Ölüyə Quran oxumaq olarmı?

Ölüyə Quran oxumaq məsələsində məzhəblərin görüşləri:

 

1. Hənəfi məzhəbinin görüşləri:

Hənəfi məzhəbində, qəbirdə olsun, başqa məkanlarda olsun, ölülərə Quran oxumaq, caizdir.

Hənəfilər, oxunan Quran'ın savabının bağışlanması halında, bunun ölüyə çatacağını qəbul edərlər. (bax: ibn-i Nuceym, "əl-Bahru'r-Raiq", lll, 63; Meydani, "əl-Lubab", l, 38; ibni Abidin, "Raddu'l-Muxtar", l, 844)

Hənəfi məzhəbi kitaplarının demək olar ki, qahir əksəriyyətində, bu mətn yer almaqdadır:

İnsan, namaz, oruc, zəkat, həcc və Quran oxumaq kimi bir əməli işlər də, savabını başqasına bağışlarsa, bunu hansı niyyətlə edərsə etsin, bu bağışlama, bağışlanan şəxsə çatar və o kimsə bundan faydalanar. (Bədruddin əl-Ayni, "əl-Bidayə", lll, 844)

Hənəfilər buna dəlil olaraq:

• Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in, ümməti adına qurban kəsməsini;

• Ölülərə Yasin oxuna biləcəyini göstərən hədisi;

• Ölü adına edilən həcc və sədəqənin faydalı olacağını göstərən hədisləri;

• Qəbirlərdə, Yasin və İxlas surələrinin oxuna biləcəyini göstərən hədisləri dəlil olaraq göstərmişlərdir.

Mühəddis Bədruddin əl-Ayni'dən ibn Abidin'ə qədər, demək olar ki, bütün Hənəfi üləma, bunda müttəfiqdirlər.

----------------

2. Şafi məzhəbinin görüşü:

Bu məzhəbə görə, insanın öz qəbri üstündə Quran oxunmasını vəsiyyət etməsi caizdir. Çünki bu 3 vəziyyətdə Quran oxumanın savabı ölüyə çatır:

1. Qəbrin yanında Quran oxumaq;

2. Oxuduqdan sonra dua etmək;

3. Savabını ölünün ruhuna niyyət edərək oxumaq. (bax: V. Zuhayli, "əl-Fıqhu'l-İslami", c. 8, s. 51)

Bundan ötürü, Şafilər:

"Allahım! Oxumuş olduğum Quranın bir mislini filan adama çatdır."- diyə dua edərlər. (bax: Nəvəvi, "əl-Məmnu", c. 15, s. 521-522)

Bəzi Şafi alimlərinə görə, qəbrin sahibi -arxasında dua oxunsa da, oxunmasa da- qəbrinin üstündə oxunan Quran savabından faydalanır. (bax: Yusuf əl-Ərdəbili, "əl-Ənvar", c. 1, s. 399)

Nəvəvi, Şafi'nin bu sözlərini nəql edir:

"Qəbrin başında Quran'dan ayə və surələr oxumaq, müstəhəbdir." (Nəvəvi, "Riyazu's-Salihin", s. 293)

İbn Abdissəlam'dan başqa hicri altıncı əsrdən etibarən, Şafi fiqh alimlərinin demək olar ki hamısı, Hənəfilərin bu məsələ haqqındakı görüşünü mənimsəmiş və ölülərə Quran oxuna biləcəyini söyləmişlərdir. (bax: V. Zuhayli, "əl-Fiqhu'l-İslami", c. 8, s. 51)

Özündən əvvəlki alimlərin mövzu ilə əlaqədar fikirlərini dəyərləndirdikdən sonra, öz qənaətini ortaya qoyan imam Şirbini (rahmətullahi aleyh) də, müsəlmanların tətbiqinin bu yöndə olduğunu və müsəlmanların gözəl gördüyü hər şeyin, Allah Taala qatında da gözəl olacağını söyləyərək, ölülərə Quran oxumağın müstəhəb olduğu şəklindəki görüşünü ortaya qoymuşdur. (Şirbini, "Muğni'l-Muhtac", c. 4, s. 110-111)

İbn Qayyim əl-Cevziyyə "Kitabu'r-Ruh" əsərində (s. 19):

"Həsən b. Sabbah əz-Zaferani deyir ki, Şafi'dən soruşdum. O da:

'Qəbirdə Quran oxunmasının, heç bir zərəri yoxdur.' dedi." 

Şafi mühəddis, Buxari'nin 'Səhih'i üzərinə məşhur 'Fəthu'l-Bari' əsərini yazan- ibn Həcər Asqalani də, ondan soruşulan 'qiraətin savabı ölüyə çatır mı?' sualına belə cavab verir:

"Bu, məşhur məsələdir. Bu mövzuda mən, bir risalə yazdım. 

Qısası, mütəqaddim alimlərin əksəriyyəti, oxunan Quran'ın savabını ölüyə çatacağı görüşündədirlər." (İbn Həcər Asqalani, "Fətəva", s. 20)

İmam Şəvqani də, digər mütəaxxir alimlər kimi, ölülərə Quran oxuna biləcəyini və bunun savabının ölüyə çatacağını söyləmişdir. (bax: Şəvqani, "Nəylu'l-Ətvar", c. 4, s. 52)

Ölülərə Quran oxumaq ilə əlaqədar Şafi məzhəbinin görüşlərini, İmam Qurtubi və Suyuti (Allah hər ikisinə də rəhmət etsin) kimi alimlərin, İzzəddin b. Abdissəlam (rahmətullahi aleyh) ilə bağlı nəql etdikləri bir xatirə ilə bitirmək istəyirik:

-------------------

3. Maliki məzhəbinin görüşü:

Maliki məzhəbində bu məsələ haqqında 2 görüş vardır:

1. İmam Malik (rahiməhullah), ölüyə Quran oxunmayacağı görüşündədir. Ona görə, oxunan Quranın savabı ölüyə çatmaz. 

2. Məzhəbin mütəaxxir üləması, imam Qurtubi və Abdulhaqq əl-İşbili kimi sonrakı alimləri, xüsusilə də, Əndəlus (İspaniya) alimləri, ölülərə Quran oxuna biləcəyini və savabının ölülərə çatacağını söyləmişlərdir. (bax: Qurtubi, "ət-Təzkira", l, 96; İşbili, "əl-Aqibə", s. 254)

İmam Qurtubi, bu məsələ haqqında belə deyir:

"Quran oxuduqdan sonra ölülərə bağışlanan savab, ölüyə çatır. Çünki Quran, bir dua, istiğfar, yalvarma və xahişdir." (bax: Qurtubi, "ət-Təzkira", l, 103)

Maliki imamlardan Qadı İyad da, ölüyə Quran oxumağın müstəhəb olduğunu söyləmişdir.

Yenə Maliki məzhəbində, şərtsiz olaraq, insanın öz qəbri üzərinə, Quran oxunmasını vəsiyyət etməsi caizdir. (bax: V. Zuhayli, "əl-Fiqhu'l-İslami", Vlll, 51)

----------------------

4. Hənbəli məzhəbinin görüşü:

Qəbir başında Quran oxumağın hökmü mövzusunda, imam Əhməd'dən fərqli rəvayətlər gəlmiş və bu məsələdə Ondan 2 görüş nəql edilmişdir: (bax: "əl-Məsailu'l-Fiqhiyyə min Kitabi'r-Rivayətəyn və'l-Vəchəyn, 1/212; "əl-Hidayə", 1/63; "əl-Muğni", 3/518; "əş-Şərhu'l-Kəbir", 6/255; "Məcmuu'l-Fətava", 24/301, 317; ibn Qayyim, "Kitabu'r-Ruh", s. 10; "el-Füru", 2/304; "əl-Mubdi", 2/280; "əl-İnsaf", 6/255)

• İmam Əhməd'dən gələn ilk rəvayət: Qəbir başında Quran oxumağın, məşru olmadığı yönündədir.

İbn Teymiyyə belə deyir:

"Bir qrup, imam Əhməd'dən qəbir başında Quran oxumağın məkruh olduğunu nəql etmişlərdir. 

Sələfin cumhurunun görüşü də budur. Əhməd'in qədim tələbələri də, bu görüşdədirlər..." (bax: "əl-Füru", 2/304; "əl-İhtiyatu'l-Fiqhiyyə", s. 90)

Yenə o, belə deyir:

"İmam Əhməd, özündən nəql edilən rəvayətlərin çoxunda, bunu (qəbirlərin başında Quran oxumağı) kərih görmüşdür." (bax: "Məcmuu'l-Fətava", 24/301, 317)

Qadı Əbu Ya'la (əl-Hənbəli) də belə deyir:

"Əbu Bəkr belə demişdir:

Əbu Bəkr əl-Mərruzi, Əbu Davud, Muhənna, Hənbəl, Əbu Talib, İshaq b. İbrahim və başqaları, qəbir başında Quran oxumağın, caiz olmadığını rəvayət etmişlərdir. 

Bəziləri də bunun bidət olduğunu rəvayət etmişlərdir." (bax: "əl-Məsailu'l-Fiqhiyyə min Kitabi'r-Rivayətəyn və'l-vəchəyn", 1/213; "Məsailu əbi Davud", s. 158; "Məsailu ibn Han'i", 946)

İmam Əhməd'dən bu görüşü rəvayət edənlərdən biri də- oğlu Abdullah'dır. O, belə deyir:

"Atama, Qəbir ziyarətinə gedərkən, bərabərində Mushaf götürüb qəbir başında Quran oxuyan kəs haqqında soruşdum.

"-Bunu etmək, bidətdir." dedi.

Bunun üzərinə ona:

"Əgər Quranı əzbər bilirsə və əzbərdən oxuyarsa?" diyə soruşdum.  

Atam belə cavab verdi:

"Xeyir (bu da caiz deyil). Qəbir başına gedər, salam verər, dua edər və geri dönər..." (bax: "Məsailu Abdullah", s. 692)

Zikr etdiklərimiz xaricində bir qrup alim də, bu görüşü rəvayət etmişdir. Bu səbəblədir ki, Əbu Hafs ibn Muslim əl-Ukbəri belə demişdir:

"Əbu Abdullah'dan (imam Əhməddən) bu görüşü, 10'dan çox şəxs rəvayət etmişdir ki, hamısı da:

"(Qəbir başında Quran oxumaq) bidətdir, muhdəsdir (sonradan çıxarılmışdır), bundan dolayı, mən də onu kərih görürəm, demişdir." (bax: "əl-Məsailu'l-Fiqhiyyə min Kitabi'r-Rivayətəyn və'l-Vəchəyn", 1/213)

Abdulvahhab əl-Vərraq, Əbu Hafs əl-Ukbəri, ibn Teymiyyə və başqaları da, bu rəvayəti tərcih etmişlərdir.

--------------------

•İmam Əhməd'dən gələn ikinci rəvayət: Qəbir başında Quran oxumağın MƏKRUH OLMADIĞI yönündədir.

Şarih belə demişdir:

"Bu ikinci görüş, imam Əhməd'dən gələn MƏŞHUR GÖRÜŞDÜR." (bax: "əş-Şərhu'l-Kəbir", 6/255)

əl-Mərdavi (əl-Hənbəli) belə deyir:

"2 rəvayətdən ən səhih olanı budur. Məzhəbə əsas olan görüş də budur. Bunu "əl-Füru"da və digər yerlərdə söyləmiş və bunu qəti olaraq ifadə etmişdir...

Məzhəb mənsublarının ÇOXU da, bu görüşdədir." (bax: "əl-İnsaf", 2/557)

Mütəaxxir alimlərə görə, məzhəbə əsas olan görüş, bu ikinci rəvayətdir. ("Şərhu'l-Muntəha", 1/361; "əl-Kəşşaf", 2/147)

Bu rəvayəti içlərində: 

• Osman b. Əhməd əl-Məvsili; 
• Muhamməd b. Qudamə əl-Cəvhəri; 
• Muhamməd b. Əhməd əl-Mərvərruzi'nin

olduğu böyük bir qrup nəql etmişdir.

Qadı Əbu Ya'la da onun rəvayətini nəql edib belə deyir:

"Muhammed b. Əhməd əl-Mərvərruzi ondan belə nəql edir:

Qəbristanlığa girdiyiniz zaman, orada Fatihə, Fələq, Nas və İxlas surələrinin oxuyun və bu surələrin savabını qəbirdəkilərə bağışlayın. 

Çünki bağışladığınız savablar, onlara çatır.

Bu nəqlini zahirinə görə, (qəbirlərdə Quran) oxumaq, kərahət olmadan caizdir." (bax: "əl-Məsailu'l-Fiqhiyyə min Kitabi'r-Rivayətəyn və'l-Vəchəyn", 1/213)

İmam Əhməd də bir çox rəvayətdə bu görüşü ifadə etmişdir. Bunlardan biri, oğlu Abdullah'dan rəvayətidir ki, o, belə demişdir:

"Atama, qəbir başında Quran oxuyan bir kimsə haqqında sual soruşulduğunu eşitdim. Atam:

'Bunda bir beis olmamasını ümid edirəm, dedi." ("Məsailu Abdullah", 691)

Tələbələrinin ittifaqı ilə, bu, imam Əhməd'dən gələn 2 rəvayətin sonuncusudur. Əbu Hafs əl-Ukbəri, bu məsələdə tək qalaraq:

"Hər halda bu, onun əvvəlki görüşü olsa gərəkdir." demişdir. (bax: "əl-Məsailu'l-Fiqhiyyə min Kitabi'r-Rivayətəyn və'l-Vəchəyn", 1/213)

İbn Teymiyyə -hər nə qədər qəbir ziyarətində Quran oxumağın məkruh olduğu görüşünü tərcih etmə nöqtəsində ona müvafiq olsa da- bu sözündə ona müxalifət etmiş və belə demişdir:

"İmam Əhməd, SON RƏVAYƏTDƏ gələn görüşündə, buna ruhsat vermişdir." (bax: "Məcmuu'l-Fətava", 24/317)

İbn Qayyim də, "ər-Ruh" kitabında belə deyir:

"İmam Əhməd ilk başda bunun haqqında özünə bir əsər çatmadığı üçün inkar edərdi. DAHA SONRA İSƏ, GÖRÜŞÜNDƏN DÖNMÜŞDÜR."

Bundan dolayı, əl-Mərdavi belə demişdir:

"əl-Hallal və tələbəsi belə demişlərdir:

Məzhəbdə ƏSAS OLAN GÖRÜŞ, tək bir rəvayətdir ki, o da, bunun MƏKRUH OLMADIĞI yönündədir." (bax: "əl-İnsaf", 6/255)

Hənbəli məzhəbinin ən böyük fəqihlərindən biri olan və ibn Teymiyyə'nin onun üçün:

"Şama, Əvzai'dən sonra, daha fəqih bir kimsə girməmişdir." dediyi ibn Qudamə (rahmətullahi aleyh) də, əl-Hallal və oğlunun görüşünə geniş yer vermiş və belə demişdir:

"Əbu Bəkr belə demişdir:

Bunu (yəni qəbir başında Quran oxumağın bidət olduğunu) imam Əhməd'dən bir qrup nəql etmişdir. 

SONRA O, BU GÖRÜŞÜNDƏN DÖNMÜŞ VƏ BUNU AÇIQCA İFADƏ ETMİŞDİR. 

Yenə bir topluluğun rəvayət etdiyinə görə, imam Əhməd, kor birini qəbir başında Quran oxumaqdan əngəlləmiş və ona:

'Qəbir başında Quran oxumaq bidətdir.' demişdir. Bunun üzərinə Muhammed b. Qudamə əl-Cəvhəri ona belə demişdir:

'ey Əbu Abdullah! Mubəşşir əl-Hələbi haqqındakı görüşün nədir?' 

İmam Əhməd də:

'O, siqadır.' deyincə, ibn Qudamə belə demişdir:

'Mubəşşir'in mənə atasından nəqlən verdiyi xəbərə görə, atası dəfn edildiyi zaman, qəbri başında Bəqərə surəsinin baş tərəfinin və son qisminin oxunmasını vəsiyyət etmişdir. (Haşiyə)

-------------------

(Haşiyə):

Mubəşşir'in rəvayət etdiyi Leclac (radiyallahu anh) hədisi:

Leclac radiyallahu anh, oğluna vəsiyyət edərək belə demişdir:

"Oğlum! Mən öldüyüm zaman məni məzara dəfn et. Məni məzara qoyduğun zaman belə de:

"---بسم الله وعلى ملة رسول الله---"

Sonra da üzərimə torpaq ataraq düzəlt. 

Daha sonra da başımın üstündə Bəqərə surəsinin baş tərəfini və son qismini oxu. 

Çünki mən Allah Rəsulunun belə dediyini eşitdim." (Taberani, "əl-Mucəmu'l-Kəbir",  XIX, 220-221) 

Heysəmi, "Məcmau'z-Zəvaid"də (lll, 47) belə deyir:

"Bu hədisin raviləri, siqa qəbul edilmişlərdir. Bu halda, isnadı həsəndir." 

Yəni bu hədis, həsən dərəcəsində bir hədisdir.

Hədisin sənədində sadəcə Abdurrahman ibn-i Ata üzərində tərəddüd edilmişdir. 

İbn-i Hibban, Abdurrahman b. Ata'nı güvənilir qəbul etmişdir. 

İbn Həcər də, bu ravi haqqında "məqbuldur" demişdir. (bax: ibn Həcər, "Taqribu't-təzhib", s. 348)

Tirmizi'nin də ondan hədis aldığı bu ravi haqqında, ibn Həcər məqbul deyərkən, ibn Əbi Xatib və Zəhəbi kimi alimlər, tərcüməsini verməklə kifayətlənmiş və hər hansı bir hökm verməmişlərdir. (bax: ibn əbi Xatim, "əl-Cərhu və't-tadil", V, 272; Zəhəbi, "əl-Kaşif", l, 639)

Hədisin isnadında, başqa bir illət də təsbit edilməmişdir. 

Bu halda hədis, həsən dərəcəsində bir hədisdir.

Yahya b. Main də bu hədisi dəlil olaraq qəbul etmişdir. (bax: Beyhaqi, "Şuabu'l-İman", lV, 56)

Yenə mən, ibn Ömər (radiyallahu anh)'ın da belə vəsiyyət etdiyini eşitdim. 

Bunun üzərinə imam Əhməd belə deyir:

'O zaman, geri dön və adama oxumasını söylə.' (ibn Qudamə, "əl-Muğni", ll, 424)

əl-Hallal belə demişdir:

"Siqa və güvənilən şeyximiz əbu Əli əl-Həsən b. Heysəm əl-Bəzzaz mənə belə dedi:

'Mən, Əhməd b. Hənbəli gördüm, qəbirlərin başında Quran oxuyan kor bir adamın arxasında namaz qılırdı." (bax: "əl-Muğni", 2/422-423)

əs-Samiri, qəbirlərin başında Quran oxumağın məkruh olmadığını bildirən görüşün qətiliyinə hökm etmiş və belə demişdir:

"Qəbir başında Quran oxumaq, MƏKRUH DEYİLDİR. Əhməd, bunu əvvəllər kərih görürdü, ancaq sonra bu görüşündən dönərək, bunu açıqca ifadə etmiş və bu feli (kor bir adamı) əngəllədikdən sonra:

'Oxusun.' demişdir.

Məzhəbimizin mənsubları içərisində əvvəl kərahəti əsas alıb, sonra da bu məsələdə 2 rəvayət olduğunu bildirən kimsələr vardır." (bax: əl-Mustəvab, "əl-İbadat", 3/164)

-------------------

Son olaraq ibn Qayyim əl-Cevziyyə'nin görüşünə də yer vermək istəyirik.

İbn Qayyim əl-Cevziyyə "Kitabu'r-Ruh" əsərində, öz görüşünü belə bəyan edir:

"...icmal olaraq, ölüyə göndəriləcək ən böyük hədiyyə:

• qul azad etmək;
• sədəqə vermək;
• istiğfar etmək;
• dua etmək; və onun adına
• həcc etməkdir.

Quran oxumaq və ücrətini (qarşılığını) almadan könül xoşluğu ilə, ölüyə bağışlanmasının savabı da, oruc və həccin savabları çatdığı kimi, ona çatır.

Əgər deyilərsə ki:

"Bu bildirdikləriniz, sələf alimlərində görülməməkdədir. Xeyrə çox düşgün olmaqlarına baxmayaraq, kimsə Quran oxumaqla bağlı bir şey nəql etməmişdir.

Allah rəsulu da onlara bunu bildirməmiş; onları duaya, istiğfar, sədəqəyə, həcc və oruca təşviq etmişdir. 

Əgər Quran oxumağın savabı, ölülərə çatacaq olsaydı, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunu onlara bildirər, onlar da elə edərlərdi."

Cavabımız budur:

"Bu iddianın sahibləri, həcc, oruc, dua və istiğfar savablarının ölülərə çatacağını etiraf edirlərsə, onlara deyilər ki:

'Nə səbəblə, Quran savabının ölüyə çatacağını rədd edərkən, bu (yuxarıdakı) əməllərin savablarının çatacağını qəbul edirsiniz?

Bu, bənzər şeylər arasında ayırım etməkdən başqa nə ola bilər ki? 

Yox əgər bu əməllərin savablarının ölülərə çatacağını etiraf etmirlərsə -ki, bu ola bilməz- bu, Kitab, Sünnət, İcma və şər'i (şəriətə aid) prinsiplərdə sabit olmuşdur.

Bax Quranla olan səbəbinə gəlincə, bu, sələf alimlərində görülməmişdir. Çünki onlar, bir kimsənin Quran oxumasına, ya da savabını ölülərə bağışlamasına qarşı olmamışlar; hədd-i zatında bunun üzərinə düşməmişlərdir. 

Zəmanə insanlarının etdikləri kimi, sırf Quran oxumaq üçün qəbristana getməmişlərdir.

Yaşadığı dönəm ərzində, sələfdən heç kimsə, Quran oxuyub, oruc tutub, sədəqə verib, savablarını filan ölüyə hədiyyə edən birisinə şahid olmamışlardır.

Quran oxuma savabının ölüyə çatacağına qarşı olana, sonra belə deyilər:

Sələfdən birindən:

"Allahım, bu orucun savabını filan şəxsə ver." dediyini zor-bəla ilə nəql etmiş olsan, bunu isbatlamaqda yetərsiz qalarsan.

(Yəni ibn Qayyim bu cümlədə demək istəyir ki, sizlər, ölülələrə Quran oxumağa qarşısınız.

Səbəb olaraq da deyirsiniz ki, belə bir şey sələfdən sabit olmamışdır. Yəni sələfdən heç kəsdən, Quran oxuyub ölülərinə hədiyyə etməsinə dair bir rəvayət, xəbər yoxdur.

Mən isə deyirəm ki, ölülərə hədiyyə verilməsinə cəvaz verilən həcc, sədəqə, oruc kimi əməllərə dair hədislər olduğu halda, bu əməlləri  sələfdən hər hansı bir kimsədən edildiyinə dair rəvayətlər və ya xəbərlər nəql edə bilərsiniz mi?

Deyək ki, siz belə xəbərlər tapdınız, amma bunu isbat etmək də yetərsiz qalarsınız.)

Çünki onlar, saleh əməlləri gizləməyə çox düşgün idilər. Ayrıca, qazandıqları savabları ölülərinə göndərmək üçün, Allahı da şahid tutmamışdılar.

(Burda isə, ibn Qayyim sözlərindən anlaşılan odur ki, sələfdən olan kimsələr, hər hansı bir iş gördüklərində, etdikləri əməllərə Allahı şahid tutarlardı.

Bilindiyi kimi, bir məsələdə Allahı şahid tutmaq, Ona and içmək, o məsələyə diqqət çəkmək və ya sözünün və ya əməlinin doğruluğunu qüvvətləndirmək üçündür.

Sələf digər işlərində, Allahı şahid tutduqları halda,  hər cür xeyir işlərə gəldikləri vaxd, onlar bunu gizlədiklərindən dolayı, buna diqqət çəkmək və ya bu xeyir əməllər işlədiklərini qüvvətləndirmək üçün Allahı şahid tutmağa ehtiyac qalmazdı.)

Əgər deyilərsə ki:

"Quran oxumaq xüsusunda, Allah rəsulu öz səhabələrinə, digər əməllər kimi bir yön verməmişdir (yəni oxuyun diyə bir şey söyləməmişdir)."

Məsələnin cavabı çox açıqdır. Məsələn:

• Biri ölü adına həcc etməkdən sual vermiş, O da buna izn vermişdir.

• Bir digəri, ölü adına oruc tutmağı soruşmuş, O da buna icazə vermişdir.

• Bir başqası da, ölü adına sədəqə verməyi sual vermiş, O da buna izn vermişdir.

Amma O, ölü adına edilə biləcək digər şeyləri əngəlləməmişdir.

Mücərrəd niyyətdən və imsaqdan (yemək, içmək, ailə münasibəti kimi oruc pozan şeylərdən) ibarət olan orucun savabının çatmasıyla, Quran oxumaq və zikr çəkməyin savablarının çatması arasında nə fərq vardır?

(Yəni oruc, məhz NİYYƏTdən və nəfsi yemək-içməkdən UZAQLAŞDIRMAQdan ibarətdir. 

Uca Allah, bunun savabını ölüyə çatdırdığı halda, ƏMƏL və NİYYƏTdən ibarət olan Quran oxumaq savabını niyə çatdırmasın? Aralarında nə fərq vardır ki?)

Eyni zamanda, sələfdən kimsə belə bir şey etməmişdir deyən kimsə də, bilmədiyi bir məsələ haqqında danışır deməkdir. Bu inkarı isə, onun elmsizliyinə şəhadət edər.

Sələfin belə bir şey etmədiyini hardan biləcək? Sələf, etdikləri əməllərə kimsəni şahid tutmurdular.

Öncədən bildirdiyimiz kimi, qeybi bilən Allahın onların niyyətlərini və məqsədlərini bilməsi kifayət edər. Xüsusilə də, hədiyyə edərkən niyyəti tələffüz etmək, şərt deyildir.

Məsələnin sirri budur:

Savab, əməl edən şəxsin mülküdür. Könül xoşluğu ilə, müsəlman qardaşına bağışladığında, Allah, savabı, bu kimsəyə çatdırar. 

Elə isə, Quran oxuma savabını, digər savablardan ayırıb, qulun, qardaşına göndərməsinə əngəl nədir? 

İnkarçılar (ölüyə Quran oxumasını inkar edənlər belə) da içində olmaq üzərə, fərqli əsrlərdə bir çox məmləkətlərdə, insanlar belə əməl etmişlər; alimlərdən heç kimsə də buna qarşı olmamışdır.

Əgər deyilərsə ki:

"Allah rəsuluna bağışlamaq haqqında nə deyirsən?"

Cavab budur:

"Mütəaxxirun fəqihlərindən bəziləri, bunu müstəhəb gördükləri halda, bəziləri müstəhəb görməmiş, bunu bidət saymışdır.

Çünki səhabələr, belə şeylər etməmişlərdir. 

Rasulullaha, ümmətindən yaxşı bir əməl işləyənin əməli qədər, heç bir azalma olmadan, savab vardır. 

Çünki Allah rəsulu, hər cür xeyirdə, ümmətinə öndərlik etmiş; onları irşad edərək Haqqa çağırmışdır.

Bir hədisdə belə buyurulmuşdur:

"Kim insanları doğru yola çağırarsa, öz əcri yanında, sözünə tabe olub hidayət tapanların əcri qədər əcir alar. Hidayət tapanların əcrindən də bir şey əskilməz." 

Hər hidayət, hər elm, ümmətə Onun əlindən keçdiyindən dolayı, qurtulsun, ya da qurtulmasın, özü tabe olanların aldığı əcr qədər, Allah rəsulu da əcir alar."

(İbn Qayyim əl-Cevziyyə, "Kitabu'r-Ruh", c. 1, s. 416-418, təhqiq edən: Muhamməd Əcməl Eyyub əl-İslahi, Daru'l-İlm əl-Fəvaid, Ciddə)

Not: Bu əsər, Müəllifin də qeyd etdiyi kimi, ibn Teymiyyə'ni tanıdıqdan sonra ələ alınmışdır. Əsərin fərqli yerlərində:

"Ustad ibn Teymiyyə də... belə demişdir" və s. kimi sözlər, bunu təsdiqləyici mahiyyətdədir.

Read 2.410 times
In order to make a comment, please login or register