Müşəbbihə kimdir? (1)
Lüğətdə, "bənzətmək" mənasındakı "təşbih" kökündən meydana gələn "müşəbbihə" kəliməsi, "bənzədənlər" deməkdir.
Termin olaraq isə, "Allahı, məxluqlara; və ya məxluqları Allaha bənzədən; yaxud bu nəticələri doğurduğu iləri sürülən etiqadı mənimsəyən"ləri ifadə edir.
---------------------------------------
Bu 8-ci bölmə, fərqli siniflərdən meydana gələn "əl-Müşəbbihə" məzhəblərinin açıqlaması haqqındadır.
Bil ki, -Allah səni xoşbəxt etsin- Müşəbbihə, 2 sinifdir:
1. Biri: Allahın Zatını, Onun xaricindəkilərin zatına bənzətmişdir.
2. Digəri isə: Onun sifətlərini, digərlərinin sifətlərinə bənzətmişdir.
Bu 2 sinifdən hər biri, bir çox siniflərə ayrılmışlardır.
----------------------------------
1. Allahın Zatını, insana bənzədənlər:
Allahın Zatını başqalarınınkına bənzətmə xüsusunda azmış olan Müşəbbihə, müxtəlif siniflərdən meydana gəlməkdədir. Təşbihin ilk ortaya çıxması, rafizilərin ğulat siniflərindən olmuşdur.
• Səbəiyyə: Onlardan biri, Əliyə ilah deyən və onu, Allahın Zatına bənzədən Səbəiyyə'dir. Əli, onlardan bir qrupu yandırınca, ona, "İndi, sənin, həqiqətən Allah olduğunu öyrənmiş olduq. Çünki, Allahdan başqası, atəşlə əzab etməz." demişlərdir.
• Bəyaniyyə: Bunlar, Məbud'unun (Özünə itaət edilən Allahın) orqanları olan, insan şəklində nurdan bir insan olduğunu və üzü xaricində hər tərəfinin yox olacağını iddia edən Bəyan b. Səm'an'a tabe olanlardır.
• Muğiriyyə: Bunlar, Məbud'unun orqanları olduğunu və Onun orqanlarının, əlifbadakı hərflərin şəklində olduğunu iddia edən əl-Muğirə b. Səid'ə tabe olanlardır.
• Mansuriyyə: Bunlar, özünü Rəbb'ə bənzədən əbu Mansur əl-İcli'yə tabe olanlardır. Əbu Mansur, göyə çıxdığını iddia etmiş və yenə, Allahın əlilə öz başını oxşayaraq, ona, "Ey oğlum! Məndən (bir xəbər) təbliğ et!" dediyini iləri sürmüşdür.
• Xattabiyyə: Bunlar, imamların və əbu'l-Xattab əl-Əsədi'nin ilahlığına inananlardır.
• Cənahiyyə: Bunlar, Abdullah b. Müaviyə b. Abdullah b. Cəfər'in ilahlığını iləri sürənlərdir.
• Hululiyyə: Bunlar, Allahın, (əhl-i beyt) imamlarının şəxslərinə hulul etdiyini (Allahın Zatının, imamlar ilə bütünləşdiyi, onlara nüfuz etdiyini) iləri sürən və bu səbəbdən dolayı da, imamlara ibadət edənlərdir.
• Hulmaniyyə: Bunlar, əbu Hulman əd-Diməşqi'yə mənsub olanlardır. Bu şəxs, Allahın, hər gözəl surətə hulul etdiyini iddia etmişdir. O, hər gözəl şəxsə səcdə edərdi.
• Muqannaiyyə: Bunlar, Mavərau'n-Nəhr'də, Ceyhunda yaşayan Muqanna əl-Xorasani'yə tabe olanlardır. Bunların iddialarına görə, əl-Muqanna, bir ilahdır və hər ən müəyyən bir şəklə bürünür.
• Azafira: Bunlar, Bağdad'da öldürülən ibnu əbi'l-Azafir'in ilahlığını iddia etmişlərdir.
Bu bölmədə danışdığımız firqələrin hamısı da, görünüşdə İslama mənsub olsalar belə, İslam dininin xaricindədirlər.
Bundan sonra, Müşəbbihə'dən bəzi firqələr daha vardır ki, kəlam alimləri, onları, əqli əsasların bir qismində azmış və küfrə girmiş olsalar da,
~ Quran hökmlərinin zərurətini etiraf;
~ Üzərlərinə namaz, zəkat, oruc və həcc kimi İslam şəriətinin rüknlərinin fərz olduğunu iqrar və özlərinə haram qılınmış şeylərin haramlığını qəbul
etdikləri üçün, İslam milləti arasında saymışlardır.
• Hişamiyyə: Bu sinifə girənlərdən biri, Hişam b. əl-Hakəm ər-Rafizi'yə mənsub olan Hişamiyyə'dir. Hişam, Məbud'unu insana bənzətmiş və bundan dolayı, Onun, Öz qarışı ilə 7 qarış gəldiyini; Onun sərhədi və sonu olan bir cisim olduğunu; və yenə Onun, uzun, geniş, dərin olduğunu; və rəngi, dadı və qoxusu olduğunu iddia etmişdir.
~ Özündən rəvayət edildiyinə görə, Məbud'u, əridilmiş gümüş və yuvarlaq bir inci kimidir.
~ Yenə, özündən nəql edildiyinə görə, o, əbu Qubeys dağına işarət edərək, Məbud'undan daha böyük olduğunu söyləmişdir.
~ Yenə, özündən nəql edildiyinə görə, Məbud'undan çıxan şüaların, Onun gördüyü şeylərlə birləşdiyini iləri sürmüşdür.
Onun təşbih mövzusundakı görüşlərinin ətraflıca ələ alınmasını, bundan əvvəl, "İmamiyyə"nin görüşlərini açıqlayarkən bildirmişdik.
• Hişamiyyə: Bunlar, Hişam b. Salih əl-Cəvəliqi'yə mənsub olanlardır. Bunun iddiasına görə, Məbud'u, insan şəklindədir. Üst yarısı, boş; alt yarısı isə, doludur. Onun, qara saçları və hikmət fışqıran qəlbi vardır.
• Yunusiyyə: Bunlar, Yunus b. Abdu'r-rahmən əl-Qummi'yə mənsub olanlardır. İddiaları, belədir:
"Uca Allah, onlardan daha ağır olsa da, ərşin daşıyıcıları tərəfindən daşınır; eynilə, ayaqlarından daha ağır olmasına rəğmən, ayaqları tərəfindən daşınılan bir leylək kimi..."
• Müşəbbihə: Bunlar, Davud əl-Cəvəribi'yə mənsub olanlardır. Bu şəxs, Məbud'unu, qadının cinsi orqanı və saqqaldan başqa, insanın sahib olduğu bütün orqanlara sahib olaraq vəsfləndirmişdir.
• İbrahimiyyə: Bunlar, İbrahim b. əbi Yəhya əl-Əsləmi'yə mənsub olanlardır. Bu şəxs, hədis ravilərindən biri idi. Ancaq təşbih mövzusunda azmış və rəvayətlərdən çoxunda, yalana mənsub göstərilmişdir.
• Xabitiyyə: Bunlar, Əhməd b. Xabit'ə mənsub olanlardır. Bu şəxs, Nazzam'a mənsub olan mötəzilə'dən idi. Sonra o, İsa b. Məryəmi, Rəbbinə bənzətmiş və onun, ikinci ilah olduğunu və qiyamətdə, insanları hesaba çəkəcəyini iddia etmişdir.
• Kərramiyyə: Bunların iddialarına görə, uca Allah, bir cisimdir; sərhədi və sonu vardır; sonradan olanların (havadis) yeridir; ərşinə təmas etməkdədir.
Bütün bu firqələr, uca Allahın Zatını məxluqlara bənzədənlərdir.
------------------------------------------
2. Allahın sifətlərini, insanların sifətlərinə bənzədənlər:
Bunlara gəlincə, bunlar da, bir çox sinifdən ibarətdirlər:
• Onlardan biri: uca Allahın iradəsini, məxluqların iradəsinə bənzədənlərdir. Bu, Basra mötəzilə'sinin görüşü idi. Necə ki, onlar, uca və qüdrətli Allahın, məxluq bir iradə ilə, istədiyi hər şeyi iradə etdiyini iddia etmişlərdir. Onların iddialarına görə, Allahın iradəsi, bizim iradəmiz cinsindəndir.
Sonra, "Uca və qüdrətli Allahın iradəsinin, bir məhəldə olmadan hudusu (sonradan meydana gəlməsi), caizdir; lakin bizim iradəmizin, bir məhəl (yer) xaricində hudusu, doğru deyildir." deyərək, bu iddialarına (yəni, Allahın iradəsinin, bizim iradəmiz cinsindən olması iddiasına) qarşı çıxdılar. Bu isə, onların, "Doğrusu, Onun iradəsi, bizim iradəmiz cinsindəndir." şəklindəki görüşlərini çürütməkdədir. Çünki, 2 şey, bir-birinə bənzər və bir tək cinsdəndirsə, bunlardan birinə caiz olan, digərinə də caiz; birinə imkansız olan, digərinə də imkansız olur.
Kərramiyyə, uca Allahın iradəsini qulların iradəsinə bənzətməklə, Basra mötəziləsindən də iləri getmiş və Onun iradəsinin, bizim iradəmiz cinsindən olduğunu; və bizim iradəmizin hadis (sonradan meydana gələn) olması kimi, Onun iradəsinin də Onda hadis olduğunu iddia etmişlərdir. Bundan dolayı, uca Allahın, hadis olanların məhəlli (yeri) olduğunu iləri sürmüşlərdir. Halbuki Allah, bundan uca və münəzzəhdir.
• Onlardan bir digəri də: uca və qüdrətli Allahın kəlamını, məxluqların kəlamına bənzədənlərdir. Uca Allahın səs və hərflərinin, qullara aid səslər və hərflərlə eyni cinsdən olduğunu iddia etmişlərdir. Onlar, Allahın kəlamının hudusuna inanmış; ancaq Cübbai xaric demək olar ki hamısı, uca Allahın kəlamının əbədiliyinin imkansızlığını qəbul etmişlərdir.
Onlardan əl-Nazzam, "Qulların kəlamının nəzmində bir i'caz (möcüzəlili)'yin olmaması kimi; uca Allahın kəlamının nəzmində də bir i'caz yoxdur." demişdir.
Mötəzilənin əksəriyyəti, zəncilər (həbəşlilər), türklər və xəzərlərin, Quranın nəzminin bir bənzərini gətirməyə müqtədir olduqlarını; və bunun, ondan (yəni, Qurandan) daha fasih ola biləcəyini; ancaq onların, onun nəzmini təlif etmək üçün lazımi elmə sahib olmadıqlarını və lakin bu elmin, onlar üçün təqdir edilmiş olmasının mümkün ola biləcəyini iləri sürmüşlərdir.
Kərramiyyə, uca Allahın sözünün məxluq olduğu şəklindəki iddialarında, mötəziləyə qatılmış, ancaq, "Uca Allahın kəlamı, qulların səsləri və hərfləri cinsindəndir və Onun kəlamı, sözü ortaya qoymaqdakı qüdrətidir." şəklindəki iddiaları ilə, onlardan ayrılmışlardır.
Uca Allahın kəlamının, Öz zatında hadis olması şəklindəki görüşlərini, İlahın, bütün sonradan olanların (havadisin) yeri olmasının cəvazı şəklindəki əsas prinsiplərinə istinad etmək surətilə, mötəzilədən də iləri getmişlərdir.
• Onlardan biri də: əz-Zurariyyə'dir. Bunlar, uca və qüdrətli Alalhın bütün sifətlərinin hudusu və onların, bizim sifətlərimiz cinsindən olduğu şəklindəki iddiaları ilə Zurarə b. A'yun ər-Rafizi'yə tabe olanlardır.
İddialarına görə, uca Allah, əzəldə Hayy (həyat sahibi), Alim, Qadir Murid (iradə edən), Səmi (eşidən), Basir (görən) deyildir. O, bu sifətlərlə, ancaq, Özü üçün həyat, qüdrət, elm, iradə, səm (eşitmə) və basarı (görməyi) yaratdığı vaxt buna haqq qazanmışdır; eynilə, içimizdən birinin, özündə həyat, qüdrət, iradə, elm, eşitmə və görmə yaradıldığı vaxt, hayy (həyat sahibi), qadir, səmi (eşidən), basir (görən) və murid (iradə edən) olması kimi...
• Onlardan bir digəri də: Rafizilərdən, uca Allahın, bir şeyi oluncaya (yəni, meydana çıxıncaya) qədər bilmədiyini deyənlərdir. Bu cəhətdən onlar, içimizdən bir alimin elminin, məxluq olmasının lazım gəldiyi kimi; Onun elminin də yaradılmasının (hudus) gərəkli görmüşlərdir.
--------------------------
Bu kitabın qisimlərindən dördüncüsü, İslamdan olmadıqları halda, İslama nisbət edilən firqələrin açıqlanması haqqındadır.
Bu qisimdə, söz, kimin İslam ümməti və dinindən (millətindən) sayılacağı haqqında, kəlam alimlərinin ixtilafları üzərində dönüb-dolaşmaqdadır.
Daha əvvəl, biz, bəzi insanların, "İslam dinindəndir." adının, Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətini və Onun gətirdiyi hər şeyin -bunun fövqündəki görüşləri nə olursa olsun- doğru olduğunu qəbul və iqrar edən hər kəsə veriləcəyini iddia etdiklərini bilmişdik. Bu, əl-Kə'bi'nin "Maqalat"ındakı tərcihidir.
Kərramiyyə isə, "İslam dinindən (millətindən)'dir." adının, "Lə iləhə illəllah, Muhammədun Rasulullah" deyən hər kəsə, bu xüsusda ixlaslı olduğuna və ya ziddinə inanıb-inanmadığına baxılmadan veriləcəyini iləri sürmüşdür.
Bu 2 qrupun, Yəhudilərdən "əl-İsəviyyə" və "Muşikaniyyə"ni də, məcburən, İslam millətinə daxil etmələri lazım gəlir. Çünki onlar da, "Lə iləhə illəllah, Muhammədun Rasulullah" deyirlər. Muhammədin, ərəblərə göndərilmiş olduğunu iləri sürür və Onun gətirdiyi şeylərin haqq olduğunu qəbul edirlər.
Əhl-i Hədis'dən bəzi fəqihlər, "İslam milləti" adının, 5 vaxt namazın Kəbəyə yönələrək qılınması gərəkdiyinə inanan hər kəsə veriləcəyini söylədilər. Nə var ki, bu (görüş), doğru deyildir. Çünki səhabələr dövründə, zəkat verməyi rədd etmək surətilə dindən çıxmış olanların bir çoxu, namazın Kəbəyə yönələrək qılınmasının vacibliyinə inanırlardı. Onlar, ancaq, zəkatın vacibliyini inkar etdikləri üçün dindən çıxmışlardı. Bunlar, Bəni Kində və Təmim'dən olan mürtədlərdir.
Bəni Hənifə və Bəni Əsəd'dən olan mürtədlərə gəlincə...Bunlar, 2 səbəbdən dolayı kafir olmuşlardır:
~ Biri: Zəkatın vacib olduğunu inkar etmələri;
~ Digəri isə: Müsəylimə və Tuleyha b. Xuveylid'in peyğəmbərlik iddialarıdır.
Bununla bərabər, Bəni Hənifə (Hənifə oğulları), sabah namazı ilə axşam namazının fərziyyətlərini inkar etmiş; beləcə də, küfr üstünə küfr qoymuşlardır.
Bizə görə, doğru olanı, budur: "İslam milləti" adı:
~ aləmin (sonradan) yaradıldığını (yəni, aləmin hudusunu), onun Sani'inin (ustası olan Allahın) birliyini və qədimliyini, təşbih və tətili (sifətləri inkar etməyi) rədd edərək, Onun Adil və Hakim olduğunu iqrar edən; və bununla bərabər,
~ Bütün peyğəmbərlərin peyğəmbərliklərini, Muhamməd (sallallahu aleyhi və səlləm)'in bütün insanlığa nəbi və rəsul olaraq göndərilişinin doğruluğunu, şəriətinin əbədiliyini, gətirdiyi bütün hər şeyin haqq olduğunu, Quranın, Onun şəriətinin hökmlərinin qaynağı olduğunu;
~ Kəbəyə yönələrək 5 vaxt namaz qılmağın vacibliyini, zəkat, ramazan orucu və bir bütün olaraq Allahın evini həcc etməyin vacibliyini
qəbul edən hər kəsə verilir. Bunları qəbul edən hər kəs, "İslam milləti"nin mənsubları arasına daxil edilir.
Bundan sonra, baxılar:
Əgər imanına, küfrə götürəcək bir şey qarışdırmamışdırsa, tövhid əhli bir sünni'dir. Lakin bunlara çirkin bidətlər əlavə edərsə, baxılar:
Əgər Batiniyyə, Bəyaniyyə, Muğiriyyə, Mansuriyyə, Cənahiyyə, Səbəiyyə və rafizilərdən Xattabiyyə'nin bidətlərinə tabe olarsa və ya Hululiyyə əqidəsində və ya Tənasux'a (reenkarnasiya)'ya inananların etiqadında və ya Xaricilərdən Meymuniyyə və Yezidiyyə'nin yolunda (haşiyə) və ya Qədəriyyə'dən Xabitiyyə və ya Ximariyyə etiqadında olarsa və ya Quranın halal qıldığı şeylərdən birini, öz adına haram qılanlardan olarsa və ya Quranın haram qıldıqlarını öz adına halal qılarsa, o kimsə, İslam ümmətindən deyildir.
Nə var ki, onun bidəti:
~ rafizilərdən Zeydiyyə və İmamiyyə'nin bidətləri cinsindən; və ya
~ Nəccariyyə'nin və ya Cehmiyyə'nin və ya Dirariyyə və ya İslam ümmətindan olan Mücəssimənin bidətləri cinsindən
'dirsə, bəzi hökmlər cəhətindən, İslam ümmətindən biri sayılır. Belə ki:
~ Müsəlmanların qəbristanlıqlarına dəfn edilər;
~ Müsəlmanlarla birlikdə döyüşlərə qatılarsa, özünə qənimətdən pay verilər;
~ Müsəlmanların məscidlərinə girməsinə və orda namaz qılmalarına, mane olunmaz.
Ancaq bəzi hökmlərdə, İslam ümməti hökmündən çıxarılar. Belə ki:
~ Ölüncə, nə cənazə namazı qılmaq; nə də
~ Arxasında namaza durmaq, caizdir.
~ Kəsdiyi, halal olmaz;
~ Bunlardan bir qadın, sünni bir kişiyə halal olmaz.
~ Onlara mənsub bir kişinin də, sünni bir qadınla evlənməsi, doğru deyildir.
-----------------------------
(Haşiyə:
~ Yezid b. Ənis'ə tabe olan "Yezidiyyə" firqəsi, Allah Taalanın, əcəmlərdən (ərəb olmayanlardan) bir peyğəmbər göndərəcəyini; ona, Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin hökmünü qaldıran bir kitab verəcəyini iddia etmişlərdir.
~ Meymun əl-Əlacrədi'yə tabe olan "Meymuniyyə" firqəsi, uşaqların, bacı və qardaşların qızları ilə evlənmələrini halal saydılar.)
Xavaric (xaricilər) haqqında oxumaq üçün, aşağıdakı linkə daxil ol:
https://suallarlaislam.com/m%C9.../xavaric-kiml%C9%99rdir
-----------------------------
İslam ümmətindən çıxmış olmalarına baxmayaraq, görünüşdə İslama mənsub olan firqələrin sayı, 21'dir. Adları isə, belədir:
1. Səbəiyyə;
2. Bəyaniyyə;
3. Harbiyyə;
4. Muğiriyyə;
5. Mansuriyyə;
6. Cənahiyyə;
7. Xattabiyyə;
8. Ğurabiyyə (2 ğurab, yəni 2 qarğanın bir-birinə bənzəməsi kimi, Peyğəmbərin də Əliyə bənzədiyi üçün, Cəbrailin, vəhyi, yalnışlıqla Əli yerinə, Muhammədə endirdiyini iddia edən Şiələrdən ifrat bir qrup)
9. Mufavvidiyyə;
10. Hululiyyə;
11. Ashabu't-Tənasux;
12. Xabitiyyə;
13. Ximariyyə;
14. Muqannaiyyə;
15. Ruzamiyyə;
16. Yezidiyyə;
17. Meymuniyyə;
18. Batiniyyə;
19. Hallaciyyə;
20. Azafiriyyə
21. Ashabu İbahə (hər şeyi, mübah görənlər)
--------------------
Müəllifimiz Abdu'l-Qahir əl-Bağdadi, bundan sonra, yuxarıda zikr edilən 21 firqə haqqında danışmaqdadır. Biz isə, bu yazımızda, mövzumuzla bağlı olaraq, yalnız "müşəbbihə" firqələrinə yer verəcəyik. Belə ki:
• Səbəiyyə: (Bunlar), Əli (radiyallahu anh) haqqında ifrata varan Abdullah b. Səbə'yə tabe olanlardır. İbn Səbə, Əli'nin peyğəmbər olduğunu iddia etmiş; sonra Onun haqqında, Onun bir ilah olduğunu deyəcək qədər ifrata varmış və Kufənin azğınlarından bir qrupu da, bu fikrə çağırmışdır. Onlar haqqındakı xəbərlər, Əli (radiyallahu anh)'a çatdırılmış; bunun üzərinə, O da, onlardan bir qrupun 2 çuxurda yandırılmasını əmr etmişdir (haşiyə). Necə ki, şairlərdən biri, bu mövzuda, belə demişdir:
"Harda istəyirlərsə istəsinlər, talesizlikləri mənə atsınlar,
Yetər ki, onları mənə, 2 çuxurda atmasınlar."
----------------------------------
(Haşiyə:
Yandıraraq cəzalandırmaq olarmı:
https://suallarlaislam.com/.../yandiraraq-c%C9...
https://suallarlaislam.com/.../yandiraraq-c%C9...
https://suallarlaislam.com/.../yandiraraq-c%C9...
----------------------------------
Sonra Əli (radiyallahu anh), Şam əhlinin Onun başına gələnlərə sevinəcəklərini düşünərək, onların geri qalanlarını yandırmaqdan və Öz tərəfdarlarının ixtilafa düşmələrindən qorxdu.
Beləcə, ibn Səbə'ni, Mədain tərəfinə sürgün etdi.
Əli (radiyallahu anh) şəhid edilincə, ibn Səbə, öldürülənin Əli olmadığını; Onun, ancaq, insanlara Əli şəklində görülən bir şeytan olduğunu; Əlinin, İsa (əleyhissəlam)'ın kimi göyə çıxması kimi göyə çıxdığını iddia etmiş və (belə) demişdir:
"Yəhudilər və xristiyanların İsanın öldürülməsi iddialarında yalan söyləmələri kimi; Navasib (nasibilər) və xavaric (xaricilər) də, Əlinin öldürülməsi iddiasında yalan söyləmişlərdir. Yəhudilər və xristiyanlar, ancaq İsaya bənzəyən çarmıxa çəkilmiş bir şəxs görmüşdülər. Eyni şəkildə, Əlinin öldürüldüyünü söyləyənlər də, Əliyə bənzəyən öldürülmüş bir şəxsi gördülər və onun, Əli olduğunu zənn etdilər. Əli isə, göyə çıxmışdır; dünyaya enəcək və düşmənlərindən intiqam alacaqdır."
Səbəiyyə'dən bir qisminin iləri sürdüyünə görə, Əli, buludlardadır; göy gurultusu, Onun səsi; şimşək də, qamçısıdır.
Onun üçün, bu kimsələrdən (yəni, səbəiyyə'dən) göy gurultusunun səsini eşidən, "Salam olsun Sənə, ey möminlərin əmiri!" deyərdi.
Amr b. Şurahbil'dən rəvayət edildiyinə görə, ibn Səbə'yə, "Həqiqət budur ki, Əli, öldürülmüşdür." deyildiyində, o, bu cavabı vermişdir:
"Bizə, Onun beynini bir torba içində gətirsəniz belə, Onun ölümünü təsdiq etmərik. O, göydən enib yer üzünün hər tərəfinə hakim olana qədər, ölməz."
Bu topluluq, gözlənilən Mehdi'nin (yəni, əl-Mehdiyyu'l-Muntazar)'ın, Əlidən başqası deyil, ancaq Əli olduğunu iddia edir.
Bu topluluq haqqında, İshaq b. Suveyd əl-Adəvi, misraları içində, xavaric, ravafid (rafizilər) və qədəriyyədən uzaqlaşdığını bildirən bir qəsidəsində, bu beyitləri deməkdədir:
"Xavaricdən uzaqlaşdım; onlardan deyiləm. Ğazzaldan (Vasil b. Ata'dan), ibn Bab'dan (Vasilin tələbəsi Amr b. Ubeyd);
Və Əlini xatırladıqları zaman, buludlara salam verənlərdən də uzaqlaşdım.
Lakin mən, Allahın rəsulunu və siddiqi, sabah yaxşı bir mükafat ümid etdiyim bir sevgi ilə,
Bütün qəlbimlə sevir və bunun doğru olduğunu bilirəm."
əş-Şabi'nin dediyinə görə, Abdullah b. Sevda, görüşləri cəhətindən Səbəiyyə'ni dəstəkləyirdi. İbnu's-Sevda, Hirəli bir yəhudi idi. Sonra müsəlman olduğunu açıqladı və beləcə, Kufəlilər qatında, özünün də adamları və başçılığı olmağını istədi.
Sonra onlara, Tövratda,
-hər Nəbi'nin bir vasi'si olduğunu, Əli (radiyallahu anh)'ın, Muhamməd (sallallahu aleyhi və səlləm)'in vasisi və Muhammədin, nəbilərin ən xeyirlisi olması kimi, Əlinin də, vasilərin ən xeyirlisi olduğu xüsuslarını-
gördüyünü söylədi. Əlinin tərəfdarları, bunu ondan eşidincə, Əliyə, "Doğrusu, o, Səni sevənlərdən biridir." dedilər. Bunun üzərinə, Əli (radiyallahu anh), onun etibarını yüksəltdi və onu, minbərinin pilləkanı altına oturtdu.
Sonra Əliyə, onun, Özü haqqındakı ifratları bildirilincə, onu öldürməyə qərar verdi. Ancaq ibn Abbas (radiyallahu anh), onu, bu işi görməkdən əngəllədi və Ona,
"Əgər onu öldürərsənsə, əshabın, Sənin haqqında, ayrılığa düşərlər. Halbuki Sən, Şamlılara döyüşə davam etməyə qəti qərar vermiş haldasan. Onun üçün, əshabının köməyinə möhtacsan." dedi.
İbnu'l-Abbası qorxudan onun (ibnu's-Sevdanın) və ibn Səbə'nin öldürülməsindən doğacaq fitnədən dəhşətə düşüncə, hər ikisini də, Mədainə sürgün etdi.
Əli (radiyallahu anh)'ın şəhid edilməsindən sonra, bayağı insanlar, bu ikisi tərəfindən aldadıldılar. Necə ki, ibnu's-Sevda, onlara (belə) dedi:
"Allaha and olsun ki, Kufə məscidində, Əli üçün 2 qaynaq parlayacaqdır. Bunların birindən bal, digərindən yağ fışqıracaqdır. Bu 2 qaynaqdan da, Onun tərəfdarları (şiətuhu), ovuc-ovuc götürəcəklərdir."
Əhl-i Sünnətin haqqı axtaran tənqidçi alimləri, belə demişlərdir:
Şübhə yoxdur ki, ibnu's-Sevda, yəhudi dininə çox bağlı idi. Əli və oğulları haqqındakı görüşləri ilə, Müsəlmanları dinlərində ifsad etmək və beləcə, onların, xristiyanların İsa (əleyhissəlam) haqqında inandıqları şeyləri, Onun üçün də inanmalarını təmin etmək istəmişdi.
Beləcə o, əhlu'l-əhva'nın (haşiyə) küfür mövzusunda ən köklüsü olaraq gördüyü üçün, ravafidin Səbəiyyə firqəsinə intisab etdi və azğınlıqlarını, görüşləri içində gizlədi.
----------------------------------------
(Haşiyə:
Əhlu'l-əhva: "Əhl" kəliməsilə, "nəfsani arzu, təmayül" mənasındakı "həva"nın cəmi olan "əhva" kəliməsindən meydana gələn "əhlu'l-əhva", "nəfsin arzularına tabe olanlar" mənasına gəlir.
Termin olaraq isə, "inanc və davranışlarını, peyğəmbərlərcə təbliğ edilən İlahi buyruqlara istinad etmədən, sadəcə bəşəri görüş və arzulara görə quranlar" şəklində tərif edilə bilər.)
----------------------------------------
Abdu'l-Qahir əl-Bağdadi, (belə) deyir:
Əlinin bir ilah və ya bir peyğəmbər olduğunu iddia edən bir topluluq, necə ola bilər ki, İslam firqələrindən sayılsın?! Əgər bunları, İslam firqələri topluluğuna daxil etmək həqiqətən caizdirsə, yalançı Müseylimənin peyğəmbərliyini iddia edənləri də İslam firqələri içinə daxil etmək uyğun olar.
Səbəiyyə'yə deyirik:
Abdu'r-Rahmən ibn Mülcəm (xarici) tərəfindən öldürülən, insanlara Əli şəklinə girmiş olaraq görünən bir şeytandırsa, ibn Mülcəmi ucaltmaq əvəzinə, nəyə görə lənətləyirsiniz? Çünki şeytanı öldürən, bu felindən dolayı ayıblanmamalı, əksinə təriflənməlidir.
Onlara deyirik:
İslamın gəlişindən əvvəlki filosoflar zamanında belə, göy gurultusunun səsi eşidilmiş və şimşək görülmüş ikən, sizin, "Göy gurultusu, Əlinin səsi; şimşək də, qamçısıdır." şəklindəki iddianız, necə olur ki, doğru olur?!
Necə ki, onlar, bu səbəbdən, göy gurultusu və şimşəyi, kitablarında ələ almışlar və bunların səbəbləri haqqında ayrılığa düşmüşlərdi.
İbnu's-Sevdaya deyilir:
Sənə və yəhudilərdən sənə meyl edənlərə görə, Əli, Musa, Harun və Yuşa b. Nun'dan daha yüksək bir rütbəyə sahib deyildir; üstəlik, bu üçünün ölümü, təsdiqlənmişdir və Musa və qövmünə, çöldə sərt bir qayadan qaynayan bir sudan başqa, yer üzündə, onlar üçün nə bal, nə də yağ fışqırmışdır. O halda, oğlu Hüseyn və əshabı Kərbəlada, -bal və yağ belə bir tərəfə qalsın-, özləri üçün bir su qaynağından məhrum susuzluqdan ölmüş olduqları halda, Əlini ölümdən qoruyan, nədir?!
-----------------------
• Bəyaniyyə: Bunlar, Bəyan b. Səman ət-Təmimi'yə tabe olanlardır. Onlar, imamətin, Muhamməd b. əl-Hənəfiyyə'dən, oğlu əbu Haşim Abdullah b. Muhammədə keçdiyini; əbu Haşim'dən sonra da, onun özünə, vəsiyyətilə Bəyan b. Səman'a keçdiyini iddi edənlərdir.
Bunlar, rəisləri Bəyan haqqında, fikir ayrılığına düşmüşlərdir:
~ Bir qismi, onun peyğəmbər olduğunu və Muhamməd (sallallahu aleyhi və səlləm)'in şəriətinin bəzi qisimlərini nəsx etdiyini iddia etdilər.
~ Bir qismi də, onun, bir ilah olduğunu iddia etmişdir.
Bunlar, Bəyanın, özlərinə belə dediyini söyləyirlər:
İlahın nuru, əbu Haşim Abdullah b. Muhamməd b. əl-Hənəfiyyə'yə gəlincəyə qədər, nəbilər və imamlara keçmişdir. Sonra ondan, ona -yəni özünə- nəql edilmişdir.
Beləcə o, Hululiyyə məzhəbinin etdiyi kimi; özü üçün, rububiyyət iddia etmişdir. Bununla bərabər, o, özünün, Quranda, Allahın:
هَـٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ
Həzə bəyənun li'n-nəs və hudən və məvizatən li'l-muttəqin.
"Bu, insanlar üçün bir bəyan (açıqlama), doğru yolu göstəricisi və öyüd-nəsihətdir." (Al-i İmran/138) ayətində anıldığını iddia etmiş və (belə) demişdir:
"Bəyan, mənəm. Yol göstərici və nəsihət də, mənəm."
O, ismu'l-əzəm (ən böyük isim)'i bildiyini; bununla orduları məğlubiyyətə uğratdığını və yenə bu isimlə, Zöhrə (venera) ulduzunu çağırdığında, onun da gəldiyini iddia edirdi.
Sonra o, əzəli olan İlahın, nurdan bir adam olduğunu və üzü xaricində hər şeyinin yox olacağını iddia etdi və bu iddiasını, Allahın,
...كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
"...Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız." (Qasas/88); və
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ • وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ
"Yer üzündə olan hər kəs, ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü, əbədidir." (Rahmən/26-27) ayətlərilə təvil etmişdir.
Bəyanın bu fikirləri, İraq valiliyi etdiyi vaxtlarda, Xalid b. Abdillah əl-Qasriyy'ə bildirildi. O da, bunun üzərinə, Bəyana qarşı, onu ələ keçirib edam edincəyə qədər, hiləli yollara baş vurdu. Belə ki, ona,
"Əgər sən, bildiyin isimlə orduları məğlub edə bilirsənsə, o isimlə, adamlarımı da məğlubiyyətə uğrat!" dedi.
Bu firqə, bütə ibadət edənlərin İslam firqələrindən çıxdıqları kimi; rəisləri Bəyanın bir ilah olduğu yolundakı iddialarından dolayı, İslam firqələri topluluğunun xaricindədirlər. Onlardan, Bəyanın bir nəbi olduğunu iddia edən, Müseylimə'nin də bir peyğəmbər olduğunu iləri sürən kimidir və hər 2 qrup da, İslam firqələrinin xaricindədirlər.
Bu cəhətdə, Bəyana deyirik:
"İlahın bir qisminin yox olması mümkündürsə, bəs Onun üzünü yox olmaqdan qoruyan nədir?"
Uca Allahın,
"Onun üzündən başqa hər şey həlak olacaqdır." ayətinə gəlincə, bunun mənası: güclü və uca olan Allahın üzünə yönəldilməmiş hər əməlin (yəni, Allah üçün olmayan hər işin), batil olacağıdır.
-------------------------------------
• Muğiriyyə: Bunlar, əl-Muğirə b. Səid əl-İcli'yə tabe olanlardır. Ortaya çıxışının ilk illərində, İmamiyyə'yə yaxınlıq göstərir və imamətin, Əli, Həsən və Hüseyn'dən sonra, nəvəsi Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən b. Əli'yə (yəni, Nəfsu'z-Zəkiyyə ləqəbilə bilinən imama) keçdiyini və onun, gözlənilən Mehdi (əl-Mehdiyyu'l-Muntazar) olduğunu iddia edir; buna dəlil olaraq, Mehdinin adının, Nəbi (sallallahu aleyhi və səlləm)'in adına, atasının adının da, Nəbi (sallallahu aleyhi və səlləm)'in atasının adına uyğun olacağını bildirən hədisi göstərirdi. Ravafid (rafizilər), özlərini, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən b. Əlini gözləməyə çağırması üzərinə, ona tabe oldular.
Sonra o, onların başına rəis olaraq keçdikdən sonra, onlara, bir çox açıq küfürlərini açıqladı. Bunlar, aşağıdakılardır:
1. Peyğəmbərlik iddiası;
2. Ən böyük ismi (əl-ismu'l-əzəmi) bilmə iddiası;
3. Bu isimlə, ölüləri diriltdiyi;
4. Bu isimlə, orduları məğlubiyyətə uğratdığı.
Yenə, bunlardan biri,
5. Onun, təşbih mövzusunda ifrata varmasıdır. Belə ki, o, Mə'bud'unun, nurdan bir adam olduğunu və onun orqanlarının və hikmət fışqıran bir qəlbinin olduğunu iddia etmişdi. Bununla bərabər, o, Onun orqanlarının, əlifbanın hərfləri şəklində olduğunu və bunlardan ا - əlif hərfinin - Onun ayaqlarına bənzədiyini; عـ - ayn hərfinin - Onun gözləri şəklində olduğunu; və ح - hə hərfinin də - Onun cinsiyyət orqanına bənzədiyini iləri sürmüşdür.
6. (Açıqladığı qəti küfürlərdən) biri, onun, yaradılışın başlanğıcı haqqında danışmasıdır. İddiasına görə, uca Allah, aləmi yaratmaq istədiyi zaman, ən böyük ismini demiş və beləcə, Onun başına, bir tac qoyulmuşdur. O, bunu, Allahın, "Rəbbinin uca adını təsbih et." (Ə'la/1) ayətilə açıqlamış və "uca ad"ın, bu tac olduğunu iddia etmişdir. Sonra O, başına tac qoyulduqdan sonra, ovucunun içinə, barmağı ilə, qullarının əməllərini yazdı. Sonra ovucunun içinə baxdı və onların günahlarından dolayı qəzəbləndi və tərlədi. Tərlərindən, 2 dəniz meydana gəldi. Bu dənizlərdən biri, qaranlıq və acı; digəri də, şirin və parlaq idi. Sonra yuxarıda dənizə baxdı və kölgəsini gördü. Kölgəni götürmək üçün getdi, lakin (kölgə) uçdu. Bunun üzərinə, kölgəsinin gözlərini çəkib çıxardı və onlardan günəş və ayı yaratdı və kölgəsinin geri qalanını yox edərək, "Mənimlə birlikdə Məndən başqa bir ilahın olması, doğru deyildir." dedi. Sonra, insanları, bu 2 dənizdən yaratdı. Şiələri, parlaq və şirin dənizdən yaratdı və onlar, möminlərdir. Şiənin düşmənləri olan kafirləri də, qaranlıq və acı dənizdən yaratdı.
7. Bununla bərabər, o, uca Allahın, insanları, cəsədlərindən əvvəl yaratdığını və onlar arasında ilk yaratdığı şeyin də, Muhamməd (sallallahu aleyhi və səlləm)'in kölgəsi olduğunu iddia etmiş və bu xüsusda, uca Allahın,
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ
"De: 'Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım." (Zuxruf/81) ayətini söyləmişdir.
Sonra o, belə demişdir: O (Allah), Muhammədin kölgəsini, insanların kölgəsinə göndərmişdir.
Sonra göylərə və dağlara, Əli b. əbi Talib'i, ona (Əliyə) zülm edənlərdən qorumalarını təklif etmiş; lakin onlar, bunu qəbul etməkdən çəkinmişlərdir. Sonra bunu, insanlara təklif etmişdir. Bunun üzərinə, Ömər və əbu Bəkrə, Əliyə kömək və düşmənlərindən qoruması işini yüklənməsini və onu, bu dünyada tərk etməsini əmr etmiş və özündən sonra, onu (yəni, Öməri) xəlifə qılması şərtilə, Əlinin məğlub edilməsində ona kömək edəcəyinə dair, təminat vermişdir. Əbu Bəkr də, elə etdi. Bax, Onun,
إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولًا
"Biz, əmanəti, göylərə, yerə və dağlara təklif etdik. Onlar, onu daşımaqdan qorxub imtina etdilər. Lakin insan, onu boynuna götürdü. Doğrudan da, o, çox zalım və çox cahildir." (Əhzab/72)
ayəti, bunun tə'vilidir, demiş; və "çox zalım və çox cahil" olanın - əbu Bəkr olduğunu iddia edərək;
Ömər haqqında da, uca Allahın,
كَمَثَلِ ٱلشَّيْطَـٰنِ إِذْ قَالَ لِلْإِنسَـٰنِ ٱكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّى بَرِىٓءٌ مِّنكَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلْعَـٰلَمِينَ
"Münafiqlər, şeytana bənzəyirlər. Şeytan insana: 'Kafir ol!'– deyir. İnsan kafir olan kimi: 'Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!'– deyir." (Haşr/16) ayətini, tə'vil etmişdir. Ona görə, şeytan - Ömərdir.
əl-Muğirə, haqqında danışdığımız bu azğınlıqları ilə bərabər, öz adamlarına, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən b. Əli'ni gözləmələrini əmr edirdi. Xalid b. Abdillah əl-Qasri, onunla bağlı xəbərləri və azğınlıqlarını eşitdi və onu, yanına çağırdı.
əl-Muğirə öldürülüncə, ona tabe olanlar, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsəni gözləməyə davam etdilər. Bu Muhamməd, Mədinədə, xalqı özünə tabe olmağa çağırınca, əbu Cəfər əl-Mənsur, ordusunun komandiri olan İsa b. Musanı, böyük bir ordu ilə, onun üzərinə göndərdi. Onlar da, Muhammədi, Məkkə və Mədinəni ələ keçirdikdən sonra öldürdülər. Bu vaxt, qardaşı İsa b. Abdillah da, Məğrib ölkəsini ələ keçirmişdi. Muhamməd b. Abdillah b. əl-Həsənə gəlincə...Bəşir b. Rahhal və Mötəzilədən özünə tabe olanlar, onu aldatdılar və ona, əl-Mənsurun ordusuna qarşı kömək edəcəklərinə dair təminat verdilər. Hər iki tərəf, Kufədən, 16 fərsəx uzaqlıqda olan Bahmara'da qarşılaşdıqları vaxt, İbrahim öldürüldü və Mötəzilə, məğlubiyyətə uğrayıb, ordan qaçdı; ancaq uğursuzluqları, onları ələ keçirdi və əl-Mənsurun adamlarından İsa b. Musa və Muslim b. Quteybə, onlarla döyüşü öz üzərlərinə götürdülər. Qardaşı İdrisə gəlincə...o, Məğrib ölkəsində öldü. Onun zəhərləndiyi də deyilirdi. Bəzi tarixçilər, onu, Süleyman b. Cərir əz-Zeydi'nin zəhərlədiyini; sonra İraqa qaçdığını bildirmişdilər.
Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən öldürülüncə, Muğiriyyə firqəsi, əl-Muğirə haqqında (fikir) ayrılığına düşdülər:
~ Onlardan bir firqə, ondan (yəni, onun görüşlərindən) uzaqlaşdı və belə dedilər:
"Doğrusu, o, Muhamməd b. Abdillah b. əl-Həsən'in dünyaya hakim olacaq Mehdi olduğu yolundakı iddiasında, yalan söyləmişdir. Çünki, o, nə yer üzündə, nə də yer üzünün 1/10-ə sahib olmadan öldürülmüşdür."
~ Digər bir firqə isə, əl-Muğirə'yə bağlılıqlarında sabit qalmış və belə demişlərdir:
"Doğrusu, o, Muhamməd b. Abdillah b. əl-Həsənin, gözlənilən Mehdi olduğu xüsusunda, doğru söyləmişdir. O, öldürülməmişdir. Əksinə, xuruc etməsi əmr edilincəyə qədər, Hacir (və ya Aləm) dağlarından birində oturmaqdadır. Çıxdığı vaxt, ona, Məkkədə Rukn və Məqam arasında beyət ediləcək; o, hər birinə, ən böyük ismin hərflərindən bir hərf verəcəyi 17 nəfər dirildəcək; bunlar da, orduları məğlubiyyətə uğradıb yer üzünə hakim olacaqlardır."
Bu firqənin iddiasına görə, əl-Mansur'un ordusunun Mədinədə öldürdüyü kimsə, insanlara, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən'in şəklində görünmüş olan şeytandan başqası deyildi. Bu firqəyə, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsəni gözləmələrindən dolayı, Rafizilərdən "əl-Muhammədiyyə" deyilmişdir.
Cabir əl-Cufi, bu məzhəbdən idi. əl-Muğirə b. Səid'in, özünə vəsiyyət etdiyini iddia edirdi. Cabir ölüncə, Bəkr əl-A'vər əl-Həcəri, Cabirin özünə vəsiyyət etdiyini dedi və onun, ölməyəcəyini iləri sürdü. Beləcə, əl-Muğirənin mallarını, onlarla istehza edərcəsinə yedi. Bəkr ölüncə, onun, iddiasında yalançı biri olduğunu başa düşdülər və onu, lənətlədilər.
Abdu'l-Qahir əl-Bağdadi, belə deyir:
Mə'budlarını, əlifbanın hərflərinə bənzədən və rəislərinin peyğəmbərliyini iddia edən bir topluluq, necə ola bilər ki, İslam firqələri içində sayılır?! Əgər bunlar, İslam ümmətindən olsaydılar, Müseylimə və Tuleyha'nın peyğəmbərliklərinə inananların iddiası haqqındakı görüş də, doğru olar və onlar, ümmətdən sayılarlardı.
Muğiriyyə'yə deyirik:
Sizlər, Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən b. Əlinin oldürüldüyünü inkar etdiniz və öldürülənin, onun şəklinə girən şeytan olduğunu iləri sürdünüz. Elə isə, əl-Hüseyn b. Əli və yanındakıların, Kərbəlada ölmədiklərini, əksinə, gizləndiklərini və onların şəkillərinə girmiş şeytanların öldürüldüyünü iddia edənlərdən necə ayrılırsınız? Bu cəhətdən, siz də, əl-Hüseyni gözləyin; çünki o, qardaşının oğlu Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsəndən daha yüksək bir mərtəbədədir. Və ya Səbəiyyə'nin gözlədiyi kimi; Əlini gözləyin və Əlinin öldürülməsini təsdiq etməyin; çünki Əli, oğullarından daha ucadır. Bu xüsusda, onların, ona görə bir üstünlüyü yoxdur.
--------------------------------------
• Mansuriyyə: Bunlar əbu Mansur əl-İcli'yə tabe olanlardır. Bunlar, imamətin, əl-Baqir ləqəbilə tanınan əbu Cəfər Muhamməd b. Əli b. əl-Hüseyn b. Əliyə çatıncaya qədər, Əli oğulları arasında dönüb-dolaşdığını demişlərdir. Əl-İcli, özünün, əl-Baqir'in xəlifəsi olduğunu iddia etmişdir. Sonra, bu iddiasından dönmüş və özünün göyə çıxarıldığını və uca Allahın, əlilə onun başını oxşadığını və ona: "Ey oğlum! Məndən təbliğ et!" dediyini, sonra da, onu, yer üzünə endirdiyini iləri sürmüşdür. O, özünün,
وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ
"Əgər onlar, göy parçalarının düşdüyünü görsələr: 'Bulud topasıdır!'– deyərlər." (Tur/44) ayətində zikr edilən göydən düşən parçanın, özü olduğuna inanmışdır.
Bu firqə, qiyamət, cənnət və cəhənnəmi inkar etmişdir. Cənnəti, dünya nemətləri və rifahı; cəhənnəmi isə, insanların dünyada qarşılaşdıqları sıxıntılar olaraq təvil etmişlərdir. Bu azğınlıqlarına əlavə olaraq da, müxaliflərini boğmağı, halal qılmışlardır.
Onların fitnələri, adət etdikləri şəkildə, İraq valisi Yusuf b. Ömər əs-Səqafi zamanında, Mansuriyyə'nin bu alçaqlıqlarından xəbərdar olana qədər davam etdi. O, əbu Mansur əl-İcli'ni ələ keçirdi və asdı.
Bu firqə də, qiyamət, cənnət və cəhənnəmi inkar etdiklərindən dolayı, İslam firqələri arasında sayılmaz.
-----------------------------------
• Xattabiyyə: Bunlar, əbu'l-Xattab əl-Əsədi'yə tabe olanlardır. Bu firqə, imamətin, Cəfər əs-Sadiqə gəlincəyə qədər, Əli oğullarında olduğuna inanır və imamların, ilah olduqlarını iddia edirlərdi. Əbu'l-Xattab, əvvəllər, imamların, peyğəmbər olduğunu iləri sürürdü. Sonralar isə, onların ilah və əl-Həsən ilə əl-Hüseyn'in uşaqlarının, Allahın oğulları və sevdikləri olduğunu iddia etdi. Bununla bərabər, o, "Cəfər, bir ilahdır." deyirdi. Bu söz, Cəfərə çatdığında, onu lənətlədi və qovdu.
Bundan sonra, əbu'l-Xattab, öz ilahlığını iləri sürdü. Ona tabe olanlar, Cəfərin bir ilah olduğunu; lakin əbu'l-Xattab'ın, ondan və Əlidən daha üstün olduğunu iddia etdilər.
Xattabiyyə, öz tərəfdarlarının, müxaliflərinə qarşı yalan şahidlik etməsini, caiz görürlərdi.
Sonra əbu'l-Xattab, Kufə zibilliyinə bir çadır qurdu və özünə tabe olanları, orda, Cəfərə ibadət etməyə çağırdı.
Əbu'l-Xattab, əl-Mansur dövründə, Kufə valisinə qarşı baş qaldırdı. Bunun üzərinə, əl-Mansur, İsa b. Musanı, böyük bir ordu ilə, onun üzərinə göndərdi. Onu tutdular və Kufə zibilliyində edam etdilər.
Ona tabe olanlar, (belə) deyirdilər:
"Hər dövrdə, biri - danışan; biri də - susan (samit) bir imamın olması lazımdır. İmamlar, ilahdırlar və qeybi bilirlər."
Yenə onlar, belə deyirdilər:
"Nəbi (sallallahu aleyhi və səlləm)'in dövründə, Əli, susan); Peyğəmbər isə, danışan (natiq) idi. Sonra Əli, Onun ardınca, danışan oldu."
Və bunu, bu hal Cəfərə çatıncaya qədər, bütün imamlar haqqında söyləyir və əbu'l-Xattab, Cəfər zamanında susan bir imam (imamun samitun); ondan sonra da, danışan (natiq) bir imamdır, deyirdilər.
Əbu'l-Xattabın edamından sonra, ona tabe olanlar, hər biri, imamların ilah olduqlarını; və onların, qeybi və olan şeyləri, olmadan əvvəl bildiklərini iddia edən 5 firqəyə ayrıldılar. Onların hamısı da, İslam dinindən çıxmış kafirdirlər. (Belə ki):
1. Onlardan birinci firqə: əl-Muammariyyə'dir. Onlar, əbu'l-Xattabdan sonra, imam, Muammər adlı bir adamdır deyir və əbu'l-Xattaba ibadət etdikləri kimi, ona da ibadət edirlərdi. Dünyanın yox olmayacağını; cənnətin, insanların qarşılaşdıqları yaxşılıqlar, nemət və bolluqlar; cəhənnəmin də, insanların başına gələn pisliklər, çətinliklər və bəla olduğunu iddia edirlərdi. Onlar, haramları halal qılmış və fərzlərin, tərk edilməsini qəbul etmişlərdir. Onlar, qiyaməti inkar edir və ruhların tənasuxuna (reenkarnasiyaya) inanırlardı.
2. İkinci firqə: əl-Bəziğiyyə'dir. Bunlar, Bəziğ'ə tabe olanlardır. Bəziğ, Cəfərin bir ilah olduğunu; lakin bu Cəfərin, xalqın gördüyü kimsə olmadığını; əksinə, onun, insanlara bu surətdə göründüyünü iddia edirdilər.
Bununla bərabər, hər mömünə vəhy edildiyini iləri sürür və bunu, uca Allahın,
وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَـٰبًا مُّؤَجَّلًا...
"Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür..." (Al-i İmran/145) ayətini, "Əcəli yazılmış olan heç bir şəxs, Allahın vəhyi özünə gəlmədikcə, ölə bilməz." şəklində təvil edirlərdi.
Bununla bərabər,
وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّۦنَ...
"Bir vaxtlar, həvarilərə, belə vəhy etmişdim..." (Maidə/111) ayətini dəlil gətirmiş və özlərinin, havarilər olduqlarını iddia etmişdilər. (Haşiyə)
------------------------------------
(Haşiyə:
Maidə/111 təfsiri üçün, bax:
https://suallarlaislam.com/.../maid%C9%99-sur%C9%99si-111...
https://suallarlaislam.com/.../maid%C9%99-sur%C9%99si-111...
-----------------------------------
Uca Allahın,
وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ...
"Rəbbin, bal arısına belə vəhy etdi..." (Nəhl/68) ayətini ələ almış və "Bal arısına vəhy edilməsi, caizdirsə; bizə vəhy edilməsi, caiz olmağın da fövqündə bir şeydir." deyirdilər. (Haşiyə)
----------------------------------
(Haşiyə:
Nəhl/68 təfsiri üçün, bax:
https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-68...
https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-68...
https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-68...
https://suallarlaislam.com/.../n%C9%99hl-sur%C9%99si-68...
-------------------------------------
Bununla bərabər, onlar, öz aralarında, Cəbrail, Mikail və Muhamməd (sallallahu aleyhi və səlləm)'dən üstün olanların mövcud olduğunu iddia edirdilər.
Yenə onlar, özlərinin ölmədiklərini və aralarından birinin, əcəli gəlincə ölməsi halında, mələkut aləminə (haşiyə) qaldırıldıqlarını iddia edirdilər. Özlərindən (mələkut aləminə) qaldırılanları, dan yerinin ağarmasından günəşin doğmasına qədərki zaman ilə, günəşin batmasından axşama qədərki zaman içində gördüklərini iləri sürürdülər.
---------------------------------
(Haşiyə:
Mələkut aləmi nədir?
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...
---------------------------------
3. Onlardan üçüncü firqə: Umeyr b. Bəyan əl-İcli'yə tabe olan Umeyriyyə firqəsidir. Öz aralarından, ölməyəcəklərini deyənləri, yalanlayır və belə deyirdilər:
"Doğrusu, biz, öləcəyik. Lakin yer üzündə, bizdən olan imamlar və peyğəmbərlər, daim olacaqlardır."
Onlar, Cəfərə ibadət etmiş və ona, Rəbb adını vermişdilər.
4. Onlardan dördüncü firqə: Özünə Mufaddal əs-Sayrafi deyilən bir adama mənsubiyyətlərindən dolayı əl-Mufaddaliyyə'dir. Bunlar, Cəfərin, nəbiliyinə deyil, ilahlığına inanmış; və Cəfərin, özündən uzaqlaşdığından dolayı, əl-Xattab'dan uzaqlaşdılar.
5. Onlardan beşinci firqə: əl-Xattabiyyə əl-Mutləqə'dir. Bütün iddialarında, əbu'l-Xattaba bağlılıqda israr etmiş və ondan sonrakı hər hansı bir şəxsin imamətini tanımamışlardır.
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi, belə deyir:
Batiniyyə, Mansuriyyə, Cənahiyyə və Xattabiyyə, əbu Bəkr, Ömər, Osman və səhabənin əksəriyyətini, öz zamanlarında, Əlini imamətdən uzaqlaşdırdıqları üçün, təkfir etmişdilər. Halbuki, özləri də, öz rəislərinin zamanında, Əli oğullarını imamətdən uzaqlaşdırmışdılar. Bu halda, onlara deyirik ki:
Madam ki, Əli, öz dövründə, imamətə digər səhabələrdən daha layiq idi; o halda, onun oğulları, öz dövrlərində, imamətə, rəislərinizdən daha layiq olmazmı?!
Bu azğınlığa düşən şəxslərə, təəccüb edilməz. Ancaq təəccüb ediləcək şey, budur ki, Əliyə mənsub olanların (Ələvi'lərin), imaməti öz inhisarlarına almış olmalarına baxmayaraq, bunları qəbul etmələridir.
---------------------------------------
• Cənahiyyə: Bunlar, Abdullah b. Müaviyə b. Abdillah b. Cəfər b. əbi Talibə tabe olanlardır. Ona tabe olmalarının səbəbi, bu idi:
Muhamməd b. Abdillah b. əl-Həsən b. əl-Həsən b. Əli'nin öldürülməsindən sonra, əl-Muğirə b. Səiddən uzaqlaşan (bir qrup) Muğiriyyə firqəsi mənsubları, bir imam axtararaq, Kufədən Mədinəyə doğru yola çıxmışlardı. Abdullah b. Müaviyə b. Abdillah b. Cəfər, onlarla qarşılaşdı. Onları, özünə tabe olmağa çağırdı və özünün, Əli və Onun soyundan gələn oğullarından sonra imam olduğunu iləri sürdü. Bunun üzərinə, onun imamlığına beyət etdilər və təkrar Kufəyə qayıtdılar. Özlərinə tabe olanlara, Abdullah b. Müaviyə'nin, özünün Rəbb olduğuna inandığını; Allahın ruhunun, ilk əvvəl - Adəmdə, sonra - Şit (əleyhissəlam)'da olduğunu, sonra Əliyə çatıncaya qədər, peyğəmbərlərdə və imamlarda dönüb-dolaşdığını; sonra Onun 3 oğlu arasında dönüb-dolaşdığını, sonra da Abdullah b. Müaviyəyə keçdiyini dedilər. Və onun, özlərinə belə dediyini iləri sürdülər:
"Doğrusu, elm, mənim qəlbimdə, mantar və yaşıl otların bitməsi kimi bitməkdədir."
Bu firqə, cənnət və cəhənnəmi inkar etmişdir. Şərab içməyi, ölü əti yeməyi, zinanı, homoseksuallığı və digər haram qılınmış şeyləri, halal qılmışlardır. İbadətlərin vacibliyini qaldırmış və ibadətləri: "Əlinin ailəsinə mənsub olanlardan bağlılıq göstərilməsi lazım gələnlərə kinayə" olaraq təvil etmişlərdir. Quranda zikr edilən haramlar haqqında da: "bunlar əbu Bəkr, Ömər, Talha, Zübeyr və Aişə kimi kin duyulması lazım gələn topluluğa kinayə"dir, demişlərdir.
İbn Quteybə, "əl-Maarif" adlı kitabında (s. 207), belə deyir:
"Bu Abdullah b. Müaviyə, Fars və İsfahanda, ordusunun başında ortaya çıxdı. Bunun üzərinə, əbu Muslim əl-Xorasani, onun üstünə, böyük bir ordu sövq etdi və onlar da, onu öldürdülər; lakin ona tabe olanlar, onun öldürülməsini inkar etdilər və onun, sağ olduğunu iləri sürdülər."
Bu firqəyə deyirik:
Əgər bizim üçün cənnət, cəhənnəm, savab və cəza yoxdursa, o halda, müxaliflərinizə də, sizi öldürmələrindən və qadınlarınızı əsir etmələrindən dolayı, bir qorxu yoxdur.
------------------------------------
Müəllifimiz Abdu'l-Qahir əl-Bağdadi, kitabın 10-cu bölməsində, "Hululiyyə" firqəsi üçün ayrıca başlıq açmış və bu firqənin də, bir bütün olaraq 11 firqəyə ayrıldığından belə bəhs etməkdədir:
Bunlar:
1. Səbəiyyə;
2. Bəyaniyyə;
3. Cənahiyyə;
4. Xattabiyyə;
5. Şurayiyyə və 6. Nəmiriyyə (Allahın ruhunun, bu 5 nəfərə [Nəbi, Əli, Fatimə, Həsən və Hüseynə] hulul etdiyini iddia edənlər)
7. Rizamiyyə: Bunlar, Mərv'də ortaya çıxıb, Abbasilər dövlətinin komandiri əbu Muslimə bağlılıq xüsusunda ifrata varan bir qrupdur. Bunlar, imaməti, Muhamməd b. Əlidən qardaşı Abdullah b. Əli əs-Səffah'a keçirdilər; əs-Səffahdan sonra isə, imamətin, əbu Muslimdə olduğunu iləri sürdülər. Bununla bərabər, əbu Muslimin öldürülməsini və ölümünü qəbul etdilər. Ancaq onlardan, özlərinə "əbu Muslimiyyə" deyilən bir firqə, əbu Muslim haqqında, ağıl-almaz dərəcədə ifrata varmış və ilahın ruhunun özünə keçməsi ilə, onun da bir ilah olduğunu iləri sürmüş və əbu Muslimin, Cəbrail, Mikail və digər mələklərdən daha xeyirli olduğunu iddia etmişlərdir. Bununla bərabər, əbu Muslimin ölmədiyini, canlı olduğunu iddia etmişdilər. Necə ki, onlar, onu gözləməkdədirlər. Mərv və Heratda olan bu topluluqlar, Bərquqiyyə olaraq tanınmaqdadırlar. Bunlara, əbu Muslimi kimin öldürdüyü soruşulduğunda, "İnsanlara, əbu Muslimin surətində görünən şeytandır." deyə cavab verərlər.
8. Muqannaiyyə: Bunlar, Ceyhun çayının kənarındakı əl-Mubeyyida'dır. Rəisləri, Mərvdə, "Kazə Keymun Dat" deyilən bir qəsəbə xalqından "əl-Muqanna" (ölümü: 779-780) deyə bilinən tək gözlü bir paltar təmizləyicisi idi. Mühəndislik və sehirli formullar əldə etmə işlərindən bəzi şeylər bilirdi və Mərvdə, Rizamiyyə'nin görüşlərinə bağlı idi. Sonra özünün ilahlığını iddia etdi və özünü, xalqdan, ipək bir pərdə (qızıldan bir üz maskası) ilə gizlətdi. Ablaq dağı (Mavərau'n-Nəhrdəki Şeş'dən çox da uzaq olmayan bir yer) xalqı ilə Suğd'dan bir qrup, ona inandılar. Müsəlmanlara qarşı fitnəsi, 14 il çəkdi. Müsəlmanların üzərinə hücum etmək xüsusunda, Xalac'lı (Qəznə yaxınlarında bir qəsəbə) türklərdən (İslama) inanmamış olanlar da, ona kömək etdilər. Əl-Mehdi b. əl-Mansur zamanında, Müsəlman əsgərlərdən bir çoxunu, məğlubiyyətə uğratdılar. əl-Muqanna, öz tərəfdarlarına, haramları halal qıldı və onların, haram sözünü istifadə etmələrini və (harama) inanmalarını qadağan etdi və onlardan, namaz, oruc və digər ibadətləri qaldırdı. Özünə tabe olanlara, ilah olduğunu və
~ bir dəfəsində Adəm surətində;
~ sonra başqa bir vaxtda Nuh surətində;
~ başqa bir zaman da, İbrahim surətində
göründüyünü,
~ sonra Muhamməd (sallallahu aleyhi və səlləm)'ə gəlincəyə qədər, peyğəmbərlərin surətində göründüyünü; və
~ Ondan sonra Əlinin surətində göründüyünü;
~ bundan sonra da, Onun oğullarının şəklinə girdiyini;
~ sonra bunun ardınca əbu Muslimin surətində göründüyünü;
~ sonra öz zamanında Hişam b. Hakim'in surətində göründüyünü;
və adının da, Hişam b. Hakim olduğunu iləri sürmüş və (belə) demişdir:
"Doğrusu, mən, bir çox surətlərə bürünmüşəm. Çünki qullarım, məni, həqiqətən, mənə aid olan surətimdə görməyə taqət yetirə bilməzlər. Məni görən, nurumdan alışıb yanar."
Onun, Keş və Nəxşəb ətrafında, Siyam deyilən sağlam və möhkəm bir qalası vardı. Qalanın ətrafındakı surların genişliyi, 100 kərpicdən çox idi və qalanın altında, böyük bir xəndək var idi. Yanında da, Suğd'lular və Xalaclı türklər vardı. əl-Mehdi, ordu komandiri Muaz b. Muslimi, 70.000 döyüşçüdən meydana gələn bir ordu ilə, onlara qarşı hazırladı və onları, Səid b. Amr əl-Cerşi'nin əmrinə verdi. Sonra Səid, əl-Muqanna'nın xəndəyinin üstünə, enləməsinə qoyaraq adamlarının üzərindən keçib qarşıya çatmalarını təmin etmək üçün, 200 ədəd dəmir və ağac nərdivan hazırladı. Hindistanın Multan şəhərindən 10.000 camış dərisi istədi və onlara qum doldurdu və əl-Muqanna'nın xəndəyini, bunlarla doldurdu və sonra xəndəyin arxasında, əl-Muqanna'nın ordusu ilə döyüşdü.
Onlardan 30.000 nəfərin özünə sığınmasını təmin etdi və geri qalanları ilə döyüşdü. əl-Muqanna, özünü, qalanın içindəki qətranla misi əritdiyi təndirin içinə atdı və beləcə, təndirdə yanıb kül oldu. Bunun üzərinə, adamlarının, -onun nə cəsədini, nə də küllərini tapa bilmədikləri üçün-, ağılları qarışdı və onun, göyə çıxdığını iləri sürdülər.
Bu gün, onun, Ablaq dağlarında mövcud olan tərəfdarları, o bölgə insanlarının ən bəyənilməyənlərindəndir. Kəndlərinin hər birində, içlərində namaz qılınmayan bir məscidləri vardır. Lakin bu məscidlərdə, azan oxumaları üçün bir müəzzin qoyarlar. Ölü heyvan əti ilə donuz əti yeyilməsini halal qılarlar. Onların hər biri, öz arvadından başqa bir qadından da faydalanır. Məscidlərində olan müəzzinin, (başqa vaxtlarda) görmədiyi bir Müsəlman ələ keçirdikləri vaxt, dərhal onu öldürər və gizlədərlər. Ancaq onlar da, öz bölgələrindəki Müsəlmanlara məhkum bir haldadırlar. Bundan dolayı, Allaha həmd olsun!
----------------------------------
9. Hulmaniyyə: Bunlar, əbu Hulman əd-Diməşqi'yə mənsub olanlardır. Bu şəxsin əsli, İranlı; yetişdiyi yer isə, Hələb idi. Bidətini ortaya atdığı yer, Şam idi. Bundan dolayı, Şama (Diməşqə) nisbət edilmişdir. İki səbəbdən dolayı, küfrə girmişdir:
• Bunlardan biri: Allahın ruhunun, gözəl insanlara hulul etdiyini söyləməsidir. Bu səbəbdən, əshabı ilə birlikdə, gözəl üzlü birini gördükləri zaman, Allahın hulul etdiyini düşünərək, ona səcdə edirlərdi.
• Küfrə girmələrinin ikinci səbəbi isə: ibahə (hər şeyi mübah görmək) haqqındakı görüşü və İlahı, onun inandığı şəkildə bilən birindən, hər cür qadağa və haramın qalxdığı yolundakı iddiasıdır. O, öz xoşuna gələn və iştah duyduğu hər şeyi, mübah qılmışdır.
(Müəllifimiz) Abdu'l-Qahir əl-Bağdadi, (belə) deyir:
Mən, bu Hulmaniyyə'dən bir nəfərin, uca Allahın, Adəm haqqında mələklərə buyurduğu,
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَـٰجِدِينَ
"Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (Hicr/29) ayətini, Allahın bədənlərə hululunun cəvazı üçün bir dəlil olaraq iləri sürdüyünü gördüm. Və o, Allahın, Adəmə hulul etdiyi üçün, mələklərə, ona səcdə etmələrini əmr etdiyini; və Onun, Adəmə hulul etdiyini; çünki Adəmi, ən gözəl surətdə yaratdığını və bu səbəbdən,
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ
"Biz insanı ən gözəl surətdə yaratdıq!" (Tin/4) buyurduğunu iddia edirdi. Bunun üzərinə, ona, belə dedim:
"De görək, dəlil olaraq iləri sürdüyün, Allahın mələklərə, Adəmə səcdə etmələrini buyurması haqqındakı ayət ilə insanın ən gözəl şəkildə yaradıldığını söyləyən ayətlərlə, bütün insanlarmı qəsd edilmişdir, yoxsa müəyyən bir tək şəxsmi qəsd edilmişdir?"
- O: "Bu 2 görüşdən birinə cavab verdiyim təqdirdə, bunu izləyəcək olan şey, nədir?" deyə soruşdu.
- Ona dedim: "Əgər bu ayətlərlə qəsd edilən şey, ümumi olaraq bütün insanlıqdır, deyərsənsə, Allahın, bütün insanlara hulul etdiyini iddia etdiyin üçün, çirkin də olsa, hər insana səcdə etməyə məcbur olacaqsan. Ancaq bu ayətdən məqsəd, müəyyən bir insandır və o da, Adəm (əleyhissəlam)'dır, başqası deyil, deyərsənsə, o təqdirdə, Onun xaricindəki gözəl üzlü insanlara, nəyə görə səcdə edirsən; ancaq soylu bir ata, meyvə verən bir ağaca, quşlar və heyvanlardan gözəl üzlü olanlara səcdə etmirsən? (Haşiyə)
----------------------------
(Haşiyə:
Bəlkə də, müəllifin qəsdi, Səcdə/7 ayətində bildirildiyi kimi, "Allahın hər şeyi gözəl yaratması"dır. Allahu alim...)
----------------------------
Bəlkə də atəşin iti uclu alovları, şah əsər bir üzdədir! Əgər ona səcdəni caiz görürsənsə, bu halda, Hululiyyənin azğınlıqları ilə oda ibadət edənlərin azğınlıqlarını birləşdirmiş olursan. Lakin bəzi hallarda, gözəl görünmələrinə baxmayaraq, atəşə, suya, havaya və göyə səcdə etmədiyin təqdirdə, gözəl üzlü insanlara da səcdə etməməlisən!"
- Yenə, ona dedim: "Doğrusu, bu dünyada, bir çox gözəl üzlü kimsələr vardır. Və Allahın, özlərinə hululu cəhətindən, onların bir qismi, digərinə görə, daha üstün deyildir. Bu səbəblə, sən, Allah, bütün gözəl üzlü şəxslərə hulul etmişdir, iddiasında olarsansa, bu hulul, bir arazın (haşiyə), bir cisimdə üzə çıxması kimidirmi? Yoxsa bir cismin öz yerində meydana gəlməsi şəklindədirmi? Bir tək arazın, bir çox yerə hululu, muhaldır/imkansızdır və bir tək şeyin, bir çox məkanda olması da, mümkün deyildir. Əgər bu mümkün deyildirsə, bunun gərəkdirdiyi şeylər də, imkansızdır."
-----------------------------
(Haşiyə:
Araz: bir şeyə, zərurət nəticəsi bağlı olmayan, onun özündə olmayan şeydir. Məsələn, qəndin ağ rəngi, qəndin varlığı üçün zəruri deyildir.)
-----------------------------
11. Azafira: Bunlar, Bağdad'dakı bir topluluqdur. Bağdadda, ər-Razi ibnu'l-Muqtədir'in zamanında, 322/934-cü ildə ortaya çıxan və ibnu əbi'l-Azafir olaraq tanınan bir adama tabe olanlardır. Adı, Muhamməd b. Əli əş-Şəlməğani'dir. Allahın ruhunun özünə hulul etdiyini iddia etmiş və özünə, "Ruhu'l-Qüds" deyilmişdir. Özünə tabe olanlara, "bi'l-hassəti's-sadisə" (altıncı hiss üzərinə) adını verdiyi bir kitab buraxmış və onda, şəriətin qaldırılmasını açıqlamış; homoseksuallığı mübah qılmış; və bunun, üstün olanın, daha az üstün olana girməsi demək olduğunu iləri sürmüşdür. Ona tabe olanlar, öz arvadlarını, nurunun onlara da keçməsini arzu edərək, ona ərz etmişlərdir. Ər-Razi Billah, onu və aralarında əl-Hüseyn b. Qasim b. Ubeydullah b. Süleyman b. Vehb və əbu İmran İbrahim b. Muhamməd b. Əhməd b. əl-Münəccim də daxil olmaq üzərə, ona tabe olanlardan bir topluluğu ələ keçirdi. Bu ikisinin, ona, "Rəbb" və "Mövla" deyə xitab etdikləri və onu, istədiyi şeyə qadir olaraq vəsfləndirdikləri yazılarını tapdı. Aralarında əbu'l-Abbas Əhməd b. Ömər b. Sureyc, əbu'l-Fərəc əl-Maliki və imamlardan bir topluluğun olduğu fəqihlər hüzurunda, bunu yazdıqlarını qəbul və etiraf etdilər. Bunun üzərinə, onlardan əl-Hüseyn b. əl-Qasim b. Ubeydillah olaraq tanınanına, ibnu əbi'l-Azafirdən uzaqlaşmasını və onu vurmasını əmr etdi. O da, bunu yerinə yetirdi və tövbə etdi. İbn Sureyc, Şafi (rahmətullahi aleyh)'in məzhəbinə görə, tövbəsinin qəbul edilə biləcəyinə dair fətva verdi. Ancaq Malikilər, bu halı bildikdən sonra, zındığın tövbəsinin rəddinə dair fətva verdilər. Bunun üzərinə, ər-Razi, onu, halı haqqında bir qərar verincəyə qədər həbs etdi. Sonunda, ibnu əbi'l-Azafir və dostu ibnu əbi Avnın öldürülməsini əmr etdi. Bunun üzərinə, ibnu əbi'l-Azafir, ona (ər-Raziyə), belə dedi:
"Göydən, mənim bəraətim və düşmənlərimin üzərinə də intiqamın endirilməsi üçün, mənə 3 gün möhlət ver!"
Ancaq fəqihlər, ər-Razi'yə, o ikisinin öldürülmələrini tezləşdirməsini işarət etdilər. Beləcə, o ikisi asıldılar; sonra yandırıldılar və külləri, Dəclə çayına atıldı.
-------------------------------------
• Xabitiyyə: Bunlar, Əhməd b. Xabit əl-Qədəri'yə tabe olanlardır. O, etizal xüsusunda, ən-Nazzam'ın dostu idi. Onun tənasux haqqındakı görüşünü, bundan əvvəlki bölmədə danışmışdıq. Bu bölmədə, onun, Yaradanın birliyi xüsusundakı azğınlığı haqqında danışacağıq.
Belə ki, ibn Xabit və Fadl əl-Hadəsi, belə iddia edirdilər:
"Məxluqların, 2 Rəbbi və 2 Xaliqi vardır. Bunlardan biri, qədim olub, O, uca Allahdır. Digəri isə, məxluqdur və o da, İsa b. Məryəmdir."
Bu ikisinin iddialarına görə, əl-Məsih, doğum etibarı ilə deyil, mənəvi cəhətdən Allahın oğludur. Bununla bərabər, onlar, məxluqları axirətdə hesaba çəkəcək olanın, əl-Məsih olduğunu və Allahın,
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا
"Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək." (Fəcr/22) ayətilə, onu qəsd etdiyini; və
هَلْ يَنظُرُونَ إِلَّآ أَن يَأْتِيَهُمُ ٱللَّهُ فِى ظُلَلٍ مِّنَ ٱلْغَمَامِ وَٱلْمَلَـٰٓئِكَةُ وَقُضِىَ ٱلْأَمْرُ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
"Yoxsa onlar, ancaq onu gözləyirlər ki, Allah, bulud kölgəsində, mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır." (Bəqərə/210) ayətinin də, onun gəlişini göstərdiyini iləri sürmüşlərdir.
"Adəmi, Öz surətində yaradan, Odur." Bu, uca Allahın, Adəmi öz surətində yaratdığına dair rəvayətin təvilidir. (Haşiyə)
----------------------------------
(Haşiyə:
"Adəmi, Öz surətində yaratdı." hədisi üçün, bax:
https://suallarlaislam.com/.../allah-ad%C9%99mi-oz-sur%C9...
https://suallarlaislam.com/.../allah-ad%C9%99mi-oz-sur%C9...
https://suallarlaislam.com/.../allah-insani-rahm%C9%99n...
----------------------------------
Nəbi (sallallahu aleyhi və səlləm)'in,
"Rəbbinizi, ayı ən parlaq halında gördüyünüz kimi görəcəksiniz." hədisilə, onu qəsd etdiyini iddia etmişdir.
Yenə eyni şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,
"Uca Allah, ağlı yaratdı və ona dedi: 'Yaxınlaş!' O da, yaxınlaşdı. Ona, 'Geri qayıt!' O da, geri qayıtdı. Allah dedi: 'Səndən, daha şərəfli bir şey yaratmadım. Səninlə verir və səninlə alıram." (haşiyə) hədisilə də, onu demək istədiyini iddia etmişdir.
-------------------------------
(Haşiyə:
Hədisin şərhi üçün, bax:
https://suallarlaislam.com/.../allahin-yaratdigi-ilk-sey...)
-------------------------------
Hər ikisi (yəni, ibn Xabit və Fadl əl-Hadəsi) dedilər:
"əl-Məsih, bir bədənə büründü. Bədən halına gəlmədən əvvəl, ağıl idi."
Abdu'l-Qahir əl-Bağdadi, (belə) deyir:
Bu 2 kafir, 2 yaradıcı olduğu şəklindəki iddialarında, "əs-Sənəviyyə" (dualizm) və məcusilərə (xeyir və şər tanrılarını qəbul edən atəşpərəstlərə) qatılmışlardır. Onların görüşü, Sənəviyyə və Məcusilərinkindən daha pisdir. Çünki Sənəviyyə və məcusilər, bütün yaxşılıqların yaradılmasını, uca Allaha izafə etmişlərdir; ancaq onlar, pis işləri, zülmətə (qaranlıq) və şeytana nisbət etmişlərdir. Halbuki ibn Xabit və Fadl əl-Hadəsi, xeyir fellərinin hamısını da, İsa b. Məryəmə nisbət etmişlər və axirətdə, məxluqların hesaba çəkilmələrinin da, Ona aid olduğunu söyləmişlərdir.
Görüşlərindəki əcaib cəhətlərdən biri də, İsanın, Adəmi yaratmış olmasıdır. Öz əslini yaradan bir parçadan daha çox heyrət ediləcək bir şey vardırmı?
Bu 2 azğını, İslam firqələrindən sayan, xristiyanları İslam firqələri içində görən kimidir.
(Abdu'l-Qahir əl-Bağdadi, "əl-Farq beynə'l-Firaq")
---------------------------------------------------------------------------
Əlavələr:
Mütəşabih nasslar üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mut%C9%99sabih-naslar
