Təvəssül - 1

Osman b. Huneyf (radiyallahu anh)'dan belə rəvayət edilir:

Gözü kor (və ya çox az görən bir adam), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gələrək belə dedi:

"Mənim üçün Allaha dua et gözümü sağaltsın."

- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Əgər istəyirsənsə, bu xəstəliyin mükafatını, özün üçün axirətə ertələ. Bu, daha xeyirlidir. Və əgər istəyirsənsə, dua edərəm."

- Adam:

"Dua et." dedi.

- (Bunun üzərinə) Peyğəmbər (sallallahu aleyhi və səlləm), adama gözəl bir şəkildə dəstəmaz almasını, 2 rükət namaz qılmasını və bu dua ilə dua etməsini əmr etdi:

"Allahım! Şübhəsiz, mən, Səndən istəyirəm və rəhmət peyğəmbəri olan Muhamməd ilə Sənə təvəccüh edirəm (yönəlirəm).

Ey Muhamməd! Bu ehtiyacımın yerinə yetirilməsi üçün, Sənin köməyinlə Rəbbimə yönəldim.

Allahım! Muhammədi, mənim haqqımda şəfaətçi qıl."

Ravi əbu İshaq deyir:

"Bu hədis, səhihdir."

Not:

"Tirmizi, bu hədisi, "Sünən"də, "Dualar"a aid bablarda rəvayət edərək, bunun, həsən-səhih-qərib olduğunu və yalnız, əbu Cəfər təriqi ilə bildiklərini söyləmişdir."

------------------------------------------

İzahı:

• Tirmizi, "Sünən", hədis no: 3578;

• Nəsai, "Əməlu'l-Yəvm və'l-Ləylə", hədis no: 658, s. 417; "əs-Sünənü'l-Kubra", hədis no: 10419, 10420;

• İbn Xuzeymə, "əs-Sahih", hədis no: 1219;

• Taberani, "əl-Mu'cəmu'l-Kəbir", hədis no: 8311;

• Beyhaqi, "Dəlailu'n-Nübüvvə", 6/166

• Hakim, "əl-Müstədrək", 1/526;

• Qadı İyad, "əş-Şifa", 1/322;

• Əli əl-Qari, "Şərhu'ş-Şifa", 1/653

də, bunu rəvayət etmişlərdir.

Tirmizi'nin rəvayətində, adam, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən dua istəyincə, Peyğəmbər, belə buyurmuşdur:

"Əgər istəyirsənsə, dua edərəm. İstəyirsənsə də, səbr edərsən. Səbr etmək, sənin üçün daha xeyirlidir."

"Tuhfətu'l-Əhvəzi şərh Camii't-Tirmizi" müəllifi Mübarəkfuri, belə deyir:

"Dua istəyən şəxs, ya kor idi; və ya az görürdü. Göz xəstəliyindən şəfa tapmaq üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən dua istəmişdir. İmam Tibi:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), adama:

'İstəyirsənsə, dua edərəm.' buyurmuş, adam da, Onun dua etməsini istəmiş, sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm), adamın dua etməsini əmr etmişdir.

Mənə elə gəlir ki, adamın, dua edilməsini səbr etməyə tərcih etməsi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xoşuna gəlməmişdir. Necə ki, adamla danışarkən:

'Səbr etmək, sənin üçün daha xeyirlidir. demişdir.

Bununla bərabər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ona tövsiyyə etdiyi duada, Peyğəmbəri şəfaətçi qılması; və duanın qəbulu yolunda Zatını vəsilə etməsi, ediləcək duaya, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in iştirak etdiyi mənası başa düşülür."

Nəsai'nin rəvayətində, hədisin sonunda bu əlavə vardır:

"Adam, Allahın, onun gözünü açmış olduğu halda, geri qayıtdı."

əl-Hakim də, bu hədisi, Nəsai'dəki əlavə ilə birlikdə rəvayət etmişdir.

Taberani də bunu rəvayət edir və bu rəvayətin başında, bu qissədən bəhs açır:

"Bir adam, bir iş üçün, dəfələrlə xəlifə Osman b. Affan'ın yanına gedib-gəlir, buna baxmayaraq, işi yerinə yetirilmirdi. Adam, bir gün, Osman b. Huneyf'ə rast gəlir və ona, dərini danışır. Osman b. Huneyf də, ona:

'Dolçanı gətir. Dəstəmaz al, sonra məscidə gedib 2 rükət namaz qıldıqdan sonra, belə dua et:

(Osman b. Huneyf, hədisdəki duanı zikr edir.)

Bu duanı etdiyin zaman, işini dilə gətir. Sonra mənə gəl ki, mən də səninlə gəlim.' deyir.

Adam da, gedib Onun dediklərini edir, sonra xəlifə Osman b. Affanın yanına gəlir. Qapıçı, dərhal gəlib onun əlindən tutaraq xəlifənin yanına aparır. Xəlifə, onu, öz yanına və mindər üzərinə oturdaraq belə deyir:

'Ehtiyacın nədir?'

Adam da, ehtiyacını söyləyir. Xəlifə dərhal onun istəyini yerinə yetirir, sonra ona:

'Bu vaxta qədər ehtiyacını mənə niyə demədin? Nə işin olsa, bizə gəl."

Adam xəlifənin yanından çıxdıqdan sonra, Osman b. Huneyfə rast gəlir, ona dua edir və:

'Səninlə görüşənə qədər işim olmurdu.' deyir.

Osman b. Huneyf də:

'Vallahi, sənin işin haqqında, mən, xəlifə ilə danışmadım. Lakin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i gördüm. Kor bir adam Ona gələrək, gözündən şikayət edirdi..."

Taberani, bu hədisi zikr etdikdən sonra, səhih olduğunu söyləmişdir. (Taberani, "əl-Mu'cəmu's-Sağir", hədis no: 509)

İbn Teymiyyə, "ət-Təvəssül və'l-Vəsilə" adlı risaləsində, bu hədisi zikr etdikdən sonra, eynilə belə deyir:

"Bu hədisi, Beyhaqi və başqaları, 'Dəlailu'n-Nübüvvə' bəhsində rəvayət etmişlərdir."

"Tuhfətu'l-Əhvəzi" müəllifi, yuxarıdakı məlumatları verdikdən sonra, belə davam edir:

"Şeyx Abdu'l-Ğani, 'Miftahu'l-Xanə' adlı kitabında belə demişdir:

Ustadımız əs-Sindi, öz risaləsində belə deyir:

Bu hədis, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatda ikən, Ondan şəfaət istəməyin və Onu vasitə qılmağın caizliyinə dəlalət edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra da, Ondan şəfaət istəmək və Onu vəsilə qılmaq, caizdir. Çünki Taberani, "əl-Kəbir"də, Osman b. Huneyf'dən rəvayət etdiyinə görə, bir adam, ehtiyac üçün dəfələrlə xəlifə Osman b. Affana gedib gəlir"....və yuxarıdakı rəvayəti zikr edir.

Şeyx Abdu'l-Ğani, daha sonra belə deyir:

"Ustadımız, bu mövzuda təfsilatlı bir risalə yazmışdır. İstəyən, ora müraciət edə bilər."

Şövqani də, "Tuhfətu'z-Zakirin"də:

"Hər şeyi verən və verməyən; istədiyi olan və istədiyi olmayanın, Allah Taala olduğuna etiqad etmək qeydilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i özü ilə Allah arasında vəsilə qılmağın caizliyinə, bu hədis dəlalət edir. Peyğəmbərlə təvəssül etmək üçün, Osman b. Huneyf hədisi bir nümunədir.

Salehlərlə təvəssül etməyə gəlincə, səhih hədislə sabit olmuşdur ki, quraqlıq səbəbilə səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmisi Abbas (radiyallahu anh)'la təvəssül edərək yağış duası etmişdilər. Yağış duası edərlərkən:

"Ey Rəbbimiz! Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmisi Abbasın xatiri üçün bizə yağış ehsan et." demişlərdir.

Buxaridə və digər hədis kitablarında rəvayət edildiyi kimi, Ömər b. əl-Xattab, yağış duası edərkən, belə demişdir:

"Allahım! Başımıza quraqlıq gəldiyi vaxt, biz, Nəbimizlə təvəssül edərdik. Sən, bizə yağış verərdin. Biz, Peyğəmbərimizin əmisilə Sənə təvəssül edirik, bizə yağış ver."

Bu duadan sonra, Allah, yağış vermişdi.

Ömər (radiyallahu anh) dua edərkən, heç bir səhabə, buna qarşı çıxmamışdı. Beləcə, bu mövzuda, səhabələrin icması meydana gəlmişdir.

Daha geniş məlumat üçün, "Tuhfətu'l-Əhvəzi"yə müraciət edilə bilər.

(İbn Macə, Sünən tərcümə və şərhi, "Kitab-u İqamətu's-Saləh", 189-cu bab: "Hacət namazı haqqında gələn hədislər babı", 1385)

Read 37 times
In order to make a comment, please login or register