Salamlamaq məqsədilə kişiləri öpmək və onları qucaqlamağın kərahiyyəti
5735. Bizə, Suveyd bildirdi; bizə, hüccət bir imam olan) Abdullah b. Mübarək xəbər verdi; bizə, Hanzala b. Ubeydullah əs-Sudusi xəbər verdi; Ənəs b. Malik (radiyallahu anh)'dan...dedi:
- Bir adam: "Ey Allahın rəsulu! Birimiz, öz qardaşı və ya dostu ilə qarşılaşarkən, ona doğru əyilə bilərmi?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr." deyə cavab verdi.
- Adam: "Onu qucaqlayıb öpə bilərmi?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr." dedi.
- Adam: "Əlindən tutub onunla musafaha edə (yəni, əllə salamlaşa) bilərmi?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Bəli." deyə buyurdu.
Bu hədisi, Tirmizi (hədis no: 2728) təxric etmiş və: "Bu, həsən bir hədisdir." demişdir (2/97).
Bu hədisi, Tahavi də, Hammad b. Sələmə, Hammad b. Zeyd, Yezid b. Zuray və əbu Hilal Muhamməd b. Suleym ər-Rasi təriqilə, Hanzala'dan rəvayət etmişdir. (Tahavi, "Məani'l-Asar", 2/362)
Beyhaqi, belə deyir:
"Bu hədisi, yalnız Hanzala əs-Sudusi rəvayət etmişdir. Özü isə, son dövrlərində qarışdırırdı." (Zeylai, "Nasbu'r-Rayə", 2/298) (haşiyə)
--------------------
(Haşiyə:
Dəyərli oxuyucu! Hədisdə, müsəlmanlar ümumi olaraq zikr edildiyi üçün, hədisdəki nəhy, tək kişi müsəlmanlara deyil, qadın müsəlmanlara da aiddir.
Müəllifimiz Təhanəvi, bu "İ'lau's-Sünən" adlı əsərində, bu babın davamında, "Musafaha" babında, belə bir hədis zikr edir:
5736. Əclah'dan, əbu İshaq'dan, Bəra (radiyallahu anh)'dan...dedi:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"İki müsəlman qarşılaşdıqlarında, musafaha edərlərsə (yəni, əllə salamlaşarlarsa), bir-birindən ayrılmadan (və ya əllərini bir-birindən çəkmədən) əvvəl, bağışlanarlar."
Bu hədisi, əbu Davud (hədis no: 5212) təxric etmiş və haqqında susmuşdur (yəni, hər hansı bir söz danışmamışdır).
Tirmizi (hədis no: 2727) də, bu hədisi rəvayət etmiş və onun, "həsən-ğərib" bir hədis olduğunu söyləmişdir.
----------------------
Deyirəm:
ibnu'l-Mübarək, Hammad, Yezid b. Zuray, imamdırlar. Onun üçün, zahir olan budur ki, bunlar, bu hədisi, ondan, qarışdırmadan əvvəl eşitmişlərdir. Bu belə olunca da, onun qarışdırması, bizə zərər verməz. Sonra, digər imamların da, bu hədisi qəbul edib onunla əməl etmələri, onun, özləri nəzdində sabit olduğuna dəlalət edir. Allah, ən doğru biləndir...
Deyirəm:
Öpmək və qucaqlamaq da, eynilə təhiyyə (salamlamaq) və musafaha (əllə salamlaşmaq) kimi, bəzən qarşılamaq məqsədilə edilir. Hədisdə nəhy edilən də, bunlardır. Çünki, bir müsəlmanla qarşılaşmaq, təhiyyə (salamlama)'ğı gərəkdirir. Bu adam da, "Bir müsəlman, bir müsəlmanla qarşılaşınca, bu təhiyyəni necə edər? Ona əyilmək, onu öpmək, onu qucaqlamaq şəklindəmi? Yoxsa, yalnız musafaha etməkləmi bunu edər?" deyə soruşmuş. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də: "Onunla musafaha etmək surətilə bunu edər; əyilmək, öpmək və qucaqlamaq şəklində etməz." deyə cavab vermişdir. Beləcə, bu hədislə, bu şəkillərdə təhiyyə etməyin caiz olmadığı sabit olur. Məşru və caiz olan isə, salam vermək və musafaha etməkdir.
Bizim 3 imamımız:
~ əbu Hənifə;
~ əbu Yusuf; və
~ Muhamməd
də, bu görüşdədirlər. İmam Muhamməd, bu məsələni, "əl-Camiu's-Sağir"də belə zikr etmişdir.
"əl-Binayə" sahibi, imam Muhamməd'in, orda belə dediyini belə nəql etmişdir:
"İmam Muhamməd, Yaqub'dan (yəni, imam əbu Yusuf)'dan, imam əbu Hənifə'dən deyərək...onun belə dediyini rəvayət edir:
'Mən, bir kişinin, bir başqa kişinin ağzını, əlini və ya onun hər hansı bir yerini öpməsini, kərih görürəm (yəni, xoşum gəlmir, məkruh görürəm). Onu qucaqlamasını da kərih görürəm. Musafahada isə, bir beis görmürəm."
~ Bu söz, öz siyaqı ilə dəlalət edir ki, imam əbu Hənifə'nin kərih gördüyü öpmək və qucaqlamaq, mütləq deyil; təhiyyə (salamlama) məqsədli olan öpmə və qucaqlamadır. Və dəlalət edir ki, bu məsələdə, 3 imam ittifaq etmişdir. Çünki imam Muhamməd, bunda ixtilaf olduğunu söyləməmişdir.
~ Öpmək və qucaqlamaq, bəzən də, şəhvət məqsədli olurlar. Bunlar da, 3 imamımıza görə, caiz deyildirlər. Çünki, ümumi dəlillər yanında, bunlara məxsus dəlillərlə də, şəhvət məqsədilə kişini öpmək və qucaqlamaq, nəhy edilmişdir.
~ Bunlar, bəzən də, şəhvət olmadan, şövq, məhəbbət və istihsən (bəyənmək) hislərinin qələbə çalması ilə olurlar. Bunlar isə, 3 imamımızın ittifaqı ilə, mübahdırlar. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və səhabələrinin, bunları etdikləri sabit olmuşdur və bunları əngəlləyən şəri bir beis də, mövcud deyildir. Mövzunun təhqiqi, budur.
Şeyxlərimiz isə, bunları bir-birinə qarışdırmışlardır. Bu səbəblə, Tahavi, 2 imamla, imam əbu Yusuf arasında ixtilaf olduğunu; 2 imamın bunları məkruh gördüklərini söyləmiş; və onların dəlili olaraq, mətndə keçən Hanzala (radiyallahu anh) hədisini zikr etmişdir. İmam əbu Yusuf'un isə, bunları caiz gördüyünü söyləmiş və onun dəlili olaraq, Cəfər (radiyallahu anh)'ın və Zeyd b. Harisə (radiyallahu anh)'ın gəliş qissələrini zikr etmişdir. Ondan sonra da, "Bunlar, əvvəl nəhy edilmiş ikən; daha sonra mübah qılınmışlardır. Çünki, səhabələrin qucaqlaşdıqları, sabit olmuşdur." deyərək, imam əbu Yusuf'un caiz olduğu yönündəki görüşünü tərcih etmişdir. Halbuki, söylədiyimiz kimi, bu 3 imam arasında, ixtilaf yoxdur. İmam əbu Yusuf'un caiz gördüyü öpmə və qucaqlama, şövq, məhəbbət və istihsən hislərinin qələbə çalmasına dayanan növdür. Digər 2 imam da, bu növü məkruh görməmişlərdir. Bunların məkruh gördükləri, (normal) təhiyyə (salamlama) məqsədilə olan növdür. İmam əbu Yusuf da, bu növün caiz olduğunu söyləməmişdir. İmam Muhamməd'in "əl-Camiu's-Sağir"də ixtilafdan bəhs etməməsi də, buna dəlalət etməkdədir.
Nass'larda və əsərlərdə varid olan cəvaz və kərahət də, eyni növlə bağlı deyildirlər. Onun üçün, bir hökmün, əvvəl; digərinin isə, ondan sonra olduğunu söyləməyə və bu şəkildə təvil etməyə, ehtiyac yoxdur. Qaldı ki, cəvaz və mübahlığın nəhydən sonra olduğunu təsbit etmək də, Tahavi'nin dediyi qədər asan deyildir. Onun zikr etdiyi nass'ları incələyənlər də, bunu görərlər. Biz, bu nass'ları, müstəqil bir babda zikr edəcəyik. Onun üçün, Tahavi'nin verdiyi izah, təhqiqdən uzaqdır. Nə var ki, "əl-Hidayə" müəllifi də, imamlar arasında ixtilaf olduğunu söyləyərək, Tahavi'yə tabe olmuşdur. Və özü, imam əbu Yusuf'un əleyhində olmaq üzərə, şəhvət məqsədli öpmək və qucaqlama ilə bağlı nəhyi iləri sürmüşdür. Lakin onun etdiyi, mövzunun xaricinə çıxmaqdır. Çünki mövzu, təhiyyə və gözəl qarşılama məqsədilə olan öpmək və qucaqlamaqdır. Onun üçün, imam əbu Yusuf, buna caiz demişkən; bu növün caiz olmadığını göstərən bir dəlil gətirmək lazımdır. Bu dəlil də, Hanzala (radiyallahu anh) hədisidir. (Ancaq digər 2 imam, bundan bəzi istisnalar etmişlərdir). Bundan daha əcaib olanı, bu kitab sahibinin, bu sözüdür:
"İmamlar deyirlər ki, qucaqlama, bir tək izar (beldən aşağını örtən paltar) ilə olarsa, caiz deyildir. Lakin qucaqlayanlar üzərində cübbə olarsa, icma ilə, bunda bir beis yoxdur. Səhih olan da, budur."
Çünki, verdiyimiz açıqlamadan öyrəndiyin kimi, imamların sözlərində, cübbə və izara dair bir işarət yoxdur. Nəzər və qiyas cəhətindən də, bu 2 hal arasında, bir fərq yoxdur. Çünki, qucaqlama, şəhvət niyyətilə olarsa, təhrik yönündən, qucaqlayanların üzərində yalnız izar və ya izar ilə bərabər cübbə olması arasında, bir fərq yoxdur. O şəhvət niyyətilə olmadığı zaman da, bu 2 hal arasında bir fərq yoxdur. Onun üçün, bu təvil, imamların sözlərini, onların razı olmadıqları yönə yönəltməkdir.
Bəziləri isə, əl öpməyi məkruh görərkən; alim şəxs ilə sultanın əlini öpməkdə bir beis olmadığını söyləmişlərdir. Bu da, qəribədir. Çünki, bu təxsisin, bir dəlili yoxdur. Əksinə, imam Muhamməd'in açıq olan sözü, bu mövzuda alim olan ilə alim olmayan; və sultan ilə xalq arasında fərq mövcud olmadığına dəlalət edir. İmam əbu Yusuf'un sözü də, buna dəlalət edir. Onun üçün, bu təxsis (yəni, alim və sultanı nəhy hökmündən çıxartmaq), məzhəbə müxalifdir. Təhqiq isə, bizim sənə əvvəl dediyimizdir.
~ Bəzən də, öpmək və qucaqlamaq, təbərrük (bərəkət ummaq) və təzim (ucaltmaq) məqsədilə olur. Sultanın qarşısında, yeri öpmək; onun atabə (eşiyi)'ni öpmək; saleh kimsələrin əl və ayaqlarını, qəbr daşlarını öpmək, bu növdəndir və bunlar, caiz deyildirlər. Çünki, təbərrük və təzim məqsədilə bunları etmək, Kəbə və Həcəru'l-Əsvəd'ə məxsusdur. Sələfin, bunlardan başqa bir şeyə, bu şəkildə (yəni, öpərək, qucaqlayaraq) təbərrük edib təzim göstərdikləri, sabit olmamışdır. Onlardan sabit olan isə, təbərrük və təzim məqsədilə deyil; şövq və məhəbbət ilə etməkdir. Onun üçün, bunları (yəni, öpmə və qucaqlamağı), alimlərə və sultanlara qarşı etməyi caiz görənlər, işin həqiqətini başa düşməmişlərdir.
Öpmək və qucaqlamağı caiz görənlər isə, bir neçə şey ilə ihticac etmişlərdir. (Belə ki, onlardan):
✓ Birincisi:
İfk və böhtan hadisəsində, əbu Bəkr, Aişə'yə, belə demişdir: "Qalx və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in başını öp."
Ancaq, bu sözdə, onlar üçün bir hüccət yoxdur. Çünki, əbu Bəkr'in istədiyi öpmək, təhiyyə (salamlama) və təzim üçün deyil; məhəbbət və sevincini ifadə etmək üçün idi.
✓ İkincisi:
Rəvayət edildiyinə görə, Cəfər (radiyallahu anh), Həbəşistan hicrətindən qayıtdığında, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu qucaqlamış və gözlərinin arasından öpmüşdü.
Ancaq burda da, onlar üçün bir hüccət yoxdur. Çünki, burdakı qucaqlama və öpmə də, təhiyyə (salamlama) və təzim üçün deyil; şövq və sevincin izharı üçün idi. Necə ki, rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu vaxt, belə buyurmuşdu: "Mən, hansı ilə daha çox sevinəcəyimi (və ya sevinməyim lazım gəldiyini) bilmirəm. Xeybərin fəthilə mi, yoxsa Cəfərin dönməsiləmi?"
✓ Üçüncüsü:
Tirmizi, Aişə (radiyallahu anha)'nın belə söylədiyini rəvayət etmişdir: "Zeyd ibnu'l-Harisə, Məkkə'dən Mədinə'yə gəlib qapını döyüncə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), izarı ilə qalxıb onun üçün qapını açdı və onu qucaqlayıb öpdü."
Ancaq bunda da, onlar üçün bir hüccət yoxdur. Çünki burdakı qucaqlama və öpmə də, şövq və sevgini ifadə etməkdən dolayı olmuşdu. Bunların isə, təhiyyə və təzim olmadıqları, açıqdır.
✓ Dördüncüsü:
ibn Sə'd, bu hədisi təxric etmişdir: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), Nuaym b. Abdullah ən-Nəhham'ı, Mədinə'yə gəlişində qucaqladı və öpdü."
Bu(nun cavabı) da, əvvəlkilər kimidir.
✓ Beşincisi:
Aişə (radiyallahu anha)'nın, belə söylədiyi rəvayət edilmişdir: "Fatimə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i ziyarət etdiyi vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm), onun üçün ayağa qalxar və onu, Öz yerində oturdardı. Allah rəsulu (sallallahu aleyhi və səlləm) xəstələndiyində də, Fatimə gəldi və Onun üstünə qapanıb Onu öpdü."
Ancaq bunda da, hüccət yoxdur. Çünki, hədisə əlavə edilən son qismin (yəni, "...üstünə qapanıb Onu öpdü..." qisminin), səhih olduğunda, kəlam (yəni, tənqid) vardır. (Belə ki):
Onu, yalnız Minhal b. Amr rəvayət etmişdir. Hər nə qədər, Buxari, Minhal'ın rəvayətlərini təxric etmişsə də, Şu'bə, onu tərk etmişdir.
~ əl-Ğallabi, belə deyir: "ibn Main, əl-Ğallabi'nin dəyərini salardı."
~ əl-Cüzcani: "O, pis məzhəbli (şiə) biridir." demişdir.
~ Yəhya əl-Qattan, onu qaralamış və hədislərini uzaqlaşdırmışdır.
~ ibn Hazm da, onu təzif etmiş (zəif olduğunu söyləmiş)'dir.
Hədisdəki son qismin zəif olduğunun bir dəlili də budur ki, Buxari, bu hədisi, Aişə (radiyallahu anha)'dan, Urvə və Məsruq təriqlərilə rəvayət etmiş və bu iki təriqdə də, bu qisim yoxdur.
Yenə, Nəsai də, onu, əbu Sələmə təriqilə rəvayət etmiş və onun rəvayətində də, bu qisim yoxdur.
Və nə bu, nə də başqa rəvayətlərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə Fatimə (radiyallahu anha)'nın arasında belə bir adət olduğu (yəni, bir-birilərini ziyarət etdiklərində, bir-birilərini öpdükləri) varid olmamışdır. Əksinə, bunun əksi varid olmuşdur. Buxari, "...Firas təriqilə, Şabi'dən, Məsruq'dan, Aişə (radiyallahu anha)'dan..." deyərək, Onun, belə dediyini rəvayət edir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm) xəstələndiyində, Fatimə (radiyallahu anha) gəldi. Allaha and olsun ki, bir qadın yerişi, bir kişi yerişinə nə qədər çox bənzəyə bilirsə, Fatimə'nin yerişi də, o qədər Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yerişinə bənzəyirdi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onu görüncə, gəlişinə sevindiyini izhar etdi və: 'Mərhəbən, yə ibnəti (ey qızım)!' deyib, Onu, sağ və ya sol tərəfinə oturtdu. Ondan sonra, gizlincə, Ona bəzi şeylər dedi."
Bu hədis, aralarında öpmə olmadığına; yalnız, gözəl qarşılama olduğuna dəlalət edir. Onun üçün, zahir olan budur ki, bəhsi keçən öpmə qismi, münkər (səhih deyil)'dir. Onun səhih olduğu qəbul edilsə belə, cavabı, yuxarıdakı kimi olacaq. Yəni, onların bir-birini öpmələri, təhiyyə (salamlama) və təzim üçün deyil; ata və övlad arasındakı məhəbbət və şövqdən dolayı olmuşdur. Bu səbəblə, bunda da hüccət yoxdur.
✓ Altıncısı:
Tirmizi və başqasının Safvan b. Assal'dan rəvayətlərinə görə: Yəhudilərdən bir qövm (yəni, topluluq), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əl və ayaqlarını öpdülər.
Bu rəvayətdə də, hüccət yoxdur. Çünki, bu yəhudilərin etdikləri, təhiyyə və təzim üçün deyil; istihsən (bəyənmək) babından olmuşdur. Çünki bəhsi keçən topluluq, cavab verə bilməyəcəyinə inandıqları 9 ayəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən soruşmuşdular və Onun dayanmadan doğru cavab verdiyini görüncə, heyrət etmiş; və həm heyrət, həm də xoşlanmaq qarışıq bir hisslə, Onun əl və ayaqlarını öpmüşlərdir.
✓ Yeddincisi:
əbu Davud'un, Zari b. Amr'dan rəvayət etdiyinə görə, O, belə demişdir: "Biz, dəvələrimizdən, bir-birimizlə yarışarcasına tez-tələsik endik və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, əlini və ayağını öpdük."
