Peyğəmbər kimlərin cənazə namazını qılmamışdı?
1. İntihar edənlər:
Buxari xaric "Kütübü Sittə" imamlarının, Cabir b. Səmurə (radiyallahu anh)'dan nəql etdiklərinə görə, bir nəfər, özünü, oxun ucu ilə öldürdü. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun cənazə namazını qılmadı. (Muslim, "Cənaiz"/107)
Nəsai, hədis haqqında hər hansı bir söz danışmadan, bu hədisi, belə nəql etmişdir:
"Bir nəfər, özünü, oxun ucu ilə öldürdü. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
'Mənə gəlincə, Mən, onun cənazə namazını qılmaram."
2. Qənimət malına xəyanət edənlər:
əbu Davud'un, hər hansı bir söz danışmadan Zeyd b. Xalid əl-Cuhəni'dən nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrindən biri, Xeybər günü vəfat etdi. Bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə dediklərində, "Dostunuzun namazını qılın." buyurdu. Bunun üzərinə (yəni, Peyğəmbərin, bu səhabənin namazını qılmamasından dolayı), səhabələrin rəngi dəyişdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Dostunuz, Allah yolunda xəyanət etdi." buyurdu. Zeyd b. Xalid əl-Cuhəni, hadisənin davamını belə zikr edir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu sözünün ardınca, ölən şəxsin malına baxdıq və 2 dirhəm qiyməti olmayan yəhudi xarazı (bəzək əşyası) tapdıq. (əbu Davud, "Cihad"/133, hədis no: 2710)
3. Borcu olanlar:
Muslim'in, əbu Hureyrə (radiyallahu anh)'dan nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, cənazə namazını qılması üçün, borcu olan bir şəxs gətirildiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Borcunu ödəmək üçün, geridə bir şey qoyubmu?" deyə soruşardı.
Əgər: "Borcunu qaytaracaq qədər bir mal qoydu." deyilərsə, namazını qılardı. Əks təqdirdə, "Dostunuzun namazını qılın." deyərdi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, fəthlərdən bir qənimət gəldiyində: "Mən, möminlərə, öz nəfslərindən daha yaxınam. Hər kim ölər və borcu olarsa, onu ödəmək, Mənə aiddir. Hər kim geridə bir mal buraxarsa, bu da, varislərinindir." buyurardı. (Muslim, "Fəraiz"/14)
4. Rəcm edilərək öldürülmüş zanilər (zinakarlar):
Tirmizi'nin "həsən-səhih" dediyi Cabir b. Abdullah (radiyallahu anh)'dan nəql etdiyinə görə,
Əsləm qəbiləsindən biri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək, zinasını etiraf etdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ondan üz çevirdi. Adam, yenə zina etdiyini etiraf etdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ondan yenə üz çevirdi. Adam, öz əleyhinə, 4 dəfə şəhadət edincəyə qədər, bu hal, beləcə davam etdi. Dördüncü şəhadətdən sonra,
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sənin ağlında bir xəstəlikmi var?" deyə soruşdu.
- Adam: "Xeyr!" dedi.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Sən, muhsansanmı?" deyə soruşdu.
- Adam: "Bəli!" deyə cavab verdi.
Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun rəcm edilməsini əmr etdi və o şəxs, musallada rəcm edildi.
Atılan daşlar, onu incitdiyində, adam qaçdı. Ona çatıb adam ölüncəyə qədər onu daşladılar. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu, xeyirlə andı və cənazə namazını qılmadı. (Tirmizi, "Sünən", "Hudud"/5)
Bu xəbəri, Nəsai də rəvayət etmiş və haqqında hər hansı bir söz danışmamışdır. Xəbəri, eyni şəkildə, əbu Davud da rəvayət etmiş və haqqında bir söz deməmişdir.
Bu hədisdə, bəhsi keçən şəxslərin cənazə namazının qılınmayacağına dair bir dəlil yoxdur. Əksinə, birinci, ikinci və üçüncü hədislərdə, yalnız və yalnız Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, onların cənazə namazlarını qılmadığı yer almaqdadır. Bunun səbəbi, başqalarını, belə bir işdən çəkindirmək üçün ola bilər. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in namazı ilə, bir başqasının namazı, bir-birinə bərabər deyildir. Uca Allah, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə xitabən:
...إِنَّ صَلَوٰتَكَ سَكَنٌ لَّهُمْ...
"...Çünki Sənin duan, onlar üçün bir təskinlikdir..." (Tövbə/103) buyurmaqdadır.
