Nur surəsi 33-cü ayə

...وَلَا تُكْرِهُوا۟ فَتَيَـٰتِكُمْ عَلَى ٱلْبِغَآءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا۟ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعْدِ إِكْرَ‌ٰهِهِنَّ غَفُورٌ رَّحِيمٌ

"...Əgər cariyələriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra, Allah, onları bağışlayar və rəhm edər." (Nur/33)

--------------------------

Təfsiri:

✓ Birinci məsələ: Ayənin nüzul səbəbi

Alimlər, ayənin nüzul səbəbi haqqında, fərqli rəvayətlər zikr etmişlərdir:

1. Münafiq Abdullah b. Ubeyy'in, Muazə, Museykə, Ümeymə, Amrə, Ərva və Quteylə adlarında, 6 cariyəsi var idi. O, bunları, zina etməyə məcbur edirdi və bunlara, vergi qoyurdu (yəni, müəyyən miqdar pul gətirməsini tələb edirdi). Belə ikən, bu cariyələrdən biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib şikayət etdi. Bunun üzərinə də, bu ayə nazil oldu.

2. Abdullah b. Ubeyy, bir adamı əsir aldı. Bu əsir, Abdullah'ın cariyəsindən faydalanmaq istədi. Cariyə isə, müsəlman idi. Bundan dolayı, bu işdən uzaq durdu. Abdullah b. Ubeyy isə, cariyənin, o əsirdən hamilə qalmasını; beləcə də, uşağın fidyəsini ala bilməsi üçün, cariyəni buna məcbur etdi. Bunun üzərinə, bu ayə nazil oldu.

3. əbu Salih, ibn Abbas (radiyallahu anh)'ın belə dediyini rəvayət etmişdir:

Abdullah b. Ubeyy, yanında Muazə adlı çox gözəl bir cariyə ilə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Ey Allahın rəsulu! Bu, filan kəsin yetimlərindəndir. Biz, buna zina edərək ailəsinin məişətini təmin etməsini əmr edə bilərikmi?" deyə soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Xeyr." cavabını verdi. Abdullah b. Ubeyy, sualında israr edincə, bu ayə nazil oldu.

✓ İkinci məsələ: Məqbul olan ikrah (növü)

İkrah (məcbur etmək), ancaq, özü səbəbilə insanın tələfi bəhs mövzusu olan bir qorxu (və ya təhlükə) olduğu zaman olur. Lakin az bir qorxu ilə, o qadın, məcbur edilmiş sayılmaz. Bundan dolayı, zinaya məcbur edilmə halı, eynilə kəlime-i küfrə (küfr kəliməsi söyləməyə) məcbur etmək kimidir. Nass (yəni, ayə), hər nə qədər cariyələrlə bağlıdırsa da, azad (qadın)'lar üçün də, eynidir.

(imam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql)

-----------------------------

-----------------------------

Dəyərli oxuyucu! Ayədəki "Əgər cariyələriniz ismətlərini qorumaq istəsələr" qeydi, ihtirazi bir qeyd deyil; vaqi bir qeyddir. Yəni, bu ayə, "iffətli olmayan cariyələr, zinaya məcbur edilə bilər" olduğuna dəlalət etməz. Əksinə, "zinaya məcbur edilən cariyələrin namuslu olduğuna" işarət edilərək, cəmiyyətdə, onlar üzərində spekulasiya edilməsinə meydan verilməmişdir.

Bunun bənzəri, başqa ayələr də vardır. Məsələn, Nisa surəsi 101-ci ayədə, belə buyurulur:

وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟....

"Yer üzündə səfərə çıxdığınız zaman, kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə, sizə günah gəlməz..."

Burda yer alan "kafirlərin sizə zərər yetirəcəklərindən qorxmağınız" qeydi, ümumi olaraq, belə halların olduğuna işarət edir. Yoxsa, "onların sizə zərər yetirəcəklərindən qorxmadığınız vaxt, namazı qısalda bilərsiniz." şəklindəki ihtirazi bir qeydə məhəl yoxdur.

----------------------

----------------------

Cariyə məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cox-evlilik-v%C9%99-nok%C9%9...

 

 

 

Read 33 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR