Mədə bağarsaqlarımda ciddi olmayan xəstəlik var . Mən oruc tuta bilərəmmi ?
Dear Brother / Sister,
Və aleykum Salam.
Bəli bir neçə gün tutun. Ondan sonra özünüzdə mənfi hallar ortaya çıxmağa başlasa o zaman inanclı və mütəxəssis bir həkimə müraciət edin. İlk sırada Allah`ın əmrini düşünərək, öz vəziyyətinizi və həkimin məsləhətini nəzərə alıb ona görə hərəkət edərsiniz. Adətən bəzi həkimlər çox da ciddi xəstəliyi olmayan birinə oruc tutmamağı məsləhət görür.Ona görə də əsas olan sizin oruc tutarkən vəziyyətinizin necə olacağıdır. Bir də ki, onsuzda bu dövürdə əksər insanın mədə bağırsaqlarında problem və xəstəlik var. Amma bir müsəlmanın sağlamlığı ona Allahın əmrini yerinə yetirməyə imkan vermirsə o mütləq müalicə olunmalıdır.Beləki İnfaq ayələri nazil olduqda heç bir dünya malına sahib olmayan kasıb səhabələr də bu ayələrin möhtəvasına girə bilmək üçün odun doğramış,satmış və infaq etmişdilər. Oruc ona fərz olamyan xəstə insanlar da Allah`ın əmrinə tabe olmaq istəyi və şövqü ilə müalicə olunmalı, oruc onlara fərz olacaq hala gəlməyə çalışmalıdırlar.
Bunu da oxuyun:
Qastrit xəstələri oruc tutmaya bilərmi? Buna görə cəza nədir və günahdırmı?
Suallarla İslam

