Rəhman surəsi 6-cı ayətin təfsiri

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

Və'n-nəcmu və'ş-şəcəru yəscudən.

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6)

------------------------------

Təfsiri:

Bu ayətin, bir əvvəlki ayət ilə olan münasibət cəhəti:

Günəş və ayın, intizamla cərəyan edərək Allahın əmrinə itaət etmələrinin (Rahmən/5) nəticəsində, gecə-gündüz və mövsümlər meydana gəlir. Bunun nəticəsində də, yer üzündə, həyat sahibləri və onların ruziləri varlıq qazanır.

Bax, bir əvvəlki ayətdə, ruzinin varlıq qazanmasına səbəb olan günəş və ayın cərəyanından bəhs edildi. Bu ayətdə (Rahmən/6) isə, nəzərlər, o cərəyan nəticəsində varlıq qazanan həyat sahiblərinin, xüsusilə insanların ruzisinə çevrilməkdədir.

Haqq Taala, günəş və ayın dövranından bəhs etdikdən sonra, yerdə gövdəsi üstündə duran və yerə yayılan bütün bitki və ağacların Allaha səcdə edib itaət etdiklərini bəyan etmişdir.

Madam ki, günəş və ay, Allah Taala'ya itaət edərək, müəyyən bir hesab ilə dönməkdədirlər. Əlbəttə ki, bunun nəticəsində meydana gələn nəbatat (bitkilər) və ağaclar da, Allaha itaət edib Ona səcdə etməkdədirlər.

-----------------------------------

Ayətdə keçən bəzi kəlimələrin lüğəvi mənaları və təhlilləri

Əksər müfəssirlər, ayətdə keçən "ən-nəcm" kəliməsini, "yerdən çıxan nəbatat" olaraq izah etmişlərdir. Buna görə, "ən-nəcm" kəliməsi, "sapı üzərində durmayan otlar" mənasındadır. "əş-şəcər" kəliməsi isə, "kökləri və gövdələri üzərində duran ümum ağaclar və sapı üzərində duran bəzi otlar"dır.

Bununla bərabər, "ən-nəcm" kəliməsinin, "ulduz" mənasında olmasına da, bir maneə yoxdur. Necə ki, müfəssir Təbəri (rahiməhullah) və digər bəzi müfəssirlər, "nəcm"in, "ulduz" mənasında olduğunu da rəvayət etmişlərdir.

Bu ayətdə "ləhu" kəliməsi, müqəddər (ləfzən zikr edilməyib, mənən murad edildiyi başa düşülən)'dir. Yəni, "يَسْجُدَانِ له / yəscudəni ləhu / Ona səcdə edirlər." şəklindədir. Çünki, nəbatat və ağacların səcdəsi, əlbəttə ki, Rahmən olan Allaha'dır. Bədahət (açıqlığ)'ından dolayı, "ləhu / Ona" kəliməsi, hazf edilmişdir (bir məqsəd güdərək, bir mənanı ifadə edən kəliməni zikr etməyib, işarət yolu ilə göstərmək).

İndi, ayətdə keçən otlar və ağacların səcdə etmələrindən muradın nə olduğunu, bir neçə maddə halında sıralayaq:

• Birincisi: Mükəlləf olduqları fitri (kainatdakı) qanunlara itaət etmələridir.

• İkincisi: Bizim idrak edə bilmədiyimiz bir surətdə, O Rahmən olan Allaha səcdə etmələridir. Necə ki, 7 qat göy, yer və içindəkilər, Allahı təsbih etdikləri halda, onların təsbihlərinin keyfiyyətini başa düşmürük (İsra/44); elə də, bütün mövcudat, xüsusilə ayətdə bəhs edilən "nəcm" "şəcər", Allaha səcdə etdikləri halda, onların səcdələrinin keyfiyyətini başa düşmürük.

• Üçüncüsü: Hər birinin kölgələrinin səcdə etməsidir. (Nəhl/48)

• Dördüncüsü: Səcdə, "alnı yerə qoymaq", yaxud da, "başın yerə doğru olması" deməkdir. Gövdəli və gövdəsiz bitkilərin, həqiqətdə, başları yerə doğru; ayaqları isə, göyə doğru olmaları, onların səcdə halında olduqlarını göstərir. Çünki, heyvanların, qidalarını almaları başları sayəsində olduğu halda; nəbatat və ağacların isə, kökləri sayəsində olur. Bununla bərabər, baş olmadan, həyat olmaz. Bitkilərin də kökləri üçün bir problem yarandığında, yamyaşıl olaraq ayaqda dayana (yəni, varlıqlarını davam etdirə) bilməzlər. Ancaq budaqları kəsildiyində, həyatiliklərini qoruya bilirlər.

Demək, gövdəli və gövdəsiz bitkilərin başları hökmündə olan kökləri, həmişə, yerə doğrudur. (Təfəkkür et!)

O halda, bunların səcdə etmələri, həqiqi mənada deyil; bir təşbehdir.

"Nəcm" kəliməsinin "şəcər" kəliməsindən əvvəl gətirilməsində, 2 cəhətlə müvafiqlik vardır:

1. Ləfz etibarı ilədir. (Belə ki): "ٱلشَّمْسُ وَٱلْقَمَرُ / əş-şəmsu və'l-qaməru" ifadələrilə, "وَٱلنَّجْمُ وَٱلشَّجَرُ / və'n-nəcmu və'ş-şəcəru" ifadələri arasında, ləfzi cəhətdən, yəni, vəzn cəhətində bir ahəng vardır. (Tələffüzdə hansının daha uyğun olduğunu görmək üçün, yerlərini bir dəyiş!)

2. Məna etibarı ilədir. Necə ki, "nəcm"in səcdə etməsi, "şəcər"in səcdə etməsindən daha zahir bir surətdə görünür. Çünki, belə gövdəsiz bitkilər, eynilə səcdə edən insan kimi, yerə sərilmişlərdir. Bu səbəblə, "nəcm" kəliməsi, "şəcər" kəliməsindən əvvəl zikr edilmişdir. Eynilə, günəşin müəyyən bir hesabla hərəkət etməsi, ayın müəyyən bir hesabla hərəkət etməsindən daha zahir bir surətdə görünür. Bu səbəblə, (bir əvvəlki ayətdə), "şəms / günəş" kəliməsi, "qəmər / ay" kəliməsindən əvvəl zikr edilmişdir. Çünki, təqvimçilərə görə, günəşin hərəkətini hesablamaq, ayın hərəkətini hesablamaqdan, daha asandır.

---------------------------------

Ayətin təfsiri:

Rahmən olan Allah, insanlara ehsan etdiyi dünyəvi nemətləri sayarkən, nəbatat və ağacları zikr etdi. Çünki, otlar, bütün heyvanların ruzisinin əsasıdır. Əgər otlar olmasaydı, heç bir heyvan, yaşaya bilməzdi və xüsusilə insan, həyatını davam etdirə bilməzdi. Çünki, insanın ruzisi, nəbatat və heyvanata (heyvanlara) bağlıdır.

Bu halda, "vücud/varlıq" nemətindən sonra, insan üçün ən böyük nemət "ruzi" olduğundan, Haqq Taala, insanın yaradılmasından (Rahmən/3 ayəti) sonra, insanın (maddi) ruzisinə vəsilə olan günəş və ayın müəyyən bir hesab ilə cərəyanını və bu cərəyan nəticəsində varlıq qazanan və insan ruzisinin əsası olan nəbatat və ağacları zikr etdi. İnsanın həyatını davam etdirməklə həyatına xadim (xidmətçi) olan otların və ağacların səcdələrini bəyan etməklə, insanın, O Rahmən olan Allaha səcdə etməyə daha layiq olduğuna işarət etdi.

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ • خَلَقَ ٱلْإِنسَـٰنَ• عَلَّمَهُ ٱلْبَيَانَ • ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ • وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"ər-Rahmən (olan Allah). Quranı öyrətdi. İnsanı yaratdı. Ona bəyanı öyrətdi. Günəş və ay, müəyyən bir hesab ilə hərəkət edirlər. Otlar və ağaclar, (Ona) səcdə edirlər." (Rahmən/1-6)

Bu ayətlər göstərir ki, bu kainatı çevirən və insana boyun əydirən, "Rahmən" ismindən gələn "Rəzzaqiyyət" (ruzi vericilik) qanunudur. Mənəvi ruzimiz olan Quran, Rahmən ismindən gəldiyi kimi (bax: Rahmən/2); maddi ruzimiz də, o Rahmən ismindən gəlməkdədir.

Bəli, Quranı təlim edən Kimdirsə, insanı yaradan və ona bəyanı təlim edən və kainatı xəlq edib insanın ruzisini yetişdirmək üçün ətrafında döndürən də, yenə, Odur.

Bu əsrdə, Quranın mənəvi təfsiri olan "Risale-i Nur"un "Şualar" (15-ci Şua, "əl-Hüccətüz-Zəhra" s, 536-537) adlı əsərində, kainatdakı ruzinin Rahmən ismindən gəldiyi və Ona dəlalət etdiyi, belə ifadə edilməkdədir:

"Evet, kâinatta hadsiz rahmetin mevcudiyeti ve hakikatı, aynen güneşin ziyası gibi görünür. Ve ziyanın güneşe kat'î şehadeti misillü, bu geniş rahmet dahi, perde arkasında bir Rahmân-ı Rahîme şehadet eder."

Yəni:

"Bəli, kainatda, hədsiz rəhmətin mövcudluğu və həqiqəti, eynilə, günəşin ziyası kimi görünür. Və ziyanın günəşə qəti şəhadət etməsi kimi; bu geniş rəhmət də, pərdə arxasında, bir Rahmən və Rahim olan Allaha şəhadət edir."

Günəşin varlığını bilməyin ən asan və ən qəti yolu, onun yer üzündəki əsərlərini və işarətlərini izləməkdir. Günəşin işığı, işığındakı 7 rəngi, yer üzünə saçdığı istilik, onun varlığının ən böyük dəlili və qəti isbatı olmaqdadır. Zöhr vaxtı, günəşin işığını, 7 rəngini, istiliyini iliklərinə qədər hiss edən birinin, "Günəş deyə bir ulduz yoxdur." deməsi, ən böyük bir axmaqlıq və ən böyük bir cəhalətdir.

Eyni şəkildə, yer üzündə, bütün canlılarda görülən şəfqət, mərhəmət və s. kimi hislər, işığın günəşi göstərməsi kimi, Allahın sonsuz rəhmət və mərhəmətinə işarət etməkdədir.

"Evet, rahmetin bir ehemmiyetli kısmı rızıktır ki, Rahmân'a "Rezzâk" mânâsı verilir. Rızık ise, o derece zâhir bir tarzda bir Rezzâk-ı Rahîmi gösterir ki, zerre kadar şuuru bulunan, tasdike mecbur olur."

Yəni:

Bəli, rəhmətin əhəmiyyətli qismi, ruzidir ki, Rahmənə, "Rəzzaq" (çoxca ruzi verən) mənası verilir. Ruzi isə, o dərəcə zahir bir tərzdə bir Rəzzaq və Rahimi göstərir ki, zərrə qədər şüuru olan, təsdiqə məcbur qalır.

Allahın rəhmət və mərhəmətinin ən müşəxxəs, ən bariz təcəllilərindən biri də, ruzidir. Yer üzündə yaşayan saysız-hesabsız canlıların, intizamlı, istiqrarlı və ən gözəl bir şəkildə bəslənmələri, bunun ən bariz bir isbatı və dəlilidir. Hər birinin süfrəsi, zövqü və bədən quruluşu ayrı olan milyonlarla heyvan növünün hər birinin mükəmməl bir şəkildə ruziləndirilmələri, sonsuz mərhəmətin əksi və təcəllisidir.

Daha sonra, Bədiü'z-Zaman Said Nursi (rahiməhullah), buna, aşağıdakı misalları zikr edir. Belə ki:

Meselâ,

~ bütün zîhayatın, hususan âcizlerin ve bilhassa yavruların, bütün zeminde ve fezada ihtiyar ve iktidarlarının haricinde, gayet harika bir tarzda hiçten ve mütemasil çekirdeklerden ve su katrelerinden ve toprak habbeciklerinden yetiştiriyor.

Yəni:

Məsələn:

~ bütün həyat sahiblərinin, xüsusilə acizlərin və xüsusilə balaların (ruzilərini), bütün yerdə və fəzada, iqtidar və ixtiyarlarının xaricində, çox qeyr-i adi bir tərzdə, heçdən və bir-birinə bənzər çəyirdəklərdən və su qətrələrindən və topraq toxumlarından (parçalarından) yetişdirir.

~ Hattâ ağacın başındaki yuvada kanatsız, zayıf kuşçuklara annelerini emirber nefer gibi gezdirir, rızıklarını getirttirir.

Yəni:

~ hətta, ağacın başındakı yuvada, qanadsız, zəif quşlara, analarını, əmrə hazır bir əsgər kimi gəzdirir, ruzilərini gətirtdirir.

~ Ve aç bir arslanı yavrusuna musahhar eder, elde ettiği bir eti yemeyip yavrusuna yedirir.

Yəni:

~ ac bir şiri, öz balasına boyun əydirir, əldə etdiyi bir əti yeməyib balasını yedirir.

~ Ve sair hayvanatın ve insanın yavrularına memeler musluğundan âb-ı kevser gibi hoş, mugaddî, sâfî, halis, beyaz sütleri kırmızı kan ve mülevves fışkı içinden bulaşmadan, bulandırmadan imdatlarına gönderir, validelerinin şefkatlerini yardımcı verir.

Yəni:

~ və sair heyvanların və insanın balalarına, (anaların) "sinələr lüləyi"ndən, kəvsər suyu kimi xoş, qidalandırıcı, saf, xalis, ağ südləri, qırmızı qan və kirli şeylər içindən, bulaşmadan, bulandırmadan, onların imdadlarına göndərir, analarının şəfqətlərini, onlara köməkçi verir.

~ Ve bir nevi rızık isteyen umum ağaçlara, münasip rızıklarını onlara pek harika bir tarzda koşturduğu gibi,

Yəni:

~ və bir növ ruzi istəyən ümum ağaclara, onların münasib ruzilərini, onlara, çox qeyr-i adi bir tərzdə "qaçırtdığı" (yəni, onlar üçün gətirdiyi) kimi,

~ bir nevi maddî ve mânevî rızık isteyen insanın duygularına, akıl, kalb, ruhlarına dahi pek geniş bir sofra-i erzak onlara ihsan ediliyor.

Yəni:

~ bir növ maddi və mənəvi ruzi istəyən insanın, hislərinə, ağıl, qəlb, ruhlarına da, çox geniş bir ərzaq süfrəsi ehsan edilir.

Güya kâinat, gül çiçeğinin yaprakları ve mısır sümbülünün gömlekleri gibi, birbiri içinde sarılı, yüz binler ayrı ayrı, çeşit çeşit sofralardır ki, o sofralar adedince ve onlardaki taamlar ve nimetler miktarınca dillerle ve ayrı ayrı, küllî ve cüz'î lisanlarla bir Rahmân-ı Rezzâkı, bir Rahîm-i Kerîmi bütün bütün kör olmayana gösterir.

Yəni:

Guya kainat, gül çiçəyinin yarpaqları və "qarğıdalının paltarları" (saçaqları) kimi, bir-biri içində sarılmış, yüz minlər ayrı-ayrı, fərqli-fərqli süfrələrdir ki, o süfrələr sayısınca və onlardakı təamlar və nemətlər miqdarı dillərlə və ayrı-ayrı, külli və cüzi dillərlə, bir Rahmən və Rəzzaqı, bir Rahim və Kərimi, bütün-bütün kor olmayana göstərər.

Yenə, müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bir digər risaləsində, belə deyir:

"Rahmâniyet hakikatidir.

Yani, gözümüzle görüyoruz: Birisi var ki, bize, zemin yüzünü rahmetin binlerle hediyeleriyle doldurmuş, bir ziyafetgâh yapmış ve Rahmâniyetin yüz binlerle ayrı ayrı lezzetli taamları içinde dizilmiş bir sofra etmiş; ve zemin içini rahîmiyet ve hakîmiyetin binlerle kıymettar ihsanlarını câmi' bir mahzen yapmış; ve zemini, devr-i senevîsinde, bir ticaret gemisi hükmünde, her sene âlem-i gaybdan levazımat-ı insaniye ve hayatiyenin yüz bin çeşitlerinden en güzellerini içine alarak yüklenmiş bir nevi sefine veya şimendifer gibi ve her baharı ise, erzak ve elbisemizi taşıyan bir vagon hükmünde olarak bizlere gönderir, bizi gayet rahîmâne beslettirir. Ve bütün o hediyelerden, o nimetlerden istifade etmemiz için bize de yüzlerle ve binlerle iştihalar, ihtiyaçlar, duygular, hissiyatlar, hisler vermiş.

Evet, Âyet-i Hasbiyeye dair olan Dördüncü Şuâda izah ve ispat edildiği gibi, bize öyle bir mide vermiş ki, hadsiz taamlardan lezzet alır.

Ve öyle bir hayat ihsan etmiş ki, duygularıyla, bir sofra-i nimet gibi, koca cismânî âlemde, hadsiz nimetlerinden istifade eder.

Ve öyle bir insaniyet bize lütfetmiş ki, akıl ve kalb gibi çok âletleriyle hem maddî, hem mânevî âlemin nihayetsiz hediyelerinden zevk alır.

Ve öyle bir İslâmiyet bize bildirmiş ki, âlem-i gayb ve âlem-i şehadetin nihayetsiz hazinelerinden nur alır.

Ve öyle bir iman hidâyet etmiş ki, dünya ve âhiret âlemlerinin hasra gelmez envârından ve hediyelerinden tenevvür edip müstefid eder.

Güya rahmet tarafından bu kâinat hadsiz antika ve acip ve kıymetli şeylerle tezyin edilmiş bir saraydır. Ve bütün o saraydaki hadsiz sandıkları ve menzilleri açacak anahtarlar insanın ellerine verilmiş ve bütün onlardan istifade ettirecek olan ihtiyaçlar, hissiyatlar insanın fıtratına verilmiş." ("Şualar", 7-ci Şua "əl-Ayətu'l-Kubra", 2-ci Həqiqət, s. 143)

Yəni:

Rahməniyyət (mərhəmət edicilik) həqiqətidir.

Yəni, gözümüzlə görürük ki: Biri var ki, bizə,

~ yer üzünü, rəhmətin minlərlə hədiyyələrilə doldurmuş, bir ziyafətgah və Rahməniyyətin yüz minlərlə ayrı-ayrı ləzzətli təamları içində düzülmüş bir süfrə qılmış;

~ və yerin içini, rahimiyyət və hakimiyyətin (hikmətliliyin) minlərlə qiymətli ehsanlarını cəm edən bir məhzən (depo) qılmış;

~ və yeri, illik döngüsündə, bir ticarət gəmisi hökmündə, hər il, qeybdən, insana və onun həyatına lazım olan şeylərin yüz min növlərindən ən gözəllərini içinə alaraq yüklənmiş bir gəmi və ya qatar kimi; və hər baharı isə, ərzaq və paltarımızı daşıyan vaqon hökmündə olaraq bizlərə göndərər, bizi, rəhmətinə yaraşan bir şəkildə bəslətdirər. Və bütün o hədiyyələrdən, o nemətlərdən istifadə etməyimiz üçün, bizə də, yüzlərlə, minlərlə iştahlar, ehtiyaclar, hislər vermişdir.

Bəli, Al-i İmran/173-ə dair olan "Dördüncü Şua"da izah və isbat edildiyi kimi, bizə,

~ elə bir mədə vermişdir ki, hədsiz təamlardan ləzzət alar;

~ elə bir həyat ehsan etmişdir ki, hislərilə, bir nemət süfrəsi kimi, böyük cismani aləmdə, hədsiz nemətlərdən istifadə edər;

~ elə bir insanlıq lütf etmişdir ki, ağıl və qəlb kimi çox "alətlər"ilə, həm maddi, həm mənəvi aləmin nəhayətsiz hədiyyələrindən zövq alar;

~ elə bir İslamiyyət bildirmişdir ki, qeyb və şəhadət aləminin nəhayətsiz xəzinələrindən nur alar;

~ elə bir iman hidayət etmişdir ki, dünya və axirət aləmlərinin həsrə gəlməyən (məhdudlaşdırıla bilməyən) nurlarından və hədiyyələrindən nurlanıb istifadə edər;

Guya rəhmət tərəfindən, bu kainat, hədsiz əntiqə və qeyr-i adi və qiymətli şeylərlə bəzədilmiş bir saraydır. Və bütün o saraydakı hədsiz sandıqları və mənzilləri açacaq açarlar, insanın əllərinə verilmiş və bütün onlardan istifadə etdirəcək olan ehtiyaclar, hissiyyatlar, insanın fitrətinə verilmişdir.

Haqq Taala, bu surənin baş qismində, təklifi (şəriətin gətirdiyi ixtiyari fellərimizə aid olan) qanunları, yəni

ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ

"ər-Rahmən (olan Allah). Quranı təlim etdi (öyrətdi)." (Rahmən/1-2) zikr etdi. Daha sonra da, təkvini qanunlar (kainatdakı fitri / təbiət qanunlar) ilə, onu təqviyə etdi (gücləndirdi).

Bir digər təbirlə, əvvəl, nəqli dəlilləri sərd etdi. Daha sonra, o nəqli dəlillləri (yəni, Quran və sünnəti) təyid (dəstəkləmək) və təqviyə (qüvvətləndirmək) üçün,

~ insanın yaradılması (Rahmən/3);

~ bəyanın (nitqin) öyrədilməsi (Rahmən/4);

~ günəş və ayın cərəyanı (Rahmən/5); və

~ otlar və ağacların Ona itaəətindəki (Rahmən/6)

əqli dəlilləri bəyan etdi.

-------------------------------------

Quranın i'caz (möcüzəlilik) cəhətini isbat edən bəzi üsul və üslublarla ayətin təfsiri:

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6)

• Birinci üslub: Quran, bəzən xafi (gizli) olanı izhar; zahir olanı da ixfa edərək (gizlədərək), gözəl bir icaz (yəni, az sözlər, çox məna ifadə edər). Belə ki:

"Quranın təlimi" (Rahmən/2), "İnsanın yaradılması" (Rahmən/3) və "Ona bəyanın təlim edilməsi" (Rahmən/4) felləri, ənfusi (haşiyə) dairədə təzahür etdiyi üçün, Rahmən ismilə müsəmma (isimlənmiş, adlanmış) olan bir Zat'ın varlığının vacib/zəruri olmasına şəhadəti, xafi (gizli)'dir. Bu səbəblə, (surənin başında) Rahmən isminin izharına ehtiyac duyulmuşdur.

Günəş və ayın müəyyən bir hesabla nizam və intizam dairəsində cərəyan etməsi; bitki və ağacların səcdə etməsi, yəni təkvini qanunlara itaət felləri isə, afaqi (haşiyə) dairədə təzahür etdiyi üçün, Rahmən ismilə müsəmma bir Zat'ın varlığının zəruri olmasına şəhadəti, daha zahirdir. Çünki, günəş və ayın cərəyanı nəticəsində, həyat sahiblərinin ruzisi meydana gəlir. Ruzi isə, bədahətən (açıq bir şəkildə), Rahmən'ə dəlalət edir. Bu səbəblə, Rahmən ismi, ixfa edilmiş (gizlədilmiş)'dir. Bu, bəlağat elminin bir qanunudur.

------------------------------

(Haşiyə:

"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?

~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.

Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.

~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.

Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:

سَنُرِيهِمْ ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...

"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."

İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:

~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";

~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi" olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.

İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,

~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;

~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər mənasına gəldiyini söyləmək, mümkündür.

İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:

~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;

~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə metoduna

söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.

~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;

~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.

--------------------------------

Həm insan, iradə sahibi olduğundan, Allahın malı və neməti olan çox şeyləri, öz nəfsi naminə təməlluk edər (sahiblənər), beləcə, həddi aşıb zülm edər. Onun bu təcavüz (həddini aşması)'ndan dolayı, Rahmən ismi, (surənin başında) sərih (açıq) bir şəkildə zikr edilmişdir. Yəni, Allahın bu ismi, ona, mənən, sanki belə deyir:

"Həddini bil! Sən, iradəndə müstəqil deyilsən. Rahmən olan bir Allah, sənin, fel, qövl və əhvalını, şəriət ilə nizam altına almış; səni öz başına buraxmamış; sənin həyatının nəticəsi üçün axirət aləmini icad etmiş; orda, hər əməlindən dolayı, səni hesaba çəkəcəkdir."

Günəş və ay, bitki və ağac kimi mövcudat isə, iradələri olmadığından, istər-istəməz, Allahın əmrlərinə itaət edərlər. Onlardan, üsyan meydana gəlməz. Bu hikmətdən dolayı da, Rahmən isminin izharına ehtiyac qalmamış, ixfası (gizlədilməsi), bəlağata tam müvafiq düşmüşdür.

Demək,

~ ٱلرَّحْمَـٰنُ • عَلَّمَ ٱلْقُرْءَانَ • خَلَقَ ٱلْإِنسَـٰنَ • عَلَّمَهُ ٱلْبَيَانَ

"Rahmən olan Allah, Quranı təlim etdi. İnsanı yaratdı. Ona bəyanı öyrətdi." (Rahmən/1-4) ayətlərində, xafi olanı izhar etdi;

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ • وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Günəş və ay, müəyyən bir hesab ilə cərəyan edirlər. Bitki və ağaclar, Ona səcdə edirlər." (Rahmən/5-6) ayətlərində isə, zahirini ixfa etməklə, gözəl bir icaz etdi.

---------------------------------

• İkinci üslub: şanı əzəmətli olan Quranın adətidir ki, bəzən təkvini qanunları, yəni kainatdakı fitri şəriət deyilən qanunları zikr edir. Sonra da, o təkvini qanunlar üzərinə, təklifi qanunları bina edir. Bəzən də, əvvəl təklifi qanunları zikr edir, sonra onu təqviyə üçün, təkvini qanunlardan bəhs edir. (haşiyə)

Rahmən surəsində də, ilk əvvəl təklif (yəni, ona Quranın öyrədilməsi) zikr edilmiş; daha sonra isə, təkvin, onun üzərinə bina edilmişdir. Bax,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayətində də, "nəcm""şəcər"də mövcud olan təkvini qanunlar, təklifi qanunlar üzərinə bina edilmişdir. "Nəcm" "şəcər"i təkvini qanunlarına itaət etdirən O Rahmən olan Allah, əlbəttə ki, bəşəri də, Özünə itaət etdirəcəkdir. Peyğəmbər göndərmək və Kitab endirməklə, onlara itaət yollarını öyrədəcəkdir.

----------------------------------

(Haşiyə:

Təkvini və təklifi qanunlar üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir)

----------------------------------

• Üçüncü üslub: Qurandakı bütün təmsillər və misallar, külli bir qanunun masadaq'ı (bir sözü və ya hökmü təsdiq edən xüsus, doğrulayıcı, məna fərdlərindən biri), bir fərdi, bir cüz'ü, bir ucu hökmündədir. O qanuna boyun əyən bütün fərdlər, o külli qanunun içərisinə daxil olur.

Haqq Taala, bu ayətində də, yer kürəsi üzərində olan bütün nəbətat və və ağacların, Özünə səcdə etdiklərini ifadə etməklə, onların itaətlərini göstərdiyi kimi; yerdəki sair mövcudatın da səcdə etdiklərini və Ona itaət etdiklərini ifadə edir.

Demək, "nəcm""şəcər", bir misal və bir nümunə olaraq zikr edilmiş; kainatdakı sair mövcudatın itaətləri isə, ağla həvalə edilmişdir. "Nəcm" "şəcər"də görünən cüzi itaət feli, külli bir qanunun bir masadaq'ı, bir fərdi, bir cüz'ü hökmündədir. O halda, "nəcm""şəcər"i əmrinə itaət etdirən Kimdirsə, bütün mövcudatı əmrinə itaət etdirən də, Odur. Çünki, itaət qanunu, birdir.

-------------------------------

• Dördüncü üslub: Quranın adətidir ki, əvvəl, kainatdakı əsərləri nəzərə verir. Daha sonra isə, əsər arxasındakı İlahi felləri isbat edir. O feldən də, əsmaya (Allahın hər hansı bir isminə) intiqal etdirir (keçirir).

Bax, Quran,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." ayətində, otlar və ağacların halını və bunların, Allaha itaətini nəzərə verir. Otlar və ağaclar, bir əsərdirlər. Onların səcdə etmələri, yəni, ibadət və itaətləri, bir feldir. Bu fellər arxasında isə, "İlah" "Mə'bud" (Özünə ibadət edilən) isimlərilə müsəmma (isimlənmiş, adlanmış) bir Zat görünür.

Müəllifimiz Nursi (rahiməhullah), "Risale-i Nur" külliyyatının bir çox yerində, belə deyir:

"Nasıl mükemmel, muntazam, san’atlı, saray gibi bir eser, bilbedâhe muntazam bir fiile delâlet eder. Yani bir bina bir dülgerliğe delâlet eder. Ve mükemmel, muntazam bir fiil, bizzarure, mükemmel bir fâile ve mâhir bir ustaya, bir dülgere delâlet eder. Ve mükemmel usta ve dülger ünvanları, bilbedâhe, mükemmel bir sıfata, yani san’at melekesine delâlet eder. Ve mükemmel sıfat ve o mükemmel meleke-i san’at, bilbedâhe, mükemmel bir istidadın vücuduna delâlet eder. Ve mükemmel bir istidad ise, âlî bir ruh ve yüksek bir zâtın vücuduna delâlet eder. Öyle de, zeminin yüzünü, belki kâinatı dolduran müteceddid eserler, bilbedâhe, gayet derece-i kemâlde bulunan ef’âli gösteriyor. Ve şu nihayet derecedeki intizam ve hikmet dairesindeki ef’âl, bilbedâhe, ünvanları ve isimleri mükemmel olan bir fâili gösteriyor. Çünkü, muntazam, hakîmâne fiiller fâilsiz olmadığı, katiyen mâlûm. Ve son derece mükemmel ünvanlar, o fâilin son derece kemâldeki sıfatlarına delâlet eder. Çünkü, fenn-i sarfça, nasıl ism-i fâil masdardan yapılır; öyle de, ünvanların ve isimlerin dahi masdarları ve menşe’leri sıfatlardır. Ve son derece-i kemâlde sıfatlar, şüphesiz son derece mükemmel olan şuûnât-ı zâtiyeye delâlet eder. Ve kabiliyet-i zâtiye, tâbir edemediğimiz o mükemmel şuûn-u zâtiye, bihakkalyakîn hadsiz derece-i kemâlde olan bir Zâta delâlet eder.

İşte, bütün âlemdeki âsâr-ı san’at ve bütün mahlûkat, herbiri birer eser-i mükemmel olduğundan, herbiri bir fiile ve fiil ise isme, isim ise vasfa ve vasıf ise şe’ne ve şe’n ise zâta şehâdet ettikleri için, masnuât adedince, birtek Sâni-i Zülcelâlin vücûb-u vücuduna şehâdet ve ehadiyetine işaret ettikleri gibi; heyet-i mecmûası ile, silsile-i mahlûkat kadar kuvvetli bir tarzda, bir mi’rac-ı mârifettir, hiçbir cihette içine şüphe girmeyen müteselsil bir bürhan-ı hakikattir." ("Sözlər", 33-cü Söz, Tövhid'in 18-ci Pəncərəsi, s. 647-648)

Yəni:

Necə ki, mükəmməl, müntəzəm (intizamlı), sənətli, saray kimi bir əsər, açıq bir şəkildə, intizamlı bir felə dəlalət edər. Yəni, bir bina, bir dülgərliyə dəlalət edər. ---> Və mükəmməl, müntəzəm bir fel, zəruri olaraq, mükəmməl bir failə və mahir bir ustaya, bir dülgərə dəlalət edər. ---> və mükəmməl usta və dülgər ünvanları, açıq bir şəkildə, mükəmməl bir sifətə, yəni sənət məharətinə dəlalət edər. ---> və mükəmməl sifət və o mükəmməl sənət məharəti, açıq bir şəkildə, mükəmməl bir istedadın varlığına dəlalət edər. ---> və mükəmməl bir istedad isə, ali bir ruh və yüksək bir zat'ın varlığına dəlalət edər.

Elə də, yer üzünü, bəlkə (yəni, yer də bir tərəfə) kainatı dolduran mütəcəddid (yenilənən) əsərlər açıq bir şəkildə, kamal dərəcədə olan felləri göstərir. ---> və bu nəhayət dərəcədəki intizam və hikmət dairəsindəki fellər, açıq bir şəkildə, ünvanları və isimləri mükəmməl olan bir faili göstərir. Çünki, müntəzəm, hikmətli fellərin failsiz olmadığı, qəti olaraq məlumdur. ---> və son dərəcə mükəmməl olan ünvanlar, o failin son dərəcə kamaldakı sifətlərinə dəlalət edər. Çünki, sarf elminə (haşiyə-1) görə, necə ki, ismu'l-fail (haşiyə-2) məsdərdən düzəldilir; elə də, ünvanların və isimlərin də məsdərləri və mənşələri, sifətlərdir. ---> və son dərəcə kamalda olan sifətlər, şübhəsiz, son dərəcə mükəmməl olan şuunata (haşiyə-3) dəlalət edər. ---> və zati qabiliyyət deyə təbir edə bilmədiyimiz (haşiyə-4) o mükəmməl şuunat (şə'nlər), bihaqq əl-yəqin (şəxsən yaşamaq surətilə əldə edilən yəqinliklə), hədsiz kamal dərəcədə olan bir Zat'a dəlalət edər.

Bax, bütün aləmdəki sənət əsərləri və bütün məxluqat, hər biri, mükəmməl bir əsər olduğundan, hər biri, bir felə ---> və fel isə, ismə ---> isim isə, vəsfə ---> vəsf isə, şə'nə ---> və şə'n isə, Zata şəhadət etdikləri üçün, məsnuat (sənətlə yaradılan şeylər) ədədincə, bir tək cəlal sahibi Sani (sənətkar)'ın varlığının zəruri olmasına, şəhadət və əhədiyyətinə (birliyinə) işarət etdikləri kimi; topyekun görünüşü ilə, məxluqatın silsilələri qədər qüvvətli bir tərzdə, bir mərifət miracı (nərdivanı); içinə heç bir cəhətlə şübhə girməyən mütəsəlsil (silsilə) bir həqiqət bürhanı (dəlili)'dir.

-------------------------

(Haşiyə:

Haşiyə-1:

Sarf elmi (morfologiya): sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.

Haşiyə-2:

İsmu'l-fail: feldən meydana gələn və işi görəni göstərən isim cinsindən olan kəlimələrdir.

Məsələn, "كَتَبَ / kətəbə" sözü, "yazdı." mənasındadır. Bu felin ismu'l-faili, "كَاتِبٌ / kətibun" şəklindədir və "yazan" mənası verməkdədir.

Haşiyə-3:

"Şuunat", "şə'n"in cəm halıdır. "Şə'n üçün, dilimizdə, tam bir qarşılıq yoxdur. Ən yaxın məna olaraq, "şan", "hal", "qabiliyyət" deyilir.

~ "Xaliq" (Yaradan), Allahın bir ismidir. "Xaliqiyyət" isə, "şan"ıdır. Yəni, yaradıcı olmaq, Allahın şan'ındandır. Bu xaliqiyyətini icra etmək istədiyində, bu istəyi, elm, iradə, qüdrət və s. kimi sifətlər izləyir və xəlq (yaratma) feli icra olunur. Beləcə, yaradılan o məxluqda, "Xaliq" ismi təcəlli edir.

~ "Rəbb" (Tərbiyə edən) də, Allahın bir başqa ismidir. "Rububiyyət" (tərbiyə edici olmaq) isə, Allahın bir şan'ıdır.

Müəllifimizin "Risale-i Nur" külliyyatında,

Zat ---> Şuunat ---> Sifət ---> İsim ---> Fel ---> Əsər

sıralaması vardır. Diqqət edilsə, şuunat, sifətdən əvvəl zikr edilmişdir. Çünki, sifətləri icraata sövq edən şey, şuunat'dır.

Məsələn, mərhəmət etmək, Allahın şan'ındandır. Bu mərhəmət ilə, insana nemət ehsan etməyi iradə edər və qüdrətilə, onun ehtiyacı olan şeyi yaradar. Mərhəmət etmək, Allahın şan'ı; iradə və qüdrət isə, Allahın sifətləridir.

Bütüh İlahi isimlər, beləcə düşünüldüyündə, hər birinin, Allahın şuunatından bir şan'a söykəndiyi başa düşülür.

Allahın Zatı, müqəddəs olduğu kimi; şuunatı da, müqəddəsdir. Yəni, bəşər ağlı, bu xüsusda nə düşünsə, nə təxmin etsə, nə xəyallar qursa, Allahın şuunatı, bunların heç birinə bənzəməz; hamısına bənzəməkdən, münəzzəhdir.

Haşiyə-4:

Müəllifin qəsdi, budur:

"Qabiliyyət" kəliməsinə, insanlar örfi bir məna yüklədikləri üçün, Ustad Nursi, "tabir edemediğimiz" deməkdədir. İnsanlar, qabiliyyəti, daha çox, qüvvə (potensial)'dan felə doğru inkişaf etdirilməsi lazım olan bir şey şəklində dəyərləndirirlər. Halbuki, Allahdakı bu qabiliyyətlər, kamal bir mərtəbədədir, inkişafı bəhs mövzusu deyildir.)

-------------------------------

• Beşinci üslub: Hikmətli Quran, bu kainatdan bəhs edir, ta ki, Zat, sifət və isimləri bildirsin. Yəni, bu "kainat kitabı"nın mənasını öyrədib ta Xaliq'ini tanıtdırsın.

Demək, Quran, mövcudata, özləri üçün deyil, əksinə, Mucid (icad edən)'i üçün baxmaqdadır.

Bax, bu

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayətində də, "nəcm" "şəcər" kimi əsərlərdən bəhs edərkən, onların mücərrəd mahiyyətindən deyil; əksinə, onlarda təcəlli edən (görünən) fel və isimlər hesabına (yəni, məna-yı ismi ilə deyil, məna-yı hərfi ilə) baxır. (Haşiyə)

Bəli, Quran, nəcm və şəcərdən bəhs edərkən, onların təkvini əmrlərə necə itaət etdiklərini nəzərə verir. Bununla da, "İlah" "Mə'bud" isimlərilə müsəmma bir Zat'ın varlığının zəruri olmasını və vəhdətini isbat edir.

-------------------------------

(Haşiyə:

Məna-yı ismi və məna-yı hərfi:

Müəllifimiz Bədiü'z-zaman Said Nursi (rahiməhullah), ərəb qrammatikasında keçən "isim""hərf" təriflərini, əqidəyə tətbiq etmiş və İlahi bir sənət əsəri olan bu aləmdəki varlıqlara, necə baxılması lazım gəldiyini, bu təriflərlə ortaya qoymuşdur.

"İsim", başqasına möhtac olmadan, tək başına bir məna ifadə edən sözlərdir. Ancaq "hərf"lər, tək başına bir məna ifadə etməyib, başqa bir kəlimənin başa düşülməsinə köməkçi olan sözlərdir.

Məsələn, "masa" kəliməsi, bir isim olaraq, tək başına bir məna ifadə etməkdədir. Lakin "nın" şəkilçisi, tək olaraq bir məna ifadə etməz. Ancaq, "masanın" dediyimizdə, masa kəliməsinin başa düşülməsinə köməkçi olur.

Burda, bunu ifadə etmək lazımdır:

Ərəb dilində, "hərf" deyildiyi vaxt, "a", "b", "c" kimi hərflər başa düşülmür. Bir neçə hərfdən meydana gələn hərf-u cərr'lər, hərf-u tərif'lər də, yenə, hərf olaraq vəsf edilir. "İla, ilə" mənasına gələn "bə" hərf-u cərri kimi; "dan, dən" mənasına gələn "min" hərf-u cərri də, bir hərf-u cərdirlər. Yəni, özlərindən sonra gələn ismi, kəsrə (i)'li oxudan bir hərfdirlər. (Məsələn, "beytun" ev kəliməsinin başına, "fi" [da, də], "min" [dan, dən], ilə [a, ə] hərf-u cərləri gəldiyində, "beytun" kəliməsi, kəsrəli, yəni, "fi'l-beyti" şəklində olacaq. )

Halbuki, "min" hərf-u cərri, 2 hərfdən [mim] və [nun] hərflərindən meydana gəlir.

Bir meyvədən, məsələn bir zeytundan bəhs edərkən, onun xüsusiyyətlərindən, daşıdığı vitaminlərdən, yetişdiyi diyarlardan bəhs edib; onun, İlahi bir əsər və insanlara bir ehsan, bir lütf olduğundan heç bəhs etməmək, zeytunu, məna-yı ismi ilə seyr etmək deməkdir. Yəni, onu, müstəqil bir varlıq olaraq düşünüb, Yaradıcısını heç nəzərə almamaq, "məna-yı ismi" ilə bir baxışdır.

O zeytunun insana faydalı bir ruzi olduğunu, bunu isə, şüursuz ağacın bilib yarada bilməyəcəyini; şəklindən, qoxusundan, rəngindən, daşıdığı hər hansı bir vitaminə qədər hər şeyi ilə insana görə yaradılan bu meyvəni, Allahın "ər-Razzəq" isminin bir təcəllisi olaraq seyr etmək isə, "məna-yı hərfi"ilə bir baxışdır. Yəni, o meyvə, bir hərf olaraq, "ər-Razzəq" isminin başa düşülməsinə köməkçi olmaqda, insanlara, o İlahi ismi xatırlatmaqla onları düşünməyə və şükrə dəvət etməkdədir.

Müəllif, bir risaləsində, mövzumuz haqqındakı danışarkən, belə deyir:

"Senin ikinci sualin olan, mânâ-yı ismî ile mânâ-yı harfînin bahsi ise, ilm-i nahvin umum kitapları başlarında o mesele izah edildiği gibi, ilm-i hakikatin Sözler ve Mektubat'lar namındaki risalelerinde temsilâtla kâfi beyanat vardır. Senin gibi zeki ve müdakkik bir zâta karşı, fazla izahat fazla oluyor."

Yəni:

Sənin ikinci sualın olan, "məna-yı ismi" ilə "məna-yı hərfi"nin bəhsi isə, nəhv elmi (sintaksis: sözlərin, hallanan və ya hallanmayan olması və cümlədə hallanarkən son hərəkələrinin dəyişməsi barədə qaydaları öyrənən elm)'in ümum kitablarının başlarında, o (yəni, hərf və isim) məsələsi izah edildiyi kimi; həqiqət elminin "Sözlər" və "Məktubat" adlarındakı risalələrində, təmsilat ilə kifayət edici bəyanlar vardır. Sənin kimi zəkalı və müdəqqiq bir şəxsə qarşı, çox izah gətirmək, çox olar.

"Sen âyineye baksan, eğer âyineyi şişe için bakarsan, şişeyi kasten görürsün. İçinde Re'fet'e tebeî, dolayısıyla nazar ilişir. Eğer maksat, mübarek simanıza bakmak için âyineye baktın; sevimli Re'fet'i kasten görürsün, فَتَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقِينَ dersin. Âyine şişesi tebeî, dolayısıyla nazarın ilişir."

Yəni:

Sən, aynaya baxsan, əgər aynaya şüşəsi üçün baxarsansa, şüşəni, qəsdən görərsən. İçində, Rə'fət'ə (müəllifin tələbəsi) dolayısı ilə nəzərin ilişər.

Əgər məqsəd, mübarək simana baxmaq (olsa), (onun) üçün aynaya baxsan, sevimli Rə'fət'i qəsdən görər, "...Yaradanların ən yaxşısı olan Allah, nə qədər xeyirxahdır!" (Mu'minun/14) deyərsən. (Bu halda), Ayna şüşəsi, dolayısı ilə nəzərinə ilişər.

"İşte birinci surette âyine şişesi mânâ-yı ismîdir; Re'fet mânâ-yı harfî oluyor. İkinci surette âyine şişesi mânâ-yı harfîdir, yani kendi için ona bakılmıyor, başka mânâ için bakılır ki, akistir. Akis mânâ-yı ismîdir..."

Yəni:

Bax, birinci surətdə, ayna şüşəsi, məna-yı ismidir; Rəfət isə, məna-yı hərfi olur. İkinci surətdə, ayna şüşəsi, məna-yı hərfidir, yəni, özü üçün ona baxılmır, başqa məna üçün baxılır ki, (bu da) (öz) əks (ini müşahidə etmək)'dir...

"Kâinat, nazar-ı Kur'âniyle, bütün mevcudatı huruftur, mânâ-yı harfiyle başkasının mânâsını ifade ediyorlar. Yani, esmâsını, sıfâtını bildiriyorlar.

Ruhsuz felsefe, ekseriya mânâ-yı ismiyle bakıyor, tabiat bataklığına saplanıyor. Her neyse..."

Yəni:

(Elə də), kainatın bütün mövcudatı, Quranın nəzərilə (baxıldığında), hərf'lərdir; (yəni), məna-yı hərfilə, Başqasının mənasını ifadə edirlər. Yəni, (Allahın) isimlərini, sifətini bildirirlər.

Ruhsuz (mənəviyyatsız) fəlsəfə isə, əksəriyyətlə, məna-yı ismilə baxmaqda, təbiət bataqlığına ilişməkdədir. Hər nə isə...

(S. Nursi, "Barla Lahikası", 270-ci Məktub, s. 306-307)

----------------------------

• Altıncı üslub: Quran, kainatı, axirətin tarlası, cənnət və cəhənnəmin bir nümunəsi olaraq göstərir, bununla da, haşr (yenidən toplanma) və axirəti isbat edir.

Bax,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayətində də, "nəcm" "şəcər"in dünyadakı nümunələrini nəzərə verir. Cin və insi, "(Cənnətdəki) əsllərinə talib olun!" deyə irşad edir.

Demək, bu dünyadakı "nəcm""şəcər", Cənnətdəki "nəcm" "şəcər"i xəbər verir və ona baxır.

Bu əsrdə, Quranın mənəvi bir təfsiri olan "Risale-i Nur"un "Ləmalar" adlı əsərində, bu həqiqət, belə ifadə edilmişdir:

"Hem bu muvakkat handa ve fâni misafirhanede ve kısa bir zamanda ve az bir ömürde, eşcar ve nebatatın elleriyle, bu kadar kıymettar ihsanlar ve nimetler ve bu kadar fevkalâde masraflar ve ikramlar, işaret belki şehadet eder ki, misafirlerine burada böyle merhametler yapan kudretli, keremkâr Zât-ı Rahîm, bütün ettiği masrafı ve ihsanı, kendini sevdirmek ve tanıttırmak neticesinin aksiyle, yani bütün mahlûkat tarafından "Bize tattırdı, fakat yedirmeden bizi idam etti" dememek ve dedirmemek ve saltanat-ı ulûhiyetini iskat etmemek ve nihayetsiz rahmetini inkâr etmemek ve ettirmemek ve bütün müştak dostlarını mahrumiyet cihetinde düşmanlara çevirmemek noktalarından, elbette ve herhalde, ebedî bir âlemde, ebedî bir memlekette, ebedî bırakacağı abdlerine, ebedî rahmet hazinelerinden, ebedî cennetlerinde, ebedî ve cennete lâyık bir surette meyvedar eşcar ve çiçekli nebatlar ihzar etmiştir. Buradakiler ise, müşterilere göstermek için nümunelerdir." (Ləmalar, s. 381)

Yəni:

Həm bu müvəqqəti xan (yolçuların qonaqladığı karvansaray)'da və fane mehmanxanada (yəni, dünyada) və qısa bir zamanda və az bir ömürdə, ağac və bitkilərin əllərilə, bu qədər qiymətli ehsanlar və nemətlər və bu qədər fövqə'l-adi məsrəflər və ikramlar, işarət, bəlkə (yəni, bundan da əlavə) şəhadət edər ki, qonaqlarına, burda belə mərhəmətini göstərən, qüdrətli, kərəm sahibi Rahim bir Zat, bütün etdiyi məsrəfi və ehsanı, Özünü sevdirmək və tanıtdırmaq nəticəsinin əksilə, yəni,

~ bütün məxluqat tərəfindən, "Bizə daddırdı, lakin yedirmədən, bizi edam etdi." deməmək və dedirtməmək; və

~ "Uluhiyyət səltənəti"ni (yəni, kainatda, Allahın uluhiyyəti, sanki səltənət qurmuşdur. "Ona itaət etməyən heç bir şey qalmamışdır." mənasında bir təşbih) isqat etməmək (dəyərdən salmamaq); və

~ sonsuz rəhmətini inkar etməmək və etdirməmək; və

~ Özünə istəkli bütün dostlarını (yəni, Ona iman edənləri, möminləri) məhrumiyyət cəhətində düşmənlərə çevirməmək

cəhətlərindən, əlbətdə və hər halda, əbədi bir aləmdə, əbədi bir diyarda, əbədi saxlayacağı qullarına, əbədi rəhmət xəzinələrindən, əbədi cənnətlərində, əbədi və cənnətə layiq bir surətdə, meyvəli ağaclar və çiçəkli bitkilər hazırlamışdır. Burdakılar isə, müştərilərə göstərmək üçün nümunələrdir.

Həm, bu dünyadakı "nəcm" "şəcər" üzərində görünən tövhid dəlillərini müşahidə etməyib iman və qulluqdan üz döndərən kafirlər üçün, cəhənnəmdə, zəqqum və dari (Ğaşiyə/6) hazırlandığını ixbar edər (xəbər verər).

----------------------------

• Yeddinci üslub: Bəyanı möcüzə olan Quran, axirəti, haşrı, cənnət və cəhənnəmin hallarını, elə bənzərsiz bir üslubla göstərir ki, bu dünyadakı İlahi felləri, Rabbani (Allahın tərbiyəsindən keçmiş) əsərləri, o uxrəvi (axirətə aid) hallara bir-bir baxar, isbat edər kimi, qəlbdə qənaət yaradır.

Bax, surənin baş qismində keçən,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayətində zikr edilən "nəcm""şəcər" ilə, axirətdə, cənnət əhlinə ehsan ediləcək "əfnan"a, yəni, çox budaqlı ağaclara (Rahmən/48); başda xurma və nar olmaq üzərə, hər cür meyvəli ağaclara (Rahmən/68); yamyaşıl otlara (Rahmən/64) işarət edir.

Demək, surənin başındakı və dünyadakı "nəcm""şəcər", surənin axırındakı və axirətdəki otlara və ağaclara baxır.

-------------------------------

• Səkkizinci üslub: Quranın bəhs etdiyi kövni (kainata aid) işlərin hər biri, bir fənnin mövzusu olmaqla, Quran, o fənlərin təhsil və tətbiqinə əmr və təşviq edir.

Bax,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayəti ilə, əkinçilik işini və botanika fənnini təhsil etməyə təşviq edir.

----------------------------

• Doqquzuncu üslub: Quranın bir üslubu da budur ki, əvvəl, Allahın sənət və nemətini zikr edir, daha sonra, onların nəticəsi olaraq, bəşəri, təfəkkür və şükrə, yəni, iman, təqva və saleh əmələ dəvət edir.

Bax bu ayət də, "nəcm" "şəcər"də görünən sənət və nemət cəhətini nəzərə verir; cin və insi, iman və ubudiyyətə (qulluğa) dəvət edir.

---------------------------

• Onuncu üslub: Bəyanı möcüzə olan Quranın əksər muxatabı (yəni, xitab etdikləri) avam insanlar olduqları üçün, onların fəhmlərinə riayət edir. Bu səbəblə, tövhid və haşr kimi yüksək həqiqətləri isbat edərkən, o həqiqətləri, onların fəhmlərinə yaxınlaşdırmaq üçün, məluf olduqları (ülfət, adət etdikləri) və hər kəscə məlum olan mövcudatı dəlil qılır.

Madam ki, hikmətli Quran, mövcudatı dəlil qılır. Dəlilin zahir/açıq olması, ümumun nəzərinə asan anlaşılması lazımdır.

Bax,

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

"Sapı olmayan bir qisim otlar ilə sapı üstündə duran bəzi otlar; və gövdələri üzərində duran ümum ağaclar, (Rahmən olan Allaha) səcdə edirlər." (Rahmən/6) ayətində, "nəcm" "şəcər", hər kəscə məlum olduğundan və yer üzündə, ən əvvəl onlar nəzərə çarpdığından, ən əvvəl, bu 2 təkvini ayət zikr edilmişdir.

-----------------------------

• On birinci üslub: bəyanı möcüzə olan Quran, bir çox ayətində, qeybi olan kövni həqiqətlərdən bəhs etməklə; kəlamullah (Allahın kəlamı) olduğunu isbat edir.

Bax, bu ayət, otlar və ağacların ibadətlərini bildirir. Nəbatat fənni'nin son nöqtəsini, nizam və intizamını göstərir. Bu da, ümmi (oxuma-yazması olmayan) bir Nəbi'yə nisbətən, qeybdir. Ümmi bir Nəfərin, belə qeybi bir məsələni bildirməsi, möcüzədir. Elə isə, Quran, kəlamullahdır. Muhamməd (sallallahu aleyhi və səlləm) isə, Allahın rəsuludur.

------------------------------------

• On ikinci üslub: Quranın, muhtəva cəhətindən, 4 əsas ünsürü vardır. Bunlar:

1. Tövhid;

2. Haşr;

3. Nübüvvət;

4. İbadət və ədalətdir.

Quran, davamlı bir surətdə, bu 4 ünsürü dərs verməkdədir. Hər bir surə, bəzən 1 tək ayət, bu 4 ünsürü dərs verir.

Bax, bu ayət də, Quranın məqsədlərindən olan tövhid, haşr, nübüvvət, ibadət və ədalət əsaslarını dərs verməkdədir. Belə ki, Quran, bu ayətilə,

1. Otların və ağacların səcdəsini və Allaha itaətini nəzərə verir. Bununla, "İlah" "Mə'bud" isimlərilə müsəmma olan bir Zat'ın varlığının zəruri olmasını və birliyini isbat edir. Çünki itaət edən varsa, itaət etdirənin varlığı zəruridir. Yenə itaət varsa, birlik vardır. Çünki, kainatda 2 ilah olsaydı, bu itaət mümkün olmazdı.

2. "Nəcm""şəcər"i (təkvini olaraq) əmrinə itaət etdirən bir Zat, heç mümkünmüdür ki, cin və insi təklifi olaraq əmrinə itaət etdirməsin?! Cin və insi də, təklifi olaraq əmrinə itaət etdirəcəyinə görə,

3. Bu məqsəd üçün, peyğəmbərlər və kitablar göndərəcək; onlara, huququllah (Allahın haqları) və huququ'l-ibad (qulların haqları)'nı təlim edəcək və beləcə, onları məsul tutacaqdır. Bu isə, ədalət və ibadət əsasını ifadə edir.

4. "İlah""Mə'bud" isimləri, haşrı da iqtiza edir (gərəkdirir). Çünki, uluhiyyət və mə'budiyyət felləri, itaət edənlərə, mükafat verməyi; üsyan edənləri isə, cəzalandırmağı iqtiza edir.

Allah Taala, hər şey üçün, bir kamal mərtəbə təyin etmişdir. Və o kamal mərtəbəyə çatana qədər, əşyaya lazım olan şeyləri verməkdə; bu hədəfə gedərkən qarşısına çıxan əngəl və çətinliklərdən də, əşyanı qorumaqdadır.

Mövzumuz, bitki və ağaclar olduğu üçün, izahı da, bunun üzərindən verək. Məsələn:

Bir toxum üçün ən kamal mərtəbə, ağac olmaqdır. Bu mərhələyə çatana qədər, toxum, hansı mərhələlərdən keçir, onun üzərində bir az duraq. Belə ki:

a. Toxum: Hər ağac, həyata, bir toxum olaraq başlayır. Hər toxumun iç qismi, həyatda qalmaq və yaşıllanmaq üçün, ehtiyac duyduğu şeylərlə doludur.

Torpağa qovuşan toxum, torpaq içindəki nəmi əmmməyə başlayır və daha sonra isə, şişir.

b. Cücərti-Kök: Şişmiş toxum, bir müddət sonra, açılır və ondan kök çıxır. Və torpağın dərinliklərinə enərək, böyüyür. Kökün böyüməsi, cazibə qanununa bağlı olaraq, torpağın dərinliklərinə doğru olur.

c. Gövdə: Toxumdan, köklər xaricində, başqa bir uc daha çıxır. Və bu uc, böyüyərək, ağac gövdəsinə çevrilir. Bu uc, köklərdən fərqli olaraq, yuxarı doğru böyüyür. Böyüyərək, zamanla

d. Yarpaq açır. Yarpaqlar da, daha sonra

e. Çiçəyi nəticə verir. Bundan sonra isə,

f. Meyvə meydana gəlir.

Diqqət edilsə görünəcəkdir ki, kainatdakı fitri qanunlara itaət, bir mükafat məsabəsində olan bir digər mərhələni nəticə vermişdir. Yəni, toxum, kainatdakı fitri qanunlara riayət etdiyindən dolayı, ondan kök çıxmışdır. Bu, toxum üçün, bir mükafat məsabəsindədir. Digər mərhələləri də, özün qiyas et!

Sözümüzdən məqsəd budur:

İxtiyarı daxilində olmayan fellərində, kainatdakı fitri qanunlara riayət etdiyindən dolayı, varlıqlar mükafat qazanırsa, heç mümkünmüdür ki, ixtiyarı daxilində olan fellərini təklifi qanunlara boyun əydirən varlıqlar (yəni, insanlar və cinlər), mükafatsız qalsın?!

Halbuki, təklifi (yəni, insan və cinlərin ixtiyarı daxilində olan felləri tənzimləyən) qanunlara itaət edənlər, mükafat almadan; üsyan edənlər isə, cəza görmədən bu dünyadan köçüb gedirlər. Elə isə, mükafat və cəza məhəlli olacaqdır. (Haşiyə)

12-ci üslubda haşrın varlığına, bitki və ağaclar üzərindən gətirən dəlillər, Müəllifimiz (rahiməhullah)'ın "Sözlər" adlı əsərinin 10-cu Sözü olan "Haşr" risaləsindən iqtibas edilmişdir. Əsəri oxumağı, şiddətlə tövsiyyə edirik!

----------------------------

(Haşiyə:

Təkvini və Təklifi şəriət üçün bax:

https://suallarlaislam.com/.../s%C9%99ri%C9%99t-n%C9%99dir

----------------------------

• On üçüncü üslub: Hikmətli Quran, Allahın varlığının zəruri olmasını və birliyini isbat edərkən, bir çox əqli dəlil gətirməkdədir. Bunlardan biri də, ixtira dəlilidir.

Bax bu ayətdə də, ixtira dəlili mövcuddur. "Nəcm" "şəcər"in yoxdan xəlq və icad edilmələri, ixtira dəlilini göstərir. (haşiyə)

---------------------------

(Haşiyə:

İxtira dəlili:

Ustad Said Nursi (rahmətullahi aleyh), "Məsnəvi-i Nuriyyə" adlı əsərində (bax: "Nöqtə" risaləsi, s. 220), belə deyir:

"Tarîk-i Kur'ânî, iki nevidir:

...İkinci delil-i Kur'ânî: Delil-i ihtirâdır. Hülâsası:

Mahlûkatın her nevine, her ferdine ve o nev'e ve o ferde mürettep olan âsâr-ı mahsusasını müntiç ve istidad-ı kemâline münasip bir vücudun verilmesidir. Hiçbir nevi müteselsil-i ezelî değildir. İmkân bırakmaz. İnkılâb-ı hakikat olmaz. Mutavassıt nev'in silsilesi devam etmez. Tahavvül-ü esnaf, inkılâb-ı hakaikin gayrısıdır. Madde dedikleri şey, suret-i mütegayyire, hem harekât-ı mütehavvile-i hâdiseden tecerrüd etmediğinden, hudûsu muhakkaktır. Kuvvet ve suretler, a'râziyetleri cihetiyle, envâdaki mübâyenet-i cevheriyeyi teşkil edemez. A'râz, cevher olamaz.

Demek, envâının fasîleleri ve umum a'râzının havâss-ı mümeyyizeleri, bizzarure, adem-i sırftan muhteradırlar. Silsilede tenâsül, şerait-i âdiye-i itibariyedendir.

Feyâ acaba! Vâcibü'l-Vücudun lâzime-i zaruriye-i beyyinesi olan ezeliyeti zihinlerine sığıştıramayan, nasıl oluyor da, herbir cihetten ezeliyete münâfi olan maddenin ezeliyetini zihinlerine sığıştırabilirler?

Hem dest-i tasarruf-u kudrete karşı mukavemet edemeyen koca kâinat, nasıl oldu da küçücük ve nâzik zerratların (öyle dehşetli salâbet bulmuş ki) kudret-i ezeliyenin yed-i îdamına karşı dayanıyor?

Hem nasıl oluyor ki, kudret-i ezeliyenin hassası olan ibdâ ve icadı, hiçbir münasebet-i mâkule olmadan, en âciz ve en bîçâre esbaba isnad ediliyor?

İşte, Kur'ân-ı Kerim, şu delili, halk ve icaddan bahseden âyâtı ile, ezhanda tanzim ediyor. Müessir-i hakikî, yalnız Allah'tır. Tesir-i hakikî, esbabda yoktur. Esbab, izzet ve azamet-i kudretin perdesidir—tâ ki, aklın nazar-ı zahirîsinde, dest-i kudret, umur-u hasîse ile mübaşir görünmesin..."

-----------------------------------------------------------------------------------------------------------

Mətnin izahı:

"Tarîk-i Kur'ânî, iki nevidir. İkinci delil-i Kur'ânî: Delil-i ihtirâdır..."

Yəni:

Quran yolu, ikidir. Bunlardan ikincisi, "ixtira dəlili"dir.

İnsanı "kamillik ərşi"nə (yəni kamillikdə zirvəyə) yüksəldən Quran, 2 əsas üzərinə gedir. Bunlardan ikincisi- İxtira dəlilidir.

İxtira: "icad etmək, modelsiz, heç bir şeyi təqlid etmədən, ilk dəfə yaratmaq" deməkdir. Yəni, günəş, bir başqa günəşdən; dəniz, bir başqa dənizdən; və insan, bir başqa insandan təqlid edilərək yaradılmış deyildir. Hamısı, ilk dəfə və ən mükəmməl şəklilə icad edilmişlərdir.

"Hülâsası: Mahlûkatın her nevine, her ferdine ve o nev'e ve o ferde mürettep olan âsâr-ı mahsusasını müntiç ve istidad-ı kemâline münasip bir vücudun verilmesidir..."

Xülasəsi budur ki:

~ Məxluqatın hər növ və hər fərdinə; və

~ o növ və fərdə düzülmüş olan xüsusi əsərləri nəticə verəcək və kamilləşmə qabiliyyətinə

münasib bir vücudun verilməsidir.

Məxluqatın hər növünə və hər fərdinə elə bir vücud verilmişdir ki, onun yaradılış qayəsinə ən gözəl şəkildə xidmət etsin; və o şey, öz istedadına uyğun bir kamilliyə çata bilsin.

"Xüsusi əsərlər" isə: "hər varlığın ortaya qoyduğu nəticələr"ə deyilir. O varlığa ehsan edilən vücud, bu nəticələri verəcək şəkildə planlanmış və yaradılmışdır. Hər varlıq, bu həqiqəti elan etməkdədir. Məsələn, biz, ən yaxın olan öz varlığımıza baxaq:

İnsanın gözü, bu aləmdəki əşyanı görmək üçün, lazımi bütün özəlliklərlə təchiz edildiyi kimi; dili, bütün dadları təftiş edə biləcək; ağlı, bu əşyadakı möcüzə sənətləri incələyib heyran olacaq bir qabiliyyətdə yaradılmışdır. Qəlbi, imana, məhəbbətə, şəfqətə, heyrətə ən uyğun şəkildədir. Əli, dua etməyə; alnı, səcdəyə qapanmağa münasibdir.

Yerin xəlifəsi olan insana, yaradılış qayəsinə ən uyğun bir vücud verilməsi həqiqəti, onun əmrinə verilən, istifadə və təfəkkürünə ərz edilən bütün canlı növləri üçün də, caridir. Məsələn:

~ qoyun, süd verməyə;

~ at, yük daşımağa;

~ arı, bal düzəltməyə

ən uyğun bir vücuda sahibdir.

~ Şir, nə üçün yaradılmışdırsa, bədəni də ona uyğun şəkildədir.

~ Balıq, üzməyə;

~ Quş isə, uçmağa ən uyğun bir yaradılışa sahibdir.

Bax bütün bu xüsusiyyətlər, hər növün bütün fərdlərinə, sonsuz bir elm və hikmətlə, yenə sonsuz bir rəhmət və inayətlə verilmişlərdir.

Belə mükəmməl yaradılış, nə bu məxluqların öz hünərləridir; nə də içində yaşadıqları təbiət şərtlərinin bir əsəridir. Çünki eyni təbiətdən, eyni kainatdan, bir-birindən mahiyyətcə fərqli milyonlarla növ heyvan və bitkinin yaradılması göstərir ki, bunlar, təbii olaraq deyil, Allahın iradə və yaratması ilə bu mükəmməl hallarına qovuşmuşlardır.

Torpaq və su, müstəqil varlıqlardır. Bunlardan bir çiçəyin meydana gəlməsi, bu şeyin həqiqətinin başqa bir şeyə inqilab etməsi deyildir. Yəni, torpağın və suyun həqiqətləri dəyişərək, çiçəyə inqilab etmiş deyildir. Bunlar, öz həqiqətlərini yenə qorumaqla birlikdə, Allah onlara, çiçəyin yaradılmasında vəzifə vermişdir. Necə ki, çiçək solub quruduğunda və torpağa inqilab etdiyində, bu 2 ünsürün həqiqətləri, yenə davam edir.

"Risale-i Nur" külliyyatında izah edildiyi kimi, Allahın, həm "ibda", həm də "inşa" surətində yaratması vardır.

~ Ruhumuzun yaradılması, "ibda" ilədir, yəni, yoxdan yaradılmışdır.

~ Bədənimizin yaradılması isə, "inşa" yolu ilədir. Bir çox elementlər, bu bədəndə vəzifə almış və təhəvvül edərək (dəyişərək), yeni bir şey olmuşlardır. Necə ki, bədən dağıldığında, yenə hər element, öz mahiyyətilə varlığını davam etdirir.

Ancaq ruhda, təhəvvül düşünülə bilməz. Ruh, bir başqa ruhun dəyişməsilə meydana gəlmiş deyildir. Bir-başa yaradılmışdır. Bədənlər, ruhların evləridir. Ruhların həqiqəti dəyişmədiyinə görə, fərqli bədənlər, bir-birindən yaradılmış ola bilməzlər. Hər bədən, onda vəzifə görəcək ruha xidmət etmək üzərə, müstəqil olaraq yaradılmışdır.

"Hiçbir nevi müteselsil-i ezelî değildir..."

"Təsəlsül": "bu gündən keçmiş zamana, silsilə halında uzanmaq" deməkdir. Bir insan, ana və atasından dünyaya gəldiyi kimi; onlar da, öz ata və analarından dünyaya gəlmişxdirlər. Bu hal, ilk insana qədər uzanır və orda da dayanır. Bir ilk insanın var olması göstərir ki, insan növü, əzəli deyildir, Allahın yaratması ilə, sonradan var olmuşdur. Digər insanlar, o ilk insan və onun zövcəsindən çoxalmışlardır.

"İmkân bırakmaz.” ifadəsilə də, bunun isbatı verilmiş olur. Hər növ canlının varlığı, mümkündür, imkan dairəsindədir. İmkan, "varlıq meydanına çıxma və ya yoxluqda qalma tərəfləri bərabər olan" deməkdir. Mümkin varlıqlar, ancaq vacib olan (varlığı bir başqasının varlığına bağlı olmayan, varlığı Öz zatından olan) Allahın iradəsilə, yoxluqda qalmaqdan qurtulub, varlıq dairəsinə çıxmışlardır.

O halda, mümkin olan şey, əzəli ola bilməz.

"İnkılâb-ı hakikat olmaz.”

Həqiqət, dəyişməz. Dəyişən, həqiqət deyil, surətlərdir.

"Risale-i Nur" külliyyatında, əşyanın həqiqətinin, Allahın isimlərinə bağlı olduğu zikr edilir. İsimlər isə, sabitdirlər, dəyişməzlər; dəyişən, o isimlərin təcəlliləridir. Məsələn, Allah, "ər-Rəzzaq"dır. Bu ruzi vericilik həqiqəti, dəyişməz, bir başqa həqiqətə inqilab etməz. Yəni, bu isim, başqa bir ismə çevrilməz.

Hər canlı növündə təcəlli edən isim, digərindən fərqlidir. Bu isimlər bir-birinə çevrilmədikləri kimi; təcəllilər də, bir-birinə çevrilməzlər. Hər biri, öz həqiqətilə, varlığını nəsildən-nəslə davam etdirir.

“Mutavassıt nev’in silsilesi, devam etmez.”

Ara keçid növü, yəni 2 ayrı növdən doğan şeyin silsiləsi, davam etməz.

Bunun ən gözəl misalı, qatırlardır. At, ayrı bir növ; eşşək, ayrı bir növdür. Onlardan meydana gələn qatırın isə, nəsli yoxdur. Bir dəfə meydana gəlir və daha çoxalmır.

Demək ki, hər növ, müstəqil olaraq yaradılmışdır. Bir növ, başqa bir növdən meydana gəlməmişdir. Gəlsə idi, bu yeni növün də nəslinin davam etməsi lazım gələrdi.

“Tahavvül-ü esnâf, inkılâb-ı hakaikin gayrısıdır.”

Siniflərin dəyişməsi, həqiqətlərin ziddinə çevrilməsindən başqadır.

Sinif dəyişikliyi, bir həqiqətin fərqli siniflərdəki dəyişməsi olaraq düşünülə bilər. Məsələn, bir almadan aşılama yolu ilə fərqli cins almaların əldə edilməsi, həqiqətlərin ziddinə çevrilməsi deyildir. Bütün o cinslərin həqiqəti, yenə eynidir. Eynilə bunun kimi, insanların fərqli irqləri də, insanın həqiqətinin dəyişməsi olaraq görülə bilməz, çünki, hamısının mahiyyəti, həqiqəti, insandır.

"Madde dedikleri şey, suret-i mütegayyire, hem harekât-ı mütehavvile-i hâdiseden tecerrüd etmediğinden, hudûsu muhakkaktır."

Maddə dedikləri şey:

~ dəyişən surətlərdən;

~ həm sonradan var olan dəyişən hərəkətlərdən

təcərrüd edə, sıyrıla bilmədiyindən dolayı, maddənin hudusu (haadis olması, yəni, sonradan yaradılmış olması), şübhəsizdir.

Bu cümlədə, maddənin əzəli ola bilməyəcəyinin isbatı verilməkdədir. Ustad Nursi, burda, maddədəki 2 mühim dəyişikliyə diqqət çəkir:

1. Surətinin dəyişməsi;

2. Hərəkətinin dəyişməsi.

Maddə, bir şəkildən başqa bir şəklə girdiyində; yaxud bir məkandan başqa bir məkana keçdiyində, bu dəyişikliklərin hudusu, yəni sonradan meydana gəlmiş olması, maddənin də hudusunu göstərir. Əzəli olanda isə, dəyişiklik düşünülə bilməz.

Məxluqatın özləri haadis olduqları kimi; sifətləri, xüsusiyyətləri, hərəkət və sükunları da, hadisdir, sonradan olmuşlardır. Əzəli olan Allahın zatı da, əzəlidir, sifətləri də. Maddənin sifətlərindəki bu dəyişikliklər, isbat edir ki, maddə, məxluqdur, hadisdir, əzəli ola bilməz.

Dəyişmək, yeni sifət qazanmaq deməkdir. Qazanılan bu yeni sifət hadis olunca, maddənin özü də hadis olmuş olur, sonradan olan isə, əzəli ola bilməz.

Məsələn, müasir üsullarla meyvə və tərəvəz üzərində, dəyişikliklər edilir. Ancaq bu dəyişiklik, meyvə-tərəvəzin mahiyyətini dəyişmir. Tam əksinə, meyvənin mahiyyətində olan hər hansı bir fərqliliyin meydana çıxmasına səbəb olur.

Dolayısı ilə, cinslərdə meydana gələn bu cür dəyişikliklər, təkamül nəzəriyyəsinə dəlil göstərilə bilməz. Çünki bu nəzəriyyədə iddia olunan şey, həqiqətlərin ziddinə çevrilməsidir. Mahiyyətin, tam dəyişməsidir. Balığın meymuna çevrilməsi kimi. Belə bir dəyişiklik isə, kainatda mümkün olmadığı kimi, vaqe də deyildir.

Mütləq kamil olan bir şeydə isə, dəyişiklik və hərəkət ola bilməz. Dəyişmə və hərəkət, ancaq əskik və qüsurlu və hadis, yəni sonradan meydana çıxan şeylərdə baş verir. Çünki sonsuz kamalda olan bir Zatın, çıxacağı və ya çatacağı bir kamal mərtəbə yoxdur ki, ona doğru hərəkət edib, dəyişərək təkamül etsin. Bu səbəblə, Allah, mütləq kamalda olduğu üçün, Onun zat və sifətlərində, bir dəyişiklik olmaz. Ancaq sonradan meydana çıxmış və mütləq kamalda olmayan şeylərdə, daha üst bir mərtəbə və kamal nöqtə olacağı üçün, mütəmadi bir dəyişmə və hərəkət mövcud olur.

Demək, hərəkət və dəyişmə, bir şeyin üstündə, o şeyin sonradan və heçdən yaradıldığına dair bir əlamət və nişanədir.

"Kuvvet ve suretler, a'râziyetleri cihetiyle, envâdaki mübâyenet-i cevheriyeyi teşkil edemez. A'râz, cevher olamaz."

Qüvvə və surətlər, araz olmaları cəhətilə, növlərdəki cövhəri (cövhərə aid) fərqlilikləri təşkil edə bilməzlər. Araz, cövhər ola bilməz.

Maddənin 2 təməl rüknü vardır:

1. Cövhər;

2. Araz

~ Cövhər: "bir şeyin özü, əsası" deməkdir.

~ Araz isə: "Sonradan olan, zati olmayan" deməkdir.

Qüvvə və surətlər, bir varlığa sonradan verildikləri və bunlarda dəyişmə ola bildiyi üçün, bunlar, əşyanın əsası və təməli ola bilməzlər.

Əşyanın əsası, cövhər dediyimiz özdür və əşyanın həqiqətini, o öz ifadə edir. Bu özdə, dəyişmə olmur. Növləri bir-birindən ayıran da, bu özlərdir, bu genetikadır və bunlar, yoxdan yaradılmışlardır.

Araz, cövhər ilə qaim olan (ayaqda duran, var olan), özü ilə qaim olmayan hal və keyfiyyətlərdir. Ruh, cövhərdir; araz isə, onun sifətidir. İnsanın bədəni, ruh ilə qaimdir. Araz, heç bir zaman, cövhərin yerini tuta bilməz. Arazlar, cövhərlər üstündə var olurlar. Fundament ilə bina kimi.

İnsanın, bir cövhər, bir də araz cəhəti olduğu kimi; növlərin də, cövhər və arazları vardır. Məsələn, bitkilər, bir növdür. Bu növdə baş verən qanun və surətlər isə, arazdır. Bitkilərin ümumi mənasını təmsil edən isə, onun cövhəri, yəni bir növ ruhudur. Bu səbəbdən, təbiətçilərin iddia etdiyi kimi, kainatda baş verən şeylər, qanunların və səbəblərin əsəri deyildir.

Araz, əşyadakı yaş-quru, sərt-yumşaq, qalın-incə, ağ-qara kimi dəyişən və sabit olmayan bütün vəsflərdir.

Qüvvə və surətlər də, araz sinfindən olunca, hər hansı bir növ və cövhəri təşkil etməsi, imkansızdır.

Ustad Nursi'nin burda ifadə etmək istədiyi xüsus, cövhər və arazların, yaratma və ixtira kimi sifətlərdən məhrum olduğudur.

Qüvvə, Allahın iradə sifətindən gələn və əşyanı tənzim edən qanunlardır. Suyun qaldırma qüvvəsi, yerin cazibə qüvvəsi kimi. Bu qüvvələr, cövhərlə qaim olduğu üçün, öz başlarına varlığı olmayan arazlar və keyfiyyətlərdir. Məsələn, su olmasa, suyun qaldırma qüvvəsi də olmaz.

Surətlər isə, cövhərin varlığı ilə davam edən şəkillərdir. Dəyişgən və qərarsızdırlar. Məsələn, almanın surəti, araz deyil cövhər olsa idi, əsla dəyişməyə və başqalaşmağa məruz qalmazdı.

Bir şeyin həm əzəli, həm də hadis olması; ya da özü əzəli ikən sifətlərinin hadis olması, əqlən mümkün olmayacağı üçün, cövhər və onun üzərinə qurulan arazlar, cövhərin də sonradan meydana çıxarıldığını, yəni hadis olduğunu, qəti bir şəkildə isbat edir. Yəni, cövhərin hudusu (hadis olması), arazların hadis olması ilə sabitdir.

"Demek, envâının fasîleleri ve umum a'râzının havâss-ı mümeyyizeleri, bizzarure adem-i sırftan muhteradırlar..."

Demək, növlərinin fəsilələri (quruluşca oxşar, mənşəcə bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrupları) və ümum arazının ayırıcı xüsusiyyətləri, zəruri olaraq, sırf yoxdan yaradılmışlardır.

Burda, növlərin fərqli olmaları, genetik şifrələrin fərqliliyilə izah edilir. Genlər, mövcuddurlar, ancaq şifrələr və onlardakı düzülüşlərin təqdir edilməsi, tamamilə İlahi iradə ilədir. O düzülüş, bir səbəbə bağlana bilməz, yəni genlərin düzülüş planı, mövcud bir varlıq deyildir. Bu, bədənlər üçündür. Bilindiyi kimi, bədənlər, ruhların evləri hökmündədirlər.

Bir növü digərindən ayıran əsl səbəb, ruhlarının fərqli olmasıdır. Bu fərqlilik üçün maddi bir səbəb göstərmək, mümkün deyildir. Hər növün ruhu və fərqli xüsusiyyətləri, səbəbsiz olaraq, İlahi təqdir və iradə ilə yaradılmışdır. Bu hökm, bir növün fərdləri arasındakı fərqlilik üçün də caridir.

Bir insanı digər insanlardan fərqli qılan, yəni birinə İbrahim, digərinə Yusif dedirən səbəb, onları təşkil edən maddə və atomlar deyildir. O atomlarla toxunan 2 simadan birini digərindən fərqli qılan surətlər, yoxdan yaradılmışlardır.

Yəni, o surətlər, daha əvvəlki insanlarda olmadıqları kimi, başqa məxluqlarda da yox idi. Hər 2 surət də, yenidən və yoxdan var edildilər. Dolayısı ilə, bir şeyi digərindən fərqli qılan "havass-ı mümeyyizeler/ayırıcı xüsusiyyətlər", bir şeydən və ya bir şeylərdən deyil, doğrudan İlahi iradə ilə yaradılmaqdadır.

"Silsilede tenâsül, şerait-i âdiye-i îtibariyedendir.”

Silsilədəki törəmə, çoxalma, etibari adi şərtlərdəndir.

Hər ruh, bütün xüsusiyyətlərilə, Allahın elmində təqdir edilmiş, sonra bu ruhlara bədən geyindirilmişdir. Bədənlərdən, tənasül (çoxalma) qanunu ilə yeni bədənlər yaradılmaqda və beləcə, o canlının nəsli davam etməkdədir. Mühim olan, hər növün ilk fərdinin yoxdan yaradılmış olmasıdır. Daha sonra gələnlərə izafə etdiyimiz ata, baba, nəvə, oğul kimi məfhumlar, etibaridirlər və bunların hamısı, bədənlərlə bağlıdır. Yəni, bir bədən, bir əvvəlki bədəndən tənasül qanunu ilə yaradıldığında, əvvəlkinə ata, ana, sonrakına uşaq deyirik. Bu etibari məfhumların, ruhlarla münasibəti yoxdur, yəni, oğulun ruhu, atanın ruhundan gəlmiş deyildir.

Dolayısı ilə, bu etibari məfhumlar da, cövhər ola bilməzlər.

"Feyâ acaba! Vâcibü'l-Vücudun lâzime-i zaruriye-i beyyinesi olan ezeliyeti zihinlerine sığıştıramayan, nasıl oluyor da, herbir cihetten ezeliyete münâfi olan maddenin ezeliyetini zihinlerine sığıştırabilirler?"

Heyrət vericidir! Varlığı zəruri olan Allahın, açıq zəruri lazımı olan əzəliyyəti zehnlərinə sığışdıra bilməyənlər, necə olur ki, hər bir cəhətdən əzəliyyətə zidd olan maddənin əzəliyyətini zehnlərinə sığışdıra bilirlər?!

Allah, Vacibu'l-Vücud'dur, varlığı Zatındandır, əzəlidir, əbədidir. Onun yaratması ilə varlıq sahəsinə çıxan hər şey, hadisdir və fanidir, əzəli ola bilməz. Həqiqət bu ikən, Allahın əzəliyyətini ağıllarına sığışdıra bilməyənlər, necə olur ki, Onun yaratdığı varlıqlara və onların təməli olan maddəyə əzəliyyət verə bilirlər?! Halbuki, maddi varlıqların sonradan olmaları və vəzifələrinin sonlanması ilə varlıq sahələrindən silinmələri göstərir ki, onların düzəldikləri maddə də, o varlıqlar kimi sonradan olmuşdur, əzəli deyildir.

Yarpaqların və meyvələrin sonradan çıxmaları, ağacın da sonradan yaradıldığını göstərdiyi kimi; maddi varlıqların yaradılmaları və ölmələri də, maddənin məxluq və fane olduğunu açıqca elan edirlər.

"Hem dest-i tasarruf-u kudrete karşı mukavemet edemeyen koca kâinat, nasıl oldu da küçücük ve nâzik zerratların (öyle dehşetli salâbet bulmuş ki) Kudret-i Ezeliyenin yed-i îdamına karşı dayanıyor?”

Həm böyük kainat, Allah'ın hər şeyi istədiyi kimi istifadə edən və idarə edən qüdrəti əlinə qarşı müqavimət göstərə bilmədiyi halda, necə oldu ki, qüdrətin hər şeyi yox edə bilən əlinə qarşı kiçik və nazik zərrələr dayana bildi?!

Hər məxluqun var olması və varlığını davam etdirməsi, İlahi iradə və qüdrətlədir. Allah, nəyi, nə vaxt, nə mahiyyətdə, nə surətdə və nə böyüklükdə yaratmağı diləmişdirsə, elə də yaratmış və bu iradəyə heç bir məxluq qarşı qoya bilməmişdir. Dilədiyini canlı, dilədiyini cansız yaratmış; dilədiyini yer üzünə xəlifə qılmış, dilədiyini o xəlifənin əmrinə vermişdir. Bütün maddə aləmi, İlahi qüdrətin məhkumu olaraq əmr dairəsində vəzifəsini yerinə yetirərkən, bu varlıqların təməl əsası olan atomlar, necə olur ki, Allahın təsərrüfündən xaric qala bilirlər?! Onun yaratması ilə var olduqları halda, Onun yox etməsinə qarşı necə dayana bilirlər?!

“Hem nasıl oluyor ki, Kudret-i Ezeliyenin hassası olan ibda’ ve îcadı, hiçbir münâsebet-i mâkule olmadan en âciz ve en bîçâre esbaba isnad ediliyor?”

Həm necə olur ki, əzəli Qüdrətin xüsusiyyəti olan ibda və icad, heç bir əqli münasibət olmadan, ən aciz və ən çarəsiz səbəblərə isnad edilir?!

Yoxdan yaratmaq və icad etmək, ancaq əzəli qüdrətin xüsusiyyətidir, yəni, o qüdrətə məxsusdur. Əşyanın meydana gəlməsində vəzifə görən bütün səbəblər, məxluqdurlar, özləri kimi qüvvətləri də məhduddur. Hamısı aciz, hamısı çarəsizdirlər. Məsələn, torpaq da, su da, günəş də, bir çiçəyi yaratmaqdan acizdirlər. Öz varlıqlarından belə xəbərdar olmayan, çiçəyi tanımayan, ayrıca onu yaratmağa tək başlarına güc çatdıra bilməyəcəkləri üçün, bir-birilərindən kömək almağa möhtac olan bu iradəsiz və qüdrətsiz varlıqların bir çiçəyi yaratmaları, mümkün deyildir. Bütün səbəblər, bu şəkildə düşünüldüyündə, ibda və icadın, ancaq qüdrəti sonsuz, iradəsi mütləq, elmi hər şeyi əhatə edən Allaha məxsus olduğu dərhal başa düşülür.

“İşte Kur’ân-ı Kerîm, şu delili, halk ve îcaddan bahseden âyâtı ile ezhanda tanzim ediyor. Müessir-i hakikî yalnız Allah’tır. Tesir-i hakikî esbabda yoktur.”

Bax Quran-i Kərim, bu ixtira dəlilini, xəlq və icaddan bəhs edən ayətləri ilə zehnlərdə tənzim edir. Həqiqi təsir sahibi, yalnız Allahdır. Səbəblərdə, həqiqi təsir yoxdur.

---------------------------

• On dördüncü üslub: Quranın üslubundandır ki, bir əsəri nəzərə verir. O əsərdə, bütün əsərləri isbat edir. Yəni, "Bu əsər, Kimindirsə; bütün əsərlər də, Onundur." deyir.

Beləcə, hər bir əsər, Öz müəssirinin əsəri olduğunu göstərir.

Bax bu ayətdə də, "nəcm""şəcər", bir əsərdirlər. "Nəcm""şəcər", Kimindirsə, onların üzərində olduqları yer də, Onundur. Yer, Kimindirsə; yerin bağlı olduğu günəş sistemi də, Onundur. Günəş sistemi, Kimindirsə; bu sistemin bağlı olduğu səmalar da, Onundur.

Demək, bir ota və ya bir ağaca sahib çıxa bilmək üçün, bütün kainata sahib çıxmaq lazımdır. Kainat, Kimindirsə; "nəcm" "şəcər" də, Onundur. Çünki, o "nəcm""şəcər", bu "dəzgah"da toxunmaqdadır.

---------------------------

• On beşinci üslub: Quranın bir üslubudur ki, əvvəl, əsər üzərində fanilik damğasını göstərir. Bununla, qəlbdə, dəhşətli bir yara açır. Çünki, insan, bütün kainatla əlaqədar olduğundan, onların ölüm və faniliyindən, zaval və firaqından (ayrılığından) əzab çəkir. Bununla, mövcudatın, məhəbbətə və qəlbin əlaqəsinə dəymədiyini başa düşür. O fane mövcudata müqabil, əbədi bir Zat'ı axtarır və Onu tapmaqla, aləmdəki mövcudatın, o əbədi bir Zat'ın əbədi isimlərinə ayna olduğunu, dolayısı ilə, yoxluğa getmədiyini, əbədi bir aləmə intiqal etdiyini (keçdiyini) bilir. Beləcə, qəlbində açılan bu dəhşətli yara, müalicə olunmuş olur.

Bax, hikmətli Quran, bu ayətilə də, "nəcm" "şəcər"in payız mövsümündə zaval və fənaya məhkum olduqlarını ifham etməklə, insanın qəlbində dəhşətli bir yara açır. Şəfqət hissilə, onların zaval və firaqından və özünün ölüm və fənasından mütəəssir olan insanın, bu yaralarını, əbədi bir Zata və Onun əbədi aləminə iman etməklə müalicə edir və O əbədi Zata və Onun əbədi aləminə qarşı, bir şövq oyandırır. O şövq də, onları, iman və qulluğa sövq edir.

------------------------------

Əlavələr:

Risale-i Nurda təfsir metodu

https://archive.org/details/risale-i-nurda-tfsir-metodu/page/n7/mode/2up

Rad surəsi 15-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rad-sur%C9%99si-15-ci-ay%C9%...

Həcc surəsi 18-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99cc-sur%C9%99si-18-ci-...

 

 

 

 

 

 

Read 91 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR