Salam fiqhi

• Tövhidin isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati

• İsim nədir? 

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...

• İsim təcəllisi nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

• Salam isminin şərhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/salam-isminin-s%C9%99rhi

-------------------------------

-------------------------------

• Bir adam, digər birinin evi(nin qapısı)'na gəldiyində, salamdan əvvəl, icazə istəyər; sonra girər. Və girincə də, ilk əvvəl, salam verər.

Əgər ev, boş bir ərazidədirsə, ilk əvvəl, salam verər; sonra danışar (yəni, icazə istəyər). "Fətəva Qadıxan"da da belədir.

• Alimlər, hansının əcr cəhətindən üstün olduğu xüsusunda ixtilaf etdilər. (Belə ki):

~ Bəziləri: "Salamı alıb salama cavab verən, savab cəhətindən daha üstündür." dedi;

~ Bəziləri də: "İlk dəfə salam verən, əfdaldır. Əcri də, daha çoxdur." dedilər. "Muhit"də də belədir.

• Daha münasib olan, bir nəfərə salam verilsə belə, camaat ləfzilə salam vermək (yəni, əssələmu aleykə deyil, əssələmu aleykum demək)'dir.

Cavab da, belədir. "Siraciyyə"də də belədir.

• Ən əfdal olanı, bir müsəlman üçün: "əs-sələmu aleykum və rahmətullahi və bərəkətuhu" deməkdir.

Cavab da, belədir.

"Bərəkət" ləfzi üzərinə bir əlavə etmək, uyğun olmaz. ibn Abbas (radiyallahu anh), belə deyir:

"Hər şeyin bir nəhayəti (sonu) vardır. Salamın sonu da, bərəkət'dir." "Muhit"də də belədir.

• Ətf vav'ı ilə salam alınar (yəni, əs-sələmu aleykum deyənə, və aleykum sələm deyilər).

Əgər vav (yəni, və ətf hərfini) hazf edərək (yəni, qaldıraraq) "aleykum sələm" deyərsə, bu da caiz olar.

Əgər salama başlayan "sələmun aleykum" və ya "əs-sələmu aleykum" deyərsə, cavab verəcək şəxs, hər 2 şəkildə də, "sələmun aleykum" və ya "əs-sələmu aleykum" deyə bilər. Lakin, əlif və lam ilə (yəni, əs-sələmu aleykum) deməsi, daha əfdaldır. "Tatarxaniyyə"də də belədir.

• Fəqih əbu'l-Leys (rahiməhullah), belə deyir:

Bir camaat, bir qövmün (topluluğun) yanına daxil olduqlarında salam verməyi tərk edərsə, hamısı da günah işləmiş olarlar.

~ Onlardan birinin salam verməsi isə, hamısının yerinə caiz olar.

~ Əgər hamısı da salam verərsə, bax bu, daha əfdaldır.

Əgər cavabı, hamısı birdən tərk edərlərsə, bu halda da, hamısı da günahkar olarlar. Əgər onlardan biri salama cavab verərsə, bu, hamısının yerinə caiz olar.

Əsər (yəni, hədis, xəbər) belə gəlmişdir və bu, fəqih əbu'l-Leys (rahiməhullahu Taala)'nın seçdiyi (qövl)'dür.

Halbuki, hamısı da cavab versə, bax bu, daha əfdaldır. "Zəxirə"də də belədir.

"Fətəva Ahu"da, belə zikr edilmişdir:

Bir adam gəlib bir camaata salam verərsə, o camaata, bu salama cavab vermək, vacib olar. Əgər eyni məclisdə, bu şəxs, ikinci dəfə salam verərsə, o qövmün (yəni, topluluğun) ikinci dəfə cavab verməsi, vacib olmaz. Əgər ikinci salama da cavab verərlərsə, bu, müstəhəb olar. "Tatarxaniyyə"də də belədir.

"Nəvazil"də, belə deyilir:

Bir adam bir camaatla oturarkən onlara salam verən şəxs, "əs-sələmu aleykə" (yəni, sənə salam olsun) deyər və o camaatdan bəzisi salama cavab verərsə, bu, özünə salam verilən şəxs yerinə müqabil olur. Və bu halda, özünə salam verilən şəxsdən, cavab verməsi düşər.

Bu şəxs, ad demədən, camaatdakıların hamısına işarət edərək tək xitabla salam versə, bu da caizdir.

Lakin, ad (məsələn, əs-sələmu aleykə, yə Zeyd!) deyər və bu salama da Zeyd'dən başqası cavab verərsə, bu halda, fərz (yəni, salama cavab vermək), Zeyd'dən düşməz.

Ad deməz; lakin Zeyd'ə işarət edərsə, Zeyd'dən (salama cavab vermək) fərzi, düşər. Çünki, bu halda, onun salamla qəsdi, hamısının üzərinədir. "Muhit"də də belədir.

• Yemək yeyən bir topluluğun yanından keçən kimsə, özü də ac olar və onların, özünü süfrəyə dəvət edəcəklərini bilirsə, salam verər. Əks halda, verməz. Kərdəri'nin "Vəciz"ində də belədir.

• Bir dilənçi salam verdiyində, onun salamına cavab vermək, vacib deyil. "Xülasə"də də belədir.

• Bir dilənçi, bir adamın qapısına gələrək "əs-sələmu aleykə" deyərsə, onun salamına cavab vermək, vacib olmaz.

• Yenə, bir məhkəmədə, hakimə salam verən şəxsə hakimin cavab verməsi, vacib olmaz. "Fətəva Qadıxan"da da belədir.

--------------------

(Kim, kimə əvvəl salam verməli?)

• Şəhərli ilə kəndli haqqında, ixtilaf edildi. (Belə ki):

~ Bəzi alimlər: "Şəhərdən gələn, kənddən gələn ilə qarşılaşdığında, şəhərli, kəndliyə salam verər." dedi;

~ Bəzi alimlər də, bunun əksini söylədilər.

• Minik üzərində olan, yeriyənə;

~ Ayaqda dayanan, oturana;

~ Az olan, çox olana;

~ Kiçik olan, böyük olana;

~ Getməkdə olan, dayanana;

~ Arxadan gələn, iləridə gedənə

salam verər. "Muhit"də də belədir.

• Kişi ilə qadın bir arada ikən onların yanına gələn şəxs, ilk əvvəl, kişiyə salam verər. "Fətəva Qadıxan"da da belədir.

• Bir adamın qarşısından kişilər və qadınlar gəlsələr, adam, kişilərə salam versə; hökm cəhətindən, salamı, kişilərə aid sayılır. Diyanət cəhətindən isə, belə deyil (yəni, hamısına salam vermiş sayılır). Kərdəri'nin "Vəciz"ində də belədir.

• Qarşılaşan 2 şəxsin əfdal olanı, salamda iləri keçəndir. Hər ikisi birdən salam verərlərsə, hər biri, salama cavab verər.

Müstəhəb olan, salama təmiz (yəni, dəstəmazlı olaraq) cavab verməkdir. Təyəmmümlə də salama cavab vermək, caizdir. "Ğiyasiyyə"də də belədir.

• Evinə girən bir kimsə, ev əhlinə salam verər. Əgər evdə heç kim yoxdursa, "əs-sələmu aleynə və alə ibədilləhi's-salihin = salam, bizim və saleh qulların üzərinə olsun)" deyər. "Muhit"də də belədir.

• Bir evə, hər girişdə salam verilər. "Tatarxaniyyə"də də belədir.

-------------------------

(Uşaqlara salam vermək):

• Alimlər, "Uşaqlara salam verilərmi, verilməzmi?" deyə ixtilaf etdilər. (Belə ki):

~ Bəziləri: "Onlara, salam verilməz." dedilər.

Bu, Həsən (b. Ziyad)'ın qövlüdür.

Fəqih əbu'l-Leys (rahiməhullahu Taala) da, bunu götürmüşdür.

----------------------------

(Zimmət əhlinə salam vermək):

• Zimmət əhlinə salam verməyə gəlincə, bunda da ixtilaf vardır. (Belə ki):

~ Bəzi alimlər: "Onlara salam verməkdə, bir beis yoxdur." dedi;

~ Bəzi alimlər də: "Onlara salam verilməz." dedilər.

Bu, Müsəlmanın zimmiyə ehtiyacı olduğu vaxtdır. Əgər ona ehtiyacı varsa, ona salam verməkdə bir beis yoxdur.

Zimmət əhlinin salamını almaqda, bir beis yoxdur. Ancaq, onun salamına cavab verərkən, onun söylədiyindən artığı söylənilməz. (Yəni, əgər "əs-sələmu aleykum" desə, "və aleykum sələm və rahmətullah" deyilməz).

• Fəqih əbu'l-Leys (rahiməhullahu Taala), belə deyir:

Sən, bir qövmün (topluluğun) yanından keçərkən onların arasında kafir olarsa, bu halda, muxayyər (seçimində sərbəst)'sən; istəsən, möminləri qəsd edərək "əs-sələmu aleykum" deyərsən; istəsən də, "əs-sələmu alə məni't-təbəə'l-hudə = salam, hidayətə tabe olanların üzərinə olsun" deyərsən. "Zəxirə"də də belədir.

---------------------------------

(Nə vaxt və kimə salam verilməz?)

~ Açıqdan Quran oxunarkən;

~ Elm müzakirəsi edilərkən;

~ Azan oxunarkən;

~ İqamə gətirilərkən,

salam vermək, məkruhdur.

Səhih olan qövlə görə, belə bir halda salam verən şəxsin salamına, cavab verilməz. "Ğiyasiyyə"də də belədir.

• Quran oxuyarkən salam verilərsə, muxtar olan qövlə görə, o salama cavab vermək, vacibdir. Kərdəri'nin "Vəciz"ində də belədir.

Bu, Sadru'ş-Şəhid və fəqih əbu'l-Leys (rahiməhullahu Taala)'nın ixtiyarıdır.

• Cümə və bayram günlərində xütbə oxunarkən, salam verilməz. Namaz qılanlara da, salam verilməz. "Xülasə"də də belədir.

"Asl" kitabında belə zikr edilmişdir:

Xütbə oxunarkən salam verən şəxsin salamına cavab vermək; asqırana "yərhəmukəllah" demək, uyğun olmaz.

"Salətu'l-Əsər" adlı kitabda, belə deyilir:

Alimlər: "İmam əbu Yusuf (rahiməhullahu Taala) ilə Muhamməd (rahiməhullahu Taala) arasındakı ixtilaf, xütbə oxunarkən cavab verilməyən salamın, xütbə bitdikdən sonra verilib-verilməyəcəyi xüsusundadır. İmam Muhamməd'ə görə, cavab verilər. İmam əbu Yusuf'a görə isə, cavab verilməz." demişlərdir. "Zəxirə"də də belədir.

• Elmi dərs gedərkən və ya biri söyləyib digərləri dərslərini dinləyərkən, salam verilməz. Bu halda salam verən kimsə, günahkar olar. "Tatarxaniyyə"də də belədir.

• Fiqh tələbəsi, ustadına (müəlliminə) salam verməz. Əgər verərsə, müəllimin, onun salamına cavab verməsi vacib deyil. "Qunyə"də də belədir.

• Şeyxu'l-imam əbu Bəkr Muhamməd b. Fadl əl-Buxari'nin, belə dediyi nəql edir:

Bir adam zikr məclislərindən hər hansı birində oturarkən, başqa bir adam da gələrək ona salam versə, oturan şəxsin, onun salamına cavab verməməsinə ruxsat vardır. "Muhit"də də belədir.

~ Zarafat edən yaşlıya;

~ Yalan danışana;

~ Boş-boş danışana;

~ Bazarda insanlara söyənə;

~ Qadınların üzünə baxan kimsəyə,

-tövbə etdiyi bilinmədikcə- salam verilməz. "Qunyə"də də belədir.

~ Mahnı oxuyana;

~ Tualet ehtiyacını görən;

~ Göyərçin uçuruna;

~ Hamamdakı və ya başqa yerdəki açıq çılpaqlara,

salam verilməz. "Ğiyasiyyə"də də belədir.

-------------------------

(Fasiqə salam verilərmi?)

Burda ixtilaf vardır. Əsahh (ən doğru) olan qövl isə, belə bir kimsə ilə qarşılaşınca, salama ilk əvvəl başlamamaqdır. "Tumurtaşiyyə"də də belədir.

• Bir adamın axmaq qonşuları olduğunda, bu şəxs,

~ onlarla salamlaşınca, -ondan utandıqları üçün- şərlərini tərk edəcək; və

~ salamlaşmayınca da, şərlərini artıracaqsa -üzrdən dolayı-

onlarla salamlaşılar. "Qunyə"də də belədir.

• Əyləncə üçün şahmat oynayan bir kimsə, özünə salam verilincə, -ədəbi gərəyi- onu (yəni, oynamağı) tərk edəcəksə, o şəxsə salam verməkdə bir beis yoxdur.

"Mustəzəd" adlı kitabda, belə deyilir:

İmam əbu Hənifə (rahiməhullahu Taala), məşğul olduğundan dolayı şahmat oynayan kimsəyə salam verməkdə, bir beis görməmişdir.

İmam əbu Yusuf (rahiməhullahu Taala) isə, -onlara təhqir olsun deyə- onlara salam verməyi xoş görməmişdir. "Zəxirə"də də belədir.

• Bir adam, böyük və ya kiçik tualetini edən kimsəyə salam versə, o adamın, elə halda o salama cavab verməsi, uyğun olmaz.

~ İmam əbu Hənifə: "Bu halda olan bir şəxsə salam verilərsə, o, dililə deyil; qəlbilə bu salama cavab verər." demişdir.

~ İmam əbu Yusuf isə: "Qəlbilə də, dililə də, salam verməz. O haldan sonra da, bu salama cavab verməz." demişdir.

~ İmam Muhamməd isə: "Ehtiyacını qurtardıqdan sonra, salamına cavab verər." demişdir.

------------------------

(Yad bir qadının, kişiyə salam verməsi):

• Yad bir qadın, bir kişiyə salam verərsə, baxılar:

~ Əgər qadın yaşlıdırsa, onun salamına, açıqdan cavab verilər;

~ Əgər qadın gəncdirsə, kişi, qəlbindən, onun salamına cavab verər; açıqdan bir şey deməz.

-------------------------

(Bir kişinin, yad bir qadına salam verməsi):

Bir kişi də, yad bir qadına salam verdiyində, salam verilən qadın yaşlıdırsa, qadın, salama açıqdan cavab verər. Qadın gəncdirsə, salama qəlbindən cavab verər. "Fətəva Qadıxan"da da belədir.

---------------------------

(Başqa birinə salam göndərmək):

• Bir adam, digərinə, "Salamımı, filan kimsəyə söylə!" deyərsə, onun, o salamı, o adama söyləməsi lazımdır. "Ğiyasiyyə"də də belədir.

İmam Muhamməd (rahiməhullahu Taala), belə dedi:

Bir kimsə, hazırda olmayan bir şəxsin salamını bir adama təbliğ etdiyində, özünə salam göndərilən şəxs:

~ ilk əvvəl, salamı özünə gətirənə;

~ sonra da, göndərənə

salam verər. "Zəxirə"də də belədir.

• Salamın cavabını vermə fərziyyətinin düşməsi üçün, verilən cavabı, salam verənə (yəni, salamı gətirənə) eşitdirmək lazımdır.

Verilən salamı eşitməyən kimsəyə, salama cavab vermək, vacib olmaz. "Ğiyasiyyə"də də belədir.

• Salam verən şəxs kardırsa, salama cavab verəcək kimsənin, ona, dodaqlarının hərəkətini göstərməsi, uyğundur.

• Şəhadət barmağı ilə salam vermək, məkruhdur. "Ğiyasiyyə"də də belədir.

(əl-Fətəva əl-Hindiyyə, "Kitabu'l-Kərahiyyat", 7-ci bab: "əl-Babu's-səbiu fi's-sələm və't-təşmiti'l-atis")

---------------------

---------------------

Əlavələr:

Salamlamaq məqsədilə kişiləri öpmək və onları qucaqlamağın kərahiyyəti babı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/salamlamaq-m%C9%99qs%C9%99di...

Read 33 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR