Müştərək nə deməkdir?
İmam Şafi, bunu, "amm" (ləfz) qəbilindən saymaqdadır. Yuxarıda, amm (haşiyə) ilə müştərək ləfz arasında fərq haqqında danışmış; və "müştərək": "2 və ya daha çox mənaya, ayrı-ayrı vaz'larla və təbadül yolu ilə dəlalət edən ləfzlərdir." demişdik.
------------------------------
(Haşiyə:
Amm ləfz nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...
------------------------------
Məsələn:
~ "Qur" sözünün müfrəd (tək halı) olan "qar" kəliməsi, "ayhalı" mənasına gəldiyi kimi; "2 ay halı arasındakı təmizlik vaxtı" mənasında da istifadə edilmişdir. Bu kəlimə, müstəqil olaraq, bu mənalara vaz edilmişdir. Yəni, ayrı zamanlarda və ayrı olaraq bu mənalarda istifadə edilmişdir.
~ "Ayn" sözü də, hiss orqanı olan "göz", "bulaq", "zat", "casus" və "qızıl" mənalarında istifadə edilmişdir.
Tək kəlimənin fərqli mənalara vaz edilməsi (qoyulması), bəzən ərəbcə danışan qəbilələrin fərqli olmasından iləri gəlir. Məsələn, bir ləfzi, bu qəbilə, bir mənada; ikinci bir qəbilə, başqa bir mənada; üçüncü bir qəbilə də, daha başqa bir mənada istifadə etmiş və beləcə, vazlar, fərqli şəkillər ərz etmişdir. Daha sonra, eyni ləfz, ərəb dilində bütün bu mənalarda, təbadül surətilə (mübadilə edilərək) istifadə edilməyə başlanılmışdır.
Bəzən də, fərqli mənalar, bir kəlimənin əslinə söykənir. Yəni, zamanla, əsl mənadan, bir neçə məna doğur. Məsələn, "fitnə" kəliməsi, "mədəni, oda qoyub əritmək" mənasında istifadə edilmişdir. Sonra, "dini və ya başqa səbəblərlə edilən təzyiq" mənasında; daha sonra da, "qarışıqlıq və fəsad" mənalarında istifadə edilmişdir. Beləcə, bir ləfz, fərqli mənalar qazanmış və bu mənalarda, ayrı-ayrı istifadə edilmişdir.
-----------------------------------
Quran və hədislərdəki müştərək ləfzlər:
Müştərək ləfz, bir istifadədə, ancaq tək bir məna ifadə edir. Bir az əvvəl, misal olaraq zikr etdiyimiz
~ "Qar" kəliməsi, ya "ayhalı" və ya "2 ayhalı arasındakı təmizlik müddəti" mənasına gəlir;
~ "Səcdə" ləfzi də, termin olaraq, "namazdakı müəyyən hərəkət şəkli"ni ifadə edir. Əsl mənası olan "boyun əymək"i də əlavə edərsək, bu kəlimə, 2 məna ifadə etmiş olur. Quranın, "Göydəkilər və yerdəkilər, Allaha səcdə edirlər." (Ra'd/15) ayətindəki "səcdə", "boyun əymək" mənasında istifadə edilmişdir. "Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onu təsbih et." (İnsan/26) ayətindəki "səcdə" də, "namaz qılarkən edilən səcdə"ni ifadə etməkdədir.
-------------------------------------
Müştərəkdən qəsd edilən mənanın təsbiti:
~ Ya siyaqdan (yəni, cümlənin gəliş tərzindən) əldə edilən ləfzi bir qərinə (ilə) olur. Ra'd surəsinin 15-ci ayəsindəki "səcdə" sözünün "boyun əymək" mənasında istifadə edildiyi, belə başa düşülmüşdür;
~ Ya da, şər'i nass'ların ümumundan əldə edilən bir qərinə ilə olur. Məsələn, "qar" kəliməsinin mənası, belə təsbit edilmişdir;
~ Və yaxud da, müştərəki açıqlayan bir hədisin köməyilə olur.
Hənəfi'lərə görə, müştərək nass, ifadə etdiyi bütün mənaları ehtiva etməz. Çünki, o, bu mənalar üçün, sıra ilə və ayrı-ayrı vaz edilmişdir. Dolayısı ilə, bu mənaların hamısını birdən qəsd etmək, vaz edilməsinə müxalif olduğu üçün imkansız olub, bu da, yeni bir vaz sayılır.
Şafii'lərə görə də, müştərəkdə əsl olan, bir məna üçün istifadə edilməkdir. Lakin, bütün mənaları üçün istifadə edilməsi də, mümkündür. Bu təqdirdə, dəlalət etdiyi şeylərə şamil olmaq cəhətindən, o, amm (ləfz) kimidir. Şafii'lər:
"Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların çoxunun Allaha səcdə etdiyini görmürsənmi?" (Hacc/18)
ayətini, öz görüşləri üçün, misal olaraq zikr edirlər. Onlara görə, bu nass, səcdənin, həm boyun əymək; həm də namaz qılınarkən edilən hərəkət mənasına gəldiyini göstərir. Çünki, "insanların çoxu" ifadəsi, buna dəlil təşkil etməkdədir. Əgər burdakı "səcdə" kəliməsi, sadəcə "boyun əymək" mənasında istifadə edilsəydi; -ağac və heyvanlar kimi- bütün insanlar da, Allahın hökm və təqdirinə boyun əydiyindən, "insanların çoxu" ifadəsinin yerinə, sadəcə "insanlar" sözü zikr edilərdi.
Bu mövzuda, belə düşünmək, mümkündür:
Burdakı "boyun əymək", zikr edilənlərin hamısına şamil ola bilər. "İnsanların çoxu" kəliməsi də, "icbari və ixtiyari boyun əymə"yə diqqəti çəkər və beləcə, "insanların çoxunun, Allaha, istəyərək səcdə etdiyi"nə işarət edilmiş olar.
Bəzi alimlərə görə, müştərək ləfz, nəfy cəhətindən, bütün mənalarına şamil olur. Lakin, isbat cəhətindən isə, şamil olmaz.
(əbu Zəhra, "Usulu'l-Fiqh")
--------------------------------
--------------------------------
Əlavələr:
Bütün varlıqların səcdələri ayələrinin təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...
