İşari təfsir haqqında məlumat verərsinizmi?

 

Rəvayət və dirayət təfsirləri kimi, işarət təfsirləri də vardır. Məna olaraq işari təfsir, "(daha çox) tasavvuf əhlinin, özlərinə görünən gizli bir işarətdən dolayı, bir ayəti, zahiri mənasından başqa bir məna ilə təvil etmələri"dir.

Burda təvil ifadəsini istifadə etməyimiz, məqsədlidir. Çünki işari olaraq verilən izahlar, açıqlamalar, təfsirdən çox təvildir. Necə ki, imam Zərkəşi də, buna diqqət çəkmiş və sufilərin bu kontekstdəki izahlarının, təfsir özəlliyi daşımadığına, əksinə, bu cür mənaların, Quranın tilavəti əsnasında qəlblərinə doğan bəzi mənalardan ibarət olduğuna toxunmuşdur. ("əl-Burhan", ll, 187) Bu ikisi arasındakı fərqi başa düşə bilmək üçün, "təfsir və təvil"in fərqləri nədir, onu bilmək lazımdır. Belə ki:

Təfsir və təvil arasındakı fərqə aid olaraq, alimlər tərəfindən bir çox görüş iləri sürülmüşdür. Əbu Ubeydə kimi bəzi alimlər, bu ikisi arasında heç bir fərqin olmadığını müdafiə edərkən; bəziləri də:

~ təfsirin bir-başa rəvayətlə bağlı olduğu;

~ təvilin isə, dirayətlə bağlı olduğunu

müdafiə etmişlərdir (bax: Suyuti, "əl-İtqan", ll, 1189)

Buna görə, təfsir: "bir ayət ilə, Allahın bu ayətdən muradının nə olduğunu bəyan etmək" mənasına gəlməkdədir. Belə bir şey də, ya başqa bir ayətin izahı; yaxud Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, o ayətlə bağlı təfsir sədədində gələn bir rəvayət və ys şəxsən vəhyin nüzuluna şahidlik etmiş olan səhabədən gələn nəqllə ola bilər. Əks halda, belə bir qətilikdən bəhs edilə bilməz.

Təvil isə: "lüğəvi və başqa dəlillərdən yola çıxaraq, ayəti möhtəmək mənalardan birinə həml etmək" mənasına gəlməkdədir. (bax: Zəhəbi, "ət-Təfsir və'l-Müfəssirun", ll, 19)

Bunu edə bilmək üçün də, təfsir edən şəxsin, bəzi şərtləri (lüğət, sarf, nəhv, iştiqaq, məani, bəyan, bədi, qiraət, usuli'd-din, fiqh üsulu, nüzul səbəbləri, nasix və mənsux, mücməl və mübhəm olan ifadələri və s. bilməsi) özündə daşıması lazımdır. Bu fərqdən ötürü olmalıdır ki, imam əbu Mansur əl-Maturidi:

~ təfsirin: "Bir ləfzlə, muradın qəti bu olduğunu söyləmək, Allahın bu mənanı qəsd etdiyinə şahidlik etmək";

~ təvilin isə: "Belə bir qətilik və şahidlik olmadan, ləfzi möhtəməl mənalardan birinə həml etmək" olduğunu söyləmişdir. ("Təvilatu'l-Quran", l, 3)

İşari təfsirlərin məqbul olmasının şərtləri:

Alimlər, işari təfsirin məqbul ola bilməsi üçün, bu şərtləri iləri sürmüşlərdir:

1. Quranın zahirinə zidd olmaması;

2. Özünü dəstəkləyən şəri bir dəlilin olması;

3. Şəri və ya əqli bir dəlilə zidd düşməməsi;

4. İşari təfsirin, o ayətin həqiqi mənası olduğu şəklindəki bir iddia güdülməməsi. (Yəni, zahiri mənanın nəfy edilərək, ayətdən Allahın muradının, bu işari mənanın olduğu iddia edilməməsi, əksinə, zahiri mənanın təslim edilməsidir. Çünki batinə çata bilməyin yolu, zahiri bilməkdən keçməkdədir.) (bax: Fəhd b. Abdu'r-Rahmən b. Süleyman ər-Rumi, "İtticahatu't-Təfsir fi'l-Qarni'r-Rabia Aşər", l, 374; 1-ci nəşr, Səudiyyə, 1407)

