Təfsirə ehtiyac vardırmı?
İmam Cəlaləddin əs-Suyuti (rahmətullahi aleyh), "əl-İtqan fi Ulumi'l-Quran" adlı əsərində, deyir:
Quran, ərəb dilinin ən fasih olduğu bir zamanda nazil olmuşdur. Bu dili danışanlar, Quranın zahiri mənası və əhkamını (hökmlərini), asanlıqla başa düşürdülər. Lakin, batini mənasındakı incəlikləri isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən soruşub öyrənməklə başa düşə bilirdilər. Məsələn,
~ Səhabə,
...وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَـٰنَهُم بِظُلْمٍ...
"...İmanlarına zülm qarışdırmayanlar..." (Ənam/82) ayəti nazil olduğunda, ayətin zahiri mənasına qapılaraq, "Hansımız nəfsinə zülm etmir ki?!" demişdilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm), soruşduqları bu ayəti,
...إِنَّ ٱلشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
"...Şübhəsiz, şirk, böyük zülmdür." (Loğman/13) ayətini dəlil gətirərək təfsir etmişdir.
~ Yenə, Aişə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, İnşiqaq/7-8 ayələrindəki "asan sorğu-sual"ın nə olduğunu soruşduğunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Bu, bir ərzdir." buyurmuşdu. (haşiyə)
-----------------------
(Haşiyə:
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm): "Hesaba çəkilən kimsə, mütləq həlak olmuşdur." buyurur.
- Aişə: "Allah, məni sənə fəda etsin, ey Allahın Rəsulu! Allah belə buyurmur mu: 'Kimin kitabı sağ əldən verilərsə, o, asan bir hesab ilə hesaba çəkilmişdir.' (İnşiqaq/7) dediyində,
- Allah Rəsulu (sallallahu aleyhi və səlləm): "O, Allah hüzurunda olmaqdır. Kimin hesabı münaqişəli keçərsə, o, həlak olmuşdur." (Buxari, "Təfsir-u İnşiqaq/2) buyuraraq, mövzuya açıqlıq gətirir.
------------------------
~ Başqa bir misal da, Adiyy b. əbi Hatim'in, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən soruşduğu, "ağ-qara ip" (Bəqərə/187) məsələsidir.
Səhabələr, Quranın mənasını başa düşməkdə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in təfsirinə möhtac olduqları kimi; eyni ehtiyacı, biz də hiss etməkdəyik. Buna əlavə olaraq, səhabənin, zahiri hökmlərdə ehtiyac duymadıqları təfsirə, bizlər ehtiyac duymaqdayıq. Bu cəhətdə əskikliyimiz, ərəb dilinin xüsusiyyətlərini yaxşıca öyrənmədən, Quranı başa düşməkdəki acizliyimizdir. Bu cəhətdən, bizlər, təfsirə ən çox möhtac olan kimsələrik. Bu, bilinən bir həqiqətdir ki, bəzi ayələrin təfsiri, vəciz ifadələri genişlətmək, mənalarını açıqlamaqla edildiyi kimi; bəzilərinin təfsiri də, möhtəməl mənalardan birini tərcih etməklə edilir.
Xuveyyi, belə deyir:
"Təfsir elmi, həm çətin, həm də asan bir elmdir. Təfsirin çətinliyi, özünü, fərqli yönlərdən göstərir. Burda ən əhəmiyyətli çətinlik, Quranın Allah kəlamı olmasıdır. İnsan, Allahın muradına, Quranı dinləməklə çata bilməz! Ayrıca, muradını anlamaq üçün, Allaha vasil olmaq imkanı da yoxdur. Halbuki, məsəllər və şeirlər, belə deyildir. İnsanın, bunları, sahibinin ağzından eşidib öyrənməsi və ya bunları eşidən birindən eşitməsi, mümkündür. Quranın təfsiri isə, qətidir; ancaq Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşitməklə bilinir. Quranın az saydakı ayələri xaric, Allahın muradını başa düşmək, çətindir. Allahın murad etdiyi mənanı bilmək, bəzi əmarə və dəlillərə möhtacdır. Bundakı hikmət: Allahın, qullarını, Kitabı üzərində düşünməyə sövq etməsidir. Bu səbəbdəndir ki, Öz rəsuluna, hər ayətdəki muradını açıqlamağı, əmr etməmişdir."
---------------------------
---------------------------
Əlavələr:
Ayələrin zahiri və batini mənaları:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-ay%C9%99tin-zahiri-...