Sittir isminin şərhi

• Tövhidin isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati-1

• İsim nədir:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...

• İsim təcəllisi və ya təzahürü nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

• Təkvini və Təklifi şəriət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

-----------------------------

-----------------------------

✓ "Sittir" isminin, təkvini olaraq kainatdakı təcəlliləri:

• Allahın, fəza aləmindəki sətr ediciliyi:

~ Atmosfer pərdələri: dünya, fəzadan gələn təhlükəli şüalara, meteorlara və amansız bir qaranlığa qarşı, atmosfer örtüsü ilə qorunmaqda və örtülməkdədir. Mavi göy üzü, arxasındakı hürküdücü fəza boşluğunu örtən qeyr-i adi bir pərdədir.

• Allahın, yer kürəsindəki sətr ediciliyi:

~ Gecənin örtü olması:

Allah (azimu'ş-şan), Öz əzəmətli kitabında, belə buyurur:

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًا وَٱلنَّوْمَ سُبَاتًا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًا

"Sizin üçün, gecəni örtü, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən, Odur." (Furqan/47)

Gecə yer üzünün üzərinə bir örtü (libas) kimi bürünməkdədir. Günün yorğunluğunu, gurultusunu, öz qaranlığı ilə örtərək, kainata bir səssizlik və dinlənmə vaxtı ərz etməkdədir.

~ Torpağın bir örtü olması:

Torpaq, yer üzünün ən böyük "Sittir" aynalarından biridir. Ölən milyonlarla canlının cəsədi, çürüyən bitkilər və artıqlar, torpağın altına dəfn edilərək gizlənməkdədir. Torpaq, bu çirkin qoxulu və görüntülü maddələri örtməkdə; təmizləməkdə; və onlardan rəngarəng çiçəklər; yamyaşıl ağaclar çıxarmaqdadır.

Bununla bərabər, bitki və ağacların həyat proqramları da, burda zikr edilə bilər. Bilindiyi kimi, bu proqramlar, kiçik və sıradan görünüşlü toxumlar, çəyirdəklərin içində gizlənməkdədir. O sərt və qaranlıq qabıq, böyük bir ağacın planını içində saxlayan bir örtüdür.

• Allahın, insan bədəni üzərindəki sətr ediciliyi:

İnsan və heyvan bədəninin iç qismi (əzələ, damar, qan, sümük və s.), xaricdən baxıldığında, estetik olaraq xoş görünməyə bilər. Allah, dəri örtüsü ilə, bütün bu qarışıq və qanlı bədəni, mükəmməl bir gözəlliklə örtərək, canlılara estetik bir görünüş qazandırmışdır.

• Allahın, insanın ruhi və əxlaqı dünyasındakı sətr ediciliyi:

~ Düşüncə və niyyətlərin sətr edilməsi:

İnsanların ağıllarından keçən hər pis düşüncə, qısqanclıq, qəzəb və ya gizli niyyətlər, üzlərində dərhal bilinsəydi, insanlar, bir-birinin üzünə baxmaz, cəmiyyət həyatı imkansız hala gələrdi. Məhz, Allahın bu ismi sayəsində, insanın daxili dünyası, xaricə qarşı örtülmüşdür.

------------------------

------------------------

İndi, bir düşün:

Təkvini olaraq kainatda Özünü "əs-Sittir" deyə göstərən Allah, heç mümkünmüdür ki, insanların ixtiyarına bağlı olan fellərində də göstərmək istəməsin?!

Kainatda qüsursuz sətr edicilik ilə bu ismini təcəlli etdirən Allah, insan və onun ixtiyarına bağlı fellərində də qüsursuz sətr ediciliyini təcəlli etdirəcək və bununla bağlı hökmlərini endirəcək və endirmişdir...

• İnsanın fiziki tərəfindəki sətr edicilik:

~ Kişilər üçün örtməsi vacib olan yerlər:

Göbək və diz qapağı arasıdır. Bu qisimdən azı isə, haramdır.

~ Qadınlar üçün örtünməsi vacib olan yerlər:

Əllər və üz istisna olmaqla, bütün bədəndir.

 

Not:

Ustad Said Nursi (rahiməhullah)ın hicabın hikmətləri haqqındakı bəhsi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hicabin-hikm%C9%99tl%C9%99ri

 

Not:

Təkvini olaraq bu səttariyyət (kainatdakı bu örtücülük fəaliyyəti) mövcud olmasaydı, necə ki, kainat alt-üst olardısa, ixtiyari fellərində də Allahın endirdiyi şəkildə örtünməmək, insanın dünya və axirət həyatını alt-üst edəcək və etməkdədir...

 

Xülasə:

Kainat, necə ki, Allahın "əs-Sittir" isminə aynadırsa; Allahın istədiyi şəkildə örtünən kişi və qadınlar da, Allahın "əs-Sittir" isminə ayna olmaqdadırlar.

-----------------------------

-----------------------------

"Sittir" isminin dəlilləri:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ مُحَمَّدِ بْنِ نُفَيْلٍ، حَدَّثَنَا زُهَيْرٌ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ الْعَرْزَمِيِّ، عَنْ عَطَاءٍ، عَنْ يَعْلَى،

Bizə, Abdullah b. Muhamməd b. Nufeyl xəbər verdi; bizə, Zuheyr xəbər verdi; bizə, Abdu'l-Məlik b. əbi Süleyman əl-Ərzəmi xəbər verdi; o ---> Ata'dan; o ---> Yə'lə'dən:

أَنَّ رَسُولَ اللَّهِ ﷺ رَأَى رَجُلًا يَغْتَسِلُ بِالْبَرَازِ بِلَا إِزَارٍ، فَصَعِدَ الْمِنْبَرَ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ، ثُمَّ قَالَ ﷺ:

«إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ حَيِيٌّ سِتِّيرٌ يُحِبُّ الْحَيَاءَ وَالسَّتْرَ، فَإِذَا اغْتَسَلَ أَحَدُكُمْ فَلْيَسْتَتِرْ».

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəraz (geniş bir sahə; yəni, açıq bir ərazi)'də, izarsız (beldən aşağını örtən geyimsiz) qüsl alan bir kişi gördü. Bundan sonra, minbərə çıxdı. Allaha həmd və səna edib, belə buyurdu:

"Şübhəsiz, Allah (azzə və cəllə), Həyiyy (çox həyalı) və Sittir'dir. Elə isə, sizdən biri qüsl aldığında, örtünsün."

(əbu Davud, "Sünən", "Kitabu'l-Hammam = Hamam kitabı", "Babu'n-nəhyi ən təarri = çılpaq qalmağdan nəhy babı", hədis no: 4012)

--------------------------

Şərhi:

(بِالْبَرَازِ): الْمُرَادُ بِهِ هُنَا الْفَضَاءُ الْوَاسِعُ، وَالْبَاءُ لِلظَّرْفِيَّةِ.

• Bəraz:

Bununla burda murad edilən: "geniş bir sahə"dir. (Burdakı) "bə" hərfi isə, zərfiyyə (yəni, içindəlik)'dir.

(حَيِيٌّ): بِكَسْرِ الْيَاءِ الْأُولَى، كَثِيرُ الْحَيَاءِ، فَلَا يَرُدُّ مَنْ سَأَلَهُ.

• Həyiyy:

(Bundakı) birinci "yə" hərfi, kəsrə (yəni, "i") ilədir. (Bu söz), "həyası çox olan" (deməkdir). Bundan dolayı, Ondan (bir şey) istəyəni, rədd etməz.

(سِتِّيرٌ): بِالْكَسْرِ وَالتَّشْدِيدِ، تَارِكٌ لِحُبِّ الْقَبَائِحِ، سَاتِرٌ لِلْعُيُوبِ وَالْفَضَائِحِ، قَالَهُ الْمُنَاوِيُّ.

وَفِي النِّهَايَةِ: سَتِيرٌ فَعِيلٌ بِمَعْنَى فَاعِلٍ، أَيْ: مِنْ شَأْنِهِ وَإِرَادَتِهِ حُبُّ السَّتْرِ وَالصَّوْنِ. انْتَهَى.

• Sittir:

Kəsrə və təşdid ilədir. (Bu söz): "çirkin şeyləri sevməyi tərk edən; eybləri və rüsvayçılıqları sətr edən (örtən)" (deməkdir).

~ Bu (məna)'nı, Münavi demişdir.

~ "ən-Nihayə"də (belə deyilir):

"Sətir" (sətr edən, örtən), fəil (vəznində)'dir və fail mənasındadır. Yəni: 'Sətr etməyi sevmək və qorumaq, Onun şanından və iradəsindəndir."

Son!

وَفِي النَّيْلِ: سَتِيرٌ بِسِينٍ مُهْمَلَةٍ مَفْتُوحَةٍ، وَتَاءٍ مُثَنَّاةٍ مِنْ فَوْقُ مَكْسُورَةٍ، وَيَاءٍ تَحْتِيَّةٍ سَاكِنَةٍ، ثُمَّ رَاءٍ مُهْمَلَةٍ. انْتَهَى.

