Zuxruf surəsi 45-ci ayə

وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَـٰنِ ءَالِهَةً يُعْبَدُونَ

Vəsəl mən ərsəlnə min qablikə min Rusulinə əcəəlnə min duni'r-Rahməni əlihətən yu'bədun."

Yəni:

"Səndən əvvəl göndərdiyimiz rəsullardan soruş. Biz, Rahmən (olan Allah)'dan başqa ibadət ediləsi məbudlar qılmışıqmı?" (Zuxruf/45)

-----------------------

Təfsiri:

Bu ifadə ilə bağlı, bu görüşlər iləri sürülmüşdür:

• Birinci görüş:

Bu, "Kitab əhlinin, Tövrat və İncilə mənsub olanlarından mömin olanlarından soruş. Onlar, Sənə, heç bir peyğəmbərin dinində, bütlərə ibadət etməyin yer almadığını söyləyəcəklərdir. Bundan dolayı, bu, bütün peyğəmbərlərin ittifaq etdiyi bir şey olduğuna görə, müşriklərin, bunu, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə bir buğz səbəbi qılmamaları lazımdır." deməkdir. (haşiyə)

---------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Bu görüşə görə, ayədə hazf vardır. 

Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.

Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.

Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.)

-----------------------------

• İkinci görüş:

Ata, ibn Abbas (radiyallahu anh)'ın belə dediyini rəvayət etmişdir:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), mirac üçün (haşiyə) Məscidu'l-Aqsa'ya aparıldığında, Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, Adəm (əleyhissəlam)'ın zürriyyətindən gələn bütün Peyğəmbərləri diriltdi. Cəbrail (əleyhissəlam), azan oxudu, sonra da iqamə gətirdi və: "Ey Muhamməd! İləri keç və onlara namaz qıldır." dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı bitirincə, Cəbrail (əleyhissəlam), "Ey Muhamməd! Səndən əvvəl göndərdiyimiz rəsullardan soruş; Biz Rahmən'dən başqa ibadət ediləsi məbudlar qılmışıqmı?" dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Heç bir şey soruşmuram. Çünki, bunda şübhəm yoxdur." deyə buyurdu.

-------------------------

(Haşiyə:

Meracın əqli isbatı üçün bax:

https://suallarlaislam.com/m%C9.../meracin-%C9%99qli-isbati)

-------------------------

• Üçüncü görüş:

Soruşmaq mümkün olmayan bir xüsusda "soruş" demək ilə, "Bax, araşdır, istidlal et (yəni, dəlil çıxart)." mənası qəsd edilir ki, bu, eynilə, bir kimsənin, "Yer üzündən, 'Çaylarını, kimin qazdığını; ağaclarını, kimin əkdiyini; və meyvələrini, kimin topladığını bir soruş. Əgər o, sənə dililə cavab verməzsə belə, hal dililə cavab verər." deməsi kimidir. Bax, burda da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özündən əvvəl yaşamış peyğəmbərlərdən bir şey soruşması, mümkün deyildir. Dolayısı ilə, bu ifadə, "Bu məsələni, ağlınla araşdır, anlayışınla incələ." mənasındadır.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

-------------------------------

-------------------------------

Burda, belə bir müşkül vardır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'də mövcud olan əlamətlərin doğruluğu; Allah Taala'nın, özlərindən soruşmasını əmr etdiyi kitab əhlinin doğruluğundan, daha çox açıqdır. Çünki, Onun doğruluğunun əlamətləri, möcüzələrdir. Kafirlər, Onun etdiklərinin bir bənzərini etməkdən aciz qalmışlardı. Haqq Taala'nın, özlərindən soruşmasını əmr etdiyi o şəxslərdə isə, bu möcüzəvi əlamətlərdən heç biri yoxdur. Belə ikən, kitab əhlindən soruşmağın mənası, nədir?

Deyirik:

Əziz və Cəlil olan Allahın onlardan soruşmasını əmr etməsinin, 2 səbəbi vardır:

• Birincisi: Bu soruşmaq işi, qınamaq və ayıblamaq mənasındadır. (Yəni), "Səndən əvvəl göndərilən peyğəmbərlərdən hər hansı biri və ya bir İlahi kitab, Allahdan başqasına qulluq etməyi əmr etmişdirmi?!" mənasına gəlmək üzərə, bir təqrir və xəbərdarlıq sualıdır. Onlar da, bunun mübah olduğunu söyləyən bir peyğəmbərin gəlmədiyini və özlərindən heç kimin bununla əmr olunmadığını, hamısı bərabər iqrar etdilər.

• İkincisi: Hər nə qədər ayədəki əmrin zahiri və xitabın Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə edildiyi açıq isə də, onlardan soruşması əmrini, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən başqası üçün verməkdədir. Çünki, -yuxarıda dediyimiz kimi- Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nübüvvətinin doğruluğuna dair dəlillər, onların doğruluğundan daha açıqdır.

Allah Taala, bu ayələrdə, buna işarət etməkdədir:

~ "Əgər onların (yəni, valideynlərinin) biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (İsra/23) (Halbuki, Peyğəmbərimizin ata və anası, O uşağı ikən vəfat etmişdilər.)

~ " De: 'Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma." (Ənam/114);

~ "Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma." (Yunus/105)

Məlumdur ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Özünə vəhy edilən heç bir şeydən şübhə etmiş deyildi. Dolayısı ilə, xitab, Ona olmaqla bərabər; hədəf, başqalarıdır.

"Səndən əvvəl göndərdiyimiz rəsullardan soruş..." ayəti, "Əgər onlardan soruşsan, hamısı belə deyəcəklərdir." mənasına da gələ bilər: Allahdan başqasına qulluq etməyi əmr edən heç bir peyğəmbər göndərilməmişdir.

(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)

-----------------------

-----------------------

Əlavələr:

Bu ayədə, zındıqların etirazı, burdakı "cəalə" felinədir. Bu kəlimə, lüğət mənası etibarı ilə, "qılmaq, yaratmaq, hökm etmək, əmr etmək, yerləşdirmək" kimi mənalara gəlir.

Buna görə, ayətin tərcüməsi: "Biz, heç Rahmən (olan Allah)'dan başqa ibadət ediləcək ilahlar yaratmışıqmı, qılmışıqmı, əmr etmişikmi?" şəkillərindən birilə ola bilər.

Burda, zındıqların fikirlərini qarışdıran yer, "Rahmən (olan Allah)'dan başqa qulluq ediləcək ilahlar yaratmışıqmı?" ifadəsidir. Çünki, bu ifadədən, Rahmən olan Allahın da, yaradılmış (məxluq) bir ilah olduğu kimi, son dərəcə yalnış bir zənnə səbəb olacaq bir məna çıxarıla bilər. Halbuki, bizə görə, bu ifadədəki:

~ Birinci məqsəd: "Rahmən'dən başqa qulluq edilə biləcək ilahlar və ya bir ilah mövcud ola bilərmi?" deməkdir. Ayə, məhz bunun mümkün olmadığını vurğulamaqdadır. (Müşriklər, öz ibadət etdikləri bütlərinə də ilah deyirdilər. Ayə də, məhz onların dililə xitab etmişdir.)

~ İkinci məqsəd: Müşriklərin ibadət etdiyi bütün batil ilahların məxluq, yaradılmış varlıqlar olduğuna və dolayısı ilə ibadətə layiq bir ilah xüsusiyyətinə sahib olmadıqlarına işarət etməkdir.

O dövrdə, Rahmən olan Allahın əzəli olub, yaradılmamış bir varlıq olduğu, bütləri ilah qəbul edən müşriklər tərəfindən də qəbul edilirdi. Çünki müşriklər, Allahı inkar etmirdilər; sifətlərində xəta edirdilər.

Bununla bərabər, belə bir zənnə yol açmaması üçün, "qılmışıqmı?" ifadəsi yerinə, "əmr etmişikmi?" ifadəsinin verilməsi, daha çox uyğundur.

Ayrıca bax:

Tövhidin isbatı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati

Read 59 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR