Sünnət, vəhydirmi? (Mətluv və qeyr-i mətluv vəhy)

 

Allah, insanları və cinləri, Özünə qulluq etsinlər deyə yaratmışdır. İnsan oğlu, mükəmməl bir varlıq olmasına baxmayaraq, İlahi əmr və qadağaları birbaşa ala biləcək bir quruluşa sahib deyildir. Bu səbəbdən, Allah Taala, insanlar arasından seçdiyi nəbi və rəsulları, Rəbb-qul münasibətini təmin etmək, əmr və qadağalarını onlara çatdıtmaqla vəzifələndirmişdir.

Uca kitabımız olan Quran-i Kərim'in açıqlamalarına görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), son nəbi və son rəsuldur, ancaq ilk peyğəmbər deyildir. Allah Taala, ondan əvvəl də peyğəmbərlər göndərmiş və bütün peyğəmbərlər, vəhy adını verdikləri rabitə vasitəsilə gərəkli gördüyü bilikləri çatdırmışdır. Peyğəmbərin Allahdan vəhy yolu ilə aldığı biliklərin Qurandan ibarət olmadığı, həm aşağıda zikr edəcəyimiz ayətlərdən, həm də ona yüklənən vəzifələrdən və bəxş edilən vəzifələrdən başa düşülməkdədir. Onu digərlərindən ayıran özəllik, Özünə vəhy gəlməsidir.

İlahi vəhyin bəşər olaraq ilk muxatabları olan peyğəmbərlərin Allah Taala tərəfindən bilikləndirilməsi, nübüvvətin gərəyidir. Peyğəmbərlərin bilikləndirilməsinin ən açıq vasitəsi də, özlərinə vəhy gəlməsidir. Dini təbliğ edərək, onu insanlara öyrədib, eyni zamanda onları tərbiyə edəcək şəxs olan peyğəmbərin, ilk əvvəl öyrənmək və tərbiyə edilməyə tabe tutulması gərəkməkdədir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, təbliğ etdiyi Qurandan ayrımaq mümkün deyildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Quranı təbliğ etməklə bərabər, Rəbbimizin ona verdiyi səlahiyyətlə, onu bəyan etmiş, öyrətmiş, Özünə həvalə edilən boşluqları doldurmuşdur.

Bu etibarla, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gərək həyatının, gərəksə sünnətinin, xüsusilə müsəlmanlar, ümumiyyətlə də bütün insanlıq üçün əhəmiyyətli bir yeri vardır. Uca Qurana çatmağın tək yolu isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dir.

İslam alimləri:

~ Qurana - "mətluv vəhy" (tilavət edilən, oxunan vəhy);

~ Sünnətə də - "qeyr-i mətluv vəhy" (tilavət edilməyən, oxunmayan vəhy)

ismini vermişlərdir. (bax: İbn Hazm, "İhkam fi-Usuli’l-Əhkam", I/95, 1-ci nəşr, Beyrut, 1985)

Müstəşriklərə (orientalistlərə) və bu xüsusda onlara qatılanlara görə isə, sünnət, vəhy deyil; Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Öz görüşləridir. Onlara görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bu görüşlərində, zamanın şərtlərindən faydalanmışdır.

Beləliklə:

"Yazılı vəhy olan Qurandan başqa, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə vəhy gəlmişdirmi, gəlməmişdirmi?"

şəklində mübahisələr, günümüz müsəlmanlarının gündəmini meydana gətirməkdədir.

Orientalistlərin başlatdığı və bəzi müsəlmanlarca da qəbul görən "sünnətin vəhy olmadığı" görüşü, müəyyən bir məsafə qət etmiş və müsəlmanların fikir dünyasını bulandırmışdır.

Bu səbəblə, biz, bu yazımızda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə, Qurandan başqa vəhyin endiyinə dair, Qurani dəlillərdən bəhs edəcəyik. Ardından da, Sünnətdən dəlillər və alimlərimizim görüşlərini nəql edəcəyik. Müvəffəqiyyət, Allahdandır.

✓ Quran'dan dəlillər:

1. Uca Rəbbimiz, Təhrim surəsinin 3-cü ayətində belə buyurur:

وَإِذْ أَسَرَّ ٱلنَّبِىُّ إِلَىٰ بَعْضِ أَزْوَ‌ٰجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِۦ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُۥ وَأَعْرَضَ عَنۢ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتْ مَنْ أَنۢبَأَكَ هَـٰذَا ۖ قَالَ نَبَّأَنِىَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ

"Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da, bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə, O, bunun bir qismini, sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə, vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə, zövcəsi dedi:

'Bunu sənə kim xəbər verdi?'

O dedi: 'Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!”

Ayətdən də başa düşüldüyünə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), xanımlarından birinə gizli bir söz demiş, xanımı da, bunu analarımızdan digərinə və ya başqa bir kimsəyə xəbər verincə, Allah Taala, Peyğəmbərimizə vəhylə olub-bitənləri bildirir. Allahın bildirdiyi bu şeylərin bir qismini Nəbi (əleyhissəlam), xanımın bildirir; bir qismini isə, bildirmir. Belə bir halla qarşılaşan xanımı isə, bunu kimin bildirdiyini soruşur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:

"Bilən, hər şeydən xəbərdar olan Allah, mənə xəbər verdi." buyurur.

Quranın hər hansı bir ayətində, Allah (cəllə cələluhu), Öz rəsuluna bildirdiyi bu şeyin mətnini verməmişdir. Yəni Allah rəsulunun, Öz zövcəsinə bildirdiyi qisim ilə bildirmədiyi qismin mətni, Quranda yoxdur. Vəhy isə, Allah rəsuluna bildirilənləri ehtiva edir.

Demək ki, mətnilə Quranda mövcud olmayıb Allah rəsuluna bildirilən vəhylər də vardır. Və bunu alimlərimiz, "qeyr-i mətluv vəhy" deyə adlandırmışlardır.

Allah bildirdiyinə şəhadət edərkən, Rəsulu da: 'Bilən, hər şeydən xəbərdar olan Allah, mənə xəbər verdi.' deyərkən, artıq başqa birinin, Quranın 2 qapağı arasından başqa bir vəhyin Allah rəsuluna gəlmədiyini söyləməsinin, "Lə iləhə illəllah, Muhammədun Rasulullah" şəhadətilə uyğun ola biləcəyini söyləmək, mümkün deyildir.

Allah "endirdim" deyərkən, "endirmədi" deyən bu insanlar, görəsən Qurandan bir həqiqəti inkar etməyin, sahibini dindən çıxaracağını bilmirlərmi?!

-----------------------------------

2. Uca Rəbbimiz, Əhzab surəsinin 37-ci ayətində, belə buyurur:

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌ فِىٓ أَزْوَ‌ٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

"Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir."

Bu ayəti literal (hərfi-hərfinə) başa düşmək mümkün deyildir. Bu səbəbdən dolayı, təfsir və hədis kitablarının köməyilə başa düşməyə çalışaq. Belə ki:

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), xalası qızı olan Zeynəb binti Cahş (radiyallahu anha)'nı, Zeyd b. Harisə'yə nigahlamaq istəmişdi. Lakin Zeynəb (radiyallahu anha), ilk əvvəl tərəddüd etmiş, üzrünü iləri sürmüşdü. Bunun üzərinə, bu:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًا مُّبِينًا

"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (Əhzab/36)

ayəti nazil oldu. Bu ayətdən sonra, Zeynəb, Zeyd ilə evlənir.

Bir müddət yaxşı davam edən evlilikləri pozulmağa başladığında, Zeyd, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlir və onları bir-birindən ayırmasını istəyir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Zeydə nəsihət edir və zövcəsindən ayrılmamağı tövsiyyə edir.

Yenə aradan bir müddət keçincə, yaxşı davam etməyən evliliyin bitirilməsi üçün, Zeyd, Peyğəmbərin yanına, ikinci və üçüncü dəfə gəlir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, hər dəfəsində nəsihət edib xanımını boşamamasını və Allahdan qorxmasını tövsiyyə edirsə də, artıq başqa çıxış yolu qalmır. Nəhayət Peyğəmbər (sallallahu aleyhi və səlləm), Zeyd və Zeynəb'in aralarını ayırır.

Ancaq bütün bu hadisələr baş verərkən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'də, bir qorxu mövcuddur. Görəsən bu qorxu nə idi?

Zeyd, cahiliyyə'də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nökər olmuş, ancaq Allah rəsulunun azad edib özünə övlad olaraq götürdüyü bir səhabədir. Lakin Allah, Zeydin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in övladı olmadığını, İslamda belə bir şeyin olmadığını və övladı olmadığı üçün də, kişinin, övladlığının öz xanımını boşadığı vaxt, onunla evlənməsində bir məhzur (həzər ediləcək hal) olmadığını göstərmək istəmişdi. Yəni Allah, övladlığı ortadan qaldırmaq istəmiş və kişinin, oğulluğunun boşadığı xanımı ilə evlənməsində şəran (şəriət cəhətindən) bir məhzurun olmadığını göstərmək istəmişdir. Lakin Allah Taala, bu ilk tətbiqatı, Allah rəsulunun şəxsən öz nəfsi üzərində tətbiq etməyi diləmiş və Ona, Zeydi Zeynəblə evləndirib daha sonra da Allahın onları ayırdığı gün də, Nəbi (sallallahu aleyhi və səlləm)'in Zeynəb ilə evlənməsini Peyğəmbərimizə əmr etmişdi.

Yəni Allah rəsulu (sallallahu aleyhi və səlləm), Zeynəbi Zeyd ilə evləndirərkən, daha işin başında nə olacağını bilirdi. Mövzu ilə əlaqəli olaraq, ibn Kəsir təfsirində, belə bir rəvayət keçir:

İbn əbu Xatim dedi ---> Bizə atam...Əli b. Zeyd ibn Cüdan'dan nəql etdi ki, o, belə dedi ---> Əli b. Hüseyn, məndən:

"...Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin..."

qövlü haqqında nə dediyini soruşdu. Mən də ona izah etdim. Sonra o, belə dedi:

"Xeyr, Allah rəsulu, onu Zeydlə evləndirməzdən əvvəl, Zeynəbin Öz xanımı olacağını bilirdi. Zeyd, Zeynəb'dən şikayət etmək üzərə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlincə, Allah rəsulu ona:

"Allahdan qorx və xanımına sahib ol." dedi.

Bax bunun üzərinə, Allah Taala, Öz rəsuluna belə buyurdu:

"Mən, səni onunla evləndirəcəyimi xəbər vermişdim. Sən isə:

'Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayırsan."

Süddi'dən də bu şəkildə rəvayət etdiyi söylənmişdir.

İbn Cərir ət-Tabəri, bu mövzuda belə deyir:

"Zeynəbin Peyğəmbərlə evləndirilməsini istəyən, Allah (azzə və cəllə) idi. (bax: İbn Kəsir, "Təfsiru İbn Kəsir", c. 12, s. 6545)

-----------------------------------

3. Uca Rəbbimiz, Bəqərə surəsinin 144-cü ayətində belə buyurur:

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِى ٱلسَّمَآءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَىٰهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا۟ وُجُوهَكُمْ شَطْرَهُۥ ۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ لَيَعْلَمُونَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۗ وَمَا ٱللَّهُ بِغَـٰفِلٍ عَمَّا يَعْمَلُونَ

"Biz, sənin, üzünün göyə tərəf çevrildiyini gördük və Biz, səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən, üzünü Məscidu'l-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin!

Şübhəsiz ki, Kitab verilənlər, bunun, öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir." (Bəqərə/144)

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkədə ikən, Kəbəyə doğru namaz qılmaqda idi. Lakin daha sonra, Allah rəsulu, Mədinəyə doğru hicrət edincə, 16 və ya 17 ay, Beytu'l-Məqdis'ə (Qüdsə) doğru namaz qıldı. Peyğəmbərimiz və möminlər, bu qədər bir müddət Beytu'l-Məqdisə doğru namaz qıldıqdan sonra, Allah Taala, möminlərin Kəbəyə doğru dönmələri üçün, vəhy göndərmişdir.

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Kəbəyə doğru dönməsini əmr edən ayətlər, bəllidir. Bəs yaxşı, Beytu'l-Məqdisə doğru dönməsini əmr edən vəhy hardadır? Quranın hər hansı bir yerində, Allah (cəllə cələluhu), Rəsulunun Beytu'l-Məqdisə doğru namaz qılmasını əmr etmiş deyildir. O halda, bu əmr, Peyğəmbərimizə hansı yolla gəlmişdir?

Əlbəttə ki, qeyr-i mətluv olan, vəhyin ikinci yolu ilə.

Demək ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Quranda mövcud olmayan və ya mövcud olan mücməl ifadənin muhtəvasını, detallarını, Nəfsindən və ya təcrübəsindən deyil, şəxsən Allah Taala'dan, qeyr-i mətluv olan vəhylə almaqdadır.

----------------------------------

4. Uca Rəbbimiz, Həşr surəsinin 5-ci ayətində belə buyurur:

مَا قَطَعْتُم مِّن لِّينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَآئِمَةً عَلَىٰٓ أُصُولِهَا فَبِإِذْنِ ٱللَّهِ وَلِيُخْزِىَ ٱلْفَـٰسِقِينَ

"Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız, Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür."

Nadir oğullarının Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i öldürmə təşəbbüslərindən dolayı, Müsəlmanlarla nadir oğulları arasında döyüş olmuşdu. (bax :Dr. M. Said Ramazan əl-Buti, "Fiqhu’s Sirə", s. 271-274)

Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Nadir oğulları'nın sağlam qalalarını mühasirə etmiş, onların ümidlərinin kəsilməsi və təslim olmaları içində, Nadir oğullarının xurmalıqlarının bəlli bir hissəsinin kəsilməsini əmr etmişdi. Bunun üzərinə, xurmalıqların bir qismi kəsilmiş, lakin daha sonra səhabələr arasında ixtilaf çıxmışdı. Onlar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəlib:

"Ey Allahın rəsulu! Kəsdiyimizdən və kəsmədiklərimizdən dolayı, bizə bir günah vardırmı?"

deyə soruşurlar. Bunun üzərinə, Allah Taala, Həşr surəsinin 5-ci ayətini nazil edir. Enən bu ayətlə, Allah Subhənəhu və Taala, möminlərin düşmüş olduğu məsələyə həll yolu gətirir. Ayətdə Allah (cəllə cələluhu) belə buyurur:

"Xurma ağaclarını kəsməyiniz yaxud onları kökü üstündə salamat qoymağınız, Allahın iznilədir və Onun fasiqləri rəzil etməsi üçündür."

Ayətin ifadəsindən də açıqca anlaşılacağı kimi, möminlərin arasında mübahisəyə yol açan xurmalıqların kəsilməsi, şəxsən Allahın əmrilə olmuşdur. Quranın hər hansı bir yerində isə, xurmalıqların kəsilməsi haqqında, daha əvvəlcə nazil olan bir ayət yoxdur. Hadisədən, yəni mübahisədən sonra, mövzu ilə bağlı enən bu ayət, təkdir.

O halda, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahın iznilə olan bu xurmalıqların kəsilməsi əmrini, yəni Quranda olmayan bu vəhyi, qeyr-i mətluv vəhy olan vəhyin ikinci yolu ilə almışdır.

------------------------------

5. Allah Taala, Bəqərə surəsinin 187-ci ayətində, belə buyurmaqdadır:

أُحِلَّ لَكُمْ لَيْلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمْ ۚ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ ۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتَانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ ۖ فَٱلْـَٔـٰنَ بَـٰشِرُوهُنَّ وَٱبْتَغُوا۟ مَا كَتَبَ ٱللَّهُ لَكُمْ ۚ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلْخَيْطُ ٱلْأَبْيَضُ مِنَ ٱلْخَيْطِ ٱلْأَسْوَدِ مِنَ ٱلْفَجْرِ ۖ ثُمَّ أَتِمُّوا۟ ٱلصِّيَامَ إِلَى ٱلَّيْلِ ۚ وَلَا تُبَـٰشِرُوهُنَّ وَأَنتُمْ عَـٰكِفُونَ فِى ٱلْمَسَـٰجِدِ ۗ تِلْكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقْرَبُوهَا ۗ كَذَ‌ٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَـٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

"Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar."

Allah, möminlərə, orucu fərz qılmışdır. Oruc, ilk fərz qılındığı vaxt, işa namazından sonra başlayar və günəş batana qədər davam edərdi. Yəni sahur yox idi və işa namazından sonra, qadınlarla cinsi münasibət, haram idi. Rəvayətlərdə də, bəzi səhabələrin, Ramazan boyunca zövcələrinə yaxınlaşmadıqları və bu səbəbdən də, nəfslərindən qorxduqları rəvayət edilməkdədir. Bunun üzərinə, Allah Taala, Bəqərə surəsinin 187-ci ayətini endirdi.

Bax bu ayətlə, Allah Subhənəhu, mömin qullarına mərhəmət etməkdə, onlara, xanımlarına yaxınlaşmaqlarını və sahur yeməyini halal qılmaqdadır. Çünki Allah Taala, möminlərin, öz nəfslərindən qorxduqlarını və bu günahı işləyəcəklərini bilmişdi. Beləcə, Öz qatından bir rəhmət olaraq bunları halal qılır.

Sualımız, budur:

"Quranda, qadınlara yaxınlaşmağın və sahurun halal qılındığına dair, Allahın əmri mövcuddur. O halda, əvvəlki haram əmri hardadır? Quranın hər hansı bir yerində, bu haram əmri mövcud deyildir. O halda, Allah rəsulu, bu əmri, Allahdan necə aldı?"

Əlbəttə ki, qeyr-i mətluv olan vəhy ilə!

------------------------------

6. Uca Rəbbimiz, Al-i İmran surəsi 164-cü ayətdə, belə buyurur:

لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَـٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَـٰلٍ مُّبِينٍ

"Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər."

Bu və bənzəri ayətlərdə (bax: Bəqərə/231; Nis/113; Əhzab/34) açıqca, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, Kitabla bərabər Hikmətin də verildiyi bəyan edilməkdədir.

Bu hikmətin, Kitab olması, mümkün deyildir. Çünki bənzərsiz bəlağat möcüzəsi olan Quranın içində:

~ təsadüfi istifadə edilmiş kəlimələr;

~ məqsədi bütün-bütün qapalı ifadələr; və ~ gərəksiz itnab (yəni sözü gərəksiz yerə uzatmaq)

ola bilməyəcəyindən dolayı, bəhs mövzusu ayətlərdə, hikmətdən məqsəd, Kitab və ya Kitabın bir qismi ola bilməz. Çünki o vaxt, hikmət, Kitab üzərinə ətf edilə bilməzdi. Bir-birinə ətflə yan-yana zikr edilən 2 şey, bir-birindən fərqli olmalıdır.

Hikmətin nə mənaya gəldiyi haqqında mübahisə edilə bilər. Buna sözümüz yoxdur. Ancaq bunu qəti olaraq ifadə edirik ki, Kitabdan məqsəd - Quran olduğuna görə; hikmət - Quranın xaricində və Allah rəsulunun missiya sahəsinə girən və dərhal Qurandan sonra gələn bir şeydir.

İmam Şafi (rahmətullahi aleyh), bu mövzudakı ayətləri sıraladıqdan sonra, bu nəticəyə varır:

Allah Taala:

~ "Kitab" deyincə - Quranı;

~ "Hikmət" deyincə də, -görüşlərinə qatıldığım əhl-i Quran alimlərinin dediyi kimi- Peyğəmbərin sünnətini

qəsd etmişdir.

Bu görüş, Quranın ifadəsinə də uyğundur. Allah, ən doğrusunu bilir. Çünki Quran, əvvəl Kitabı, ardından hikməti zikr etmişdir. Allah Taala da, özlərinə, Kitab və hikməti öyrətməklə, qullarına etdiyi ehsanı zikr etməkdədir. Burdakı "hikmət"in, Peyğəmbərin sünnətindən başqa bir şey olduğunu söyləmək də, uyğun deyildir. Səbəbi isə, budur:

Allah Taala, hikməti, Kitabla yan-yana zikr etmişdir. Bununla bərabər, Peyğəmbərinə itaəti və hər kəsə, Onun əmrinə tabe olmağı fərz qılmışdır. Allahın kitabı və Rəsulunun sünnətindən başqa heç bir söz üçün "fərz" deyilməsi, caiz deyildir. Bunun səbəbi də, Allah Taala'nın, Rəsuluna imanı, Özünə iman ilə bərabər zikr etməsidir. (bax: Muhamməd b. İdris əş-Şafi, "ər’-Risalə", s. 45 (təhqiq: Əhməd M. Şakir), Qahirə/1979.)

--------------------------

7. Uca Rəbbimiz, Bəqərə surəsinin 238-239-cu ayətlərində belə buyurur:

حَـٰفِظُوا۟ عَلَى ٱلصَّلَوَ‌ٰتِ وَٱلصَّلَوٰةِ ٱلْوُسْطَىٰ وَقُومُوا۟ لِلَّهِ قَـٰنِتِينَ • فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا ۖ فَإِذَآ أَمِنتُمْ فَٱذْكُرُوا۟ ٱللَّهَ كَمَا عَلَّمَكُم مَّا لَمْ تَكُونُوا۟ تَعْلَمُونَ

"Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun. Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!" (Bəqərə/238-239)

Burdakı, "bilmədiklərinizi sizə necə öyrədibsə" ifadəsi, diqqət çəkicidir.

Bilindiyi kimi, namaz, Quranda təfsilatlı şəkildə öyrədilməmişdir. O halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu mövzuda uca Allahdan Cəbrail vasitəsilə bəzi əmrlər almış olduğu şübhəsizdir. Bu görüşü, Cəbrailin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə gəlib 5 vaxt namazı şəxsən tətbiqatlı bir şəkildə öyrətdiyi rəvayətləri (bax: Tirmizi, Salat/149; əbu Davud, Salat/393) dəstəkləməkdədir.

Qısacası, ayətdə keçən "bilmədiklərinizi sizə necə öyrədibsə" ifadəsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə Quran xaricində də vəhy gəldiyinə işarət etməkdədir. Çünki Cibrilin öyrətməsi demək, nəticə etibarı ilə Allahın öyrətməsi kimidir.

------------------------------------

8. Uca Rəbbimiz, Qiyamət surəsi 16-19-cu ayətlərdə, belə buyurur:

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِ• إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُ • فَإِذَا قَرَأْنَـٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ • ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ

"Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu bəyan etmək də Bizə aiddir."

"Bəyan":

~ Lüğətdə: "bir başqasını açıqlayan şey" deməkdir.

~ İstilahda (terminologiyada) isə: "məna qapalılığını ortadan qaldırıb onu muxatabın (xitab edilənin) başa düşəcəyi bir şəkildə açıqlamaq və ya hökmü Allah tərəfindən açıqlanmış nass'ın keyfiyyətini ifadə etmək üzərə istifadə edilən bir termindir."

Burda Allah Taala, Quran ayətləri çərçivəsində, ayrıca bəyana ehtiyac göstərənlər olduğunu və o bəyanın da yenə vəhylə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə göstəriləcəyini ifadə etməkdədir.

Quranın, bəyan edilməsi lazım gələn ayətlər ehtiva etdiyi həqiqəti, bir digər ayətdə də belə zikr edilməkdədir:

بِٱلْبَيِّنَـٰتِ وَٱلزُّبُرِ ۗ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"Biz onları, aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı bəyan edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44)

Bir əvvəlki ayətdə (Qiyamət/19'da), Quran ayətlərini bəyan etmə işini, şəxsən Allah Taala Öz üzərinə almışkən; bu ayətdə (Nəhl/44'də) bəyan işinin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aid bir vəzifə olduğu bildirilməkdədir. Burda sizə görə bir təzad yoxdurmu?

Bu suala cavabımız, "Xeyr!"dir. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), Quranı bəyan edərkən -əsla- Özündən bir şey söyləməməkdə, tam əksinə, Quranı bəyan etmək sədədindəki Sünnət, vəhylə Peyğəmbərimizə öyrədilməkdədir. Ancaq bu vəhy, Quran xaricində bir vəhydir.

Bunun belə olduğunu, yuxarıda zikr etdiyimiz əl-Qiyamət surəsindəki ayət ortaya qoymaqdadır. Çünki o ayətə yaxından baxdığımızda, bunu görürük:

Allah Taala, Quran ayətlərinin bəyanının Özünə aid olduğunu ifadə etməkdədir. Elə isə, Quranın, bəyana ehtiyac göstərən HƏR ayətinin, ya başqa bir ayət və ya Quran xaricində bir vəhy tərəfindən yerinə yetirilmiş olması lazımdır. Birinci ehtimal, qeyr-i məqbuldur. Çünki Quranın bəyana möhtac HƏR ayətinin, yenə şəxsən Quranın başqa bir ayəti tərəfindən bəyan edildiyini görə bilmirik.

Elə isə, Quranın bəyanı sədədində varid olan sünnətlərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə Quran xarici (qeyr-i mətluv) bir vəhyıə bildirildiyini söyləmək məcburiyyətindəyik.

Read 19 times
In order to make a comment, please login or register