Səttar isminin şərhi

• Tövhidin isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati-1

• İsim nədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...

• İsim təcəllisi və ya təzahürü nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

• Təkvini və Təklifi şəriət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

-----------------------------

-----------------------------

✓ "Səttar" isminin, təkvini olaraq kainatdakı təcəlliləri:

• Allahın, fəza aləmindəki sətr ediciliyi:

~ Atmosfer pərdələri: dünya, fəzadan gələn təhlükəli şüalara, meteorlara və amansız bir qaranlığa qarşı, atmosfer örtüsü ilə qorunmaqda və örtülməkdədir. Mavi göy üzü, arxasındakı hürküdücü fəza boşluğunu örtən qeyr-i adi bir pərdədir.

• Allahın, yer kürəsindəki sətr ediciliyi:

~ Gecənin örtü olması:

Allah (azimu'ş-şan), Öz əzəmətli kitabında, belə buyurur:

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًا وَٱلنَّوْمَ سُبَاتًا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًا

"Sizin üçün, gecəni örtü, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən, Odur." (Furqan/47)

Gecə yer üzünün üzərinə bir örtü (libas) kimi bürünməkdədir. Günün yorğunluğunu, gurultusunu, öz qaranlığı ilə örtərək, kainata bir səssizlik və dinlənmə vaxtı ərz etməkdədir.

~ Torpağın bir örtü olması:

Torpaq, yer üzünün ən böyük "Səttar" aynalarından biridir. Ölən milyonlarla canlının cəsədi, çürüyən bitkilər və artıqlar, torpağın altına dəfn edilərək gizlənməkdədir. Torpaq, bu çirkin qoxulu və görüntülü maddələri örtməkdə; təmizləməkdə; və onlardan rəngarəng çiçəklər; yamyaşıl ağaclar çıxarmaqdadır.

Bununla bərabər, bitki və ağacların həyat proqramları da, burda zikr edilə bilər. Bilindiyi kimi, bu proqramlar, kiçik və sıradan görünüşlü toxumlar, çəyirdəklərin içində gizlənməkdədir. O sərt və qaranlıq qabıq, böyük bir ağacın planını içində saxlayan bir örtüdür.

• Allahın, insan bədəni üzərindəki sətr ediciliyi:

İnsan və heyvan bədəninin iç qismi (əzələ, damar, qan, sümük və s.), xaricdən baxıldığında, estetik olaraq xoş görünməyə bilər. Allah, dəri örtüsü ilə, bütün bu qarışıq və qanlı bədəni, mükəmməl bir gözəlliklə örtərək, canlılara estetik bir görünüş qazandırmışdır.

• Allahın, insanın ruhi və əxlaqı dünyasındakı sətr ediciliyi:

~ Düşüncə və niyyətlərin sətr edilməsi:

İnsanların ağıllarından keçən hər pis düşüncə, qısqanclıq, qəzəb və ya gizli niyyətlər, üzlərində dərhal bilinsəydi, insanlar, bir-birinin üzünə baxmaz, cəmiyyət həyatı imkansız hala gələrdi. Məhz, Allahın bu ismi sayəsində, insanın daxili dünyası, xaricə qarşı örtülmüşdür.

------------------------

------------------------

Təkvini olaraq kainatda Özünü "əs-Səttar" deyə göstərən Allah, heç mümkünmüdür ki, insanların ixtiyarına bağlı olan fellərində də təcəlli etmək istəməsin?!

Kainatda qüsursuz sətr edicilik ilə bu ismini təcəlli etdirən Allah, insan və onun ixtiyarına bağlı fellərində də qüsursuz sətr ediciliyini göstərəcək və bununla bağlı hökmlərini endirəcək və endirmişdir...

• İnsanın fiziki tərəfindəki sətr edicilik:

~ Kişilər üçün örtməsi vacib olan yerlər:

Göbək və diz qapağı arasıdır. Bu qisimdən azı isə, haramdır.

~ Qadınlar üçün örtünməsi vacib olan yerlər:

Əllər və üz istisna olmaqla, bütün bədəndir.

Hikməti üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hicabin-hikm%C9%99tl%C9%99ri

Not:

Təkvini olaraq bu səttariyyət (kainatdakı bu örtücülük fəaliyyəti) mövcud olmasaydı, necə ki, kainat alt-üst olardısa, ixtiyari fellərində də Allahın endirdiyi şəkildə örtünməmək, insanın dünya və axirət həyatını alt-üst edəcək və etməkdədir...

 

Xülasə:

Kainat, necə ki, Allahın "əs-Səttar" isminə aynadırsa; Allahın istədiyi şəkildə örtünən kişi və qadınlar da, Allahın "əs-Səttar" isminə ayna olmaqdadırlar.

-----------------------------

-----------------------------

"Sittir" isminin dəlilləri:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ نُفَيْلٍ، حَدَّثَنَا زُهَيْرٌ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ الْعَرْزَمِيِّ، عَنْ عَطَاءٍ، عَنْ يَعْلَى،

Bizə, Abdullah b. Muhamməd b. Nufeyl xəbər verdi; bizə, Zuheyr xəbər verdi; bizə, Abdu'l-Məlik b. əbi Süleyman əl-Ərzəmi xəbər verdi; o ---> Ata'dan; o ---> Yə'lə'dən:

أَنَّ رَسُولَ اللَّهِ ﷺ رَأَى رَجُلًا يَغْتَسِلُ بِالْبَرَازِ بِلَا إِزَارٍ، فَصَعِدَ الْمِنْبَرَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ، ثُمَّ قَالَ ﷺ:

«إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ حَيِيٌّ سِتِّيرٌ يُحِبُّ الْحَيَاءَ وَالسَّتْرَ، فَإِذَا اغْتَسَلَ أَحَدُكُمْ فَلْيَسْتَتِرْ».

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəraz (geniş bir sahə; yəni, açıq bir ərazi)'də, izarsız (beldən aşağını örtən geyimsiz) qüsl alan bir kişi gördü. Bundan sonra, minbərə çıxdı. Allaha həmd və səna edib, belə buyurdu:

"Şübhəsiz, Allah (azzə və cəllə), həyyin (çox həyalı) və sittir (örtən)'dir. Elə isə, sizdən biri qüsl aldığında, örtünsün."

(əbu Davud, "Sünən", "Kitabu'l-Hammam = Hamam kitabı", "Babu'n-nəhyi ən təarri = çılpaq qalmağdan nəhy", hədis no: 4012)

--------------------------

Şərhi:

(بِالْبَرَازِ): الْمُرَادُ بِهِ هُنَا الْفَضَاءُ الْوَاسِعُ، وَالْبَاءُ لِلظَّرْفِيَّةِ.

• Bəraz:

Bununla burda murad edilən: "geniş bir sahə"dir. (Burdakı) "bə" hərfi isə, zərfiyyə (yəni, içindəlik)'dir.

(حَيِيٌّ): بِكَسْرِ الْيَاءِ الْأُولَى، كَثِيرُ الْحَيَاءِ، فَلَا يَرُدُّ مَنْ سَأَلَهُ.

• Həyyin:

(Bundakı) birinci "yə" hərfi, kəsrə (yəni, "i") ilədir. (Bu söz), "həyası çox olan" (deməkdir). Bundan dolayı, Ondan (bir şey) istəyəni, rədd etməz.

(سِتِّيرٌ): بِالْكَسْرِ وَالتَّشْدِيدِ، تَارِكٌ لِحُبِّ الْقَبَائِحِ، سَاتِرٌ لِلْعُيُوبِ وَالْفَضَائِحِ، قَالَهُ الْمُنَاوِيُّ.

وَفِي النِّهَايَةِ: سَتِيرٌ فَعِيلٌ بِمَعْنَى فَاعِلٍ، أَيْ: مِنْ شَأْنِهِ وَإِرَادَتِهِ حُبُّ السَّتْرِ وَالصَّوْنِ. انْتَهَى.

• Sittir:

Kəsrə və təşdid ilədir. (Bu söz): "çirkin şeyləri sevməyi tərk edən; eybləri və rüsvayçılıqları sətr edən (örtən)" (deməkdir).

~ Bu (məna)'nı, Münavi demişdir.

~ "ən-Nihayə"də (belə deyilir):

"Sətir" (sətr edən, örtən), fəil (vəznində)'dir və fail mənasındadır. Yəni: 'Sətr etməyi sevmək və qorumaq, Onun şanından və iradəsindəndir."

Son!

وَفِي النَّيْلِ: سَتِيرٌ بِسِينٍ مُهْمَلَةٍ مَفْتُوحَةٍ، وَتَاءٍ مُثَنَّاةٍ مِنْ فَوْقُ مَكْسُورَةٍ، وَيَاءٍ تَحْتِيَّةٍ سَاكِنَةٍ، ثُمَّ رَاءٍ مُهْمَلَةٍ. انْتَهَى.

~ "Neyl"də (isə, belə deyilir):

"Sətir' (kəliməsi), muhmələ (yəni, nöqtəsiz) və məftuhə (üstü açıq) 'sin' hərfi; üstündə 2 nöqtə olan və məksurə (kəsrəli) 'tə' hərfi; təhtiyyə (yəni, altında nöqtə olan) və sakin 'yə' hərfi; sonra da, muhmələ (nöqtəsiz) 'ra' hərfi(ndən ibarətdir)."

Son! (haşiyə)

-----------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Allahın bu ismi, "Sittir", "Sətir" və ya dilimizdəki oxunuşu ilə "Səttar" olaraq gəlmişdir. 99 isim arasında yer almamışdır.

Allahın isimlərinin təvqifi olmadığına, bu hədis də, dəlildir. Bax:

https://suallarlaislam.com/.../allahin-isiml%C9%99ri-99...

-------------------------

قَالَ الْمُنْذِرِيُّ: وَأَخْرَجَهُ النَّسَائِيُّ.

Munziri deyir:

Bu (hədis)'i, Nəsai də təxric etmişdir. ("Sünən", "Kitabu'l-Ğüsl və't-təyəmmüm = Qüsl və təyəmmüm kitabı", "Babu'l-İstitar ində'l-ğusl = Qüsl alarkən örtünmək babı", hədis no: 406)

(əbu Tayyib Muhamməd Şəmsu'l-Haqq əl-Əzimabadi əş-Şafii, "Avnu'l-Mə'bud şərh-u Sünən-i əbi Davud")

-------------------------

-------------------------

Əlavələr:

"Allahın əxlaqı ilə əxlaqlanın." hədisi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR