Kafir ölüyə dua etmək caizdirmi?
Tövbə/80, 84, 113 ayətləri qarşısında, xüsusilə Maliki məzhəbi alimlərindən imam Qarafi, məsələni bütün təfsilatı ilə ələ almış və mücməl olaraq belə demişdir:
"Kafirin bağışlanması üçün dua etmək, küfrdür (yəni, bunu edən, kafir olar). Çünki, Quran, bir çox ayətilə, müşrikləri Allahın bağışlamayacağını; kafirlərin cəhənnəmdə əbədi qalacağını qəti olaraq xəbər verdikdən sonra, belə bir şey istəmək, Allahı təkzib etmək (yalanlamaq) və sanki: "Ey Rəbbim! Sən, elə deyirsən; ancaq bağışlasan, daha yaxşı edərsən." demək sayılır. Bu da küfrdür. Bütün möminlərin bağışlanmasını istəmək də, haramdır. Çünki, günahkar möminlərin cəhənnəmdə bir müddət üçün də olsa qalacaqları, səhih hədislərlə bildirilməkdədir." (Qarafi, "əl-Furuq", 4/259 və davamı)
Bu görüş, Hənəfilərə görə ağır görülmüş və: "Kafirin bağışlanması üçün dua etmək, küfrdür. Bütün möminlərin bütün günahlarının bağışlanması üçün dua etmək isə, haram deyildir." deyilmişdir.
ibn Abidin, buna açıqlıq gətirərkən, deyir:
"Məsələ, burdan qaynaqlanır:
Allahın, Öz vədindən dönməyəcəyini, Öz kəlamı ilə bilirik. Ancaq, görəsən vaid (əzab edəcəyi sözündən və təhdidindən) də dönməzmi? Bax Qarafi və onu izləyənlər:
'Allahın vədi kimi, vaidindən də dönməyəcəyini düşünərək, əgər Allah, kafirləri cəhənnəmə qoyacağını bildirirsə, bunun əksini istəmək, Allahı isabətsizliklə ittiham etmək və Onu təkzib olar. Bu isə, küfrdür.' deyə düşünmüşlərdir.
Hənəfi ibn Əmir əl-Hacc'da ("Mu'cəmu'l-Müəllifin", Xl, 274) kafirə dua mövzusunda, onlar kimi düşünmüş; bütün möminlərə dua xüsusunda isə, bir az daha yumşaq davranmışdır." (İbn Abidin, l, 351)
Xülasə: Kafir olaraq ölən biri üçün dua etmək, küfrdür.
-------------------------------
Əlavələr:
Tövbə surəsi 84-cü ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovb%C9%99-sur%C9%99si-84-cu...
Tövbə surəsi 113-114-cü ayətlərin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovb%C9%99-sur%C9%99si-113-1...
