Merac hədisləri (1)
3787. Malik b. Sasaə (radiyallahu anh) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), gecə səfəri (İsra) haqqında (bunları) buyurmuşdur:
"Mən, Hatimdə (və ya Hicrədə) uzanmış ikən, bir nəfər (Cəbrail) yanıma gəldi və (bədənimi) burdan bura kimi (boğazından və ya köksündən qarnının alt nahiyəsinə qədər) yarıb, qəlbimi çıxartdı. Sonra yanıma, içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra, onu (imanla) doldurdular. Sonra Mənim yanıma, qatırdan alçaq və uzun qulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər."
(Carud dedi: "ey əbu Həmzə, bu, Buraq idimi?"
- Ənəs dedi: "Bəli, o, addımını, insanın gördüyü ən son nöqtəyə qoyurdu.")
Peyğəmbər (sallallahu aleyhi və səlləm), davam edib belə buyurdu:
"Mən, heyvana mindikdən sonra, Cəbrail Məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda, o, qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): "Kimdir O?" deyə soruşdular.
- O: "Cəbraildir!" dedi.
- Onlar (gözətçilər): "Yanındakı Kimdir?" deyə soruşdular.
- O: "Muhamməddir!" dedi.
- Onlar (belə) soruşdular: "Onu çağırıblarmı?"
- Cəbrail: "Bəli!" dedi.
- Onlar dedilər: "Xoş gəlib səfa gətirib! O, nə gözəl ziyarətçidir."
Sonra qapılar açıldı. Mən içəri keçdikdə, (orda) Adəmi gördüm.
- Cəbrail: "Bu, atan Adəmdir. Ona salam ver!" dedi. Mən də ona salam verdim. O, Mənim salamımı alıb (belə) dedi:
"Xoş gəlmisən, ey saleh Oğul və saleh Peyğəmbər!"
Sonra biz, ikinci səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi.
- Gözətçilər: "Kimdir O?" deyə soruşdular.
- O: "Cəbraildir!" dedi.
- (Gözətçilər): "Yanındakı kimdir?" deyə soruşdular.
- O: "Muhamməddir!" dedi.
- Onlar (belə) soruşdular: "Onu çağırıblarmı?"
- Cəbrail: "Bəli!" dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) xala uşaqlarını - Yəhyanı və İsanı gördüm.
- (Cəbrail): “Bu, Yəhya və İsadır, salam ver onlara!”-dedi, Mən də onlara salam verdim. Onlar mənim salamımı aldıqdan sonra dedilər:
“Xoş gəlmisən, ey saleh qardaş və saleh peyğəmbər!”
Sonra biz üçüncü səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): “Kimdir o?”- deyə soruşdular.
- O: “Cəbraildir!”- dedi.
- Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular.
- O: “Muhəmməddir!”- dedi.
- Onlar (belə) soruşdular: “Onu çağırıblarmı?”
- Cəbrail: “Bəli!”- dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
Sonra qapılar açıldı. Mən içəri keçdikdə (orada) Yusufu gördüm.
- (Cəbrail): “Bu, Yusufdur, salam ver ona!”- dedi, Mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi:
“Xoş gəlmisən, ey saleh qardaş və saleh peyğəmbər!”
Sonra biz, dördüncü səmaya qalxdıq və (Cəbrail), qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): “Kimdir o?”- deyə soruşdular.
- O: “Cəbraildir!”- dedi.
- Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular.
- O: “Muhəmməddir!”- dedi.
- Onlar (belə) soruşdular: “Onu çağırıblarmı?”
- Cəbrail: “Bəli!”- dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
Sonra qapılar açıldı. Mən içəri keçdikdə, (orada) İdrisi gördüm.
- (Cəbrail): “Bu, İdrisdir, salam ver ona!”- dedi. Mən də, ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi:
“Xoş gəlmisən, ey saleh qardaş və saleh peyğəmbər!”
Sonra biz, beşinci səmaya qalxdıq və (Cəbrail), qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): “Kimdir o?”- deyə soruşdular.
- O: “Cəbraildir!”- dedi.
- Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular.
- O: “Muhəmməddir!”- dedi.
- Onlar soruşdular: “Onu çağırıblarmı?”
- Cəbrail: “Bəli!”- dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
(Sonra qapılar açıldı.) Mən içəri keçdikdə, (orada) Harunu gördüm.
- (Cəbrail): “Bu, Harundur, salam ver ona!”- dedi. Mən də, ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi:
“Xoş gəlmisən, ey saleh qardaş və saleh peyğəmbər!”
- Sonra biz, altıncı səmaya qalxdıq və (Cəbrail) qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): “Kimdir o?”- deyə soruşdular.
- O: “Cəbraildir!”- dedi.
- Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular.
- O: “Muhəmməddir!”- dedi.
- Onlar soruşdular: “Onu çağırıblarmı?”
- Cəbrail: “Bəli!”- dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
(Sonra qapılar açıldı.) Mən içəri keçdikdə, (orada) Musanı gördüm.
- (Cəbrail): “Bu, Musadır, salam ver ona!”- dedi, Mən də ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi:
“Xoş gəlmisən, ey saleh qardaş və saleh peyğəmbər!”
Mən, onun yanından keçib getdikdə, o ağladı. Ondan: “Nə üçün ağlayırsan?”- deyə soruşdular.
- Musa dedi: “Məndən sonra göndərilmiş bu gəncin ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq.”
Sonra biz, yeddinci səmaya qalxdıq və (Cəbrail), qapının açılmasını xahiş etdi.
- (Gözətçilər): “Kimdir o?”- deyə soruşdular.
- O: “Cəbraildir!”- dedi.
- Onlar: “Yanındakı kimdir?”- deyə soruşdular.
- O: “Muhəmməddir!”- dedi.
- Onlar soruşdular: “Onu çağırıblarmı?”
- Cəbrail: “Bəli!”- dedi.
- Onlar dedilər: “Xoş gəlib, səfa gətirib! O, nə gözəl ziyarətçidir!”
(Sonra qapılar açıldı.) Mən içəri keçdikdə, (orada) İbrahimi gördüm.
- (Cəbrail): “Bu, atan İbrahimdir, salam ver ona!”- dedi. Mən də, ona salam verdim. O, mənim salamımı aldıqdan sonra dedi:
“Xoş gəlmisən, ey saleh oğul və saleh peyğəmbər!”
Sonra Mənə, son həddəki Sidr ağacını göstərdilər. Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi.
- (Cəbrail): “Bu, Sidrətul-Muntəhadır”- dedi.
Bu ağacın dibindən dörd çay axırdı. Bu çaylardan ikisi gizli, ikisi də açıq idi.
- Mən soruşdum: “Bu nə çaylardır, ey Cəbrail?”
- (O) dedi: “2 gizli çay, Cənnətdən 2 çaydır. Açıqdan axan çaylar isə, Nil və Furat çaylarıdır”.
Sonra Mənə Beytul-Məmuru [yeddinci səmada bilavasitə, Kəbənin üstündə yerləşən məbəddir] göstərdilər.
(“Mən, Cəbraildən onun barəsində soruşdum.
- Dedi: “Bu, Beytul-Məmurdur. Hər gün, onun içində, yetmiş min mələk namaz qılır, sonra oradan çıxır və bir daha ora qayıtmır.”) [Buxari, hədis no: 2968]
Sonra Mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən, südü götürdüm.
- Onda (Cəbrail) dedi: “Budur fitrət. Sən və Sənin ümmətin, (fitrət) üzərindədir.”
Sonra Mənə, gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyruldu. Mən, geri qayıtdım və Musanın yanına gəlib çatdıqda, o (Məndən):
“Sənə nə əmr edildi?”- deyə soruşdu.
- Dedim: “Mənə, gündəlik əlli vaxt namaz qılmaq vacib buyruldu”.
- Musa dedi: “Sənin ümmətin gündəlik olaraq əlli (vaxt) namazı qıla bilməyəcək. And olsun ki, mən, Səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı). Rəbbinin yanına qayıt və Ondan (bu hökmü) yüngülləşdirməyi xahiş et!”
- Dedim: “Mən, Rəbbimdən (yetərincə) istədim, artıq (nə isə istəməyə) üzüm gəlmir. Lakin Mən (bu hökmlə) razıyam və buna boyun əyirəm”.
Mən çıxıb getdikdə, bir Münadi (nida edən) belə nida etdi:
“Mən, əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim." (Digər bir hədisdə, bu cümlənin tamamı, belə rəvayət edilmişdir:
"Odur ki, yaxşı əməlin əvəzini, 10 qat verəcəyəm." Yəni, hər bir müsəlman, 5 vaxt namaz qılmaqla, 50 namazın savabını qazanır.)
---------------------------
---------------------------
3888. ibn Abbas (radiyallahu anh), uca Allahın:
وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَـٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ
"Sənə göstərdiyimiz o röyanı, Biz, ancaq, insanlara bir fitnə (səbəbi) qıldıq." (İsra/60) ayəti haqqında dedi:
Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Beytu'l-Maqdisə, İsra olunduğu gecə, gözləri ilə gördüyü bir röyadır.
ibn Abbas dedi:
(İsra/60)'da keçən "lənətlənmiş ağac" isə, "Quranda lənətlənmiş ağac isə, zəqqum ağacıdır."
----------------------------
İzahı:
"Mi'rac", "yüksəlmək" mənası ifadə edən "ə'racə, yə'rucu" felindən meydana gəlməkdədir.
Mi'racın vaxtı xüsusunda, görüş ayrılığı vardır:
~ Peyğəmbərlik verilmədən əvvəl olduğu söylənmiş olmaqla bərabər, bu, şazz bir görüşdür.
~ Əksəriyyətin qənaəti, bunun, peyğəmbərlikdən sonra olduğudur. Ancaq nə vaxt olduğu xüsusunda görüş ayrılığı vardır:
~ Bir görüşə görə, hicrətdən 1 il əvvəl olmuşdur. Bu, ibn Sa'd və başqalarının görüşü olub, Nəvəvi də, bunu açıq bir dillə ifadə etmişdir. İbn Hazm isə, işi ifrata götürərək, bu xüsusda icma olduğunu nəql etmişdir. Ancaq bu görüş, rədd edilmişdir. Çünki bu mövzuda, 10-dan çox görüş ayrılığı mövcuddur. Bunların bəzilərini, ibnu'l-Cevzi nəql etmişdir.
Onun nəql etdiyi bir görüşə görə:
~ hicrətdən 8 ay əvvəl olmuşdur;
~ 6 ay əvvəl olduğu söyləndiyi kimi;
~ hicrətdən 3 il əvvəl də olduğu söylənmişdir ki, bunu da, ibnu'l-Əsir nəql etmişdir.
~ Qadı İyad və onun ardınca da Qurtubi ilə Nəvəvi də, əz-Zühri'dən rəvayətlə, miracın, hicrətdən 5 il əvvəl olduğunu söyləmişlərdir. Qadı İyad və ona tabe olanlar, bu görüşü tərcih etmiş; və Xədicə (radiyallahu anha)'nın, namazın fərz qılınmasından sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə namaz qıldığı xüsusunda görüş ayrılığı olmadığını da dəlil olaraq göstərmişlərdir. Halbuki Onun, hicrətdən 3 ay, ya da buna yaxın bir müddət, yaxud 5 il əvvəl vəfat etdiyi xüsusunda, görüş ayrılığı yoxdur. Namazın da, İsra gecəsində fərz qılındığında görüş ayrılığı yoxdur.
Mən (Asqalani) deyirəm ki:
Görüş ayrılığının olmadığını söyləndiyi bütün xüsuslar, mübahisəlidir.
---------------------------------------
"...onu (yəni qəlbimi) imanla doldurdular..."
"Bədiu'l-Xəlq" kitabında isə, "...hikmət ilə doldurdu..." şəklindədir.
Nəvəvi deyir:
Bunun mənası, budur:
Ləyənin içərisində elə bir şey vardı ki, onunla, imanın və hikmətin kamalı artım göstərir.
Burdakı doldurmanın həqiqət mənası ilə istifadə edilmiş olma ehtimalı vardır. Mənəvi şeylərin müşəxxəsləşdirilməsi də,
~ Bəqərə surəsinin bir kölgə kimi gəlməsi;
~ Ölümün qoç surətində görünməsi
ilə bağlı rəvayətlərdə də görüldüyü kimi, caizdir. Eyni şəkildə, əməllərin (tərəzidə) çəkilməsi və buna bənzər digər qeyb halları da, belədir.
--------------------------------------
"...saleh Oğul və saleh Peyğəmbər..."
Deyildiyinə görə, peyğəmbərlərin, Onu, sadəcə bununla vəsf etmələrinin və bunu ard-arda etmələrinin səbəbi, "salah / saleh olma"ğın, xeyrin bütün xüsusiyyətlərini əhatə edən bir xüsusiyyət olmasından dolayıdır. Bundan dolayı, onların hər biri, hər bir vəsfdə, bunu təkrarlamış olmaqdadırlar.
Saleh şəxs, Allahın və qulların yerinə yetirilməsi lazım gələn haqlarını yerinə yetirən kimsədir. Bundan dolayı, saleh olmaq demək, xeyrin bütün mənalarını əhatə edən geniş muhtəvalı bir kəlimədir.
-------------------------------------------
Musa (əleyhissəlam) ilə bağlı hadisə danışılarkən:
"Mən, onun yanından keçib getdikdə, o ağladı. Ondan: 'Nə üçün ağlayırsan?'- deyə soruşdular.
- Musa dedi: 'Məndən sonra göndərilmiş bu gəncin ümmətindən Cənnətə daxil olanların sayı, mənim ümmətimdən ora daxil olanların sayından qat-qat artıq olacaq." sözləri haqqında, elm adamları belə demişlərdir:
Musa (əleyhissəlam)'ın bu ağlamasının səbəbi, -haşa- qısqanclıq deyildir. Çünki o aləmdə, qısqanclıq, mömin şəxslərdən belə alınmış bir xüsusiyyətdir. (Elə isə) uca Allahın seçdiyi kimsələr (yəni peyğəmbərlər) haqqında belə bir şey necə düşünülə bilər?!
Əksinə, Onun ağlamasının səbəbi, dərəcəsinin yüksəldilməsi nəticəsini verən əldə edə bilmədiyi əcrdən dolayı duyduğu kədərdir. Çünki Onun ümməti, Özünün əcrinin kəsilməsini nəticə verəcək şəkildə əcrlərinin əskildilməsini gərəkdirən çoxca müxalif davranışlar sərgiləmişlərdir. Çünki hər bir peyğəmbərə, özünə tabe olanların əcri kimi əcr verilir. Bundan ötürü, Onun ümməti arasında Ona tabe olanların sayı, bu ümmətə nisbətlə müddətlərinin uzunluğu ilə bərabər, bizim Peyğəmbərimizə tabe olanların sayından daha azdır.
"Gənc" ifadəsi də, Onun dəyərini əskiltmək üçün istifadə edilmiş deyildir. Uca Allahın qüdrətinə, kərəminin böyüklüyünə diqqət çəkmək üçün istifadə edilmişdir. Çünki bu yaşda olan Birinə, Özündən əvvəl və yaşı Ondan daha çox olan heç kimə verilməmiş şeyləri, uca Allah, ona vermişdir.
Qurtubi deyir:
Namaz xüsusunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Rəbbinə qayıtmasını söyləyən şəxsin Musa (əleyhissəlam) olmasındakı hikmətin səbəbi, bu ola bilər:
Musanın ümməti də, digər ümmətlərin mükəlləf qılınmadığı fərz namazlar ilə mükəlləf tutulmuşlardı. Bu da, onlara ağır gəlmişdi. Bundan dolayı, Musa (əleyhissəlam), bənzəri bir halla qarşılaşar deyə, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə şəfqət göstərmişdir. Buna da, Onun:
"...Mən, Səndən əvvəl bunu insanlara tətbiq etmək və İsrail oğullarını haqq yola çəkmək istədim, (lakin heç nə alınmadı)." sözləri işarət etməkdədir.
-----------------------------------------
"Sidrətu'l-Müntəha" adının verilmə səbəbi, Muslimdə yer alan ibn Məsuddan nəql edilən hədisdə bəyan edilmişdir. Ordakı ləfzilə, belədir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), İsraya aparılanda, buyurdu:
'Sonra Mən, Sidrətu'l-Müntəhaya qədər aparıldım. Bu, 6-cı səmadadır. Yerdən yüksələnlər, ora qədər çatır, ordan da (yuxarıya) aparılır. Yuxarıdan enənlər də ora çatır və ordan (aşağı) endirilir."
-------------------------------------------
"...Onun meyvələri Həcər (məmləkətində) düzəldilən saxsı səhənglərə bənzəyirdi, yarpaqları da fil qulaqları boyda idi..."
Xattabi deyir:
"Məqsəd, onun meyvələrinin böyüklüyünün saxsı səhəngləri kimi olduğunu ifadə etməkdir."
---------------------------------
"Üstdəki çaylar isə, Nil və Furat çaylarıdır."
Nəvəvi deyir:
"Bu hədisdən başa düşüldüyünə görə, Nil və Fərat'ın əsli, cənnətdəndir. Hər ikisi də, Sidrətu'l-Müntəha'nın dibindən fışqırmaqdadır. Sonra uca Allah'ın dilədiyi yerlərdə yol alırlar; sonra da yenə enərlər. Ardınca, yollarını yerdə izləyərlər; daha sonra, yerdən bir də çıxarlar. Ağıl, bunu imkansız görməz. Xəbərin zahiri də, buna şahidlik etməkdədir. O halda, istinad alınması lazımdır."
Qadı İyad'ın:
"Hədis, Sidrətu'l-Müntəhanın kökünün yerdə olmasına dəlildir. Çünki hədisdə belə buyurulmuşdur:
'Nil ilə Fərat, o ağacın kökündən çıxır.'
Bu 2 çay isə, müşahidə edildiyi kimi, yerdən çıxmaqdadır. O halda, bu, Sidrətu'l-Müntəhanın kökünün, yerdə olmasını gərəkdirir." şəklindəki sözünə gəlincə:
Onun bu görüşü, tənqid edilmişdir. Çünki onların, yəni bu 2 çayın Sidrətu'l-Müntəhanın kökündən çıxmalarından məqsəd, yerdən ilk çıxdıqları qaynaq deyildir. Mücməl şəkildə ifadə etsək, bu ağacın kökü, cənnətdədir. Bu 2 çay da, ilk əvvəl, bu ağacın kökündən çıxırlar. Sonra yerdə, yerlərini alıncaya qədər yol alırlar, ondan sonra da yerdəki qaynaqlarından fışqırırlar. (Haşiyə)
Burdakı ifadələr, Nil ilə Fəratın əsl qaynaqlarının cənnətdən olduğundan ötürü, sularının fəzilətli olduğuna dəlil göstərilmişdir. Seyhun ilə Ceyhun çayları da belədir.
--------------------------------------
(Haşiyə:
Ustad Nursi (rahiməhullah)'ın hədisin bu hissəsinin şərhi üçün bax:
https://suallarlaislam.com/.../4-cay-c%C9%99nn%C9%99td%C9...
------------------------------------
"Sonra Mənə bir qab şərab, bir qab süd və bir qab bal gətirdilər. Mən, südü götürdüm.
- Onda (Cəbrail) dedi: 'Budur fitrət. Sən və Sənin ümmətin, (fitrət) üzərindədir."
Fitrətdən məqsəd də, İslam dinidir.
-------------------------------------
"...Sonra Mənə, gündəlik olaraq əlli (vaxt) namaz qılmaq vacib buyuruldu..."
Namazın, xüsusilə İsra gecəsində fərz qılınmasındakı hikmət, budur:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Miraca yüksəldilincə, o gecə, mələklərin ibadətini gördü. Onlardan
~ bəzilərinin: oturmadan ayaqda;
~ bəzilərinin: səcdəyə getmədən rükuda;
~ bəzilərinin də: heç oturmadan səcdədə olduqlarını
gördü.
Uca Allah, bütün bu ibadətləri, qulun qıldığı hər bir rükətdə, həm Onun üçün, həm də ümməti üçün -ixlas kimi şərtlərlə bərabər- bir arada toplamış oldu.
İbn əbi Cəmra, bu xüsusa işarət etmiş və belə demişdir:
"Namazın, xüsusilə İsra gecəsində fərz qılınması, onun bəyanının (əhəmiyyətinin) böyüklüyünə bir işarətdir."
------------------------------
"Mən çıxıb getdikdə, bir Münadi belə nida etdi:
'Mən, əzəldən yazdığım hökmü vacib buyurdum, (sonra da) qullarımın yükünü yüngülləşdirdim."
Bu, şanı uca olan Allahın, İsra gecəsində, hər hansı bir vasitə olmadan danışmış olduğuna dair gətirilən ən güclü dəlillərdən biridir.
---------------------------------------
Hədisdə işarət etdiklərimizdən başqa, hədisdə, bu xüsuslara da diqqət çəkilməkdədir:
1. Səmanın, həqiqi mənada qapıları və o qapılarda gözətçiləri vardır.
2. İcazə istəmək və icazə istəyən şəxsin: "Mən, filankəsəm." deyərək, sadəcə "Mənəm!" deməməsi lazımdır. Çünki belə bir şey, sual soruşulmaqla öyrənilmək istənilən şey ilə uzlaşan bir hal deyildir.
3. Yeriyən, oturana salam verər. İstərsə, yeriyən şəxs, oturan şəxsdən daha fəzilətli olsun.
4. Fəzilət əhli olan kimsələri, sevinclə, tərifləyərək və dua edərək qarşılamaq, müstəhəbdir.
5. Fitnəyə məruz qalmayacağından əmin olunan şəxsin üzünə qarşı mədh edilməsi, caizdir.
6. Arxasını qibləyə və başqa yerə söykəmək, caizdir. Bu hökm, İbrahim (əleyhissəlam)'ın əl-Beytu'l-Mə'mur'a söykənmiş olmasından çıxardılır. Beytu'l-Mə'mur isə, hər cəhətdən qiblə olması yönü ilə, Kəbə kimidir.
7. Feli olaraq edilmədən əvvəl hökmün nəsx edilməsi, caizdir.
8. Gecə yol çıxmaq, gündüz yol almaqdan daha fəzilətlidir. Çünki İsra, gecə gerçəkləşmişdir. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ibadəti də, əksəriyyətlə gecə idi. Yolçuluğunu da, əksəriyyətlə gecə edərdi. Bununla bərabər, belə buyurmuşdur:
"Gecə yola çıxın. Çünki yer, gecələr bükülür."
9. Təcrübə, çoxca biliyə görə (nisbətlə), istənilən məqsədi əldə etməkdən daha güclü bir yoldur. Bu da, Musa (əleyhissəlam)'ın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə söylədiyi Özündən əvvəl insanları yoxladığını söyləməsindən başa düşülməkdədir.
10. Adətin hökmünə müraciət edilməsi və daha üstdə olanın vasitəsilə, daha altda olana diqqət çəkilməsi də başa düşülməkdədir. Çünki keçmiş olan ümmətlər, bədən etibarı ilə, bu ümmətdən daha güclü idilər. Musa (əleyhissəlam) isə, bundan daha azını yerinə yetirmələri üçün, İsrail oğulları ilə mübarizə aparmış olduğunu, lakin onların Özünə müvafiq olmadıqlarını söyləmişdir.
11. ibn əbi Cəmrə, bu xüsusa işarət etmiş və belə demişdir:
"Bundan başa düşüldüyünə görə, Xəlillik məqamı, riza və təslimiyyət məqamıdır. Kəlim (Allah ilə danışmaq) məqamı isə, nazlandırma və həmhal olma məqamıdır. Bundan dolayı, Musa (əleyhissəlam), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən yükün xəfiflədilməsini istəməsini söyləmiş, İbrahim (əleyhissəlam), bunu söyləyən olmamışdır. Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in İbrahim (əleyhissəlam)'a olan xüsusi yaxınlığı, Musa (əleyhissəlam)'a olan yaxınlığından daha çoxdur. Çünki onun, atalıq məqamı vardır. Bununla bərabər, mövqeyi, daha yüksək və onun dininə tabe olmaq da bəhs mövzusudur."
12. Şanı uca olan Allahdan çoxca istəyib dua etmək və nəzdində şəfaət tələb etmək, müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz yükünün xəfiflədilməsi xüsusunda, Musa (əleyhissəlam)'ın təklifini qəbul etmişdir.
13. Həya sahibi olmağın, böyük fəziləti vardır.
14. Nəsihətə ehtiyacı olan kimsəyə, qarşılıqsız nəsihət etmək, gözəldir. İstərsə, bu xüsusda, nəsihət edəcək olana (məsələ ərz edilməmiş) olsun.
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 63-cü Kitab: "Ənsarın tərifə layiq xüsusiyyətləri kitabı", 42-ci bab: "Mi'rac", hədis no: 3887, 3888)
----------------------------
----------------------------
Əlavələr:
Meracın əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/meracin-%C9%99qli-isbati
Merac hədisləri (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-2
