Qəbir, dəfn və ölünün qəbirdən başqa bir yerə nəql edilməsi
Altıncı fəsil: Qəbir, dəfn və ölünün qəbirdən başqa bir yerə nəql edilməsi
• Ölünü dəfn etmək, fərz-i kifayədir. "Siracu'l-Vəhhac"da da belədir.
• Sünnət olan məzar şəkli, ləhd'dir. Səraxsi'nin "Muhit"ində də belədir.
Ləhdin sifəti (keyfiyyəti, şəkli), budur: Məzar qazılıb bitdikdən sonra, məzarın qiblə cəhətini bir az daha qazıb, ölünü ora qoymaqdır. "Muhit"də də belədir.
Ləhd, sanki tavanı olan bir ev kimi düzəldilir. "Bahru'r-Raiq"də də belədir.
• Yer yumşaq olduğu vaxt, şəqq yolu ilə məzar düzəltməkdə də, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.
Şəqq'in sifəti (keyfiyyəti, şəkli), budur: Qəbrin ortası, bir çay kimi qazılır. İki tərəfi, kərpic və ya bənzəri bir şeylə örtülür. Cənazə ora qoyularaq, üzəri tavan kimi bağlanır. "Mi'racu'd-Dirayə"də də belədir.
• Qəbrin dərinliyinin, kişinin sinəsinə qədər və ya yarım boy qədər olması, münasibdir. Əslində, qəbir, nə qədər dərin olarsa, o qədər əfdal (fəzilətli) olar. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Həsən b. Ziyad, imam əbu Hənifə'nin belə dediyini nəql etmişdir:
"Qəbrin uzunluğu, -dəfn ediləcək- adamın uzunluğu qədərdir; genişliyi isə, yarım boydur." "Mudmarat"da da belədir.
• Şeyxu'l-imam əbu Bəkr Muhamməd b. Fədl: "Yerin yumşaq olmasından dolayı, bizim diyarımızda tabut düzəltdirmək, caizdir. Tabutun dəmirdən düzəldilməsində, bir beis yoxdur. Ancaq, dəmir tabut içinə, torpaq döşəmək; cənazəyə yaxın yerlər və cənazənin üstünə, palçıq suvamaq; və ləhd yerini tutsun deyə, ölünün sağına və soluna bir kərpic qoymaq, uyğun olar. Cənazəyə toxunması halında, ləhdə kirəmit qoymaq, məkruhdur." demişdir. "Fətəva Qadıxan"da da belədir.
• Cənazəni, fasiqlərin olduğu yer deyə təsmiyyə edilən (adlandırılan) yerlərə dəfn etmək, məkruhdur. "Fəthu'l-Qadir"də də belədir.
• Cənazəni məzara endirən kimsələrin, qüvvətli, güvənilən və saleh kimsələr olması, müstəhəbdir. "Tatarxaniyyə"də də belədir.
• Bir qadının cənazəsini, məhrəmi olan bir qohumunun endirməsi, digər qohumlarının endirməsindən, daha əvladır. Uyğun olan, budur. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Yenə, məhrəm olmayan qohumun qadını qəbrə endirməsi, yadların endirməsindən daha əvladır. Ancaq, qohumlarından kimsə yoxdursa, qadını, yadların qəbrə endirməsində, bir beis yoxdur. "Bahru'r-Raiq"də də belədir.
• Cənazəni endirmək üçün, heç bir qadın, qəbrə enməz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Cənazə, məzarın kənarına endirilər və məzarın qiblə tərəfinə qoyular. Burdan da götürülərək, ləhd'ə qoyular. Məzara enib yerinə qoymaq üzərə cənazəni götürən kimsələrin yönləri, qibləyə doğru olar. "Fəthu'l-Qadir"də də belədir.
• Cənazəni ləhdə qoyan kimsələr, bu əsnada: "Bismilləh və alə millət-i Rasulilləh = Allahın adı ilə və Rəsulunun millətə üzərə (endiririk, qoyuruq)." deyərlər. "Mutun"da da belədir.
• Cənazə, sağ tərəfi üzərə, qibləyə qarşı qoyular. Kəfənin düyümü açılar; məzardakı kərpic və qamış təsviyə edilər (düzləşdirilər); kirəmit və taxta düzləşdirilməz.
Qadın dəfn edilərkən, qəbri örtülər. Kişinin qəbri isə, örtülməz; torpaq tökülər. Torpağı əllə və kürəklərlə tökməkdə və ya qəbrə, bütün imkanlar istifadə edilərək, torpaq atmaqda bir beis yoxdur. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Qəbrə, bu qəbir qazılarkən çıxmış olan torpaqdan daha çox torpaq atmaq, məkruhdur. "Ayni"də də belədir.
• Cənazə dəfn olunarkən orda hazır olan kimsənin, bu ölünün qəbrinə, dolu ovcu ilə 3 ovuc torpaq atması, müstəhəbdir. Torpaq atan kimsənin, ölünün baş tərəfində dayanması və
~ birinci dəfə torpaq atarkən: "minhə xaləqnəkum = Sizi, torpaqdan yaratdıq."
~ ikinci dəfə torpaq atarkən: "və fihə nuidukum = Sizi torpağa qaytararıq."
~ üçüncü dəfə torpaq atarkən də: "və minhə nuxricukum təratən uxra = Sizi torpaqdan ikinci dəfə çıxararıq."
ləfzlərini oxuması, müstəhəb olar.
• Cənazəni gecə dəfn etməkdə, bir beis yoxdur. Lakin, imkan nisbətində, cənazə, gündüz dəfn edilməlidir. "Siracu'-Vəhhac"da da belədir.
• Qəbir, yerdən bir qarış (20-26 sm) qədər yuxarı qaldırılar; (hər tərəfi bir-birinə bərabər, yəni kvadrat şəklində) 4 künc edilməz; suvaqlanmaz. Qəbrin üzərinə su tökməkdə, bir beis yoxdur. Qəbrin üzərinə ev tikmək, məkruhdur.
Qəbrin üzərinə oturmaq, üzərində yatmaq, cima etmək, üzərində ehtiyacını qəza etmək, yəni, işəmək, məzar üzərinə yazı ilə işarət etmək və bənzəri şeylər, məkruhdur. "Təbyin"də də belədir.
• Qəbirlər xarab olduğunda, onları palçıqla düzəltməkdə, bir beis yoxdur. "Tatarxaniyyə"də də belədir. Əsahh (ən doğru) olan da, budur. Fətva da, buna görədir. "Cəvahiru'l-Axlati"də də belədir.
• Bir kimsənin, sağlığında, özü üçün qəbir qazdırmasında, bir beis yoxdur. Bununla, savab qazanar. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsənin, özü üçün qazmış olduğu məzara, bir başqasını dəfn etmək istəsələr, əgər məzar genişdirsə, bu kimsəni dəfn etmək, məkruh olar. Lakin məzar dardırsa, (bu cənazəni ora) dəfn etmək, caiz olar. Ancaq, əvvəlki adama, məzarı qazma məsrəfini borclanarlar və bunu ödəyərlər. "Mudmarat"da da belədir.
• İçində saleh kimsələrin olduğu qəbiristanlığa dəfn edilmək, ən əfdal olanıdır.
Ölü dəfn edildikdən sonra, qəbrin başında bir dəvə kəsilib əti paylanacaq qədər bir müddət oturub Quran oxumaq və ölü üçün dua etmək, müstəhəb olar. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• İmam Muhamməd'ə görə, qəbrin yanında Quran oxumaq, məkruh deyildir. Alimlərimiz, bu görüşü götürmüşlərdir.
Oxunan Quran, ölüyə fayda verər. Muxtar olan qövl, budur. "Mudmarat"da da belədir.
• Qəbrin üzərinə məscid və ya başqa bir bina tikmək, məkruhdur. "Siracu'l-Vəhhac"da da belədir.
• Qəbrin yanında sünnətə uyğun olmayan bir şey etmək, vəsiyyət edilməmiş bir iş görmək, məkruhdur.
Ancaq, qəbir ziyarəti və qəbrin yanında ayaqda dayanıb dua etmək, caizdir, məkruh deyildir. "Bahru'r-Raiq"də də belədir.
• Zərurət olmadıqca, 1 qəbrə, 2 və ya 3 cənazə qoymaq, məkruhdur.
Zərurət halında isə, ehtiyacdan dolayı, qəbrin qiblə tərəfinə, kişi; onun arxasına, oğlan uşağı; onun arxasına, xunsə; və onun arxasına da, qadın qoyular. Araları da, torpaqla ayrılar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Əgər 2 kişi 1 qəbrə qoyulacaqsa, -zərurətdən dolayı- bunlardan əfdal olan hansıdırsa, o, ləhdin qabaq tərəfinə qoyular. "Muhit"də də belədir.
• Yenə, 2 qadın 1 qəbrə dəfn olunacağı vaxt da, bunlardan əfdal olan, qəbrin qabaq tərəfinə qoyular. "Tatarxaniyyə"də də belədir.
• Bir cənazə, tamamilə çürümüş, torpaq olmuşdursa, o qəbrə başqa birini dəfn etmək, qəbrin üzərinə bir şey əkmək və bina tikmək, caiz olar. "Təbyin"də də belədir.
• Ölən və ya öldürülən kimsələri, öldükləri yerin qəbristanına dəfn etmək, müstəhəbdir. Ancaq, dəfndən əvvəl, cənazəni 1 və ya 2 mil məsafədə bir yerə nəql etməkdə, bir beis yoxdur. "Xülasə"də də belədir.
• Yenə, bir kimsə, başqa bir diyarda ölərsə, onu, öldüyü yerə dəfn etmək, müstəhəbdir. Başqa bir şəhərə nəql etməkdə də bir beis yoxdur. Ancaq, dəfn edildikdən sonra, bir cənazəni çıxarmaq, münasib olmaz. Lakin, dəfn edilmiş olduğu yer, zorla və ya şufa yolu ilə alınmış olarsa, bu cənazə, qəbirdən çıxarılar. "Fətəva Qadıxan"da da belədir.
• Bir cənazə, başqa bir kimsənin yerinə və yerin sahibinin icazəsi olmadan dəfn edilmiş olarsa; bu halda, mal sahibi, muxayyər (seçimində sərbəst)'dir:
~ İstərsə əmr edər və cənazəni çıxartdırar;
~ İstərsə də o qəbri yerlə bir səviyyəyə gətirib üzərində əkin əkər. "Təcnis"də də belədir.
• Cənazə, qiblə tərəfinə qoyulmamış olsa, sol tərəfi üzərinə və ya başı, ayağının qoyulacağı tərəfə qoyulmuş, üzərinə də torpaq atılıb məzar örtülmüşsə, təzədən açılmaz.
Əgər ölü, ləhd'ə qoyulmuş, kərpiclər hörülmüş və lakin qəbir örtülməmişdirsə, kərpiclər qaldırılar və ölü, sünnət olan şəkildə qoyular. "Təbyin"də də belədir.
• Əgər qəbrə bir şey düşər; bundan, qəbir örtüldükdən sonra xəbərdar olunarsa, qəbir açılıb düşən şey çıxarılar. "Fətəva Qadıxan"da da belədir.
"Qəbrə düşən şey 1 dirhəm miqdarında olsa belə, -qəbir- açılar." demişlərdir. "Bahru'r-Raiq"də də belədir.
• Qəbiristanın otunu qoparmaq, odununu kəsmək, məkruhdur. Lakin bunlar qurumuş olarlarsa, kəsməkdə, qoparmaqda, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.
• Bizə görə, qəbiristanda ayaqqabı ilə gəzmək, məkruh deyildir. "Siracu'l-Vəhhac"da da belədir.
("əl-Fətəva əl-Hindiyyə")
-----------------------------------------
----------------------------------------
Dəlilləri:
Ölünün, saleh kimsələr arasına dəfn edilməsinin müstəhəbliyi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/olunun-saleh-kims%C9%99l%C9%...
---------------------------------------
Qəbri dərin və geniş qazmaq; Şəqq yerinə Ləhd'i tərcih etmək:
2272. Ənsar'dan biri, belə deyir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər, bir cənazəyə çıxdıq. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i, qəbrin üzərində dayanmış qəbir qazan şəxsə:
"Ayaq tərəfindən genişlət; baş tərəfindən genişlət." deyə əmr edərkən gördüm.
Xəbəri, Əhməd b. Hənbəl, əbu Davud, Beyhaqi rəvayət etmişlərdir. İsnadı, "Təlxisu'l-Habir"də (l, 163) bildirildiyi üzərə, səhihdir. ("Müsnəd", V, 293, 408; əbu Davud, "Buyu"/3; Beyhaqi, "Sünən", V, 335)
2273. Hişam b. Amr, belə deyir:
Uhud günü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə dərdimizi dedik və: "Ey Allahın rəsulu! Hər bir adam üçün məzar qazmaq, bizə ağır gəlir." dedik.
- (Bunun üzərinə), O: "Qazın, dərin və gözəl qazın." deyə buyurdu.
Bu hədisi, Nəsai ("Cənaiz"/86) rəvayət etmiş və hədis haqqında sükut etmişdir.
Hədis, məzarları dərin qazmağa, açıq bir dəlildir. "Təlxisu'l-Habir"də (l, 163), bu açıqlama yer almaqdadır:
Ömər (radiyallahu anh): "Məzarı, mənim üçün, bir insan boyu qədər dərin və geniş qazın." demişdir.
Xəbəri, ibn əbi Şeybə və ibnu'l-Munzir rəvayət etmişlərdir. Ancaq mən (Təhanəvi), isnadından xəbərdar ola bilmədim. Ancaq hafiz ibn Həcər'in bu rəvayət haqqında sükut etməsi, onun, səhih və ya həsən olduğuna dəlildir.
İbn Qudamə'nin "əl-Muğni" adlı əsərində, belə deyilir:
Əhməd b. Hənbəl, belə dedi:
Qəbir, kişilər və qadınlar üçün, sinələri hizasına qədər dərin qazılar. Həsən əl-Basri və ibn Sirin, qəbrin, sinəyə qədər dərinləşdirilməsini, müstəhəb görürlərdi.
Səid b. Mansur'un, İsmail b. Ayyaş vasitəsilə Amr b. Mühacir'dən nəqlinə görə, Ömər b. Əbdü'l-Əziz'in oğlu vəfat etdiyində, vəzifəlilərə, onun qəbrini, göbəyinə qədər qazmalarını və daha dərinə enməmələrini əmr etdi. "Çünki, yer üzündəki şeylər, dibindəkilərdən daha əfdaldır." dedi.
əbu'l-Xattab, qəbrin, insan boyu qədər və daha dərin qazılmasının müstəhəb olduğunu ifadə etmişdir. İmam Şafi'nin də görüşü, bu yöndədir. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Qazın, genişlədin və dərin qazın." buyurmuşdur. Bu xəbəri, əbu Davud ("Cənaiz"/65) rəvayət etmişdir. Çünki ibn Ömər, qəbri xüsusunda, bunu vəsiyyət etmişdir. Əhməd b. Hənbəl'dən nəql edilən görüş, müstəhəb olanın, qəbrin, sinəyə qədər dərinləşdirilməsi olduğu yönündədir. Boya və daha çoxuna doğru qazılması, insanlara çətin gəlir. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ifadəsində, hər hansı bir miqdar bildirilməmişdir. İbn Ömər'in, öz qəbri üçün bunu tövsiyyə etdiyi yolundakı xəbər, səhih deyildir. Bu xəbər, Əhməd b. Hənbəl'in nəzində səhih olsaydı, bunu tərk edib başqa bir hökm verməzdi. (ibn Qudamə, "əl-Muğni", ll, 378)
----------------------------------
(Haşiyə:
Biz də, bunu əlavə edək:
Hafiz b. Həcər'in, "Təlxisu'l-Habir"də rəvayət haqqında sükut etməsinin də göstərdiyi üzərə, hər halda, bu görüş, Ömər (radiyallahu anh)'a aiddir. Dolayısı ilə, oğlu ibn Ömər'dən nəql edilmiş olmamasının, hər hansı bir problemi yoxdur. Ən doğrusunu Allah bilir. Bu mövzuda, məzhəb görüşümüz (Hənəfi məzhəbinin görüşü), "əd-Durru'l-Muxtar"da, belə ifadə edilməkdədir:
"Ölünün qəbri, boynunun yarısı qədər qazılar. Bundan bir az daha çox qazılarsa, gözəl olar."
İbn Abidin, belə deyir:
Boyun yarısı və ya sinəyə qədər qazılması, gözəl olar. Bir az daha dərinləşdirib boy miqdarı qədər qazılarsa, "əz-Zəxira"da ifadə edildiyi üzərə, bu, daha gözəldir. Burdan başa düşülür ki, məzarın dərinliyində:
~ ən aşağı səviyyə, insanın boyunun yarısı;
~ ən üst səviyyə isə, boyu və ikisi arasıdır.
Bu 2 ölçünü, "Şərhu'l-Munyə" vermişdir. (ibn Abidin, "Raddu'l-Muhtar", l, 933)
Bu açıqlamanın, bu mövzudakı xəbərləri cəm etdiyi, çox açıqdır.)
-------------------------
2274. İbn Abbas (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Ləhd, bizə; şəqq isə, başqalarına aiddir." buyurmuşdur.
2275. İmam Malik'in, Nafi vasitəsilə ibn Ömər (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbu Bəkr və Ömər üçün, ləhd düzəldilmişdir.
Hədisi, ibn əbi Şeybə ("əl-Musannəf", lll, 322) rəvayət etmişdir. Bu, "əd-Dirayə"də (s. 148) bildirildiyi üzərə, isnadların ən səhihidir.
-----------------------------
Qəbrləri dörd bucaqlı düzəltməyin nəhy edilməsi və üzərini bir az torpaqla yüksəltməyin tərcih edilməsi
2294. imam əbu Hənifə, belə demişdir:
Bir şeyximiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, "Qəbrləri, 4 bucaqlı (kvadrat şəklində) düzəltməti və üzərlərinə suvaq vurmağı nəhy etdiyini rəvayət etmişdir."
Bu xəbəri, imam Muhamməd, "Kitabu'l-Asar"ında (s. 42) nəql etmişdir. İsnadında görüldüyü üzərə, məchul bir ravi vardır. Xəbər, munqati (qopuq)'dur. Lakin, ikinci və ya üçüncü nəslin mürsəllərindəndir. Bu da, məzhəb imamlarımıza görə, dəlil dəyəri daşıyır.
2295. imam əbu Hənifə'nin, Hammad'dan nəqlinə görə, İbrahim ən-Nəxai, belə demişdir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), əbu Bəkr və Ömər'in qəbrini görənin mənə bildirdiyinə görə, bu qəbirlər, yerdən torpaqla yüksəldilmiş idi. Üzərlərinə, ağ torpaqdan bir (dəvə hörgücü kimi) qabarıqlıq vardı."
Xəbəri, inam Muhamməd, "Kitabu'l-Asar"ında (s. 42) rəvayət etmişdir.
Görüldüyü üzərə, bu xəbərin isnadında da, məchul bir ravi mövcuddur. Xəbərin raviləri, siqadır. İbrahim ən-Nəxai'nin mürsəlləri isə, səhihdir.
2296. Muhamməd b. Muqatil'in, Abdullah ---> əbu Bəkr b. Ayyaş isnadı ilə nəqlimə görə, Süfyan ət-Təmmar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbrinin, yerdən, torpaqla (dəvə hörgücü kimi bir qarış qədər) yüksəldilmiş olduğunu görmüşdür.
Xəbəri, Buxari rəvayət etmişdir (Buxari, "Cənaiz"/96).
"Fəthu'l-Bari"də, bu açıqlama yer almaqdadır:
"əbu Nuaym, 'əl-Mustəxrəc'ində, Süfyan ət-Təmmar'ın, əbu Bəkr və Ömər'in qəbrinin də, eyni şəkildə olduğunu söylədiyi qeyd edilməkdədir."
"əl-Cəvhəru'n-Naqi alə Sünəni'l-Beyhaqi"də (l, 266), belə deyilir:
ibn əbi Şeybə'nin "Musannəf"ində, İsa b. Yunus'un nəqlinə görə, Süfyan ət-Təmmar: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbrinin olduğu otağa girdim. Orda, Özünün, əbu Bəkr və Ömər'in qəbirlərinin, yerdən, torpaqla (dəvə hörgücü kimi bir qarış qədər) yüksəldilmiş olduğunu gördüm." demişdir.
Bu isnad, səhihdir.
...imam əbu Hənifə'nin (2294 no-lu) rəvayəti, qəbirlərin dörd bucaqlı şəklində düzəldilməsinin qadağanlığına, açıq bir dəlildir. "əd-Durru'l-Muxtar"da, belə deyilir:
Qəbrin üzərinin torpaqla bir az yüksəldilməsi, məndubdur.
"Raddu'l-Muhtar"da, "torpaqla yüksəltmək = yusənnəmu" kəliməsi, qəbrin torpağı, dəvə hörgücü kimi üzərinə doğru yüksəkdilər, şəklində açıqlanmaqdadır. (ibn Abidin, "Raddu'l-Muxtar", l, 937)
Bizim qənaətimizə görə, bu mövzudakı qadağa, tənzihən məkruhluqdur.
"Fəthu'l-Bari"də (lll, 203) belə deyilməkdədir:
"imam əbu Hənifə, Malik, Əhməd b. Hənbəl, Muzəni və bir çox Şafi aliminin görüşü də, bu yöndədir. Qadı Hüseyn, bu mövzuda, imamların ittifaq etdiklərini iddia etmişdir.
Mutəqaddimun Şafii alimlərdən bir qrupun, -imam Şafi'nin bildirdiyi üzərə- qəbrin düzləşdirilməsini müstəhəb gördükləri iləri sürülərək, Qadı Hüseyn, tənqidə uğramışdır."
Qalan hədislər isə, məzarların üzərinin, dəvə hörgücü kimi torpaqla yüksəldiləcəyinə bir dəlildir.
"Təlxisu'l-Habir"də, belə deyilir:
İmam Şafi, qəbirlərin (yer səviyyəsində) düzləşdiriləcəyini, "Yox etmədiyin heç bir heykəl qoyma! Yerdən yüksəldilmiş nə qədər qəbir varsa, yerlə bir et (yəni, düzləşdir, yerlə bir səviyyəyə gətir)!" hədisinə istinad etdirmişdir.
Bu hədisi, Buxari və ibn Macə xaric, "Kütüb-ü Sittə" mühəddisləri rəvayət etmişlərdir.
Bu halda, bu hədis, qəbirlərin, dəvə hörgücü kimi yerdən yüksəldiləcəyi hədislərilə zidd düşməz. Çünki, bunun mənası, "əl-Cəvhəru'n-Naqi"də də bildirildiyi üzərə (l, 265), onları, mutad olan (adət etdikləri) qəbirlər səviyyəsinə gətirib düzəlt deməkdir. (ibn Həcər, "Təlxisu'l-Habir", l, 166)
Eyni əsərdə, bir də bu açıqlama vardır:
Beyhaqi, bu mövzuda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Əli (radiyallahu anh)'a, yerdən yüksəldilmiş nə qədər qəbir varsa, dümdüz etməsini, nə qədər heykəl varsa, yox etməsini əmr etdiyini zikr etmişdir.
Bu əmirdən məqsədin, müşrik qəbilələri olduğu başa düşülməkdədir. Çünki, əmirdə, timsəl/heykəl kəliməsi, müşrik qəbilələri üzərinə ətf edilməkdədir. Müşriklər, qəbirlərin üzərinə daş qoyub, bina tikirlərdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu şirk əlamətlərinin ortadan qaldırılmasını istəmişdi. (haşiyə)
------------------------
(Haşiyə:
Daha təfsilatlı izah üçün, bax:
https://suallarlaislam.com/.../q%C9%99birl%C9%99r-uz%C9...)
---------------------------
-------------------------
Ölünün qəbrə necə veriləcəyi:
2277. İbn Abbas (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), torpağa, gecə verildi. Onun için işıq yandırıldı və qəbrə, qiblə tərəfindən qoyuldu. İbn Abbas (radiyallahu anh), belə dedi:
"Allah, sənə rəhmət etsin! Sən, Allah qorxusu ilə çox inləyər və Quranı, çox oxuyardın."
ibn Abbas (radiyallahu), Allah rəsulu (sallallahu aleyhi və səlləm) üzərinə, 4 təkbir gətirdi.
