Məscidlərdə edilməsi məkruh olan və olmayan şeylər

Məscidlərdə edilməsi məkruh olan və olmayan şeylər:

1. Məsciddən keçmək:

Ehtiyac olmadan məscidin yol edilməsi, məzhəblərin iləri sürmüş olduqları təfsilatlara görə, məkruhdur. (Belə ki):

~ Hənəfilər dedilər: Üzr olmadan məscidi yol etmək, təhrimən məkruhdur. Lakin, bir üzr səbəbilə, caiz olar. Yalnız, hər gün (üçün) girişlər təkrarlansa, 1 dəfə təhiyyətu'l-məscid namazını qılmaq, kifayət edər. Üzr olmadan, bir çox dəfə keçməklə məscidi yol etməyi adət halına gətirən şəxs, günahkar olar. 1 və ya 2 dəfə keçməklə, günahkar olmaz. Günahdan qurtulmaq üçün də, etiqafa niyyət edilməlidir. Məsciddə gözlənməyəcəksə belə, etiqafa niyyət etmək, yenə də lazımdır.

~ Şafiilər dedilər: Təmiz və ya cünub kimsələrin, mütləq olaraq məsciddən keçmələri, caizdir. Heyzli qadının məsciddən keçməsi, bir ehtiyacdan dolayı olsa belə, məkruhdur. Bu qadının, məscidi kirlətməkdən əmin olmayaraq keçməsi, haramdır. Məsciddən keçəcək şəxsin təmiz olması və ya yaxın bir yerdə təmizlənməsi mümkün olduğu təqdirdə, hər girişdə, təhiyyətu'l-məscid namazını qılması, sünnət olar.

~ Malikilər dedilər: Çox olmadıqca, məsciddən keçmək, caizdir. Məscidin binası yoldan iləridə olduğu təqdirdə, məsciddən çox dəfə keçmək, məkruhdur. Əks təqdirdə, məkruh olmaz. Məsciddən keçəcək olanların, mütləq olaraq təhiyyətu'l-məscid qılmaları istənilməz.

~ Hənbəlilər dedilər: Təmiz və ya cünub kimsələrin, məsciddən keçmələri, məkruhdur. Cünub kimsənin, dəstəmazsız olaraq məsciddə gözləməsi, hər nə qədər haram isə də; məsciddən keçməsi, sadəcə məkruh olar. Eyni şəkildə, ehtiyac yox ikən, heyzli və ya nifaslı qadınların məscidi kirlətməyəcəklərindən əmin olmaları halında, yenə məsciddən keçmələri, məkruhdur. Məsciddən keçmək, bir ehtiyacdan dolayıdırsa, bu sayılanaların hamısının keçməsi, məkruh olmaz. Məscidin kəsə bir yol olması da, bir ehtiyac sayıla bilər. Bu halda, ordan keçmək, məkruh olmaz.

-------------------------------

-------------------------------

2. Məsciddə yatmaq və yemək yemək:

Məsciddə yatmaq, məzhəblərin iləri sürdükləri təfsilatlara görə, məkruhdur. (Belə ki):

~ Hənəfilər: Etiqafdakı kimsələrlə yad ellilərin məsciddə yatmalarının məkruh olmadığını söyləmişlərdir. Məsciddə yatmaq istəyən şəxs, etiqafa niyyət etməli; niyyət etdiyi ibadətləri, etməlidir. Bundan sonra yatmasında, kərahət qalmaz.

~ Şafiilər dedilər: Məsciddə yatan şəxs, namaz qılanları təəccübləndirəcək və ya yanıldacaq dərəcədə xorlamır və yüksək səs çıxarmırsa, yatması, məkruh olmaz.

~ Malikilər: Zöhr vaxtı məsciddə yatmağın caiz olduğunu söyləmişlərdir. Bu məscid, şəhərdə də olsa, çöldə də olsa, hökm, eynidir. Gecə yuxusuna gəlincə, çöl məscidlərində gecə yatmaq, caizdir. Şəhər məscidlərində isə, evi olmayanların və ya gecə vaxtı evlərinə getmələri çətin olan kimsələrin yatmaları, məkruhdur. Məsciddə davamlı qalan, özünü ibadətə verib başqa iş ilə məşğul olmayan kişilər üçün, caizdir. Qadının davamlı olaraq məsciddə qalması isə, halal deyildir.

~ Hənbəlilər dedilər: Etiqafda olan və olmayan kimsələrin məsciddə yatmaları, mübahdır. Yalnız, yatan şəxslərin, namaz qılanların qarşısında uzanmamaları lazımdır. Yatan kimsələrə qarşı duraraq namaz qılmaq, məkruh olduğundan; namaz qılanlar, bu halda yatanları oyandıra bilərlər.

------------------------

Eyni şəkildə, etiqafa girməyənlərin məsciddə yemək yemələri də, məzhəblərin aşağıda təqdim edilən görüşlərinə görə, məkruhdur. (Belə ki):

~ Hənəfilər: Pis qoxusu olmayan şeyləri yeməyin tənzihən məkruh olduğunu söyləmişlərdir. Soğan, sarımsaq kimi pis qoxulu şeyləri məsciddə yemək, təhrimən məkruhdur. Belə şeyləri çöldə ikən yeyib gələnlər, məscidə girməkdən əngəllənərlər. Ağız qoxuları ilə namaz qılanlara əziyyət verən kimsələrlə, dillərilə əziyyət verən kimsələr də, məscidə girməkdən əngəllənməlidirlər.

~ Şafiilər dedilər: Məsciddə, yağ, bal kimi şeyləri, məscidi kirlətməmək şərtilə yemək, mübahdır. Əks təqdirdə, haramdır. Bunlar, hər nə qədər təmiz yeməklərdirsə də, məscidi bunlarla kirlətmək, haramdır. Paxlava kimi kirlədici olmayan və lakin çör-çöp buraxan şeyləri yemək, məkruhdur.

~ Malikilər: Məsciddən başqa sığınacaq yeri olmayan qəriblərin məscidə sığınmaları və kirli artıq buraxmayan xurma kimi şeyləri yemələrinin, caiz olduğunu söyləmişlərdir. Kirli artıq buraxan yeməkləri, süfrə və ya bir dəri parçası sərərək məscidi kirlətməkdən əmin olunduqları təqdirdə, yeyə bilərlər. Bununla bərabər, bu yeməklərin pis iyli olmamaları da lazımdır. Pis iyli yeməkləri məsciddə yemək, haramdır.

~ Hənbəlilər dedilər: Etiqafda olan şəxsin, məscidi kirlətməmək, sümük və bənzəri şeyləri məscidə atmamaq şərtilə, hər növ yeməyi yeməsi, mübahdır. Belə şeyləri atdığı təqdirdə, təmizləməsi lazımdır. Təbii soğan və sarımsaq kimi pis iyli şeyləri yeməsi, məkruhdur. Belə şeyləri çöldə yeyən və ağzı iylənən kimsələrin məscidə girmələri, məkruhdur. Girdikləri təqdirdə, əziyyəti ortadan qaldırmaq məqsədilə məsciddən çıxarılmaları, müstəhəbdir. Necə ki, məsciddə qaz buraxmaq da, bu səbəbdən dolayı məkruhdur.

------------------------------------

------------------------------------

3. Məsciddə səsi yüksəltmək:

Məzhəblərin iləri sürdükləri təfsilatlı görüşlərə görə, məsciddə danışaraq və ya zikr edərək səsi yüksəltmək, məkruhdur. Məzhəblərin, buna dair görüşləri, belədir:

~ Hənəfilər dedilər: Məsciddə namaz qılanların zehnlərini qarışdırmayacaq və yatanları oyandırmayacaqsa, zikr edərək səsi yüksəltmək, məkruh deyildir. Əks təqdirdə, məkruhdur. Hətta, zikr edənlərin qəlbini tənbeh etmək, üzərlərinə gələn yuxunu pozmaq, ibadət üçün canlanmalarını təmin etmək cəhətindən səsi yüksəltmək, daha fəzilətlidir. Halal olmayan söhbətlərlə səsi yüksəltmək isə, təhrimən məkruhdur. Halal söhbətlərlə səsi yüksəltmək halında, namaz qılanların zehnləri qarışacaq olsa, məkruh olar. Yalnız ibadət üçün məscidə girildiyi təqdirdə danışmaq, məkruh olmaz.

~ Şafiilər dedilər: Namaz qılanların, dərs verənlərin, oxuyanların, dərs mütaliə edənlərin, oyandırılmaları sünnət olmayan kimsələrin zehni qarışdırılıb yuxuları qaçırılacaq olarsa, məsciddə zikrlə səsi yüksəltmək, məkruh olar. Bu sayılanlar vaqe olmadığı təqdirdə, məkruh olmaz. Mövzu (uydurma) hədisləri mütaliə edərək və ya bənzəri halal olmayan söhbətlər edərək səsi məscidin içində yüksəltmək, mütləq surətdə haramdır. Halal söhbətlərlə məsciddəki kimsələrin zehnləri qarışdırılacaq olarsa, səsi yüksəltmək, məkruh olar.

~ Malikilər dedilər: Zikr və elmlə də olsa, məsciddə səsi yüksəltmək, məkruhdur. Yalnız 4 şey, bundan istisna edilmişdir:

a. Müdərrisin, tələbələrə, səsini, eşitdirəcək qədər yüksəltməsi, məkruh deyildir.

b. Səsi, namaz qılanların zehnlərini qarışdıracaq qədər yüksəltmək, haramdır.

c. Məkkə və ya Mina məscidlərində təlbiyə edərək səsi yüksəltmək, məkruh deyildir.

d. Düşmən sərhədində növbətçilik edən şəxsin təkbir gətirərkən səsini yüksəltməsi, məkruh deyildir.

~ Hənbəlilər dedilər: Məsciddə namaz qılan şəxslərin zehnlərini qarışdırmayacaq qədər zikrlə səsi yüksəltmək, mübahdır. Əks təqdirdə, məkruhdur. Məscid içərisində, zikrdən başqa mübah söhbətlərlə səsi yüksəltmək, namaz qılanların zehnlərini qarışdırmadığı təqdirdə, məkruh olmaz. Mübah olmayan söhbətlərlə səsi yüksəltmək isə, mütləq surətdə məkruhdur.

---------------------------------------

---------------------------------------

4. Məscidlərdə alış-veriş etmək:

Məzhəblərin iləri sürdükləri təfsilata görə, məsciddə, alış-satış kimi əqdlər etmək, məkruhdur. Buna dair məzhəblərin görüşləri, belədir:

~ Hənəfilər dedilər: Alış-satış, kirayə kimi əqdlərin məsciddə edilməsi, məkruhdur. Hibə və bənzəri əqdlərin edilməsi isə, məkruh deyildir. Hətta nikah əqdinin edilməsi, müstəhəbdir. Etiqafdakı kimsənin, öz şəxsi və uşaqları ilə bağlı satış əqdlərini məsciddə etməsi, məkruh olmaz. Yalnız, əqd ediləcək əşyanın məsciddə olmaması, şərtdir. Ticarət əqdlərinə gəlincə, bu, digərləri kimi, etiqafdakı kimsə üçün də məkruhdur.

~ Şafiilər dedilər: Məscidin, alış-satış yeri edilməsi, məscidin hörmətini zədələdiyi təqdirdə haram olar. Hörmətini zədələməyərək, bir ehtiyacdan dolayı məsciddə edilən əqdlər də, namaz qılanlara əziyyət verilmədiyi təqdirdə, məkruh olar. Əziyyət verildiyi təqdirdə, haram olar. Etiqafdakı kimsələrin nikah əqdlərini məscid içərisində etmələri, caizdir.

~ Malikilər dedilər: Alış-satış və bənzəri əqdlərin məsciddə edilməsi, məkruhdur. Yalnız, satılan əşyanı çevirib baxmaq olmadığı təqdirdə, bu əqdləri etmək, məkruh olmaz. Əmlakçılıq alaraq məsciddə satış etmək, haramdır. Hibə və bənzəri əqdlərlə nikah əqdini məsciddə etmək, caizdir. Hətta nikah əqdini etmək, məndubdur. Nikah əqdindən məqsəd, sihhət şərtləri xaricindəki digər şərtləri və çox söhbət etmədən cavab və qəbuldan ibarətdir.

~ Hənbəlilər dedilər: Məsciddə alış-satış və kirayə əqdlərini etmək, haramdır. Bu əqdlər, məsciddə edilsələr də, batil olarlar. Yalnız, nikah əqdinin məsciddə edilməsi, sünnətdir.

-----------------------------

-----------------------------

5. Məscidlərə naxış vurulması:

Məscidin, qızıl və gümüşdən başqa şeylərlə nəqş edilib bəzənməsi, məkruhdur. Qızıl və gümüşlə nəqş edilib bəzədilməsi isə, haramdır. Şafiilər və Hənbəlilər, bu hökmdə ittifaq etmişlərdir. Malikilərlə Hənəfilərin bu xüsusdakı görüşləri isə, belədir:

~ Hənəfilər dedilər: Məscidin mehrabını və qiblə divarını, vəqf malı xaricindəki halal bir malla qızıl suyu ilə nəqş etmək, məkruhdur. Haram bir mal və ya vəqf malı ilə nəqş etmək isə, haramdır. Məscidin tavanını və qiblə xaricindəki divarlarını vəqf olmayan halal bir malla nəqş etmək, məkruh deyildir. Yalnız, vəqf malının, zalımların əlində zay olmasından qorxulması və ya məscidin binasını qorumaq məqsədinin olması və ya şəxsən vəqf sahibinin etməsi halında, vəqf malı ilə nəqş etməkdə, bir beis yoxdur.

~ Malikilər dedilər: Məscidin mehrab, tavan və divarlarının qızıl və gümüş ilə də olsa nəqş edilib bəzədilməsi, məkruhdur. Məscidin suvaqlanması və binasının sağlam qılınması isə, məndubdur. (haşiyə)

------------------------

(Haşiyə:

Məsicdləri bəzəməyin məkruh olması (dəlilləri):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scidl%C9%99ri-b%C9%99...)

-------------------------

-------------------------

6. Nəcis şeyləri məscidə qoymaq:

Zatı etibarı ilə nəcis və ya sonradan nəcislənmiş bir şeyi, quru da olsa məscidə qoymaq, haramdır. Məscidi nəcasətli benzin və ya yağla işıqlandırmaq; eyni şəkildə, məscidin binasını, nəcasətli qatqı maddələrilə inşa etmək; nəcis bir şeylə suvamaq, caiz deyildir. Yenə, bunun kimi, idrar və bənzəri pisliklərini məsciddə etmək; zərurət olmayınca, qab içində olsa belə, caiz deyildir. Yalnız, nəcis ayaqqabı ilə məscidə girmək, bundan istisna olub, ehtiyac halında caizdir. Bu ayaqqabılardan nəcasətli maddələrin məscidə düşüb kirlənməsindən də, çəkinmək lazımdır.

~ Malikilər və Şafiilər, bu hökmdə ittifaq etmişlərdir.

~ Hənəfilərə gəlincə, onların buna dair görüşləri, belədir:

Hənəfilər dedilər: Nəcis və ya sonradan nəcislənmiş bir şeyi məscidə qoymaq və ya nəcis olmuş bir benzin və ya yağla məscidi işıqlandırmaq, məscidin binasını nəcis qatqı maddələrilə inşa etmək və ya idrarını məscidə etmək, təhrimən məkruhdur.

~ Hənbəlilər dedilər: Nəcis bir şeyi və ya nəcislənmiş bir şeyi məscidə qoymaq halında, bunlardan bir pislik məscidə düşərsə, haramdır. Düşməzsə, haram olmaz. Nəcis bir yanacaqla məscidi işıqlandırmaq, haramdır. Bir qab içində olsa belə, idrarını məscidə etmək, haramdır. Məscidin, nəcis bir qatqı maddəsilə inşa edilməsi və ya nəcis bir şeylə suvaqlanması, məkruhdur.

-----------------------------

-----------------------------

7. Uşaqların və dəlilərin məscidə daxil edilmələri:

Uşaqları və dəliləri məscidə daxil etmək, məzhəblərin iləri sürdükləri təfsilata görə, məkruhdur:

~ Hənəfilər dedilər: Uşaq və ya dəlilərin məscidi kirlədəcəklərinə dair qalib bir zənnlə qənaət gətirilərsə, məscidə daxil edilmələri, təhrimən məkruh olar. Əks təqdirdə, tənzihən məkruhdur.

~ Şafiilər dedilər: Müməyyiz (ağıllı, faydalı ilə zərərlini bir-birindən ayıran) olmayan uşağın və dəlilərin məscidi kirlətməmələrindən; məscidə zərər verməmələrindən; övrət yerlərini açmamalarından əmin olunarsa, məscidə daxil edilmələri, caiz olar. Məscidi oyun yeri etmədiyi təqdirdə, müməyyiz uşağın məscidə qoyulması, caizdir. Əks təqdirdə, haram olar.

~ Malikilər dedilər: Uşağın oynamaması və ya "dayan" deyildiyi təqdirdə dayanması halında, məscidə daxil edilməsi, caizdir. Əks təqdirdə, haram olar. Eyni şəkildə, məscidi kirlətmələri bəhs mövzusudursa, uşağın və dəlinin məscidə daxil edilməsi, haram olar.

~ Hənbəlilər dedilər: Ehtiyac olmadan müməyyiz olmayan uşağın məscidə daxil edilməsi, məkruhdur. Yazı öyrətmək kimi bir ehtiyacdan ötürü, uşaqların və dəlilərin məscidə girməsi, məkruh olmaz. (haşiyə)

-------------------------------

(Haşiyə:

Uşaqların məscidə girməsinə icazə verməyin məkruh olması (dəlilləri):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/usaqlarin-m%C9%99scid%C9%99-...)

-------------------------------

-------------------------------

8. Məsciddə tüpürmək və fınxırmaq:

Məsciddə tüpürmək və fınxırmaq da, məkruhdur. Məzhəblərin bu xüsusda iləri sürdükləri təfsilatlı görüşləri, belədir:

~ Hənəfilər dedilər: Məscidə tüpürmək, təhrimən məkruhdur. Məscidin, tüpürcək, fırtıq və bəlğəmdən təmiz tutulması, vacibdir. Bu pis şeylər, istər məscidin divarlarına; istər döşəməsinə; istər həsrlərin üzərinə; istər altına atılsın, hökm dəyişməz. Edən şəxsin, bu pisliyi təmizləməsi, vacibdir. Bu cəhətdən, məscidin döşəməsinin, torpaqlı, suvaqlı və ya sərgili olması arasında, bir fərq yoxdur.

~ Şafiilər dedilər: Məsciddə bir çuxur qazan, sonra bu çuxura tüpürüb üstünü torpaqla örtən şəxs, günahkar olmaz. Əgər çuxur qazmadan tüpürərsə, günahkar olar. Bundan sonra, tüpürcəyi torpağın altına basdırarsa, günahı davam etməz. Eyni şəkildə, məscidin suvağına tüpürən şəxs də, günahkar olar. Lakin bu suvağı qazıyıb tüpürcəyin izini ortadan qaldırdığı təqdirdə, günahı davam etməz. Bu sayılanları etmədən tüpürən şəxs, haram işləmiş olar.

~ Malikilər dedilər: Məscidin döşəməsi suvaqlı olsa, az miqdarda tüpürmək, məkruh; çox miqdarda tüpürmək isə, haramdır. Məscidin döşəməsi çınqıllarla örtülü olarsa, tüpürmək məkruh olmaz.

~ Hənbəlilər dedilər: Məsciddə tüpürmək, haramdır. Məscidin döşəməsi, torpaq və ya çınqıl olar, tüpürdükdən sonra tüpürcəyini yer altına basdırarsa, günahı davam etməz. Əgər döşəməsi suvaqlıdırsa, tüpürdüyü yeri silməsi, vacib olar. Tüpürdüyü yeri həsrlə örtməsi, kifayət etməz. Tüpürən şəxs, tüpürcəyini görməzsə, bu tüpürcəyi görənin, onu basdıraraq və ya başqa bir yolla ortadan qaldırması lazımdır.

-----------------------------

-----------------------------

9. Məsciddə itirdiyini axtarmaq:

Məsciddi itirilən şeyi axtarmaq da, məkruhdur. Buna dair, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Məsciddə itirdiyinu axtarıb soruşan birini gördüyünüzdə, 'Allah, onu, sənə geri qaytarmasın.' desin." buyurmuşdur. (Muslim, "Məsəcid", 79)

~ Şafiilər xaricindəki digər məzhəblər, bu hökmdə, ittifaq etmişlərdir.

Şafiilər dedilər: Namaz qılanların zehnlərini qarışdırmamaq və ya yatanları oyandırmamaq qeydilə, məsciddə itirilən şeyi axtarmaq, məkruhdur. Əks təqdirdə, haramdır. Bu hökm, Məscidu'l-Haram xaricindəki məscidlərlə bağlıdır. Məscidu'l-Haramda itirilən şeyi axtarmaq, insanların böyük camaat halında olmasından dolayı, məkruh olmaz.

-----------------------------

-----------------------------

10. Məsciddə şeir oxumaq:

Məzhəblərin iləri sürmüş olduqları təfsilata görə, məsciddə şeir oxumaq da, məkruhdur. (Belə ki):

~ Hənəfilər dedilər: Hikmət, vaaz, nəsihət, Allahın zikri və ya təqvalı kimsələrin sifətlərini ehtiva etdiyi təqdirdə, məsciddə şeir oxumaq, gözəldir. Əgər köhnə əsərlərə (yəni, bina və s. kimi), dövrlərə və millətlərin tarixlərinə dairdirsə, mübahdır. Başqalarını hicv etməyə və təhqir etməyə dair şeirləri məsciddə oxumaq, haramdır. Yanaqlara, əndamlara, bellərin incəliyinə, saçlara dair şeirləri oxumaq, şəhvət oyandırdığı təqdirdə, haram; əks təqdirdə, məkruhdur.

~ Şafiilər dedilər: Məsciddə, hikmət, öyüd-nəsihət və bunlara bənzər şəriətə müxalif olmayan mövzular ehtiva edən və insanların fikrini qarışdırmayan şeirlər oxumaq, caizdir. Başqa vəsflərdəki şeirləri oxumaq isə, haramdır.

~ Malikilər dedilər: Allaha və ya Peyğəmbərə tərif ehtiva edən şeirlərlə xeyrə təşviq edici şeirləri oxumaq, gözəldir. Bunlardan başqa şeirləri məsciddə oxumaq, caiz deyildir.

~ Hənbəlilər dedilər: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i tərifləyən şeirlərlə, haram və məkruh şeylər ehtiva etməyən şeirləri məsciddə oxumaq, mübahdır.

-----------------------------

-----------------------------

11. Məsciddə dilənmək:

Məzhəblərin iləri sürdükləri təfsilata görə, məsciddə dilənmək, dilənçiyə sədəqə vermək, caiz deyildir. (Belə ki):

~ Hənəfilər dedilər: Məsciddə dilənmək, haram; və dilənçiyə bir şey vermək də, məkruhdur.

~ Şafiilər dedilər: Məsciddə dilənmək, məkruh; namaz qılanların zehnlərini qarışdırmağa səbəb olduğu təqdirdə isə, haramdır.

~ Malikilər dedilər: Məsciddə dilənmək, əngəllənməli; və dilənçiyə də bir şey verilməməlidir. İxtiyari olaraq sədəqə vermək isə, caizdir.

~ Hənbəlilər dedilər: Məsciddə sədəqə dilənmək, dilənçiyə sədəqə vermək, məkruhdur. Dilənməyənə və xatibin özü üçün istədiyi kimsəyə sədəqə vermək, mübahdır.

------------------------------

------------------------------

12. Məsciddə elm öyrətmək:

Namaz qılanların zehnlərini qarışdırmamaq qeydilə məsciddə elm öyrətmək, Quran oxutmaq, vaaz vermək, ittifaqla caizdir. Məscidin damı da, məscid hökmündədir. Məsciddə məkruh olan davranış, damında da məkruh; məsciddə haram olan davranış, damında da haramdır. Məscid üzərindəki evlər isə, məscid hökmündə deyildir.

------------------------------

------------------------------

13. Məscidin divarlarına yazı yazmaq:

Məzhəblərin iləri sürdükləri təfsilata görə, məscidin divarlarına yazı yazmaq, məkruhdur. (Belə ki):

~ Hənəfilər dedilər: Məscidin divarlarına, yazı yazılmamalıdır. Bunların yerə düşməsi halında, ayaqla tapdalanaraq həqir görülmələrindən qorxular.

~ Şafiilər dedilər: Məscidin divarlarına və tavanına, Qurandan ayətlər yazmaq, məkruh; Quran yazılmış yerləri arxa tərəfə alaraq söykənmək isə, haramdır.

~ Malikilər dedilər: Namaz qılanın zehnini məşğul edəcəyindən, Quran və başqa şeylərdən də olsa, qiblə divarlarına yazı yazmaq, məkruhdur. Digər tərəflərə yazı yazmaq, məkruh deyildir.

~ Hənbəlilər dedilər: Məscidin divarlarına və tavanına yazı yazmaq, məkruhdur. Bunun məsrəfini, vəqf malından qarşılamaq, haramdır. Vəqf malını xərcləyərək yazan, qarşılığını vəqfə ödəmək məcburiyyətindədir. Əgər öz malı ilə etmişdirsə, onunla vəqf cəhətinə dönmüş sayılmaz.

---------------------------

---------------------------

14. Məsciddə dəstəmaz almaq:

Tüpürmək və fınxırmaqla kirlədilmədiyi təqdirdə, məsciddə dəstəmaz almaq, caizdir. Kirlədilməsi halında:

~ Şafii və Hənbəlilərə görə, haram olar.

~ Hənəfilərlə Malikilərə gəlincə, onların bu xüsusdakı görüşləri, belədir: Məsciddə dəstəmaz almağın, mütləq olaraq məkruh olduğu görüşündədirlər.

--------------------------

--------------------------

15. Namaz vaxtları xaricində, məscidin bağlanması:

Namaz vaxtları xaricində məscidin bağlanması, Hənəfilər xaricindəki 3 məzhəb imamına görə, mübahdır. Hənəfiləfin buna dair görüşləri isə, belədir:

~ Hənəfilər dedilər: Əşyaların itməsindən qorxulmadığı təqdirdə, namaz vaxtları xaricində məscidi bağlamaq, məkruhdur.

----------------------------

----------------------------

Bəzi məscidlərdə namaz qılmağın, digər məscidlərə nisbətlə fəziləti:

İslam dini, zatı etibarı ilə, bir yeri, başqa bir yerə üstün qılmamışdır. Ancaq, bəzi şəxslər arasında, necə fəzilət fərqi varsa; eyni şəkildə, yerlər arasında da fəzilət fərqi vardır, ki, bu da, bəzi mənəvi xüsusiyyətlərindən qaynaqlanmaqdadır. Bir məscidin digər məsciddən üstün olması, onda, digərinə nisbətlə daha çox dini və ədəbi hadisələrin vaqe olmasından dolayıdır. Məsələn, Məkkədəki Məscidu'l-Haramı götürək: Bura, Kəbə'nin mərkəzidir. Uca Allah, qullarına, xüsusi şəkildəki həcc ibadətini, burda əda etmələrini əmr etmişdir. Mədinə'dəki Məscidu'n-Nəbəvi'də isə, vəhy gəlməsi kimi, böyük bir dini hadisə vaqe olmuşdur. Dinin böyükləri, burda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, İslamın qaydalarını öyrənmişlərdir. Bax bu səbəblə, fəqihlər, dini hadisələrə səhnə olmaq kimi xüsusiyyətlərə sahib olmalarından dolayı, bəzi məscidləri, digərlərinə nisbətlə daha fəzilətli saymışlardır. Məzhəblərin bu fəzilətli məscidlər xüsusundakı təfsilatlı görüşləri, belədir:

~ Hənəfilər dedilər: Məscidlərin ən fəzilətlisi, Məkkə'dəki Məscidu'l-Haram, ondan sonra ---> Məscidu'n-Nəbəvi, ondan sonra ---> Qüds'dəki Məscidu'l-Aqsa və Quba məscididir. Bunlardan sonra ---> sıra ilə, bunlar gəlir:

• Ən köhnə tarixi olan; --->

• Sahəsi geniş olan; --->

• Namaz qılana ən yaxın olanlardır.

Dini dərsləri dinləmək üçün inşa edilən məsciddə namaz qılmaq, ən köhnə tarixli məsciddə və ondan sonra gələn məsciddə qılmaqdan daha fəzilətlidir. Məhəllə məscidi, böyük camaatlı məsciddən daha fəzilətlidir. Çünki, bu məscidin də, insan üzərində haqqı vardır. Namazı burda qılaraq, məmur hala gətirmək lazımdır. Məsciddə namaz qılan şəxsin, bu zikr edilən məscidlərdə sırası ilə namaz qılması, daha fəzilətli olur.

~ Şafiilər dedilər: Məscidlərin ən fəzilətlisi, Məkkədəki Məscidu'l-Haram; ondan sonra ---> Məscidu'n-Nəbəvi; sonra da ---> Məscidu'l-Aqsa'dır. Bunlardan sonra da, fəzilət sırasına, camaatı ən çox olan məscidlər girirlər. Ancaq, camaatı çox olan bu məscidlərin imamı, özünə tabe olunması məkruh bir kimsə olmamalıdır. Əgər belə bir məscidin imamı, özünə tabe olunması məkruh bir kimsədirsə, bundan daha az camaatlı bir məsciddə namaz qılmaq, daha fəzilətli olar. Eyni şəkildə, kiçik bir məscid imamının, böyük bir camaata namaz qılması halında; vəzifəli olduğu məscidin bağlanmasına səbəbiyyət verəcəksə və ya öz məscidində qıldırmaqla camaatı hüzur qazanacaqsa, özünün az camaatlı məscidində qılması, daha fəzilətli olar.

~ Malikilər dedilər: Məscidlərin ən fəzilətlisi, Mədinə'dəki Məscidu'n-Nəbəvi'dir. Ondan sonra ---> Məkkə'dəki Məscidu'l-Haram və ---> Qüds'dəki Məscidu'l-Aqsa gəlirlər. Bunlardan sonrakı digər məscidlər, fəzilət cəhətindən bərabərdirlər. Ancaq, insana ən yaxın olan məsciddə namaz qılmaq, qonşuluq hüququ səbəbilə, daha fəzilətli olar.

~ Hənbəlilər dedilər: Məscidlərin ən fəzilətlisi, Məkkə'dəki Məscidu'l-Haram; ondan sonra ---> Mədinə'dəki Məscidu'n-Nəbəvi; daha sonra da ---> Qüds'dəki Məscidu'l-Aqsa'dır. Bunlardan sonra gələn məscidlərin hamısı, fəzilət cəhətindən bir-birilə eynidirlər. Ancaq, insanın hazır olması sayəsində, camaatın təşəkkül edəcəyi bir məsciddə; və ya özünün hazır olmaması ilə də camaatın təşəkkül edə biləcəyi, ancaq imamın və ya camaatın qəlbinin qırılacağı bir məsciddə namaz qılmaq, daha fəzilətli olar. Bundan sonra, binası tarixī olan məscidlər və camaatı çox olan məscidlərlə, insana ən uzaq olan məscidlər, fəzilət sırasına girərlər.

(Abdu'r-Rahmən əl-Cəziri, "Kitabu'l-Fiqh alə'l-Məzəhibi'l-Ərbaa")

---------------------------

---------------------------

Əlavələr:

Məkruh nə deməkdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99kruh-n%C9%99dir?fbcli...

Read 113 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR