Öz ana dilimdə namaz qıla bilərəm ?
Dear Brother / Sister,
Salam aleykum.
Namazı öz dilində qılmaq olmaz. Namazda Qur`andan oxumaq fərzdir. Tərcümə isə Qur`an sayılmır. Ayə və ya surələri öz ana dilimizdəki mənalarına baxaraq oxusanız daha asanlıqla yadda saxlayıb öyrənə bilərsiniz. Bunun sizə çətin gəlməyi imtahandı. İlk öyrənməyə cəhd edəndə şeytan "bunu sən öyrənə bilmərsən " deyə vəsvəsə verir. Bir də ki "mənə çətin gəlir " yazmısınız, "qeyri-mümkündür" yazmamısınız.
" Əlbəttə çətinliklə bərabər şübhəsiz bir asanlıq vardır" (Şərh ('Açma') surəsi, 5)
İmam Ə`zəm Əbu Hənifə belə bir fətva verib. Amma bu o dördə, islamın yeni yayıldığı dönəmlərdə, insanların ərəb dili ilə yeni tanış olduqları dövrdə idi. Bu da surələri ərəbcə əzbərləyənə, öyrənənə qədər caiz görülən bir məsələ idi. Yoxsa ərəbcəni heç öyrənmə öz dilində namazını qıl deyə Əbu Hənifə bir fətva verməyib. Sonra Hənəfi alimləri də bunun caiz olmadığına dair fətva verdilər.
Suallarla İslam