Bu rəvayətdə də, hüccət yoxdur. Çünki burda zikr edilən öpmə də, təhiyyə və təzim üçün deyil; məhəbbət və şövqdən dolayı öpməkdir. Zari'nin, "...bir-birimizlə yarışarcasına tez-tələsik endik..." deməsi də, bunun, belə olduğuna dəlalət edir.
✓ Səkkizincisi:
Tirmizi və başqası, Aişə (radiyallahu anha)'nın, bunu dediyini rəvayət etmişlərdir: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), Osman b. Mə'zun (radiyallahu anh)'ın evinə gəldi. Osman, vəfat etmişdi. Özü, onun üzərinə əyildi və onu öpdü. Ondan sonra da, ağladı."
Bu rəvayətdə də, hüccət yoxdur. Bu da, əvvəlkilər kimidir.
✓ Doqquzuncusu:
əbu Davud'un rəvayətinə görə: Useyd b. Hudayr (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i qucaqlamış və Onun çiynini öpmüşdür.
Siyaqının da dəlalət etdiyi kimi; bu hadisə də, əvvəlkilər kimidir. Yəni, bu da, məhəbbət və şövqdən dolayı olmuşdur.
Görüldüyü kimi, qucaqlamaq və öpməyi caiz görənlərin hüccət gətirdikləri bu hədis və rəvayətlər, onların istədikləri mənada, dəlil deyildirlər. Bunlar, təzim və ikram (ehsan) məqsədilə deyil; məhəbbət, şövq, istihsən və mərhəmət ifadəsi olan qucaqlama və öpməyə dəlalət edirlər. Və bu növ qucaqlama və öpmənin caiz olduğuna dəlildirlər. Biz də, bu növün məkruh olduğunu, söyləmirik.
Bura qədər söylədiklərimizin ən açıq dəlili də:
Tahavi'nin, Şabi'dən rəvayət etdiyinə görə:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabələrinin,
~ qarşılaşdıqları vaxt, salamlaşmaları;
~ uzaq bir səfərdən qayıtdıqlarında da, qucaqlaşmalarıdır. (Tahavi, "Məani'l-Asar", 2/362)
Bu hədisin dəlil olduğu da, açıqdır. Çünki, əgər səhabələrin qucaqlaşmaları təhiyyə və təzim üçün olsaydı, onun səfərdən qayıtmaqla məhdud tutulması üçün, bir məna və səbəb olmazdı. Bu, belə olunca, onun, günlük qarşılaşmalarda deyil; yalnız səfər dönüşlərində edilməsi dəlalət edir ki, o, sadəcə məhəbbət coşqunluğu və şövqün artması səbəbilə edilmişdir.
Bu hədis, Tahavi'nin, ümmü Dərda (radiyallahu anha)'dan rəvayət etdiyi hədisdəki qucaqlaşmanın da, bu qəbildən olduğuna (yəni, məhəbbət və şövqün coşqunluğu səbəbilə olduğuna) dəlalət edir. Rəvayət edilən bu hədisdə, ümmü Dərda (radiyallahu anha), belə deyir:
Salman bizə gəldi və:
- O: "Qardaşım, hardadır?" deyə soruşdu.
- Mən: "O, məsciddədir." deyə cavab verdim.
Özü gedib məsciddə onu görüncə, (və ya əbu Dərda'nın evinə gəlincə), onu qucaqladı.
Bil! Allah Taala, sənin də, bizim də, elm və hidayətimizi artırsın. ibn Həcər, "Fəthu'l-Bari"də (11/48), öpmək xüsusunda uzunca kəlam etmişdir. Ancaq onun söylədikləri arasında, bizə zərər verən (yəni, biz Hənəfilərin görüşünü çürüdən) heç bir şey yoxdur.
(Təhanəvi, "İ'lau's-Sünən", "Salamlamaq məqsədilə kişiləri öpmək və onları qucaqlamağın kərahiyyəti" babı)
-----------------
-----------------
Əlavələr:
Salam fiqhi:
