İsra surəsi 44-cü ayətin təfsirini verə bilərsinizmi?
"Beşinci qisim sirlər:
Dil ilə halın dilini açıqlamaqdır. Qıt anlayışlı kimsə, zahiri ifadələrə ilişib qalar və onu həqiqət zənn edər. Halbuki həqiqətlərə nüfuz edənlər, zahiri ifadələrlə nə demək istənildiyini, buradakı sirri qavrayarlar. Bu, eynilə buna bənzəyir:
Divar, özünə vurulan çəkicə:
-'Niyə məni yarırsan? diyə şikayət etdiyində, çəkic:
-'Onu mənə deyil, dayanmadan məni vuran çəkicə və onun əlindəki daşdan soruş.' deyir.
Bax burda, sözlə, halın dili bildirilmişdir. (Yoxsa nə divar danışmışdır, nə də çəkic.)
Fussilət surəsinin 11-ci ayətində, Allah Subhənəhu və Taala belə buyurur:
"---ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ---"
"--Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə:
“Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!”– dedi.
Onlar: “Könüllü olaraq gəldik!”– dedilər.---"
İndi axmaq kimsənin bu ayəti anlaya bilməsi üçün, yer üzü ilə göyləri, həyat, ağıl, İlahi xitabı qavrayacağı bir anlayış qabiliyyəti və istedadı təqdir etməsi və Allah'ın xitab əmrinin göylərlə yerin dinləyə biləcəkləri bir səs və hərflərdən meydana gəldiyini və onların da hərf və səslə cavab verib: "istəyərək, könüllü olaraq gəldik" deyə dediklərini düşünməsi lazımdır.
Halbuki bəsirət sahibi, bu ifadələrin hal dilini bildirdiyini, göylərin və yerin məcburi olaraq Allahın əmrinə hazır olduqlarını xəbər verdiyini anlayar.
Yenə İsra surəsini 44-cü ayəti də bu qəbildəndir:
"---تُسَبِّحُ لَهُ ٱلسَّمَـٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَـٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا---"
"---Yeddi göy, yer və onlarda olanlar Onu təsbih edər. Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin.
Lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.---"
Yenə axmaq kimsə, bu ayətin mənasını qavraya bilmək üçün, cansız varlıqlara həyat, ağıl, səs və hərflərlə danışmaq qabiliyyəti verilib, onların: 'təsbih etdiklərini, yəni subhanallah dediklərini, təsbihin gerçəkləşməsi üçün, bunun, zəruri olduğunu düşünürlər.
Halbuki, bəsirət sahibi burada, dilin qəsd edilmədiyini, nəsnələrin (şeylərin) varlıqları ilə, Allahı təsbih, Zatını təqdis etdiklərini, Onun birliyinə şahidlik etdiklərini anlayar.
Necə ki, məşhur şairlərdən Lebid belə deyirdi:
"Hər şeydə Onun bir olduğunu göstərən bir nişan vardır."
Yenə:
"Bu sağlam memarlıq sənəti, memarının məharətinə şahiddir." deyildiyində, bu şahidlik, sözlü bir şahidlik olmayıb, zatı və halı ilədir.
Yenə heç bir şey yoxdur ki, özünü var edən, varlığını və sifətlərini davam etdirən, hərəkətlərini çəkib-çevirən bir Yaradıcıya möhtac olmasın. O, bu ehtiyacı ilə, zəruri olaraq, Yaradıcısının müqəddəsliyinə şahidlik edər.
Onun varlığını, hadisələrin zahirlərinə ilişib qalanlar deyil, bəsirət sahibləri idrak edərlər. Bundan ötürüdür ki, Allah Taala belə buyurmuşdur:
"...lakin siz, onların təsbihlərini anlamazsınız..."
Bu qıt ağıllılar, heç bir zaman qavramazlar. Muqarrəb (Allaha yaxın) kimsələrlə, elmin zirvəsinə çıxmış alimlər isə, künhünü və kamal mərtəbəsini qavramazlar.
Çünki hər varlıq, Allah Taala'nı nöqsan sifətlərdən tənzih edib onu təsbihlə anmaqda, fərqli şəhadət göstərirlər; şəhadəti isə, hər kəs, öz ağıl və bəsirətinə görə idrak edər...
Hüccətü'l-İslam imam Ğazzali "İhya-u Ulumi'd-din" (1. Cild, s. 226-227)
- Sidikdən dolayı qəbr əzabı vardırmı?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- Əttəhiyyətu
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- İlham-7
- Ənam surəsi 75-ci ayətin təfsiri
- Qədr surəsinin təfsiri
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-2
- Kəlam elmi bidətdirmi?