(Dördüncüyə gəlincə, bunu, ayrı ələ alacağıq.)
Sindi, Nəsai'nin "Sünən"i üzərə yazdığı "Haşiyə"sində, birinci hədisi açıqlayarkən, deyir:
Nəvəvi'nin ifadəsinə görə, "Öz canına intihar edənin namazı, Allaha üsyan etdiyi üçün qılınmaz." deyənlər, bu xəbərin zahirini əsas almışlardır. Əvzai'nin görüşü, bu yöndədir.
Əksəriyyət isə, buna, belə cavab vermişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), o şəxsin cənazə namazını, insanları çəkindirmək üçün Şəxsən qılmamışdır. Səhabələri isə, qılmışlardır. Bu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ilk başda borcu olan şəxsin cənazə namazını qılmağını tərk etməsinə bənzəyir. Orda da məqsəd, insanların borclarını xəfifə almalarını və geri ödəməyi ehmal etməmələrini əngəlləmək idi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), orda, səhabələrinə: "Dostunuzun namazını qılın!" deyərək, namaz qılmalarını əmr etmişdir.
Bu görüşü, Hakim'in "əl-Müstədrək"ində, əbu Qatadə (radiyallahu anh)'dan nəql etdiyi bu rəvayət də dəstəkləməkdədir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir cənazəyə çağırıldığında, cənazə haqqında soruşardı. Əgər Ona, bu şəxsin yaxşı bir adam olduğu deyilərsə, onun cənazə namazını qılardı. Bunun əksinə, haqqında pis şeylər deyilərsə, cənazə sahiblərinə: "Onunla siz məşğul olun." buyurar; adamın cənazə namazını, Özü, şəxsən qılmazdı.
Hakim, bu hədisi: "Buxari və Muslim'in şərtinə görə, səhihdir." şəklində dəyərləndirmiş; Zəhəbi də, bu görüşdə ona qatılmışdır. (İmam Sindi əl-Hənəfi, "Haşiyətu's-Sindi alə'n-Nəsai", l, 346)
Rəcm edilən şəxsin cənazə namazı məsələsində səhih olanı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, onun namazını qıldığıdır. Çünki, bu hədisi, Buxari, "Musallada rəcm" başlığı altında rəvayət etmişdir. Bu rəvayətdə, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənazə namazını qıldı." cümləsi yer almaqdadır.
Bu 2 rəvayəti, "Fəthu'l-Bari"dəki bu açıqlama ilə uzlaşdırmaq, mümkündür:
Abdu'r-Rəzzaq'ın, Mə'iz (radiyallahu anh) hadisəsi haqqında, əbu Umamə b. Səhl b. Huneyf'dən nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən: "Ey Allahın rəsulu! Cənazə namazını qılacaqsanmı?" deyə soruşuldu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr!" deyə buyurdu.
Səhl, belə davam edir:
Ertəsi gün olunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Dostunuzun namazını qılın!" deyə buyurdu və Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun namazını, camaatla bərabər qıldı.
Bu xəbəri, "Sünən" imamları, bir başqa təriqlə əbu Qurra'dan nəql etmişlərdir.
Bəhsi keçən xəbər, ixtilafları cəm etməkdədir. Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in işarət edilən cənazə namazını:
~ qılmadığı şəklindəki rəvayət, "Rəcm edildiyi vaxt qılmadı." ;
~ qıldığı şəklindəki rəvayət isə, "Ertəsi gün qılındı."
mənasına həml edilir.
əbu Davud'un ("Cənaiz"/47), Bureydə (radiyallahu anh)'dan nəql etdiyi bu xəbərin cəm edilməsi də, belədir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), Mə'iz (radiyallahu anh)'ın cənazə namazının qılınmasını əmr etmədiyi kimi; qılınmasını qadağan da etmədi."
Bu görüşü, Muslim'in ("Hudud"/24), İmran b. Huseyn (radiyallahu anh)'dan zina edib rəcm edilən Cuheynəli qadınla bağlı rəvayəti də dəstəkləməkdədir. Buna görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), o qadının cənazə namazını qılmışdır. Ömər (radiyallahu anh), Ondan: "Zina etdiyi halda, namazını qılırsan?" deyə soruşduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Elə bir tövbə etdi ki, bu tövbə, 70 nəfər üçün bölünsə idi, hamısına kifayət edərdi." buyurdu.
-------------------------------------
Əlavələr:
İntihar edənlərin cənazə namazı qılınarmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/intihar-ed%C9%99n-s%C9%99xsi...
