Nəml surəsi 61-ci ayənin təfsiri
أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
"Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan, Kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti, bunu bilmirlər." (Nəml/61)
--------------------------
Təfsiri:
Dördüncü fayda: Allahın, 2 dəniz (yəni, suyu duzlu olan dənizlər ilə, suyu şirin və dəniz kimi böyük olan çaylar) arasına bir pərdə qoymasıdır...(İmam, bunu, Furqan surəsi 53-cü ayənin təfsirində zikr etmişdir.)
Bundan murad olunan isə: "şirin suyun, qarışmalar ilə pozulmaması və aradakı pərdədən istifadə edilməsi"dir.
Bir də, möminin qəlbində, iman və hikmət dənizilə; tüğyan və şəhvət dənizi vardır. Haqq Taala, Öz yardımı ilə, bu ikisindən biri digəri ilə qarışıb pozulmasın deyə, aralarına bir əngəl qoymuşdur.
Bəzi filosoflar, Haqq Taala'nın,
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ • بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ
"O, qarşı-qarşıya gələn iki dənizi, bir-birinə qovuşdurdu. Onların arasında, maneə vardır; onu, keçə bilməzlər." (Rəhman/19-20) ayələri xüsusunda, "keçə bilmədikləri vaxt, o ikisindən, inci və mərcan çıxar" demişlərdir.
Qəlb də, eyni şəkildə, 2 tərəfin bir-birinə təcavüzü və qarışması olmadığı vaxt, şükr sayəsində, ondan, din və iman çıxır. Buna görə,
Əgər: "Haqq Taala, elə isə, nə üçün dənizi duzlu yaratmışdır?" deyilərsə,
Belə deyərik:
Əgər dəniz duzlu olmasaydı, suyunun dadı, rəngi və qoxusu, pozular; beləcə də, o pozuqluq, yer üzünə yayılar və ümumi bir vəba xəstəliyi meydana gələrdi.
Bil ki, dənizin yer üzünün müəyyən bir yerinə yerləşdirilməsi, dəyişməsi mümkün olmayan bir şey deyildir. Həqiqi olan budur ki, dəniz, bir əsrdən digər bir əsrə nəql edilən tarixlərə sığmaz; uzun bir müddət üçün yer dəyişdirər. Çünki, dənizlər, ümumiyyətlə, çaylardan ---> çaylar da, ümumiyyətlə, bulaqlardan bəslənirlər. Göyün suları isə, müəyyən mövsümlərdə meydana gəlirlər. Sonra, nə bulaqların, nə göy sularının eyni məntəqədə, hallarının davamlı bir-birinə bənzəməsi də, lazım deyildir. Çünki, bulaqların çoxu, itib batır. Yenə, çox vaxt, göy, öz sularını endirmir. Bundan dolayı, mütləq, bu halda, vadilərin və çayların suyu çəkilir və quruyur. Beləcə də, dənizlərdəki suların azalması-çəkilməsi meydana gəlir. Yer üzünün bir başqa tərəfində bulaqlar meydana gəldiyində, orda, çaylar da meydana gəlir. Bundan sonra da, o tərəfdə, dənizlər meydana gəlir.
Daha sonra, Haqq Taala, özündə belə faydalar olan yer üzünü yaradanın, ancaq Özü olduğunu bəyan edincə; uluhiyyətinin də Özünə xas şəkildə qəbul edilməsi lazım gəlir. Haqq Taala, "Xeyr, onların əksəriyyəti, bunu bilmirlər." ifadəsilə də, onların belə bir düşüncədən yoxsul olduqları üçün, cəhalətlərinin böyük olduğuna diqqət çəkmişdir.
(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)
---------------------
---------------------
Əlavələr:
Ayədə, "təğlib" vardır.
Təğlib nədir?
Təğlib'in:
✓ Lüğət mənası, "üstün tutmaq", "üstün etmək" deməkdir. Ərəb dili qrammatikasında isə, bir üslubdur və əsasən, "təsniyə" (ikilik halda) və cəmdə istifadə olunur.
✓ İstilahi (terminoloji) mənası isə: "təsniyə və cəmdə gələn bir sözü, digərindən üstün tutmaqla qrammatik xüsusiyyətləri üstün tutulan ismə görə müəyyənləşdirmək" deməkdir.
• Cəmdə:
1. Müzəkkər (kişi cinsindən gələn bir söz, sayca azlıq təşkil etməsinə baxmayaraq), müənnəsdən (qadın cinsində gələn bir sözdən);
2. Aqil (ağıllı) isim isə, qeyr-aqil isimdən
üstün tutulur və qrammatik xüsusiyyətlər, üstün tutulan sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)
Bildiyimiz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əhl-i beytinə, həm qadınlar (Fatimə və Peyğəmbərin xanımları kimi), həm də kişilər (Əli və nəvələri Həsən və Hüseyn kimi) daxildirlər. Allah Taala, bu ayənin əvvəlini, qadınlara müraciətlə (fi buyutikunnə, yəni siz qadınlar, öz evlərinizdə) başlasa da, ayənin sonunda "ankum/sizdən" sözündə müzəkkər cəm damir (şəxs əvəzliyi) ilə bitirdi.
Quranda, Allahın iman gətirənlərə kişi cinsində xitab edərək, "yə əyyuhə'l-ləzinə əmənu/ey iman edənlər" deməsi də, təğlib üslubundadır.
~ İkinciyə misal:
وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Allah, hər bir canlını, sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur/45)
Bu ayədə, "canlı" sözü, bütün məxluqlara şamil edilir. Bildiyimiz kimi, ərəb dilində, qeyr-i aqil isimlərin cəmi, qadın cinsinin qrammatik xüsusiyyətlərini kəsb edir. Ayədə isə, "minhum/onlardan" sözündəki damir (şəxs əvəzliyi), lll şəxsin cəmini bildirir.
-----------------------
• Təsniyədə (ikilik halda) isə:
1. Müzəkkər, müənnəsdən;
2. Daha şöhrətli və ya daha hörmətli olan, nisbətən az tanınandan və ya az hörmətli olandan;
3. Həcmcə böyük olan, kiçik olandan üstün tutulur
və müxtəlif formalarına baxmayaraq, təsniyə şəkilçisi olan "ənu", üstün tutulan sözə qoşulur və qrammatik qaydalar da, bu sözə görə müəyyənləşdirilir.
~ Birinciyə misal:
إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Günəş və ay, Allahın ayələrindən 2 ayədir. Onlar, heç kimin ölümü və həyatı üçün, tutulmazlar. Siz, onları gördüyünüzdə, Allaha dua edib, təkbir gətirin, namaz qılın və sədəqə verin."
Bu hədisdəki "lə yənxəsifəni/tutulmazlar" feli, günəş və aya aiddir. Ərəb dilində, günəş, müənnəs; ay isə, müzəkkər bir isimdir. Bu fel isə, müzəkkərdə gəlmişdir. Buna səbəb, "təğlib" üslubudur.
Həmçinin, ata və anaya "əbəvən" deyilməsi də, bu səbəbdəndir. (Ərəb dilində, əb, ata; umm isə, ana deməkdir. Ata-ana bərabər zikr edildiyində, "əbəvən" sözündən də göründüyü kimi, əb kəliməsi üstün götürülmüş, umm isə zikr edilməmişdir.)
~ İkinciyə və üçüncüyə misal:
وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزً
"2 dənizin arasına maneə qoyan..."
Bu ayə, həcmcə böyük olanın, kiçik olandan üstün tutulmasına misaldır. Burda, "dəniz" və "çay", bir kəlimə olaraq "bəhreyn" deyə keçməkdədir. Hərfi tərcümədə, "2 dəniz" deyə zikr edilməkdədir. Halbuki, "bəhr" kəliməsi, daha çox dəniz kəliməsi üçün istifadə edilməkdədir.
------------------------
İmam Cəlaləddin Suyuti, "əl-itqan fi Ulumil-Quran" adlı əsərində, "Məcaz"ın qisimləri haqqında danışarkən, belə deyir:
s. "Təğlib" də, bu qəbildən (yəni, məcaz qəbilindən)dir.
Təğlib: "bir şeyə, başqasının hökmünü vermək"dir.
Bir rəvayətə görə, təğlib: "gələn 2 hökmdən 1-inin digərinə tərcihi"dir.
Təğlib ifadə edən kəlimənin 2 hökmdən 1-inin yerinə istifadə edilməsi, mənaca müxtəlif 2 kəlimənin, eyni mənada istifadə edilməsidir.
وَكَانَتْ مِنَ ٱلْقَـٰنِتِينَ...
Və kənət minə'l-qanitin.
Yəni:
"...O (Məryəm), itaət edənlərdən oldu." (Təhrim/12); və
إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَـٰبِرِينَ...
İllə imraətuhu kənət minə'l-ğabirin.
Yəni:
"...Yalnız, Onun (Lutun) xanımını (qurtarmadıq). O, geridə qalanlardan oldu." (Əraf/83)
ayələri, buna misaldır.
Bu ayələrdəki "qanitin/itaət edən kişilər" və "ğabirin/geridə qalan kişilər" kəlimələrinin əsli, "qanitət/itaət edən qadınlar" və "ğabirat/itaət edən qadınlar" olaraq gəlməsiydi. Ancaq, təğlib qaydasına görə, müənnəslik, müzəkkərlik içində mütaliə edilmişdir.
بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ...
Bəl, əntum qavmun təchəlun.
"...Yox, siz, cahil qövmsünüz." (Nəml/55)
ayəti də, bu qəbildəndir.
Ayədəki "təchəlun" feli, "əntum" damirinin "qavm" kəliməsinə təğlibindən dolayı, muxatab "ت/tə məftuhə"si ilə gəlmişdir. Halbuki, qaydaya görə, bu fel, "qavm" sözünün sifəti olduğundan, "yəchəlun" şəklində gəlməsi lazım idi. Lakin, məvsufun "əntum" damirinə xəbər olması, qeyb siğasından muxatab siğasına keçidi gözəlləşdirmişdir.
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ
Qalə: "İzhəb. Fə mən təbiəkə, fə innə cəhənnəmə cəzəukum.
Yəni:
"(Allah) buyurdu: 'Get. Onlardan kim sənə (yəni, iblisə) tabe olarsa, cəzanız cəhənnəmdir." (İsra/63)
ayəti də, bu qəbildəndir. Ayədəki "mən təbiəkə / kim sənə tabe olarsa" ifadəsi, qaib damiri gərəkdirməsinə baxmayaraq (yəni, əslində, "mən təbiəhu / kim ona tabe olarsa" şəklində gəlməsi lazım gəldiyi halda), muxatab damirilə ("kə/sənə" şəklində) təğlib edilmişdir. Qaib məna, masiyyət və uqubət (cəzalar)'da muxataba tabe olmaqla, ləfzdə də muxataba tabe olmuşdur. Bu hal, ləfzin mənaya irtibatını gözəlləşdirən bir xüsusdur.
...وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ
Və lilləhu yəscudu mə fi's-səməvəti və mə fi'l-ardi.
Yəni:
"Səmalarda və yerdə olanlar, Allaha səcdə edirlər..." (Nəhl/94)
ayətində, qeyri aqil (ağlı olmayan varlıqlar) təğlib edildiyindən, "ما/mə" ilə gəlmişdir.
Bir başqa ayədə (Ra'd/15'də) də, sahib olduğu şərəfdən dolayı, ağlın təğlibi səbəbilə "من/mən" hərfilə gəlmişdir.
لَنُخْرِجَنَّكَ يَـٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ
"...(Ey Şuayb)! Ya mütləq Səni və Səninlə bərabər iman edənləri kəndimizdən çıxaracağıq; ya da Səni öldürəcəyik..." (Əraf/88)
ayətində, Şuayb (əleyhissəlam), təğlib hökmü ilə, "lə təudunnə" felinə daxil edilmişdir.
• فَسَجَدَ ٱلْمَلَـٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
...إِلَّآ إِبْلِيسَ
"Mələklərin hamısı, topluca səcdə etdilər. İblis xaric..." (Hicr/30-31)
ayələri də, bu qəbildəndir. Son ayədə, iblis, (Adəm) yaradıldığı vaxt mələklərdən biri olduğundan, istisna ədatı ilə, mələklərdən sayılmışdır. Təğlib yolu ilə, onlar arasına girmişdir.
...يَـٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ...
Yə ləytə, bəyni və bəynəkə bu'də'l-məşriqayni.
Yəni:
"...Kaş ki, mənimlə sənin aranda, 2 şərq arası məsafə olaydı..." (Zuxruf/38)
ayətindəki "məşriqayni/2 şərq" kəliməsi, "məşriq və məğrib (qərb)" mənasındadır.
Bu ayətin təfsirində, ibnu'ş-Şəcəri, 2 cəhətdən ən məşhuru olduğundan, "məşriq" kəliməsinin təğlib edildiyini söyləmişdir.
...مَرَجَ ٱلْبَحْرَيْن
Məracə'l-bəhreyni.
Yəni:
"2 dənizi buraxmışdır (qovuşmaq üzərə)." (Rahmən/19)
ayətindəki 2 dənizdən məqsəd: "şirin və duzlu 2 dəniz"dir. Halbuki, dəniz, duzlu suya verilən addır. Şirin suya nəzərən duzlu suya sahib dənizlərin çoxluğundan, ayədə təğlib edilmişdir.
...وَلِكُلٍّ دَرَجَـٰتٌ مِّمَّا عَمِلُوا۟
"Hər kəsin, etdiyi əməllərə görə dərəcələri vardır..." (Ənam/132)
ayətində, mömin və kafirin dərəcələri bəhs mövzusudur. "Dərəcələr", "ülvi məqamları”; "dərəkələr" isə, "süfli/aşağı məqamı" göstərir. Ayədəki dərəcə, möminin daha şərəfli olmasından dolayı, təğlib yolu ilə, hər 2 qisim üçün istifadə edilmişdir.
(Zərkəşi), "əl-Burhan" adlı əsərində (3/379) belə deyir:
"Təğlibin məcaz sənətindən sayılması, kəlimənin əsli mənasında istifadə edilməməsindən iləri gəlməkdədir. Məsələn, 'əl-qanitin' kəliməsi, bu vəsflə vəsfləndirilən cəm müzəkkər mənasındadır. Bu kəlimənin müzəkkər və müənnəs olaraq istifadə edilməsi, əsl mənasının xaricindədir. Digər kəlimələr də, bunun kimidir."
-----------------------
-----------------------
• Furqan surəsi 53-cü ayənin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/furqan-sur%C9%99si-53-cu-ay%...
• Rəhman surəsi 19-20-ci ayələrin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-19-20-ci-ay%C9%9...
