Namazda topuqlar birləşdirilməlidirmi? (2)
Dear Brother / Sister,
٧٦ـ بَابُ إِلْصَاقِ الْمَنْكِبِ بِالْمَنْكِبِ وَالْقَدَمِ بِالْقَدَمِ فِي الصَّفِّ
76- "Səfdə, çiyini, çiyinə; ayağı (da), ayağa bitişdirmək babı"
-----------------------------
وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ: رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ.
Numan b. Bəşir dedi:
Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna birləşdirir(di).
٧٢٥ - حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ قَالَ: حَدَّثَنَا زُهَيْرٌ، عَنْ حُمَيْدٍ، عَنْ أَنَسٍ، عَنِ النَّبِيِّ ﷺ قَالَ: «أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي». وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ.
725- Amr b. Xalid bizə xəbər verdi. Dedi:
Bizə, Zuheyr, Humeyd'dən; Ənəs'dən; Nəbi (sallallahu aleyhi və səlləm)'dən xəbər verdi. (Nəbi, belə) buyurdu:
"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."
Və bizdən biri, çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına bitişdirirdi.
--------------------------
أي: هَذَا بَابٌ فِي بَيَانِ إِلْصَاقِ الْمَنْكِبِ بِالْمَنْكَبِ... إِلَى آخِرِهِ،
Yəni: bu bab, -axırına qədər- "çiyini, çiynə... bitişdirməyin bəyanı" haqqında olan bir babdır.
وَأَشَارَ بِهَذَا إِلَى الْمُبَالَغَةِ فِي تَعْدِيلِ الصُّفُوفِ وَسَدِّ الْخَلَلِ فِيهِ،
Bununla, səfləri düzəltmək və ondakı boşluğu örtməkdə mübaliğəyə işarət etdi.
وَقَدْ وَرَدَتْ أَحَادِيثُ كَثِيرَةٌ فِي ذَلِكَ. مِنْهَا:
Və şübhəsiz, onun haqqında, bir çox hədis varid olmuşdur.
✓ O (hədis)'lərdən:
مَا رَوَاهُ أَبُو دَاوُدَ مِنْ حَدِيثِ مُحَمَّدِ بْنِ مُسْلِمِ بْنِ السَّائِبِ صَاحِبِ (الْمَقْصُورِ)
əbu Davud'un, (Məqsur adlı yerin) sahibi Muhamməd b. Muslim b. Səib hədisindən etdiyi rəvayət:
قَالَ: «صَلَّيْتُ إِلَى جَنْبِ أَنَسِ بْنِ مَالِكٍ يَوْمًا فَقَالَ: هَلْ تَدْرِي لِمَ صُنِعَ هَذَا الْعُودُ؟ فَقُلْتُ: لَا وَاللَّهِ. قَالَ: كَانَ رَسُولُ اللَّهِ ﷺ يَضَعُ يَدَهُ عَلَيْهِ وَيَقُولُ: اسْتَوُوا وَاعْدِلُوا صُفُوفَكُمْ».
Dedi:
Bir gün, Ənəs b. Malik'in yanında namaz qıl(ır)dım.
- O (mənə) dedi: "Bilirsənmi bu ağac (yəni, minbər) nə üçün düzəldilib?"
- Mən: "Vallahi, xeyr." deyə cavab verdim.
- O dedi: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), əlini onun üzərinə qoyar; və: 'İstəvu / düz durun; və'dilu sufufəkum / səflərinizi düzləşdirin!" deyərdi. (əbu Davud, "Sünən", hədis no: 669)
ثُمَّ قَالَ: حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا حُمَيْدٌ الْأَسْوَدُ حَدَّثَنَا مُصْعَبُ بْنُ ثَابِتٍ عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ عَنْ أَنَسِ بْنِ مَالِكٍ بِهَذَا الْحَدِيثِ
Sonra dedi: Bizə, Müsəddəd; Humeyd əl-Əsvəd; Musab b. Sabit, Humeyd b. Muslim'dən; Ənəs b. Malik'dən, bu hədislə xəbər verdi:
قَالَ: «إِنَّ رَسُولَ اللَّهِ ﷺ كَانَ إِذَا قَامَ إِلَى الصَّلَاةِ أَخَذَهُ بِيَمِينِهِ ثُمَّ الْتَفَتَ فَقَالَ: اعْتَدِلُوا سَوُّوا صُفُوفَكُمْ، ثُمَّ أَخَذَهُ بِيَسَارِهِ، وَقَالَ اعْتَدِلُوا سَوُّوا صُفُوفَكُمْ».
Dedi:
Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), namaza qalxdığı zaman, onu (yəni, səfi), sağı ilə tutar; sonra çevrilər və belə buyurardı: "Düz durun və səflərinizi düzləşdirin." Sonra, onu solu ilə tutar və: "Düz durun və səflərinizi düzəldin." buyurardı. (əbu Davud, hədis no: 670)
وَفِي لَفْظٍ: «رُصُّوا صُفُوفَكُمْ وَقَارِبُوا بَيْنَهَا وَحَاذُوا الْأَعْنَاقَ»، الْحَدِيثَ.
Bir ləfzdə isə: "Səflərinizi sıxlaşdırın; onların arasını yaxınlaşdırın; və boyunlarınızı bir hizaya gətirin." (əbu Davud, hədis no: 667) (deyə varid olmuşdur).
وَفِي لَفْظٍ: «أَتِمُّوا الصَّفَّ الْمُقَدَّمَ ثُمَّ الَّذِي يَلِيهِ، فَمَا كَانَ مِنْ نَقْصٍ فَلْيَكُنْ فِي الصَّفِّ الْمُؤَخَّرِ».
Bir ləfzdə də: "Öndəki; sonra, onu izləyən səfi tamamlayın. Nöqsanlıqdan bir şey olarsa, qoy, sonuncu səfdə olsun." (əbu Davud, hədis no: 671)
وَمِنْهَا: مَا رَوَاهُ ابْنُ حِبَّانَ فِي (صَحِيحِهِ): عَنِ الْبَرَاءِ بْنِ عَازِبٍ
✓ O (hədis)'lərdən:
ibn Hibban'ın, "Səhih"ində (hədis no: 2157), Bəra b. Azib'dən etdiyi rəvayət:
«كَانَ رَسُولُ اللَّهِ ﷺ يَتَخَلَّلُ الصَّفَّ مِنْ نَاحِيَةٍ إِلَى نَاحِيَةٍ يَمْسَحُ صُدُورَنَا وَمَنَاكِبَنَا وَيَقُولُ: لَا تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ،
Allah Rəsulu (sallallahu aleyhi və səlləm), səfin bir nahiyəsindən o biri nahiyəsinə (qədər) arasından keçər; bizim sinələrimizə və çiyinlərimizə toxunar; və (belə) buyurardı: "İxtilaf etməyin (yəni, ayrılmayın); (sonra) qəlbləriniz ixtilaf edər."
وَفِي لَفْظٍ: «فَيَمْسَحُ عَوَاتِقَنَا وَصُدُورَنَا»
Bir ləfzdə də: "Boyunlarımıza və sinələrimizə toxunardı." (deyə gəlmişdir).
وَعِنْدَ السِّرَاجِ: «مَنَاكِبَنَا أَوْ صُدُورَنَا»،
Sirac nəzdində (yəni, ibn İshaq əs-Sirac'ın "Müsnəd" kitabında): "Çiyinlərimiz və ya sinələrimiz" (deyə) keçməkdədir.
وَفِي لَفْظٍ: «كَانَ يَأْتِي مِنْ نَاحِيَةِ الصَّفِّ إِلَى نَاحِيَتِهِ الْقُصْوَى بَيْنَ صُدُورِ الْقَوْمِ وَمَنَاكِبِهِمْ»
Bir ləfzdə isə: "Səfin bir nahiyəsindən ən uzağına qədər, qövmün sinələri və çiyinləri arasında gəzərdi." (əbu Abbas əs-Sirac, "Müsnəd", hədis no: 771)
وَفِي لَفْظٍ: «يَمْسَحُ عَوَاتِقَنَا - أَوْ قَالَ: مَنَاكِبَنَا، أَوْ قَالَ صُدُورَنَا - وَيَقُولُ: لَا تَخْتَلِفْ صُدُورُكُمْ فَتَخْتَلِفَ قُلُوبُكُمْ».
Bir ləfzdə: "Boyunlarımıza; və ya (ravi burda tərəddüd edir) dedi: 'çiyinlərimizə'; və ya (ravi burda tərəddüd edir) dedi: 'sinələrimizə' toxunar və buyurardı: 'Sinələriniz ixtilaf etməsin (yəni, ayrılmasın)! (Sonra) qəlbləriniz ixtilaf edər."
وَمِنْهَا: مَا رَوَاهُ مُسْلِمٌ مِنْ حَدِيثِ أَبِي مَسْعُودٍ:
✓ O (hədis)'lərdən:
əbu Məsud'dan, Muslim'in (hədis no: 432) etdiyi rəvayət:
«كَانَ يَمْسَحُ مَنَاكِبَنَا فِي الصَّلَاةِ وَيَقُولُ: اسْتَوُوا وَلَا تَخْتَلِفُوا فَتَخْتَلِفَ قُلُوبُكُمْ» الْحَدِيثَ.
"(Allah rəsulu sallallahu aleyhi və səlləm), namazda, çiyinlərimizə toxunar və (belə) buyurardı:
'Düzəldin və ixtilaf etməyin. (Sonra) qəlbləriniz ixtilaf edər."
وَمِنْهَا: مَا رَوَاهُ أَبُو دَاوُدَ:
✓ O (hədis)'lərdən:
əbu Davud'un (hədis no: 662-663) rəvayət etdiyi:
حَدَّثَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ الْغَافِقِيُّ حَدَّثَنَا ابْنُ وَهْبٍ وَحَدَّثَنَا قُتَيْبَةُ حَدَّثَنَا اللَّيْثُ وَحَدِيثُ ابْنِ وَهْبٍ أَتَمُّ مِنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ عَنْ أَبِي الزَّاهِرِيَّةِ عَنْ كَثِيرِ بْنِ مُرَّةَ عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ قُتَيْبَةُ عَنْ أَبِي الزَّاهِرِيَّةِ عَنْ أَبِي شَجَرَةَ لَمْ يَذْكُرِ ابْنَ عُمَرَ
Bizə, İsa b. İbrahim əl-Ğafiqi xəbər verdi; bizə, Vehb; Quteybə; Leys xəbər verdi. ibn Vehb'in hədisi, (digər sənəd)'dən daha tamdır. (O sənəd də, budur):
Müaviyə b. Salih, əbu Zahiriyyə'dən; Kəsir b. Murrə'dən; Abdullah b. Ömər'dən.
Quteybə dedi:
əbu Zahiriyyə, əbu Şəcərə'dən (rəvayət etdi). (Bu sənəddə), ibn Ömər'i zikr etmədi.
أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ:
Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
«أَقِيمُوا الصُّفُوفَ وَحَاذُوا بَيْنَ الْمَنَاكِبِ وَسُدُّوا الْخَلَلَ، وَلِينُوا بِأَيْدِي إِخْوَانِكُمْ وَلَا تَذَرُوا فُرُجَاتٍ لِلشَّيْطَانِ، وَمَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللَّهُ، وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللَّهُ».
"Səflərinizi düzəldin; çiyinlərinizi bir hizaya gətirin; və boşluğu doldurun. Qardaşlarınızın əllərinə qarşı yumşaq olun; və şeytan üçün boşluqlar qoymayın. Kim bir səfi birləşdirərsə, Allah da onu birləşdirər (yəni, rəhmət edər); kim bir səfi kəsərsə, Allah da onu kəsər."
قُلْتُ: ابْنُ وَهْبٍ هُوَ عَبْدُ اللَّهِ بْنُ وَهْبٍ وَأَبُو الزَّاهِرِيَّةِ: حُدَيْرُ بْنُ كُرَيْبٍ، بِضَمِّ الْحَاءِ الْمُهْمَلَةِ، وَأَبُو شَجَرَةَ: هُوَ كَثِيرُ بْنُ مُرَّةَ.
(Mən Ayni) deyirəm:
~ ibn Vehb: Abdullah b. Vehb'dir;
~ əbu Zahiriyyə: -hə hərfinin damması ilə və nöqtəsiz- Hudeyr b. Kureyb'dir;
~ əbu Şəcərə: Kəsir b. Murrə'dir.
قَوْلُهُ: «وَلِينُوا بِأَيْدِي إِخْوَانِكُمْ» مَعْنَاهُ إِذَا جَاءَ رَجُلٌ إِلَى الصَّفِّ فَذَهَبَ يَدْخُلُ فِيهِ فَيَنْبَغِي أَنْ يُلَيِّنَ لَهُ كُلُّ رَجُلٍ مَنْكِبَهُ حَتَّى يَدْخُلَ فِي الصَّفِّ.
• (Allah rəsulunun): "Qardaşlarınızın əllərinə qarşı yumşaq olun." sözünün mənası, (budur):
Səfə bir adam gəldiyində; və (səfə) daxil olduğunda, hər bir adamın, öz çiynini, ona qarşı yumşaltması lazımdır. Ta ki o, səfə daxil ola bilsin.
قَوْلُهُ: «وَلَا تَذَرُوا» أَيْ: وَلَا تَتْرُكُوا.
• (Allah rəsulunun): "və lə təzəru = buraxmayın", yəni: "tərk etməyin (yəni, qoymayın)" (deməkdir).
وَقَالَ النُّعْمَانُ بْنُ بَشِيرٍ رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ
Numan b. Bəşir dedi: "Bizdən bir adam gördüm ki, topuğunu, dostunun (yəni, yanındakının) topuğuna birləşdirirdi..."
النُّعْمَانُ بْنُ بَشِيرِ بْنِ سَعِيدِ بْنِ ثَعْلَبَةَ الْأَنْصَارِيُّ الْخَزْرَجِيُّ أَبُو عَبْدِ اللَّهِ الْمَدَنِيُّ صَاحِبُ رَسُولِ اللَّهِ ﷺ وَابْنُ صَاحِبِهِ،
Numan b. Bəşir b. Səid b. Sə'ləbə əl-Ənsari əl-Xəzrəci əbu Abdullah əl-Mədəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in səhabəsi və səhabəsinin oğludur.
وَهُوَ أَوَّلُ مَوْلُودٍ وُلِدَ فِي الْأَنْصَارِ بَعْدَ قُدُومِ النَّبِيِّ ﷺ
O, ilk doğulan (uşaq)'dır. Nəbi (sallallahu aleyhi və səlləm)'in gəlişindən sonra, Ənsar arasında doğulmuşdur.
وَقَالَ يَحْيَى بْنُ مَعِينٍ: أَهْلُ الْمَدِينَةِ يَقُولُونَ: لَمْ يَسْمَعْ مِنْ رَسُولِ اللَّهِ ﷺ، وَأَهْلُ الْعِرَاقِ يُصَحِّحُونَ سَمَاعَهُ مِنْهُ،
Yəhya b. Main deyir:
~ Mədinə əhli: "O, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən hədiş eşitməyib." deyirlər.
~ İraq əhli isə, onun, Ondan hədis eşitdiyini səhih görürlər.
قُتِلَ فِيمَا بَيْنَ دِمَشْقَ وَحِمْصَ يَوْمَ رَاهِطٍ، وَكَانَ زُبَيْرِيًّا.
Dəməşq və Hims arasında, "Rahit günü"ndə (yəni, əməvilərlə Abdullah b. Zubeyr arasındakı döyüşdə) öldürülmüşdür. O, Zubeyri (yəni, Zubeyr tərəfdarlarından) idi.
وَعَنْ أَبِي مُسْهِرٍ: كَانَ عَامِلًا عَلَى حِمْصَ لِابْنِ الزُّبَيْرِ، فَلَمَّا تَمَرَّدَ أَهْلُ حِمْصَ خَرَجَ هَارِبًا فَاتَّبَعَهُ خَالِدُ بْنُ عَدِيٍّ فَقَتَلَهُ،
əbu Mushir (belə deyir):
O, ibnu'z-Zubeyr tərəfindən, Hims'ə (təyin edilmiş) vali idi. Hims əhli Ona baş qaldırdıqlarında, qaçaraq ordan çıxdı. Xalid b. Adiyy, arxasınca düşüb Onu öldürdü.
وَقِيلَ: قُتِلَ فِي سَنَةِ سِتٍّ وَسِتِّينَ بِسَلَمِيَّةَ
Deyildi ki: O, (hicri) 66-cı ildə, Sələmiyyə'də öldürüldü.
وَهَذَا التَّعْلِيقُ طَرَفٌ مِنْ حَدِيثٍ رَوَاهُ أَبُو دَاوُدَ:
Bu tə'liq (yəni: mühəddisin sənədi tam zikr etmədən, "filankəs belə dedi" deyə qısa şəkildə hədisə işarə etməsi.), əbu Davud'un rəvayət etdiyi bir hədisin (hədis no: 662) bir hissəsidir. (Belə ki):
حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ حَدَّثَنَا وَكِيعٌ عَنْ زَكَرِيَّا بْنِ أَبِي زَائِدَةَ عَنْ أَبِي الْقَاسِمِ الْجَدَلِيِّ، قَالَ:
Bizə, Osman b. əbi Şeybə xəbər verdi; Vəki, Zəkəriyyə b. əbi Zaidə'dən; o, əbu'l-Qasım əl-Cədəli'dən. Dedi:
سَمِعْتُ النُّعْمَانَ بْنَ بَشِيرٍ يَقُولُ: «أَقْبَلَ رَسُولُ اللَّهِ ﷺ عَلَى النَّاسِ بِوَجْهِهِ، فَقَالَ:
Numan b. Bəşir'i, belə deyərkən eşitdim:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), üzü ilə insanlara tərəf yönəldi və (belə) buyurdu:
أَقِيمُوا صُفُوفَكُمْ ثَلَاثًا، وَاللَّهِ لَتُقِيمُنَّ صُفُوفَكُمْ أَوْ لَيُخَالِفَنَّ اللَّهُ بَيْنَ قُلُوبِكُمْ.
"Səflərinizi düzəldin (O, bunu) 3 dəfə (dedi). Allaha and olsun, (ya) mütləq səflərinizi düzəldərsiniz; ya da, Allah, qəlblərinizə ixtilaf salar."
فَقَالَ: فَرَأَيْتُ الرَّجُلَ يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ وَرُكْبَتَهُ بِرُكْبَةِ صَاحِبِهِ وَكَعْبَهُ بِكَعْبِهِ».
(Numan b. Bəşir) deyir:
Sonra, gördüm ki, bir adam:
~ çiynini, yanındakının çiyninə;
~ dizini, yanındakının dizinə;
~ topuğunu da, yanındakının topuğuna
bitişdirir. (haşiyə)
--------------------
(Haşiyə:
İsnadı, səhihdir!)
---------------------
وَأَخْرَجَهُ ابْنُ حِبَّانَ أَيْضًا فِي (صَحِيحِهِ)
Bu (hədis)'i, ibn Hibban da, öz "Səhih"ində (hədis no: 2176) təxric etmişdir. (haşiyə)
------------------------
(Haşiyə:
Mətndən də göründüyü kimi, əbu Davud və ibn Hibban'ın bu rəvayətlərində, "dizlərin bitişdirilməsi" ləfzi də mövcuddur. Günümüzdə, topuqları birləşdirməyi sünnət sayan firqənin, dizləri birləşdirməyi də sünnət görməsi lazımdır. Halbuki, onlardan, bununla əməl edən kimsə yoxdur.)
-------------------------
وَأَبُو الْقَاسِمِ الْجَدَلِيُّ: اسْمُهُ الْحُسَيْنُ بْنُ الْحَارِثِ الْمَنْسُوبُ إِلَى جَدِيلَةِ قَيْسٍ الْكُوفِيُّ.
əbu'l-Qasim əl-Cədəliyy'ə gəlincə: Adı, Hüseyn b. Haris'dir. Qeys qəbiləsinin Cədilə qoluna mənsub Kufəli (bir ravi)'dir.
قَوْلُهُ: «لَتُقِيمُنَّ» - بِضَمِّ الْمِيمِ - لِأَنَّ أَصْلَهُ: لَتُقِيمُونَ، فَلَمَّا دَخَلَتْ عَلَيْهِ نُونُ التَّأْكِيدِ حُذِفَتِ الْوَاوُ لِالْتِقَاءِ السَّاكِنَيْنِ.
• Onun (yəni, Allah rəsulunun): -damma'lı mim hərfilə- "lə tuqimunnə = mütləq düzəldərsiniz" sözü(nə gəlincə):
Onun əsli, "lə tuqimunə"dir. (Lakin) təkid nun'u ona daxil olduğunda, 2 sakin hərf birləşdiyindən dolayı, vav (hərfi) hazf edilmişdir.
قَوْلُهُ: «أَوْ لَيُخَالِفَنَّ اللَّهُ»: اللَّامُ الْأُولَى لِلتَّأْكِيدِ مَفْتُوحَةٌ، وَالْفَاءُ مَفْتُوحَةٌ.
• Onun (yəni, Allah rəsulunun): "əv lə yuxalifənnə = ixtilaf salar" sözü(nə gəlincə):
İlk lam, təkid lamıdır. Məftuhə'dir (yəni, fəthəli oxunur). Və "fə" (hərfi) də, məftuhə'dir.
قَوْلُهُ: «يُلْزِقُ»، بِضَمِّ الْيَاءِ: مِنَ الْإِلْزَاقِ أَيْ: يُلْصِقُ.
• Onun: -damma'lı ya (hərfi) ilə- "yulziqu = bitişdirir" sözü(nə gəlincə):
"İlzaq" (məsdərin)'dəndir. Yəni: "yulsiqu = bitişdirir" (deməkdir).
قَوْلُهُ: «كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ»، أَيْ: يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ الَّذِي بِحِذَائِهِ.
• Onun: "topuğunu dostunun (yəni, yanındakının) topuğuna" sözü(nə gəlincə):
Yəni: "Öz hizasında olan dostunun topuğuna, öz topuğunu bitişdirir." (deməkdir).
وَفِيهِ: دَلِيلٌ عَلَى أَنَّ الْكَعْبَ هُوَ الْعَظْمُ النَّاتِئُ فِي مَفْصِلِ السَّاقِ وَالْقَدَمِ،
Və bunda, şübhəsiz, kə'b'in, baldır ilə ayağın məfsəlindəki (birləşdiyi yerdəki) qabarıq sümük olmasına dəlil vardır.
وَهُوَ الَّذِي يُمْكِنُ إِلْزَاقُهُ،
Və bitişdirilməsi mümkün olan da, (məhz) budur.
وَقَالَ بَعْضُهُمْ، خِلَافًا لِمَنْ ذَهَبَ: إِلَى أَنَّ الْمُرَادَ بِالْكَعْبِ مُؤَخَّرُ الْقَدَمِ، وَهُوَ قَوْلٌ شَاذٌّ يُنْسَبُ إِلَى بَعْضِ الْحَنَفِيَّةِ.
Bu, kə'b (yəni, topuq)'dan məqsədin, "ayağın arxası" (yəni, daban) olduğunu deyənlərin xilafınadır. (Ki), o, bəzi Hənəfi'lərə nisbət edilən şazz bir qövldür.
قُلْتُ: هِشَامٌ رَوَى عَنْ مُحَمَّدِ بْنِ الْحَسَنِ هَذَا التَّفْسِيرَ، وَلَكِنَّهُ مَا أَرَادَ بِهَذَا الَّذِي فِي بَابِ الْوُضُوءِ، وَإِنَّمَا مُرَادُهُ الَّذِي فِي بَابِ الْحَجِّ، فَنِسْبَةُ هَذَا إِلَى بَعْضِ الْحَنَفِيَّةِ عَلَى هَذَا غَيْرُ صَحِيحَةٍ.
Mən (Ayni) deyirəm:
Hişam, bu təfsiri (kə'b'ə verilən bu mənanı), Muhamməd b. Həsən (yəni, imamımız imam Muhamməd əş-Şeybani)'dən rəvayət etmişdir. Lakin o, bununla, "vudu/dəstəmaz babı"nda olan "kə'b"i murad etməmişdir. Onun muradı, ancaq, "Hacc babı"nda olan kə'b'dir. Bundan dolayı, bunun, belə bir şəkildə bəzi Hənəfi'lərə nisbəti, səhih deyildir. (haşiyə)
------------------------
(Haşiyə:
Müəllifimiz Ayni'nin qəsdi, budur:
Yəni, ihramda kə'b'ləri açıq saxlamaq məsələsində zikr edilən "kə'b": "ayağın arxası" mənasındadır; dəstəmaz ayəsindəki (yəni, Maidə:6dakı "kə'b" deyil.)
---------------------------
مُطَابَقَتُهُ لِلتَّرْجَمَةِ ظَاهِرَةٌ.
Onun, tərcəmə (bab başlığı)'na müvafiqliyi, zahirdir.
وَرِجَالُهُ قَدْ مَضَوْا غَيْرَ مَرَّةٍ،
Ricalı isə, əvvəl, dəfələrlə keçmişdi.
وَعَمْرُو بْنُ خَالِدِ بْنِ فَرُّوخٍ الْحَرَّانِيُّ الْجَزَرِيُّ سَكَنَ مِصْرَ،
Amr b. Xalid b. Fərrux əl-Harrani əl-Cəzəri, Misirdə yaşamışdır.
وَزُهَيْرُ بْنُ مُعَاوِيَةَ، وَحُمَيْدٌ الطَّوِيلُ،
Və Zuheyr b. Müaviyə; və Humeyd ət-Tavil,
وَرَوَاهُ سَعِيدُ بْنُ مَنْصُورٍ عَنْ هُشَيْمٍ
Səid b. Mənsur, onu, Huşeym'dən rəvayət etmişdir.
فَصَرَّحَ فِيهِ بِتَحْدِيثِ أَنَسٍ لِحُمَيْدٍ،
Orda, Ənəsin Humeydə təhdis etdiyini (yəni, ən'ənə ilə yox, “həddəsənə” deyə, eşitdiyini) təsrih etmiş (yəni, açıq şəkildə bildirmiş)'dir.
وَفِيهِ الزِّيَادَةُ الَّتِي فِي آخِرِهِ، وَهِيَ قَوْلُهُ: وَكَانَ أَحَدُنَا... إِلَى آخِرِهِ.
Və onda, axırında gələn bir ziyadə (əlavə) də vardır. Ki, o da, -axırına qədər- onun: “və bizdən biri...” (sözü)'dür.
وَصَرَّحَ بِأَنَّهَا مِنْ قَوْلِ أَنَسٍ.
Və onun, Ənəsin sözündən olduğu təsrih etmişdir.
وَأَخْرَجَهُ الْإِسْمَاعِيلِيُّ مِنْ رِوَايَةِ مَعْمَرٍ عَنْ حُمَيْدٍ بِلَفْظٍ: قَالَ أَنَسٌ: «فَلَقَدْ رَأَيْتُ أَحَدَنَا... إِلَى آخِرِهِ،
(əbu Bəkr) əl-İsmaili, Ma'mər'in Humeyd'dən olan rəvayətini, bu ləfzlə təxric etmişdir:
"Ənəs dedi: 'Şübhəsiz, bizdən birini gördüm ki...' axırına qədər-"
وَزَادَ مُعْتَمِرٌ فِي رِوَايَتِهِ: «وَلَوْ فَعَلَ ذَلِكَ بِأَحَدِهِمُ الْيَوْمَ لَنَفَرَ كَأَنَّهُ بَغْلٌ شَمُوسٌ».
Mu'təmir, öz rəvayətində, (bunu) əlavə etmişdir:
"Əgər, bu gün, onlardan birilə onu etsəydi; -sanki inadkar qatır kimi- mütləq hürküb qaçardı."
(İmam Bədruddin əl-Ayni əl-Hənəfi, "Umdətu'l-Qari şərh-u Sahihi'l-Buxari", 5-ci cild, s. 377-379)
---------------------------
---------------------------
Əlavələr:
Namazda insan ayaq üstə ikən, iki ayaq arasında bir açıqlığın olması dörd məzhəbin də ön gördüyü bir məsələdir. Və bu məsələ məndub və ya sünnə olaraq ifadə edilmişdir. Çünki, ayaqların bitişik olması, xuşuya zidd bir çətinlik və zəhmətə qatlanmaqdır.
- Hənəfilərə görə: bu açıqlıq, dörd barmaq qədərdir.
- Şafiilərə görə: bu bir qarış miqdarıdır.
- Maliki və Hanbəlilərə görə isə: bu açıqlıq insanların adətində həddindən artıq sayılmayacaq, vasat (orta) bir şəkildə nizamlanmalıdır. ("əl-Fiqhu'l-İslami, I / 695).
-------------------------------
-------------------------------
Namazda topuqlar birləşdirilməlidirmi? (1)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99sdirilm%C9%99lidirmi-1
Namazda topuqlar birləşdirilməlidirmi? (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99sdirilm%C9%99lidirmi-3
Suallarla İslam

