Furqan surəsi 53-cü ayətin təfsiri

وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا

Və huvəlləzi məracə'l-bəhrayni həzə azbun furatun və həzə milhun ucəcun və cəalə bəynəhumə bərzəxən və hicran məhcuran.

"O, 2 dənizi (bir-birinə) qatandır. Bu, dadlı və susuzluğu aparan; bu isə, duzlu və acıdır. (Allah), aralarında bir maneə və qarışmalarına əngəl olan bir pərdə qoymuşdur." (Furqan/53)

--------------------------

Təfsiri:

Bil ki, bu, tövhidin dördüncü növ dəlilidir.

Ayətdəki, "məracə'l-bəhrayni" ifadəsi, "O, 2 dənizi açıb buraxdı; öz halına buraxdı." deməkdir. Ərəb dilində, heyvanları otlamaq üzərə açıb buraxdığında, "məractu'd-dəbbətə" deyirlər.

"Mərac"ın əsl mənası: "açıb buraxmaq, bir-birinə qatmaq" deməkdir. Haqq Taala'nın,

...فَهُمْ فِىٓ أَمْرٍ مَّرِيجٍ

Fəhum fi əmrin məric.

Yəni:

"...Onlar, bir-birinə girmiş, qarışmış hal içindədirlər." (Qaf/5) ifadəsi də, bu mənadadır.

----------------

Haqq Taala, bu 2 böyük və geniş suya, "bahr" adını vermişdir. İbn Abbas (radiyallahu anh):

"Bu, 'Eynilə otların otlağa buraxılmaları kimi; Allah, o 2 dənizi məcralarına (yataqlarına) buraxdı və onlar, bir-birilərinə qovuşdular.' deməkdir." demişdir.

-----------------

Haqq Taala,

هَـٰذَا عَذْبٌ فُرَاتٌ

Həzə azbun furatun.

Yəni:

"Bu, dadlı və susuzluğu aparandır." buyurmuşdur.

Burdakı "furat" ilə: "o suyun, sanki, dadın özü olacaq qədər ola bildiyincə şirin olduğu" bildirilmək istənilmişdir.

-------------------

وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ

Və həzə milhun ucəcun.

Yəni:

"Bu isə, duzlu və acıdır."

"Ucəc" isə, yuxarıdakının tam əksidir.

-----------------------

Ancaq, buna baxmayaraq, Haqq Taala, qüdrətilə, bu ikisini, bir-birinə qarışmaqdan uzaq tutmuş və bu ikisi arasında, qarışmalarına əngəl olan bir pərdə qoymasının, qüdrətindən olduğunu bildirmişdir.

-----------------------

Burda, bir neçə sual soruşula bilər:

✓ Birinci sual: وَحِجْرًا مَّحْجُورًا / "Və hicran məhcuran" ifadəsi, nə deməkdir?

Cavab: Bu, Allaha sığınanın söylədiyi bir sözdür. Bu ifadəni, daha əvvəl (Furqan/22'də) təfsir etmişdik. Burda, bu ifadə, məcazi olaraq istifadə edilmişdir. Buna görə, o 2 dənizdən hər biri, digərindən Allaha sığınaraq, ona, (sanki) "hicran məhcuran" demişdir. Bu, eynilə,

بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ

Bəynəhumə bərzəxun lə yəbğiyən.

Yəni:

"Onların arasında maneə vardır, onu keçə bilməzlər." (Rəhman/20) ayətində ifadə edildiyi kimidir. Yəni, "Biri, digərinə qarışmaq surətilə, onlardan heç biri, digərinin sahəsinə keçməz." deməkdir.

Bundan dolayı, bu ayətdə, bu 2 dəniz arasında, həddi aşmağın olmadığını bildirmək, eynilə, onların bundan Allaha sığınması kimidir. Təfsir etdiyimiz ayədə də, Haqq Taala, onlardan hər birinin digərinə təcavüz edə biləcək şəkildə olduğunu bildirmişdir. Bundan ötürü, bu 2 dəniz, (sanki), o təcavüzdən Allaha sığınmışdır. Bu ifadə, ən gözəl istiarələrdəndir.

✓ İkinci sual: "Dənizin, şirin olanı yoxdur. Elə isə, Allah, burda, nə üçün şirin dənizdən bəhs etmişdir?"

Bu suala qarşı, belə deyirik:

Bu söz, bu 2 cəhətdən qəbul edilməz:

a. Bununla, "Nil və Ceyhun kimi, sanki bir dəniz kimi olan böyük çaylar" qəsd edilmişdir.

b. "Bəlkə də, Haqq Taala, dənizdə, 2 tərəfindən biri, dadlı; digəri isə, duzlu bir yer yaratmışdır." da deyə bilməzsən.

Əgər belə deyərsənsə, belə cavab verərik:

Bunlardan:

~ Birincisi, qeyr-i məqbuldur. Çünki, bu böyük çaylarda, (ayədə bəhs edildiyi kimi, şirin su ilə bərabər) duzlu su yoxdur. Dənizdə də, şirin su yoxdur. O halda, burda, heyrət ediləcək bir şey yoxdur.

~ İkinci xüsus da, zəifdir. Çünki, belə bir şəkildə dəlil gətirilən yerin, mütləq və mütləq məlum və məşhur olması lazımdır. Sırf bir ehtimal ilə istidlal etmək, gözəl olmaz. (haşiyə)

-------------------

(Haşiyə:

Quran, 4 əsas məqsəd üzərinə getməkdədir:

1. Tövhid;

2. Haşr;

3. Nübüvvət;

4. İbadət və ədalət.

Quranın hansı bir ayəsinə baxılsa, bu 4 şeydən birindən və ya bir neçəsindən bəhs edildiyi görüləcəkdir.

İmamın qəsdi, budur ki, Allah, Öz varlıq və birliyinə bu ayədə dəlil gətirdiyi halda, bu dəlili, naməlum və qeyr-i müəyyən qılmaz. Çünki, dəlil, iddiadan gizli olmamalıdır.)

------------------------------

Çünki biz deyirik ki:

Ayədəki:

~ "şirin dəniz" ilə: "böyük çaylar";

~ "duzlu dəniz" ilə də: "(bu böyük çayların axdığı) böyük dənizlər"

qəsd edilmişdir.

--------------------

Not:

Ərəb dilində, "bahr" kəliməsi: 

~ bol sulu yer;

~ okean;

~ dəniz;

~ göl; və

~ böyük çaylar 

üçün istifadə edilmişdir. Məsələn, ərəblər:

~ Lut gölünə: "əl-Bahru'l-Meyyit" (ölü dəniz);

~ Nil çayına: "Bahr-u Misrin" 

də deyirlər.

------------------------

Bax, Haqq Taala, bu ikisinin suyunun arasında, bir bərzax (pərdə) yaratmışdır. Yəni, araya bir quru parçası daxil etmişdir. Bununla tövhidə necə dəlil gətiriləcəyi, açıqdır. Çünki:

Şirinlik və duzluluq, əgər torpağın və ya suyun özündən qaynaqlanan bir xüsusiyyət olsaydı, (bütün torpaq və suların) eyni bir xüsusiyyətdə olması lazım gələrdi. Belə olmadığına görə, hər maddəyə ayrı bir sifət və xüsusiyyət verən bir qadir (qüdrət sahibi) və hakim (hikmət sahibinin) olması lazımdır.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

--------------------

Əlavələr:

Ayədə, "təğlib" vardır.

Təğlib nədir?

Təğlib'in:

✓ Lüğət mənası, "üstün tutmaq", "üstün etmək" deməkdir. Ərəb dili qrammatikasında isə, bir üslubdur və əsasən, "təsniyə" (ikilik halda) və cəmdə istifadə olunur.

✓ İstilahi (terminoloji) mənası isə: "təsniyə və cəmdə gələn bir sözü, digərindən üstün tutmaqla qrammatik xüsusiyyətləri üstün tutulan ismə görə müəyyənləşdirmək" deməkdir.

• Cəmdə:

1. Müzəkkər (kişi cinsindən gələn bir söz, sayca azlıq təşkil etməsinə baxmayaraq), müənnəsdən (qadın cinsində gələn bir sözdən);

2. Aqil (ağıllı) isim isə, qeyr-aqil isimdən

üstün tutulur və qrammatik xüsusiyyətlər, üstün tutulan sözə görə müəyyənləşdirilir.

~ Birinciyə misal:

وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)

Bildiyimiz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əhl-i beytinə, həm qadınlar (Fatimə və Peyğəmbərin xanımları kimi), həm də kişilər (Əli və nəvələri Həsən və Hüseyn kimi) daxildirlər. Allah Taala, bu ayənin əvvəlini, qadınlara müraciətlə (fi buyutikunnə, yəni siz qadınlar, öz evlərinizdə) başlasa da, ayənin sonunda "ankum/sizdən" sözündə müzəkkər cəm damir (şəxs əvəzliyi) ilə bitirdi.

Quranda, Allahın iman gətirənlərə kişi cinsində xitab edərək, "yə əyyuhə'l-ləzinə əmənu/ey iman edənlər" deməsi də, təğlib üslubundadır.

~ İkinciyə misal:

وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Allah, hər bir canlını, sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur/45)

Bu ayədə, "canlı" sözü, bütün məxluqlara şamil edilir. Bildiyimiz kimi, ərəb dilində, qeyr-i aqil isimlərin cəmi, qadın cinsinin qrammatik xüsusiyyətlərini kəsb edir. Ayədə isə, "minhum/onlardan" sözündəki damir (şəxs əvəzliyi), lll şəxsin cəmini bildirir.

-----------------------

• Təsniyədə (ikilik halda) isə:

1. Müzəkkər, müənnəsdən;

2. Daha şöhrətli və ya daha hörmətli olan, nisbətən az tanınandan və ya az hörmətli olandan;

3. Həcmcə böyük olan, kiçik olandan üstün tutulur

və müxtəlif formalarına baxmayaraq, təsniyə şəkilçisi olan "ənu", üstün tutulan sözə qoşulur və qrammatik qaydalar da, bu sözə görə müəyyənləşdirilir.

~ Birinciyə misal:

إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Günəş və ay, Allahın ayələrindən 2 ayədir. Onlar, heç kimin ölümü və həyatı üçün, tutulmazlar. Siz, onları gördüyünüzdə, Allaha dua edib, təkbir gətirin, namaz qılın və sədəqə verin."

Bu hədisdəki "lə yənxəsifəni/tutulmazlar" feli, günəş və aya aiddir. Ərəb dilində, günəş, müənnəs; ay isə, müzəkkər bir isimdir. Bu fel isə, müzəkkərdə gəlmişdir. Buna səbəb, "təğlib" üslubudur.

Həmçinin, ata və anaya "əbəvən" deyilməsi də, bu səbəbdəndir. (Ərəb dilində, əb, ata; umm isə, ana deməkdir. Ata-ana bərabər zikr edildiyində, "əbəvən" sözündən də göründüyü kimi, əb kəliməsi üstün götürülmüş, umm isə zikr edilməmişdir.)

~ İkinciyə və üçüncüyə misal:

وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَّحْجُورًا

"O, 2 dənizi (bir-birinə) qatandır. Bu, dadlı və susuzluğu aparan; bu isə, duzlu və acıdır. (Allah), aralarında bir maneə və qarışmalarına əngəl olan bir pərdə qoymuşdur." (Furqan/53)

Bu ayə, həcmcə böyük olanın, kiçik olandan üstün tutulmasına misaldır. Burda, "dəniz" "çay", bir kəlimə olaraq "bəhreyn" deyə keçməkdədir. Hərfi tərcümədə, "2 dəniz" deyə zikr edilməkdədir. Halbuki, "bəhr" kəliməsi, daha çox dəniz kəliməsi üçün istifadə edilməkdədir.

-----------------------

İmam Cəlaləddin Suyuti, "əl-itqan fi Ulumil-Quran" adlı əsərində, "Məcaz"ın qisimləri haqqında danışarkən, belə deyir:

s. "Təğlib" də, bu qəbildən (yəni, məcaz qəbilindən)dir.

Təğlib: "bir şeyə, başqasının hökmünü vermək"dir.

Bir rəvayətə görə, təğlib: "gələn 2 hökmdən 1-inin digərinə tərcihi"dir.

Təğlib ifadə edən kəlimənin 2 hökmdən 1-inin yerinə istifadə edilməsi, mənaca müxtəlif 2 kəlimənin, eyni mənada istifadə edilməsidir.

وَكَانَتْ مِنَ ٱلْقَـٰنِتِينَ...

Və kənət minə'l-qanitin.

Yəni:

"...O (Məryəm), itaət edənlərdən oldu." (Təhrim/12); və

إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ...

İllə imraətuhu kənət minə'l-ğabirin.

Yəni:

"...Yalnız, Onun (Lutun) xanımını (qurtarmadıq). O, geridə qalanlardan oldu." (Əraf/83)

ayələri, buna misaldır.

Bu ayələrdəki "qanitin/itaət edən kişilər" və "ğabirin/geridə qalan kişilər" kəlimələrinin əsli, "qanitət/itaət edən qadınlar" və "ğabirat/itaət edən qadınlar" olaraq gəlməsiydi. Ancaq, təğlib qaydasına görə, müənnəslik, müzəkkərlik içində mütaliə edilmişdir.

بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ...

Bəl, əntum qavmun təchəlun.

"...Yox, siz, cahil qövmsünüz." (Nəml/55)

ayəti də, bu qəbildəndir.

Ayədəki "təchəlun" feli, "əntum" damirinin "qavm" kəliməsinə təğlibindən dolayı, muxatab "ت/tə məftuhə"si ilə gəlmişdir. Halbuki, qaydaya görə, bu fel, "qavm" sözünün sifəti olduğundan, "yəchəlun" şəklində gəlməsi lazım idi. Lakin, məvsufun "əntum" damirinə xəbər olması, qeyb siğasından muxatab siğasına keçidi gözəlləşdirmişdir.

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ

Qalə: "İzhəb. Fə mən təbiəkə, fə innə cəhənnəmə cəzəukum.

Yəni:

"(Allah) buyurdu: 'Get. Onlardan kim sənə (yəni, iblisə) tabe olarsa, cəzanız cəhənnəmdir." (İsra/63)

ayəti də, bu qəbildəndir. Ayədəki "mən təbiəkə / kim sənə tabe olarsa" ifadəsi, qaib damiri gərəkdirməsinə baxmayaraq (yəni, əslində, "mən təbiəhu / kim ona tabe olarsa" şəklində gəlməsi lazım gəldiyi halda), muxatab damirilə ("kə/sənə" şəklində) təğlib edilmişdir. Qaib məna, masiyyət və uqubət (cəzalar)'da muxataba tabe olmaqla, ləfzdə də muxataba tabe olmuşdur. Bu hal, ləfzin mənaya irtibatını gözəlləşdirən bir xüsusdur.

...وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ

Və lilləhu yəscudu  fi's-səməvəti və mə fi'l-ardi.

Yəni:

"Səmalarda və yerdə olanlar, Allaha səcdə edirlər..." (Nəhl/94)

ayətində, qeyri aqil (ağlı olmayan varlıqlar) təğlib edildiyindən, "ما/mə" ilə gəlmişdir.

Bir başqa ayədə (Ra'd/15'də) də, sahib olduğu şərəfdən dolayı, ağlın təğlibi səbəbilə "من/mən" hərfilə gəlmişdir.

لَنُخْرِجَنَّكَ يَـٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ

"...(Ey Şuayb)! Ya mütləq Səni və Səninlə bərabər iman edənləri kəndimizdən çıxaracağıq; ya da Səni öldürəcəyik..." (Əraf/88)

ayətində, Şuayb (əleyhissəlam), təğlib hökmü ilə, "lə təudunnə" felinə daxil edilmişdir.

• فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

...إِلَّآ إِبْلِيسَ

"Mələklərin hamısı, topluca səcdə etdilər. İblis xaric..." (Hicr/30-31)

ayələri də, bu qəbildəndir. Son ayədə, iblis, (Adəm) yaradıldığı vaxt mələklərdən biri olduğundan, istisna ədatı ilə, mələklərdən sayılmışdır. Təğlib yolu ilə, onlar arasına girmişdir.

...يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ...

Yə ləytə, bəyni və bəynəkə bu'də'l-məşriqayni.

Yəni:

"...Kaş ki, mənimlə sənin aranda, 2 şərq arası məsafə olaydı..." (Zuxruf/38)

ayətindəki "məşriqayni/2 şərq" kəliməsi, "məşriq və məğrib (qərb)" mənasındadır.

Bu ayətin təfsirində, ibnu'ş-Şəcəri, 2 cəhətdən ən məşhuru olduğundan, "məşriq" kəliməsinin təğlib edildiyini söyləmişdir.

...مَرَجَ ٱلْبَحْرَيْن

Məracə'l-bəhreyni.

Yəni:

"2 dənizi buraxmışdır (qovuşmaq üzərə)." (Rahmən/19)

ayətindəki 2 dənizdən məqsəd: "şirin və duzlu 2 dəniz"dir. Halbuki, dəniz, duzlu suya verilən addır. Şirin suya nəzərən duzlu suya sahib dənizlərin çoxluğundan, ayədə təğlib edilmişdir.

...وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟

"Hər kəsin, etdiyi əməllərə görə dərəcələri vardır..." (Ənam/132)

ayətində, mömin və kafirin dərəcələri bəhs mövzusudur. "Dərəcələr", "ülvi məqamları”"dərəkələr" isə, "süfli/aşağı məqamı" göstərir. Ayədəki dərəcə, möminin daha şərəfli olmasından dolayı, təğlib yolu ilə, hər 2 qisim üçün istifadə edilmişdir.

(Zərkəşi), "əl-Burhan" adlı əsərində (3/379) belə deyir:

"Təğlibin məcaz sənətindən sayılması, kəlimənin əsli mənasında istifadə edilməməsindən iləri gəlməkdədir. Məsələn, 'əl-qanitin' kəliməsi, bu vəsflə vəsfləndirilən cəm müzəkkər mənasındadır. Bu kəlimənin müzəkkər və müənnəs olaraq istifadə edilməsi, əsl mənasının xaricindədir. Digər kəlimələr də, bunun kimidir."

-----------------------

-----------------------

• Nəml surəsi 61-ci ayənin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99ml-sur%C9%99si-61-ci-...

• Rəhman surəsi 19-20-ci ayələr:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-19-20-ci-ay%C9%9...

 

Read 48 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR