Çox evlilik və nökərlik məsələləri

Sual:

"Taaddüd-ü zevcat ve esir ve köle gibi bazı mesâili, bazı ecnebîler serrişte ederek, medeniyet nokta-i nazarında şeriata bazı evham ve şübehâtı irad ediyorlar."

Cevap:

Şimdilik mücmelen bir kaide söyleyeceğim. Tafsilini müstakil bir risale ile beyan etmek fikrindeyim.

İşte, İslâmiyetin ahkâmı iki kısımdır:

• Birisi: Şeriat ona müessestir, bu ise hüsn-ü hakikî ve hayr-ı mahzdır.

• İkincisi: Şeriat muaddildir. Yani, gayet vahşi ve gaddar bir sûretten çıkarıp, ehven-i şer ve muaddel ve tabiat-ı beşere tatbiki mümkün ve tamamen hüsn-ü hakikîye geçebilmek için zaman ve zeminden alınmış bir sûrete ifrağ etmiştir.

Çünkü, tabiat-ı beşerde umumen hükümferma olan bir emri birden ref etmek, bir tabiat-ı beşeri birden kalb etmek iktiza eder. Binaenaleyh, şeriat vâzı-ı esaret değildir; belki en vahşi sûretten böyle tamamen hürriyete yol açacak ve geçebilecek sûrete indirmiştir, tâdil etmiştir.

Hem de, dörde kadar taaddüd-ü zevcat tabiata, akla, hikmete muvafık olmakla muvâfakatla beraber; şeriat bir taneden dörde çıkarmamış, belki sekiz-dokuzdan dörde indirmiştir. Bâhusus taaddütte öyle şerait koymuştur ki, ona müraat etmekle hiçbir mazarrata müeddî olmaz. Bazı noktada şer olsa da, ehven-i şerdir. Ehven-i şer ise bir adalet-i izafiyedir.

Heyhât! Âlemin her halinde hayr-ı mahz olamaz.

(Said Nursi, "Münazarat" risalesi)

-----------------------

Sual:

Bəzi əcnəbilər, çox evlilik, əsirlik və nökərlik kimi bəzi məsələləri bəhanə edərək, guya mədəniyyəti əsas alıb, şəriətə o məsələlər səbəbilə bəzi şübhələr buraxırlar. Bunlara nə deyəcəksən?

Cavab:

Hələlik, mücməl olaraq söyləyəcəm. Təfsilatını müstəqil bir risalə ilə bəyan etmək fikrindəyəm. Belə ki:

İslamın hökmləri, 2 qisimdir:

1. Şəriət, o hökmlər üzərinə müəssisdir.

Yəni şəriətin bu birinci qisim hökmləri, doğrudan-doğruya vəhy ilə, Allah tərəfindən endirilmişdir. Bu isə, həqiqi gözəllik və mütləq xeyirdir.

2. Şəriət, muaddil, tədil edicidir.

Şəriətin bu ikinci qism hökmləri isə, İslamdan əvvəl xalq arasında var olan hökmü, tə'dil edərək, ədalətli bir şəklə salmışdır. Xalq içərisində o hökm zülm ikən, şəriət tədrici şəkildə adil bir hala salmışdır. Yəni şəriət, o hökmü, vəhşi və qəddar bir surətdən çıxarıb:

~ əhvənü'ş-şər (şərrin ən az zərərli olan); və

~ muaddəl (ədalətləndirici); və

~ insan təbiətinə tətbiqi mümkün; və

~ bu işdə həqiqi gözəl

olana keçə bilmək üçün, zaman və zəmindən alınmış bir surətə çevirmişdir. Yəni şəriət, o günün və o yerin şərtlərinə görə, o vəhşi hökmü, alışdıra-alışdıra dəyişdirmişdir. Çünki insan təbiətində hökm sürən, insan təbiətinə işləmiş olan bir şeyi birdən ortadan qaldırmaq, insanların təbiətlərini də birdən dəyişdirməyi gərəkdirir. Bu da mümkün olmadığı üçün, şəriət, tədricən, ədalətə gedən yolu açmışdır.

Bundan dolayı, əsirlik və nökərliyi, şəriət gətirməmişdir. Bu adətləri, əsrlərcə insanların təpələrinə çökmüş, dindən uzaqlaşmış zalım dövlət adamları gətirmişdilər. Fironların, Nəmrudların, əbu Cəhl'lərin bu vəhşi qanunlarını, şəriət tədil etmiş, ədalətli hala salmışdır.

Demək ki, "əsirlik" "nökərlik" hökmləri, doğrudan-doğruya Allahdan enməmiş; zalım qövmlərin və dövlətlərin örf və adətlərindən doğaraq yerləşmişdi. Şəriət, bu hökmləri, o günün şərtlərinə görə ədalətli şəklə çevirmişdir. Yəni:

Bir çox günahlara kəffarət olaraq, "nökər azad etmə" cəzası vermək surətilə, nökərliyin qalxmasına zəmin hazırladığı kimi; yediyindən yedirmək, geyindiyindən geydirmək və bənzəri əmrlər verərək, nökərlərə insan kimi davranmışdır.

Həm də 4-ə qədər xanımla evlənmək:

~ kişi və qadının fiziki quruluşunun fərqliliyinə;

~ ağla;

~ hikmətə

müvafiq olmaqla bərabər, bunu 1-dən 4-ə çıxaran şəriət olmamış, əksinə, şəriət, 8-9'dan 4-ə endirmişdir.

-----------------------------------------------------------

Ustad Nursi, digər bir risaləsində (Sözlər, 25-ci söz: "Mucizat-ı Quraniyə" risaləsi, s. 398'də) belə deyir:

"İkinci esas: Medeniyet, taaddüd-ü ezvâcı kabul etmiyor; Kur'ân'ın o hükmünü, kendine muhalif-i hikmet ve maslahat-ı beşeriyeye münâfi telâkki eder.

Evet, eğer izdivaçtaki hikmet, yalnız kazâ-yı şehvet olsa, taaddüt bilâkis, olmalı. Halbuki, hattâ bütün hayvânâtın şehadetiyle ve izdivac eden nebâtâtın tasdikiyle sabittir ki, izdivacın hikmeti ve gayesi, tenasüldür. Kazâ-yı şehvet lezzeti ise, o vazifeyi gördürmek için rahmet tarafından verilen bir ücret-i cüz'iyedir. Madem hikmeten, hakikaten, izdivaç nesil içindir, nev'in bekàsı içindir. Elbette, bir senede yalnız bir defa tevellüde kabil ve ayın yalnız yarısında kabil-i telâkkuh olan ve elli senede ye'se düşen bir kadın, ekserî vakitte tâ yüz seneye kadar kabil-i telkih bir erkeğe kâfi gelmediğinden, medeniyet pek çok fahişehâneleri kabul etmeye mecburdur."

Yəni:

Mədəniyyət, çox evliliyi qəbul etmir. Quranın o hökmünü, hikmətə və bəşərin faydasına müxalif qəbul edir.

Bəli, əgər evlilikdəki hikmət, yalnız şəhvəti ortadan qaldırmaq olsa, çox evlilik əksinə olmalıdır (yəni buna, 1 qadın da kifayət edir). Halbuki hətta bütün heyvan və bitki kimi həyat sahiblərinin təsdiqilə sabitdir ki, evliliyin hikmət və qayəsi, çoxalmaqdır. Şəhvəti ortadan qaldırmaq isə, o (çoxalmaq) vəzifəsini gördürmək üçün, Allahın rəhməti tərəfindən verilən cüzi bir qarşılıqdır.

Madam, hikmət, həqiqət cəhətlərindən, evlilik, nəsil, növün davamı üçündür. Əlbəttə:

• 1 ildə yalnız bir dəfə doğuşa qabiliyyətli;

• ayın yalnız yarısında döllənə bilən;

• 50 yaşından sonra menopoz dövrünə girən (yumurtalıqların fəaliyyətinin bitməsi nəticəsində menstrual dövrünü başa vuran)

bir qadın, əksər vaxtlarda ta 100 ilə qədər dölləyə bilən bir kişiyə kifayət etmədiyindən, mədəniyyət, fahişəxanaları qəbul etməyə məcburdur.

-------------------------------

"Bahusus taaddütte öyle şerait koymuştur ki, ona müraat etmekle hiçbir mazarrata müeddî olmaz..."

Yəni:

Xüsusilə də, şəriət, çox evlilikdə elə şərtlər qoymuşdur ki, onlara riayət edilsə, zərər meydana çıxmaz.

Müfəssir Qurtubi, "əl-Cami li Əhkami'l-Quran" təfsirində (Nisa/3 təfsiri), bu şərtlər haqqında, bu görüşlərə yer verir:

"Birdən çox qadınla evlilikdə ədalətin qorunacağı xüsuslar:

Uca Allahın:

"Əgər ədalətli ola bilməyəcəyinizdən qorxursunuzsa, onda onlardan 1-i ilə evlənin..."

buyuruğu ilə bağlı olaraq, Dahhaq və başqaları belə deyirlər:

"Qadınlara meyl etmək, sevgi bəsləmək, cima, işrət, 4, 3, yaxud 2 xanım arasında günlərini paylaşdırmaq xüsuslarında, əgər ədalətli ola bilməməkdən qorxursunuzsa, o təqdirdə 1-i ilə evlənməlisiniz."

Beləliklə, uca Allah, günləri paylaşdırmaqda və gözəl keçinmək xüsusunda ədaləti tərkə götürən birdən çox evliliyi qadağan etməkdədir. Bu da, ədalətin vacib olmasına dəlildir.

Doğrusunu ən yaxşı bilən Allahdır.

-----------------------------------

Xanımlar arasında ədalətin gərəyi:

Kişinin, xanımları arasında ədaləti təmin edərək hər birinin yanında 1 gün, 1 gecə qalması lazımdır. Elm adamlarının ümumi olaraq görüşü, budur.

Bəzilərinin qənaətinə görə isə, bu hökmün vacibliyi, gündüzü əhatə etməyərək, sadəcə gecə vaxtıdır. Xanımın xəstə, ya da adət olması, haqqını ortadan qaldırmaz. Yanında qalması lazım gələn gün və gecədə yanında olmaqla mükəlləfdir.

(Kişinin) Özü xəstə olduğu vaxt, sağlam ikən, aralarında ədalətli olmaqla mükəlləf olduğu şəkildə ədalətli olmağa məcburdur. Ancaq hərəkət etməkdən aciz qalma halı müstəsnadır. O təqdirdə, xəstəlik harda özünü hərəkət etməkdən əngəlləyibsə, orda qalar. Sağlamlığına təkrar qovuşduqdan sonra, yenidən günlərini paylaşdırmağa başlayar.

(Nigahlı) cariyələr, azad qadınlar, kitab əhlindən olan qadınlar və müsəlman qadınlar, bu cəhətdən bir-birilərilə bərabərdirlər.

(Əhzab surəsi 51-ci ayətin təfsiri, 7-ci başlıq)

-----------------------------------

Xanımlar arasında ədalətin ölçüsü:

Malik dedi:

"Əgər qadınlar orta hallıdırlarsa, nəfəqə (məsrəf və ehtiyaclarının qarşılanması) ilə geyim xüsusunda, xanımları arasında ədaləti təmin edər. Mövqeləri fərqli olanlar haqqında isə, belə bir ədalətə riayət etmək, zəruri deyildir."

Malik, meyil bəhs mövzusu olmadan, geyim xüsusunda birini digərindən üstün tutmağı caiz görmüşdür.

Sevgi və nifrətə gəlincə, bunlar, şəxsin öz iradəsi xaricindədir. Bunlarda ədalət düşünülə bilməz. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xanımları arasındakı paylaşdırma ilə bağlı olaraq söylədiyi bu hədisində də, məqsəd budur:

"Allahım, bu, Mənim imkanım çərçivəsində olan xüsuslarda etdiyimdir. Mənim malik ola bilmədiyim, Sənin malik olduğun xüsuslarda isə, Məni qınama."

Bu hədisi, Nəsai və əbu Davud, Aişə (radiyallahu anha)'dan rəvayət etmişdir.

Uca Allah:

"Nə qədər istəsəniz belə, qadınlar arasında ədalətli davrana bilməzsiniz." (Nisa/129) buyuruğu və: "Allah qəlblərinizdə olanı bilir." buyuruğu ilə, buna işarət edilməkdədir. Bunun burada xüsusilə zikr edilərək təxsis edilməsinin mənası, budur.

Beləcə, uca Allah, bizlərdən hər hansı birimizin nigahı altında olan qadınlardan birinə digərindən daha çox meyl etmək şəklində qəlblərimizdə olan duyğuları çox yaxşı bildiyinə dair bizim diqqətimizi çəkməkdədir.

(Əhzab surəsi 51-ci ayə, 9-cu başlıq)

-------------------------------

Ustad Nursi, belə davam edir:

Çox xanımla evlənmə hökmü, bəzi cəhətlərdən şər də olsa, əhvənü'ş-şərdir, xeyri, şərrindən çoxdur. Əhvənü'ş-şər isə, izafi ədalətdir. Yəni 2 şərdən xəfif olanı seçmək şəklində bir ədalətdir.

Aləm, mütləq xeyrin varlıq qazanmasına əlverişli olmadığından, bəzən izafi ədalət (böyük və külli şərlərin meydana gəlməməsi üçün, kiçik şərlərin meydana gəlməsinə icazə verən ədalət) də lazımdır.

------------------------------

------------------------------

Əlavələr:

• Nəhl surəsi 75-ci ayət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-75-ci-...

• Rum surəsi 28-ci ayət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rum-sur%C9%99si-28-ci-ay%C9%...

Read 76 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR