Qəza namazları fiqhi

• Fərz olduqdan sonra, vaxtı keçən hər namazı qəza etmək, fərzdir. Namazın vaxtının keçməsi, istər səhvən, istər qəsdən və istər yuxu səbəbilə olsun, eynidir.

• Məcnun (dəli) olan bir kimsənin, cünun (dəlilik) halında ikən, məcnun olmadan əvvəl qılmadığı namazları qəza etməsi, üzərinə borc deyildir. Bu kimsə, təcənnün (dəlilik) halında qəza etdiyi namazları da, ağıllandığında qəza etməz.

Mürtədin də, dinsizlik zamanında zay etdiyi namazları qəza etməsi, lazım deyildir.

Daru'l-harb'da müsəlman olduğu halda, cəhaləti (namazın fərziyyətini bilməməsi) səbəbilə namaz qılmayan kimsənin də, üzərinə, bunları qəza etməsi lazım deyildir.

Özündən gedən kimsənin də, özündən getdiyi halında qıla bilmədiyi namazları qəza etməsi, lazım gəlməz.

İma'dan belə aciz olan xəstənin, o halda qılmadığı namazları qəza etməsi, lazım gəlməz. Lakin bu şəkildəki acizliyinin müddəti, 1 gün 1 gecədən çox olması lazımdır.

Qəzaya qalan namaz, zay olduğu sifət üzərə qəza edilər. Zərurət və üzr halı, istisnadır.

Bir kimsə, səfər halında qəzaya buraxdığı namazını, həzər halında qəza edərkən, 4 rükətli fərzləri, 2 rükət olaraq qəza edər.

Muqim ikən qəzaya buraxdığı namazları, səfər halında qəza etmək istəyən kimsə də, rükətləri, tam olaraq qəza edər.

• Fərz namazlarının qəzası, fərz; vacib namazların qəzası, vacib; sünnət namazların qəzası isə, sünnətdir.

• Qəza üçün, müəyyən bir zaman yoxdur. Ömrün (hər hansı bir) vaxtında qəza qılına bilər. Ancaq, bu 3 vaxt, istisnadır:

1. Günəşin doğması vaxtında;

2. Zaval vaxtında (zöhrün girməyinə 45-50 dəqiqə qaldığı vaxtından, zöhrün girdiyi vaxta qədər);

3. Günəşin batması vaxtında (məğrib namazının girməsinə 45-50 dəqiqə qaldığı vaxtdan, məğrib namazının girdiyi vaxta qədər)

Qəza namazlarının bu 3 vaxtda qılınması, caiz olmaz. "Bahru'r-Raiq"də də belədir.

• Bir kimsə bir namaz qılsa, ardınca da irtidad etsə (dindən çıxsa), sonra da hələ o namazın vaxtı çıxmadan İslama dönsə, bu kimsə, o namazı, təkrar qılar. "Kafi"də də belədir.

• (Büluğ çağına girməyən) bir oğlan uşağı, işa namazını qıldıqdan sonra yatsa və ihtilam olsa və bu uşaq, dan yeri ağarmadan oyansa, işa namazını yenidən qılar. Qız uşağı isə, belə deyildir.

Qız uşağı, dan yerinin ağarmasından əvvəl, heyzlə büluğ çağına girsə, bu qıza, işa namazının qəzası lazım gəlməz. Çünki heyz, vaciblərin (fərzlərin) üzərinə gəlsə, onları düşürər. Bunlara muqarin (yaxın, bitişik) olduğu zamanda da mane olması, daha uyğun olar.

"Əgər qız, yaş etibarı ilə baliğə olarsa, işa namazını qılması, lazımdır. Bu qız, əgər fəcrin doğmasına qədər oyanmamış olarsa, işa namazını qəza edər." deyilmişdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Keçmiş namazlar, camaatla qəza edildikləri vaxt, əgər bu namaz, aşkar olaraq oxunan bir namazdırsa, imam, açıqdan oxuyar.

Bir kimsə, qəza namazını tək başına qılacaqsa, -açıqdan oxunacaq namazda- gizli və ya aşkar oxumaqda, sərbəstdir. Lakin, açıqdan oxumaq, daha əfdaldır. Vaxtında qılındığı zamanda olduğu kimi...

Gizli oxunaraq qılınan namazların qəzaları da, gizli oxunaraq qılınır. Tək başına qılınsın, imamla qılınsın, eynidir. "Zahiriyyə"də də belədir.

