Sübh doğduqdan sonra sübhün iki rükət sünnəti xaric namaz qılmağın məkruhluğu
514. Hafsa (radiyallahu anha)'dan belə nəql edilir:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), fəcr doğduqdan sonra, 2 rükətdən başqa namaz qılmazdı." (Muslim, "Salətu'l-Musəfirin", 118)
--------------------------
--------------------------
515. ibn Amr (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Fəcr doğduqdan sonra, 2 rükətdən başqa namaz yoxdur."
Hədisi, -Nəsai xaric-, "Kütüb-ü Sittə"nin 5 imamı rəvayət etmişlərdir.
Abdu'r-Razzəq'in "Musannəf"ində, bu rəvayət belədir:
"Fəcrin doğmasından sonra, fəcrin 2 rükətindən başqa namaz yoxdur."
Bunun bir bənzəri, Amr b. əl-As (radiyallahu anh)'dan, Daraqutni'də rəvayət edilmişdir. ("Büluğu'l-Məram", 1/27) (haşiyə)
---------------------------
(Haşiyə:
~ Əhməd b. Hənbəl, "Müsnəd", ll, 104;
~ Tirmizi, "İqamətu's-Saləh", 101;
~ Abdu'r-Razzəq, "Musannəf", lll, 53;
~ Daraqutni, "Sünən", l, 246;
~ əbu Davud, "Tatavvu", 10)
----------------------------
əbu Davud'un ləfzi, "Fəcr doğduqdan sonra, 2 rükətdən başqa namaz qılmayın." şəklindədir.
əbu Davud, (hədis haqqında) sükut etmişdir. Başqaları isə, bu hədis haqqında kəlam etmişlərdir.
Hədis, "Nasbu'r-Rayə"də, məkruh vaxtlar mövzusunun axırında zikr edilmişdir.
(Təhanəvi, "İlau's-Sünən")
------------------------------
------------------------------
Əlavələr:
Məzhəblərin görüşləri, belədir:
✓ əbu Hənifə və əshabı, bu hədisləri dəlil göstərərək, "Bu vaxtda hər cür nafilə, məkruhdur." demişlərdir.
Dəstəmaz namazı və təhiyyətu'l-məscid namazı kimi bir səbəbə bağlı nafilələrlə, belə bir səbəbə bağlı olmayan nafilə arasında, bir fərq yoxdur.
✓ Malik, Həsən əl-Basri, Səid b. əl-Müsəyyəb və Ələ b. Ziyad da, belə demişlərdir.
✓ Şafi isə: "Dəstəmaz almaq və məscidə girmək kimi bir səbəbə bağlı olaraq qılınan dəstəmaz namazı və təhiyyətu'l-məscid namazı kimi nafilələr, qılınar." demişdir.
Cumhur, Şafi'nin dəlini qəbul etməmişdir.
✓ Hənbəli'lərə görə, bu vaxtda (sübhün sünnəti xaric) hər növ nafilə qılmaq, haramdır. Səbəbə bağlı olan ilə olmayan arasında, bir fərq yoxdur. Yalnız tavaf sünnəti, bundan müstəsnadır.
---------------------------
---------------------------
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namaz-vaxtlari-fiqhi-1