Hədisi, Tirmizi ("Cənaiz"/62) rəvayət etmiş və həsən olduğunu bildirmişdir.
2278. Əli (radiyallahu anh)'ın, Yezid b. əl-Mukəffəf'in cənazəsini qiblə tərəfindən qəbrə qoyduğu nəql edilmişdir.
Xəbəri, Abdu'r-Razzəq ("əl-Musannəf", lll, 449) və ibn əbi Şeybə ("əl-Musannəf", lll, 328) rəvayət etmiş; ibn Hazm da, "əl-Muhalla" adlı əsərində, səhih olduğunu bildirmişdir. (Niməvi, "Asaru's-Sünən", ll, 124)
İbn Hazm'ın "əl-Muhalla"sında, Əli (radiyallahu anh)'ın, Yezid b. əl-Mukəffəf'in cənazəsini qəbrə qiblə tərəfindən qoyduğu, səhih olaraq nəql edilmişdir.
Abdu'r-Razzəq, "əl-Musannəf"ində, Əli (radiyallahu anh)'ın, ibnu'l-Mukəffəf'in cənazəsini qiblə tərəfindən qəbrə qoymasını, səhih bir isnadla nəql etmiş; sonra da: "Biz də, bu görüşü götürürük." demişdir.
Bu 2 xəbər, cənazənin torpağa necə veriləcəyinə açıq bir dəlildir.
...Bu hədis, cənazənin, gecə dəfn edilməsinin caiz olduğuna da dəlildir. "əd-Dirayə"də, belə deyilir:
Buxari'də, əbu Bəkr (radiyallahu anh)'ın, sübh olmadan əvvəl torpağa verildiyi qeyd edilməkdədir. Buxari və Muslim'də, Əli (radiyallahu anh)'ın, xanımı Fatimə (radiyallahu anha)'nı, gecə torpağa verdiyi nəql edilməkdədir. (Buxari, "Məğazi"/38; Muslim, "əl-Cihad və's-Siyər"/52)
ibn Macə'nin Cabir (radiyallahu anh)'dan mərfu olaraq nəql etdiyi hədisə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Məcbur qalmadıqca, ölülərinizi, gecə dəfn etməyin." buyurmuşdur. (ibn Macə, "Cənaiz"/30)
Bu xəbərin isnadında, İbrahim b. Yezid əl-Məkki mövcuddur. İbrahim, zəifdir. Bu xəbər, əgər səhihdirsə -hədisdəki "Məcbur qalmadıqca" ifadəsinin də işarət etdiyi üzərə- "Camaat , ölünü, gecə torpağa verməkdən əziyyət çəkərsə" mənasına həml edilmişdir. Əks təqdirdə, cənazə işlərində tələsmək, şeyximizin də ifadə etdiyi üzərə, hədislərlə tələb edilən bir xüsusdur.
-------------------------------
Ölünü qəbrə qoyan kimsənin nə söyləyəcəyi
2279. Abdullah b. Səid'in,
əbu Xalid əl-Əhmər ---> əl-Haccac ---> Nafi
isnadı ilə nəqlinə görə, ibn Ömər (radiyallahu anh), belə demişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), cənazəni qəbrə qoyunca, "Bismilləh və alə millət-i Rasulilləh" deyərdi.
əbu Xalid, belə demişdir:
Ölü, ləhd'inə qoyulduğunda, onu ləhdə qoyan şəxs, "Bismilləh və alə sünnət-i Rasulilləh" deyər.
Xəbəri, ibn Macə rəvayət etmişdir. Tirmizi də, bu isnadla nəql etmiş və hədis haqqında: "Hədis, bu isnadla, həsən-ğəribdir." demişdir.
Hədisin ibn Macə'dəki nəqli, daha açıqdır. Bu da, tərcih səbəbidir.
Hədisi, əbu Davud ("Cənaiz"/63) nəql etmiş və haqqında hər hansı bir söz danışmamışdır. "Nasbu'r-Rayə"də (l, 263), bu açıqlama vardır:
Hədisi, bu isnadla, ibn Hibban "Səhih"ində (Vll, 376) rəvayət etmişdir.
Eyni hədisi, Hakim, "əl-Müstədrək"ində (l, 520), bu cümlə ilə nəql etmişdir:
"Ölülərinizi qəbirlərinə qoyduğunuzda, 'Bismilləh və alə millət-i Rasulilləh' deyin."
Hakim, hədis haqqında belə deyir:
"Hədis, Buxari və Muslim'in şərtlərinə görə, səhihdir. Ancaq onlar, rəvayət etməmişlərdir."
...Müəllif, deyir:
Yuxarıdakı hədislər, cənazəni qəbrə qoyarkən nə söylənəcəyinə, açıq bir dəlildirlər. "Təlxisu'l-Habir"də (l, 164), belə deyilir:
Ümamə (radiyallahu anh)'dan, hədisi, Hakim və Beyhaqi rəvayət etmişlərdir. Sənədi, zəifdir; ləfzi isə, belədir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qızı ümmü Gülsüm (radiyallahu anha)'nı qəbrə qoyduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
مِنْهَا خَلَقْنَـٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ
Minhə xaləqnəkum və fihə nuidukum və minhə nuxricukum təratən uxra.
Yəni:
"Biz, sizi, torpaqdan yaratdıq. Sizi, ora qaytaracaq və bir daha oradan çıxardacağıq." (Taha/55)
ayətini oxudu və ardından:
"Bismilləh və fi səbililləh və alə millət-i Rasulilləh = Allahın adı ilə, Allah yolunda və Rasulullahın milləti/dini üzərə (endiririk)."
deyərdi.
-------------------------------
Qadın cənazəsini torpağa verərkən, ətrafını örtmək:
2285. Sevri'nin nəqlinə görə, əbu İshaq, belə demişdir:
"Mən, əl-Haris'in cənazəsində idim. (Torpağa verilərkən, qəbrini örtmək üçün) bir parça uzatdılar. Abdullah b. Yezid, uzadılan parçanı geri çəkdi və: 'O, kişidir.' dedi."
Hədisi, ibn əbi Şeybə ("əl-Musannəf", lll, 326) rəvayət etmişdir. Səhih olan, budur. (ibn Həcər, "Təlxisu'l-Habir")
Bu hədisi, məfhumu (haşiyə-1) ilə, qadın cənazəsinin torpağa verilərkən, örtüləcəyini; məntuqu (haşiyə-2) ilə də, kişi cənazəsinin örtülməyəcəyini açıqca ifadə etməkdədir.
"Tənviru'l-Əbsar"da, belə deyilir:
Qadın cənazəsinin qəbri örtülərkən, kişinin qəbri örtülməz.
"Raddu'l-Muhtar"da: "Qadın cənazəsinin qəbri örtülər." Yəni, bir parça və bənzəri şeylərlə örtülər. Qadın cənazəsi qəbrə qoyularkən, üzəri kərpiclə bağlanana qədər, parça ilə örtülməsi, müstəhəb görülmüşdür. "Şərhu'l-Munyə" və "əl-İmdad"da belə qeyd edilmişdir.
-----------------------------
(Haşiyə-1:
Məfhum: Bir ləfzin, sözdə zikri keçməyən və ifadə edilməyən bir şeyin hökmünə dəlalət etməsidir. Məsələn, bir kimsə: "Bu kitabımı satdım." desə, bu söz, o kitabdan mülkiyyət haqqının o kimsədən qalxdığına dəlalət edər ki, bax bu, məfhumdur.
Haşiyə-2:
Məntuq: Söz ilə dəlalət deməkdir. Yəni, bir ləfzin, sözdə zikri keçən və ifadə edilən bir şeyin hökmünə dəlalət etməsidir. Məsələn, "Bu kitabımı satdım." deyilməsi halında, istidlala gedilmədən, mücərrəd başa düşülən məna, məntuq sayılır.)
------------------------------
Qəbrin üzərinə yaş xurma budağı əkməyin müstəhəbliyi
2323. ibn Abbas (radiyallahu anh)'dan belə nəql edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), 2 qəbrə rast gəldi və: "Bunlar, əzab görməkdədirlər və böyük bir günahdan dolayı da deyildir. Bunlardan birincisi, sidikdən çəkinməzdi; digəri isə, söz daşıyardı." buyurdu.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), daha sonra, yaş bir xurma çubuğu aldı; onu, ikiyə bölüb hər birini bir qəbrə əkdi. Orda olanlar: "Ey Allahın rəsulu! Nə üçün belə etdin?" deyə soruşduqlarında, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Bu çubuqlar yaş qaldığı müddətcə ümid edirəm ki, əzabları xəfifləyər." buyurdu.
Xəbəri, Buxari ("Vudu"/55, hədis no: 216) rəvayət etmişdir.
2324. Buxari'nin nəqlinə görə, Bureydə əl-Əsləmi (radiyallahu anh), qəbrinə, 2 xurma çubuğu əkilməsini vəsiyyət etmişdir.
"Fəthu'l-Bari"də, belə deyilir:
Əksər rəvayətlərdə, bu kəlimə, "fi qabrihi = qəbrinə" şəklindədir. Mustəmli'nin nəqlində isə, "alə qabrihi = qəbri üzərinə" şəklindədir.
ibn Sə'd, bu xəbəri, Muvərriq əl-İcli vasitəsilə, mövsul (bitişik) olaraq bu şəkildə nəql etmişdir:
"Bureydə əl-Əsləmi (radiyallahu anh), qəbrinə, 2 xurma çubuğu əkilməsini vəsiyyət etdi. O, aşağı Xorasanda vəfat etdi."
ibnu'l-Murabit və başqaları, belə demişlərdir:
Bureydə (radiyallahu anh)'in, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, o 2 qəbrə xurma çubuğu əkməsinə tabe olaraq, qəbrin üzərinə belə bir çubuq əkilməsini istəmiş olması, möhtəməl olduğu kimi; xurmada bərəkət olduğu üçün, bunu, qəbrinin içinə qoymalarını da istəmiş olması, ehtimal daxilindədir. Çünki, uca Allah, xurma üçün, "kə şəcəratin tayyibətin = gözəl bir ağac" ifadəsini istifadə etməkdədir. (İbrahim/24)
Ancaq, bu 2 ehtimaldan birincisi, daha doğrudur.
Müəllif deyir:
"Fəthu'l-Bari"də, Xattabi'nin bu açıqlaması yer almaqdadır:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hərəkəti, bəhsini etdiyi o 2 nəfərə, xurma çubuqları yaş qaldığı müddətcə, əzablarının xəfiflədilməsi üçün dua etməsi mənasına həml edilmişdir. Yoxsa, xurma çubuğunda, özünə aid hər hansı bir xüsusiyyət olmadığı kimi; yaş xurma budağında, quruda olmayan bir xüsusiyyət də bəhs mövzusu deyildir.
ibn Həcər Asqalani, belə davam edir:
Beləcə, təsbihin bərəkəti ilə, ölülərin əzabında xəfifləmə olar deyilmişdir. Buna görə, bu, gərək ağac, gərəksə də başqa şeylərdən, özündə yaşlıq olan hər şeydə bəhs mövzusudur. Zikr və Quran oxumaq kimi içində bərəkət olan şeylər də, əvləviyyətlə, bu xüsusiyyəti daşıyır.
Tibi, belə demişdir:
O 2 yaş xurma budağının, ölüyə gələn əzaba əngəl olmalarındakı hikmət, bizim tərəfimizdən -eynilə, zəbanilərin sayını bilmədiyimiz kimi- bilinmir ola bilər. Xattabi və ona tabe olanlar, bu hədisə görə hərəkət etmiş olmaq üçün, qəbrə, xurma və bənzəri şeylər əkməyə etiraz etmişlərdir.
ət-Tartuşi, belə deyir:
Çünki, hədisdə zikr edilən xurma çubuğunun əzaba əngəl olması, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əlinin bərəkəti sayəsində olmuşdur.
Qadı İyad'ın görüşü isə, belədir:
Bəhsi keçən 2 çubuğun qəbrə əkilməsinin səbəbi, bizim bilmədiyimiz bir səbəbə söykənməkdədir ki, onu, Allah rəsulu (sallallahu aleyhi və səlləm), "Əzab görürlər." cümləsilə ifadə etmişdir.
Biz də, bunu əlavə edək:
Bizim, məzarda yatan şəxsin əzab görüb-görmədiyini bilməməyimiz, -ölü, əgər əzab görürsə- o əzabın xəfiflədilməsinə vəsilə olacaq bir hərəkəti etməməyimizi gərəkdirməz. Eynilə, bizim, ölüyə rəhmət edilib-edilmədiyini bilməməyimizin, ona rəhmət duası etməyimizə əngəl olmadığı kimi...
Hədisin ifadə axışında, bəhsi keçən xurma budaqlarının, məzara, şəxsən Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əlilə əkildiyini qəti olaraq ifadə edən bir cümlə yoxdur. Əksinə, bunun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əmri üzərinə, başqası tərəfindən əkilmiş olma ehtimalı da vardır. Bir səhabə olan Bureydə b. əl-Hasib (radiyallahu anh), bunu nümunə götürmüş və qəbri üzərinə 2 xurma budağı əkilməsini vəsiyyət etmişdir. O, izlənilməyə və tabe olunmağa, başqasından daha layiqdir.
"Raddu'l-Muhtar"da: "Hədisdən, qəbrə yaş bir xurma budağının əkilməsinin məndub olduğu hökmü çıxarılır." deyilməkdədir. (ibn Abidin, "Raddu'l-Muhtar", l, 946)
Əlavə:
Yenə, "Raddu'l-Muhtar"da (l, 945), belə deyilməkdədir:
Məzarın üzərindəki quru olmayan yaş bitkiləri və otları kəsmək də, məkruhdur. "əl-Bahr", "əd-Durr", "Şərhu'l-Munyə" adlı əsərlərdə, belə qeyd edilmişdir. "əl-İmdad" adlı əsərdə, bunun səbəbi, belə açıqlanmaqdadır:
O bitki yaş qaldığı müddətcə, Allahı təsbih edər; ölü, bu təsbih ilə, tənhalıqdan qurtular və əkilən budağın zikri ilə, ölünün üzərinə rəhmət enər.
Yuxarıdakı hədislər, Bureydə (radiyallahu anh)'ın vəsiyyəti, məzar üzərinə yaş xurma budağı əkilməsinin məndubluğuna bir dəlildir. (haşiyə)
--------------------------------
(Haşiyə:
İsra surəsi 44-cü ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...)
-------------------------
Qəbrin üzərinə su səpmək; çınqıl daşları qoymaq; torpaq atmaq
2286. Abdullah b. Muhamməd'in, yəni, ibn Ömər (radiyallahu anh)'ın, atasından nəqlinə görə,
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), oğlu İbrahimin qəbri üzərinə, su səpmişdir."
İbn Ömər (radiyallahu anh), bu rəvayətə,
"İbrahimin məzarı, üzərinə su səpilən ilk məzar olmuşdur. İbrahimin cənazəsi torpağa verilib dəfn işi bitirildiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun başında dayanıb, 'əs-Sələmu aleykum.' dedi."
şəklində bir cümlə əlavə etmişdir. Mən, bunu bilirəm, ancaq o, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), əlləri ilə, qəbrin üzərinə torpaq atdı." demişdir.
Xəbəri, əbu Davud, "Mərasil"ində (s. 45) rəvayət etmişdir. "Təlxisu'l-Habir"də (l, 163):
"Xəbərin raviləri, mürsəl rəvayət etməklə bərabər, siqadırlar." deyilməkdədir.
Bizim qənəatimizə gəlincə, Ömər və oğlu, "ət-Təqrib"də ifadə edildiyi üzərə, ətbau't-tabiun'dandır. Bunu bil! İstənilən halda, hədis, bizim məzhəbimizdə, dəlildir. Çünki hədis, ikinci və üçüncü nəslin alimlərinin mürsəl rəvayətlərindəndir.
Müəllif, belə deyir:
Bu hədis, qəbrlərin üzərinə su axıdılacağına və torpaq səpiləcəyinə açıq bir dəlildir. "əd-Durru'l-Muxtar"da, su axıtmağın müstəhəb olduğu və "Raddu'l-Muxtar"da isə, torpaq axıtmağın, eyni şəkildə müstəhəb olduğu qeyd edilməkdədir. (ibn Abidin, "Raddu'l-Muhtar", l, 936-937)
2287. İbrahim b. Muhamməd'in, Cəfər b. Muhamməd vasitəsilə atasından nəqlinə görə, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), oğlu İbrahim'in qəbri üzərinə, su səpmiş və çınqıl daşları qoymuşdur."
Xəbəri, imam Şafi, "Müsnəd"ində nəql etmişdir.
Bizim qənaətimizə görə, bu xəbər, mürsəldir. İsnadı isə, "Əllərin yuyulması" babında keçmişdi. Xəbər, bundan əvvəli və sonrası ilə dəstəklənmişdir.
2288. Cabir (radiyallahu anh), belə deyir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbri üzərinə, su səpildi. Onun qəbrinə su səpən, Bilal b. Rabah idi. Buna, sağının baş tərəfindən başladı və ayaq tərəfinə qədər suladı."
Hədisi, Beyhaqi (lll, 411) rəvayət etmişdir. İsnadında, Vaqidi mövcuddur. "Təlxisu'l-Habir"də (l, 166), belə qeyd edilmişdir.
Vaqidi haqqında, ixtilaf edilmişdir. Ancaq bu ixtilafda, hər hansı bir problem yoxdur. "Məcmau'z-Zəvaid"də (l, 288): "Vaqidi haqqında, kəlam edilmişdir. Bir çoxu, onun siqa olduğunu söyləmişlərdir." ifadəsi yer almaqdadır.
--------------------
Ümumilikdə qəbirləri və xüsusilə də Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəbrini ziyarət etməyin müstəhəbliyi və orda nə oxunacağı:
2316. Amr b. əl-As (radiyallahu anh)'dan belə rəvayət edilir:
"Mən öldükdən sonra, (heç kəs), vay-şivən salıb ağlamasın; habelə, cənazəmi, odla müşayiət etməyin. Məni dəfn etdikdən sonra, üzərimə torpaq səpin. Daha sonra, qəbrimin yan-yörəsində, bir dəvənin ətinin kəsilib ətinin paylanılacağı qədər dayanın ki, sizin sayənizdə, öz yerimə isinişim və Rəbbimin elçilərini (Münkir və Nəkir mələklərini) necə qarşılayacağıma bir çarə qılım."
Hədisi, Muslim (İman kitabı, 54-cü bab: "İslam dinini qəbul etmək, əvvəlki günahların hamısını yox edər; hicrət etmək və həcc ziyarətinə getmək də habelə" babı, hədis no: 192) rəvayət etmişdir. "əl-Əzkar"da (s. 74) belə qeyd edilmişdir.
Bizim qənaətimizə görə, bu hədis, zikr edilən əməllərin müstəhəb olduğuna dəlildir. Dəfindən sonra qəbrin başında dayanmaq, bir az sonra gələcək olan mərfu Osman (radiyallahu anh) hədisilə sabitdir. Bu hədisdə təfsilatı ilə zikr edilən şeylər, ağıl yürüdülərək öyrəniləcək məsələlər deyildir. Dolayısı ilə, hədis, hökmən mərfudur. Hədisdə, istiğfardan (ölü üçün bağışlanmaq diləməkdən) deyil; qəbrin başında dayanmaqdan bəhs edilməkdədir. İstiğfar, Osman (radiyallahu anh) hədisilə sabitdir. Bu halda, bu hədis, qısa və özdür. Osman (radiyallahu anh) hədisinin buna əlavə edilməsi ilə, qəbrin başında nə oxunacağı, açıqca ortaya çıxmaqdadır.
2317. Abdu'r-Rahmən b. Əla əl-Ləclac'ın, atasından nəqlinə görə, əbu'l-Ləclac əbu Xalid, belə demişdir:
"Ey oğlum! Mən öldüyümdə, mənə, bir qəbir qaz. Məni qəbrimə qoyduğunda, belə de: 'Bismilləh və alə millət-i Rasulilləh.' Sonra, üzərimə torpaq tök. Ardınca, qəbrin başında, Bəqərə surəsinin baş tərəfilə ("uləikə humu'l-muflihun" kəliməsinə qədər), son qismini (son 2 ayəti) oxu. Çünki mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, bunları oxuyarkən eşitdim."
Bu hədisi, Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində (lXX, 220) rəvayət etmişdir. İsnadı, səhihdir. (Niməvi, "Asaru's-Sünən", ll, 125)
Müəllif deyir:
"ət-Tə'liqu'l-Həsən" adlı əsərdə, bu açıqlama yer almaqdadır:
"Hədisi, Taberani rəvayət etmişdir." ifadəsini izah edəcək olsaq, belə deyərik:
Hədis,
"əl-Hüseyn b. İshaq ət-Tüstəri'nin, Əli b. Bişr b. İsmayıl ---> Abdu'r-Rahmən b. Əla əl-Ləclac ---> atası
isnadı ilə nəqlinə görə..."
şəklində rəvayət edilmişdir. Hafiz Heysəmi, "Məcmau'z-Zəvaid"də, belə deyir:
"Bu hədisin raviləri, siqadır/güvəniləndir." (haşiyə)
----------------
(Haşiyə:
Biz də, bunu əlavə edək:
Bu hədisin, Abdullah b. Ömər (radiyallahu anh)'dan nəql edilən belə bir şahidi vardır:
Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurarkən eşitdim:
"Hər hansı biriniz vəfat etdiyində, onu tələsik qəbrə aparın. Baş tərəfində, Bəqərə surəsinin baş tərəfini; ayaqları tərəfində isə, son qismini oxuyun."
Xəbəri, Beyhaqi, "Şuabu'l-İman"ında rəvayət etmiş və:
"Səhih olan, bu hədisin, ibn Ömər'in sözü (yəni, məvquf) olduğudur." demişdir. (Beyhaqi, "Şuabu'l-İman", ll, 215)
Nəvəvi'nin "əl-Əzkar"ında (s. 74), bu açıqlama yer almaqdadır:
Beyhaqi'nin "Sünən"ində, həsən bir isnadla ibn Ömər'in, dəfindən sonra qəbrin başında Bəqərə surəsinin baş tərəfilə son qismini oxumağı müstəhəb gördüyünü nəql etdik. Xəbər, məvquf olub mərfu hökmündədir. Çünki belə şeylər, ağılla bilinəcək məsələlər deyildir.)
--------------------------
Müəllif, deyir:
Bu xəbər, məzarın başında nə oxunacağına, açıq bir dəlildir.
2318. Əbu Hureyrə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir qəbrə gəldi və:
"əs-Sələmu aleykum yə dara qavmin mu'minin və innə inşəallahu bikum ləhiqun = Ey möminlər yurdu! Allahın salamı sizin üzərinizə olsun. İnşallah, biz də bir gün sizə qovuşacağıq." buyurdu.
Hədisi, Əhməd b. Hənbəl (ll, 300, 375), Muslim ("Təharət"/39), Nəsai ("Təharət"/110) rəvayət etmişlərdir.
2319. Osman (radiyallahu anh)'dan belə nəql edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), ölünü torpağa verməyi bitirdikdən sonra, baş tərəfində dayanıb: "Qardaşınız üçün, istiğfar edin (bağışlanma diləyin); onun üçün, sabit-qədəmlik istəyin. Çünki o, bu anda, sorğu-suala çəkilməkdədir." buyurmuşdur.
Bu hədisi, əbu Davud; və həsən bir isnadla Beynaqi rəvayət etmişlərdir. (əbu Davud, "Cənaiz"/69; Beyhaqi, "Sünən", lV, 35)
"əl-Əzkar"da (s. 74), belə qeyd edilmişdir.
"Büluğu'l-Məram"da (l, 110): "Hədisi, əbu Davud rəvayət etmiş; Hakim isə, səhih olduğunu bildirmişdir." ifadəsi yer almaqdadır.
Bu hədis də, qəbrin başında nə ediləcəyinə açıq bir dəlildir.
(Təhanəvi, "İlaus-Sünən")
