərqli olan bu alimlər, ittifaq edə bilməzdilər. Çünki ancaq doğruda birləşmək mümkündür.
---------------------------------
İcma növləri:
Meydana gəlmə şəkli cəhətindən, icma, iki cürdür:
1. Sarih icma;
2. Sükuti icma.
1. Sarih icma: "Müctəhidlərin görüşlərinin, söz və ya fel olaraq müəyyən bir məsələnin hökmü üzərində birləşməsi"dir.
Məsələn:
~ alimlər bir yerdə toplanar;
~ o məsələ üzərində hər kəs öz görüşünü açıqlayar; və
~ tək hökm üzərində birləşər; və ya
~ o məsələdə hər alim fətva verər; və
~ bu fətvalar, tək şey üzərində birləşərsə,
alimlərin ittifaqı ilə, bu növ bir icma, hüccətdir.
2. Sükuti icma: Bir əsrdəki müctəhidlərdən bir qismi bir məsələ haqqında söz söyləyər, digərləri də bu görüşü öyrəndikdən sonra rəddetməyib sükut edərlərsə, bunun hüccət olub-olmaması mövzusunda, bir çox görüş vardır. Ən əhəmiyyətli olanları, bu ikisidir:
~ Maliki və Şafiilərə görə, bu, bir icma və hüccət olmaz.
~ Hənəfi və Hənbəlilərə görə isə, bu, icmadır və qəti hüccətdir.
Sükuti icmanı qəbul etməyən ilk görüş sahibləri, dəlil olaraq bunu irəli sürürlər:
Digər müctəhidlərin sükut etməsi, eşitdikləri hökm mövzusunda, digərlərilə eyni görüşdə olduqlarına dair bir qərinə sayılmaz. Çünki olabilər ki:
~ o məsələdə ictihadı yoxdur; və ya
~ fətva sahibindən çəkinmişdir; və ya
~ görüşünü açıqladığında meydana gələbiləcək bir zərərdən çəkinmək üçün; və ya
~ hər müctəhid isabət edər, qənaətində olduğu üçün susmuşdur.
Deməli, bu və bənzəri ehtimallar, bu sükutun elan edilən o görüşün qəbul edildiyinə əlamət sayılmasına əngəldir.
Sükuti icmanı hüccət sayan ikinci görüş sahiblərinin dəlilləri də belədir:
1. Hər müctəhidin görüşünün eşidilməsi, mümkün deyildir. Ümumiyyətlə, adət belədir ki, alimlərdən bir və ya bir neçəsinin fətvası yayılır, digərləri isə, sükut edirlər.
2. Yenə adətə görə, hər əsrdə alimlərin böyükləri, məsələ haqqında fətva verir; kiçikləri də, qəbul mənasında sükut edirlər.
Dolayısıyla bu sükut, zimnən (gizli, dolaylı olaraq) eyni görüşdə olduqları mənasına gəlir.
Başa düşülən budur ki, digər müctəhidlərin də eyni görüşdə olduğuna dair bir işarət mövcud olar; və ilk görüşdə irəli sürülən ehtimallar ortadan qalxarsa, sükuti icma, hüccət olar. Çünki səhabənin icmalarının çoxunu, ancaq belə başa düşmək mümkündür:
Yəni bir qismi görüşünü açıqlamış, digərləri sükut etmişdir. Əgər digərlərinin, verilən hökmdən razı qaldıqlarına dair qərinələr kifayət etməzsə, sükuti icma, sadəcə zənni bir hüccət olaraq qalar.
----------------------
İcma'nın meydana gəlməsinin mümkünlüyü:
Nazzam'a, Mötəzilə və Şiə'dən bəzilərinə görə, icma, zatən mümkün deyildir. Onların dəlilləri, bunlardır:
1. İcmanın meydana gəlməsi, hər hansı bir əsrdə mövcud olan müctəhidlərin ittifaqına bağlıdır. Bunun gerçəkləşməsi üçün, İslam torpaqlarındakı müctəhidlərin və görüşlərinin, tək-tək bilinməsi lazımdır. Hər ikisi də, mümkün deyildir. Çünki müctəhid olanla olmayanı ayırd edəcək bir ölçü yoxdur. Ayrıca, alimlər, İslam torpaqlarının hər yerinə yayılmışlardır. Bunları bir araya gətirmək və güvənilən bir yolla görüşlərini öyrənmək mümkün deyildir.
2. İcmaya qatılanların dəlili, ya qəti olub təvilə ehtimalı olmaz. O vaxt, o dəlil ilə kifayətlənilər, icmaya ehtiyac qalmaz. Çünki müctəhidlərin görüşlərinin və ağıl səviyyələrinin fərqli olmasından, ayrıca hər birinin özünü bu məsələ ilə maraqlanmağa sövq edən şəxsi və məzhəbi (məzhəbə aid) səbəblərin fərqli olmasından dolayı, zənni dəlil, bir ixtilaf qaynağıdır. Bu səbəbdən, icma olmaz və meydana gəlməsi də, mümkün deyildir.
Bunlara veriləcək cavab budur:
Bu dəlillər, sırf şübhədən və felən meydana gəlmiş bir mövzu haqqında şübhəyə salmaqdan başqa bir şey deyildir. Bunlara etibar edilməz.
İcmanın mümkün olduğuna dair cumhurun dəlili isə, felən vaqe olmasıdır. Bundan daha qüvvətli dəlil, ola bilməz. Səhabə:
~ Zəkat verməyənlərə qarşı döyüşmək;
~ Quranın bir mushafda toplanması;
~ Altı sinif əşyada faizin haram olması;
~ Müsəlman bir xanımın müsəlman olmayan bir kişi ilə evlənməsinin batil olması;
~ Mehr danışılmadan kəsilən nigahın məqbul olması;
~ Bir xanımın bibisi və ya xalası ilə eyni nikah altında toplanmasının haram olması;
~ Donuzun daxili yağının da haram olması;
~ Ölənin nənəsinə, ölənin mirasından 1/6 verilməsi;
~ Yenə ölənin oğlunun, ölənin nəvəsinin miras almasına əngəl sayılması; və
~ Alınan buğdanın təslim alınmadan satılmasının caiz olmaması
kimi hökmlər üzərində, icma etmişdir.
Günümüzdə də, İslam ölkələrindən şər'i ölçülərə görə, xətir-hörmət güdmədən seçilmiş ictihad səlahiyyətinə sahib alimlərin, dövlətlərin və ya qurumların rəhbərliyində təşkil olunan konfranslar və toplantılar yolu ilə bir araya gətirilərək dini mövzularda ittifaq təmin edilib icma meydana gətirilməsi, mümkündür.
----------------------------------
Felən icmanın gerçəkləşməsi
İbn Hazm'ın "Məratibu'l-İcma" adlı kitabında da açıqca ifadə edildiyi kimi, alimlərin əksəriyyəti, səhabə və digər alimlər tərəfindən xeyli mövzuda icma edildiyi görüşündədir.
Məsələn, yuxarıda verilən nümunələrə əlavə olaraq:
~ qəsb edilən əşyanın misli ilə və ya qiyməti ilə ödənməsinin vacib olduğu; və
~ kişinin ölümü və digər ayrılıqlardan sonra xanımın iddət gözləməsinin vacib olduğu
kimi şər'i bir dəlilə söykənən mövzularda meydana gələn icmalar da, buna nümunə verilə bilər.
Sırf ictihada söykənən məsələlərdə icma meydana gəlib-gəlmədiyi mövzusuna gəlincə:
İctihadi məsələlər üzərində icma olduğunu iddia etmək, çox asan deyildir. O mövzuda söylənə biləcək şey:
"Bu məsələdə, səhabə və digər alimlər arasında ixtilaf olduğu bilinmir." sözüdür.
Bu, cumhura görə qəti deyil, zənni icmaya daxildir.
Bu növ icmaya mudarəbə'nin məşruluğu üzərindəki ittifaqı misal vermək, mümkündür. Alimlər, bunun caiz olduğunda icma etdilər. Halbuki buna dair, səhih bir dəlil yoxdur. Bilinən tək şey, insanların Allah rəsulu (sallallahu aleyhi və səlləm) zamanında mudarəbə etmiş olması, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də, buna səs çıxarmayıb təsvib etməsi (uyğun görməsi)'dir.
İmam Şafi belə deyir:
"Haqqında ixtilaf olduğu bilinməyən şeyə, icma deyilməz."
Əhməd b. Hənbəl'in:
"Kim icma iddia edərsə, o, yalançıdır." sözünə gəlincə: Bundan məqsəd, icma nəqlləri verənləri araşdırmağa təşviq etmək, olub-olmadığı mövzusunda sağlam bilik əldə etmədən, bu nəqlin doğruluğu və xəbərin sağlamlığı mövzusunda, başqalarının özü ilə bunu paylaşıb-paylaşmadığına baxmadan, sadəcə bir iddiaya güvənərək nəql etməmələri gərəkdiyini bildirməkdir. Yoxsa Əhməd b. Hənbəlin məqsədi, icmanı inkar etmək deyildir.
(V. Zuhayli, "Fiqh üsulu")