• Vaxt namazları ilə keçmiş namazlar arasında və namazların bir-biriləri arasında, tərtib (=sıraya riayət etmək), haqdır.

• Qəzanı qılmadan, ədanı qılmaq, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Fərzlər ilə vitr arasında da, belə tərtib vardır. "Viqayə Şərhi"ndə də belədir.

• Bir kimsə, vitr namazını qılmadığını bildiyi halda, sabah namazını qılmış olsa, əbu Hənifə'yə görə, bu kimsənin namazı fasid olar.

Bir kimsə, nafilə bir namaz qılarkən, qəzasını xatırlasa, nafiləsi pozulmaz. Çünki tərtib -qiyasın xilafına- fərzdə vacibdir. Başqa namazlar, -bu qaydaya- daxil deyil. Səraxsi'nin "Muhit"ində də belədir.

"Fətəva İtabiyyə"də: "Bir oğlan uşağı, büluğ yaşına girdiyində, namazlarını vaxtında qılarsa, tərtib sahibi sayılar." Qızlar da, belədir.

• Lakin namaz əməllərinin bəzilərində, bizə görə, tərtib, fərz deyildir. "Muhit"də də belədir.

• Bir kimsə, namazın başında imama çatsa, lakin imamın arxasında yatsa və ya dəstəmazı pozulsa, sonra da oyansa və ya dəstəmaz alsa, bu kimsə, ilk əvvəl, imamın daha əvvəl qıldığını qılar və sonra da imama tabe olub onun qılmaqda olduğunu qılar.

Bu kimsə, əgər bu halda, ilk əvvəl imama tabe olub onun qılmaqda olduğunu qılar, sonra da imama tabe olmadığı qismi, -imamın salam verməsindən sonra- qəza edərsə, belə etməsi, 3 imamımıza görə də, caizdir.

Bizə görə, cümədə də belədir:

Bir kimsə, izdihamdan dolayı 1-ci rükəti imamla birlikdə qıla bilməsə, yəni, başda iqtida edib -izdihamdan dolayı- ayaqda qalsa, 2-ci rükəti qılma imkanı tapsa, ilk əvvəl, 2-ci rükəti; imamın salamından sonra da 1-ci rükəti qılarsa, bu, caiz olar. "Tahavi Şərhi"ndə də belədir.

• Tərtib, unutmaq və unutma mənasında olan şeylərlə düşər. "Mudmarat"da da belədir.

Bir kimsə, dəstəmazlı olduğunu zənn edərək, zöhr namazını, sonra dəstəmaz alıb əsr namazını qılsa; sonra da zöhr namazını dəstəmazsız olaraq qıldığı bilinsə, bu kimsə, sadəcə zöhr namazını qəza edər. Çünki o kimsə, zöhr namazını unutmuş olan kimsə yerindədir.

Bu məsələ, yuxarıdakı məsələnin xilafınadır:

Bir kimsə, dəstəmazlı olduğu zənni ilə, ərəfə günü, Ərəfatda zöhr namazını qılmış olsa, sonra da dəstəmazla əsr namazını qılsa, (zöhrü dəstəmazsız qıldığı) meydana çıxsa, bu kimsə, ikisini də (zöhrü də, əsri də) yenidən qılar. Çünki Ərəfatda, əsr namazı, cəm'dir və zöhr namazına tabedir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir kimsə, sübh namazını qılmadığını xatırladığı halda, zöhr namazını qılmış olsa, zöhr namazı, fasid olar. Sonra sabah namazının qəzasını qılsa, zöhr namazını xatırladığı halda, əsr namazını qılsa, əsr namazı, caiz olar. Çünki bu kimsə, əsr namazını əda edərkən, zöhr namazının zay olmadığını zənn etməkdədir. Və o kimsənin bu zənni, mötəbərdir. "Təbyin"də də belədir.

• Bir kimsə, zöhr namazını qılarkən, sübh namazını qılıb-qılmadığı xüsusunda şübhəyə düşsə və namaz bitdikdən sonra qılmadığını qəti olaraq bilsə, bu halda, ilk əvvəl, sübhü qəza; sonra da zöhrü əda edər. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir kimsə, namaz qılmaqda ikən -qəzaya qalmış- bir çox namazını xatırlasa, fəqih əbu Cəfər'dən nəqlən, məzhəb imamlarımız: "Həqiqətən, o kimsənin namazı fasid olar." demişlərdir. Lakin xatırladığı vaxt, bu kimsənin (bu) namazı pozulmaz. Bu kimsə, o namazı, 2 rükətə tamamlayar və bu namaz, nafilə sayılar. Bu halda da, keçmiş namazların köhnə və ya yeni olmaları, eynidir. "Muhit"də də belədir.

• Bir kimsə, cüməni qılarkən, sübh namazını qılmadığını xatırlamış olduğunda, cüməni saxlayıb sübhlə məşğul olarsa, cümə, zay olar. Sübh namazı isə, zay olmaz.

İmam əbu Hənifə ilə imam əbu Yusuf'a görə, bu kimsə, cümə namazını saxlayar; sübh namazını qılar; sonra da zöhr namazını qılar.

İmam Muhamməd'ə görə isə, bu kimsə, cüməni tamamlayar.

Əgər bu kimsə, həm sübhü qılıb həm də cüməyə çata biləcəksə, -icma ilə- sübhlə məşğul olar.

Bu kimsə, cüməni saxlayıb sübhlə məşğul olunca, vaxt fəvt olacaqsa (vaxtı əldən verəcəksə), cüməni tamamlayar və sonra da sübhü qılar. "Siracu'l-Vəhhac"da da belədir.

• Vaxtın dar olması ilə də, tərtib düşər. Bu halda, bir kimsə, keçmiş namazı təqdim etsə (yəni, əvvələ alsa), caiz olar; lakin bu, günahdır. "Nəhru'l-Faiq"də də belədir.

• Vaxtın dar olması: "Qəzanı qıldıqdan sonra, ədaya vaxtın qalmaması" deməkdir.

Bir kimsənin üzərində, işanın qəzası olsa, onunla məşğul olana qədər günəş doğacaq hala gəlsə, lakin təşəhhüd miqdarı oturacaq qədər vaxt qalmasa, bu halda, sübh namazını qılar və günəşin yüksəlməsindən sonra da, işanı qəza edər. "Təbyin"də də belədir.

• Vaxt namazı, əfdal yönü ilə əda edilə bilməsə belə, tərtibə riayət edilər. Məsələn:

Vaxt, çox daralsa, vaxt namazını xəfiflətmədən, oxumasını qısaltmadan, digər fellərini nöqsanlaşdırmadan qılmağa imkan qalmamış olsa, bu halda da, tərtib lazımdır və bu kimsə, ixtisarla namazı caiz olacaq qədər namazı qısaldar. "Timurtaşi"də də belədir.

• Vaxtın darlığı xüsusunda, namaza başlamaq zamanına etibar olunur.

Hətta bir kimsə, qəza namazını xatırladığı halda, vaxt namazına başlamış olsa və qiraəti vaxt daralana qədər uzatsa, bu kimsənin namazı, caiz olmaz. Bu kimsə, bu vaxt namazını saxlayar və qəzaya qalmış olan namazını qılmağa başlayar.

Əgər bu kimsə, qəza namazını unudaraq, vaxt namazını qılmağa başlamış olsa, məsələ, öz halı üzərədir. Bu kimsə, qəza namazını, vaxt daraldıqdan sonra xatırlasa, namazı, caiz olar; namazı saxlaması da, lazım gəlməz. "Təbyin"də də belədir.

• Dar vaxt xüsusunda, işin əslinə, həqiqətə etibar edilir; zənnə etibar olunmaz. Hətta bir kimsə, vaxtın dar olduğunu zənn edərək -işa namazını qılmadığını xatırladığı halda- sübh namazını qılsa, vaxtın geniş olduğu da ortaya çıxsa, bu kimsənin qıldığı sübh namazı, fasid olar. Bu sübh namazı, batil olub pozulunca, baxılar:

~ Əgər vaxt genişdirsə, hər 2 namaz da qılınar;

~ Yox əgər vaxt dardırsa, yalnız sübh namazı yenidən qılınar. Bunu, ikinci dəfədə də edər.

İşa ilə məşğul olsa, sübhü də yenidən qıla bilmədən günəş doğsa, caizdir; sübh namazı da, səhihdir. "Təbyin"də də belədir.

• Yenə bir kimsə, qılmamış olduğu sübh namazını, zöhr vaxtının sonunda xatırladığı vaxt, zənninə görə, hər iki namazı qılmağa imkan olmasa, zöhr namazını qılmağa başlasa və qılsa; geridə də vaxt olsa, baxar:

~ Əgər zöhr vaxtından geriyə qalmış olan zamanda, ilk əvvəl, sübhü və sonra da zöhrü qılmaq imkanı varsa, ilk əvvəl, qılmış olduğu zöhr namazı, caiz olmaz. Bu halda, bu kimsənin, ilk əvvəl, sübh namazını qılması, sonra da, zöhr namazını yenidən qılması lazım gəlir.

Yenə, zöhr vaxtından geriyə qalan zamanda, sübhü qılıb zöhrdən də bir rükət qılacaq qədər vaxt dardırsa, yenə, yuxarıdakı kimi etməsi lazımdır. "Tatarxaniyyə"də də belədir.

• Əgər qəza edilən namazlar, birdən çox və vaxt da bunlardan bir qismilə vaxt namazını qılacaq qədər genişdirsə, bir kimsənin, qəzaya qalmış namazlardan qıla bildiyini qılmadıqca, vaxt namazını qılması, caiz olmaz.

Hətta sübh vaxtında, işa ilə vitri qılmadığını xatırlayan bir kimsənin, 5 rükət qılacaq qədər bir vaxtı olsa, imam əbu Hənifə'nin qövlünə görə, bu kimsə, ilk əvvəl vitri qılar, sonra da sübh namazını qılar; kərahət vaxtı çıxdıqdan sonra da, işanı qəza edər.

Yenə bir kimsə, əsr vaxtında, sübhü və zöhrü qılmadığını xatırlayar, lakin 8 rükətdən çox qılmağa da vaxt qalmazsa, bu halda, o kimsə, ilk əvvəl, zöhrü və sonra da əsri qılar.

Əgər 6 rükət qılacaq qədər vaxt olarsa, bu halda, bu kimsə, ilk əvvəl, sübhü; sonra da əsri qılar. "Fətəva Qadıxan"da da belədir.

• əbu Hənifə və əbu Yusuf'a görə, əsrin son vaxtına etibar olunur. "Təbyin"də də belədir.

• Şəmsu'l-Əimmə (imamların günəşi olan) Səraxsi: "Günəş batmadan əvvəl, əgər zöhr və əsri qılmağa imkan vardırsa, -bu haldakı kimsə- tərtibə riayət edər. Əgər iki vaxt namazı qılmağa imkan yoxdursa, əsri əda edər."

Əgər günəşin təğayyur etməsindən əvvəl, zöhrü qılmaq, ardında da əsrin hamısını və ya bir qismini -günəşin batmasından əvvəl- qılmaq imkanı varsa, bu halda, tərtibə riayət etmək lazımdır.

Ancaq Həsən b. Ziyad'ın qövlünə görə, günəşin batmasından sonra, əsr vaxtı yoxdur. "Nihayə"də də belədir.

• Bu halda, zöhr namazını qılacaq qədər müstəhəb vaxt qalmamışdırsa, icma ilə, tərtib qalxar. "Təbyin"də də belədir.

• Bir kimsə, üzərində zöhr namazının qəzasının olduğunu bilməyərək, əsr namazını qılmağa vaxtın əvvəlində başlamış olsa və bu namazı, kərahət vaxtı girənə qədər uzatdıqdan sonra zöhr namazını qılmadığını xatırlasa, bu kimsə, qılmaqda olduğu namaza davam edər. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bir kimsənin üzərindən, vaxtın darlığı səbəbilə tərtib düşmüş olduqdan sonra vaxt çıxsa, səhih olan qövlə görə, bu kimsə, qılmaqda olduğu namazı, yenidən qılmaz. Vaxt, namaz ortasında çıxmış olsa belə, hal, belədir. Bu kimsənin qıldığı vaxt namazı, pozulmaz. Səhih olan qövlə görə, -belə haldakı kimsə- qəzanı qılmaz, vaxt namazını əda edər. "Zahidi"də də belədir.

• Yaddan çıxarmaq halı davam etdiyi müddətcə, tərtibin hökmü, zahir olmaz. Xatırlandığında isə, tərtib lazımdır. "Tatarxaniyyə"də də belədir.

• Keçmiş namazların çox olması, tərtibi salır. Səhih olan görüş, budur. Səraxsi'nin "Muhit"ində də belədir.

• Qəzaya qalmış namazların çoxluğunun hüdudu: -(qəzaya qalmış) Altıncı namazın da vaxtının çıxmış olması şərtilə- 6 vaxtdır. İmam Muhamməd: "Altıncı vaxtın girməsinə etibar olunur." demişdir. Lakin səhih olan, əvvəlki qövldür. "Hidayə"də də belədir.

• Bu xüsusda, bunlar, sonradan qılınmış olsa belə, keçən vaxtların, 6 vaxt olmasına etibar olunur.

"Ayrı-ayrı da olsa, qəzaya qalmış olan namazların, 6 vaxt olmasına etibar olunur." deyilmişdir.

Bu ixtilafın faydası: Baxılar, əgər bir kimsə, bir gün zöhr, bir gün əsr və bir gün də məğrib namazı olmaq üzərə 3 vaxt qılmadığı zaman, bunların hansının əvvəl qəzaya qaldığını da bilə bilməsə, birinci qövlə görə, bu kimsədən, tərtib düşər. Çünki keçən bu namazların araları, çoxdur.

İkinci qövlə görə isə, bu kimsədən, tərtib düşməz. Çünki keçmiş namazlarda etibar olunan, 6 vaxta çatmalarıdır. Beləcə, zöhr, əsr, zöhr, məğrib, zöhr, əsr, zöhr olmaq üzərə 7 vaxt namaz qılsa, yerində olar.

Birinci qövl, əsahh (ən doğru)'dur. "Təbyin"də də belədir. O, genişlikdir. İkinci qövl haqqında, şeyxu'l-imam əbu Bəkr Muhamməd b. Fadl: "Ən uyğun olanı, budur." demişdir. "Fətəva Qadıxan"da da belədir.

• Keçmiş olan namazların çox olması, tərtibi salar. Bir kimsə, 1 ay namazı tərk etmiş olsa, sonra bunları, 30 sübh, 30 zöhr şəklində davam edib bu 1 aylıq namazı qəza etməsi, səhih olar. Səraxsi'nin "Muhit"ində də belədir.

• Keçmiş namazlarının çoxluğundan dolayı tərtib sahibi olmaqdan çıxmış olan bir kimsə, sonradan bu keçmiş namazladından bir qismini qəza etmiş və keçmiş namazları 6 vaxtdan az qalmış olsa, əsahh olan qövlə görə, bu halda, bu kimsə, yenidən tərtib sahibi olmaz. "Xülasə"də də belədir. Şeyxu'l-imam əbu Hafs əl-Kəbir də: "Fətva, buna görədir." demişdir.

Hətta bir kimsə, 1 aylıq namazını tərk etmiş olsa, bunları qəza etsə və bunlardan yalnız 1 (qəza) namazı qalmış olsa və sonra da bunu xatırladığı halda, vaxt namazını qılmış olsa, bu vaxt namazı, caiz olar. "Muhit"də də belədir.

Qəzaya qalmış olan namazlar, 2 növdür:

1. Yeni qəzaya qalmış olan namazlar;

2. Əvvəldən qəzaya qalmış olan namazlar.

• Yeni qəzaya qalmış olan namazlar, ittifaqla, tərtibi salarlar.

Əvvəldən qəzaya qalmış olan namazların tərtibi salıb-salmadığı xüsusunda isə, alimlərimiz, ixtilaf etmişlərdir.

Bir kimsə, 1 ay, namazını tərk etdikdən sonra, bir müddət namaz qılmış və o 1 aylıq namazı qəza etməmiş olsa; bu vaxt da, 1 vaxt namazı tərk etmiş olsa, o yeni namazı xatırladığı halda vaxt namazını qılmış olsa, bəzilərinə görə, caiz olmaz; "caiz olar" da deyilmişdir. Fətva da, buna görədir. "Kafi"də də belədir.

• Xatırladığı və qılmağa da gücü çatdığı halda, bir kimsənin qəza etdiyi namazı, -qılması mümkün olan- vaxtdan sonraya buraxması, məkruhdur. Əsl olan qövl də, budur. Çünki xatırlama vaxtı, dərhal qəza qılmağın vaxtıdır. Namazı vaxtından geri buraxmaq isə, xilafsız məkruhdur. "Muhit"də də belədir.

"Asl"da: Bir kimsə, zöhr namazını qılmadığını bilərək, əsr namazını qılsa, qıldığı bu əsr namazı, fasiddir. Lakin vaxtın sonudursa, bu namaz, fasid olmaz.

Fərz bir namaz fasid olunca, imam əbu Hənifə və imam əbu Yusufa görə, namazın əsli, batil olmaz. İmam Muhammədə görə isə, bu namaz, batil olar. Məsələ, məruf (bilinən)'dir.

Sonra əbu Hənifə'yə görə, əsrin fərziyyəti, məvquf fəsad ilə fasid olar. Hətta 6 və ya daha çox namaz qılsa da, zöhr namazını yenidən qılmasa, əsr namazı, caiz olaraq geri qayıdar. Yenidən qılınması, lazım gəlməz. İmameyn (əbu Yusuf və Muhamməd)'ə görə isə, bu namaz, batil fəsad ilə fasid olar. Bu halda, ona cəvaz yoxdur.

Bu xüsusda əsl olan: əbu Hənifə'yə görə, keçmiş namaz ilə vaxt namazı arasındakı tərtibə riayət etmək, keçmiş namazın çoxluğu səbəbilə düşdüyü kimi; ədanın çoxluğu ilə də düşər. "Muhit"də də belədir.

• Bir kimsə, bir vaxt namazını unutsa, onun hansı namaz olduğunu da bilə bilməsə; taharri (araşdırmaq) yolu ilə də bunu bilə bilməsə, bizə görə, o kimsə, 1 gün və 1 gecəki namazı yenidən qılar. "Zahiriyyə"də də belədir. Fəqih də: "Biz, bunu götürüb qəbul edirik." demişdir. "əl-Yənabi"dən nəqlən, "Tatarxaniyyə"də də belədir.

• Yenə bir kimsə, 2 ayrı gündə, 2 namazı yaddan çıxarmış olsa və bunların hansı namaz olduqlarını da bilə bilməsə; bu kimsə, 2 günlük namazını yenidən qılar. Qiyas, bunun üzərinədir. Yenə, bir kimsə, 3 ayrı gündə, 3 namazı və ya 5 ayrı gündə, 5 namazı unutsa və bunların hansı namaz olduğunu bilə bilməsə, bu şəxs, 3 günlük və ya 5 günlük namazı, yenidən qılar.

• Bir kimsə, 2 gündə, bir gün - zöhrü; bir gün də - əsri tərk etmiş olsa və hansının əvvəl, hansının sonra tərk etmiş olduğunu bilə bilməsə, araşdırması nəticəsində də bir rəyi olmasa, imam əbu Hənifə'yə görə, ehtiyat yolu ilə tərtibə riayət edilməsi üçün, ilk əvvəl, birini; sonra da, digərini; fərqli olaraq, 2 dəfə qılar. İbadətlərdə ehtiyat, vacibdir.

Digərləri isə: "Biz, bu kimsəyə, belə etməsini əmr etmərik, yalnız, taharri etməsini (araşdırmasını) əmr edərik. Çünki acizliyindən dolayı, o kimsədən tərtib düşər. Dolayısı ilə, o kimsənin -bu namazları- 2 dəfə qılması lazım gəlməz." demişlərdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• əbu Hənifə'nin qövlü üzərə -bir kimsə, ilk əvvəl, zöhrə başlayar; sonra, əsri; və sonra -yenə- zöhrü qılarsa, bu, əfdal olar. Əgər ilk əvvəl əsrdən başlayıb, sonra zöhrü və sonra -yenə- əsri qılarsa, -yuxarıdakı kimi- bu da, caiz olar.

• Əsr namazını qılan bir kimsə, səcdənin birini tərk etdiyini xatırlayar, lakin bu səcdənin, əsr namazınınmı, əvvəlki zöhr namazınınmı olduğunu qəti olaraq bilə bilməsə, əsri qılıb tamamlayar. Əsrin səcdəsi olma ethimalından dolayı, bir səcdə edər. Sonra da, ehtiyat gərəyi, zöhr namazını yenidən qılar. Əgər yenidən qılmazsa, bu kimsəyə bir şey lazım gəlməz. "Muhit"də də belədir.

Bu mövzu ilə bağlı müxtəlif məsələlər:

"Yetimə"də: "Bir kimsə, əsri qılmağa başlasa, onu qılarkən də günəş batsa, sonra da biri gəlib bu adama namazda iqtida etsə (tabe olsa), bu halda, onun iqtidası, səhihdirmi?' deyə atamdan soruşuldu. Atam da: 'Bəli, səhihdir. Əgər imam, muqim olmaz (yəni, imam, səfəri olar) və muqtədi (namazda tabe olan) da, səfəri olarsa.' dedi." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Şafii məzhəbində olan bir kimsə, Hənəfi məzhəbinə keçsə, Şafii ikən qəza etdiyi namazları, Hənəfi olduğu vaxt qəza etmək istəsə, bunları, Hənəfi məzhəbinə görə qəza edər. "Xülasə"də də belədir.

• Bir adam, təyəmmümün, biləyə qədər ediləcəyini; vitrin də, 1 rükət olaraq qılınacağını bilsə (və bir müddət də elə etsə); sonra da təyəmmümün, dirsəyə qədər ediləcəyini; vitrin də, 3 rükət olaraq qılınacağını öyrənsə, bu şəkildə, əvvəl qılmış olduğu namazları, yenidən qılmaz.

Lakin bu kimsə, bunu, məlumatsızlığından və heç bir kimsədən soruşub öyrənmədən edər, sonra da soruşduğunda, özünə vitrin 3 rükət qılınması əmr edilərsə, bu halda, əvvəl qılmış olduğu vitrləri, qəza edər. "Zəhirə"də də belədir.

"Sayrafiyyə"də: -"Tərtib sahibi"- bir qadın, bir vaxtı tərk etsə, arxasında da heyz olsa və təmizlənsə, qəza etmiş olduğu o namazı xatırladığı halda namaz qılsa, bu, caiz olmaz." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Hərbi olan bir kimsə (daru'l-harb vətəndaşı), küffar (kafirlərin) diyarında müsəlman olsa, oruc, namaz nədir bilməsə, sonra da İslam diyarına gəlsə və ya ölmüş olsa, üzərinə, orucun da, namazın da qəzası lazım gəlməz. Qiyasən də, istihsanən də belədir. "Fətəva Qadıxan"da da belədir.

• Daru'l-harba gedən bir kimsəyə isə, -qılmadığı namazların qəzası- lazımdır.

• Həsən, imam əbu Hənifə'nin belə dediyini rəvayət edir:

"Bu kimsəyə, 2 kişi; və ya 1 kişi, 2 qadın, namazın fərz olduğunu xəbər verməmişdirsə, -bu kimsənin- daru'l-harbda qılmadığı namazların yenidən qılınması lazım gəlməz." Səraxsi'nin "Muhit"ində də belədir.

"İtabiyyə"də, əbu Nasr'dan belə rəvayət edilir: "Heç bir vaxt namazını qəza etməmiş olan bir kimsə, ehtiyatlı olmağı istəyərək, ömrünün bütün namazlarını qəza edərsə, əgər bunu, namazlarındakı nöqsanlıq və kərahətdən dolayı etmişdirsə, etdiyi iş, gözəl bir iş olar. Bu səbəblərdən dolayı etmirsə, bu şəkildə ömrünün bütün namazlarını qəza etməməlidir. Səhih olan isə, belə etməyin (yəni, ömrü boyunca qılmış olduğu bütün namazları, qəza etməyin) caiz olduğudur. Bu qəzaları, sübh və əsr namazından sonra qılmamalıdır. Əvvəlki insanlardan bir çoxu, (əvvəllər qılmış olduqları namazların) fəsada getmiş olması şübhəsilə qəza etmişlərdir." deyilmişdir. "Mudmarat"da da belədir.

• Belə edən bir kimsə, bütün rükətlərində, Fatihə və surə oxuyar. "Zahiriyyə"də də belədir.

"Fətəva"da: "-Bu şəkildə- qəza qılan kimsə, vitr namazını da qəza edər. Üzərində vitrin olmadığı xüsusunda qəti məlumatı olmadığı vaxt, bu kimsə, vitri, 3 rükət qılar; qunut tutar və təşəhhüd miqdarı oturduqdan sonra, qalxıb 1 rükət daha qılar. Bu halda, -qəzaya qalmış- vitri varsa, onu qılmış olar; yoxsa qıldığı namaz, nafilə olar. Və bu kimsənin, nafilə bir namazda qunut duası oxumuş olması, heç bir zərər verməz." deyilmişdir.

"Hüccət"də: "Qəzaya qalmış namazları qılmaq, nafilə namaz qılmaqdan çox daha əhəmiyyətli və çox daha uyğundur. Yalnız, məruf (bilinən) sünnətlər, bu hökmdən müstəsnadır. Duha, təsbih namazları kimi səhih xəbərlərlə gələn namazlar -ki, bunların içində, sayılmış surələr və zikrlər vardır- nafilə niyyətilə qılınar; başqaları isə, qəza niyyətilə qılınar." deyilmişdir. "Mudmarat"da da belədir.

"Multəqit"də: "Bir ata, oğluna, tuta bilmədiyi orucları və qıla bilmədiyi namazları, öz naminə qəza etməsi üçün əmr versə, bizə görə, bu, caiz olmaz." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Bir kimsə, öldüyü vaxt, üzərində namaz (borcu) olsa, malının 1/3-indən hər vaxt yarım sa' (haşiyə) buğda; vitr üçün də, yarım sa'; tuta bilmədiyi hər günün orucu üçün də, yarım sa' buğda verilməsini vəsiyyət etsə; əgər bu kimsə, mal da qoymamışdırsa, varisləri, borcla yarım sa' buğda taparlar və bunu, bir kasıba verərlər. Sonra, o kasıb, bu buğdanı, varislərdən birinə təsəddüq edər (sədəqə verər). Sonra, bu buğdanı, təkrar kasıba verərlər. Beləcə, bu alış və verişə, ölən kimsənin namazının -və orucunun- hamısı bitənə qədər davam edərlər. "Xülasə" də də belədir.

-------------------------------

(Haşiyə:

1 sa: şəri dirhəmə görə, təxminən 2.917 kq'dır. Örfi dirhəmə görə isə, 3. 333 kq'dır.)

-------------------------------

"Fətəva əl-Hüccə"də: "Bir kimsə, əgər vərəsəsinə vəsiyyət etməzsə, bu halda, bəzi varislərinin təbərruları (mükəlləf olmadıqları halda, qarşılıqsız vermələri), caiz olar. Bu varis, hər namaz üçün yarım sa (520 dirhəm) buğdanı, -niyyət edərək- verər. Bu kimsənin, bu buğdanın hamısını birdən, bir kasıba verməsi, caizdir. And kəffarəsi, oruc və zihar, bunun xilafınadır." (Yəni, bunların hamısı, bir dəfədə verilməz.) deyilmişdir.

"Vəlvəliciyyə"də: "Bir kimsə, 5 vaxt üçün, bir kasıba, 9 mənn (haşiyə), başqa bir kasıba da, 1 mən vermiş olsa, Fəqih'in ixtiyarına görə, bu, 4 vaxt üçün caiz olur; 5-ci vaxt üçün isə, caiz olmaz." deyilmişdir.

-------------------------------

(Haşiyə:

Mənn: Başqa bir ifadə ilə, "batman"dır. 1 batman isə, təxminən 8 kq'dır.)

-------------------------------

"Yetimə"də: "Əli (radiyallahu anh)'ın oğlu Həsən (radiyallahu anh)'dan: 'Bir kimsə, ölüm xəstəliyində ikən, namazı üçün fidyə vardırmı?' deyə soruşuldu. O: "Xeyr, yoxdur." deyə cavab verdi." deiyilmişdir.

• Xumeyr əl-Vəbəri və əbu Yusuf b. Muhamməd'dən:

"Bir yaşlı adama, -həyatda olduğu müddətcə- orucda olduğu kimi, namaz üçün də fidyə verməsi, caizdirmi?' deyə soruşuldu. Onlar da: 'Xeyr. Namaz üçün, fidyə yoxdur.' dedilər." "Tatrxaniyyə"də də belədir.

• Səmərqənd əhlinin fətvalarında: "Bir kimsə, 5 vaxt namaz qılar, birinin ilk 2 rükətində oxumaz, onunda hansı rükət olduğunu bilə bilməsə, bu kimsə, ehtiyatən, sübh və məğrib namazlarını yenidən qılar. Bu kimsə, əgər tək 1 rükətdə oxumadığını xatırlayar, ancaq hansında oxumadığını bilməsə, sübhlə vitri yenidən qılar." deyilmişdir.

Bu kimsə, əgər 2 rükətdə oxumadığını xatırlasa, sübhü, məğribi və vitri yenidən qılar.

Bu kimsə, əgər 4 rükətdə oxumadığını xatırlayarsa, zöhrü, əsri və işanı yenidən qılar; vitri, sübhü və məğribi isə, qılmaz. "Muhit"də də belədir.

• Namazı qəsdən tərk edən kimsə, öldürülməz. "Kafi"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

----------------------------------------------------

Qəza namazı qılmağın dəlilləri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/q%C9%99za-namazi-qilmagin-d%...

Sünnət namazların yerinə qəza namazları qılına bilərmi? 

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99-yerin%C9%99-q%C9%...

 

 

Read 11 times
In order to make a comment, please login or register