İşari təfsir, öz içində, məqbul və mərdud (rədd olunan) olmaq üzərə, 2 qismə ayrılmaqdadır. Necə ki, yuxarıda da bildirdiyimiz kimi, ərəb dilinə və şəri hökmlərə uyğun olmadan, sırf fərqli görsənə bilmək üçün, ayətlərə gətirilən izahlar vardır. Bunlar, daha çox, "batini izahlar" olaraq qarşımız çıxmaqdadır. Bunun xaricində, tasavvuf əhlinin, şəriətin özünə uyğun şəkildə ayətləri tasavvufi yöndən təfsir etmələri də vardır ki, bu da, "işari təfsir" dediyimiz təfsir növüdür. Bu mənadan yola çıxaraq, işari təfsirin məqbul və mərdud növlərinin çərçivələrini ortaya qoyaraq, bu nöqtəni bir az daha açaq. Belə ki:

1. Məqbul işari təfsir:

Batini təvillərdən ayrılan və beləliklə məqbul olan işari təfsirin növlərini, belə sıralamağımız mümkündür:

a. Lazımından dərin bir nasla anlaşılan nassın ehtiva etdiyi məna:

Bu qismə misal olaraq, bu hadisəni zikr edə bilərik:

Abdullah b. Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:

Ömər (radiyallahu anh), məni, Bədr əshabının yanına aparardı. Belə olunca, bəziləri, "Bizim, onun yaşında uşaqlarımız olmağına baxmayaraq, niyə onu bizim yanımıza gətirirsən?" deyə soruşdular.

- Ömər (radiyallahu anh) da:

"O, sizin bildiyiniz (elm əhli) şəxslərdəndir." deyə cavab verdi.

Bir gün, yenə onlarla birlikdə məni dəvət etdi. Zənn edirəm ki, məni dəvət etməsinin səbəbi, mənim elmi qabiliyyətimi onlara göstərmək idi. Ömər (radiyallahu anh), Nasr surəsini başdan sona oxuyaraq:

" Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə." şəklindəki ilk 2 ayətin mənasını soruşdu.

(Bunun üzərinə), bəziləri:

"Allah, bizə kömək edib fəthi ehsan etdiyində, Özünü təsbih və təhmid etməyimizi buyurur." dedilər.

Bəziləri də: "Bilmirik." dedilər, yaxud da bir şey söyləmədilər.

- Ömər (radiyallahu anh), mənə dönərək:

"Ey ibn Abbas, sənin də görüşün belədir?" deyə soruşdu.

- Mən: "Xeyr!" deyincə,

- O:

"Elə isə, nə deyirsən?" dedi.

- Mən:

"Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əcəlidir. Allah ona, (belə bir üslub üzərinə əcəlini) bildirmişdir." dedim.

- Ömər də:

"Mən də, bu ayətdən, ancaq sənin başa düşdüyünü başa düşdüm." dedi. (Buxari, "Kitabu'l-Məğazi", hədis no: 4043)

Yenə, imam Tüstəri (rahmətullahi aleyh)'in, "Dənizi də sakit burax!" (Duxan/24) ayətinin təfsirində:

"Bunun pərdənin fövqündəki mənası: Qəlbini, Mənim (Allahın) idarəmə qarşı sakit hala gətir." məyanındakı sözüdür. (bax: "Təfsiru't-Tüstəri")

b. İbrət alma, təmsil və qiyas yolu ilə olan işari təfsir:

Bu növdən olan işari təfsir, bir hadisənin, ayətdə bildirilən xüsusa bənzədilərək, haqqında danışılan hadisəyə dair bir çıxarış edilməsidir.

Bu qismə misal olaraq, imam Quşeyri'nin:

"Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?" (Zuxruf/5)

ayətindən istinbat etdiyi mənanı zikr etməyimiz mümkündür. Belə ki:

İmam Quşeyri'yə görə, ayətdə, şirkində davam edən insanlara Quranın göndərilməsinin davam edəcəyinin bildirilməsi -günah işləməyə davam edən adama nəsihət etməkdən vaz keçilməməsi; (Allaha günah işləyərək) üsyanında davam etsə də, imanında qüsuru olmayan adamın, Allahın məğfirətindən əvləviyyətlə məhrum qalmayacağına- işarət etməkdədir. (bax: "Lətaifu'l-İşarat" təfsiri)

c. Mənanın, ayətin ümumundan alınması şəklindəki işari təfsir:

Etibar edilməsi lazım olan şey, səbəbin xüsusiliyi deyil, ləfzin ümumiliyidir. Bu növdən olan işari təfsirə misal olaraq, imam əbu Cərir ət-Tabəri'nin, yəhudilər haqqında nazil olmuş olan:

"...Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı..." (Saff/5)

ayətini, xaricilərə şamil etməsi zikr edilə bilər. (bax: Tabəri, "Camiu'l-Bəyan")

Tabəri, bu ayətin yəhudilər haqqında nazil olduğunu ifadə etdikdən sonra, bu xüsusda onlara bənzəmələri səbəbilə, xaricilərin də, bu ayətə daxil ola biləcəklərinə işarət etmişdir.

d. İşari mənanın müxalif məfhumundan alınması:

Bəzən də, işari məna, ayətin müxalif mənasından əldə edilir. Bu qismə misal olaraq, imam Quşeyri'nin:

"Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!" (Mutaffifin/15)

ayətindən, möminlərin Rəblərini görə biləcəkləri mənasını çıxarmasını zikr edə bilərik.

"قُلْ اِنْ كُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونِى يُحْبِبْكُمُ اللهُ

âyet-i azîmesi, ittibâ-ı sünnet, ne kadar mühim ve lâzım olduğunu pek kat'î bir surette ilân ediyor. Evet, şu âyet-i kerime, kıyâsât-ı mantıkıye içinde, kıyas-ı istisnâî kısmının en kuvvetli ve kat'î bir kıyasıdır. Şöyle ki:

Nasıl mantıkça kıyas-ı istisnâî misali olarak deniliyor: "Eğer güneş çıksa gündüz olacak." Müsbet netice için denilir: "Güneş çıktı. Öyleyse netice veriyor ki, şimdi gündüzdür." Menfi netice için deniliyor: "Gündüz yok. Öyleyse netice veriyor ki, güneş çıkmamış." Mantıkça, bu müsbet ve menfi iki netice kat'îdirler.

Aynen böyle de, şu âyet-i kerime der ki:

Eğer Allah'a muhabbetiniz varsa, Habibullaha ittibâ edilecek. İttibâ edilmezse, netice veriyor ki, Allah'a muhabbetiniz yoktur. Muhabbetullah varsa, netice verir ki, Habibullahın Sünnet-i Seniyyesine ittibâı intaç eder."

Qiyas, məntiq elmində, 2 şeyi bənzədərək və ya müqayisə edərək, bir hökmə və nəticəyə çatmağa çalışmaqdır. Doğru və qəti olan 2 hökmdən üçüncü bir hökmü çıxarmaq mənasına da gəlir. 2 qəti hökmdən çıxan üçüncü hökm də, qətilik qazanır.

Bu qiyas metodunda, çox müqayisə üsul və tərzləri vardır. Bu tərz və metodlardan qətiliyə ən yaxın olanı, "istisnai qiyas" deyilən qiyaslama metodudur.

Bir hökmün nəticəsinin eynisi və ya ziddi, müqəddimələrindən birində felən zikr edilərsə, ona "istisnai qiyas" deyilir. Başqa şəkildə ifadə etsək, bu, nəticəsi və ya ziddi, şəxsən özündə zikr edilən qiyasdır.

Məsələn, "Əgər bu, cisimdirsə, mütləq bir yer tutur." və ya "Günəş doğmuşdursa, gündüz olmuşdur." kimi.

"Gündüz deyilsə, demək ki, günəş doğmamışdır." misalı da, nəqzinə, yəni ziddinə bir qiyasdır.

Bu qiyas metodunun, qüvvətli bir dəlil qədər qətiyyəti vardır və qəti hökm bildirir.

Ustad Nursi, bu qiyas tərzini, bu ayətə tətbiq etməkdədir:

" اِنْ كُنْتُمْ تُحِبُّونَ اللهَ فَاتَّبِعُونِى يُحْبِبْكُمُ اللهُ

"Əgər siz Allahı sevirsinizsə, Mənə tabe olun ki, Allah da sizi sevsin." (Al-i İmran/31)

Yəni:

Əgər Allahı sevirsinizsə, Allahın sevgilisinə tabe olunacaq. Tabe olunmazsa, nəticə verir ki, Allaha məhəbbətiniz yoxdur. Allahı sevmək, Allah sevgilisinin sünnətinə tabe olmağı nəticə verir.

e. İşari mənanın ləfzən müştərək ləfzdən çıxarılması:

Bəzən də, işari təfsir, Quranda olan müştərək bir ləfzin bir mənası alınaraq icra edilir. Bu qismin misalı, Burusəvi'nin "Ruhu'l-Bəyan" təfsirində, Fatihədə yer alan və zahir mənası etibarı ilə, "cəza/axirət" mənasına gələn "din" kəliməsini, digər yayğın mənası olan "inanc" ilə təvil etməsidir.

Bir digər misal, Ustad Said Nursi (rahmətullahi aleyh)'in, Fəth surəsi 29-cu ayətdən çıxardığı işari mənadır. Belə ki, O, deyir:

"مُحَمَّدٌ رَسُولُ اللهِ وَالَّذِينَ مَعَهُۤ اَشِدَّۤاءُ عَلَى الْكُفَّارِ رُحَمَۤاءُ بَيْنَهُمْ تَرٰيهُمْ رُكّعًا سُجَّدًا

ilâ âhir...

...(Ayet), mânâ-yı işarîsiyle, ehl-i tahkikçe vefat-ı Nebevîden sonra makamına geçecek Hulefâ-i Râşidîne hilâfet tertibiyle işaret edip, herbirisinin en meşhur medar-ı imtiyazları olan sıfât-ı hassayı dahi haber veriyor.

Şöyle ki:

~ وَالَّذِينَ مَعَهُ

maiyet-i mahsusa ve sohbet-i hassa ile ve en evvel vefat ederek yine maiyetine girmekle meşhur ve mümtaz olan Hazret-i Sıddık'ı gösterdiği gibi;

~ اَشِدَّۤاءُ عَلَى الْكُفَّارِ

ile, istikbalde küre-i arzın devletlerini fütuhâtıyla titretecek ve adaletiyle zalimlere sâika gibi şiddet gösterecek olan Hazret-i Ömer'i gösterir.

Ve

~ رُحَمَۤاءُ بَيْنَهُمْ

ile, istikbalde en mühim bir fitnenin vukuu hazırlanırken, kemâl-i merhamet ve şefkatinden, İslâmlar içinde kan dökülmemek için ruhunu feda edip teslim-i nefis ederek Kur'ân okurken mazlumen şehid olmasını tercih eden Hazret-i Osman'ı da haber verdiği gibi;

تَرٰيهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلاً مِنَ اللهِ وَرِضْوَانًا

saltanat ve hilâfete kemâl-i liyakat ve kahramanlıkla girdiği halde ve kemâl-i zühd ve ibadet ve fakr ve iktisadı ihtiyar eden ve rükû ve sücudda devamı ve kesreti herkesçe musaddak olan Hazret-i Ali'nin (r.a.) istikbaldeki vaziyetini ve o fitneler içindeki harpleriyle mes'ul olmadığını ve niyeti ve matlubu fazl-ı İlâhî olduğunu haber veriyor." (bax: "Ləmalar", 7-ci Ləma, s. 31-32)

Yəni:

"Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları çoxca rüku edən, çoxca səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən."

Mühəqqiqlərə görə, ayət, işari mənası ilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, Onun xəlifə məqamına keçəcək rəşidi xəlifələrə xilafət sırası ilə işarət edib, hər birinin ən məşhur xas sifətlərini, -ki, bu onların imtiyaz səbəbidir- bizə xəbər verməkdədir. Belə ki:

• وَٱلَّذِينَ مَعَهُۥٓ

"Onunla bərabər olanlar."

Ayətin bu kəliməsi, xüsusi bərabərlik və xas söhbət ilə və ən əvvəl vəfat edərək, yenə Peyğəmbərlə bərabər olmaqla məşhur və mümtaz olan əbu Bəkr əs-Siddiq'ə işarət etməkdədir.

Bilindiyi kimi, Quran, Tövbə surəsi 40-cı ayətdə də, əbu Bəkr (radiyallahu anh)'ı, ikinin ikincisi deyə vəsf etmişdir.

• أَشِدَّآءُ عَلَى ٱلْكُفَّارِ

"Kafirlərə qarşı şiddətli."

Ayətin bu kəliməsi, gələcəkdə, dünya dövlətlərini fəthlərilə titrədəcək; və ədalətilə zalımlara ildırım kimi şiddət göstərəcək olan Ömər b. əl-Xattab'a işarət etməkdədir.

• رُحَمَآءُ بَيْنَهُمْ

"Öz aralarında rəhmli."

Ayətin bu kəliməsi, gələcəkdə ən mühim bir fitnənin (xaricilərin fitnəsi) baş verməsi hazırlanarkən, mükəmməl mərhəmət və şəfqətindən, Müsəlmanlar arasında qan tökülməsin deyə ruhunu fəda edib canını tapşıraraq Quran oxuyarkən məzlum olaraq şəhid olmasını tərcih edən Osman b. Affan (radiyallahu anh)'a işarət etməkdədir.

• تَرَىٰهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ ٱللَّهِ وَرِضْوَ‌ٰنًا

"Sən onları, çoxca rüku edən, çoxca səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən."

Ayətin bu ifadəsi isə, səltənət və xilafətə tam layiq və qəhrəmanlıqla girdiyi halda və mükəmməl zühd və ibadət və yoxsulluq və iqtisadı ixtiyar edən; və rüku və səcdədə davamı və bunları çoxca etməsi hər kəscə doğrulanmış olan Əli b. əbu Talib (radiyallahu anh)'ın gələcəkdəki vəziyyətini və o fitnələr içindəki hərblərlə məsul olmadığını və niyyəti və tələbi, sırf Allahın fəzli olduğuna işarət etməkdədir.

f. Bəzi ayətlərin və surələrin arasını cəm edərək verilən işari təfsir:

Əbu Bəkr (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra, xəlifənin kim olacağını təyin etmək üzərə, Saqifə'də toplanan səhabələrə, xəlifənin, mühacirlərdən biri olması gərəkdiyini belə isbat etmişdir:

Haqq Taala, biz mühacirləri,

"Qənimət, həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar, Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Sadiqlər (doğru olanlar) da, məhz onlardır." (Haşr/8)

ayətilə, "siddiqun/sadiqlər" olara vəsf etmişdir.

Siz ənsarı isə,

"Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr, öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə, qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr, nicat tapanlardır." (Haşr/9)

ayətilə, "muflihun/nicat tapanlar" sifətilə vəsf etmişdir. Və sizə,

"Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə birlikdə olun." (Tövbə/119)

ayətilə, "sadiqlər"lə bərabər olmağı əmr etmişdir. (bax: əbu Bəkr ibnu'l-Arabi, "Əhkamu'l-Quran", l, 175)

Bu qissə, bəhsini etdiyimiz şeyə, misal təşkil etməkdədir. (bax: "ət-Təfsiru'l-İşari Bəynə'r-Rav'ati və'l-Bid'a", 13-cü cild, s. 25, 107-114)

2. Mərdud işari təfsir:

İşari təfsirin məqbul ola bilməsi üçün zikr etdiyimiz şərtlər, əsasən, mərdud (rədd olunan, qeyr-i məqbul) olan növünü də ortaya çıxartmaqdadır. Çünki məzkur (yuxarıda zikr edilən) şərtlərdən birini ehtiva etməyən bir işari təfsir, mərdud sayılacaqdır. Buna görə:

~ ayətin zahiri mənasına müxalif olan;

~ şəri olan heç bir dəlillə dəstəklənməyən;

~ bir başqa şəri dəlillə zidd düşən; yaxud

~ Batini şiələrin iddia etdikləri kimi, zahiri mənanın inkar edildiyi və işari mənanın yeganə həqiqi məna qəbul edildiyi

bir təfsir, mərdud sayılacaqdır. Mərdud olan bir işari təfsirə dair, bir neçə misal zikr edək:

a. Batinilərin, "Quranın bir zahiri, bir batini vardır. Əsl olan, batinidir." deyərək, ayətlərə zidd mərdud mənalar verdikləri, məlumdur. "Süleyman, Davuda varis oldu." (Nəml/16)

ayətindən, "Əli (radiyallahu anh) da, xilafət mövzusunda Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə varis olmuşdur." mənasını çıxartmaqları, bu növdən bir təhrifdir. (bax: Həsən Muhamməd Əyyub, "əl-Hadis fi Ulumi'l-Quran", s. 158; Daru's-Səlam, İskəndəriyyə/2004)

Çünki belə bir təvil, nə Qurana uyğundur, nə də şəri bir dəlillə dəstəklənməsi mümkün olan bir təvildir.

b. Mərdud işari təfsirə bir digər nümunə, bu gün bir çox Şiə təfsirdə görə biləcəyimiz (bax: əbu'l-Həsən əl-Qummi, "Təfsiru'l-Qummi", lll, 1036, Müəssəsətu'l-imami'l-Mehdi) Rahmən surəsinin 19 və 22-ci ayətlərini:

~ "O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu."

~ "İkisindən də mirvari və mərcan çıxır."

ayətlərini, Əli və Fatimə olaraq təvil etmələridir.

c. Bir digər mərdud işari təfsir nümunəsi də, Rafizilərin:

"Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." (Zumər/65)

ayətinə, "Əgər Səndən (peyğəmbərdən) sonra Əli (radiyallahu anh)'ın vəlayətinə birini şərik qoşsan..." deyə məna vermələridir. (Qummi, "Təfsiru'l-Qummi", lll, 902

------------------------

Əlavələr:

Ayələrin zahiri və batini mənaları:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-ay%C9%99tin-zahiri-...

Read 62 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR