Şəhid isminin şərhi
51. Şəhid isminin şərhi:
Bu ismin mənası, Alim isminə rücu etmək (qayıtmaq) ilə bərabər, Alimdən fərqli olaraq, xüsusi bir izafətə sahibdir. Çünki, Allah (azzə və cəllə), qeybi və şəhadəti biləndir. Qeyb, batin olan; şəhadət isə, zahir olandan ibarətdir. Və o (şəhadət), şəhadət (şahidlik) edilən zahirdən ibarətdir.
Elm,
~ Mütləq olaraq etibara alındığında, O, Alim;
~ Qeybə və batini işlərə izafə edildiyində, Xabir;
~ Zahiri işlərə izafə edildiyində isə, O, Şəhid'dir.
Bununla bərabər, qiyamət günündə, məxluqatı bilib müşahidə etdiyindən dolayı, Şəhid'dir.
Bu ismə dair kəlam, Alim və Xabir isimlərindəki kəlama yaxın olduğu üçün, təkrar etməyəcəyik.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
---------------------------
Əlavələr:
Alim isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/alim-isminin-s%C9%99rhi
Xabir isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xabir-isminin-s%C9%99rhi
----------------------------
----------------------------
Şəhid, şəhadət kökündən meydana gəlmiş və şəhadət də, "qəti olaraq bilən və bildiyini xəbər vermə xüsusunda, özünə güvənilən kimsə" deməkdir. Şəhadət, qəti şahidlik ifadə etdiyi üçündür ki, Allaha və peyğəmbərinə imanımızın şahidlik bəyanı olan cümləyə, "kəlime-i şəhadət/şahidlik kəliməsi" deyilir. Şəhid olanlar da, Rəblərinin şəhidlərə vəd etdiyi nemətlərə şahidlik etdiklərindən dolayı, bu sifəti alırlar.
Allahın isimlərindən biri olaraq Şəhid ismində, fail (iş görən) mənası da, məful (üzərində iş görülən) mənası da vardır. (Belə ki):
~ Fail olaraq ələ alındığında, "Özündən heç bir şey gizlənməyən və heç bir şeyi unutmayan Şahid" mənasına gəlir.
~ Məful olaraq ələ alındığında isə, "Zatı, hər şeyə şahid qılınan" demək olur. Bunun nə demək olduğunu, hər hansı bir mövzuda ən yüksək dərəcədə şahid göstərməyimiz lazım gəldiyində, "Allah şahidim olsun ki..." sözlərilə ifadə edirik.
İnsanlar, olmadıqları bir yerdə olan-bitəni bilmədikləri kimi; şəxsən olduqları mühitdə də, həqiqəti bütün hər tərəfilə görə, bilə bilməzlər. Bir az əvvəl yaşadığımız bir hadisə ilə bağlı fikrimizə müraciət edilsə, suallar artdıqca, təfsilatları necə gözdən qaçırdığımızın fərqinə vararıq. Rəbbimizin Şəhid ismi isə, hər bir detalı görən və gərəkdiyində, tək-tək ortaya çıxaracaq olan bir Zatın, isim və sifətlərilə, heç ayrılmadan, davamlı yanımızda olması deməkdir.
Quranın bildirdiyinə görə, Rəbbimiz, ən uca, ən böyük şahiddir. (bax: Ənam/19) Ancaq, bununla da qalınmamaqda; bütün edib etdiklərimiz, orqanlarımız tərəfindən də qeyd edilməkdədir və qiyamət günündə, hamısı şahidlik edəcəkdir. (bax: Nur/24; Yasin/65; Fussilət/20)
-----------------------
Not:
Dəyərli oxuyucu! Orqanlarımızın qiyamət günü şüurlu bir varlıq kimi şahidlik edəcəyi, ağıldan uzaq görünməməlidir. Çünki, orqanlarımızı meydana gətirən zərrələr/atomlar, fənlərin də təsdiqilə, yaddaş sahibidirlər. Əgər ölümdən sonra təkrar diriliş olmazsa, orqanlarımızın hər şeyi yaddaşında qoruyub saxlaması, hikmətsiz/əbəs olardı. Kainatda isə, hikmətsiz/faydasız/əbəs yaradılış yoxdur. Bunu, belə bir misalla ağla yaxınlaşdıra bilərik:
Bir anlıq, özümüzü dar ana bətnində düşünək. Bu yerdə, bizə verilən orqanlardan istifadə edə bilmirik. Əgər ağlımız olsaydı, bu orqanların başqa bir aləm üçün verildiyini başa düşərdik.
Eyni şəkildə, əgər ölümdən sonra başqa bir aləm yoxdursa, zərrələrin hər şeyi öz yaddaşında qoruyub saxlaması, əbəsdir. Demək ki, başqa bir aləm olacaqdır ki, bu zərrələr, özlərinə yüklənən funksiyalarını yerinə yetirə bilsinlər.
Allahın bu qədər hikmətli/faydalı yaratmasına; əbəs bir iş görməməsinə şahid olduqdan sonra, zərrələrə yaddaş verilməsinə, onların hər şeyi qoruyub saxlamalarına, əbəs bir iş olaraq baxa bilmərik. Burda, 2 yol vardır:
1. Ya müşahidə etdiyimiz milyonlarla hikmətli/faydalı yaradılış fəaliyyətini əsas alıb, bu işi (yəni, zərrələrə yaddaş verilməsi işini) də hikmətli/faydalı görəcək;
2. Ya da zərrələrə verilən bu yaddaş kimi faydalı yaradılış fəaliyyətini əbəs görüb, müşahidə edə bildiyimiz milyonlarla faydalı yaradılış fəaliyyətini də əbəs görəcəyik.
Bu 2-cisi mümkün olmadığına görə, bütün fəaliyyətləri faydalı görməkdən başqa yolumuz qalmır.
2 zidd şeyin cəmi də, imkansızdır. Yəni, 10 işindən 9-u faydalı olan şəxsin, 10-cu işində hikmətsizlik, düşünülə bilməz. Bu, 2 zidd şeyin cəmi, yəni, eyni anda həm hikmətli, həm hikmətsiz iş görməsi deməkdir ki, bunun batil olduğunu isbata, ehtiyac yoxdur.
-------------------------
O gün, hesab meydanına, hər kəs, əməllərinin şahidlərilə birlikdə gətiriləcəkdir (Qaf/21). Ki, insan, inkar və ya gizlənmə üçün heç bir yol tapa bilməsin.
Bu ismin muhtəvası, insanı, bütün düşüncə, hiss, niyyət və əməllərində, diqqətli və dürüst olmağa dəvət etməkdədir. Beləcə, bu, bugünki psixologiyanın israrla vurğuladığı daxili müşahidəyə müvəffəq olmağa köməkçi olur. Bütün varlıq aləmi içində bunu edə biləcək tək varlıq, insandır. Çünki insana, öz davranışlarına xarici aləmdən baxa biləcək bir nəzər qabiliyyəti verilmişdir.
Şəhid isminin mənasına, necə bürünməli? Bu isimdən, necə istifadə etməli?
Özündə bu ismin təcəlli etdiyi insan, idarəsini üstləndiyi işlərin hər yönü ilə maraqlanar. Onun məsuliyyəti altında olan bir işin hər hansısa bir mərhələsi haqqında biliksiz olması, düşünülə bilməz. Belə olunca, idarə edilənlər də, bu şüurla hərəkət edərlər. Məsələn, bir ailə idarə edirsinizsə, bütün ailə fərdlərinin ehtiyac və problemlərindən xəbərdar olmaq; hər birinin, hal-hazırda harda olduqlarını bilmək və s. kimi işlər, bu ismin təcəllisilə yaxından əlaqəlidir. Bunlar üzərində şahidlik, Allahın da hər şeyə şahid olmasını başa düşməkdə faydalı olacaqdır.
