73 firqə hədisi

3991- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Yəhudilər, 71 firqəyə ayrıldılar. Mənim ümmətim də, 73 firqəyə ayrılacaqdır."

------------------------------

3992- Avf b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Yəhudilər, 71 firqəyə ayrıldılar. (Bunlardan) biri cənnətdə və 70 atəşdədir. Xristiyanlar da, 72 firqəyə ayrıldılar. (Onlardan da) 71 firqə atəşdə və 1-i cənnətdədir.

Muhammədin canı əlində olan Allaha and olsun ki, Mənim ümmətim də, şübhəsiz 73 firqəyə ayrılacaqdır. Biri cənnətdə və 72 firqə atəşdədir."

"Ey Allahın rəsulu! Cənnətdə olan firqə, kimlərdir?" deyə soruşuldu. O:

"(Səhabələrin yolunda olan) Camaat." deyə buyurdu.

-----------------------------------------

3993- Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İsrail oğulları, 71 firqəyə ayrıldılar. Mənim ümmətim də, 72 firqəyə ayrılacaqdır. Bunların hamısı, atəşdədir. Yalnız 1 firqə, atəşdə deyildir. O da (səhabələrin yolunda olan) camaatdır."

Not: Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:

"Bunun sənədi səhih olub, raviləri siqa (güvənilən)'dir."

-----------------------------------

3994- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"(And olsun ki), sizlər, özünüzdən əvvəlki (millət)'lərin yoluna qulac-qulacına, arşın-arşınına və qarış-qarışına, şübhəsiz eynilə tabe olacaqsınız. Hətta onlar (dar) bir kərtənkələ dəliyinə girsələr, siz də, şübhəsiz o dəliyə girəcəksiniz."

Səhabələr:

"Ey Allahın rəsulu! (O millətlər) yəhudilər və xristiyanlardırmı?" deyə soruşdular. O:

"Bunlardan başqa kimlər olacaq?" buyurdu."

---------------------------------

İzahı:

Firqələr hədisinə:

• əbu Davud, "Sünən", Sünnət kitabı: 1;

• Tirmizi, "Sünən", İman: 18;

• Əhməd, "Müsnəd", 2/332, 3/120 və 148;

• Qadı İyad, "əş-Şifa", 1/337;

• Cəlaləddin Suyuti, "Xasaisu'l-Kubra", 3/16;

• ibn Kəsir, "əl-Bidayə və'n-Nihayə", 1/18 və 19;

• Acurri, "əş-Şəria", s. 15; və s.

bu alimlərdə kitablarında yer vermişlərdir.

Bu babın ilk hədisini, digər "Sünən" sahibləri və Hakim də rəvayət etmişlərdir.

Buxari, bu babın son hədisinin bənzərini, "əl-İ'tisam" kitabının bir babında, əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət etmişdir.

Bu babın ilk 3 hədisində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ümmətinin 70-dən çox firqəyə ayrılacağı; və 1-i xaric, digərlərinin cəhənnəmlik olacağı xəbər verilir.

Bu firqələrdən məqsəd:

Əhl-i Sünnət məzhəbinə müxalif olan etiqad mövzularına dair batil məzhəblərdir. Hənəfi, Şafi, Maliki və Hənbəli məzhəbləri kimi əməl və fiqh mövzularına dair məzhəblər qəsd EDİLMƏMİŞDİR.

"Tuhfətu'l-Əhvəzi şərh Camii't-Tirmizi" müəllifi Mübarəkpuri, Tirmizi'nin rəvayət etdiyi əbu Hureyrə (radiyallahu anh) hədisini şərh edərkən, bu hədisin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir möcüzəsi olub, eynilə gerçəkləşdiyini bildirdikdən sonra, imam əbu Mansur ət-Təmimi'nin bu hədisin izahı mövzusunda kitab yazdığını və kitabda belə dediyini nəql edir:

"Səlahiyyətli elm əhli bilir ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), pislənən (71 və ya 72) firqələr ilə, halal və haram mövzularında, fiqh məsələlərində ixtilafa düşmüş fərqli görüş bəyan edən əməl məzhəblərini qəsd ETMƏMİŞDİR. Onun qəsd etdiyi firqələr:

~ tövhid əqidəsinin təməl məsələlərində;

~ xeyir və şərrin təqdiri, yəni qədər mövzusunda;

~ nəbilik və rəsulluq şərtlərində;

və buna bənzər mövzularda, haqq əhlinə, yəni Əhl-i sünnət və'l-camaata müxalifət edən məzhəblərə mənsub qruplardır. Çünki bu qrupların bəziləri, digər bəzi qrupların kafirliyinə hökm edəcək qədər, aralarında ixtilafı iləri götürmüşlərdir.

Fiqh və əməl mövzularına dair məzhəb mənsubları arasında isə, belə bir hal, bəhs mövzusu deyil. Bunlar, fərqli məsələlərdə ixtilaf etdikləri, fərqli görüşlər bəyan etdikləri halda, özlərinə müxalifət edənləri, nə küfrlə, nə də fisqlə ittiham etməmişlərdir. Bu etibarla, bu hədis, etiqad mövzularına dair batil məzhəblər mənasında təvil edilir.

Səhabələr dövrünün sonlarında, Qədəriyyə məzhəbinin meydana çıxdığı; və Mə'bəd əl-Cühəni (qədəriyyə məzhəbinin ilk təmsilçilərindən biri) ilə özünə tabe olanların müxalifət bayrağını qaldırdıqları görüldü. Sonra ard-arda məzhəblər çoxaldı və nəhayət, bunların sayı 72 firqəyə çatdı.

73-cü firqə isə, Əhl-i Sünnət və'l-Camaat firqəsidir. Haqq məzhəb də, budur."

"Tuhfətu'l-Əhvəzi" müəllifi, daha sonra belə deyir:

Bidət əhli olan məzhəblərin sayı, "əl-Məvəqif"də bildirildiyi kimi, əsas etibarilə 8'dir:

1. Mötəzilə məzhəbidir. Bu məzhəb mənsublarının başlıca görüşləri, bunlardır:

~ Qullar (ixtiyari) fellərinin yaradıcısıdır;

~ Möminlər, axirətdə Allahı görməzlər;

~ Yaxşı bir əməl işləyənin mükafatlandırılması və günah işləyənin cəzalandırılması, vacibdir.

Mötəzilə məzhəbi, 20 firqəyə ayrılır.

(Mötəzilə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mot%C9%99zil%C9%99-kimdir

------------------------------------------------

2. Əli (radiyallahu anh)'ı sevməkdə ifrata varan Şiə məzhəbidir.

Bunlar da, 22 firqədir.

(Rafizilər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rafizi-kimdir

------------------------------------------------

3. İfrata varmış Xariciyyə məzhəbidir.

Bunlar, Əli (radiyallahu anh)'ın kafir olduğu görüşündədirlər və böyük günah işləyənlərin kafir olduğu qənaətindədirlər.

Xaricilər də, 20 qola ayrılmışlardır.

(Xaricilər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xavaric-kiml%C9%99rdir)

-----------------------------------------------

4. Murciə məzhəbidir.

Bunlara görə: İmanlı bir kimsənin günah işləməsində heç bir beis və zərər yoxdur.

Bunlar da, 5 qrupa ayrılmışlardır.

(Murciə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-kimdir

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-kimdir-1

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-kimdir-2

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-v%C9%99-q%C9%99d...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-m%C9%99s%C9%99l%...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99bu-h%C9%99nif%C9%99y%C...

--------------------------------------------

5. Nəccariyyə məzhəbidir. (Haşiyə)

Bunlar, 3 qrupa ayrılmışlardır.

(Haşiyə:

Bu məzhəbin etiqadi görüşləri, belədir:

Məna sifətlərinin nəhyi mövzusunda, Mötəzilənin görüşünü mənimsəyən Nəccariyyə; qədər və qulların fellərilə bağlı xüsuslarda, Murciə və Əhl-i Sünnəyə yaxınlaşmaqdadır. Buna görə, xeyir, şər, fayda və zərəri istəyən, Allahdır. Onun "Murid"/iradə sahibi olması, başqası tərəfindən cəbr edilməməsi və hakimiyyət altına alınmaması, deməkdir. Allahın mülkündə, Onun istədiyindən başqa heç bir şey cərəyan etməz, vaxtında olacağını bildiyi şeylər, vaxtı gəlincə ortaya çıxar; olmayacağını bildiyi şeylər də, vücuda gəlməz.

Allahın (cənnətdə) görülməsinin imkansız olduğunu qəbul edən Nəccariyyə, Onun, qəlbdə olan mərifəti gözə təhvil etməsi; və qulun, bununla Allahı bilməsinin "rüyət"/Allahı görmə deyə isimləndirilməsinin, caiz olduğu görüşündədir.

Allahın kəlamının hadis (sonradan yaradılan) olduğu xüsusunda Mötəzilə ilə eyni fikri bölüşmələrinə baxmayaraq, bəzi mövzularda onlardan ayrılmışlardır. Şəxsən (məzhəbin qurucusu olan) Hüseyn b. Muhamməd ən-Nəccar'ın ifadəsinə görə, Allah, kəlamdan aciz olmamaq mənasında hər zaman "bi'l-qüvvə"/potensial olaraq mütəkəllim olub Onun bəşəri idraka təqdim edilən kəlamı, muhdəsdir (sonradan yaradılandır). İlahi kəlam oxunduğunda araz; yazıldığında isə, cisimdir.

