Mudəssir surəsi 50-51-ci ayələrin təfsiri
كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ
•
فَرَّتْ مِن قَسْوَرَةٍۭ
~ Kə ənnə hum - şübhəsiz, sanki onlar;
~ humurun mustənfiratun - hürküb qaçan (və ya hürküdülüb qaçırılan) vəhşi eşşəklər (kimi)'dirlər;
~ fərrat - qaçırlar;
~ min qasvəratin - qasvəra (şir və ya ox atan və ya ovçu)'dan.
"Şübhəsiz onlar, sanki, şirdən (və ya oxçudan və ya ovçudan) hürküb qaçan (və ya hürküdülüb qaçırılan) vəhşi eşşəklər kimidirlər." (Mudəssir/50-51)
-----------------------------
Təfsiri:
"Hürküb qaçan" mənasındakı kəlimə, "mustənfira" şəklində oxunduğu kimi; "mustənfəra" şəklində də oxunmuşdur.
• "Mustənfira" şəklində oxuyan, feli, eşşəklərə izafə etməkdədir. Sanki, belə deyir:
"Humurun nəfira", yəni, "hürküb qaçan vəhşi eşşək"; "istərqadə'l-qavmu", yəni, "qövm yatdı" cümləsinin, "raqadə'l-qavmu" ilə eyni mənaya gəlməsi kimi; "nəfəra" və "istənfəra" kəlimələri də, eyni mənadadır.
Kəlimə,
• "Mustənfəra" şəklində oxunduğu zaman, məna, belə olur: "Hürküdülüb qaçırılan vəhşi eşşəklər".
Hürküdüb qaçırma isə, onlara, (ox) atmaqla və ovçu mərifətilə və şirin hücumu ilə olur.
---------------------------
Müfəssirlərin,
• "Qasvəra" kəliməsinin təfsirində bildirdikləri kimi; kəlimə:
~ şir;
~ (ox) atan; və
~ ovçu
mənalarına gəlir.
Ərəb dilində, "hiyə ən-nəfiratu / o, hürküb qaçan heyvandır" deyilir. Bu təbir: təbiətləri qaçmaq olan vəhşi eşşəklərə bənzətmə etmək üçün istifadə edilir.
Qurandan üz çevirənlərin vəhşi eşşəklərə bənzəmələri, bu cəhətdəndir:
Bunlar, eynilə, həlak olmaqdan və yox olmaqdan hürküb qaçan vəhşi eşşəklər kimi; yönəlmələri, qurtuluşlarına vəsilə olan; və özlərini həlakdan qurtaran Qurandan, üz çevirdilər.
Bu İlahi bəyan, onların, nə qədər ağılsız və nə dərəcə cahil olduqlarını bəyan etməkdədir. Çünki:
Eşşəklər, həlak olub yox olmaqdan qurtulmaq üçün, ovçudan, oxçudan və şirdən hürküb qaçarlar. Bu kafirlər isə, qurtuluşlarına vəsilə olacaq Qurandan üz çevirib, həlak və yox olmalarına səbəb olacaq inkara qaçmaqdadırlar. (Yəni) onlar, eşşəklərdən daha betər və daha azğındırlar.
(İmam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
----------------------------
----------------------------
Əlavələr:
Quranda, kafirlərin heyvanlara bənzədilmələri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafirl%C9%99rin-heyvanlara-b...
