Kafirlərin heyvanlara bənzədilməsi
أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَـٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا
"Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti, eşidəcək və ya anlayacaq? Onlar, heyvan kimidirlər; hətta, haqq yoldan, daha çox uzaqlaşmışlar." (Furqan/44)
----------------------
Təfsiri:
...(Kafirlərin) burdakı qınanmaları, onların, qulaq və ağıllarının olmadığı şəklindədir. Çünki, onlar, çox inadçı olduqlarından, sözə qulaq vermirlərdi. Dinlədiklərində isə, onu düşünmürlərdi. Beləcə də, onların, sanki nə qulaqları vardı, nə də ağılları...Bax o zaman da, Allah, onları,
~ sözdən faydalanmadıqları;
~ onu təfəkkür və düşünməyə yönəlmədikləri;
~ sırf hal-hazırdakı maddi ləzzətlərə yönəlib mənəvi olan əbədi səadətləri arzulayıb əldə etməkdən uzaqlaşdıqları
üçün, 4 ayaqlı heyvanlara bənzətmişdir.
Burda, bir neçə sual vardır:
✓ Birinci sual: Haqq Taala, nə üçün, "əksəruhum = onların əksəriyyəti" buyurdu; beləcə, bu mövzuda, hamısı haqqında deyil, çoxu haqqında (belə) hökm etdi?
Cavab:
Çünki, onların içində, Allahı bilən və haqqı əql edib düşünən kimsələr var idi. Ancaq nə var ki, bu kimsələr, cəhalətdən dolayı deyil; məqam və rəislik sevgisindən dolayı İslama girməmişdilər.
✓ İkinci sual: Onlar, nə üçün 4 ayaqlı heyvanlardan daha azğın olmaqla vəsf edilmişlərdir?
1. Heyvanlar, sahibinə, özünə yem verənə, ona baxana, itaət edər; özünə yaxşı davrananı, pis davranandan ayırd edər; özünə faydalı olanı axtarar, zərər verəndən isə çəkinər. Bunlar (yəni, kafirlər) isə, Rəblərinə itaət etməz; Onun, özlərinə olan ehsanı ilə, özlərinin düşməni olan şeytanın pisliyini, bir-birindən ayırd etməzlər. Faydaların ən böyüyü olan savabı, tələb etməzlər; zərərlərin ən böyüyü olan cəzadan da, çəkinməzlər.
2. Heyvanların qəlbləri, elmdən xali (boş, uzaq) olduğu kimi; eyni zamanda, -insanın bir şeyə həqiqətin xilafına olaraq səmimi bir şəkildə etiqad edib inanması demək olan- cəhalətdən də, xali və uzaqdır. Bunlara (yəni, kafirlərə) gəlincə, onların qəlbləri, elmdən xali və uzaq olduğu kimi; eyni zamanda, cəhalətlə də müttəsif (vəsflənmiş)'dir. Çünki onlar, bilməzlər. Bilmədiklərini də bilməzlər. Əksinə, hələ bildikləri xüsusunda, israr da edərlər.
3. Heyvanlarda elmin olmaması, kimsəyə zərər verməz. Müşriklərin cəhalətlərinə gəlincə, bu, böyük bir zərər qaynağıdır. Çünki onlar, insanları, Allahın yolundan azdırır; Allahın yolunu, əyri göstərmək istəyirlər.
4. Heyvanlar, bir şey bilməzlər. Bu səbəblə də, onu tələb etməkdən acizdirlər. Bu cahillərə (yəni, kafirlərə) gəlincə, onlar, bunu (yəni elmi) axtarmaqdan aciz deyillərdir. Aciz olduğu üçün uca mərtəbələri tələb etməkdən məhrum olan kimsə, əldə etməyə müqtədir olduğu halda, pis seçimindən dolayı onları tərk edən kimsə kimi zəmm edilməz, qınanmaz.
5. Heyvanlar, elmsizliklərindən dolayı, cəzaya haqq sahibi deyildirlər. Bunlara gəlincə, bundan dolayı, cəzaların ən böyüyünə layiqdirlər.
6. Bəzi alimlərə görə, heyvanlar da, Allahı təsbih edirlər. Necə ki, Haqq Taala, belə buyurmuşdur:
~ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ
"Elə bir şey yoxdur ki, Onu həmd ilə təsbih etməsin." (İsra/44);
~ "Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi?" (Həcc/18);
~ أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلطَّيْرُ صَـٰٓفَّـٰتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُۥ وَتَسْبِيحَهُۥ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ
"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların, Allahı təsbih etdiklərini görmürsənmi? Hər biri, öz duasını və təsbihini bilir. Allah, onların nə etdiklərini bilir." (Nur/41)
Hal belə olunca, kafirlərin dəlalətləri (azğınlıqları), bu heyvanlarınkından daha şiddətli və daha böyük olmuş olur.
✓ Üçüncü sual: Allah Taala, onlardan, eşitmək və düşünməyi nəfy edincə (yəni, onlarda bunun olmadığını bildirincə), o halda, necə olur ki, onları, dindən üz çevirməklə qınamış; onlara peyğəmbərlər göndərmişdir? Çünki ağıl, mükəlləf tutulmağın şərtlərindəndir.
Cavab:
Bundan məqsəd, "Onlar, düşünə bilmirlər" mənası olmayıb, əksinə, bundan murad, "Onlar, bu ağıldan faydalanmırlar." şəklindədir. Bu, bir kimsənin, bir şeyi başa düşməyən bir başqasına, "Sən, kar və korsan." deməsinə bənzəyir.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
---------------------------
---------------------------
Yenə, imam Razi, "...Onlar heyvan kimidirlər, hətta daha çox azğındırlar..." (Əraf/179)'da, belə deyir:
Bunun izahı, belədir:
İnsan və digər heyvanlar, təbii cəhətdən, qida və çoxalma cəhətlərindən, eynidirlər. Yenə, canlılar, batini və zahiri hislərin təmin etdiyi faydalar ilə, xəyal etmə, təfəkkür etmə və xatırlama cəhətlərindən də müştərəkdirlər. İnsan ilə digər heyvanlar arasındakı fərq, ancaq, zatı gərəyi, haqqı; və özü ilə əməl etmək üçün də, xeyri öyrənməyə sövq edən ağıl və fikir qüvvəti cəhətindəndir. Bundan dolayı, kafirlər, ağıl ilə fikrin hallarını düşünməkdən və haqq bilmək ilə xeyri etməkdən üz çevirincə, sanki heyvan kimi olmuşlardır.
Daha sonra, Haqq Taala, "...hətta, daha çox azğındırlar..." buyurmuşdur. Çünki heyvanların, fəzilət əldə etmə qüdrəti yoxdur. Halbuki insana, bunu əldə etmək qüdrəti verilmişdir. Dolayısı ilə, fəzilətləri əldə etməyə qüdrəti çatdığı halda, bunları əldə etməkdən üz çevirən, bunları əldə etməkdən aciz olduğu üçün əldə edə bilməyən heyvanlardan, daha aşağı olmuş olur. Bax bundan dolayıdır ki, Haqq Taala, "...hətta, daha çox azğındırlar..." buyurmuşdur.
"...hətta onlar, daha azğındırlar..." ayətinin təfsiri xüsusunda, başqa izahlar da verilmişdir. Məsələn, belə deyilmişdir:
Çünki heyvanlar, Allaha itaət edərlər. Kafirlər isə, etməzlər.
Muqatil, belə deyir:
"Kafirlər, heyvanlardan daha yalnış yoldadırlar. Çünki heyvanlar, Rəbblərini bilir və Onu zikr edirlər. Halbuki kafirlər, Rəbblərini nə tanıyır, nə də zikr edirlər." demişdir.
Zəccac, belə deyir:
"Kafirlər, daha azğındırlar. Çünki heyvanlar, öz mənfəət və zərərlərini güdürlər; mənfəətlərini əldə etməyə çalışıb özlərinə zərəri olan şeylərdən çəkinirlər. Kafirlər ilə inadçıların çoxu isə, özlərinin (batildə) dirəndiklərini bilirlər. Bundan dolayı, küfrlərində israr edib, beləcə, özlərini cəhənnəmə və əzaba atırlar."
Ayətə, belə də məna verilmişdir:
"O heyvanlar, özlərini davamlı güdən və baxan insanlara yönəlirlər. Kafirlər isə, Rəbbindən, özünə sonsuz nemətlər verən İlahəndan qaçırlar." deyilmişdir, ki: O heyvanlar, özlərinə yol göstərəni (güdəni) olmadığı vaxt, yollarını azarlar. Ancaq bir yol göstərənləri olduğu vaxt, yollarını azma nisbətləri çox azalar. O kafirlərə isə, Peyğəmbərlər gəlmiş və o Peyğəmbərlərə kitablar endirilmişdir. Buna baxmayaraq, onlar, azğınlıqlarını ola bildiyi qədər artırmışlardır.
