Namaz qılarkən ağızda olan yemək qırıntısının udulması namazı pozarmı?

The Details of the Question
essalamun aleykum ve rehmetullah,eger namaz qilanda yediyin yemekin qirintisi, yeni diwin arasinda qalan qirintilardan bogaza getse namaz pozulurmu??
The Answer

Dear Brother / Sister,

   Va aleykumussalam va rahmətullahi va bərakətuhu.

   "Dişlərin arasında qalmış olan bir qırıntı namaz içində udulsa, baxılar: Əgər ən az noxud miqdarı isə namazı pozar. Bundan kiçik isə namazı pozmaz."

   Ömər Nəsuhi Bilmən Böyük İslam Elmihalı

   Namazda olarkən ağıza kənardan küncüt dənəsi qədər kiçik bir şey belə alınıb udulsa namaz pozular. Dişlər arasında qalmış noxud böyüklüyündəki bir yemək qalığını udmaq da namazı pozar. Ayrıca (saqqız kimi) ağıza bir şey alıb udmadan gəvələmə və çeynəmək də, namazı pozan bir haldır. Namazdan öncə yeyilən şiriniyyatın dadının boğazda hiss etməsi namaza əngəl deyil.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 9.297 times
In order to make a comment, please login or register