Dünya öküz və balıq üzərindədirmi?
"Dünya, öküz və balıq üzərindədir."
-------------------
Hədisin şərhinə keçmədən əvvəl, varlıq mərtəbələri haqqında danışmaqda, fayda vardır. Belə ki:
Varlığın, 5 mərtəbəsi mövcuddur. Onlardan:
1. Birincisi: "əl-vücudu'z-zati / zati varlıq";
2. İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq";
3. Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq";
4. Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq";
5. Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq";
✓ Birincisi: "əl-vücudu'z-zati / zati varlıq":
Hiss və ağlın xaricində sabit olan həqiqi varlıqdır. Hiss və ağıl, bu varlığın bir surətini götürür və zehndəki bu surətə də, idrak deyilir. Göylərin, yer üzünün, heyvanların və bitkilərin var olmaları, belədir. Bu növ varlıq, çox açıqdır. Daha doğrusu, bu cins varlıqlar, o qədər açıqdırlar ki, bir çox kimsə, bu növdən başqa varlıq olduğunu bilə bilməz.
Bunun üçün misal verməyə ehtiyac yoxdur. Çünki, açıqdır, olduğu kimi başa düşülür, təvil edilə bilməz. Mütləq və həqiqi varlıq, budur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiyi arş, kürsi və 7 qat səma kimi...Bunlar, zahiri mənaları ilə başa düşülür, təvil edilməzlər. Hiss və xəyal ilə istər idrak edilsin; istər edilməsin, bunlar, bizatihi (zatları etibarı ilə) var olan cisimlərdir. (haşiyə)
------------------
(Haşiyə:
• Hiss nədir?
https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir
• Surət nədir?
https://suallarlaislam.com/m%C9.../sur%C9%99t-n%C9%99dir)
------------------
✓ İkincisi: "əl-vücudu'l-hissi / hissi varlıq":
Sadəcə hisslər üçün var olan; varlığı onu hiss edənə məxsus olan; xaricdə maddi bir varlığı olmayan varlıqdır. Yatan bir kimsənin; hətta oyaq, lakin xəstə olan birinin gördüyü bəzi şeylər, varlığın bu sinfinə girirlər. Bu halda olan kimsələr, bəzi şeylər xəyal edər və surətlərini görərlər. Ancaq bunların, hissin xaricində varlıqları yoxdur. Lakin eynilə xarici aləmdə var olan şeylər kimi görünərlər.
Hətta sağlam və oyaq olduqları zamanlarda, peyğəmbərlərlə övliyaya (vəlilərə), mələklərin cövhərlərini əks etdirən gözəl surətlər görünür. Onlar, bu vasitə ilə, vəhyə və ya ilhama mazhar olurlar. Başqalarının, yuxuda ikən qeyb aləmindən tələqqi etdikləri şeyləri, onlar, oyaq ikən tələqqi edərlər. Bu keyfiyyət, onların daxili aləmlərinin saf və parlaq olmasından iləri gəlir. Necə ki, Allah Taala:
...فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
...Fətəməssələ ləhə bəşəran səviyyən.
Yəni:
"...(Cəbrail), Ona (Məryəmə), düzgün insan surətində təməssül etdi (göründü)." (Məryəm/17)
Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, əksəriyyətlə, Cəbrail (əleyhissəlam)'ı, bu yolla görürdü. Onu, əsli surətilə, sadəcə 2 dəfə (ilk vəhy başladığı vaxt; və meracda) görmüşdü. Cəbrail, müxtəlif surətlərə təməssül edər (bir şeyin, bir yerdə, surət və ya mahiyyətinin əks etməsi; bir şəkil və surətə girmək); Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, onu, bu surət içərisində görərdi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yuxuda görülməsi də, belədir. Hədisdə:
"Yuxuda Məni görən, həqiqətən Məni görmüşdür. Çünki şeytan, Mənim surətimə bürünə (təməssül edə) bilməz." buyurulmuşdur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu şəkildə görülməsi, (mübarək) vücudunun Mədinədə dəfn olunduğu yerdən, yuxu görənin olduğu yerə intiqal etməsi (keçməsi) surətində deyildir. Əksinə, vücuduna aid bir surətin, yatanın hissində var olması (təməssülü) şəklindədir.
Əgər verdiyimiz bu misallara inanmırsansa, öz gözünə inan! Məsələn, bir nöqtə böyüklüyündə bir atəş parçasını əlinə alırsan, sonra bu atəşi doğru bir cizgi üzərində, sürətlə hərəkət etdirirsən və (nəticədə) atəşdən bir cizgi görürsən. Bu atəş parçasını bir dairə üzərində hərəkət etdirdiyin vaxt da, atəşdən bir dairə görürsən. Görülən atəş cizgi və dairə, sənin hissində mövcuddur; hissin xaricində isə mövcud deyildir. Çünki, hər bir halda, xarici aləmdə mövcud olan bir nöqtədən başqa bir şey deyildir. Bir-birini izləyən zamanlar içində, nöqtənin xətt və dairə şəklində görünməsi, cizginin və dairənin xarici aləmdə mövcud olduğunu, heç bir şəkildə göstərməz. Cizgi və dairənin hissdə olan mövcudluğu, sadəcə bir halda və bir andadır.
Bu varlığın təvilləri bəhsində, bir çox misallar vardır. Biz, 2 nümunə verməklə kifayətlənəcəyik. (Belə ki):
a. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Qiyamət günü, ölüm, gözəl bir qoç şəklində gətiriləcək və cənnət ilə cəhənnəm arasında boğazlanacaq."
~ "Ölüm, bir arazdır." və ya
~ "Ölüm, bir arazın olmamasıdır." və ya
~ "Arazın cismə çevrilməsi imkansızdır, buna güc çatdırmaq mümkün deyil."
kimi bir nəticəyə dəlil ilə vasil olanlar, bu xəbəri, bu şəkildə başa düşəcəklərdir:
Qiyamət günü toplanan insanlar, qoçu görəcəklər; və onun, ölüm olduğuna etiqad edəcəklərdir. Bu qoç, xarici aləmdə deyil; sadəcə onların hislərində mövcud olacaqdır. Bu hal, axirətdə ölümün mövcud olmasından qəti olaraq ümidi kəsmək xüsusunda, yəqini (qəti) bir biliyin hasil olmasını təmin edəcəkdir. Bu halda, boğazlanan, qoç deyil; özündən ümid kəsilən şeydir, yəni, ölüm.
Bu istidlalı və düşünmə tərzini bəyənməyənlər isə, bəlkə də, ölümün özünün, qoçun zatı halına çevriləcəyinə və beləcə, boğazlanacağına etiqad edəcəklərdir.
b. (Günəş tutulması ilə bağlı olaraq rəvayət edilən) bir hədisdə, belə buyurulmuşdur:
"Bu divarın içində, Mənə, cənnət (ilə cəhənnəm) göstərildi."
~ "Cisimlər, bir-birinin içinə girməz."
~ "Böyük cisim, kiçik cismin içinə sığmaz."
kimi bir nəticəyə dəlil ilə çatanlar, bu hədisi belə başa düşəcəklərdir:
"Cənnətin özü (yəni, zatı) divara nəql edilmiş deyildir. Lakin cənnətin divardakı surəti, sanki gözlə görülürmüş kimi; hissdə təməssül etmişdir."
Böyük bir şeyin misalının, kiçik bir cisimdə görülməsi, imkansız deyildir. Necə ki, böyük səma, kiçik bir aynada görülə bilirsə...Bu halda, bu, mücərrəd xəyal gücü ilə, cənnətin mücərrəd surətinin fərqli bir şəkildə görülməsidir. Səmanın aynada görülməsilə, gözlər örtüldükdən sonra aynadakı səmanın surətinin təxəyyül yolu ilə idrak edilməsi (zehndı canlandırılması) arasındakı fərq, məlumdur. (Yəni, birincisi, hissdə; ikincisi isə, xəyalda).
Ayın aynada görülməsi, hissi varlıq; müxəyyilədə (xəyal qüvvəsində) təsəvvür edilməsi, xəyali varlıqdır.
✓ Üçüncüsü: "əl-vücudu'l-xəyali / xəyali varlıq"
Hisslər ilə görməkdə olduğumuz varlıqlar, gözümüzdən itdikləri vaxt, zehnimizdə, onların bir surət (forma)'ları qalır ki, buna, xəyal deyilir. Göz qapanmış vəziyyətdə, məsələn, bir filin və ya bir atın surəti, zehndə canlandırıla bilər. Sanki fil və ya at görülürmüş kimi zehndə meydana gətirilən bu surət, mükəmməl bir şəkildə zehndə mövcud isə də, xarici aləmdə yoxdur.
Bunun misalı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisləridir:
"Mən, Yunus b. Mətta'ya sanki baxır kimiyəm. Üzərində, Qatvanda emal edilmiş bir əba olduğu halda, təlbiyyə edir (ləbbeyk Allahummə ləbbeyk deyir) və dağlar, Ona cavab verirdi. Allah Taala isə, ona: 'Ləbbeyk, yə Yunus' deyirdi."
Aşkardır ki, bu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in xəyalındakı bir surətin, təmsil yolu ilə ifadə edilməsidir. Çünki, Yunus'un bu vəziyyətdə olması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dünyaya gəlməsindən çox əvvəl idi. Bu vəziyyət, yox olub getmişdi. Həmin vaxt, mövcud deyildi.
"Yatan bir kimsənin, yuxusunda müxtəlif surətlər görməsi; bu hadisə, sanki müşahidə edirmiş kimi Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hissinə təməssül etmişdir." deməkdə də, qərib görüləcək bir hal yoxdur. Lakin, "Kəənni ənzuru / Sanki (Ona) baxıram" demiş olması, bu baxışın, həqiqi bir baxış olmadığı; lakin baxışa bənzəyən bir hal olduğu hissini oyandırmaqdadır. Məqsəd, misal verərək izah etməkdir. Surətin özü isə, qayə deyildir.
Xülasə, müxəyyilədə görülən hər şeyin, görmə məhəlli olan hissdə görülməsi, təsəvvür edilə bilər. Və beləcə, müşahidə meydana gəlmiş olar. Nadir hallar xaricində, imkansız deyildir.
✓ Dördüncüsü: "əl-vücudu'l-əqli / əqli varlıq":
Müəyyən bir şeyin, bir ruhu, bir həqiqəti və bir mənası olur. Ağıl, bu şeyin xarici aləmdəki varlığını, hiss və xəyaldakı surətini, heç nəzərə almadan, mücərrəd məna cəhətini qavrayır, məsələn əl kimi...Əlin hissi və xəyali bir surəti vardır, ayrıca bir də mənası vardır ki, bu, onun həqiqətidir. Bu məna, əlin "tutma gücü"dür. Əqli mənada, əl, bu "tutma qüvvəti"dir.
Eyni şəkildə, qələmin bir surəti vardır. Lakin, onun həqiqəti, elmləri/bilikləri yazma cəhətidir. Ağıl, qələmin bu mənasını, qamışın xəyali və hissi surətinə bağlı olmadan qavrayır.
Bunun da, bir çox nümunuləri varsa da, biz, 2 misal vermək surətilə kifayətlənəcəyik. Bunlardan biri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:
a. "Günahları səbəbilə cəhənnəmə girib ordan çıxanlara, cənnətdən, bu dünyanın 10 misli böyüklüyündə bir yer verilər."
Bu hədisdən başa düşülən zahiri məna, bu yerin, en, uzunluq və hündürlük etibarı ilə, dünyadan 10 dəfə böyük olmasıdır. Bu isə, hissi və xəyali bir fərqdir. Onun üçün, bu xəbər qarşısında heyrət edilərək:
"Hədislərdə bildirildiyi üzərə, cənnət, səmadadır. Səma da, dünyadan (dünya məfhumu da daxil) olduğu halda, dünyanın 10 mislini necə ehtiva edə bilər?"
Təvil etməsini bilənlər, bu hökmlə heyrətlərini ortadan qaldırarlar:
"Burda bəhsi edilən fərq, mənəvidir, əqlidir; hissi və xəyali deyildir."
Məsələn, bəzən, belə deyilir:
"Bu çinar çəyirdəyi, bu çinar ağacından, bir neçə misli böyükdür."
Bununla, çəyirdəkdəki istedad qəsd edilir. Bu, çəyirdəyin hiss və xəyal ilə idrak edilən sahə etibarı ilə böyüklüyünü deyil; ağılla idrak edilən böyüklüyünü ifadə edir.
b. Bir hədisdə: "Allah Taala, Adəmin palçığını, 40 sabah əlilə yoğurdu." buyurulmuşdur.
Görüldüyü kimi, bu hədisdə, Allahın əli olduğundan bəhs edilməkdədir. Hissi və xəyali orqan mənasındakı əl məfhumunun Allah Taala üçün istifadə edilməsinin doğru olmadığını dəlil ilə isbat edənlər, bu əlin, əqli və ruhani olduğunu qəbul etməkdədirlər. "Əl" kəliməsinin mənası və ruhu isə: "bir şeyi tutmağa yarayan, özü ilə iş görülən, özü ilə yaxşılıq edilən və ya edilməyən vasitə" deməkdir. Allah Taala, mələkləri vasitəsilə ehsan edir və ya etmir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir hədisində, belə buyurmuşdur:
"Allah Taalanın ilk yaratdığı şey, ağıldır. Allah Taala, ağlı, ilk dəfə yaratdığı vaxt, ona dedi: 'İnsanlara, səninlə verəcəm, (yenə) səninlə geri alacam."
Mütəkəllimun'un (kəlam alimlərinin) inandıqları kimi, bu hədisdə keçən ağlın, araz (haşiyə) olması, mümkün deyildir. Bəlkə bundan məqsəd:
Adı "əql" (ağıl) olan və təlim görməyə möhtac olmadan, zatı və cövhərlərilə əşyanı idrak edən mələkdir.
Vəhy və ilham yolu ilə, həqiqi elmi/bilgiləri, nəbilər və övliyaların Lövh-i Məhfuz'a bənzəyən qəlblərinə nəqş etməsi etibarı ilə, bu mələyə: "Qələm" də deyilir.
Bundan dolayı, başqa bir hədisdə:
"Allah Taala'nın ilk yaratdığı şey, qələmdir." buyurulmuşdur.
Burdakı "qələm"in, ismi "əql" olan bir mələk mənasına gəldiyi qəbul edilməzsə, 2 hədis arasında bir ziddiyyət hasil olur. Müxtəlif etibarlar ilə, bir şeyin bir çox ismi olması, mümkündür.
~ Zatı etibarı ilə "ağıl": Allah Taala ilə məxluqat arasında vasitə olması etibarı ilə "mələk";
~ Vəhy və ilham yolu ilə elmi/bilgini qəlblərə nəqş etmə işi onunla hasil olduğu üçün "qələm"
adını almışdır.
Necə ki, Cəbrail (əleyhissəlam)'a da:
~ Zatı etibarı ilə: "Ruh";
~ Sirlərin özünə verilmiş olması səbəbilə: "Əmin";
~ Qüvvətinin kamalı etibarı ilə: "Zu-Mirrah" (qüvvətli); "Şədidu'l-Quva" (çox qüvvətli)
~ Məqamının Allah Taalaya yaxın olması etibarı ilə: "Zi'l-Ərşi'l-Məkin" ("Ərşin sahibi yanında böyük hörmət sahibi") (Təkvir surəsi/20)
~ Mələklərdən bəzilərinin özünə tabe olması etibarı ilə "Muta" (Təkvir/21)
deyilmişdir.
-------------------------------
(Haşiyə:
Araz: öz-özünə varlıq qazanmayıb başqa bir cövhərlə meydana gələn hal və keyfiyyətlər. Məsələn, qəndin rəngi və ya dadı kimi.
Bənzəri bir hədis də, "günəşin səcdəsi" hədisidir. bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/gun%C9%99sin-s%C9%99cd%C9%99...)
------------------------------
Qənaəti belə olan bir kimsə, hissi və ya xəyali qələm və əl yerinə, əqli bir qələm və əl qəbul edər. İstər qüdrət olsun, istər başqa bir şey, əlin, Allah Taala'nın bir sifəti olduğu qənaətində olanlar da vardır. Necə ki, bu xüsusda, kəlam alimləri ixtilaf etmişlərdir.
✓ Beşincisi: "əl-vücudu'ş-şibhi / varlığa bənzəyən varlıq":
Bu, bir şeyin surəti və həqiqəti ilə, nə xaricdə, nə hissdə, nə xəyalda və nə də ağılda bizatihi (zatı etibarı ilə) mövcud olmamasıdır. Lakin, mövcud başqa bir şey olub, bir xüsusiyyəti və sifətilə, digər varlıqlara bənzədiyindən, "şibhi varlıq" adını almışdır.
Bunun misalı, Allah Taala haqqında varid olan, qəzəb, şövq, fərəh, səbr və s. kimi şeylərdir.
Məsələn, qəzəbin mahiyyəti, nəticədə sükunət qazanmaq və rahatlamaq üçün, qəlbdəki qanın qələyan etməsidir. Bu isə, ağrı və əskiklik mənasına gəlir. Qəzəbin, hissi, xəyali və əqli bir şəkildə, Allah Taala'ya isnad edilə bilməyəcəyi nəticəsinə dəlil ilə çatanlar, qəzəbi, qəzəbin meydana gətirdiyi nəticələri meydana gətirən başqa bir sifət şəklində anmış; və beləcə, "qəzəb"i: "cəza verməyi iradə etmə" deyə açıqlamış və onu, iradə sifətinə irca etmişlərdir. Əslində, iradə ilə qəzəb arasında, heç bir münasibət yoxdur. Lakin, qəzəb ilə iradə:
~ ehtiva etdikləri sifətlərdən bəziləri cəhətindən bir-birinə yaxın olduqları kimi;
~ ağrı vermə kimi bir nəticə meydana gətirmələri etibarı ilə də, digərinə bənzəyərlər.
...Bu 5 mərtəbənin ən zahir olanı, "zati varlıq"dır. Bunun sabit olması, hər şeyə şamildir (yəni, digər bütün ehtimalları qaldırar). Zati varlığın sübutu imkansız olarsa, --->
Hissi varlığa keçiləcək. Bunun sübutu da, bundan sonrakılara keçilməsinə əngəl təşkil edir. Hissi varlığın sübutu da mümkün olmazsa --->
Xəyali və əqli varlığa keçiləcək. Bunların sübutu da mümkün olmazsa, --->
Şibhi və məcazi varlıqda qərar qılınacaq.
Dəlilə söykənən bir zərurət olmadıqca, bir dərəcədən onu izləyən dərəcəyə keçməyə, icazə yoxdur!
Not: Peyğəmbərin haqqında xəbər verdiyi varlıqlar, mütləq, bu 5 sinifdən birinə daxildir.
(Hüccətü'l-İslam əbu Həmid əl-Ğazzali, "Faysalu't-Təfriqa beynə'l-İslam və'z-zəndəqa" əsərindən nəql)
-------------------------------------
-------------------------------------
Hədisin şərhi:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Ləmalar" adlı əsərinin 14-cü Ləma'sında (s. 91-93) belə deyir:
Bu defaki sualinizde diyorsunuz ki:
"Hocalar diyorlar: Arz öküz ve balık üstünde duruyor. Halbuki arz, muallâkta bir yıldız gibi gezdiğini coğrafya görüyor. Ne öküz var, ne de balık!"
Elcevap: İbni Abbas (r.a.) gibi zatlara isnad edilen sahih bir rivayet var ki, Resul-i Ekrem Aleyhissalâtü Vesselâmdan sormuşlar: "Dünya ne üstündedir?" Ferman etmiş:
عَلَى الثَّوْرِ وَالْحُوتِ
Bir rivayette, bir defa عَلَى الثَّوْرِ demiş, diğer defada عَلَى الْحُوتِ demiştir.
Muhaddislerin bir kısmı, İsrailiyattan alınma ve eskiden beri nakledilen hurafevâri hikâyelere bu hadisi tatbik etmişler. Hususan Benî İsrail âlimlerinin Müslüman olanlarından bir kısmı, kütüb-ü sabıkada sevr ve hût hakkında gördükleri hikâyeleri hadise tatbik edip, hadisin mânâsını acip bir tarza çevirmişler. Şimdilik bu sualinize dair gayet mücmel Üç Esas ve Üç Vecih söylenecek.
Yəni:
Bu dəfəki sualınızda deyirsiniz ki:
Xocalar: "Yer, öküz və balıq üzərində durmaqdadır. Halbuki yerin, (hava) boşluğunda bir ulduz kimi gəzdiyini də, coğrafiya fənni görməkdədir. Nə öküz var, nə də balıq?!" deyirlər.
Cavab:
ibn Abbas (radiyallahu anh) kimi şəxslərə isnad edilən səhih bir rəvayət vardır ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən:
"Dünya, nə üzərindədir?" deyə soruşulur.
- O da: "Öküz və balıq üzərində." deyə fərman edir.
~ Bir rəvayətdə, bir dəfə, "öküz üzərində";
~ Digər dəfə də, "balıq üzərində"
demişdir.
Mühəddislərin bir qismi, israiliyyat'dan (haşiyə) götürülmə və əvvəldən bəri nəql edilən xurafəvari hekayələrə, bu hədisi tətbiq etmişlər. Xüsusilə, Bəni İsrail alimlərinin Müsəlman olanlarından bir qismi, əvvəlki kitablarda "sevr/öküz" və "hut/balıq" haqqında gördükləri hekayələri, hədisə tətbiq edib, hədisin mənasını əcaib bir tərzə çevirmişlərdir.
--------------------
(Haşiyə:
İsrailiyyat, nədir?
https://suallarlaislam.com/m%C9.../israiliyyat-n%C9%99dir)
----------------------
Hələlik, bu sualınıza dair, çox mücməl 3 Əsas və və 3 Cəhət söylənəcəkdir. (Belə ki):
✓ Birinci Esas: Benî İsrail ulemasının bir kısmı Müslüman olduktan sonra, eski malûmatları dahi onlarla beraber Müslüman olmuş, İslâmiyete mal olmuş. Halbuki o eski malûmatlarda yanlışlar var. O yanlışlar elbette onlara aittir, İslâmiyete ait değildir.
Yəni:
✓ Birinci əsas: Bəni İsrail alimlərinin bir qismi müsəlman olduqdan sonra, əvvəlki məlumatları da, onlarla bərabər müsəlman olmuş; İslamın malı sayılmışdır. Halbuki, o əvvəlki məlumatlarda, yalnışlar vardır. O yalnışlar, əlbəttə, onlara aiddir; İslama aid deyildir.
✓ İkinci Esas: Teşbih ve temsiller, havastan avâma geçtikçe, yani, ilmin elinden cehlin eline düştükçe, mürur-u zamanla hakikat telâkki edilir. Meselâ, küçüklüğümde kamer tutuldu. Ben valideme dedim:
"Neden ay böyle oldu?"
Dedi: "Yılan yutmuş."
Dedim: "Daha görünüyor."
Dedi: "Yukarıda yılanlar cam gibi olup içlerinde bulunan şeyi gösterirler."
Bu çocukluk hatırasını çok zaman tahattur ediyordum. Ve derdim ki: "Bu kadar hakikatsiz bir hurafe, validem gibi ciddî zatların lisanında nasıl geziyor?" diye düşünürdüm. Tâ, felekiyat fennini mütalâa ettiğim vakit gördüm ki, validem gibi öyle diyenler bir teşbihi hakikat telâkki etmişler. Çünkü, derecât-ı şemsiyenin medârı olan "mıntıkatü'l-burûc" tabir ettikleri daire-i azîme, menâzil-i kameriyenin medârı bulunan mâil-i kamer dairesi birbiri üstüne geçmekle, o iki daire, herbiri iki kavis şeklini vermiş. O iki kavise felekiyun uleması, lâtif bir teşbihle, büyük iki yılan namı olan "tinnîneyn" namını vermişler. İşte, o iki dairenin tekatu' noktasına, "baş" mânâsına "re's," diğerine "kuyruk" mânâsına "zeneb" demişler. Kamer re'se ve şems zenebe geldiği vakit, felekiyun ıstılahınca "haylûlet-i arz" vuku bulur. Yani, küre-i arz, tam ikisinin ortasına düşer. O vakit kamer hasf olur. Sabık teşbihle, "Kamer tinnînin ağzına girdi" denilir. İşte bu ulvî ve ilmî teşbih, avâmın lisanına girdikçe, mürur-u zamanla, kameri yutacak koca bir yılan şeklini almış.
İşte, Sevr ve Hût namıyla iki büyük melek, bir teşbih-i lâtif-i kudsî ile ve mânidar bir işaretle, Sevr ve Hût namıyla tesmiye edilmişler. Kudsî, ulvî lisan-ı Nübüvvetten umumun lisanına girdikçe, o teşbih hakikate inkılâp etmiş, adeta gayet büyük bir öküz ve dehşetli bir balık suretini almışlar.
Yəni:
✓ İkinci əsas: Təşbih və təmsillər, xasslardan avam(ın əli)'nə keçdikcə, yəni, elmin əlindən cəhlin əlinə düşdükcə, zamanın ötməsilə, həqiqət deyə başa düşülmüşdür. Məsələn:
Uşaqlığımda, ay tutuldu. Mən, anamdan soruşdum: "Ay, niyə belə oldu?"
- Anam belə dedi: "Ayı, ilan udmuşdur."
- Mən: "(Bəs elə isə), niyə görünür?" deyə soruşdum.
- O: "Yuxarıda (yəni, səmada), ilanlar, şüşə kimi olub içlərində olan şeyi göstərə bilirlər."
Çox vaxt, bu uşaqlıq xatirəsini xatırlayardım. Və (öz-özümə) belə deyərdim: "Necə ola bilir ki, bu qədər həqiqətsiz bir xürafə, anam kimi ciddi şəxslərin dilində dolaşır?"
Ta ki, astronomiya fənnini mütaliə etdiyim vaxt gördüm ki, anam kimi belə deyənlər, bir təşbihi həqiqət başa düşüblər. Çünki:
Günəşin dərəcələrinin orbiti olan "bürc məntəqələri" deyə təbir etdikləri o böyük dairə (yəni, günəşin ətrafında döndüyü fərz edilən dairənin, 12 bürcə uyğun düşən qisimləri), ayın mənzillərinin mədarı olan "ayın orbit dairəsi" bir-biri üstünə keçməklə, o 2 dairəyə, lətif bir təşbih ilə, "tinnineyn / böyük 2 ilan" adı verilmişdir.
Bax bu 2 dairənin kəsişmə nöqtəsinə,
~ "baş" mənasına - "rə's";
~ quyruq mənasına da - "zənəb"
demişlərdir.
~ Ay, "baş"a;
~ Günəş də, "quyruğ"a
rast gəldiyi vaxt, astronomiya istilahınca (termini) ilə, "haylulət-i arz" baş verir. Yəni, yer kürəsi, tam ikisinin ortasına düşür. O vaxt, ay tutulur. Əvvəlki təşbih ilə, "Ay, 2 ilanın ağzına girdi." deyilir.
Bax bu ülvi və elmi təşbih, avamın dilinə girdikcə, zamanın ötməsilə, ayı udacaq böyük bir ilan şəklini almışdır.
Bax, "sevr/öküz" və "hut/balıq" adı ilə 2 böyük mələk, müqəddəs lətif bir təşbih və mənalı bir işarət ilə, "sevr" və "hut" deyə adlandırılmışlardır. Müqəddəs, uca Nübüvvət dilindən ümumun dilinə girdikcə, o təşbih, həqiqətə inqilab etmiş/çevrilmiş; sanki çox böyük bir öküz və dəhşətli bir balıq surətini almışlar.
Müəllifin qəsdi, budur:
Ayın orbiti ilə bürclərin dairəsi, baş və quyruqda kəsişdiklərindən, o 2 farazi dairə, 2 yay şəklini almışlardır. "Tinnin" isə, 7 bürcü öz içinə alacaq şəkildə uzanan bir bəyazlıqdır. Bu bəyazlıq, böyük bir ilanı xatırlatdığı üçün, ay, bu ilan surətindəki dairənin başına, yəni, ağız qisminə; günəş də, qarşı tərəfə, yəni, quyruq qisminə gəlir. Dünya da, bu ikisi arasına girdiyində, ay tutulur. Bu halda, sanki, ilan, ayı udurmuş kimi bir şəkil ortaya çıxır. Bu fənni hadisəni, astromoniya alimləri, "İlan, ayı uddu." deyə təşbih edirlər. Bu da, zamanla, avamın əlində həqiqət zənn edilmiş, "Səmada, böyük və şəffaf bir ilan var; ay və günəşi udur." şəklində ifadə edilmişdir.
✓ Üçüncü Esas: Nasıl ki Kur'ân'ın müteşabihâtı var; gayet derin meseleleri temsilâtla ve teşbihatla avâma ders veriyor. Öyle de, hadisin müteşabihâtı var; gayet derin hakikatleri me'nûs teşbihatla ifade eder. Meselâ, bir iki risalede beyan ettiğimiz gibi, bir vakit huzur-u Nebevîde gayet derin bir gürültü işitildi. Ferman etti ki: "Yetmiş senedir yuvarlanıp bu dakikada Cehennemin dibine düşen bir taşın gürültüsüdür." Birkaç dakika sonra birisi geldi, dedi: "Yetmiş yaşındaki meşhur münafık öldü." Resul-i Ekrem Aleyhissalâtü Vesselâmın gayet beliğ temsilinin hakikatini ilân etti.
Yəni:
✓ Üçüncü əsas: Necə ki, Quranın mütəşabihləri var; çox dərin məsələləri, təmsillər və təşbihlər ilə avama dərs verir. Elə də, hədisin də mütəşabihləri vardır; çox dərin həqiqətləri, insanların alışmış olduqları təşbihlər ilə ifadə edir. Məsələn:
Bir-iki risalədə bəyan etdiyimiz kimi; bir vaxt, Peyğəmbərin hüzurunda, çox dərin bir gurultu eşidildi. (O, belə) fərman etdi: "(Bu), 70 ildir yuvarlanıb bu dəqiqə cəhənnəmin dibinə düşən bir daşın gurultusudur." Bir neçə dəqiqə sonra, biri gəlib belə dedi: "70 yaşındakı məşhur münafiq, öldü." Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in çox bəliğ təmsilinin həqiqətini elan etdi.
Senin sualin cevabına şimdilik Üç Vecih söylenecek.
✓ Birincisi: Hamele-i Arş ve Semâvat denilen melâikenin birinin ismi "Nesir" ve diğerinin ismi "Sevr" olarak dört melâikeyi Cenâb-ı Hak Arş ve semâvâta, saltanat-ı rububiyetine nezaret etmek için tayin ettiği gibi, semâvâtın bir küçük kardeşi ve seyyarelerin bir arkadaşı olan küre-i arza dahi iki melek, nâzır ve hamele olarak tayin etmiştir. O meleklerin birinin ismi "Sevr" ve diğerinin ismi "Hût"tur. Ve o namı vermesinin sırrı şudur ki:
Arz iki kısımdır: biri su, biri toprak. Su kısmını şenlendiren balıktır. Toprak kısmını şenlendiren, insanların medar-ı hayatı olan ziraat, öküz iledir ve öküzün omuzundadır. Küre-i arza müekkel iki melek, hem kumandan, hem nâzır olduklarından, elbette balık taifesine ve öküz nev'ine bir cihet-i münasebetleri bulunmak lâzımdır. Belki,
وَالْعِلْمُ عِنْدَ اللهِ
, o iki meleğin âlem-i melekût ve âlem-i misalde sevr ve hût suretinde temessülleri var. (Haşiye) İşte bu münasebete ve o nezarete işareten ve küre-i arzın o iki mühim nevi mahlûkatına imâen, lisan-ı mu'cizü'l-beyân-ı Nebevî, اَلْاَرْضُ عَلَى الثَّوْرِ وَالْحُوتِ demiş, gayet derin ve geniş, bir sayfa kadar meseleleri hâvi olan bir hakikati gayet güzel ve kısa birtek cümleyle ifade etmiş.
Yəni:
Sənin sualının cavabına, hələlik 3 cəhət söylənəcək:
✓ Birinci cəhət: Arş və səmaların daşıyıcıları deyilən mələklərin birinin adı: "nəsr/qartal" və digərinin adı sevr/öküz" olaraq, Cənabu'l-Haqq, 4 mələyi, arş və səmalara, Öz rububiyyət səltənətinə (yəni, sanki Allahın rububiyyəti, kainatda səltənət qurmuşdur) nəzarət etmək üçün təyin etdiyi kimi; səmaların kiçik bir qardaşı və planetlərin bir dostu olan yer kürəsinə də, nəzarət edici və daşıyıcı olaraq 2 mələk təyin etmişdir. O mələklərin birinin adı, "sevr"; və digərinin adı isə, "hut"dur. Bu adı verməsinin sirri isə, budur:
Yer, 2 qisimdir:
~ biri, su;
~ digəri isə, torpaq.
Su qismini şənləndirən, balıqdır. Torpaq qismini şənləndirən isə, insanların həyat mənbəyi olan əkinçilik, öküz ilədir və öküzün çiynindədir. Yer kürəsinə müəkkəl (vəzifəli) 2 mələk, həm "komandir", həm "nazir/nəzarət edən" olduqlarından, əlbəttə, balıq və öküz növünə, bir münasibət cəhəti olması lazımdır. Bəlkə də, -(Elm, Allah qatındadır)-:
O 2 mələyin, mələkut və misal aləmlərində (haşiyə), öküz və balıq surətlərində təməssülləri vardır.
Bax bu münasibətə və o nəzarətə işarət; və yer kürəsinin o 2 mühim növ məxluqlarına ima edərək, Nəbi'nin bəyanı möcüzə olan dili, "Yer, öküz və balıq üzərindədir." demiş; çox dərin və geniş bir səhifə qədər məsələləri ehtiva edən bir həqiqəti, çox gözəl və qısa bir tək cümlə ilə ifadə etmişdir.
--------------------
(Haşiyə:
• Mələkut aləmi nədir?
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...
• Misal aləmi nədir?
https://suallarlaislam.com/.../misal-al%C9%99mi-n%C9%99dir
Yuxarıda, imam Ğazzali'nin də, -varlıqları siniflərə ayırarkən-, misali varlıqlardan bəhsi keçdi. Belə misali varlıqlar, bütün bunların toplandığı bir aləmi göstərməkdədir.)
• Mələklərin varlığının əqli isbatı üçün bax:
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kl%C9%99r%C9...
---------------------
✓ İkinci vecih: Meselâ, nasıl ki denilse, "Bu devlet ve saltanat hangi şey üzerinde duruyor?" Cevabında "Ale's-seyfi ve'l-kalem" denilir. Yani, "Asker kılıcının şecaatine, kuvvetine ve memur kaleminin dirayetine ve adaletine istinad eder." Öyle de, küre-i arz madem zîhayatın meskenidir ve zîhayatın kumandanları da insandır ve insanın ehl-i sevâhil kısmının kısm-ı âzamının medar-ı taayyüşleri balıktır ve ehl-i sevâhil olmayan kısmının medar-ı taayyüşleri, ziraatle, öküzün omuzundadır ve mühim bir medar-ı ticareti de balıktır. Elbette, devlet seyf ve kalem üstünde durduğu gibi, küre-i arz da öküz ve balık üstünde duruyor, denilir. Zira, ne vakit öküz çalışmazsa ve balık milyon yumurtayı birden doğurmazsa, o vakit insan yaşayamaz, hayat sukut eder, Hâlık-ı Hakîm de arzı harap eder.
İşte, Resul-i Ekrem Aleyhissalâtü Vesselâm, gayet mucizâne ve gayet ulvî ve gayet hikmetli bir cevapla, اَلْاَرْضُ عَلَى الثَّوْرِ وَالْحُوتِ demiş. Nev-i insanînin hayatı, ne kadar cins-i hayvânînin hayatıyla alâkadar olduğuna dair geniş bir hakikati iki kelimeyle ders vermiş.
Yəni:
✓ İkinci cəhət: Məsələn, necə ki deyilsə: "Bu dövlət və səltənət, hansı şey üzərində dayanır?" Cavabında, "Qılınc və qələm üzərində." deyilir. Yəni: "Əsgər qılıncının şücaətinə, qüvvətinə; və məmur qələminin dirayətinə və ədalətinə istinad edir." Elə də, yer kürəsi, madam ki həyat sahiblərinin məskənidir və həyat sahiblərinin "komandir"ləri də, insandır və insanların:
~ sahil qismində yaşayanların böyük əksəriyyətinin keçim və ticarət qaynağı, balıqdır;
~ sahil qismində yaşamayan qisminin keçim qaynağı, əkinçiliklə öküzün çiynindədir.
Əlbəttə, dövlət, qılınc və qələm üzərində durduğu kimi; yer kürəsi də, öküz və balıq üzərində dayanıb, deyilə bilər. Çünki, nə vaxt öküz çalışmaz və balıq da milyonlarla yumurta doğmazsa, o vaxt, insan, yaşaya bilməz; həyat da, sükut edər. Və hikmət sahibi Xaliq, yeri məhv edər.
Bax, Allah rəsulu (sallallahu aleyhi və səlləm), çox möcüzəvi, ülvi və hikmətli bir cavab ilə, "Yer, öküz və balıq üzərindədir." buyurmuşdur.
İnsan növünün həyatı, heyvan cinsinin həyatı ilə nə qədər əlaqəli olduğuna dair, geniş bir həqiqəti, 2 kəlimə (yəni, öküz və balıq) ilə dərs vermişdir.
✓ Üçüncü vecih: Eski kozmoğrafya nazarında güneş gezer. Güneşin her otuz derecesini bir burç tabir etmişler. O burçlardaki yıldızların aralarında birbirine raptedecek farazî hatlar çekilse, birtek vaziyet hâsıl olduğu vakit, bazı esed (yani arslan) suretini, bazı terazi mânâsına olarak mizan suretini, bazı öküz mânâsına sevr suretini, bazı balık mânâsına hût suretini göstermişler. O münasebete binaen o burçlara o isimler verilmiş. Şu asrın kozmoğrafyası nazarında ise, güneş gezmiyor. O burçlar boş ve muattal ve işsiz kalmışlar. Güneşin bedeline küre-i arz geziyor. Öyleyse, o boş, işsiz burçlar ve yukarıdaki muattal daireler yerine, yerde arzın medar-ı senevîsinde, küçük mikyasta o daireleri teşkil etmek gerektir. Şu halde, burûc-u semâviye, arzın medar-ı senevîsinden temessül edecek. Ve o halde küre-i arz her ayda burûc-u semâviyenin birinin gölgesinde ve misalindedir. Güya arzın medar-ı senevîsi bir âyine hükmünde olarak, semâvî burçlar onda temessül ediyor.
İşte bu vecihle, Resul-i Ekrem Aleyhissalâtü Vesselâm, sabıkan zikrettiğimiz gibi, bir defa ale's-sevri bir defa ale'l-hût demiş. Evet, mu'cizü'l-beyan olan lisan-ı Nübüvvete yakışır bir tarzda, gayet derin ve çok asır sonra anlaşılacak bir hakikate işareten, bir defa ale's-sevri demiş. Çünkü küre-i arz, o sualin zamanında Sevr Burcunun misalindeydi. Bir ay sonra yine sorulmuş, ale'l-hût demiş. Çünkü o vakit küre-i arz Hût Burcunun gölgesindeymiş.
İşte, istikbalde anlaşılacak bu ulvî hakikate işareten ve küre-i arzın vazifesindeki hareketine ve seyahatine imâen ve semâvî burçlar, güneş itibarıyla muattal ve misafirsiz olduklarına ve hakikî işleyen burçlar ise küre-i arzın medar-ı senevîsinde bulunduğuna ve o burçlarda vazife gören ve seyahat eden küre-i arz olduğuna remzen, عَلَى الثَّوْرِ وَالْحُوتِ demiştir. Vallahu a'lemu bi's-savab.
Yəni:
✓ Üçüncü cəhət: Əvvəlki kosmoqrafiya fənni nəzərində, günəş gəzir. Onlar, günəşin hər 30 dərəcəsini, bir bürc təbir etmişlər. O bürclərdəki ulduzların aralarında, onları bir-birinə bağlayacaq farazi xətlər çəkilsə, bir tək vəziyyət hasil olduğu vaxt:
~ bəzisi, əsəd, yəni şir surətini;
~ bəzisi, tərəzi mənasında olaraq mizan surətini;
~ bəzisi, öküz mənasında sevr surətini;
~ bəzisi, balıq mənasında hut surətini
göstərmişlərdir.
Bu münasibətdən dolayı, o bürclərə, o adlar verilmişdir.
Bu əsrin kosmoqrafiya fənni nəzərində isə, günəş gəzmir. O bürclər, boş, funksiyasız və işsiz qalmışlardır. Günəşin yerinə isə, yer kürəsi gəzməkdədir. Elə isə, o boş, işsiz bürclər və yuxarıdakı funksiyasız dairələr yerinə, yerdə, yerin illik döngüsündə, o kiçik miqyasda o dairələri təşkil etmək lazımdır. Bu halda, səma bürcləri, yerin illik döngüsündən təməssül edəcəkdir. Və o halda, yer kürəsi, hər bir ayda, səmavi bürclərin birinin kölgəsində və misalındadır. Sanki, yerin illik döngüsü, bir ayna hökmündə olaraq, səmavi bürclər, onda təməssül etməkdədir.
-----------------------------
Müəllifin qəsdi, budur:
Yerin illik cızmış olduğu dairəni, bir ayna olaraq düşünsək, bürclər, bu aynada əks etməkdədirlər. Bu dairə də, öz içində, 12 aydan dolayı, 12 mənzilə, yəni 12 bürcə bölünür. Və dünya, hər ayda, ayrı bir bürcün təməssülü/əksi altına girmiş olur.
Qısacası, dünya, illik hərəkətilə, bürclərə, farazi bir ayna cızmış olur və vaxtı gəldikcə, bu əks etməkdədir.
----------------------------
Bax bu cəhətlə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), -əvvəl də zikr etdiyimiz kimi-
~ bir dəfə: "öküz üzərində";
~ bir dəfə də: "hut üzərində"
demişdir.
Bəli, bəyanı möcüzə olan Nübüvvət dilinə yaraşan bir tərzdə, çox dərin və çox əsr sonra başa düşüləcək bir həqiqətə işarətən,
~ Bir dəfə: "öküz üzərində" demişdir. Çünki, yer kürəsi, o sualın soruşulduğu vaxt, sevr/öküz bürcünün misalında idi.
~ (Başqa) bir ay sonra yenə soruşulmuş, "balıq üzərində" demişdir. Çünki, o vaxt, yer kürəsi, hut/balıq bürcünün kölgəsində idi.
Bax:
~ gələcəkdə başa düşüləcək bu ülvi həqiqətə işarətən; və
~ yer kürəsinin vəzifəsindəki hərəkətinə və səyahətinə imaən; və
~ səmavi bürclər, günəş etibarı ilə boş və qonaqsız olduqlarına və həqiqi işləyən bürclər isə, yer kürəsinin illik döngüsündə olduqlarına və o bürclərdə vəzifə görən və səyahət edən yer kürəsi olduğuna rəmzən,
"öküz və balıq üzərində" demişdir.
Ən doğrusunu, Allah bilir...
Bazı kütüb-ü İslâmiyede sevr ve hûta dair acip ve haric-i akıl hikâyeler, ya İsrailiyattır veya temsilâttır veya bazı muhaddislerin tevilâtıdır ki, bazı dikkatsizler tarafından hadis zannedilerek Resul-i Ekrem Aleyhissalâtü Vesselâma isnad edilmiş.
Yəni:
Bəzi İslam kitablarında, sevr/öküz və hut/balığa dair əcaib və ağıl xaricindəki hekayələr:
~ ya İsrailiyyat'dır;
~ ya təmsildir;
~ ya da bəzi mühəddislərin təvilləridir
ki, bəzi diqqətsizlər tərəfindən hədis zənn edilərək, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə isnad edilmişdir.
--------------------------
Əlavələr:
Mövzumuz ilə bağlı digər bənzər hədislər üçün bax:
• ibn Kəsir təfsiri, Qələm surəsi 1-ci ayənin təfsiri;
• Qurtubi, "əl-Cami li Əhkami'l-Quran", 1/256;
• Suyuti, "əd-Durru'l-Mənsur", 6/249;
• ibn Abbas, "Tənviru'l-Miqyas", 6/113 və s.
Bu qaynaqlarda zikr edilən hədislər, bəzən çox uzunca keçməkdədir. O uzunluqlar, hər halda, bir cümlədən ibarət olan hədisin (yəni, öküz və balıq hədisinin) təfsir və ya şərhləridirlər. Bu şərhlər, xətalı ola bilərlər. O halda da, hədisdən sayılmazlar.
--------------------
Buruc surəsi 1-ci ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/buruc-sur%C9%99si-1-ci-ay%C9...