İnsanların işləmiş olduğu pis və yaxşı fellər, Allah tərəfindən yaradılır. Qul isə, bu felləri kəsb edir. Qulun hadis qüdrətinin təsirini mənimsəyən Nəccar, buna eynilə Əşarilərdə olduğu kimi "kəsb" adını vermişdir və s.)

------------------------------------

6. Cəbriyyə məzhəbidir.

Bunlara görə, qulların əlində heç bir iradə yoxdur.

Bunlar, tək qrupdur.

(Cəbriyyə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99briyy%C9%99-kimdir)

--------------------------------

7. Müşəbbihə məzhəbidir.

Bunlar, Allah (azzə və cəllə)'nin, məxluqlar kimi bir cisim olduğu iddiasındadırlar.

Bunlar da, tək qrupdurlar.

Beləcə, batil məzhəb sayı, 72 olur.

(Müşəbbihə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mus%C9%99bbih%C9%99-kimdir-1...

----------------------------------

73-cü firqə isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrinin yolunu tutan Əhl-i Sünnət və'l-Camaat məzhəbidir. Haqq yolda olan da, budur.

Digər məzhəblər, batildir, mənsubları da dəlalət əhlidirlər.

Bu məlumatlar, "əl-Mirqat"dan nəqlən verilmişdir.

İkinci və üçüncü hədislərdə keçən "Camaat" kəliməsilə: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrin yolunda olub bidət və yalnış etiqaddan uzaq duran qrup qəsd edilmişdir ki, bu qrupa, Əhl-i Sünnət və'l-Camaat deyirik.

-----------------------------------

Bu hədislərdə, ümmətin 71 və ya 72 firqəsinin cəhənnəmlik olub 1 firqənin cənnətlik olduğu bildirilir. Belə bir sual xatirə gələ bilər:

Sual:

"Qiblə əhli olan, yəni zərrə miqdar imanı olan hər müsəlman, nəticə etibarı ilə cənnətlikdir. Yəni İslam dinindən olduğu qətiliklə bilinən bütün hökmlərə inanan kimsələr, bəzi bidətlər mənimsəmiş olsalar belə, imanın 6 şərtinə inandıqdan sonra, mömin sayılır və bu hal üzərə ölərsə, günahlarının cəzasını çəkdikdən sonra və ya çəkmədən İlahi bir məğfirətlə cənnətlik ola bilər.

Digər tərəfdən, Əhl-i Sünnət məzhəbinə mənsub bir kimsə, işlədiyi hər hansı bir günahdan dolayı, cəhənnəmdə cəzalandırıla bilər və əzabını çəkdikdən sonra cənnətlik olar.

Halbuki bu hədislər, yalnız 1 firqənin cənnətlik; digərlərinin cəhənnəmlik olduğuna dəlalət edir. Elə isə, bu hal, necə izah edilə bilər?"

Cavab:

Bu suallara fərqli şəkillərdə cavablar verilmişdir.

• Bir izah, belədir:

1 firqə, daşıdığı etiqad səbəbilə cəzalandırılmayıb bu cəhətdən cənnətlikdir. Digər firqələr, daşıdıqları batil etiqadlardan dolayı, cəhənnəm əzabına layiqdirlər.

• Digər bir izaha görə:

Hədislərdəki hökm, əksəriyyət etibarı ilədir. Yəni Əhl-i Sünnət və'l-Camaat məzhəbi mənsublarının böyük əksəriyyəti, haqq yolda olmaqla cənnətə layiqlik qazanırlar. Digər firqələrə mənsub insanların əksəriyyəti, yalnış yolda olmaqla cəhənnəmə layiqlik qazanarlar.

--------------------------------

Bu babdakı 3994 no-lu son hədis isə, Müsəlmanların:

~ xristiyan və yəhudilərə bənzəməyə çalışacaqlarını;

~ bu 2 millətin əxlaq və yaşayışlarına sanki qibtə edərcəsinə əyiləcəklərini; və

~ bəzi bidət və nəfsi arzulara əsir kimi bağlanacaqlarını

xəbər verir. Bu da, möcüzə olaraq reallaşmışdır. Bu gün, İslam dünyasında, tamamilə İslam dininə və Sələf dövrünün yaşayışına zidd düşən pisliklərə, bidətlərə, səfahət və əxlaqi çöküntüyə doğru sürətlə getdiyi və ya sürükləndiyi böyük təəssüf ilə müşahidə edilməkdədir.

(İbn Macə, "Sünən tərcümə və şərhi", "Kitabu'l-Fitən / Fitnələr kitabı", 17-ci bab: "Ümmətlərin firqələrə bölünmələri babı")

Read 756 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR