Hər bidət dəlalətdirmi? (1)
Cabir b. Abdullah (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, o, belə demişdir:
Allah Rəsulu ( ﷺ ) xütbə oxuduğu zaman, səsi yüksələr və qəzəbi şiddətlənərdi. Sanki, o, düşmən ordusunu izləyən:
Şübhəsiz, düşmən sizə sabah basqın edəcək, axşam hücuma keçəcəkdir.' deyən gözətçi biri idi.
(Təhlükəyə qarşı xalqa xəbərdarlıq edər) və:
'Qiyamət günü ilə mən, bunlar kimi göndərildim.' deyərdi.
Belə deyərkən də, şəhadət barmağı ilə onun yanındakı orta barmağını birləşdirərdi. Sonra belə buyurdu:
Söylənilən sözlərin ən xeyirlisi, Allah Taala'nın kitabıdır.Yolların ən gözəli, Muhamməd'in yoludur.İşlərin ən pislərindən biri də,(Peyğəmbərdən sonra) ihdas edilən (dinə əlavə edilmək istənilən) əsli olmayan şeylərdir. Hər bidət, dəlalətdir. [1]
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: Bidətlərdən və mücadilədən uzaq qalmanın bəyanı babı, hədis no: 45
------------------------
İzahı:
Bidət: Keçmişdə nümunəsi olmadan edilən hər şeyə deyilir.
Şəriətdə isə, Allah Rəsulu ( ﷺ ) zamanında olmayan bir şeyi ihdas etməkdir (icad etməkdir, meydana çıxardmaqdır).
İmam Şafi (رضي الله عنه) demişdir ki, dini sahədə ihdas edilən şeylər 2 qisimdir:
1) Əgər Kitab, Sünnət və İcma'dan birisinə tərs düşərsə, zəmm edilən bidət (pis, pislənən bidət)'dir.
2) Bunlara zidd olmayan bir xeyirli işdirsə, o, məmduh bidət (gözəl və mədhə layiq bidət)'dir. (Qastallani, İrşadu's-Sari, c. 12, s. 227, Misir, h. 1306)
İmam Nəvəvi ( رحمه الله) belə deyir:
Nəbi (sallallahu aleyhi və səlləm)'in:
"Hər bidət, dəlalətdir." buyuruğu, təxsis edilmiş ümumi bir ifadədir. Qəsd edilən isə, bidətlərin əksəriyyətinin belə olduğudur.
~ Dilçi alimlərin dediklərinə görə, "bidət", "daha əvvəl bir bənzəri və nümunəsi olmadan edilən hər bir şey" deməkdir.
~ Alimlər də, (bidəti) belə tərif etmişlərdir:
Bidət:
1. Vacib;
2. Məndub;
3. Haram;
4. Məkruh; və
5. Mübah
olmaq üzərə, 5 qisimdir.
1. Kəlam alimlərinin, inkarçılara, bidətçilərə və bənzərlərinə cavab vermək məqsədilə dəlilləri nizamlı bir şəkildə ortaya qoymaları, "vacib bidət" növündən;
2. Elm kitablarının təsnif edilməsi, mədrəsə və ribatların bina edilməsi və daha başqa xüsuslar, "məndub bidət"lərdəndir;
3. Fərqli cür yeməklər yemək və bənzəri xüsuslar, "mübah bidət"lərdindir.
4. və 5. Haram və məkruh bidətlər isə, açıqca bəllidir.
Mən, bu məsələni, geniş dəlil və açıqlamaları ilə, "Təhzibu'l-Əsma və'l-Lüğat" adlı əsərimdə, açıqladım.
Zikr etdiyim bu xüsuslar bilinəcək olarsa, bu hədisin də təxsis edilmiş ümumi ləfzlərdən olduğu da başa düşülmüş olar. Eyni şəkildə, bu növdən varid olmuş bənzəri hədislər də, belədir. Bizim söylədiklərimizi, Ömər b. əl-Xattab (radiyallahu anh)'ın təravih haqqında dediyi: "Bu, nə gözəl bidətdir." sözü də dəstəkləməkdədir. Bu isə, "hər bidət" buyuruğunun, "hər" ləfzilə qüvvətləndirilmiş olmaqla birlikdə, hədisin təxsis edilmiş ümumi ləfzli bir hədis olmasına əngəl deyildir. Əksinə, buna baxmayaraq, bu hədis, təxsis edilən bir hədisdir. Uca Allahın,
"Hər şeyi həlak edən bir külək" (Əhqaf/25) ayətinə bənzəməkdədir.
(Nəvəvi, "əl-Minhac", Cümə namazı kitabı, "Xütbədə səsi yüksəltmək və xütbədə nə danışılacağı babı", hədis no: 2002)
---------------------
Əlavələr:
Bidət nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/bid%C9%99t-n%C9%99dir
Hər bidət dəlalətdirmi? (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-bid%C9%99t-d%C9%99l...