~ "Neyl"də (isə, belə deyilir):

"Sətir' (kəliməsi), muhmələ (yəni, nöqtəsiz) və məftuhə (üstü açıq) 'sin' hərfi; üstündə 2 nöqtə olan və məksurə (kəsrəli) 'tə' hərfi; təhtiyyə (yəni, altında nöqtə olan) və sakin 'yə' hərfi; sonra da, muhmələ (nöqtəsiz) 'ra' hərfi(ndən ibarətdir)."

Son! (haşiyə)

-----------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Allahın bu ismi, "Sittir", "Sətir" və ya dilimizdəki oxunuşu ilə "Səttar" olaraq gəlmişdir. 99 isim arasında yer almamışdır.

https://suallarlaislam.com/.../allahin-isiml%C9%99ri-99...

-------------------------

قَالَ الْمُنْذِرِيُّ: وَأَخْرَجَهُ النَّسَائِيُّ.

Munziri deyir:

Bu (hədis)'i, Nəsai də təxric etmişdir. ("Sünən", "Kitabu'l-Ğüsl və't-təyəmmüm = Qüsl və təyəmmüm kitabı", "Babu'l-İstitar ində'l-ğusl = Qüsl alarkən örtünmək babı", hədis no: 406)

(əbu Tayyib Muhamməd Şəmsu'l-Haqq əl-Əzimabadi əş-Şafii, "Avnu'l-Mə'bud şərh-u Sünən-i əbi Davud")

-------------------------

-------------------------

Şeyx Xəlil Əhməd əs-Səharənfuri əl-Hənəfi (rahiməhullah)'ın "Bəzlu'l-Məchud fi həlli Sünən-i əbi Davud" əsərində, hədis, belə şərh edilir:

وَالْحَيَاءُ تَغَيُّرٌ وَانْكِسَارٌ يَعْتَرِضُ الْإِنْسَانَ مِنْ خَوْفِ مَا يُعَابُ بِهِ وَيُذَمُّ،

• Həya: "özü ilə ayıblanacağı və zəmm ediləcəyi (pislənəcəyin)'dən qorxması səbəbilə, insana üz verən təğayyur (dəyişiklik) və inkisar (sınma, mənəvi əzilmə halı)"dır.

وَلَا يُوصَفُ بِهِ سُبْحَانَهُ وَتَعَالَى،

Allah (subhənəhu və taala), onunla (yəni, həya ilə) vəsf edilməz.

لَكِنَّهُ لِوُرُودِهِ فِي الْحَدِيثِ يُؤَوَّلُ وُجُوبًا بِمَا هُوَ قَانُونٌ فِي أَمْثَالِ هَذِهِ الْأَشْيَاءِ:

Lakin o (yəni, həya), hədisdə varid olduğuna görə, bu kimi məsələlərdə qanun olan şeyə əsasən təvil edilir:

أَنَّ كُلَّ صِفَةٍ تَثْبُتُ لِلْعَبْدِ مِمَّا يَخْتَصُّ بِالْأَجْسَامِ، فَإِذَا وُصِفَ اللَّهُ بِذَلِكَ، فَذَلِكَ مَحْمُولٌ عَلَى نِهَايَاتِ الْأَعْرَاضِ لَا عَلَى بِدَايَاتِ الْأَعْرَاضِ.

Şübhəsiz, cisimlərə məxsus olan şeylərdən qul üçün hər (hansı) bir sifət sabit olar və Allah da onunla vəsf edilərsə, o (yəni, bu sifət), arazın bidayətinə deyil, onun nəhayətinə məhmul (həml edilən)'dir.

مِثَالُهُ أَنَّ الْحَيَاءَ حَالَةٌ تَحْصُلُ لِلْإِنْسَانِ،

Onun misalı, həyanın, insanda hasil olan bir hal olmasıdır.

لَكِنَّ لَهَا مَبْدَأً وَمُنْتَهًى،

Lakin, onun məbdə (başlanğıc) və müntəha (sonu) vardır.

أَمَّا الْمَبْدَأُ فَهُوَ التَّغَيُّرُ الْجِسْمَانِيُّ الَّذِي يَلْحَقُ الْإِنْسَانَ مِنْ خَوْفِ أَنْ يُنْسَبَ إِلَى الْقُبْحِ،

~ Amma "məbdə"yə (yəni, həyanın başlanğıcına) gəlincə: o, insanda, çirkin bir şeyə nisbət edilməkdən (doğan) qorxu səbəbilə, insanda meydana gələn cismani təğayyur (dəyişiklik)'dir.

وَأَمَّا النِّهَايَةُ فَهِيَ أَنْ يَتْرُكَ الْإِنْسَانُ ذَلِكَ الْفِعْلَ،

~ Amma "nəhayət"ə (yəni, həyanın sonuna) gəlincə: o, insanın, o əməli tərk etməsidir.

فَإِذَا وَرَدَ الْحَيَاءُ فِي حَقِّ اللَّهِ تَعَالَى،فَلَيْسَ الْمُرَادُ مِنْهُ ذَلِكَ الْخَوْفَ الَّذِي هُوَ مَبْدَأُ الْحَيَاءِ وَمُقَدِّمَتُهُ،

Həya, Allah Taala haqqında varid olduğunda, ondan murad, həyanın başlanğıcı və müqəddiməsi olan o qorxu deyil;

بَلْ تَرْكُ الْفِعْلِ الَّذِي هُوَ مُنْتَهَاهُ وَغَايَتُهُ،

Əksinə, onun (yəni, həyanın) müntəhası və qayəsi olan feli tərk etmək (murad olunur).

وَكَذَلِكَ الْغَضَبُ لَهُ مُقَدِّمَةٌ، وَهِيَ غَلَيَانُ دَمِ الْقَلْبِ وَشَهْوَةُ الِانْتِقَامِ، وَلَهُ غَايَةٌ وَهُوَ إِنْزَالُ الْعُقُوبَةِ بِالْمَغْضُوبِ عَلَيْهِ.

Eləcə də qəzəb, belədir. Onun (da) müqəddiməsi vardır. O, qəlb qanının qələyanı (qaynaması) və intiqam şəhvəti (almaq istəyi)'dir. Onun (da) qayəsi vardır. (Bu) isə, qəzəb edilən şəxsə, cəza endirməkdir.

(سَتِيرٌ) بِكَسْرِ السِّينِ(١)،

• Sittir:

"Sin" (hərfi)'nin kəsrəsi ilədir.

أَيْ: يُحِبُّ الْحَيَاءَ وَالتَّسَتُّرَ،

Yəni (Sittir): "O, həya və təsəttürü sevir." deməkdir.

فَهُوَ فَعِيلٌ بِمَعْنَى فَاعِلٍ، أَوْ هُوَ فَعِيلٌ بِمَعْنَى مَفْعُولٍ،

O, fəil (vəznində)'ki fail mənasında; və ya, o, fəil (vəznində)'ki məful mənasındadır.

أَيْ: مَسْتُورٌ عَنِ الْعُيُونِ فِي الدُّنْيَا

Yəni: "dünyada, gözlərdən məstur (örtülmüş, gizlənmiş)" deməkdir.

(يُحِبُّ الْحَيَاءَ وَالسِّتْرَ) بِفَتْحِ السِّينِ، أَيْ: مِنْ عِبَادِهِ، أَوْ يُحِبُّ مَنْ فِيهِ الْحَيَاءُ وَالسِّتْرُ.

• "Həya və sitri (örtünməyi) sevir."

(Burda), sin (hərfi), fəthə ilədir (yəni, sitr yox sətr şəklindədir). Yəni:

"O, qullarından (həya və sitr sahibini sevir); və ya onlardan, özündə həya və sitr (örtünmə) olan kimsələri sevir." deməkdir.

 

Not:

Bu linkdə, s. 41-42:

https://dn711205.ca.archive.org/0/items/fp91201_202503/12_91212.pdf

---------------------------

---------------------------

Şeyx Muhamməd b. Abdi'l-Hadi əs-Sindi əl-Hənəfi (rahiməhullahu Taala)'nın "Kitab-u Fəthi'l-Vədud fi şərh-i Sünən-i əbi Davud" adlı əsərində isə, hədis, belə şərh edilir:

أَيْ: أَنَّ اللَّهَ تَارِكٌ لِلْقَبَائِحِ، سَاتِرٌ لِلْعُيُوبِ وَالْفَضَائِحِ،

Yəni:

Allah, çirkin şeyləri tərk edən; eybləri və rüsvayçılıqları örtəndir.

يُحِبُّ الْحَيَاءَ وَالسَّتْرَ مِنَ الْعَبْدِ؛ لِيَكُونَ مُخْتَلِقًا بِأَخْلَاقِهِ تَعَالَى،

(Allah) Taala'nın əxlaqı ilə əxlaqlanan olduğundan dolayı, qulun həya və sətrini sevir.

فَهُوَ تَعْرِيضٌ لِلْعِبَادِ وَحَثٌّ لَهُمْ عَلَى تَحَرِّي الْحَيَاءِ.

Beləliklə, bu, qul üçün təriz (işarə) və həyanı təhərri (araşdırmaq, ona riayət etmə)'yə təşviqdir.

https://shamela.ws/book/20591/2228?fbclid=IwY2xjawU72p5leHRuA2FlbQIxMQBw...

---------------------------

---------------------------

Əlavələr:

"Allahın əxlaqı ilə əxlaqlanın." hədisi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-%C9%99xlaqi-il%C9%99...

Read 9 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR