Möminlər cənnətdə Allahı görəcəklərdirmi?
Suhayb (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm) bu ayəti oxudu:
لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌ...
"Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır..." (Yunus/26) və belə buyurdu:
"Cənnət əhli cənnətə, cəhənnəm əhli də cəhənnəmə girdikləri vaxt, bir münadi (nida edən mələk):
'Ey cənnət əhli! Şübhəsiz, Allah qatında sizlər üçün bir vəd vardır. Allah o vədi tam olaraq ifa etmək (yerinə yetirmək) istəyir.' deyə çağıracaq. (Bunun üzərinə) cənnət əhli:
'O (vəd) nədir? Allah mizanlarımızı (həsənət, yaxşı əməllərlə, savablarla) ağırlaşdırmadımı? Üzlərimizi ağ etmədimi? Bizi cənnətə daxil etmədimi? Bizi (cəhənnəm) atəşindən qurtarmadımı?' deyə cavab verəcəklər. (Allahın onlara bəxş etdiyi lütfləri, bir-bir sıralayarlar).
Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:
'(Bunun üzərinə) Allah, uca Zatı ilə qulları arasından hicab (pərdəsi)'ni açar və cənnət əhli Ona baxarlar.
Allaha and olsun ki, Allah, cənnət əhlinə, Zatına baxmaqdan daha sevimli və gözlərini daha doyurucu bir şey (nemət) onlara verməmişdir."
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İzahı:
Bu hədisi, bənzər ləfzlərlə:
• Muslim, İman kitabı'nın 80-ci babında (Möminlərin axirətdə şanı uca Rəblərini görəcəklərinin isbatı babı);
• Tirmizi də, Sünən'ində (hədis no: 2552)
rəvayət etmişlərdir.
--------------------------------
Ayətdə keçən:
• "əl-husna" ilə: cənnət;
• "ziyadətun" ilə də: Allahı görmək
qəsd edilmişdir.
İmam Sindi (əl-Hənəfi):
"Cənnət əhlinin: "O vəd nədir?" sualından belə başa düşülür ki, cənnət əhli dünyada ikən, Allahın camalını (gözəlliyini) görəcəklərinə dair bildikləri vədi, axirətdə unutmuş olacaqlar.
Bununla bərabər, cənnət əhlinin bu sualdan sonra özlərinə ehsan edilmiş olan nemətləri sıralamaları:
• Allahın onları fəzl və kərəmi ilə razı və məmnun etdiyinə;
• Başqa nemətləri gözləmədiklərinə; və
• Qəlblərindən tamah və ac gözlüyün çıxarılmış olduğuna
dəlalət edər."
----------------------------------
Hədisdəki:
"Allah, uca Zatı ilə qulları arasından hicabı açar..." cümləsi üzərinə, imam Sindi belə deyir:
"Rüyət (yəni Allahı görmək) haqqında varid olan hədislərdə bəyan edilən görmə keyfiyyətinin fərqlilik ərz etməsi, çəkiniləcək bir hal deyildir. Çünki görmə neməti, bir dəfəyə məxsus deyildir. Dəfələrlə baş verəcəyinə görə, keyfiyyəti fərqli ola bilər."
Hədisin son cümləsi də, Allah Taala'nın camalını görməyin, əhl-i cənnət üçün bütün nemətlərdən daha ləzzətli və sevimli olduğunu və onların gözlərini doyurucu olduğunu bəyan etməkdədir.
(İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə, 13-cü bab: "Cehmiyyə'nin inkar etdiyi şeylərin bəyanı babı", hədis no: 187)
- Cənnətdəki huriləri qısqanmaq və dünyadan gedən qadınların vəziyyəti haqqında məlumat verərsiniz?
- Cənnət əhlinin mükafatları necə olacaq
- Ayət-i kərimədə (Ə'raf, 7/46) keçən və ə'raf əhlindən cənnətlik və cəhənnəmliklərin hər birini simalarından tanıyacaq olan kəslər kimlərdir?
- Cənnət nemətləri haqqında məlumat verərsinizmi?
- Ayət-i kərimədə (Ə'raf, 7/46) keçən və ə'raf əhlindən cənnətlik və cəhənnəmliklərin hər birini simalarından tanıyacaq olan kəslər kimlərdir?
- "4 çay cənnətdəndir" hədisi
- Əraf Surəsində keçən "a`raf əhli" kimlərdir?
- 50. Qaf ('Qaf') surəsi
- Misal aləmi nədir?
- Yuxuda Allahı görmək mümkündür?