Niyə Quran dili ərəbcədir?

The Details of the Question

Niyə Quran dili ərəbcədir? Bunu milliyyətçilik olaraq düşünənlərə nə deyilə bilərik? Quranı tərcüməsindən oxusaq daha yaxşı olmaz?

The Answer

Dear Brother / Sister,

Cavab 1:

a. Qur`anın özünə vəhy olaraq endiyi Peyğəmbər (s.ə.s.)`ın dili Ərəbcə idi. Bir insan olaraq Hz. Muhəmməd (s.ə.s.)`a Qur`an başqa bir dildə ensəydi əlbəttə onu anlaya bilməyəcəkdi. Təbliğ və açıqlamaqla vəzifəli olan peyğəmbərin (s.ə.s.) anlamadığı bir kitabı başqasına təbliğ və şərhi mümkün ola bilərmi?!

"Biz hər peyğəmbəri, öz millətinin dili ilə göndərdik, ta ki onlara həqiqətləri yaxşıca açıqlasın." (İbrahim, 4),

وَلَوْ جَعَلْنَـٰهُ قُرْءَانًا أَعْجَمِيًّا لَّقَالُوا۟ لَوْلَا فُصِّلَتْ ءَايَـٰتُهُۥٓ ۖ ءَا۬عْجَمِىٌّ وَعَرَبِىٌّ...

Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: 'Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!" (Fussilət/44)

kimi ayələr, bu həqiqətə diqqət çəkmişdir.

b. Qur`an, Allah`ın digər kitabları kimi əlbəttə müəyyən bir yerdə, bir mühitdə, bir ətrafda gəlmək məcburiyyətində idi. Yəni, bütün insanlara birdən xitab edəcək şəkildə, bütün dillərdə birdən göydən yağar kimi dünyaya enməsi sünnətullaha (Allahın kainatdakı adətlərinə) zidddir. Məsələn, İbranicə danışanlara Tövrat o dildə gəldiyi kimi, Qur`anın da ilk həmsöhbətləri olan Ərəblərə Ərəb diliylə gəlmək vəziyyətində idi.

c. Qur`an, digər səmavi kitablardan fərqli olaraq ifadə tərziylə, ləfziylə də bir möcüzə olmasıdır. İlk həmsöhbətləri olan Ərəblər tərəfindən, Qur`anın bu möcüzə bəlağəti,  bənzərsiz gözəl' sənətinin başa düşülməsi üçün, ilahi hikmət tarix içərisində Ərəbcəyə -digər dillərdən fərqli- bir xüsusiyyət, bir genişlik, qazandırmışdır. Bu məzmunda Ərəbləri də ümmi bir millət olaraq hazırlayıb, tarixi iftixar tablolarını yazıya tökə bilmədikləri üçün yaddaşlarına yazmaq məcburiyyətində buraxmışdır.

Bu sistem Ərəblərdə şeir və bəlağəti insanlıq ictimaiyyətində bənzərsiz bir zirvəyə daşımışdır. Bu xüsus, Ərəblərin Qur`anı bəşər üstü bir kəlam olduğunu anlamalarını təmin etmişdir. Bu səbəblədir ki, yüz minlərlə insan Qur`anın bəlağətinə səcdə etmək məcburiyyətində qalmışdır. Böyük əksəriyyəti Qur`anın bu bənzərsiz üslubu qarşısında çox dözə bilməyib İslam dininə girmişdir. Siyasi, ictimai, mədəni, iqtisadi kimi səbəblərdən ötəri, İslamın həqiqətlərinə qulağını bağlayanlar belə Qur`anın bu bənzərsiz ifadə tərzinin gözəlliyini etiraf etmək məcburiyyətində qalmışlar. Atalarının dinlərini tərk etməmə adına bu möcüzəyə "sehr" deməklə işin içindən sıyrılmağa çalışmışlar.

Bu şərhlərdən aydın olur ki, Qur`anın Ərəbcə olaraq enməsinin bir hikməti də -mənəvi və dili bir möcüzə olan Qur`anın möcüzəliyini əks etdirmə qabiliyyətində olan- Ərəbcə dilinin bu xüsusi mövqeyidir.

d. Hikmət baxımından əhəmiyyətli bir xüsus da bu ola bilər ki; universal bir vəhy olan, bütün insanlara xitab edən, qiyamətə qədər qüvvədə olmağa davam edən Qur`anın istifadə etdiyi dilin mövqeyi böyük əhəmiyyət ifadə edər. Sözlərinin dəyişik mənalara gələ biləcək şəkildə  geniş əhatə, az sözlə çox mənaları ifadə edə biləcək şəkildə yığcam üsluba, məcaz və həqiqəti, məntiq və məfhumu, dəlalət və məzmunu, əks etdirə biləcək şəkildə incəlikləri saxlayan estetik sənətə sahib olmasıyla Ərəbcə -belə cihanşümul bir vəhy olan- Qur`anın dili olmağa haqq qazanmışdır.

e. Bunu da unutmamaq lazımdır ki, Qur`an hansı dildə gəlsəydi, eyni suallar onun üçün də etibarlı olacaqdı. Halbuki vəhy, mütləq insanların istifadə etdiyi dillərdən biriylə enmək vəziyyətindədir. 

---------------------------------------

Cavab 2:

Bir ilahi kitab eyni anda bütün millətlərin dilində göndərilməyəcəyinə və peyğəmbər eyni anda bütün millətlərdən çıxa bilməyəcəyinə görə bir dilin və qövmün seçilməsi əqlən zəruridir.

Peyğəmbərimizin ərəblər içindən göndərilməsinin və Qur`anın ərəbcə olmasının isə, milliyyətçiliklə əlaqəsi yoxdur. Çünki islam mənfi milliyyətçiliyi yəni irqçiliyi qadağan edir. Hər millət ibadətlər, haram- halallar və Qur`anın nəzərdə tutduğu ehkam xaricindəki öz ənənə və mədəniyyətinə görə hərəkət etməkdə, öz ənənələrini yaşamaqdadır. Digər millətlərin ərəb mədəniyyətini yaşamaqda zəruriliyi yoxdur. Amma eyni dinə mənsub olmanın verdiyi əlaqəylə müsəlman millətlərin bir-birinə təsir etməsi təbiidir.

İkinci bir xüsus Qur`anın ərəbcə olmasını və Hz. Peyğəmbərin ərəb millətindən çıxmasını təqdir edən Allahdır. Allah isə etdiklərindən ötəri qullara hesab verməz.

 

 

 

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 5.183 times
In order to make a comment, please login or register