Rəzzaq isminin şərhi
18. Razzəq isminin şərhi:
~ Ruziləri və ruzilənləri yaradan;
~ Ruziləri onlara çatdıran;
~ Ruzilənənlər üçün, faydalanma səbəblərini yaradandır.
Ruzi, 2 cürdür. Bunlardan:
1. Qida və yeməklər olaraq, zahiri ruzilərdir. Bunlar, zahiri olanlar üçündür ki, onlar da, bədənlərdir.
2. Mərifətlər və kəşflər (1) olaraq batini ruzilərdir. Bu da, qəlb və sirlər üçündür.
İki ruzidən ən üstün olanı, batini olanlardır. Çünki, meyvəsi, əbədi həyatdır. Zahir ruzinin meyvəsi isə, sonu yaxın olan bir müddətə qədər, bədənin qüvvətidir.
İki cür ruzi yaratmağı Öz üzərinə götürən; bu ruziləri yerinə çatdırmaqla lütf edən, Allah (azzə və cəllə)'dir. Ancaq O, ruzisini, istədiyinə bol verər; istədiyini də azaldar.
Tənbeh: Qulun bu vəsfdən nəsibi, nəhayətdə iki şeydir. Onlardan:
1. Bu vəsfin həqiqətini və buna Allahdan başqasının haqq sahibi olmadığını bilmək; ruzinin, Ondan başqasından gözlənməyəcəyini, bu xüsusda, ancaq Ona təvəkkül ediləcəyini (yaxşı bilmək)'dir.
Rəvayətə görə, Xatəmu'l-Əsam (rahiməhullah)'dan, bir nəfər: "Hardan yeyirsən? (Yəni, ruzin hardan gəlir?)" deyə soruşur; Xatəm isə: "Onun xəzinəsindən." deyə cavab verir.
- Adam: "Ruzi, sənə, göydənmi gəlir?" deyə soruşur;
- Xatəm isə: "Əgər yer üzü Onun olmasaydı, ruzini göydən endirərdi." deyə cavab verir.
- Adam: "Kəlam (söz) edirsən." (Yəni danışdıqların, ancaq sözdən ibarətdir.) deyincə,
- Xatəm: "Çünki göydən, sadəcə kəlam enmişdir." deyə cavab verir.
- Bunun üzərinə adam: "Mən, səninlə cədəlləşə bilmərəm." deyincə,
- Xatəm: "Çünki batil, haqla bərabər, haqqın yanında güclü qala bilməz." deyə cavab verir.
2. Onun, özünü hidayət edən bir elm; irşad edən və öyrədən bir dil; infəq və təsəddüq edən bir əl ilə ruziləndirməsidir. Beləliklə,
~ sözləri və əməllərilə, şərəfli ruzilərin qəlblərə;
~ fellərilə də, zahiri ruzilərin bədənlərə çatması üçün bir səbəb olar.
Allah, bir qulunu sevdiyində, qulların ona olan ehtiyacı artar. Qul da, Allah ilə insanlar arasında, ruzilərin onlara çatdırılmasında nə qədər vasitə olarsa, bu sifətdən bir nəsib əldə etmiş olar.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Özünə əmr ediləni mükəmməl şəkildə -könül xoşluğu ilə yerinə yetirib (sədəqəni) veriləcək adama çatdıran, (başqasının malını) qoruyan etibarlı müsəlman, sədəqə verən 2 nəfərdən 1-i hesab olunar (yəni, sədəqəni verən adam qədər savab qazanar)." (Buxari, hədis no: 1438)
Qulların əlləri, Allahın xəzinələridir. Hər kimin:
~ əli, bədənlərin ruzilərinə;
~ dili də, qəlblərin ruzilərinə
xəzinə qılınmışdırsa, özünə, bu sifətdən bir hissə verilmiş deməkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
---------------------------------
1. Kəşf nədir?
Lüğətdə, "pərdəni və örtünü qaldırmaq; qapalı olan bir şeyi açığa çıxarmaq; var olan, lakin keyfiyyəti bilinməyən şey haqqında bilik əldə etmək" kimi mənalara gələn "kəşf" kəliməsi, Quranda, törəmələrilə birlikdə, "sıxıntını qaldırmaq və çarəsizliyi sonlandırmaq" mənasında istifadə edilir. (Rağib əl-İsfahani, "əl-Mufrədat", "kşf" maddəsi).
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, sıxıntısını qaldıran və sizi yer üzünün varisləri edən, Kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz, necə də az düşünürsünüz?" (Nəml/62) ayətində, "kəşf", bu mənada istifadə edilmiş və Allaha, "Kaşif/sıxıntını sonlandıran" deyilmiş (bax: Ənam/17; Yunus/107);
Bir ayətdə də,
لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ
"Sən, bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni, Sənin üzündən qaldırdıq. Sən, bu gün çox yaxşı görürsən!” (Qaf/22) buyurulmuşdur.
Ölümlə axirətə gedən şəxsin gözünü örtən pərdə qalxdığı üçün, daha əvvəl qeyb olan xüsusları açıqca görər.
"Kəşf", hədislərdə də bu mənalarda istifadə edilmiş; qeybi və axirət hallarını görməyə əngəl olan pərdənin (hicabın) açılması ilə, qiyamət günü hər şeyin görüləcəyinə işarət edilmişdir. Bir hədisdə, Allah ilə məxluqları arasında, nurdan pərdələr olduğu, bunların açılması halında, Zatından gələn nurların, bütün məxluqları yandırıb külə çevirəcəyi bildirilmişdir. (Muslim, İman/293; ibn Macə, Müqəddimə/14)
Sufilər, "kəşf" terminini, həm "pərdə arxasında və ağlın fövqündə olduğu üçün qaib olan bəzi şeyləri bilmə"; həm də, "Allahın təcəllilərini kəşf etmə" mənasında istifadə etmişlərdir. Çünki, hər 2 hal da, pərdənin qalxması və ya aralanması nəticəsində reallaşır.
İlk sufilərdən etibarın, fərasət, fəth, inkişaf, müşahidə, muayənə, yəqin və ilham kimi terminlər də, buna yaxın mənalarda istifadə edilmiş; tasavvuf kitablarında, bu terminlərin birləşdikləri və üst-üstə düşdükləri, yaxud ayrıldıqları və fərqli hala gəldikləri cəhətlər üzərində durulmuşdur.
"2 şey arasındakı pərdənin qalxması və bu 2 şeyin bir-birinə qarşı açılması" mənasına gələn "mükaşəfə" terminin də, çox dəfə, "kəşf" mənasında istifadə edildiyi görülməkdədir.
Tasavvufa, "mükaşəfə" elmi; sufilərə də, "əhl-i mükaşəfə" və ya "əhl-i kəşf" deyilməsi, kəşfin bu sahədəki əhəmiyyətini ifadə etməsi cəhətindən, diqqət çəkicidir.
Kəşfi, "üstü qapalı olan şeyin açılması və gözlə görülən hala gəlməsi" şəklində tərif edən əbu Nasr əs-Sərrac ("əl-Luma", s. 422), mükaşəfəni də, yəqin olaraq başa düşdüyünü zikr etmişdir.
Səhabədən Harisə'nin, "Rəbbimin ərşini görür kimiyəm." (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 57) ifadəsi, qəlbin mükaşifəsinə; "Rəbbinə, Onu (sanki) görürmüş kimi ibadət et." hədisi də, sirlərin müşahidəsinə işarət edir. (Kələbazi, "ət-Taarruf", s. 108)
Kəşf və mükaşifə məfhumlarını genişcə ələ alan imam əbu Həmid əl-Ğazzali, mükaşifənin, müşahidədən daha üstün olduğunu söyləməkdədir. ("əl-İmla", l, 79) Ona görə, tasavvufla bağlı elmlər, mükaşifə elmi və muamələ elmi olmaq üzərə, ikiyə ayrılır. Muamələ elminin mövzusu, səbr, şükr, ixlas və bunların zidləri olan tələskənlik, nankorluq və riya kimi qəlbin hallarına bağlı biliklərdir. Mükaşifə elmi isə, təmizlənən qəlbdə bir nurun zühur etməsi və ya ilahiyyatla bağlı xüsuslarda, pərdənin açılıb haqq olanın gözlə görülərcəsinə açıq-aydın ortaya çıxmasıdır. İnsanın cövhərində, belə bir qabiliyyət vardır. Mükaşifə elmi, kitablara yazılmaz. Bu elmi bilənlər, ancaq, öz səviyyəsində olanlarla bunu müzakirə edər, başqalarına ifşa etməzlər. Kəşf ilə öyrənilən elm, budur. ("İhya-u Ulumi'd-din", l, 27; lV, 134)
Ğazzali, "əl-Munqiz minə'd-dalal"da, ağlın kifayət etmədiyi metafiziki bəzi həqiqətlərin kəşf ilə bilinə biləcəyini, bu yolla, bir vəlinin, mələyi görə biləcəyini və səsini eşidə biləcəyini söyləyir. Məqbul olan və olmayan təvildən söz edərkən də, bu mövzuda, mötədil davranışını mənimsəyənlərin, biliyə mövzu olan şeyləri eşitmə olmadan, ilahi bir nurla idrak etdiklərini, daha sonra, hadisələrin sirləri, özlərinə kəşf yolu ilə bildirilincə, bu biliyi, vəhyin ləfzlərilə qarşılaşdırdıqlarını, bunlardan yəqin nuru ilə müşahidə etdiklərilə uyğun olanları, eynilə mənimsədiklərini, uyğun olmayanları isə, təvil etdiklərini bildirir. ("İhya", l, 104)
Ğazzali kimi, ibnu'l-Arabi də, mükaşifənin, müşahidədən daha mükəmməl olduğunu; müşahidə ilə mahiyyətin; mükaşifə ilə ilahi həqiqətlərin təmsili mənalarının idrak edilə biləcəgini söyləməkdədir. Ona görə, Allahın mahiyyəti idrak edilə bilməyəcəyindən dolayı, bu mövzuda mükaşifənin verdiyi bilik, daha əhəmiyyətlidir. Müşahidə, biliyə götürən yol; kəşf isə, bu yolun son nöqtəsidir. Bu da, nəfsdə elmin hasil olmasıdır.
İbn Xaldun'a görə, hislərdən meydana gələn pərdə, riyazət, xəlvət və zikirlə, yavaş-yavaş açılır; beləcə, kəşf halı gerçəkləşir. Kəşf ilə, varlığın həqiqəti idrak edilir və bir çox hadisə, (Allahın iznilə) meydana gəlmədən əvvəl bilinə bilir. ("Şifau's-Sail", s. 30-39; "Müqəddimə", s. 422, 1100-1113)
Təqiyuddin ibn Teymiyyə, fövqə'l-adi halların bir qisminin, feli olduğunu və bunlara, kəramət deyildiyini; digər qisminin isə, biliklə bağlı olduğunu söyləməkdədir. Ona görə, bir kimsənin, başqalarının eşitmədiyi bir səsi eşitməsi, görmədiyi şeyi görməsi, bilmədiyi şeyləri fərasət və ilham yolu ilə bilməsi kimi hadisələr, biliklə bağlı fövqə'l-adi hallardır. Bunlara, kəşf deyildiyini; Quran və sünnətdə kəşfin nümunələri olduğunu söyləyən ibn Teymiyyə, kəşfin, dini və ya mübah olan dünyəvi bir fayda təmin edərsə, nemət; harama vəsilə olarsa, günah olacağına diqqət çəkir. Ona görə, bir vəlinin, kəşf yolu ilə qeybdən xəbərdar olmaması, onun, Allah qatındakı mərtəbəsinin yüksək olmasına əngəl təşkil etməz. Hətta bu hal, onun haqqında, daha faydalı ola bilər. Kəşfin, əqli, hissi, nəzəri, zəruri növləri üzərində duran ibn Teymiyyə, bunların bir qisminin, qəti; bir qisminin isə, zənni bilik verdiyini qeyd etməkdədir. ("Məcmuatu'r-Rəsail", V, 154-226)
İslam alimlərinin böyük əksəriyyəti kimi, ibn Teymiyyə də, kəşfi, kökdən rədd etməməkdə, əqli biliklər kimi, kəşfi biliklərin də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiklərilə üst-üstə düşməsi şərtilə doğru biliklər olduğunu bildirməkdədir. Hətta buna, Qurandan dəlillər göstərməkdə, bu ölçüyə uyğun düşmədiyi halda, əqli bürhanlar və ya ilahi müşahidələr olaraq iləri sürülən görüşləri isə, fasid xəyallar və batil vəhmlər şəklində vəsf etməkdədir. ("Məcmuatu'r-Rəsaiı", V, 350, 356-357)
İbnu'l-Qayyim əl-Cevziyyə, kəşfi, "Allahın, qulun qəlbində meydana gətirdiyi bir bilik olub, qul, bu biliklə, başqalarına qapalı olan xüsusları bilər." şəklində tərif etdikdən sonra, biri, bilik; digəri isə, görmə ilə bağlı 2 kəşfdən bəhs etmişdir. Ona görə, biliyin, bilinənə uyğun olması, bir kəşf olduğu kimi; bilinənin, qəlb ilə müşahidə edilməsi də, bir kəşfdir. Allaha, Onu görürmüş kimi ibadət etmək, qəlbin açıq kəşfidir. Bir də, qeyr-i müsəlmanla müsəlman arasında müştərək olan cüzi bir kəşf vardır. Görünməyən və bilinməyən bəzi xüsusların xəbər verilməsi, belədir. Necə ki, ibn Sayyad, Əsvəd əl-Ansi və Haris əl-Mütənəbbi kimi qeyr-i müsəlmanlarda, belə bir kəşf görülmüşdür. Məcusilərdə, bütpərəstlərdə, xristiyan rahiblərində, kahinlərdə, sehrbazlarda da, buna bənzər bir kəşf, görülə bilər. ("Mədaricu's-Salikin", lll, 230-241)
Kəşfin dəlilləri:
Rəvayət edilir ki, (bir dəfə), gecə, Useyd b. Hudayr, Bəqərə surəsini oxuyurdu. Atı da, onun yanında, yerə bağlanılmışdı. Birdən, at, təşvişə düşüb şahə qalxdı. (Bunu görəndə), Useyd, susdu, at da sakitləşdi. Sonra o, oxumağına davam etdi və at, yenə təşvişə düşüb şahlandı. O, susdu; at da, sakitləşdi. Bundan sonra o, daha oxumadı. Həmin vaxt (Useydin) oğlu Yəhya, atın yaxınlığında idi və o, qorxdu ki, at, onu tapdalayar. Useyd, uşağı yanına çəkdikdən sonra, başını göyə qaldırdı, lakin, aydın bir şey görə bilmədi. Səhəri gün, o, bu hadisəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə danışdı.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Oxu, ey ibn Hudayr! Oxu, ey ibn Hudayr!" deyə buyurdu.
- Useyd dedi: "Ey Allahın rəsulu! Yəhya, atın yanında idi və mən, qorxdum ki, at, onu tapdalayar. Odur ki, başımı qaldırıb, ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də, qəndillər (asma çıraqlar)'a bənzər şeylər gördüm. Sonra, onlar, yox olub getdilər."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "Bilirsənmi, o nə idi?"
- Useyd: "Xeyr!" deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Bu, mələklər idi. Sənin səsinə yaxınlaşmışdılar. Əgər sən, oxumağa davam etsəydin, səhər tezdən, hamı onları görərdi və onlar, insanlardan gizlənməzdilər." (Buxari, hədis no: 5018)
İmam Əşrəf Əli Təhanəvi, belə deyir:
Təhqiq əhlinin açıqlamalarına görə, vəlilər, mələkləri görə bilərlər. Ayrıca, mələklərin danışmalarını və salamlamalarını da eşidə biləcəklərini söyləmişlərdir. Hədisdə, bu kəşfin meydana gəldiyi, açıqca zikr edilmişdir.
Muslim'in "Səhih"indəki rəvayətdə, mələklərin, İmran b. Husayn'a salam verdikləri nəql edilmişdir.
---------------------------------
Əlavələr:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Ustad Nursi, "Rahmən" isminin 7 sübuti sifətə olan rəmzini (işarəsini) izah edərkən, belə deyir:
"Rahmanın en zahir manası, Rezzak demektir. O da, bekayı vermekten ibarettir. Yani, beka ve devama sebebdir. Zira, rızka muhtac olan mevcudat, ancak rızık ile vücudunu devam ettirebilir, ayakta kalır. Beka ise, tekerrür-ü vücuddan ibarettir. Vücud ise, birincisi mümeyyize; ikincisi muhassısa (müracciha); üçüncüsü müessire olmak üzere "ilim, irade, kudret" sıfatlarını istilzam eder. Beka ve vücudda kalmak, ki, rızkın i'tasının (verilmesinin) semeresidir, onunla kaimdir. Bu beka-i vücud ise, örfen "basar, sem, kelam" gibi sıfatların, o Rezzakta sabit olmasını; yani, o Rezzak-ı Kerim'in hem görmek, hem işitmek, hem konuşmak gibi sıfatlarla muttasıf olmasını iktiza eder. Zira, Rezzak olan, merzuk taleb edemediği zaman, onun ihtiyacını görsün, yerine getirsin. Hem işitme sıfatına dahi malik olması lazımdır ki, muhtac merzuklar, ihtiyaclarını arz edip taleb ettikleri zaman, onların seslerini işitsin, arzularını ifa etsin. Hem kelam sıfatına dahi sahib olması lazımdır ki; vasıta bulunduğu takdirde, o vasıta ile konuşsun, kelamıyla da o muhtac merzukların imdadına koşsun, onlara meded versin.
İşte, bu altı sıfat-ı kemaliyye, bi'z-zarure, şübhesiz, yedinci sıfatı dahi istilzam eder ki; o da, hayattır. Demek, hayat, altı sıfat-ı sübutiyyeyi içine alan ve bu altı sıfat-ı sübutiyye kadar kuvvetli delilleri bulunan bir sıfat-ı İlahiyyedir. Çünki "ilim, irade, kudret, sem, basar, kelam" gibi sıfatlar, ancak zihayatta olur; diri olmayanda, bu sıfatlar bulunmaz."
Yəni:
Rahmən'in ən zahir mənası, "Rəzzaq"dır. Yəni, "Bütün aləmin ruzisini verən Zat" deməkdir.
Ruzi, sadəcə yemək- içməkdən ibarət deyildir. Əlbəttə ki, ruzinin çox növləri vardır. Ruzi, çox geniş bir dairədir. Ən başda hava, su, torpaq və günəş olmaq üzərə 4 ünsür, Allahın iznilə mövcudatın ruzisini yetişdirməkdədir. Bu 4 ünsür, eyni zamanda, ən böyük ruzidir.
Bununla bərabər, "iman, islam, hidayət" nemətləri də, mənəvi bir ruzidirlər. Ustad Nursi, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 143), bu mövzunu belə izah etmişdir:
"İkinci Hakikat: Rahmâniyet hakikatidir
Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize,
• zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve
• zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve
• zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir; ve
• bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.
Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize
• öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır; ve
• öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder; ve
• öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır; ve
• öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır;
• öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.
Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş.
İşte böyle dünyayı ve âhireti ve her şeyi kaplamış bir rahmet..."
Yəni:
(Kainatda müşahidə edilən) İkinci həqiqət: Rahməniyyət həqiqətidir.
Yəni, gözümüzlə görürük: Biri var ki, bizim üçün,
• yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş...(yer üzünü) bir ziyafətgah qılmış və yer üzünü, rahməniyyət'inin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış; və
• yerin içini, rahimiyyət və hakimiyyətin minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış; və
• yeri, illik dövründə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən insan və heyvana lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir növ gəmi və ya qatar; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan bir vaqon hökmündə olaraq, bizlərə göndərər. Bizi, rəhimanə (rəhmətini göstərəcək bir şəkildə) bəslətdirər; və
• bütün o hədiyyələrdən, o nemətlərdən istifadəmiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.
Bəli, Al-i İmran/173'ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi; bizə
• elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar; və
• elə bir həyat ehsan etmişdir ki, hislərilə -bir nemət süfrəsi kimi- böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər; və
• elə bir insaniyyət bizə lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alət"lərilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz "hədiyyə"lərindən zövq alar; və
• elə bir İslamiyyət bizə bildirmişdir ki, qeyb və şəhadət aləmlərinin nəhayətsiz xəzinələrindən nur alar; və
• elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin saya gəlməz nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər.
Sanki, bu kainat, rəhmət tərəfindən, hədsiz əntiqə və qeyr-i aid və qiymətli şeylərlə zinətlənmiş bir saraydır və bütün o saraydakı saysız-hesabsız sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.
Bax beləcə dünyanı, axirəti və hər şeyi əhatə etmiş bir rəhmət...
Ruzi də, "bekaya sebeptir." Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır. Ruzi olmazsa, həyat olmaz; həyat olmazsa da, vücud olmaz. Demək, vücud, -yəni fərdin, həyatına davam etməsi- ruzi ilədir.
"Beka ise, tekerrür-ü vücuddan ibarettir."
Yəni:
Davamlılıq isə, varlığın təkrarlanmasından ibarətdir.
Bu cümləni, belə bir misalla başa düşə bilərik:
Bizlər, yanan bir lampaya baxdığımızda, onu sanki daima yanır şəklində görürük. Halbuki belə deyildir. Lampa bir yanmaqda, bir sönməkdədir. Ancaq bu yanıb sönmək, o qədər qısa bir müddət içində olmaqdadır ki, lampanım söndüyü o qısa zaman dilimini, gözümüzlə görə bilməməkdə və lampanı davamlı yanır zənn etməkdəyik. Demək lampanın davamlılığı, işığının ona təkrar-təkrar verilməsindən ibarətdir.
Eynilə bunun kimi, həyat sahibləri üçün də, "beka, tekerrür-ü vücuddan ibarettir." Yəni, həyat sahiblərinin varlıqlarının davamı, hər saniyə onlara həyatın üflənməsinə və varlıqlarının bir sonrakı zaman diliminə daşınmasına bağlıdır. Bu üfləmə dayandığında, ölüm vaqe olur. Bu halda deyilə bilər ki:
"Beka", yəni həyatın davamı və ölümün olmaması, o varlığa ard-arda vücud və həyat verilməsinə bağlıdır.
"Vücudu yoxdan vermək, icat etmək isə, müməyyizə, muxassisa və müəssirə sifətlərini istilzam edər, gərəkdirir."
Bu 3 sifət, "elm, iradə və qüdrət"dir.
~ Sifət'ul-müməyyizə (təmyiz, ayırd edicilik sifəti) - elm sifətinə;
~ Sifət'ul-muxassisa (təxsis edicilik, xas qılıcılıq sifəti) - iradə sifətinə;
~ Sifət'ul-müəssirə (təsir edicilik sifəti) isə - qüdrət sifətinə
işarət edir. Çünki bir şeyə vücud/varlıq verildiyi vaxt, yəni bir şey, elmi vücuddan xarici vücuda və ya elm dairəsindən qüdrət dairəsinə çıxarıldığı zaman, həm muhit (hər şeyi əhatə edən) bir elm; həm mütləq iradə; həm müəssir (təsir edən) qüdrət lazımdır ki, o şey, vücud/varlıq sahəsinə çıxsın.
Bəli,
~ "elm" lazımdır ki, o şeyə bir proqram, müəyyən bir miqdar və bir şəkil təyin etsin, təqdir etsin. Həm
~ "iradə" lazımdır ki, çoxlu-çoxlu şəkillər və ehtimallar arasından, ona məxsus bir surət və şəkil tərcih etsin; ona xas fərqli əlamət ilə bir surət təxsis etmək surətilə onu, digər şəkillərlə qarışdırmasın. Həm
~ müəssir (təsir edən), nafiz (nüfuz edən) bir "qüdrət" lazımdır ki, onu vücuda gətirsin, xəlq etsin.
Demək, bu 3 sifət olmadan, bir şey vücuda gələ bilməz. O halda, vücudun verilməsi, bu 3 sifəti zəruri olaraq iqtiza edər.
Ruzinin verilməsi isə, o şeyin davamlılığını təmin edər. Ruzi kəsildiyi vaxt, o şey ölər. İnsanın bu dünyadan ən əvvəl kəsilən ruzisi, havadır. İnsan, havanı tənəffüs etməsə, ölər.
Demək, ruzinin verilməsi, varlığın davamına vəsilədir. Yəni, bir varlığın həyatını davam etdirməsi, ruziyə bağlıdır.
Davamlılıq isə, ruzinin verilməsinin səmərəsi, meyvəsidir. Bu da, səm (eşitmək), basar (görmək) və kəlam (danışmaq) kimi sifətlərin sübutunu (sabit olmasını) iqtiza edir, gərəkdirir. Çünki,
~ ruzi verənin, mərzuqu (ruziləndiriləni) görməsi lazımdır ki, mərzuq olan məxluqatın harda olduğunu bilsin, münasib vaxtda ehtiyacını yerinə yetirsin. Çünki o mərzuq, ehtiyacını tələb etmə xüsusunda, bir qabiliyyətə sahib olmaya bilər; bacara bilməyə bilər; bu cəhətdən aciz qala bilər. Bax tam münasib bir vaxtda, ehtiyac anında, Basir (görən) və Rəzzaq (ruzi verən) bir Zat, o mərzuqun ehtiyacını görür, ruzisini onun imdadına göndərir. Həm
~ Rəzzaq olanın, möhtac olan o mərzuqun dərdini eşitməsi, fəryadını duyması lazımdır ki, ona yardım etsin. Əgər o Zat eşitməzsə, necə imdad edə bilər?! Həm
~ Rəzzaq olanın, kəlam sifətilə də müttəsif olması lazımdır ki, ehtiyac zamanında o möhtaclarla, ya vəhyən, ya da ilhamən danışıb anlaşsın.
Qısaca izahını verdiyimiz məzkur bu 6 sifət, yeddinci sifət olan "həyat" sifətini, zəruri olaraq istilzam edir, gərəkdirir. Çünki bu 6 sifətin mənbəi, həyat sifətidir. Həyat olmadan, bu 6 sifət ola bilməz. Müəllifimiz, "Şualar" adlı risaləsində (7-ci Şua, s. 125) bu mövzu ilə əlaqəli olaraq belə deyir:
"...o sıfatlar Zât-ı Zülcelâlin vücuduna delâlet ettikleri gibi, hayatın vücuduna ve tahakkukuna ve o Zâtın hayattar ve diri olduğuna dahi bedahetle delâlet ederler. Çünkü, bilmek, hayatın alâmeti; işitmek, dirilik emâresi; görmek, dirilere mahsus; irade, hayat ile olabilir; ihtiyarî iktidar, zîhayatlarda bulunur; tekellüm ise, bilen dirilerin işidir."
Yəni:
"...o sifətlər, cəlal sahibi Zat'ın varlığına dəlalət etdikləri kimi; həyatın varlığına və gerçək olmasına və o Zatın həyat sahibi və diri olduğuna da, açıq bir şəkildə dəlalət edirlər. Çünki:
1. Bilmək (elm sifəti), həyatın əlaməti;
2. Eşitmək (səm sifəti), dirilik əlaməti;
3. Görmək (basar sifəti), dirilərə məxsus;
4. İradə (sifəti), həyat ilə ola bilər;
5. İxtiyari iqtidar (qüdrət sifəti), həyat sahiblərində mövcuddur;
6. Təkəllüm (kəlam/danışmaq sifəti) isə, bilən dirilərin işidir."
-------------------------
-------------------------
Əlavələr:
Ruzi, nədir? Qisimləri, hansılardır?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ruzi%C2%A0n%C9%99dir-qisiml%...
Ruzinin kəsilməsinə səbəb olan şeylər:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ruzinin-k%C9%99silm%C9%99sin...
