Sələf kimdir?
Buxari, "Səhih"də, 62-ci Kitab: "Peyğəmbərin səhabələrinin fəzilətləri" kitabında, 1-ci Bab'ın başlığında deyir:
"Müsəlmanlardan Peyğəmbərin söhbətində iştirak edən, ya da Onu görən kimsə, Onun səhabələrindəndir."
3649 - əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İnsanlar üzərinə elə bir zaman gələcək ki, insanlardan bir topluluq, hərbi yürüyüşə (səfərə) çıxacaqlar və (onlardan):
'Aranızda Allah rəsulu ilə söhbət etmiş kimsə vardırmı?'
deyə soruşulacaq.
Onlar, bu sualı soruşanlara, 'Bəli!' deyəcəklər və onlara fəth nəsib olacaq.
Bundan sonra, insanlar üzərindən bir zaman keçəcək, insanlardan bir qrup hərbi səfərə çıxacaq.
'Aranızda Allah rəsulunun səhabələrilə dostluq etmiş olanlar vardırmı?'
deyə soruşulacaq.
(Onlar): 'Bəli!' deyəcəklər və onlara fəth nəsib olacaq.
Sonra yenə insanlar üzərindən bir zaman keçəcək, insanlardan bir qisim, hərbi yürüyüşə (səfərə) çıxacaq.
'Aranızda Allah rəsulunun səhabələrilə dostluq etmiş olanlarla dostluq etmiş olan kimsələr vardırmı?'
deyə soruşulacaq.
(Onlar): 'Bəli!' deyəcəklər və onlara fəth nəsib olacaq."
-----------------------------------------------
3650 - İmran b. Husayn (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İnsanların ən xeyirliləri, Mənim zamanımda yaşayanlardır. Sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir."
İmran deyir:
"Öz zamanındakılardan sonra 2 dəfəmi, yoxsa 3 dəfəmi zikr etdiyini bilmirəm."
"Daha sonra da, sizin ardınızdan:
~ şahidlik etmələri istənilməyən halda şahidlik edəcək;
~ əmanətə xəyanət edəcək;
~ özlərinə güvənilməyəcək;
~ nəzr edib nəzirlərini yerinə yetirməyəcək
kimsələr gələcəkdir. Aralarında, köklük də baş göstərəcəkdir."
------------------------------------------
3651 - Abdullah (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"İnsanların ən xeyirliləri, Mənim zamanımda yaşayanlardır. Sonra onlardan sonra gələnlər, sonra onlardan sonra gələnlərdir. Bundan sonra:
~ andından əvvəl şahidlik edəcək;
~ şahidliyindən əvvəl and içəcək
kimsələr gələcəkdir."
İbrahim (ən-Nəxai) deyir:
"Bizlər hələ uşaq ikən, şahidlik və verilən sözlər səbəbilə döyülürdük."
--------------------------------------------
İzahı:
"Peyğəmbərin səhabələrinin fəzilətləri"
Yəni, ilk əvvəl ümumi, sonra da ətraflı olaraq (onların) fəzilətləri ələ alınacaqdır. Ümumi olaraq onların fəzilətlərinə dair hədislər, onların hamısını əhatə edir. Lakin Buxari, bu xüsusda, öz şərtinə uyğun bəzi rəvayətləri qeyd etməklə kifayətlənmişdir. Şəxslər haqqında qeyd etdiyi ətraflı rəvayətlərdən də, öz şərtlərinə uyğun olan rəvayətləri almışdır.
"Müsəlman olaraq Onun söhbətində iştirak edən, ya da Onu görən kimsə, Onun əshabındandır."
Yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrindən olma adı, Özü ilə söhbətində olan kimsələrin qazanmış olduğu bir addır. Lüğətdə bu ad, ən minimum müddət qədər Onun söhbətində yer alanlara verilir. Örfə görə, (bu səhabə sözü), bir müddət bərabərlik üçün istifadə edilsə də, bu, belədir. Eyni şəkildə, uzaqdan da olsa Onu görən kimsələr haqqında da, bu isim istifadə edilir. Buxari'nin bəhs mövzusu etdiyi bu tərif, Əhməd'in və mühəddislərin cumhurunun qəbul etdiyi bir görüşdür.
Buxari, "Müsəlman olaraq" qeydi ilə də, kafir olaraq Onun söhbətində yer alan, ya da (kafir olaraq) Onu görən kimsələri, muhtəvanın xaricinə çıxartmaqdadır.
Bu halda (yəni kafir olub), Peyğəmbərin vəfatından sonra Müsəlman olanlara gəlincə, əgər Buxari'nin, "Müsəlman olaraq" qeydi, halı ifadə edirsə, bu özəllikdə olan kimsələr də, bu dairənin xaricinə çıxmaqdadır. Qüvvətli olan görüş də, budur.
Ancaq bu tərifə qarşı, mömin olaraq Onun söhbətində iştirak edən, ya da Onu görən bir kimsənin, bundan sonra irtidad etməsi (dindən dönməsi) və bir daha da İslama qayıtmaması halı ilə etiraz edilmişdir. Çünki belə bir kimsənin səhabə olmayacağı, ittifaqla qəbul edilmişdir.
O halda, bu tərifə, "və bu hal üzərə ölən" qeydinin də əlavə edilməsi lazım gəlməkdədir.
-----------------------------------
3649 - "İnsanlar üzərinə elə bir zaman gələcək ki, insanlardan bir qrup, hərbi yürüyüşə (səfərə) çıxacaqlardır..."
Bu hədisdən, son dövrlərdə, özlərini Peyğəmbərin əshabından olduğunu iddia edən kimsələrin iddialarının batil olduğu başa düşülməkdədir. Çünki xeyirli olmaq, cihadın davamlılığını, kafirlərin yurdlarına əsgərlər göndərməyi də ehtiva etməkdədir. Onlar da: "Aranızda Onun əshabından olan kimsələr vardırmı?" deyə soruşunca, "Xeyr!" deyəcəklərdir. Tabiun (səhabələri görənlər) və ətbau't-tabiun (səhabələri görənləri görənlər) haqqında da eyni hal bəhs mövzusudur.
Bütün bunlar, keçmişdə gerçəkləşmiş hadisələrdir və bu dövrlərdə isə, kafirlərin diyarlarına əsgər göndərmək, kəsilmişdir. Hətta bu xüsusda, hal, əksinə dönmüşdür (yəni artıq kafirlər Müsəlman diyarlarına hücum edirlər). Uzun bir dövrdən bu yana bilinən və görülən, budur. Xüsusilə də, Əndəlus (İspaniya) ölkəsində də, hal, belədir.
Hədis əhli, səhabələrdən ən son vəfat edənləri təsbit etmişlərdir. Mütləq olaraq ən son vəfat edən səhabə, Leys oğullarından əbu't-Tufeyl Amil b. Vasilə'dir. Necə ki, Muslim bunu, Səhih'ində qəti bir ifadə ilə bildirmişdir. Onun vəfatı, hicri 100-cü ildədir. Vəfatının, hicri 107 və 110 olduğu da deyilmişdir. Bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından bir ay əvvəl buyurmuş olduğu:
"Yüz ilin başında, bu gün yer üzündə olanlardan heç kim qalmayacaqdır."
buyuruğuna da uyğun düşməkdədir.
-----------------------------------------------
3650 - "İnsanların ən xeyirliləri, Mənim zamanımdakılardır."
Hədis mətnindəki "Mənim qarn'ımdır" ifadəsi, "Mənim zamanımda olanlar, yaşayanlar (yəni müasirlərim, çağdaşlarım)'dır" deməkdir. Çünki,
~ "Qarn": "məqsəd olaraq güdülən xüsuslardan birində ortaq xüsusiyyətləri olan və bir-birinə yaxın zamanlarda yaşayan eyni zamanın insanları" deməkdir;
~ Bunun: "müasirlərini, çağdaşlarını müəyyən bir din, bir məzhəb, ya da bir iş ətrafında toplayan bir Nəbi, ya da bir başçı zamanında bir araya gəlmiş kimsələr üçün xüsusilə istifadə edilən bir ad" olduğu da söylənmişdir.
~ "Qarn": eyni zamanda, "zamanın müəyyən bir müddəti" haqqında da istifadə edilir. Lakin bu müddətin nə qədər olduğu xüsusunda, 10 ildən başlayıb 120 ilə qədər fərqli görüşlər ortaya atılmışdır.
Bu hədisdə, "Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qarn'ı (zamanında yaşayanlar, müasirləri, çağdaşları) ilə qəsd edilənlər isə, səhabələrdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xüsusiyyəti bəhs mövzusu edilərkən:
"Və Mən, Adəm oğullarının qarn'larının ən xeyirlisində peyğəmbər olaraq göndərildim."
buyruğu açıqlanarkən keçmiş olmaqdadır.
Hədis alimlərinin ittifaq etdiyinə görə, ətbau't-tabiun'dan sözü qəbul edilən arasında olub ən son vəfat edən şəxs, təxminən hicri 220-ci ilə qədər yaşamışdır. Bu dövrdə, bidətlər yayğınlaşmış, Mötəzilə'nin dili açılmış; filosoflar başlarını qaldırmış; elm əhli, Quranın məxluq olduğunu söyləsinlər deyə "mihnət"ə (haşiyə) tabe tutulmuş, (insanların) hallar(ın)da iləri ölçüdə dəyişikliklər baş vermişdir. Bu hal, indiyə qədər geriləyib durmaqdadır və nəhayət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dediyi şəkildə:
"Yalan, bundan sonra yayğınlıq qazanacaqdır."
sözü, olduğu kimi gerçəkləşmiş və o qədər açıq bir yayğınlıq qazanmışdır ki, sözləri, felləri, etiqadları əhatə edəcək dərəcəyə çatmışdır. Müvəffəqiyyət, Allahdandır.
----------------------------------------
(Haşiyə:
Mihnə nədir?
Lüğətdə "sorğu-suala çəkmək, çətin imtahana tabe tutmaq, əziyyət etmək" mənalarındakı "məhn" kökündən meydana gələn "mihnə" sözü: "sorğu-suala çəkib əziyyətə məruz buraxma" deməkdir. ("Lisanu'l-Arab", "mhn" maddəsi).
Abbasi xəlifələri dövründə, bəzi mühafizəkar alimlərin sorğu-suala çəkilməsi və bir qisminə əziyyət edilməsinə dair hadisələr, tarixdə "Mihnə" deyə anılmışdır.
Mihnə hadisəsi, Abbasi xəlifələrindən Mə'mun tərəfindən başladılmışdır. Mə'mun, hicri 218-ci ildə (miladi 833-cü ildə), Bağdad valisi İshaq b. İbrahimə yazdığı ilk məktubunda, qadıları və Abdur'r-Rahmən b. Yunus, Yəhya b. Main, Zuheyr b. Harb kimi öndə gələn hədis alimlərini, ilk dəfə Dəməşq'də Cə'd b. Dirhəm tərəfindən ortaya atılan Quranın məxluq olması (xəlqu'l-Quran) mövzusunda sorğu-suala çəkməsini, bəyan etdikləri görüşləri özünə bildirməsini, ayrıca Quranın məxluq olduğunu mənimsəməyənlərə rəsmi vəzifə verilməməsini və şahidliklərinin qəbul edilməməsini istəmişdir. Bunun üzərinə, vali, qadıları və hədis əhli zümrəsinə daxil olan bu alimləri sorğu-suala çəkmiş, qadı və alimlərin demək olar ki hamısı, xəlifənin istəyi doğrultusunda cavab verincə, sərbəst buraxılmışlardır.
Mə'mun, ikinci bir məktub yazaraq, başqa adların da daxil olduğu alimlər qrupunu sorğu-sual etməsini əmr etmişdir. Bunlar arasında:
~ Affan b. Muslim;
~ Əli b. əl-Mədini;
~ Ubeydullah b. Muhamməd;
~ Əhməd b. Hənbəl;
~ Muhamməd b. Sə'd;
~ Quteybə b. Səid;
~ Yezid b. Harun;
~ Zuheyr b. Harb;
~ İsmayıl b. Davud;
~ Qavariri;
~ Həsən b. Hammad əs-Səccədə əl-Bağdadi;
~ əbu Hassan əz-Zəyyadi;
~ Bişr b. Vəlid əl-Kindi;
~ ibn Uleyyə;
~ ibnu'l-Bəqqa;
~ Muhamməd b. Nuh;
~ Vəlid b. Şuca;
~ Asim b. Əli;
~ Zəyyal b. Heysəm
kimi dövrün məhşur alimləri yer alırdı.
Mihnə tətbiqatı, Xəlifə Vasiq Billah'ın ölümündən sonra zəifləməklə birlikdə, Mütəvəkkil dövründə bir neçə il davam etməsinin ardından, hicri 234-cü ildə (miladi 849-cu ildə), "xəlqu'l-Quran" mübahisələrinin qadağan edilməsilə sonlanmışdır.
"Quran, məxluqdurmu?" Linkə daxil olaraq oxuya bilərsiniz.
https://suallarlaislam.com/m%C9.../quran-m%C9%99xluqdurmu
---------------------------
"Sonra onlardan sonra gələnlər..."
Yəni, "onlardan sonra gələcək nəsillər" deməkdir, ki, bunlar da tabiun'dur.
---------------------------
"Sonra onlardan sonra gələnlər..."
Bunlar da, ətbau't-tabiun'dur.
Bu hədisə görə, səhabə, tabiun'dan; tabiun da, ətbau't-tabiun'dan daha fəzilətlidir.
Lakin bu fəzilət, ümumi cəhətdəndirmi, yoxsa tək-tək fərdlər haqqındadırmı? Bu da, araşdırılması lazım gələn mövzudur.
Cumhur, ikinci görüşə (yəni hər bir səhabənin, sonra gələn hər kəsdən böyük olduğu görüşünə) meyl etmişdir. Birincisi isə, ibn Abdi'l-Bərr'in görüşüdür.
Başa düşüldüyü qədərilə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə, ya da Onun zamanında,
~ Onun verdiyi əmr ilə döyüşən; yaxud
~ Onun üçün malından bir şeylər infaq etmiş (nəfəqə vermiş)
bir kimsəyə, kim olursa olsun, ondan sonra gələn heç kim, fəzilət etibarı ilə bərabər ola bilməz!
Bununla bərabər, bunların heç birini etməyən kimsələr üçün, (bu fəzilət məsələsi), araşdırılmalı bir mövzudur.
Bunun əsl dayanağı isə, uca Allahın:
"...Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər, başqaları ilə eyni deyillər. Onların dərəcəsi, mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür..." (Hədid/10) ayətidir.
İbn Abdi'l-Bərr, bu hədisi də dəlil göstərmişdir:
"Ümmətimin misalı, yağış kimidir. Onun əvvəlimi xeyirlidir; yoxsa sonrasımı xeyirlidir, bilinməz."
Bu, həsən bir hədis olub, fərqli rəvayət yolları vardır və bu yollar sayəsində, hədis, sihhət dərəcəsinə belə çata bilər.
Yenə ibn Abdi'l-Bərr, bunu da dəlil göstərmişdir:
"İlk qarn'ın (çağın, zamanın), digər zamanların ən xeyirlisi olmasının səbəbi, onların, o zamanda kafirlərin çoxluğu səbəbilə imanları cəhətindən qərib olmalarıdır. Bununla bərabər, kafirlərin əziyyətlərinə səbr etmiş və dinlərinə möhkəm sarılmışlardır.
Onlardan sonrakılar da, dini doğru tətbiq edib, günahların və fitnələrin ortaya çıxması halında, dinlərinə möhkəm sarılıb, itaət üzərə səbr edəcək olarlarsa, onlar da, o təqdirdə qərib sayılarlar. Digərlərinin (ilk nəsildəkilərin) əməlləri, artım göstərdiyi kimi; o dövrlərdə yaşayacaq olanların əməlləri də, artar və çoxalar. Buna, Muslim'in əbu Hureyrə'dən, Peyğəmbərimizə mərfu olaraq zikr etdiyi bu hədis şahidlik etməkdədir:
'İslam, qərib olaraq başladı və başladığı kimi qərib olaraq dönəcəkdir. Nə xoş qəriblərə!"
Ancaq ibn Abdi'l-Bərr'in izahlarına, belə cavab verilmişdir:
Onun bu sözləri, səhabələrdən sonra gələcəklər arasında, bəzi səhabələrdən daha fəzilətli kimsələrin gəlməsini də gərəkdirməkdədir. Qurtubi də, bunu açıqca ifadə etmişdir.
Lakin ibn Abdi'l-Bərr'in sözləri, bütün səhabələr haqqında mütləq olaraq istifadə edilmiş deyildir. O, bu sözlərində, Bədr və Hudeybiyyə'yə qatılanların müstəsna olduğunu da, açıqca ifadə etmişdir.
Bəli, cumhurun mənimsəmiş olduğu səhabə olma fəzilətinə bərabər, heç bir əməl yoxdur. Çünki səhabə olan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i görmüşdür.
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə gələcək zərərlərə qarşı Onu müdafiə etmək;
~ Erkən dövrlərdə Ona hicrət etmək; yaxud
~ Ona kömək etmək;
~ Ondan alınmış olan şəriəti öyrənmək və Ondan sonra gələnlərə də təbliğ etmək
imkanına sahib olanlara, daha sonra gələn heç bir şəxs bərabər ola bilməz. Çünki bəhsi keçən bu xislətlərin hər birisini yerinə yetirən bir kimsəyə, mütləq ondan sonra o xislətə sahib olan şəxsin əcri kimi əcr veriləcəkdir (yəni daha sonra gələn bir müsəlmanın, səhabə vasitəsilə öyrəndiyi bir şeydən, səhabəyə bir misli əcr vardır). Beləliklə, onların fəzilətli olduqları, açıqca ortaya çıxmış olmaqdadır.
Mübahisə mövzusu, az əvvəl açıqlandığı üzərə, sadəcə Onu görmək fəzilətinə sahib olan və başqa heç bir üstünlüyü olmayan kimsələr haqqındadır. Şübhəsiz, bəhsi keçən fərqli hədislərin arası birləşdirilə bilərsə...(haşiyə)
-------------------------------------
(Haşiyə:
"Fəthu'l-Bari"ni ixtisar edən əbu Suheyb, cümlənin sonunda qeyd edəcəyimiz kəliməni də zikr edərək, ixtisarını, bu xüsusla bağlı olaraq bitirməkdədir. Ancaq mövzunun daha yaxşı başa düşülə bilməsi üçün, Fəthu'l-Bari'dən bu cümlələrin əlavə edilməsinin də yerində olduğu qənaətindəyik:
"...onlardan (yəni daha sonra gələcək kimsələrdən) əməl edən bir kəsə, sizdən 50 nəfərin əcri veriləcəkdir..."
hədisinə aid olduğu görüləcəkdir.
Ancaq bu, səhabə xaricində qalanların, səhabələrdən daha fəzilətli olduğuna dəlil deyildir. Çünki mücərrəd olaraq əcrin çox olması, mütləq olaraq fəzilətin sabit olmasını gərəkdirməz. Eyni zamanda, heç şübhəsiz ki, əcrdəki fəzilət, onun misli olan, bənzəri olan əmələ nisbətlə bəhs mövzusudur (yəni sadəcə bir tək əməldə, sonra gələn müsəlmanlar, səhabəni, yalnız o əməldə üstələyə bilər. Buna belə bir misal verə bilərik:
Məsələn, əlimizdə 2 qələm vardır. Bunlardan biri, qızıl; digəri isə, sadə qələmdir. Fərz edək ki, imtahan otağında istifadə, yalnız sadə qələmlədir. Elə isə, sadə qələmin, sadəcə bu imtahan otağında qızıl qələmdən üstünlüyü vardır. Külli mənada isə, sadə qələm, qızıl qələmdən üstün ola bilməz.
Eynilə də, külli fəzilətdə, səhabəyə yetişmək mümkün deyildir.)
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görən kimsələrin sahib olduqları onu görmək fəzilətinin üstünlüyünə də, heç bir kəs buna bərabər bir üstünlüyə sahib ola bilməz. Bu yolla, az əvvəl qeyd edilən hədislərin birlikdə təvili mümkün ola bilər.)
------------------------------------------
3651 - "Sonra onlardan sonra gələn bir qövm..."
Bu hədis, fəzilət etibarı ilə mövqeləri fərqli olsa da, ilk 3 nəslin məhdudlaşdırılmasına dəlil göstərilmişdir. Bu da, onlardan əksəriyyət haqqında təvil edilmişdir.
Bununla bərabər, səhabələr arasında fəzilət fərqi qoymağın cazi olmasına da dəlil göstərilmişdir. Bu, əl-Mazəri'nin görüşü olub, hədisin digər bölmələrinə dair açıqlamalar, daha əvvəl "Şəhadət" kitabında keçməkdədir. (bax: 2651 no-lu hədis)
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari")
- İstanbul'un fəthinə dair hədis
- Fiqhi ixtilafların həqiqəti
- Hanzala və əbu Bəkr (radiyallahu anhum) arasındakı ibrətli hadisə
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- "Ümmətimin ixtilafı rəhmətdir."
- Sözlə cihad vardırmı?
- "Kim qədr gecəsini o gecəyə isabət edərək-zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?
- Qədr gecəsi
- İsrafilin suru haqqında məlumat verərsinizmi?
- Rəcm